Impera

XƏBƏR LENTİ
22:44Xərçəngdən milyonlar qazanan “lal” deputatın biznes imperiyası - SİYAHI22:35Cavid Qurbanov “TOPAZ”çı Vəsilə Abdulovanı deputat seçdirir22:30Kamaləddin Qafarovun seçicilərlə görüşləri davam edir18:10Tramp bu qadınlara viza verilməsi qaydalarını sərtləşdirmək niyyətindədir17:51Adı gizli saxlanılan namizəd Şahin Seyidzadə17:41Kirayə mənzillərin qiyməti Bakıda da, Xırdalanda da eynidir? – “Bu, absurddur”17:34İmişli Prokurorluğunun qarşısında etiraz aksiyası -VİDEO17:25"Avrokuboklara vəsiqə üçün mübarizə aparacağıq" - "Qəbələ"nin futbolçusu17:08Mövlud Çavuşoğludan 20 Yanvarla bağlı paylaşım - FOTO16:10Rusiya və Azərbaycana məxsus yük maşınları toqquşdu: ölən var14:08Türkiyə telekanalında 20 Yanvar faciəsinə həsr olunmuş veriliş yayımlanıb13:54Bakıda havanın temperaturu 0°-yə düşəcək13:35Fəzail Ağamalı ilə bağlı qalmaqal: - Ziyarətdən sonra “şotu” verib13:16Nəriman Əliyev “Embawood” şefinin qabağına kimi çıxardı? - İDDİA12:5646 saylı Şirvan Seçki Dairəsindən deputatlığa namizəd Peyman Sadıqov bir neçə şəhid ailəsini evlərində ziyarət edib12:54TANINMIŞ VƏKİL SEÇİCİLƏRLƏ İLK GÖRÜŞÜNÜ KEÇİRDİ - FOTOLAR12:52"Bu Milli Məclisin köhnə heyətini Prezident qovmuşdu axı..." - ETİRAZ12:41Elman Nəsirov Cəlilabadda rüsvay oldu - FOTO12:06"Səhiyyə nazirliyi də kampaniya xatirinə bir neçə baş həkimi işdən çıxartdı, amma..." - GİLEY11:14Lerikdə yaşanan məmur özbaşınalığı - İTTİHAM10:54Deputatlığa namizədlərin nəzərinə: hesabatlar bu gündən təqdim edilməlidir10:32Azərbaycan Prezidenti Şəhidlər xiyabanını ziyarət edib10:1320 Yanvar faciəsindən 30 il ötür16:30İkram Rəhimov koloniyada hüquqlarının pozulmasından şikayət edib16:28Binəqədidə YAP namizədləri ilə görüş keçirildi14:37Ermənilərin Rusiyadakı “boz kardinalı” Lavrov istefaya gedir?14:13Sahil Babayev: - "Pensiyalar yenidən artırılacaq"13:34Vəzifədən qovulmuş sabiq müavin Şahin İsmayılovun təbliğat-təşviqat işlərini aparır – Beyləqanda NARAZILIQ13:08AMİ-nin Qazax və Gəncə filalından saxta diplom əldə ediblər – Füzulidə saxta diplomlu bağça müdirlərini kimlər müdafiə edir?12:54Trampdan gözlənilməz çağırış: “İranı yenidən nəhəngə çevirək!”12:322 saylı uşaq evində ZÜLÜM – Xəstə uşaqlar belə döyülüm TƏHQİR EDİLİR (ŞOK VİDEO)11:17Azərbaycanın UEFA-nın Feyr-Pley reytinqində yeri AÇIQLANIB10:59Müdafiə nazirin kortejinə hücum olundu - ÖLƏNLƏR VAR22:25İki qurum birləşdirilir, Samir Şərifov yola salınır - Şok təfərrüat22:24Səhiyyədə “şəkər müəmması” - Pulsuz verilsə də...22:20MSK Zahir Əzəmətin şikayətini təmin etmədi – Namizəd Apelyasiya Məhkəməsinə şikayət edəcək22:17“Müştərilər vəsaitlərinin batmasından qorxurlar” - Fazil Məmmədovun bankında nələr baş verir?22:15DYP-nin ləğvi tələb olunur: Ya da sistem kökündən dəyişsin17:29Ermənistanın sabiq “baş çekistinin” ölümü: Paşinyan hədəfə alınıb - ŞƏRH17:20“Sovetski”də 8 milyona torpaq satılır - Fotofakt16:57Deputatlığa namizəd İmamveridi İsmayılovla bağlı ŞOK MƏLUMATLAR YAYILDI16:27Ən qızğın mübarizə bu dairələrdə gedəcək — SİYAHI15:42"Hər kəs ulduz ola bilməz"15:27SON DƏQİQƏ: Gəncədə silahlı şəxslərlə polis arasında atışma: Yaralı var14:00Sahil Babayev bu şəxslərin maaşının artırılmasından danışdı12:41Parlament seçkilərində "Bakı qırğını" ƏN MARAQLI DAİRƏLƏR – VİDEO12:23İsfəndiyar Axundovun qaranlıq yolları... - İTTİHAM12:05AQTA ötən il 405 sahibkarlıq subyektinin qeydiyyatından imtina edib12:00Deputatlığa namizəd Prezidentə müraciət etdi - "Sizə güvənimiz sonsuzdur!!!"11:47Baş nazir qurumlar qarşısında vaxt qoydu11:22Şəmkirdə YAP-ın namizədi vaxtından qabaq təbliğat-təşviqat kampaniyasına başladı -FOTOFAKT10:56"Dövlətin ayırdığı pulu yeyiblər" - GİLEY10:13230 hektar torpağı əlindən alınmış kənd –YENİ ZUVAND CAMAATI CARƏSİZ QALIB09:53"Roma" 1/4 finalda09:32Güney Azərbaycan: Milli Hərəkat nə zaman ortaya güc qoyacaq? - GƏLİŞMƏ09:16Deputatlığa namizədlərin seçkiqabağı təşviqat kampaniyası başlayıb08:44Danimarkada qeyri-adi yaşayış məntəqəsi tikiləcək23:00Sahibkarlar hakimlərdən-İMAN NAĞIYEV VƏ İLHAM ƏHMƏDOVDAN PREZİDNTƏ ŞİKAYƏT ETDİLƏR…18:32Kominin Daxili İşlər naziri rüşvət ittihamı ilə saxlanılıb18:28Eldar Namazovdan Ramiz Mehdiyevə sensasion ittiham – 100 dollarlıq titul18:25Vilayət Eyvazov müşavirə keçirdi - Tapşırıqlar verdi18:23Dövlət Komitəsi Nərminlə bağlı müraciət yaydı: “Lazımsız məlumatların efirdən səslənməsi...”18:01Yüzlərlə leykozlu uşağın dərman problemi - RƏSMİ AÇIQLAMA17:48Putin: “Rusiya prezident respublikası olaraq qalacaq”17:31Prezident İlham Əliyev SƏRƏNCAM İMZALADI17:13İlham Əliyev Naxçıvana 8,8 milyon manat ayırdı16:48Musa Şəkiliyevin durumu gərgindir - İDDİA16:30Bakının gözəlləşməsini istəməyənlər...16:04Çempionlar Liqasının formatı DƏYİŞDİRİLƏ BİLƏR15:34Livanda gərginlik: 35 nəfər yaralandı15:05Azərbaycanda vergi daxilolmalarının həcmi tarixi maksimuma çatıbv14:35Putin növbəti seçkidən sonra bu vəzifəni tutacaq14:18İki qurum birləşdirilir, Samir Şərifov yola salınır - Şok təfərrüat13:27Nərminin anası ŞOK FAKTLAR açdı: "Qızım qatildən qaçıb, qonşular görüb xəbər verməyib" - VİDEO13:13Heydər Əliyev Sarayında “Əfsanəvi rok hitlər”i təqdim olunacaq12:52"İslahatlar kəmiyyət və keyfiyyətinə görə əvvəlkilərdən fərqlənir" - PA rəsmisi12:37Biləsuvar rayonunda dövlət tenderlərini KİMLƏR UDUR? - İLGİNC SİYAHI12:09UEFA "Qarabağ" klubuna 260 min 500 avro pul ayrııb11:31Bur tibb ocağı yox, qəssabxana imiş... - GİLEY11:13“Həkim bir müalicə yazdı ki, az qaldı ölüm” - GİLEY10:37Günün məzənnəsi açıqlandı - Mərkəzi Bank10:17“Aqrar Tədarük və Təchizat” ASC-də böyük yeyinti - İTTİHAM09:57Mövqelərimiz iriçaplı pulemyotlardan atəşə tutuldu20:59Rizvan Mirzəyev Salyan DYP postu ilə bağlı nazirə müraciət etdi - VİDEO18:30Cənab "baş bankir" bankları başdı başına buraxsanız gedib "Bank of Baku" olacaqlar......18:09Yeni gəmiyə və Pirşağı qəsəbəsindəki 112 nömrəli tam orta məktəbə Xoşbəxt Yusifzadənin adı verilib - SƏRƏNCAM17:45“Salyan OİL” şirkətinin fəhlələri etiraz aksiyası keçirdilər17:31Qazax və Ağstafada düşmən təx­ribatının qarşısı alınıb - DSX15:24İlham Əliyev Ramin Quluzadəni qəbul etdi - FOTO15:16Daha bir namizəd seçki qanununu açıq şəkildə pozdu - FOTOFAKT15:11Namizədliyi irəli sürülmüş indiki deputatlara xəbərdarlıq edilib: - Fəal olmasanız, seçilməyəcəksiniz15:05Arda Turandan gözlənilməz seçim14:30"“Böyük İyirmiliyin” mövcudluğu G7-nin vacib məsələləri həll edə bilmədiyini göstərir”14:17«Bravo» bizdən hər məhsula görə 500 MANAT İSTƏYİR» - GİLEY13:57"Deyirlər, bunlar da sevgilidir"13:32Tiflisdə kazinoda 270 min dollar uduzan deputat oğlu da seçkiyə qatılıb12:36Prezidentdən ciddi tapşırıq: Rüşvətxorluğa son qoyulsun!12:12Səfər Mehdiyev xalqı öz gömrüyündən utandırır - qəddarlıq, işgəncə, monopoliya...11:579 saylı Binəqədi II seçki dairəsində gərgin mübarizə gözlənilir – Kəmaləddin Qafarov, yoxsa Orxan Mustafayev?!...11:38Göygöldə kimlər narazılıq yaradır? - ETİRAZ
BÜTÜN XƏBƏRLƏR
Yanvar 2020 (314)
Dekabr 2019 (600)
Noyabr 2019 (626)
Oktyabr 2019 (577)
Sentyabr 2019 (617)
Avqust 2019 (631)

«    Yanvar 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Rusiyalı şərhçi Putinin İrana dəstək verdiyini deyir:"ABŞ-a TABUT SELİ AXACAQ"

10 yan 2020, 10:00   
    11
Rusiyalı şərhçi Putinin İrana dəstək verdiyini deyir:"ABŞ-a TABUT SELİ AXACAQ"
 

Rusiyanın tanınmış telejurnalisti və siyasi şərhçisi Maksim Şevçenko ABŞ-İran qarşıdurması nəticəsində Yaxın Şərqdə yaranmış təhlükəli durumla bağlı Minval.az-a eksklüziv müsahibə verib.

Strateq.az Musavat.com-a istinadla həmin müsahibəni təqdim edir:

 

– Dünən İran ABŞ-In İraqdakı hərbi bazalarına raket zərbələri endirib. Vəziyyəti necə qiymətləndirirsiniz, situasiya hansı nəticələrə gətirə bilər?

– Bu, müharibədir və müharibədə atəş açırlar. Amerikalılar bu müharibəni özləri başlayıblar. Onlar onu qızışdırır və genişləndirirlər. Bu, bütün region üçün – həm İran, həm İsrail, o cümlədən də Azərbaycan üçün ağır nəticələrə gətirə bilər. Əlbəttə, Azərbaycan bölgənin başqa ölkələri kimi, çətin ki, müharibəyə cəlb olunsun, ancaq nəticələrin ona təsirsiz ötüşməyəcəyi dəqiqdir.

Əgər İrana zərbə endirilməyə başlasa, o zaman bu zərbələr ölkənin şimal hissəsinə, Xəzərin İran sektoruna vurulacaq – harada ki, İranın neft-qaz yataqları var. Təbrizi vursalar, onda Azərbaycan qaçqınları qəbul eləməli olacaq. Aydındır ki, Azərbaycan öz bacı-qardaşlarından imtina etməyəcək.

Amerikanlar fars və azərbaycanlıların bu qədim sivilizasiya yurduna fəlakət və ölüm gətirəcəklər. Mən hesab edirəm ki, müasir ABŞ – XXI əsrin nasist Almaniyasıdır. Onlar özlərini faşistlər kimi aparırlar, fanatizm, ağılsızlıq əsiridirlər, imzaladıqları müqavilələri, götürdükləri öhdəlikləri militarizm, təkəbbür və şəxsi hakimiyyət naminə pozurlar. Buna başqa necə yanaşmaq olar ki?

İranın teokratik quruluşu heç də hamının xoşuna gəlməyə bilər. Ancaq obyektiv olaq. Nümunə üçün Azərbaycanı götürək. Doğrudur, ölkələr arasında hər şey sadə deyil. Ancaq Azərbaycan prezidenti Tehrana gedir, iki ölkə arasında adekvat diplomatik əlaqələr mövcuddur, sərhədlər açıqdır, sərbəst şəkildə maşınla İranla gedə bilərsən. O da doğrudur ki, Azərbaycan öz ərazisində hansısa dini təbliğatın aparılmasını istəmədiyini İrana anladıb. Elə İran da hər şeyi başa düşüb və o da Azərbaycanla münasibətləri pozmaq istəmir.

Azərbaycan dünyəvi, İran isə teokratik dövlətlərdir. Amma aralarında real problemlər yoxdur. İki ölkə bir çox məsələlərdə, o cümlədən Xəzər hövzəsi və başqa məqamlara bağlı anlaşır. Azərbaycan prezidenti İranın bütün əsas siyasətçiləri ilə görüşür. Ancaq budur, bir dövlət peyda olur və böhranları həll etmir…

Məsələn, İraqda böhran yarandı. Kimsə kimə atəş açdı. Və ABŞ böyük suveren bir dövlətin yüksək çinli məmurunu, İran xalqının qəhrəmanını öldürür. Onlar bilirdilər ki, kimi öldürürlər. Bunu da tam şüurlu şəkildə etdilər. Halbuki Qasım Süleymanini İraqın baş nazirinin dəvəti ilə orada diplomatik danışıqlar aparmaq üçün Dəməşqdən birbaşa reyslə uçub gəlmişdi. Bağdad hava limanına amerikanlar nəzarət edir, təhlükəsizliyi təmin edirlər.

Süleymaninin özünün İSİD-lə müharibə zamanı amerikalılarla geniş təmasları olub. İndi də onu öldürürlər. Dəlilik kimi bir şey. Dünya hələ də bu tapmacanı açmaq istəyir, çünki regional siyasət nöqteyi-nəzərincə qətlin heç bir rasional izahı yoxdur. İndi artıq məlumdur ki, Süleymani Tehranla Ər-Riyad arasında danışıqların iştirakçısı olub və Səudiyyə Ərəbistanı ilə problemlərin həlli ilə bağlı hansısa məktub aparırmış.

Amerikalıların elədiyi cəhənnəm terrorudur. Biz indi öz hərbi üstünlüyü ilə bəşəriyyətə qənim kəsilən bir ölkə ilə üz-üzəyik. Və belə görünür ki, bu dövlətin başında dini fanatlar durur. Mən bilmirəm, belə fanatlar İranda varmı? Ancaq mən iranlılarla böyük ünsiyyət təcrübəsinə malikəm və yadıma gəlmir ki, onlar mənə nəyisə təbliğ eləsinlər. Onlar çox nəzakətli, sənin inancına böyük hörmətlə yanaşan adamlardır.

ABŞ-da isə tam əksinədir. Orada Con Bolton fəal protestant fanatikidir – hansı ki, ikinci zühura və İsrailin də Yaxın Şərdə ikinci zühurda xüsusi rol oynadığına inanır. Onlar İncil əsasında yaşayır. Orada milyonluq protestant kilsələr var.

İndi bu dini fanatikilər ölkəsi hansıdır? Dini doktrinadan çıxış edib siyasi hərəkətlər edən ölkə ABŞ-dır, İran yox. Tehran İraqda, Suriyada, Livanda öz geosiyasi maraqlarını qoruyur. Həmçinin Güney Qafqazda baş verənləri diqqətlə izləyir. Bəs Birləşmiş Ştatlar nəyi rəhbər tutur? Qoy özləri izah etsin. Onlar sülh haqda özəl təsəvvürlərini, öz dini ölçülərini rəhbər tuturlar. Əsl fanatiklər də elə onlardır.

Hitler də öz fantaziyalarını əldə rəhbər tuturdu. O da insanları irqlərə bölür, deyirdi ki, alman milləti daha böyük qabiliyyətlərə malikdir və Almaniya dünyanın lideri olmalıdır. İndi biz bunu Vaşinqtondan eşidirik. İrandan və ya hansısa başqa ölkədən belə bir şey eşitmirik: bizdə seçilmiş insanlar yaşayır və ona görə bəşəriyyətin yerdə qalan hissəsini idarə etmək haqqına sahibik. "Yerdə qalan bəşəriyyət” bir-biri ilə anlaşır, qarşıdurmalar yaşayır, ancaq diplomatik üsullardan istifadə edir və müharibədən qaçmağa çalışır.

– Sizcə, Rusiya baş verənlərə necə reaksiya verəcək?

– Belə bir durumda Vladimir Putinin Suriyaya getməsi İrana dəstəkdir. Bu gün Türkiyə prezidenti Rəcəb Tyyib Ərdoğanın iştirakı ilə "Türk axını” kəmərinin açılışı olub. Bütün bu addımlar göstərir ki, Moskva Yaxın Şərqdə öz rolunu artıracaq. Putinin bu diplomatik gedişləri ABŞ-ın manevrləri üçün məkanı daraldacaq. Bu – Tehranın mövqeyinin nümayişkaranə şəkildə dəstəklənməsidir. Eyni zamanda, Putinin öz mövqeyini gücləndirmək yolunda atdığı mühüm addımıdır. Özü də "Türk axını” kəməri ilə İran qazı da nəql edilməlidir.

– İraq parlamenti ABŞ qoşunlarının ölkədən çıxmasına səs verdi. Bununla belə, Vaşinqton İraqdan çıxmaq niyyətində olmadığını bəyan etdi. Bu vəziyyətdə İran və ABŞ maraqlarının toqquşmasını gözləmək olarmı?

– Amerikalılar İran kimi bir rəqiblə Vyetnam müharibəsindən üzübəri rastlaşmayıblar. Vyetnam döyüşçüləri döyüşə ölümü veclərinə almayaraq gedirdilər. İranın şiə döyüşçüləri daha döyüşkəndir və bunu onlar Sədam İraqı ilə müharibə zamanı sübut ediblər. Amerikanlar sadəcə, kimə ilişdiklərini axıradək dərk etmirlər. Onlar elə bilirlər ki, işləri ərəblərlədir, ancaq bütün hörmətimə rəğmən, ərəblər vuruşa bilmirlər, iranlılar isə – tam ayrı məsələdir.

1982-ci ilin İranı 2020-ci ilin İranından güclü şəkildə fərqlənir. Bu dövlət iqtisadi sanksiyalar altında yaşasa da, müasir, ABŞ Hava Hücumundan Müdafiə (HHM) qüvvələrindən yayınan silahlar yaratmaq qabiliyyətindədir. Əgər amerikalıların itki verdikləri təsdiqlənsə, o zaman bu, o demək olacaq ki, ABŞ-ın HHM qüvvələri, eləcə də İsrail ABŞ HHM-i heç nəyə yaramır. İranlılar bununla göstərmiş olacaqlar ki, heç bir "Dəmir günbəz” onları xilas etməyəcək və İsraildəki nüvə mərkəzləri də zərbələrin hədəfi ola bilər.

Müharibə, sadəcə, mübarizə deyil. Həm də güc nümayişidir. Fikrimcə, amerikalılar çox güclü şəkildə fikrə gediblər. Onlar indi düşdükləri situasiyadan çıxmağa səy edirlər. Əgər onlar Tramp üçün "elektoral ssenari” üzrə hərəkət etmək istəyiblərsə, o zaman tələsiblər. Onlar Süleymanini gələn ilin aprelində öldürməli idilər ki, noyabr üçün, seçki məqamı üçün bu, apogeyə çataydı. Bütövlükdə ABŞ çətin vəziyyətdədir.

– Trampın ikinci müddətə prezident seçilməsi müharibə deməkdir. Bunu hamı bilir. O, yenə prezident ola biləcəkmi?

– Amerikalılar belə müharibələrə artıq adət ediblər. Axı bombalanan onların şəhərləri deyil. Onlar televizora baxıb görürlər ki, Vyetnam və yaxud İran, İraq bombalanır. Ancaq onlar bunu o vaxt hiss edəcəklər ki, ABŞ-a tabut seli axacaq. İranla müharibə variantında məhz bu cür olacaq.


OXŞAR MÖVZULAR