Impera

XƏBƏR LENTİ
17:29Ermənistanın sabiq “baş çekistinin” ölümü: Paşinyan hədəfə alınıb - ŞƏRH17:20“Sovetski”də 8 milyona torpaq satılır - Fotofakt16:57Deputatlığa namizəd İmamveridi İsmayılovla bağlı ŞOK MƏLUMATLAR YAYILDI16:27Ən qızğın mübarizə bu dairələrdə gedəcək — SİYAHI15:42"Hər kəs ulduz ola bilməz"15:27SON DƏQİQƏ: Gəncədə silahlı şəxslərlə polis arasında atışma: Yaralı var14:00Sahil Babayev bu şəxslərin maaşının artırılmasından danışdı12:41Parlament seçkilərində "Bakı qırğını" ƏN MARAQLI DAİRƏLƏR – VİDEO12:23İsfəndiyar Axundovun qaranlıq yolları... - İTTİHAM12:05AQTA ötən il 405 sahibkarlıq subyektinin qeydiyyatından imtina edib12:00Deputatlığa namizəd Prezidentə müraciət etdi - "Sizə güvənimiz sonsuzdur!!!"11:47Baş nazir qurumlar qarşısında vaxt qoydu11:22Şəmkirdə YAP-ın namizədi vaxtından qabaq təbliğat-təşviqat kampaniyasına başladı -FOTOFAKT10:56"Dövlətin ayırdığı pulu yeyiblər" - GİLEY10:13230 hektar torpağı əlindən alınmış kənd –YENİ ZUVAND CAMAATI CARƏSİZ QALIB09:53"Roma" 1/4 finalda09:32Güney Azərbaycan: Milli Hərəkat nə zaman ortaya güc qoyacaq? - GƏLİŞMƏ09:16Deputatlığa namizədlərin seçkiqabağı təşviqat kampaniyası başlayıb08:44Danimarkada qeyri-adi yaşayış məntəqəsi tikiləcək23:00Sahibkarlar hakimlərdən-İMAN NAĞIYEV VƏ İLHAM ƏHMƏDOVDAN PREZİDNTƏ ŞİKAYƏT ETDİLƏR…18:32Kominin Daxili İşlər naziri rüşvət ittihamı ilə saxlanılıb18:28Eldar Namazovdan Ramiz Mehdiyevə sensasion ittiham – 100 dollarlıq titul18:25Vilayət Eyvazov müşavirə keçirdi - Tapşırıqlar verdi18:23Dövlət Komitəsi Nərminlə bağlı müraciət yaydı: “Lazımsız məlumatların efirdən səslənməsi...”18:01Yüzlərlə leykozlu uşağın dərman problemi - RƏSMİ AÇIQLAMA17:48Putin: “Rusiya prezident respublikası olaraq qalacaq”17:31Prezident İlham Əliyev SƏRƏNCAM İMZALADI17:13İlham Əliyev Naxçıvana 8,8 milyon manat ayırdı16:48Musa Şəkiliyevin durumu gərgindir - İDDİA16:30Bakının gözəlləşməsini istəməyənlər...16:04Çempionlar Liqasının formatı DƏYİŞDİRİLƏ BİLƏR15:34Livanda gərginlik: 35 nəfər yaralandı15:05Azərbaycanda vergi daxilolmalarının həcmi tarixi maksimuma çatıbv14:35Putin növbəti seçkidən sonra bu vəzifəni tutacaq14:18İki qurum birləşdirilir, Samir Şərifov yola salınır - Şok təfərrüat13:27Nərminin anası ŞOK FAKTLAR açdı: "Qızım qatildən qaçıb, qonşular görüb xəbər verməyib" - VİDEO13:13Heydər Əliyev Sarayında “Əfsanəvi rok hitlər”i təqdim olunacaq12:52"İslahatlar kəmiyyət və keyfiyyətinə görə əvvəlkilərdən fərqlənir" - PA rəsmisi12:37Biləsuvar rayonunda dövlət tenderlərini KİMLƏR UDUR? - İLGİNC SİYAHI12:09UEFA "Qarabağ" klubuna 260 min 500 avro pul ayrııb11:31Bur tibb ocağı yox, qəssabxana imiş... - GİLEY11:13“Həkim bir müalicə yazdı ki, az qaldı ölüm” - GİLEY10:37Günün məzənnəsi açıqlandı - Mərkəzi Bank10:17“Aqrar Tədarük və Təchizat” ASC-də böyük yeyinti - İTTİHAM09:57Mövqelərimiz iriçaplı pulemyotlardan atəşə tutuldu20:59Rizvan Mirzəyev Salyan DYP postu ilə bağlı nazirə müraciət etdi - VİDEO18:30Cənab "baş bankir" bankları başdı başına buraxsanız gedib "Bank of Baku" olacaqlar......18:09Yeni gəmiyə və Pirşağı qəsəbəsindəki 112 nömrəli tam orta məktəbə Xoşbəxt Yusifzadənin adı verilib - SƏRƏNCAM17:45“Salyan OİL” şirkətinin fəhlələri etiraz aksiyası keçirdilər17:31Qazax və Ağstafada düşmən təx­ribatının qarşısı alınıb - DSX15:24İlham Əliyev Ramin Quluzadəni qəbul etdi - FOTO15:16Daha bir namizəd seçki qanununu açıq şəkildə pozdu - FOTOFAKT15:11Namizədliyi irəli sürülmüş indiki deputatlara xəbərdarlıq edilib: - Fəal olmasanız, seçilməyəcəksiniz15:05Arda Turandan gözlənilməz seçim14:30"“Böyük İyirmiliyin” mövcudluğu G7-nin vacib məsələləri həll edə bilmədiyini göstərir”14:17«Bravo» bizdən hər məhsula görə 500 MANAT İSTƏYİR» - GİLEY13:57"Deyirlər, bunlar da sevgilidir"13:32Tiflisdə kazinoda 270 min dollar uduzan deputat oğlu da seçkiyə qatılıb12:36Prezidentdən ciddi tapşırıq: Rüşvətxorluğa son qoyulsun!12:12Səfər Mehdiyev xalqı öz gömrüyündən utandırır - qəddarlıq, işgəncə, monopoliya...11:579 saylı Binəqədi II seçki dairəsində gərgin mübarizə gözlənilir – Kəmaləddin Qafarov, yoxsa Orxan Mustafayev?!...11:38Göygöldə kimlər narazılıq yaradır? - ETİRAZ11:24"İndi biz çörəyimizi kimdən istəyək?" - Laçınlı müəllim rayon təhsilində baş alıb gedən korrupsiyadan danışır11:00"Bəlkə hökumət görər, kömək eləyər…" - GİLEY10:39Paşinyan “pripiska”ya qayıdır: Ermənistan iqtisadiyyatı necə “şişir”? - TƏHLİL10:27Merih Demiral əməliyyat olundu - Nə vaxt qayıdacaq?10:10Prezident: Bu gün mənfəət neftinin 75-80 faizi Azərbaycana çatır09:44Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 21 dəfə pozub09:28Tramp cinayətkarların telefonlarını açmaqdan imtina edən “Apple” şirkətini qınadı20:19Zakir Fərəcov işdən çıxarılır –QALMAQALLAR İCRA BAŞÇISINI ÇIXILMAZA SALIB18:14Azərbaycan 20 ən islahatçı ölkə sırasında: Prezident 2019-cu ilə yekun vurdu - TƏHLİL18:07MTK dələduzları qurbanlarını belə tələyə salır - Tanınmış hüquqşünasdan ÇIXIŞ YOLU17:56Zaqatalanın icra başçısı iki kəndi “siyahı”dan sildi - İLGİNC17:46Ərdoğandan liviyalı general Xalifə Haftara sərt reaksiya — Ona layiq olduğu dərsi verəcəyik17:38Nazirlikdə işləmək istəyənlərin nəzərinə! 435 iş yeri var — SİYAHI17:26Prezident yeni qanunu imzaladı — DƏYİŞİKLİK17:14Cavanşir Məmmədovdan sərt sözlər: "Mən sənə 1000-1500 manat pul verməliyəm?" - VİDEO17:00Bakıda yaşlı qadını kəndirlə bağlayıb, ağzına dəsmal tıxayaraq qarət etdilər16:47İqtisadçı alim: Elman Rüstəmovun dediyindən belə çıxır ki, Azərbaycanın borcu 50 milyarddan çoxdur15:572020-ci ildə neftin qiyməti necə olacaq? - TƏHLİL15:16Fərhad Qəribov deputat mandatını oğluna necə “ötürür?” – Kürdəmirdə YAP-çı namizəd yenidən qurban verilir15:05Mənzildən oğurladığı pulları restoranlarda xərcləyən şəxs saxlanıldı14:49Zeynəb Xanlarova 12 il sonra konsert verəcək14:14Bu dairədə toqquşan milyonçu oğlu və məmur oğlu geri çəkildi - İLGİNC GƏLİŞMƏ13:52Arabir yağış yağacağı gözlənilir - Belə deyirlər...13:34Tanınmış jurnalist “Təhsil-Press.az” İnformasiya Agentliyinin direktoru, təhsil eksperti Əkbər Hüseynzadə 34 saylı Xətai ikinci seçki dairəsindən deputatlığa namizəd oldu.12:43“Mənim günahım” növbəti dəfə göstəriləcək12:05Rüşvət alan polislə bağlı Vilayət Eyvazovdan SƏRT QƏRAR - VİDEO11:49Samir Şərifov yola salınacaqmı? - O, yeni komandada "köhnə yamağa" bənzəyir...11:25Qarayevin çətiri altında özbaşınalıq - İTTİHAM10:27Kənd məktəblərinə ayrılan odun pulu harada və necə yandırılır? - Ceyhun Bayramova bircə sual10:09Milyonçu, Firon və Yapon oğullarının mandat savaşı - Şəkidə “ölüm dairəsi”09:47Azərbaycan nefti 2%-dək ucuzlaşıb09:28Valverde “Barselona”dan qovuldu - Yeni baş məşqçi bilindi09:09İlham Əliyev: “Azərbaycan ali liqada, Ermənistan isə üçüncü liqadadır”08:56Elman Rüstəmov: "Mərkəzi Bankın proqnozu dəyişmir, inflyasiyanın 4 faiz ətrafında sabitləşdirilməsi planlaşdırılır"22:22Tanınmış jurnalist, iqtisadçı-ekspert Razi Abasbəyli müraciət yaydı19:43Tanınmış QHT sədiri Mahirə Əsədovanın DEPUTATLIĞA NAMİZƏDLİYİ QEYDƏ ALINIB19:41Allahdan qorx, Zakir Fərəcov !19:40İlham Əliyev Xorvatiyanın yeni seçilən prezidentini təbrik edib
BÜTÜN XƏBƏRLƏR
Yanvar 2020 (276)
Dekabr 2019 (600)
Noyabr 2019 (626)
Oktyabr 2019 (577)
Sentyabr 2019 (617)
Avqust 2019 (631)

«    Yanvar 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Azərbaycana könüllü dönüş: “Avropalı”ları nə gözləyir? - GƏLİŞMƏ

13 yan 2020, 11:14   
    8
Azərbaycana könüllü dönüş: “Avropalı”ları nə gözləyir? - GƏLİŞMƏ
 
Ötən il 831 nəfər könüllü olaraq Avropadan Azərbaycana qayıdıb. Beynəlxalq Miqrasiya Təşkilatından (BMqT) Trend-ə verilən məlumata görə, təşkilatın Könüllü Qayıdışa Yardım və Reinteqrasiya layihələri çərçivəsində 2019-cu il ərzində Azərbaycan vətəndaşı olan 831 nəfərin mənşə ölkəsinə könüllü qayıdışını təmin olunub.

Könüllü geri qayıdanların 460 nəfəri Almaniyanın, 264 nəfəri Niderlandın, 27 nəfəri Latviyanın, 16 nəfəri Türkiyənin, 13 nəfəri Avstriyanın, 10 nəfəri Gürcüstanın, 9 nəfəri Belçikanın, 8 nəfəri Litvanın, 7 nəfəri Polşanın, 6 nəfəri İsveçrənin, 4 nəfəri Macarıstanın, 3 nəfəri Finlandiyanın, 2 nəfəri İrlandiyanın, 1 nəfəri Çexiyanın və 1 nəfəri Bosniya və Herseqovinanın payına düşüb.

Maraqlıdır, Azərbaycana könüllü qayıdanlar ucun hansısa proqramlar varmı? Onlar işlə təmin edilirmi? Ümumiyyətlə, həmin şəxslərin sosial müdafiələri qanunla tənzimlənirmi?

Qeyd edək ki, Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Könüllü Qayıdışa Yardım və Reinteqrasiya (AVRR) layihələri mövcuddur. Bu layihələr çərçivəsində ölkələrə könüllü qayıdan miqrantlara yardım göstərilir. Bu təşkilatın Azərbaycanda da nümayəndəliyi var. Ayrılmış reinteqrasiya vəsaitləri iş qurmaq, mövcud biznesə sərmayə qoymaq, təhsil almaq, habelə müvəqqəti yaşayış üçün istifadə edilə bilər. Məsələn, ötən ilin yayında nümayəndəliyin Niderland Krallığından qayıtmış ailəyə kiçik ailə təsərrüfatının yaradılmasına köməklik göstərməsi barədə xəbər yayılıb. Ailəyə İmişli rayonunda BMqT-nin maliyyə dəstəyi ilə gəlir gətirən fəaliyyətin qurulması üçün 9 baş inək və 9 baş buzov satın alınaraq verilib.

Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri Azər Allahverənov "Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, könüllü qayıdan şəxslərin Azərbaycan qanunları və Konstitusiyasının verdiyi bütün imkanlardan yaralanmaq hüquqları var:

"Onlar bizim vətəndaşlarımızdır, müxtəlif səbəblərdən xarici ölkələrə üz tutublar. Yəqin ki, həmin şəxslərin Azərbaycanna qayıdışında Beynəlxalq Miqrasiya Təşkilatı ilə yanaşı, digər beynəlxalq təşkilatların da rolu olub. Bütün dövlət qurumlarının vətəndaşlar üçün nəzərdə tutulan xidmətləri onlara da aiddir. Ayrı-ayrı problemlərlə bağlı dövlət qurumlarının dəstəyi ilə bağlı kifayət qədər geniş məlumatlar var, müsbət dividentlər çoxdur. Amma könüllü qayıdan vətəndaşlar tək dövlət qurumlarının verdiyi imkanlardan yararlanmırlar. Avropa İttifaqının bir sıra proqramları var ki, onların çərçivəsində könüllü qayıdan şəxslərə müəyyən dəstəklər göstərilir, onlara müəyyən məbləğlərdə vəsaitlər ayrılır. Həmin vəsait çərçivəsində şəxsin Azərbaycana qayıtması, sənəd işlərinin aparılması, ilkin mərhələdə kiçik biznesin qurulması, səhhətində hansısa problemlər varsa, müalicəsi ilə bağlı xərclər, müəyyən müddət üçün kirayə evlə təminatı nəzərdə tutulur. Hətta bu yardımlardan geniş şəkildə yararlanan şəxslər sonradan özlərinə kiçik biznes qurmaq imkanı əldə ediblər. Çünki, həmin yardımlara şəxsi buznesin qurulması adlı bir komponent də daxildir, burada əgər vətənə qayıdan şəxs hansısa kiçik biznesi qurmaq istəyirsə, ona müəyyən vəsait ayrılır”.

Azər Allahverənov deyir ki, Beynəlxalq Miqrasiya Təşkilatı və digər beynəlxalq təşkilatların geri qayıdan şəxslər üçün bu cür imkanlar yaratması həm də dövlət qurumlarını müəyyən qayğılardan azad edən haldır:

"Çünki həmin şəxlərin bütün çətinlikləri, problemlər bütövlükdə dövlət tərəfindən qarşılana bilməz. Bu problemlərin bir qismi dövlət qurumları tərəfindən qarşılanırsa, digər bir qismi də beynəlxalq təşkilatlar vasitəsilə qarşılanır”.

"Bəs, Azərbaycan qanunvericiliyində ölkəyə qayıdan və qaytarılan şəxslərlə bağlı müddəlar varmı?”

Azər Allahverənov bildirib ki, "Miqrasiya Məcəlləsində” ölkəyə qayıdan və qaytarılan şəxslərin Azərbaycan cəmiyyətinə inteqrasiyası məsələlərində dəstəyin göstərilməsi barədə müddəa var:

"Müddəa çərçivəsində müəyyən dəstəklər göstərilir, amma burada daha çox qaytarılan şəxslərin inteqrasiyası nəzərdə tutulur. Çünki qayıdan şəxslərin əksər hallarda beynəlxalq təşkilatların verdiyi imkanlardan yararlanmaq imkanı var. Amma ölkəyə qaytarılan şəxslərə beynəlxalq təşkilatlar belə imkanlar vermir. Onların ölkə qayıdışı və s.məsələlər bilavasitə dövlət qurumlarının buna münasibətindən asılı olan məsələlərdir. Bunun üçün Dövlət Miqrasiya Xidmətində İşçi Qrupu də fəaliyyət göstərir. Bu qrup aidiyyəti qurumlar arasında əlaqələndirmə şəraitində həmin şəxslərin reinteqrasiyası üzrə işlər aparılır”.
OXŞAR MÖVZULAR