Impera

XƏBƏR LENTİ
22:25İki qurum birləşdirilir, Samir Şərifov yola salınır - Şok təfərrüat22:24Səhiyyədə “şəkər müəmması” - Pulsuz verilsə də...22:20MSK Zahir Əzəmətin şikayətini təmin etmədi – Namizəd Apelyasiya Məhkəməsinə şikayət edəcək22:17“Müştərilər vəsaitlərinin batmasından qorxurlar” - Fazil Məmmədovun bankında nələr baş verir?22:15DYP-nin ləğvi tələb olunur: Ya da sistem kökündən dəyişsin17:29Ermənistanın sabiq “baş çekistinin” ölümü: Paşinyan hədəfə alınıb - ŞƏRH17:20“Sovetski”də 8 milyona torpaq satılır - Fotofakt16:57Deputatlığa namizəd İmamveridi İsmayılovla bağlı ŞOK MƏLUMATLAR YAYILDI16:27Ən qızğın mübarizə bu dairələrdə gedəcək — SİYAHI15:42"Hər kəs ulduz ola bilməz"15:27SON DƏQİQƏ: Gəncədə silahlı şəxslərlə polis arasında atışma: Yaralı var14:00Sahil Babayev bu şəxslərin maaşının artırılmasından danışdı12:41Parlament seçkilərində "Bakı qırğını" ƏN MARAQLI DAİRƏLƏR – VİDEO12:23İsfəndiyar Axundovun qaranlıq yolları... - İTTİHAM12:05AQTA ötən il 405 sahibkarlıq subyektinin qeydiyyatından imtina edib12:00Deputatlığa namizəd Prezidentə müraciət etdi - "Sizə güvənimiz sonsuzdur!!!"11:47Baş nazir qurumlar qarşısında vaxt qoydu11:22Şəmkirdə YAP-ın namizədi vaxtından qabaq təbliğat-təşviqat kampaniyasına başladı -FOTOFAKT10:56"Dövlətin ayırdığı pulu yeyiblər" - GİLEY10:13230 hektar torpağı əlindən alınmış kənd –YENİ ZUVAND CAMAATI CARƏSİZ QALIB09:53"Roma" 1/4 finalda09:32Güney Azərbaycan: Milli Hərəkat nə zaman ortaya güc qoyacaq? - GƏLİŞMƏ09:16Deputatlığa namizədlərin seçkiqabağı təşviqat kampaniyası başlayıb08:44Danimarkada qeyri-adi yaşayış məntəqəsi tikiləcək23:00Sahibkarlar hakimlərdən-İMAN NAĞIYEV VƏ İLHAM ƏHMƏDOVDAN PREZİDNTƏ ŞİKAYƏT ETDİLƏR…18:32Kominin Daxili İşlər naziri rüşvət ittihamı ilə saxlanılıb18:28Eldar Namazovdan Ramiz Mehdiyevə sensasion ittiham – 100 dollarlıq titul18:25Vilayət Eyvazov müşavirə keçirdi - Tapşırıqlar verdi18:23Dövlət Komitəsi Nərminlə bağlı müraciət yaydı: “Lazımsız məlumatların efirdən səslənməsi...”18:01Yüzlərlə leykozlu uşağın dərman problemi - RƏSMİ AÇIQLAMA17:48Putin: “Rusiya prezident respublikası olaraq qalacaq”17:31Prezident İlham Əliyev SƏRƏNCAM İMZALADI17:13İlham Əliyev Naxçıvana 8,8 milyon manat ayırdı16:48Musa Şəkiliyevin durumu gərgindir - İDDİA16:30Bakının gözəlləşməsini istəməyənlər...16:04Çempionlar Liqasının formatı DƏYİŞDİRİLƏ BİLƏR15:34Livanda gərginlik: 35 nəfər yaralandı15:05Azərbaycanda vergi daxilolmalarının həcmi tarixi maksimuma çatıbv14:35Putin növbəti seçkidən sonra bu vəzifəni tutacaq14:18İki qurum birləşdirilir, Samir Şərifov yola salınır - Şok təfərrüat13:27Nərminin anası ŞOK FAKTLAR açdı: "Qızım qatildən qaçıb, qonşular görüb xəbər verməyib" - VİDEO13:13Heydər Əliyev Sarayında “Əfsanəvi rok hitlər”i təqdim olunacaq12:52"İslahatlar kəmiyyət və keyfiyyətinə görə əvvəlkilərdən fərqlənir" - PA rəsmisi12:37Biləsuvar rayonunda dövlət tenderlərini KİMLƏR UDUR? - İLGİNC SİYAHI12:09UEFA "Qarabağ" klubuna 260 min 500 avro pul ayrııb11:31Bur tibb ocağı yox, qəssabxana imiş... - GİLEY11:13“Həkim bir müalicə yazdı ki, az qaldı ölüm” - GİLEY10:37Günün məzənnəsi açıqlandı - Mərkəzi Bank10:17“Aqrar Tədarük və Təchizat” ASC-də böyük yeyinti - İTTİHAM09:57Mövqelərimiz iriçaplı pulemyotlardan atəşə tutuldu20:59Rizvan Mirzəyev Salyan DYP postu ilə bağlı nazirə müraciət etdi - VİDEO18:30Cənab "baş bankir" bankları başdı başına buraxsanız gedib "Bank of Baku" olacaqlar......18:09Yeni gəmiyə və Pirşağı qəsəbəsindəki 112 nömrəli tam orta məktəbə Xoşbəxt Yusifzadənin adı verilib - SƏRƏNCAM17:45“Salyan OİL” şirkətinin fəhlələri etiraz aksiyası keçirdilər17:31Qazax və Ağstafada düşmən təx­ribatının qarşısı alınıb - DSX15:24İlham Əliyev Ramin Quluzadəni qəbul etdi - FOTO15:16Daha bir namizəd seçki qanununu açıq şəkildə pozdu - FOTOFAKT15:11Namizədliyi irəli sürülmüş indiki deputatlara xəbərdarlıq edilib: - Fəal olmasanız, seçilməyəcəksiniz15:05Arda Turandan gözlənilməz seçim14:30"“Böyük İyirmiliyin” mövcudluğu G7-nin vacib məsələləri həll edə bilmədiyini göstərir”14:17«Bravo» bizdən hər məhsula görə 500 MANAT İSTƏYİR» - GİLEY13:57"Deyirlər, bunlar da sevgilidir"13:32Tiflisdə kazinoda 270 min dollar uduzan deputat oğlu da seçkiyə qatılıb12:36Prezidentdən ciddi tapşırıq: Rüşvətxorluğa son qoyulsun!12:12Səfər Mehdiyev xalqı öz gömrüyündən utandırır - qəddarlıq, işgəncə, monopoliya...11:579 saylı Binəqədi II seçki dairəsində gərgin mübarizə gözlənilir – Kəmaləddin Qafarov, yoxsa Orxan Mustafayev?!...11:38Göygöldə kimlər narazılıq yaradır? - ETİRAZ11:24"İndi biz çörəyimizi kimdən istəyək?" - Laçınlı müəllim rayon təhsilində baş alıb gedən korrupsiyadan danışır11:00"Bəlkə hökumət görər, kömək eləyər…" - GİLEY10:39Paşinyan “pripiska”ya qayıdır: Ermənistan iqtisadiyyatı necə “şişir”? - TƏHLİL10:27Merih Demiral əməliyyat olundu - Nə vaxt qayıdacaq?10:10Prezident: Bu gün mənfəət neftinin 75-80 faizi Azərbaycana çatır09:44Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 21 dəfə pozub09:28Tramp cinayətkarların telefonlarını açmaqdan imtina edən “Apple” şirkətini qınadı20:19Zakir Fərəcov işdən çıxarılır –QALMAQALLAR İCRA BAŞÇISINI ÇIXILMAZA SALIB18:14Azərbaycan 20 ən islahatçı ölkə sırasında: Prezident 2019-cu ilə yekun vurdu - TƏHLİL18:07MTK dələduzları qurbanlarını belə tələyə salır - Tanınmış hüquqşünasdan ÇIXIŞ YOLU17:56Zaqatalanın icra başçısı iki kəndi “siyahı”dan sildi - İLGİNC17:46Ərdoğandan liviyalı general Xalifə Haftara sərt reaksiya — Ona layiq olduğu dərsi verəcəyik17:38Nazirlikdə işləmək istəyənlərin nəzərinə! 435 iş yeri var — SİYAHI17:26Prezident yeni qanunu imzaladı — DƏYİŞİKLİK17:14Cavanşir Məmmədovdan sərt sözlər: "Mən sənə 1000-1500 manat pul verməliyəm?" - VİDEO17:00Bakıda yaşlı qadını kəndirlə bağlayıb, ağzına dəsmal tıxayaraq qarət etdilər16:47İqtisadçı alim: Elman Rüstəmovun dediyindən belə çıxır ki, Azərbaycanın borcu 50 milyarddan çoxdur15:572020-ci ildə neftin qiyməti necə olacaq? - TƏHLİL15:16Fərhad Qəribov deputat mandatını oğluna necə “ötürür?” – Kürdəmirdə YAP-çı namizəd yenidən qurban verilir15:05Mənzildən oğurladığı pulları restoranlarda xərcləyən şəxs saxlanıldı14:49Zeynəb Xanlarova 12 il sonra konsert verəcək14:14Bu dairədə toqquşan milyonçu oğlu və məmur oğlu geri çəkildi - İLGİNC GƏLİŞMƏ13:52Arabir yağış yağacağı gözlənilir - Belə deyirlər...13:34Tanınmış jurnalist “Təhsil-Press.az” İnformasiya Agentliyinin direktoru, təhsil eksperti Əkbər Hüseynzadə 34 saylı Xətai ikinci seçki dairəsindən deputatlığa namizəd oldu.12:43“Mənim günahım” növbəti dəfə göstəriləcək12:05Rüşvət alan polislə bağlı Vilayət Eyvazovdan SƏRT QƏRAR - VİDEO11:49Samir Şərifov yola salınacaqmı? - O, yeni komandada "köhnə yamağa" bənzəyir...11:25Qarayevin çətiri altında özbaşınalıq - İTTİHAM10:27Kənd məktəblərinə ayrılan odun pulu harada və necə yandırılır? - Ceyhun Bayramova bircə sual10:09Milyonçu, Firon və Yapon oğullarının mandat savaşı - Şəkidə “ölüm dairəsi”09:47Azərbaycan nefti 2%-dək ucuzlaşıb09:28Valverde “Barselona”dan qovuldu - Yeni baş məşqçi bilindi09:09İlham Əliyev: “Azərbaycan ali liqada, Ermənistan isə üçüncü liqadadır”
BÜTÜN XƏBƏRLƏR
Yanvar 2020 (281)
Dekabr 2019 (600)
Noyabr 2019 (626)
Oktyabr 2019 (577)
Sentyabr 2019 (617)
Avqust 2019 (631)

«    Yanvar 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Kənd məktəblərinə ayrılan odun pulu harada və necə yandırılır? - Ceyhun Bayramova bircə sual

14 yan 2020, 10:27   
    8
Kənd məktəblərinə ayrılan odun pulu harada və necə yandırılır? - Ceyhun Bayramova bircə sual
 
Azərbaycanda qış fəslinin dekabr ayında başlamasına baxmayaraq bir neçə dağ rayonlarından başqa demək olar ki respublika ərazisinə qar düşməyib.Bu da ölkə ərazisində havanın o qədər də soyuq olmadığına işarə edir. Buna baxmayaraq rayonlarda orta ümumtəhsil məktəblərinin qızdırılması üçün Təhsil Nazirliyi tərəfindən külli miqdarda vəsaitlər ayrılır. Amma sosial şəbəkələrdə, dövrü mətbuatda və televiziyada kənd sakinləri orta məktəblərdə uşaqların soyuqdan dönmasından, direktorlar tərəfindən odun pulu tələb olunmasından şikayət edirlər.
Aktualinfo.org bir müddət öncə bu problemə toxunmuş, kənd orta məktəblərinin qızdırılmasında ciddi nöqsanlara yol verildiyini əks etdirən silsilə yazılar dərc etmişdi.Bu istiqamətdə apardığımız araşdırmalarmalardan sonra üzləşdiyimiz mənzərə daha acınacaqlıdır.Təhsil Nazirliyi Ərazi Maliyyə Hesablaşma Mərkəzləri tərəfindən kənd məktəblərinin isidilməsi məqsədi ilə odun yanacağının alınması üçün elan olunmuş bütün tenderlərin keçirilməsində dövlət vəsaitinin kənarlaşdırılması hallarına yol verildiyi açıq-aşkar görsənməkdədir.Burada quru odun yanacağının qiymətləri ya gizlədilir və yaxud da çox yüksək yazılır.Alınan odun yanacağının harada yandırıldığı isə sual altındadır.
Qeyd edək ki, Şimal -Qərb zonasının Şəki,Oğuz Qəbələ rayonlarını əhatə edən 4 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin 22.07 2019-cu ildə odun yanacağının alınması üzrə elan etdiyi tenderi "KRESPO” Məhdud Məsuliyyətli Cəmiyyəti qazanıb. 208900 manat dəyərində odun yanacağının satınalması nizamnamə kapitalı cəmi 2 manat olan bir MMC-yə həvalə olunub. MMC Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsində tenderdə qalib olduğu gündən cəmi üç ay əvvəl,yəni 01.04 2019 -cu ildə vergi uçotuna alınıb. Hüquqi ünvanı Bakı şəhəri Nizami rayonu Məmmədəli Şərifli küçəsi ev 4 göstərilən MMC-nin qanuni təmsilçisi Emil Elçin oğlu Mehdizadədir. Fəaliyyət sferası məlum olmayan bu üç aylıq bir MMC ilə 208900 manatlıq bir müqavilə bağlanarkən satınalmalar haqqında qanununun tələblərinə nə dərəcədə riayət olunub. Axı sözügedən qanunda açıq aşkar deyilir ki, iddiaçi ən azı bir illik fəaliyyəti barədə vergi və digər icra orqanlarından arayış təqdim etməlidir. Sifarişçi təşkilatın bu kimi nüansları nəzərə almaması və yaxud göz yumması dövlət vəsaitinin bilərəkdən talanması anlamına gəlmirmi?
Eyni hallara Yevlax, Mingəçevir, Ağdaş, Bərdə rayonlarını əhatə edən Təhsil Nazirliyinin 9 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzi tərəfindən elan olunmuş tenderlərdə də yol verilməsi açıq-aydın görsənməkdədir. Bu rayonlardan Ağdaşda 68, Bərdədə 74, Yevlaxda 57, Mingəçevirdə isə 21 ümumtəhsil məktəbləri fəaliyyət göstərir. Əksəriyyətində 5 günlük iş saatı olan bu məktəblər gün ərzində neçə saat qızdırılır? Qeyd edək ki,bu rayonlarda hazırda qış fəsli olmasına baxmayaraq havalar o qədər də soyuq keçmir. Ötən yazılarda da qeyd etdiyimiz kimi bu rayon mərkəzlərindəki məktəblərin böyük əksəriyyəti qazanxanalar vasıtəsi ilə isidilıir.Kənd məktəbləri isə hələ də valideynlərdən toplanan pullar hesabına odun yanacağı almağa məcbur olurlar. Amma 29.12.2019-cu ildə Təhsil Nazirliyi 9 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzi 196000.19 manatlıq odun yanacağının satınalması barədə tender elan ediib. Bu tenderin qalibi isə 10 manat nizamnamə kapitalı olan "Eldar-2014″Məhdud Məsuliyyətli Cəmiyyət olub. Təhsil Nazirliyi "Eldar-2014” MMC -dən 2415 kub metr quru meşə odununun 1 kub metrini 81 manata satın alacaq. . Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlara görə MMC 2014- cü ildə Ağdam rayon Vergilər İdarəsində dövlət qeydiyyatına alınıb. Qanuni təmsilçisi Quliyev Ramil Bulud oğlu olan MMC-nin fəaliyyət sferası barədə heç bir məlumat yoxdur.
Nazirliyin Tərtər, Ağdam, Ağcabədi, Laçın, Füzuli, Xocavənd rayonlarını əhatə edən 10 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzi tərəfindən elan olunmuş tenderdə isə odun yanacağının satınalması üçün 298799.60 manatlıq dövlət sifarişi verilib. Amma bir neçə gün öncə televiziyaların birində Ağdam sakinləri orta məktəblərdə odun almaq üçün pul yığıldığı barədə şikayət etmişdi. Şikayətçilər məktəblərin gün ərzində bir-iki saat qızdırıldığını iddia edir, odun yanacağına pul çatdıra bilmədiklərindən soyuq sinif otaqlarında uşaqlarının xəstələndiyini bildiriblər. Bəs Təhsil Nazirliyinin bu rayonlardakı orta məktəblərin qızdırılması üçün ayırdığı 300 min manat civarında dövlət vəsaiti necə olub? Qeyd edək ki,özügedən rayonların orta ümumtəhsil məktəblərinin odunla təmin edəcək "Təchizat-RA” MMC -də nizamnamə kapitalı 10 manatlıqlardandandır. Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlara görə "Təchizat-Ra” Məhdud Məsuliyyətli Cəmiyyət də Ağdam Vergilər İdarəsində 06.02.2019-cu ildə dövlət qeydiyyatına alınıb. Qanuni təmsilçisi Qədimov İnqilab Əsgər oğlu olan MMC -nin fəaliyyət dairəsi barədə də heç bir məlumat yoxdur.

Nazirliyin Sabirabad,Saatlı,İmişli,Beyləqan rayonlarını əhatə edən 12 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin doğranmış quru odun yanacağının satınalması üzrə 08.01 2020-ci ildə "ATM GROUP” Məhdud Məsuliyyətli Cəmiyyətlə müqavilə bağlanıb. Müqavilənin şərtlərinə görə 5100 kubmetr doğranmış quru odunyanacağı üçün 12 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzi yuxarıda adıçəkilən cəmiyyətə 293377.5 AZN pul ödəməlidir. Qeyd edək ki,”ATM GROUP” MMC 24.09.2018-ci ildə Sumqayıt şəhərində,2 saylı Ərazi Vergilər Baş İdarəsində dövlət qeydiyyatına alınıb. MMC-nin nizamnamə kapitalı 5 manat qanuni təmsilçisi isə Orxan Elxan oğlu Əliyevdir. Bu müqavilədən də göründüyi kimi satınalmalar haqqında qanunun tələblərinə riayət olunmamaışdır. Bir il öncə yaradılmış bir MMC-nin illik maliyyə hesabatları

Nazirliyin Gəncə Goranboy, Naftalan, Samux, Kəlbəcər və Xocalı rayonlarını əhatə edən 8 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin də 09 .01 2020-ci ilədə istilik enerjisi odun yanacağının satınalması üzrə qalib elan etdiyi "MASTER-OFİS” Məhdud Məsuliyyətli Cəmiyyətin hüquqi ünvanı Neftçala şəhəri,Şəhriyar küçəsi ev7B, qanuni təmsilçisi Bağırov Mirzə Zakir oğlusur. Nizamnamə Kapitalı 50 manat olanbu MMC 05.02 2015-ciildə 5 saylı Ərazi Vergilər İdarəsində dövlət qeydiyyatına alınıb. 8 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin elan etdiyi tenderə görə "MASTER-OFİS” MMC 292050 manat müqabilində 4950 kubmetr odun yanacağını 10 gün müddətinə təmin etməlidir.

Aktualinfo.org ötən yazıda da qazanxana sistemi olmayan orta məktəblərin isidilməsi üçün dövlət tərəfindən hər il külli miqdarda vəsaitin ayrıldığı barədə məlumat vermişdi. Amma bu vəsaitlərin hara sərf olunduğu barədə heç bir məlumat əldə edə bilməmişdi. Ötən yazıda da qeyd etmişdik,indi də bir daha israrla qeyd ediruik ki, ayrılan bu vəsaitlər təyinatı üzrə xərclənmir.Bu gün respublikada kənd məktəblərinin qızdırılması valideynlər tərəfindən toplanan vəsaitlər hesabına həyata keçirilir. Bunu hər birimiz çox yaxşı bilirik. Bəs ayrılan bu qədər vəsait haralara xərclənir. Buna aidiyyatı qurumlar nə üçün səthi yanaşır,dövlət vəsaitinin israf olunmasına niyə göz yumurlar. Çox təəssüflər olsun ki,bu Təhsil Nazirliyi həmişə olduğu kimi bu məsələyə də susqunluq nümayiş etdirdi.
Aktualinfo.org
OXŞAR MÖVZULAR