Impera

XƏBƏR LENTİ
22:25İki qurum birləşdirilir, Samir Şərifov yola salınır - Şok təfərrüat22:24Səhiyyədə “şəkər müəmması” - Pulsuz verilsə də...22:20MSK Zahir Əzəmətin şikayətini təmin etmədi – Namizəd Apelyasiya Məhkəməsinə şikayət edəcək22:17“Müştərilər vəsaitlərinin batmasından qorxurlar” - Fazil Məmmədovun bankında nələr baş verir?22:15DYP-nin ləğvi tələb olunur: Ya da sistem kökündən dəyişsin17:29Ermənistanın sabiq “baş çekistinin” ölümü: Paşinyan hədəfə alınıb - ŞƏRH17:20“Sovetski”də 8 milyona torpaq satılır - Fotofakt16:57Deputatlığa namizəd İmamveridi İsmayılovla bağlı ŞOK MƏLUMATLAR YAYILDI16:27Ən qızğın mübarizə bu dairələrdə gedəcək — SİYAHI15:42"Hər kəs ulduz ola bilməz"15:27SON DƏQİQƏ: Gəncədə silahlı şəxslərlə polis arasında atışma: Yaralı var14:00Sahil Babayev bu şəxslərin maaşının artırılmasından danışdı12:41Parlament seçkilərində "Bakı qırğını" ƏN MARAQLI DAİRƏLƏR – VİDEO12:23İsfəndiyar Axundovun qaranlıq yolları... - İTTİHAM12:05AQTA ötən il 405 sahibkarlıq subyektinin qeydiyyatından imtina edib12:00Deputatlığa namizəd Prezidentə müraciət etdi - "Sizə güvənimiz sonsuzdur!!!"11:47Baş nazir qurumlar qarşısında vaxt qoydu11:22Şəmkirdə YAP-ın namizədi vaxtından qabaq təbliğat-təşviqat kampaniyasına başladı -FOTOFAKT10:56"Dövlətin ayırdığı pulu yeyiblər" - GİLEY10:13230 hektar torpağı əlindən alınmış kənd –YENİ ZUVAND CAMAATI CARƏSİZ QALIB09:53"Roma" 1/4 finalda09:32Güney Azərbaycan: Milli Hərəkat nə zaman ortaya güc qoyacaq? - GƏLİŞMƏ09:16Deputatlığa namizədlərin seçkiqabağı təşviqat kampaniyası başlayıb08:44Danimarkada qeyri-adi yaşayış məntəqəsi tikiləcək23:00Sahibkarlar hakimlərdən-İMAN NAĞIYEV VƏ İLHAM ƏHMƏDOVDAN PREZİDNTƏ ŞİKAYƏT ETDİLƏR…18:32Kominin Daxili İşlər naziri rüşvət ittihamı ilə saxlanılıb18:28Eldar Namazovdan Ramiz Mehdiyevə sensasion ittiham – 100 dollarlıq titul18:25Vilayət Eyvazov müşavirə keçirdi - Tapşırıqlar verdi18:23Dövlət Komitəsi Nərminlə bağlı müraciət yaydı: “Lazımsız məlumatların efirdən səslənməsi...”18:01Yüzlərlə leykozlu uşağın dərman problemi - RƏSMİ AÇIQLAMA17:48Putin: “Rusiya prezident respublikası olaraq qalacaq”17:31Prezident İlham Əliyev SƏRƏNCAM İMZALADI17:13İlham Əliyev Naxçıvana 8,8 milyon manat ayırdı16:48Musa Şəkiliyevin durumu gərgindir - İDDİA16:30Bakının gözəlləşməsini istəməyənlər...16:04Çempionlar Liqasının formatı DƏYİŞDİRİLƏ BİLƏR15:34Livanda gərginlik: 35 nəfər yaralandı15:05Azərbaycanda vergi daxilolmalarının həcmi tarixi maksimuma çatıbv14:35Putin növbəti seçkidən sonra bu vəzifəni tutacaq14:18İki qurum birləşdirilir, Samir Şərifov yola salınır - Şok təfərrüat13:27Nərminin anası ŞOK FAKTLAR açdı: "Qızım qatildən qaçıb, qonşular görüb xəbər verməyib" - VİDEO13:13Heydər Əliyev Sarayında “Əfsanəvi rok hitlər”i təqdim olunacaq12:52"İslahatlar kəmiyyət və keyfiyyətinə görə əvvəlkilərdən fərqlənir" - PA rəsmisi12:37Biləsuvar rayonunda dövlət tenderlərini KİMLƏR UDUR? - İLGİNC SİYAHI12:09UEFA "Qarabağ" klubuna 260 min 500 avro pul ayrııb11:31Bur tibb ocağı yox, qəssabxana imiş... - GİLEY11:13“Həkim bir müalicə yazdı ki, az qaldı ölüm” - GİLEY10:37Günün məzənnəsi açıqlandı - Mərkəzi Bank10:17“Aqrar Tədarük və Təchizat” ASC-də böyük yeyinti - İTTİHAM09:57Mövqelərimiz iriçaplı pulemyotlardan atəşə tutuldu20:59Rizvan Mirzəyev Salyan DYP postu ilə bağlı nazirə müraciət etdi - VİDEO18:30Cənab "baş bankir" bankları başdı başına buraxsanız gedib "Bank of Baku" olacaqlar......18:09Yeni gəmiyə və Pirşağı qəsəbəsindəki 112 nömrəli tam orta məktəbə Xoşbəxt Yusifzadənin adı verilib - SƏRƏNCAM17:45“Salyan OİL” şirkətinin fəhlələri etiraz aksiyası keçirdilər17:31Qazax və Ağstafada düşmən təx­ribatının qarşısı alınıb - DSX15:24İlham Əliyev Ramin Quluzadəni qəbul etdi - FOTO15:16Daha bir namizəd seçki qanununu açıq şəkildə pozdu - FOTOFAKT15:11Namizədliyi irəli sürülmüş indiki deputatlara xəbərdarlıq edilib: - Fəal olmasanız, seçilməyəcəksiniz15:05Arda Turandan gözlənilməz seçim14:30"“Böyük İyirmiliyin” mövcudluğu G7-nin vacib məsələləri həll edə bilmədiyini göstərir”14:17«Bravo» bizdən hər məhsula görə 500 MANAT İSTƏYİR» - GİLEY13:57"Deyirlər, bunlar da sevgilidir"13:32Tiflisdə kazinoda 270 min dollar uduzan deputat oğlu da seçkiyə qatılıb12:36Prezidentdən ciddi tapşırıq: Rüşvətxorluğa son qoyulsun!12:12Səfər Mehdiyev xalqı öz gömrüyündən utandırır - qəddarlıq, işgəncə, monopoliya...11:579 saylı Binəqədi II seçki dairəsində gərgin mübarizə gözlənilir – Kəmaləddin Qafarov, yoxsa Orxan Mustafayev?!...11:38Göygöldə kimlər narazılıq yaradır? - ETİRAZ11:24"İndi biz çörəyimizi kimdən istəyək?" - Laçınlı müəllim rayon təhsilində baş alıb gedən korrupsiyadan danışır11:00"Bəlkə hökumət görər, kömək eləyər…" - GİLEY10:39Paşinyan “pripiska”ya qayıdır: Ermənistan iqtisadiyyatı necə “şişir”? - TƏHLİL10:27Merih Demiral əməliyyat olundu - Nə vaxt qayıdacaq?10:10Prezident: Bu gün mənfəət neftinin 75-80 faizi Azərbaycana çatır09:44Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 21 dəfə pozub09:28Tramp cinayətkarların telefonlarını açmaqdan imtina edən “Apple” şirkətini qınadı20:19Zakir Fərəcov işdən çıxarılır –QALMAQALLAR İCRA BAŞÇISINI ÇIXILMAZA SALIB18:14Azərbaycan 20 ən islahatçı ölkə sırasında: Prezident 2019-cu ilə yekun vurdu - TƏHLİL18:07MTK dələduzları qurbanlarını belə tələyə salır - Tanınmış hüquqşünasdan ÇIXIŞ YOLU17:56Zaqatalanın icra başçısı iki kəndi “siyahı”dan sildi - İLGİNC17:46Ərdoğandan liviyalı general Xalifə Haftara sərt reaksiya — Ona layiq olduğu dərsi verəcəyik17:38Nazirlikdə işləmək istəyənlərin nəzərinə! 435 iş yeri var — SİYAHI17:26Prezident yeni qanunu imzaladı — DƏYİŞİKLİK17:14Cavanşir Məmmədovdan sərt sözlər: "Mən sənə 1000-1500 manat pul verməliyəm?" - VİDEO17:00Bakıda yaşlı qadını kəndirlə bağlayıb, ağzına dəsmal tıxayaraq qarət etdilər16:47İqtisadçı alim: Elman Rüstəmovun dediyindən belə çıxır ki, Azərbaycanın borcu 50 milyarddan çoxdur15:572020-ci ildə neftin qiyməti necə olacaq? - TƏHLİL15:16Fərhad Qəribov deputat mandatını oğluna necə “ötürür?” – Kürdəmirdə YAP-çı namizəd yenidən qurban verilir15:05Mənzildən oğurladığı pulları restoranlarda xərcləyən şəxs saxlanıldı14:49Zeynəb Xanlarova 12 il sonra konsert verəcək14:14Bu dairədə toqquşan milyonçu oğlu və məmur oğlu geri çəkildi - İLGİNC GƏLİŞMƏ13:52Arabir yağış yağacağı gözlənilir - Belə deyirlər...13:34Tanınmış jurnalist “Təhsil-Press.az” İnformasiya Agentliyinin direktoru, təhsil eksperti Əkbər Hüseynzadə 34 saylı Xətai ikinci seçki dairəsindən deputatlığa namizəd oldu.12:43“Mənim günahım” növbəti dəfə göstəriləcək12:05Rüşvət alan polislə bağlı Vilayət Eyvazovdan SƏRT QƏRAR - VİDEO11:49Samir Şərifov yola salınacaqmı? - O, yeni komandada "köhnə yamağa" bənzəyir...11:25Qarayevin çətiri altında özbaşınalıq - İTTİHAM10:27Kənd məktəblərinə ayrılan odun pulu harada və necə yandırılır? - Ceyhun Bayramova bircə sual10:09Milyonçu, Firon və Yapon oğullarının mandat savaşı - Şəkidə “ölüm dairəsi”09:47Azərbaycan nefti 2%-dək ucuzlaşıb09:28Valverde “Barselona”dan qovuldu - Yeni baş məşqçi bilindi09:09İlham Əliyev: “Azərbaycan ali liqada, Ermənistan isə üçüncü liqadadır”
BÜTÜN XƏBƏRLƏR
Yanvar 2020 (281)
Dekabr 2019 (600)
Noyabr 2019 (626)
Oktyabr 2019 (577)
Sentyabr 2019 (617)
Avqust 2019 (631)

«    Yanvar 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Azərbaycan 20 ən islahatçı ölkə sırasında: Prezident 2019-cu ilə yekun vurdu - TƏHLİL

14 yan 2020, 18:14   
    9
Azərbaycan 20 ən islahatçı ölkə sırasında: Prezident 2019-cu ilə yekun vurdu - TƏHLİL
 
Yanvarın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirə keçirildi. Dövlət başçısı ötən ilin sonunda Azərbaycan televiziyalarına müsahibəsində ilə yekun vurmuş, 2019-cu ildə görülmüş işlər, əldə olunan nailiyyətlər barədə geniş danışmışdı. Dünənki müşavirədə isə Prezident ötən il Azərbaycanın keçdiyi yola daha geniş nəzər saldı, bütün sahələr üzrə görülmüş işləri daha dərindən təhlil etdi, eyni zamanda 2020-ci ildə qarşıda duran vəzifələri açıqladı.

İslahatlar ili: 2019

Dövlət başçısı müşavirədə ötən ilin iqtisadi göstəricilərini qiymətləndirərək qeyd etdi ki, ölkəmiz iqtisadi sahədə müsbət nəticələr əldə edib: "Bu nəticələr göstərir ki, bizim siyasətimiz düşünülmüş siyasətdir. Hesab edirəm ki, Azərbaycan 2019-cu ildə iqtisadi sahədə qarşıda duran bütün vəzifələri uğurla icra etmişdir. Təkcə rəqəmlərə baxanda demək kifayətdir ki, 2019-cu il iqtisadi inkişaf baxımından ölkəmiz üçün uğurlu olmuşdur. Dünya Bankı Azərbaycanı 20 ən islahatçı ölkə siyahısına salmışdır, bu, böyük nailiyyətdir. Bu, onu göstərir ki, ölkəmizdə aparılan köklü islahatlar aparıcı beynəlxalq qurumlar tərəfindən də təqdirlə qəbul edilir. Deyə bilərəm ki, bütövlükdə 2019-cu il dərin islahatlar ili olmuşdur - həm siyasi, iqtisadi, sosial sahələrdə, həm də kadr və struktur islahatları sahələrində. Bu islahatlar inkişafımızın bundan sonra daha da uğurlu olacağına imkan verəcək, o cümlədən iqtisadi artım daha da böyük rəqəmlərlə ölçüləcəkdir. Hesab edirəm ki, keçən il iqtisadi sahədə əldə edilmiş nəticələr qənaətbəxşdir. Beləliklə, ümumi daxili məhsul 2,2 faiz artmışdır, bu, yaxşı nəticədir, xüsusilə nəzərə alsaq ki, qeyri-neft sektorunda bu artım 3,5 faizdir. Sənaye istehsalı 1,5 faiz artmışdır, ancaq qeyri-neft sektorunda sənaye istehsalı 14 faiz artmışdır. Bu da son illər ərzində sənaye sahəsində görülmüş işlərin təzahürüdür. Azərbaycanda sənaye istehsalı həm dövlət vəsaiti hesabına, həm də özəl sektorun fəaliyyəti nəticəsində artmışdır. Əminəm ki, bu artım bundan sonra da dayanıqlı olacaqdır”.

Azərbaycan Prezidenti vurğuladı ki, keçən il makroiqtisadi vəziyyət sabit olub, inflyasiya cəmi 2,6 faiz təşkil edib: "Baxmayaraq ki, çox böyük sosial paket icra edildi. Eyni zamanda, problemli kreditlərin qaytarılması üçün böyük vəsait təmin edildi. Buna baxmayaraq, inflyasiya çox aşağı səviyyədə qalmışdır. Makroiqtisadi vəziyyətin sabit qalması üçün bu il də əlavə tədbirlər görüləcək. Mərkəzi Bank 2019-cu il ərzində öz valyuta ehtiyatlarını artırıbdır. Mənə verilən məlumata görə, 630 milyon dollar səviyyəsində vəsait daxil edilib. Bütövlükdə, Mərkəzi Bankın 6,2 milyard dollar səviyyəsində valyuta ehtiyatları var”.

MDB-də birinci

Prezident Əliyev 2019-cu ildə nail olunmuş digər iqtisadi göstəriciləri də açıqladı: "İnflyasiya cəmi 2,6 faiz, əhalinin pul gəlirləri isə 7,4 faiz olmuşdur. Bu onu göstərir ki, əhalinin pul gəlirləri inflyasiyanı üstələyib. Beləliklə, əhalinin real gəlirləri artmışdır. Hesab edirəm ki, bu, hər bir ölkə üçün əsas məsələlərdən biridir. Bizim qeyri-neft ixracımız 14 faiz artmışdır. Bu da çox yaxşı nəticədir. Son illərdə özəl sektorun fəaliyyətinə göstərilən diqqət, güzəştli kreditlərin verilməsi, subsidiyalarla bağlı aparılan islahatlar və digər tədbirlər bu artımı şərtləndirdi”.

Ölkə rəhbəri ölkənin valyuta ehtiyatlarının 6,4 milyard dollar artdığını və rekord həddə - 51 milyard dollara çatdığını da açıqladı: "Bildirməliyəm ki, adambaşına düşən valyuta ehtiyatlarına görə Azərbaycan MDB məkanında birinci yerdədir. Xarici ticarət dövriyyəsinin müsbət saldosu isə 6 milyard dollar təşkil edir və bu, çox gözəl göstəricidir. Deyə bilərəm ki, dünya ölkələrinin mütləq əksəriyyətində xarici ticarət dövriyyəsində mənfi saldo müşahidə olunur, bizdə isə müsbət saldodur. Bu, sözsüz, həm manatın məzənnəsinin sabit vəziyyətdə saxlanmasına, həm də bütövlükdə makroiqtisadi vəziyyətin sabit olmasına xidmət göstərəcəkdir. Beləliklə, iqtisadi sahədə əldə edilmiş nəticələr və rəqəmlər artıq bir daha təsdiqləyir ki, bizim siyasətimiz düşünülmüş və nəticəyə hesablanmış siyasətdir”.

Sosial sahə prioritet olaraq qalır

Müşavirdə ölkənin sosial inkişafı məsələsinə toxunan ölkə rəhbəri bildirdi ki, həm müasir Azərbaycanın tarixində, həm də MDB məkanında bu dərəcədə böyük sosial paket bu günə qədər reallaşmayıb: "Bu, bizim bu sahədə birinci təşəbbüsümüz deyil. Yaxşı xatırlayırıq ki, sovet vaxtından qalmış və bir növ dondurulmuş əmanətlərin qaytarılmasında da biz bu əmanətləri vətəndaşlar üçün ən məqbul prinsip əsasında, ən məqbul əmsalla qaytardıq və bu sahədə də MDB məkanında birinci olduq. Ötən il həyata keçirilən sosial paket 4,2 milyon insanı əhatə etdi və vətəndaşların maddi vəziyyəti yaxşılaşdı. Minimum əməkhaqqı 2 dəfə, minimum pensiya 70 faiz, bəzi müavinətlər 50 faiz, bəzi müavinətlər 2 dəfə artırılmışdır. Bir sözlə, keçən il aparılmış islahatlar nəticəsində biz əldə edilmiş əlavə gəlirləri, ilk növbədə, məhz sosial sahəyə yönəltdik. Mən keçən ilin əvvəlində bunu bəyan etmişdim. Demişdim ki, yığılacaq bütün əlavə vəsait sosial sahəyə yönəldiləcəkdir və bunu da etdik. Hər zaman olduğu kimi, sözümüzün üstündə dururuq. Sosial sahədə gedən müsbət proseslər və vətəndaşların rifah halının yaxşılaşdırılması bizim üçün prioritet məsələ olaraq qalır”.

Prezident Əliyev onu da vurğuladı ki, uğurlu iqtisadi siyasət nəticəsində sosial infrastrukturla bağlı böyük işlər görülüb, 60 tibb müəssisəsi, 84 məktəb tikilib və təmir edilib: "Məktəblərdən 50-si modul tiplidir. Bu məktəblər kiçik və ucqar kəndlərdə inşa edilib. Bu, onu göstərir ki, ölkəmizin hər bir yerində gedən proseslər ümumi inkişafımızın potensialından bəhrələnir”.

İnfrastruktur layihələr

Prezident ötən il icra edilmiş infrastruktur layihələrindən də danışdı: "İnfrastruktur layihələri icra edildi, elektrik enerjisi sahəsində "Şimal-2” elektrik stansiyası istismara verildi. Bu stansiyanın istehsal gücü 400 meqavatdır. Bununla paralel olaraq Mingəçevir İstilik Elektrik Stansiyasında və digər mövcud stansiyalarda aparılmış təmir-bərpa işləri nəticəsində biz təxminən 400 meqavat itirilmiş generasiya gücünü bərpa etdik. Beləliklə, keçən il 800 meqavat əlavə generasiya gücü əldə etdik. Əlbəttə ki, bu, həm bizim tələbatımızı tam ödəyir, həm də böyük ixrac imkanımız yaranmışdır. Hazırda bizim tələbatımızdan artıq 1000 meqavat generasiya güclərimiz var. Elektrik təsərrüfatının yenilənməsi istiqamətində görülən tədbirləri nəzərə alsaq, demək kifayətdir ki, bu istiqamətdə çox ciddi iş aparılıbdır”.

Dövlət başçısı ölkədə qazlaşdırmanın 96 faizə çatdığını diqqətə çatdırdı: "Ölkəmizdə qazlaşdırma 96 faizə çatmışdır. Qazılmış 345 subartezian quyusu yüzlərlə kəndin su ilə təminatını yaxşılaşdıracaq. Onu da bildirməliyəm ki, bu il 400-dən çox subartezian quyusu qazılacaq. Artıq bütün rayonların kəndlərinin adları siyahıda var və biz il ərzində investisiya proqramı çərçivəsində bunu edəcəyik”.

Yol tikintisinə toxunan ölkə rəhbəri bəyan etdi ki, bu il də həm magistral, həm də şəhərlərarası, kəndlərarası və qəsəbədaxili yollarla bağlı böyük layihələr icra ediləcək: "Bakı-Sumqayıt-Rusiya sərhədi yeni yolunun, Gəncə-Gürcüstan sərhədi yolunun, Astara-İran sərhədi yolunun tikintisi nəzərdə tutulub. Keçən il 1300 kilometr yol çəkilmişdir. Biz təqribən min kilometr planlaşdırırdıq, ancaq il ərzində Prezidentin ehtiyat fondundan və dövlət büdcəsindən yaranmış əlavə gəlirlər hesabına 1300 kilometr uzunluğunda yol çəkdik”.

Prezident Əliyev keçən ilin əvvəlində Şamaxı, Ağsu, İsmayıllı rayonlarında böyük zəlzələ baş verdiyini xatırladaraq, xoşbəxtlikdən heç bir insan itkisi olmadığını, ancaq minlərlə evin dağıntıya məruz qaldığını bildirdi: "Zəlzələdən dərhal sonra bölgədə olarkən vətəndaşlara söz verdim ki, qış gələnə qədər bütün evlər yenidən tikiləcək, təmir olunacaq, bərpa ediləcək. Həmişə olduğu kimi, yenə də sözümüzün üstündə durduq və artıq zəlzələnin bütün əsas fəsadları aradan qaldırıldı, minlərlə yeni ev tikildi, təmir olundu, bərpa edildi. Bu, bir daha onu göstərir ki, vətəndaşların problemlərinin həlli diqqət mərkəzindədir”.

Qonşu ölkələrlə ticarət dövriyyəsində artım

Prezident 2019-cu ildə qonşu ölkələrlə ticarət dövriyyəsinin artdığını da qeyd etdi: "Bizim qonşu ölkələrlə ticarət dövriyyəsinin artırılması çox müsbət haldır. Bütün qonşu ölkələrlə ticarət dövriyyəsi artıb. Türkiyə ilə bizim ticarət dövriyyəmiz keçən il 4 milyard dollara çatıbdır. Bu, böyük artımdır. Ticarət dövriyyəmiz Rusiya ilə 20-25 faiz, İranla 30 faiz artıbdır. Gürcüstanla da ticarət dövriyyəsi artıb. Həm ikitərəfli formatda, həm çoxtərəfli formatda biz uğurla fəaliyyət göstəririk. O cümlədən energetika və nəqliyyat sahələrində. Mən dəfələrlə demişəm ki, heç bir ölkə qonşularla əməkdaşlıq olmadan tranzit ölkəyə çevrilə bilməz. Biz açıq dənizə çıxışı olmayan ölkə kimi bu gün beynəlxalq nəqliyyat mərkəzlərindən birinə çevrilmişik. Nəyə görə? Düşünülmüş siyasətə, qonşularla yaxın münasibətlərimizə görə. Ona görə qonşularla bağlı həm ikitərəfli, həm üçtərəfli formatda bu il də aparılacaq əməkdaşlıq diqqət mərkəzində olmalıdır, bütün infrastruktur layihələri icra edilməlidir.

Rusiya sərhədinə gedən yolun böyük hissəsi bu il tamamlanmalıdır. Astara şəhərindən İran sərhədinə qədər yeni avtomagistral yolun tikintisi əminəm ki, tam başa çatacaqdır. Həmçinin Gəncə-Gürcüstan sərhədi avtomobil yolunun dörd zolağa genişləndirilməsi layihəsi də. Bu layihənin böyük hissəsi bu il başa çatmalıdır. Eyni zamanda, onu da bildirmək istəyirəm ki, keçən ilin sonunda Rusiya-Azərbaycan sərhədində açılmış yeni körpü təkcə Rusiya-Azərbaycan ticarət əlaqələrini möhkəmləndirməyəcək, eyni zamanda, bu, Şimal-Cənub nəqliyyat dəhlizinin bir parçasıdır. Astara-Rəşt dəmir yolunun tikintisinə Azərbaycan öz marağını bildirmişdir, müvafiq sənədlər də imzalanmışdır. Əminəm ki, bu istiqamətdə bizim fəaliyyətimiz bu il təsirli olacaqdır. Bütövlükdə, deyə bilərəm ki, beynəlxalq ticarət əlaqələri bizim üçün çox önəmlidir, həm əməkdaşlıq, eyni zamanda, ticarət dövriyyəsinin artırılması və investisiya qoyuluşu baxımından. Biz həm qonşu dövlətlərdən investisiya alırıq, həm də investisiya qoyuruq. Qoyulan investisiyalar da nəticə etibarilə bizə böyük gəlirlər gətirir”.

Hökumətə tapşırıq: əmlakların sığortalanması məsələsinə diqqət ayrılsın

Dövlət başçısı İlham Əliyev öz çıxışında vətəndaşları maraqlandıran daha bir mühüm məsələyə - mülkiyyətin sığortalanması məsələsinə də toxundu: "Mən bunu əvvəllər də demişəm, bir daha demək istəyirəm ki, Azərbaycanda mülkiyyətin sığortalanması prosesi ilə bağlı çox böyük maarifləndirmə işləri aparılmalıdır. Vətəndaşlar bilməlidirlər ki, evlər, əmlak sığortalanmalıdır. Nəzərə alsaq ki, Azərbaycanda bu sahədə böyük boşluqlar var, dövlət bütün maliyyə yükünü öz üzərinə götürübdür. Əlbəttə, bu, böyük vəsait tələb edirdi, ancaq yenə də deyirəm, vətəndaşların rahatlığı, onların rifahı, normal yaşayışı bizim üçün əsas məsələdir. Ancaq hesab edirəm ki, bu il və bundan sonrakı illərdə əmlakın sığortalanması, o cümlədən maarifləndirmə ilə bağlı çox ciddi addımlar atılmalıdır. Bu məsələ ilə bağlı müxtəlif tədbirlər keçirilməlidir, atılacaq addımlar haqqında vətəndaşlara ətraflı məlumat verilməlidir. Hökumətə tapşırıram ki, bu məsələyə diqqət yetirsin. Eyni zamanda, bu, ölkəmizin sığorta sektorunun inkişafına müsbət təsir göstərəcəkdir".

"Əminəm ki, TAP da vaxtında istismara veriləcək”

Prezident Azərbaycanın iştirakçısı olduğu böyük layihələr barədə danışdı: "Keçən il TANAP qaz kəməri istismara verildi. Hesab edirəm ki, bu, tarixi nailiyyətdir. Çünki TANAP Cənub Qaz Dəhlizinin əsas hissəsidir. Məhz 2012-ci ildə TANAP üzrə imzalanmış sazişdən sonra "Şahdəniz-2” qaz-kondensat yatağının işlənilməsi üçün sanksiya verilmişdir.

Əgər TANAP imzalanmasaydı, "Şahdəniz-2”-nin işlənilməsi başlamayacaqdı və bu gün biz bu əlavə qaz həcmini əldə edə bilməyəcəkdik. Bu, böyük problemlər yarada bilərdi. Ona görə həm TANAP üzrə sazişin imzalanması, həm də bu qaz kəmərinin vaxtından əvvəl istismara verilməsi və nəzərdə tutulmuş vəsaitə çox böyük qənaət edilməsi doğrudan da böyük tarixi nailiyyətimizdir. Cənub Qaz Dəhlizinin qalan dördüncü layihəsi də uğurla icra edilir. TAP layihəsinin icra səviyyəsi 90 faizi keçib. Əminəm ki, biz bu il TAP-ın istismara verilməsini də nəzərdə tutulmuş vaxtda qeyd edəcəyik”.

Rekord: 3 milyon 170 min turist

Ölkə rəhbəri onu da vurğuladı ki, görülmüş bütün işlər, o cümlədən beynəlxalq arenadakı mövqelərimiz, bir çox ölkələrlə dostluq münasibətlərimizin qurulması, ölkəmizdə hökm sürən sabitlik və əmin-amanlıq - bütün bunlar turizmin inkişafına böyük təkan verib: "Çünki mən dəfələrlə demişəm ki, turizmin inkişafı yalnız tarixi abidələrlə, yaxud da hansısa diqqəti, marağı cəlb edən məsələlərlə məhdudlaşmır. Bugünkü dünyada elə bir bölgə yoxdur ki, orada problem olmasın, özü də çox ciddi problem. Qeyd etdiyim kimi, müharibələr, qarşıdurmalar, çevrilişlər, kütləvi etirazlar, polis zorakılığı, insan haqlarının tapdalanması - əlbəttə, o ölkələrdə ki, dediyim bütün bu mənzərə mövcuddur, orada turist axını da tənəzzülə uğrayır.

Azərbaycanda mövcud olan sabitlik, beynəlxalq mövqelərimizin möhkəmlənməsi, ölkəmizdə keçirilmiş beynəlxalq tədbirlər turizmin inkişafına xidmət göstərir. Ötən il turistlərin səfərləri rekord həddə çatıb - 3 milyon 170 min xarici qonaq ölkəmizə gəlmişdir. Mənə verilən məlumata görə, təkcə bank kartları ilə xarici turistlər Azərbaycanda 1 milyard 260 milyon manat pul xərcləmişlər.

Ancaq bütövlükdə nəzərə almalıyıq ki, gələn turistlər əsasən qonşu ölkələrdəndir və bizdə olduğu kimi, orada da hələ ki, nağd hesablaşmalar üstünlük təşkil edir. Ümumi hesablama göstərir ki, xarici turistlər Azərbaycanda bütövlükdə 4,3 milyard manat pul xərcləyiblər. Mən bunu manatla deyirəm, amma, əslində, bu, valyutadır. Bu valyuta, eyni zamanda, bir növ ixrac növüdür. Bizim makroiqtisadi vəziyyətimizin sabit olmasında da bunun çox böyük rolu var. Əlbəttə, biz əsas valyutanı neft-qaz satışından qazanırıq. Halbuki qeyri-neft sektorunda ixracın 14 faiz artması indi bu sektordan da valyuta axınını təmin edir. Turizmin inkişafı bundan sonra da diqqət mərkəzində olacaqdır”.

Azərbaycan - sabitlik məkanı

Ölkə rəhbəri ötən il ərzində dünyanın müxtəlif yerlərındə gərginliyin artmasının,

qanlı toqquşmalar, müharibələr, kütləvi etiraz aksiyaları, polis zorakılığı, insan haqlarının kobudcasına pozulmasının, demokratik dəyərlərin tapdalanmasının - bütün bunların dünyanın demək olar ki, bütün yerlərində müşahidə olunduğunu vurğuladı: "Avropada, Asiyada, Latın Amerikasında, postsovet məkanında, bizim bölgəmizdə, Yaxın Şərqdə, dünyada gərginlik artır. Azərbaycan isə sabitlik məkanı kimi inkişaf edir. Azərbaycanda sabitliyin təminatçısı Azərbaycan xalqıdır. Azərbaycan xalqının iradəsi Azərbaycanda sabitliyin əsas təminatçısıdır. Xalq tərəfindən bizə göstərilən dəstək, bizim siyasətimizə verilən yüksək qiymət həm bizi daha da ruhlandırır və eyni zamanda, ölkəmizdə siyasi və iqtisadi sahələrdə sabitliyi təmin edir. Sabitlik pozulanda ölkələrdə böhran, xaotik proseslər baş verir, ölkələr böyük zərər görürlər. Biz bunu 1990-cı illərin əvvəllərində öz tariximizdə görmüşük. Azərbaycanda sabitlik pozulmuşdu, ölkə böhran içində idi, bizim böyük itkilərimiz olmuşdur. Amma artıq 26 ildir ki, Azərbaycan sabitlik şəraitində yaşayır və bu illər ərzində ölkəmiz çox böyük inkişaf yolu keçmişdir. Deyə bilərəm ki, ölkəmiz əsrə bərabər inkişaf yolu keçmişdir və bu gün Azərbaycan dünya miqyasında güclü ölkələr sırasındadır”.

Qoşulmama Hərəkatı, dini liderlərin Zirvə Görüşü, UNESKO Dünya İrs Komitəsinin sessiyası



Prezident Əliyev çıxışında beynəlxalq əlaqələrimizdən danışdı, 2019-cu ildə ölkəmizin beynəlxalq əlaqələrinin daha da möhkəmləndiyini vurğuladı, Azərbaycanda dünya əhəmiyyətli tədbirlərin keçirildiyini qeyd etdi: "Keçən il bizim beynəlxalq mövqelərimiz daha da möhkəmləndi. Azərbaycanda bir neçə mötəbər beynəlxalq tədbir keçirilmişdir. Bu təbirlər ölkəmizin dünyadakı mövqeyini həm əks etdirir, həm də möhkəmləndirir. Azərbaycan dünya müstəvisində çox etibarlı tərəfdaş kimi tanınır və bizim beynəlxalq gücümüz də ildən-ilə artır. İl ərzində ölkəmizə 40-dan çox dövlət və hökumət başçısı səfər etmişdir, həm ikitərəfli formatda, həm də beynəlxalq tədbirlərdə iştirak üçün. Eyni zamanda, bizim qonşu dövlətlərin dövlət və hökumət başçıları ilə çoxsaylı görüşlərim olubdur və bu görüşlər çox önəmlidir. Çünki qonşularla münasibətlərin qurulması hesab edirəm ki, hər bir ölkə üçün prioritet olmalıdır. Azərbaycanın öz qonşuları ilə çox möhkəm və qarşılıqlı maraqlar əsasında formalaşmış əlaqələri mövcuddur. Bu əlaqələr keçən il daha da möhkəmləndi. Eyni zamanda, keçən il Azərbaycana Avropa İttifaqı Şurasının prezidentinin səfəri Avropa İttifaqı ilə Azərbaycan arasındakı əlaqələri də əks etdirir. Bu səfər bu əlaqələrə böyük töhfə vermişdir. Bildiyiniz kimi, hazırda Avropa İttifaqı ilə biz yeni saziş üzərində işləyirik və ümid edirəm ki, bu işlər nəticə verəcəkdir. Ölkəmizdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə Görüşü keçirilmişdir və Azərbaycan bu təşkilata sədrliyi öz üzərinə götürmüşdür. Eyni zamanda, ölkəmizdə Qoşulmama Hərəkatının Zirvə Görüşü keçirilmişdir. Bu Zirvə Görüşü çərçivəsində 120 üzv ölkənin yekdil qərarı ilə Azərbaycan BMT-dən sonra bu ikinci böyük beynəlxalq təsisata sədrliyi öz üzərinə götürmüşdür. Bu faktı xüsusilə qeyd etmək istəyirəm. Çünki Qoşulmama Hərəkatında birləşən bəzi ölkələr, belə demək mümkündürsə, bir-biri ilə yola getmirlər, ölkələr arasında münaqişələr, ixtilaflar var. Buna baxmayaraq, bütün ölkələr Azərbaycanın namizədliyini dəstəklədi. Bu, bir daha onu göstərir ki, beynəlxalq arenada bizə olan hörmət və etimad yüksək səviyyədədir”.

Ölkə başçısı dünya dini liderlərinin II Zirvə Görüşünün də ölkəmizdə keçirildiyini diqqətə çatdırıb: "Azərbaycana 70 ölkənin dini liderləri gəlib və ölkəmizdə dinlərarası, mədəniyyətlərarası istiqamətdə görülmüş işlərə yüksək qiymət veriblər. Azərbaycanda UNESKO-nun Dünya İrs Komitəsinin sessiyası keçirilib. Bu da dünya miqyasında çox mötəbər tədbirdir. Bu sessiya çərçivəsində Şəki Xan Sarayı, Şəkinin mərkəzi hissəsi UNESKO-nun Dünya İrs Siyahısına daxil edilmişdir. Hesab edirəm ki, bu, çox böyük hadisədir. Çünki bu günə qədər Qobustan və İçərişəhər, Şirvanşahlar sarayı bu mötəbər siyahıya daxil edilmişdir. Hesab edirəm ki, Şəki Xan Sarayının bu siyahıda olması həm ədalətlidir, həm də bizim növbəti böyük uğurumuzdur.

Mən bir beynəlxalq tədbirə də diqqət yetirmək istərdim. Bu da keçən il Vaşinqtonda keçirilmiş Dünya Astronavtika Konqresidir. Bu, astronavtika sahəsində ən mötəbər tədbirdir. Bu konqres çərçivəsində Dünya Astronavtika Konqresinin 2022-ci ildə Azərbaycanda keçirilməsi haqqında qərar qəbul edilmişdir. Bu da çox önəmli hadisədir - həm konqresin keçirilməsi böyük hadisədir, eyni zamanda, Bakı ilə bərabər, daha üç böyük şəhər bu yarışda iştirak edirdi – Rio-de-Janeyro, Sinqapur və Dehli şəhərləri. Bu çətin yarışda Azərbaycan qalib gəldi. Yəni, bu, bizim gördüyümüz işlərə böyük diqqətdir və bütövlükdə Azərbaycana göstərilən növbəti etimaddır. Onu da bildirməliyəm ki, təxminən 50 il bundan əvvəl - 1973-cü ildə Sovet İttifaqında cəmi bir dəfə Dünya Astronavtika Konqresi keçirilmişdir, özü də Bakı şəhərində. O vaxt Heydər Əliyevin səyləri nəticəsində sovet məkanında məhz Bakı bu konqresin keçirilməsi üçün seçilmişdir. Təxminən 50 ildən sonra növbəti dəfə Bakıda bu konqres keçiriləcək, artıq müstəqil Azərbaycanın paytaxtı Bakı şəhərində...”

Məcburi müqayisə: Azərbaycan ali, Ermənistan üçüncü liqada

Müşavirədə ən diqqət çəkən məqamlardan biri dövlət başçısının Azərbaycanı və Ermənistanı müxtəlif parametrlər üzrə müqayisə etməsi oldu. Prezident son vaxtlar Baş Nazir Nikol Paşinyanın ölkəsinin "uğurları”ndan danışarkən Ermənistanı Azərbaycanla müqayisə etdiyini xatırlatdı, Paşinyanın yalanlarını rəqəm və faktlarla ifşa etdi: "Onun gəldiyi qənaətə görə, Ermənistan Azərbaycanı bir çox parametrlər üzrə qabaqlayır. Bəri başdan bildirirəm və bunu heç sübut etməyə ehtiyac yoxdur ki, belə bir fərziyyənin heç bir əsası yoxdur. Azərbaycan Ermənistanı bütün əsas parametrlər üzrə böyük fərqlə qabaqlayır. Bunu təsdiqləmək üçün, sadəcə olaraq, bir neçə hadisəni və bir neçə rəqəmi səsləndirmək istərdim. Bildiyiniz kimi, Azərbaycan 2011-ci ildə 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilmişdir. Yəni, bu, özlüyündə böyük bir göstəricidir. Birinci növbədə, ona görə ki, biz ilk dəfə bu böyük, şərəfli missiyaya nail olduq və o vaxt müstəqilliyimizin cəmi 20 yaşı tamam olmuşdu. Digər tərəfdən, bu, Azərbaycanın beynəlxalq nüfuzuna bilavasitə dəlalət edən amillərdən biri idi. Çünki dünya birliyinin mütləq əksəriyyəti bizə inandı, bizə etimad göstərdi və bizə öz səsini verdi. Bu hadisə ilə bağlı mən əvvəlki dövrlərdə kifayət qədər geniş məlumat vermişdim. Amma bir məsələ həmişə diqqətdən kənarda qalır, bir çoxu bunu bilmir. Həqiqət isə ondan ibarətdir ki, 2011-ci ildə bizdən əvvəl Ermənistan da öz namizədliyini vermişdi.

Ancaq biz namizədliyi verəndən sonra onlar götür-qoy etdilər və gördülər ki, bizimlə rəqabətdə 100 faiz uduzacaqlar, çox sakitcə, qorxaqcasına öz namizədliyini geri götürdülər. Çünki bilirdilər ki, BMT-də biz onlara böyük fərqlə qalib gələcəyik və beləliklə, onlar rüsvay olacaqlar. Yəni, bu, 9 il əvvəl baş vermiş hadisədir və onu göstərir ki, beynəlxalq müstəvidə Ermənistanın və Azərbaycanın hörməti və çəkisi nə dərəcədə fərqlənir. BMT Təhlükəsizlik Şurasına seçilməyimiz bizim böyük siyasi və diplomatik qələbəmizdir və eyni zamanda, Ermənistan üzərində böyük qələbə idi”.

Ölkə başçısı 2016-cı ilin aprel hadisələrinə də toxundu: "2016-cı ildə Ermənistan dinc Azərbaycan əhalisinə qarşı hərbi təxribat törətdi və bu təxribat nəticəsində bir neçə dinc vətəndaş həlak oldu. Onların arasında uşaqlar da vardı. Azərbaycan buna cavab olaraq uğurlu əks-hücum əməliyyatı keçirərək Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının bir hissəsini, minlərlə hektar torpağı işğalçılardan azad etdi və o torpaqlarda Azərbaycan bayrağı ucaldıldı. Bu, bizim hərbi qələbəmiz idi. Növbəti hərbi qələbə 2018-ci ildə təmin edildi. Uğurlu Naxçıvan əməliyyatı nəticəsində 10 mindən çox hektar ərazi işğalçılardan, erməni silahlı qüvvələrindən təmizləndi və bir neçə önəmli strateji yüksəklik azad edildi. Bu yüksəkliklər imkan verir ki, biz Ermənistanın strateji kommunikasiyalarına tam nəzarət edə bilək. Bu, bizim ikinci hərbi qələbəmiz idi. Dünyanın ən güclü orduları reytinqində Azərbaycan 52-ci, Ermənistan isə 96-cı yerdədir. O cümlədən hava gücü üzrə Azərbaycan 63-cü, Ermənistan 86-cı yerdədir. Dəniz gücü üzrə Azərbaycan 67-ci yerdədir, Ermənistanda dəniz yoxdur. Tank gücü üzrə Azərbaycan 32-ci, Ermənistan 78-ci yerdədir. Mənbə "Global Firepower 2019” hesabatıdır”.

Prezident İlham Əliyev vurğulayıb ki, 2019-cu ildə Azərbaycanın ümumi daxili məhsulu dollar ekvivalentində 47,6 milyard dollar, Ermənistanda isə cəmi 13 milyard dollardır: "Alıcılıq qabiliyyətinə görə Azərbaycan 187 milyard dollar daxili məhsula sahibdir, Ermənistan 33 milyard, fərq 5,6 dəfədir. Adambaşına düşən ümumi daxili məhsul Azərbaycanda 4800 dollar, Ermənistanda 4500 dollardır. Alıcılıq qabiliyyətinə görə adambaşına düşən ümumi daxili məhsul Azərbaycanda 18 min 600 dollar, Ermənistanda 11 min dollardır. Valyuta ehtiyatları Azərbaycanda 51 milyard dollar, Ermənistanda 2 milyard dollardır, fərq 25 dəfədir. Xarici ticarət dövriyyəsi Azərbaycanda 33,6 milyard, Ermənistanda 7,4 milyard dollardır, fərq 4,5 dəfədir. İxrac - Azərbaycan 19,6 milyard, Ermənistan 2,4 milyard, fərq 8,1 dəfədir. Müsbət saldo Azərbaycanda 6 milyard dollar, Ermənistanda mənfi saldo 2,6 milyard dollardır. Sərmayə qoyuluşu - keçən il Azərbaycana 13,5 milyard dollar qoyulubdur, Ermənistana 900 milyon, fərq 15 dəfədir. Xarici dövlət borcu - Azərbaycanın xarici dövlət borcu 7,9 milyard dollar, Ermənistanın 6 milyard dollardır. Azərbaycanda xarici dövlət borcu ümumi daxili məhsulun 17 faizini təşkil edir, Ermənistanda 40 faizdən çoxdur. Valyuta ehtiyatları Azərbaycanda xarici dövlət borcundan 6,4 dəfə çoxdur, Ermənistanda xarici dövlət borcu valyuta ehtiyatlarından 2,3 dəfə çoxdur. Adambaşına düşən xarici borc Azərbaycanda 799 dollar, Ermənistanda 1900 dollardır.

Əməkhaqları və pensiyalara dair məlumatı təqdim edirəm. 2019-cu ilin dekabr ayında Azərbaycanda orta əməkhaqqı 723 manat - bu, 425 dollar təşkil edir, Ermənistanda 369 dollar. Alıcılıq qabiliyyətinə görə orta əməkhaqqı üzrə Azərbaycan MDB-də ikinci, Ermənistan doqquzuncu yerdədir. Minimum pensiya Azərbaycanda 200 manat, yəni 118 dollar, Ermənistanda 55 dollardır. Minimum pensiyaya görə Azərbaycan MDB-də ikinci, Ermənistan doqquzuncu yerdədir. Minimum pensiyanın alıcılıq qabiliyyətinə görə Azərbaycan MDB-də birinci, Ermənistan onuncu, yəni axırıncı yerdədir. Orta pensiya Azərbaycanda 262 manat, yəni 154 dollar, Ermənistanda 84 dollardır. MDB-də orta pensiyaya görə Azərbaycan dördüncü, Ermənistan səkkizinci yerdədir. Orta pensiyanın alıcılıq qabiliyyətinə görə Azərbaycan MDB-də ikinci, Ermənistan axırıncı - onuncu yerdədir. Yoxsulluq səviyyəsi Azərbaycanda 4,8 faiz, Ermənistanda 24 faizdir, fərq beş dəfədir. Şəhid ailələrinə və müharibə əlillərinə 2019-cu ildə Azərbaycanda 934 mənzil verilibdir, Ermənistanda sıfır. Bütövlükdə Azərbaycanda bu kateqoriyadan olan insanlara 7590 mənzil verilib, Ermənistanda, bildiyimə görə, belə proqram mövcud deyil. Təkcə keçən il bu kateqoriyadan olan insanlara 600 avtomobil verilib, Ermənistanda sıfır. Bütövlükdə bu kateqoriyadan olan insanlara 6750 avtomobil verilib, Ermənistanda sıfır”.

Ölkə başçısı faktları sadalamağa davam edib: "Davos Ümumdünya İqtisadi Forumunun qlobal rəqabətlilik hesabatına əsasən də Azərbaycan dünyada onuncu, Ermənistan 59-cu yerdədir. İqtidarın siyasi sabitliyi təmin etməsi - Azərbaycan 11-ci, Ermənistan 58-ci yerdədir: Məhkəmə azadlığı - Azərbaycan 39-cu, Ermənistan 67-ci yerdədir. Polis orqanlarına etimad - Azərbaycan 30-cu, Ermənistan 44-cü yerdədir. Yolların keyfiyyəti - Azərbaycan 27-ci, Ermənistan 91-ci yerdədir. Dəmir yolu xidmətlərinin səmərəliliyi - Azərbaycan dünya miqyasında 11-ci, Ermənistan 67-ci yerdədir. Hava yolları xidmətlərinin səmərəliliyi - Azərbaycan 12-ci, Ermənistan 67-ci yerdədir. İnternet istifadəçilərinin sayına, yəni əhali üzrə payına görə faizlə Azərbaycan 43-cü, Ermənistan 77-ci yerdədir. Əhali arasında rəqəmsal biliklər üzrə Azərbaycan 19-cu, Ermənistan 50-ci yerdədir. Ümumi daxili məhsul, alıcılıq qabiliyyəti pariteti üzrə Azərbaycan 69-cu, Ermənistan 120-ci yerdədir.

İndi keçirik idman sahəsinə. Azərbaycan 2019-cu ildə dünya və Avropa çempionatlarında 775 medal qazanıb, onlardan 271-i qızıl medaldır. Ermənistan cəmi 222 medal qazanıb, onlardan 61-i qızıldır.

2019-cu ildə II Avropa Oyunlarında Azərbaycan 28 medal qazanıb, Ermənistan 11 medal. 2019-cu ildə keçirilmiş güləş üzrə Avropa çempionatında Azərbaycan 13 medal qazanıb, o cümlədən 4 qızıl, Ermənistan 3 medal qazanıb, bir qızıl.

Keçirik intellektual idman növü olan şahmatda əldə edilən nəticələrə. 2019-cu ildə Avropa çempionatında səkkiz yaşlı şahmatçılar arasında Dinarə Hüseynova qızıl medal qazanaraq Avropa çempionu olmuşdur, Səadət Bəşirli və Yusif Kərimli bürünc medal qazanmışlar. On dörd yaşlı şahmatçılar arasında Ayan Allahverdiyeva Avropa çempionu olmuşdur. Qadınlardan ibarət milli komandamız Avropa çempionatında Ermənistana qalib gələrək bürünc medal qazanmışdır. Gənclərin dünya çempionatında on dörd yaşlılar arasında Aydın Süleymanlı dünya çempionu olmuşdur. Teymur Rəcəbov isə dünya kubokunun sahibi olmuşdur. 2016-cı il Rio Olimpiya Oyunlarında Azərbaycan 18 medal qazanıb, Ermənistan cəmi 4 medal. Medalların sayına görə Azərbaycan 14-cü yeri tutub”.

Ölkə başçısı bildirib ki, Azərbaycan faşizmin qəhrəmanlaşdırılmasına qarşı ardıcıl mübarizə aparır, Ermənistan isə faşistləri qəhrəmanlaşdırır: "Faşist cəlladı olan Njdeyə İrəvanın mərkəzində 6 metrlik abidə ucaldılıb. Bu qanlı cinayətkar SMERŞ tərəfindən həbs edilib, 25 il məhkum edilib, həbsxanada ölüb və reabilitasiya olunmayıb. Belə bir adamın şərəfinə İrəvanda abidə qoyulur və Ermənistanın baş naziri bu cəlladı Soljenitsın və Molotovla eyniləşdirir. Njdenin məşhur kəlamı var: Almaniya uğrunda ölən Ermənistan uğrunda ölür və o, bunu İkinci Dünya müharibəsi zamanı demişdi. Bu, artıq onun mənfur xislətini əks etdirən ifadədir. Ona görə bu sahədə də Azərbaycan həqiqətin tərəfindədir, Ermənistan isə şər qüvvələrin tərəfindədir.

Nüfuzlu "News & World Report” mətbu orqanı tərəfindən aparılmış təhlilə əsasən dünyanın ən güclü ölkələrinin siyahısı müəyyən edilmişdir. Siyahıda cəmi 80 ölkənin adı var və Azərbaycan bu siyahıda güclü ölkələr arasında 45-ci yerdədir. Ermənistanın isə ümumiyyətlə, adı belə yoxdur. İqtisadi inkişafın templərinə görə isə bizim yerimiz dünya miqyasında 35-cidir.

Azərbaycan dünya əhəmiyyətli nəhəng layihələr icra edir. Onların arasında Bakı-Novorossiysk, Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan neft kəmərləri, Bakı-Tbilisi-Ərzurum, TANAP qaz kəmərləri var. Cənub Qaz Dəhlizi bu il istismara veriləcək. Bakı-Tbilisi-Qars dəmir yolu istifadəyə verilib və bu yol vasitəsilə yükdaşımaların həcmi ildən-ilə artır. Bakı-Tbilisi-Qars Şərq-Qərb nəqliyyat dəhlizinin tərkib hissəsidir. Biz bu layihəni qonşu ölkələrlə - Türkiyə və Gürcüstan ilə uğurla icra etdik. Digər qonşularımızla - Rusiya və İran ilə Şimal-Cənub nəqliyyat dəhlizi üzrə işlər uğurla gedir və demək olar ki, bu dəhliz fəaliyyət göstərir. Sadəcə olaraq, bu dəhlizi daha da səmərəli etmək üçün növbəti addımlar atılır. Bu nəhəng enerji və nəqliyyat layihələri Ermənistandan yan keçib. Bu, bizim qonşularımızdır, eyni zamanda, Rusiya istisna olmaqla, Ermənistanın da qonşularıdır. Yəni, biz qonşularla dostluq, əməkdaşlıq, səmimiyyət əsasında münasibətləri qurmuşuq və məhz buna görə bu layihələrə nail olmuşuq. Ermənistan isə əsrlər boyu qonşulara xor gözlə baxır, qonşulardan nəsə qoparmaq istəyir, onların torpağına iddia edir, tarixi saxtalaşdırır, tarixi abidələri saxtalaşdırır və özününküləşdirməyə cəhd edir. Fərq bundan ibarətdir. Ermənistanı bu enerji və nəqliyyat layihələrindən biz təcrid etmişik və bunu heç vaxt gizlətməmişik. Mən hələ bir neçə il bundan əvvəl demişdim ki, biz Ermənistanı regionda bizim iştirakımızla reallaşdırılan bütün önəmli layihələrdən təcrid edəcəyik və biz buna nail olduq, həmişə olduğu kimi sözümüzə sadiq qaldıq. Ermənistan bu gün bizim səylərimiz nəticəsində siyasi, iqtisadi, investisiya, enerji və nəqliyyat dalanıdır. Torpaqlarımızdan çıxmayana qədər bu vəziyyət belə də qalacaq. Beləliklə, Ermənistan rəhbərliyi növbəti dəfə saxta məlumat əsasında Ermənistanı Azərbaycanla müqayisə etmək istəsə, yaxşı fikirləşsin. Çünki idman dili ilə desək, Azərbaycan ali liqada, Ermənistan isə üçüncü liqadadır və getdikcə bu fərq daha da böyüyəcək.

Bilirsiniz, əvvəllər mən Azərbaycanı heç bir ölkə ilə heç vaxt müqayisə etməmişəm. Biz işimizi kimisə qabaqlamaq üçün görmürük. Biz işimizi Azərbaycan xalqı, dövləti naminə görürük, sadəcə olaraq, Ermənistanın növbəti yalanlarını ifşa etmək üçün məcbur olub, bu müqayisəli təhlili sizə və Azərbaycan xalqına təqdim etdim. Özü də mənim gətirdiyim rəqəmlər həqiqəti əks etdirir, Ermənistanın gətirdiyi rəqəmlər növbəti əfsanədir, növbəti yalandır”.

Təhlükəli tendensiya

Azərbaycan Prezidenti uğurları sadalamaqla yanaşı, narahatlıq doğuran məsələləri da diqqətə çatdırdı. Dövlət başçısı qeyd etdi ki, banklara 2 milyard manat resurs verilib və yenə də kreditləşmədə istehlak kreditləri üstünlük təşkil edir. "Bu da çox təhlükəli tendensiya ola bilər. Ona görə biz elə etməliyik ki, bank sektoru daha çox real sektoru dəstəkləsin. Ona görə biznes kreditlərinin verilməsində baxın, hansı mexanizm olmalıdır ki, banklar da bunda maraqlı olsunlar. Həm də ki, Mərkəzi Bank da buna nəzarət etsin. Yoxsa, biz bunu başlı-başına buraxa bilmərik. Əlbəttə, bəzi banklar üçün istehlak kreditləri daha da asandır, daha əlverişlidir. Ancaq ölkə iqtisadiyyatı üçün biznes kreditləri üstünlük təşkil edir. Ona görə İqtisadiyyat Nazirliyi ilə birlikdə bu məsələləri müzakirə edin. İndi İqtisadiyyat Nazirliyinin, Sahibkarlara Kömək Fondunun xətti ilə təqribən 170 milyon manat güzəştli kreditlər nəzərdə tutulur. Uçot dərəcəsi düşdükdə artıq özəl banklar tərəfindən verilən kreditlərin də faiz dərəcəsi güzəştli kreditlərin səviyyəsinə yaxınlaşacaqdır. Ona görə burada uzlaşma olmalıdır. Bank sektoru böyük bir alətdir, yəni iqtisadiyyatın real sektoruna dəstək verməlidir. Bank sektorundan heç bir sürpriz olmamalıdır. Bu il onların fəaliyyətinə, kreditlərin verilməsinə çox güclü nəzarət olmalıdır. O cümlədən şübhəli kreditlərin verilməsi ilə bağlı mexanizm olmalıdır ki, biz artıq hadisə baş verəndən sonra yox, bəri başdan bunun qarşısını ala bilək. Bank sektorunun məsuliyyəti də artıbdır, çünki biz bütün əmanətlərin sığortalanmasını davam etdirmişik. Bu da dünya miqyasında nadir hadisələrdən biridir. Biz bunu bir neçə il bundan əvvəl ona görə etdik ki, etimadı artıraq. Hazırda bank sektoruna etimad hesab edirəm ki, yüksək səviyyədədir. Manatın məzənnəsi 3 ildən çoxdur ki, sabitdir, iqtisadiyyat möhkəmlənir, tədiyyə balansının saldosu 6 milyard dollardır. Yəni, heç bir təhlükə yoxdur. Ona görə əmanətlərin dövlət tərəfindən tam sığortalanması çox böyük addımdır və bu, bank sektorunun məsuliyyətini artırır. Nəzarət elə olmalıdır ki, sürpriz olmasın və Mərkəzi Banka verilmiş yeni səlahiyyətlər hesab edirəm ki, bu məsələnin həllinə köməklik göstərə bilər", - deyə Prezident Əliyev bildirdi.

Prezidentdən xəbərdarlıq: "Vətəndaşlar kobudluqdan şikayət edirlər, belə hallara yol vermək olmaz”

Prezident İlham Əliyev digər problem kimi gömrük-keçid məntəqələrindəki vəziyyətə diqqət çəkdi: "Əminəm ki, bu il də gömrük sahəsində aparılan islahatlar davam etdiriləcək və bu, bizə imkan verəcək ki, biz yenə də plandan əlavə vəsait toplayaq və büdcəmizə daxil edək. Gömrük-keçid məntəqələri ilə bağlı verdiyim tapşırıqlar icra edilir. Çalışın ki, bizim bütün keçidlərimiz ən yüksək səviyyədə təmir edilsin. Çünki biz vaxtilə bütün keçid məntəqələrini yenidən qurmuşuq, amma artıq vaxt keçib, on ildən çox vaxt keçib. Ona görə orada yeni avadanlığın quraşdırılması, vətəndaşlar, maşınlar üçün daha rahat keçidin təmin edilməsi məsələlərinə də mütləq baxmaq lazımdır. Sərhəd Xidməti ilə birlikdə bu sahədə də maarifləndirmə işləri aparılmalıdır, həm vətəndaşlar arasında, həm də sizin işçiləriniz arasında. Çünki hələ də bəzi hallarda şikayətlər daxil olur, bəzi vətəndaşlar şikayət edirlər, həm yerli vətəndaşlar, həm xarici vətəndaşlar ki, kobudluq, hörmətsizlik göstərilir. Bu hallara yol vermək olmaz. Hər bir gömrük-keçid məntəqəsi, hər bir hava limanı ölkəmizin giriş qapısıdır və hər gələn qonaq ilkin təəssüratı oradan əldə edir. Azərbaycan vətəndaşları da çox rahat keçməlidirlər və xarici qonaqlar da. Bizim sərhədlərimiz cinayətkarlar üçün, qaçaqmalçılar üçün bağlı olmalıdır, ancaq dostlarımız üçün açıq olmalıdır. Ona görə burada bu tarazlığı təmin etmək üçün daha da fəal işləmək lazımdır”.

Qanun pozuntusuna yol verənlərin cəzalandırılması davam edəcək

Dövlət başçısı digər neqativ hal kimi ödənişli ictimai iş yerlərinin yaradılması ilə bağlı proqramın icrasında pozuntulara yol verilməsini qeyd etdi: "İşsizliyin qabağını almaq üçün mənim təşəbbüsümlə on minlərlə ödənişli ictimai iş yeri yaradılmalı idi. Ancaq əfsuslar olsun ki, biz bu proqramın icrasında çox böyük pozuntulara rast gəldik. Xüsusilə yerli icra orqanları tərəfindən vicdansızcasına bu vəsaitin talanması və ödəniş kartlarının yığılması, ondan sonra oradan pulun çəkilməsi, yaxud da öz yaxın adamlarının, bu işlərlə qohumlarının təmin edilməsi, əlbəttə ki, dözülməz faktdır və buna görə artıq bu pozuntulara yol verən şəxslər cəzalandırıldı və bu işlər davam etdiriləcək. Bu, hər kəsə dərs olmalıdır. Amma, eyni zamanda, elə bir mexanizm işlənməlidir ki, bu pozuntulara ümumiyyətlə, imkan olmasın. Ona görə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırıq verildi ki, onlar bu işin koordinasiyasını öz üzərinə götürsünlər və ödənişli ictimai işlərə götürülən vətəndaşlar məhz Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən rəsmiləşdirilsin”.

"2020-ci ildə Azərbaycan daha güclü dövlətə çevriləcək”

Prezident İlham Əliyevin müşavirənin yekununda söylədiyi fikirlərdə isə 2020-ci ildən gözləntilər əksini tapıb. Dövlət başçısı qeyd etdi ki, 2020-ci il də uğurla başlayıb: "Bir neçə gün əvvəl Bakıda iki böyük investorla iki layihə imzalanıb, İcra Müqaviləsi imzalanıb. Bu, bərpa olunan enerji növlərinin yaradılması istiqamətində çox önəmli addımdır. İki böyük elektrik stansiyası tikiləcək - biri külək, biri Günəş. Bu hadisənin önəmi ondadır ki, vəsaiti investorlar qoyacaqlar. Yəni, bu, bizə göstərilən inamdır, Azərbaycanın uzunmüddətli inkişafına göstərilən dəstəkdir. İki stansiyanın istehsal gücü 440 meqavat olacaqdır. Bu, çox böyük stansiyalardır, regionda ən böyük Günəş və külək elektrik stansiyalarıdır. Biz özümüz də bərpa olunan enerji növlərini yaradırıq, 50 meqavatlıq stansiya inşa edildi. İndi 84 meqavatlıq stansiyanın layihələndirmə işləri tamamlanır, bunu da biz edəcəyik. Bizim enerji balansımızda bərpa olunan enerjinin payı hazırda təqribən 17-18 faizdir. Bizim uzunmüddətli strategiyamıza görə, biz bunu ən azı 30 faizə çatdırmalıyıq. Onu da bildirməliyəm ki, müsabiqədə 9 şirkət iştirak etmişdir. Yəni, özü də 9 ən böyük şirkət Azərbaycana bərpa olunan enerjini istehsal etmək üçün vəsait qoymağa hazırdır. Sadəcə olaraq, iki şirkət seçildi, hansıların ki, şərtləri daha yaxşı idi. Ancaq o demək deyil ki, qalan şirkətlər kənarda qaldılar, biz onları da dəvət edirik. Qoy, onlar öz təkliflərinə bir daha baxsınlar, şərtləri bizim üçün, ölkəmiz üçün daha məqbul etsinlər və buyursunlar, onlar üçün Azərbaycanda kifayət qədər yer var. Allaha şükür, Azərbaycan həm Günəşlə, həm küləklə zəngin ölkədir, müasir enerji infrastrukturu var. Yenə də Davosun hesabatında enerjinin əlçatanlığına görə Azərbaycan dünyada ikinci yerdədir. İxracımız da var, keçən il 60 milyon dollardan çox ixrac etmişik. Ona görə əminəm ki, bərpa olunan enerji növlərinin yaradılması bizim üçün növbəti prioritet sahə olacaq. Nazirlər Kabinetinə tapşırıram ki, müsabiqədə iştirak etmiş şirkətlərin təkliflərinə baxılsın, onlar dəvət olunsun, onlarla fərdi qaydada danışıqlar aparılsın və onlar da oxşar layihəni Azərbaycanda icra etsin. Bir sözlə, əminəm ki, bu il Azərbaycan uğurla inkişaf edəcək. 2020-ci ildə Azərbaycan daha güclü dövlətə çevriləcək”.

APA Analytics
OXŞAR MÖVZULAR