Impera

XƏBƏR LENTİ
22:46Zakir Fərəcov və Fəzail Hüseynovla bağlı Prezidentə müraciət14:42Ceyhun Bayramov sabiq nazirin kadrının əlində " əsir-esir" qalıb13:42Nazirin həyat yoldaşı sevgilisini nazirlikdə "sürüdü"15:26Zakir Fərəcov məhkəməyə verildi – Milyonluq borc qalmaqalı11:452 fevral Gənclər Günüdür!22:24Ibrahim Həsənov növbəti təbliğat kompaniyasını keçirib.17:26“Dairədəki işsizliyin aradan qaldırılmasına çalışacam” - Araz Hüseynli fəal seçki kampaniyası aparır + FOTOLAR17:01Azərbaycanda siqaretlərin yeni qiymətləri - SİYAHI16:32Aydın Hüseynov seçki qanunvericiliyini pozur - VİDEO16:17Keçmiş deputat ağır qəzaya düşüb15:55Prezident İlham Əliyev Çin Xalq Respublikasının Sədrinə başsağlığı verib14:18Zaqatala icra başçısının varidatı və biznes imperiyası - SİYAHI13:54Qorxunc virusa PSİXOLOJİ ZƏRBƏ: “Bizdə buna hələ də zarafatla yanaşırlar” - AÇIQLAMA13:48“Artım” layihə məkanında Macarıstan istehsalı olan film göstəriləcək13:07Çində koronavirusa yoluxanların sayı 11,1 min nəfərə, ölənlərin sayı 259 nəfərə çatıb12:00Keçmiş deputat və qardaşı “Şah İsmayıl” adlı şirkət yaradıb (FOTOFAKT)11:28Koronavirus sürətlə yayılır - Çin və Rusiya hərəkətə keçdi11:05Fransanın strateji portalı: Qarabağ həll olunur? - GƏLİŞMƏ22:19Əli Əsədovdan doktorantura ilə bağlı mühüm qərar22:06Koronavirus daha bir ölkəyə sıçradı21:54Türkiyədən Azərbaycana müdafiə sənayesi məhsullarının ixracı artıb21:38Aygün Süleymanlının növbəti yalanı ifşa olundu21:32Betonqarışdıran maşının aşması nəticəsində xəsarət alan şəxsin kimliyi bilindi - YENİLƏNİB17:27İlham Əliyev 5 sərəncam imzaladı17:08İran bu qəzaya görə məsuliyyət daşıyacaq - Pompeo16:48Mebel biznesmeni: Azər Kərimli seçiciləri saymır… - Görünəni budur...16:19"Dəfn pulu" nə qədərdir və kimlərə verilir? - TƏLƏB OLUNAN SƏNƏDLƏR15:56Özbəkistan portalında Aşıq Ələsgər haqqında məqalə yerləşdirilib15:31“Bunu heç yerdə deməmişəm” - Nazilə Səfərli və Könül Kərimova arasında “villa qalmaqalı”15:03Fevralda hava necə olacaq?14:39Bakıda falçı gözəllik salonunda elə hərəkət etdi ki…- ŞOK DETALLAR14:07ASTARA: Mədəniyyət Mərkəzi, yoxsa mədəniyyətsiz mərkəz? - VİDEO13:46“Vurulmuş kadrlar seçki sabotajı ilə məşğuldurlar” - FOTO12:45Azərbaycanda neft milyardlarına əvəz tapılır - TƏHLİL12:25Qusar məhkəməsində qanunlar işləmir... - Prezidentə şikayət olundu12:03Azərbaycanın valyuta ehtiyatları 52 milyard dolları keçib11:42“Milan” hücumçusunu “Herta”ya satdı11:04İlkinin polis əmisi oğlu işdən çıxdı – Şok səbəb09:48Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür09:34Virus xəbərinin boşaltdığı “Sədərək”: - Bekar satıcılar nərd oynayır, iş adamlarının köməyinə Pakistan bayrağı gəlir09:17Gəncəni bərbad günə qoyan məmurlar... - ŞOK İTTİHAM09:03Yeni məktəbli forması KİMİN İNHİSARINDADIR? - İDDİA08:46ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq etdi22:52Parlamentin buraxilmasini teqdirelayiq hesab edirik.19:29Azərbaycan Texnologiya Universitetində qanunlar belə pozulur... - İTTİHAM19:20Dağlıq Qarabağda erməni əsgəri ölüb19:15Güloğlan Cabbarov Vətənini sevən, xalqına bağlı olan ləyaqətli vətən oğludur17:065 nəfərə general rütbəsi verildi — SİYAHI16:42Bakıda müəllimə və qayınanası — QRİPDƏN ÖLÜB?16:04SON DƏQİQƏ! Bakıda 2 avtobus toqquşdu — çox sayda yaralı var15:33Sevinc Fətəliyevaya daha bir seçici etirazı: "Dəfələrlə qəbulunda olmuşuq..."-VİDEO15:08Rusiya Çinlə sərhəddi bağladı14:47Ağciyər Xəstəlikləri İnstitutunda daha iki xəstə öldü14:01Röya müəllim olmaq istəyir13:37SABİQ DEPUTAT QUDASINA DA BORCLUDUR – "220 min dollarını alıb, qaytarmır..."13:10“Bremen musiqiçiləri” növbəti dəfə göstərilib12:30Milyarderin oğlu kirayədə yaşayır, metrodan istifadə edir - FOTO11:55Kamaləddin Qafarov: Seçkilərdə ən vacib amil elektoratdır – FOTO11:46DSMF DÖVLƏTİN ANA QANUNUNU TANIMIR? - Özbaşınalıq11:23Muxtar Babayevin DİQQƏTİNƏ: "Sədərək Yusif" bütün Azərbaycanı ZƏHƏRLƏYİR!!! - Deputatlığa namizəd həyəcan təbili çaldı11:07Adil Xudadatov Sumqayıtda niyə pul yığır? –SAHİBKARLAR ŞİKAYƏTÇİDİR11:00Çində ölüm sayı 132-ə qalxıb10:39Namizədin plakatları cırılır, mağazalardan yığışdırılır -FOTO10:17Abşeronda dəhşət: Oğul anasına çoxsaylı bıçaq zərbələri vurub10:12Bakının bu rayonunda su olmayacaq10:07"Unibank"dan ölkə rəhbərliyinə şikayət olundu - "...başqa yolum qalmayıb"10:03Dünya birjalarında neftin SON QİYMƏTİ09:57Bakının islahatları Ermənistanı sülhə vadar edəcək - ABŞ-dan mühüm gözlənti21:16Mehman Hüseynov və Ülvi Həsənlini ifşa edən görüntülər yayıldı – Qadınların təlimatlandırılması (VİDEO)19:27Bakıda dəhşət - Nənə nəvələrini öldürüb, intihar etdi19:07Səudiyyəyə dəhşətli hücum: neft obyektləri vuruldu18:45Saxta sənədlə qeydiyyata düşən azərbaycanlı məsuliyyətə cəlb edildi18:31"International" BOKT ilə bağlı İDDİA - QALMAQAL18:15Masallıda toyundan sonra ölən qızın qətlə yetirildiyi məlum olub16:42Masallıda maraqlı seçki mənzərəsi - İDDİA16:16Fransada yenidən aksiyalar başladı15:58İcra Hakimiyyəti Qaraçuxurun acınacaqlı yolları ilə bağlı suallara cavabdan qaçır15:36“AzerTelekom” rəhbərindən seçki təxribatı - FAKT15:0854 saylı Şabran-Siyəzən dairəsində "Mələk"lə, "Şeytan"ın işbirl - İLGİNC14:44Elementar maliyyə hesabatından başı çıxmayan şəxs millət vəkili ola bilərmi?14:37Nazirlər Kabinetində 4 şöbəyə müdir əvəzi təyin edilib - SİYAHI13:45Milli Dram Teatrının fevral afişası zəngindir13:26Çində yayılan bu görüntü izlənmə rekordu qırır - VİDEO13:07Razi Nurullayevin seçicilərlə görüşləri davam edir.13:04“Sumqayıt xanı”nın sahib olduğu var-dövlətin həddi-hüdudu bilinmir12:49Daha bir xanım namizəd seçkidən geri çəkildi12:05Əkinçilik Elmi-Tədqiqat İnstitutu kolxoza çevrilib... - İTTİHAM11:42Cavid Qurbanovun dəstəklədiyi namizədin meyxanalı roliki - VİDEO11:16Ali Attestasiya Komissiyasına ittiham: “Bu qurum elmə sipər olub” - NARAZI ALİMLƏR10:57Respublika Klinik Xəstəxanasında özəl qaydalar... - Burada pul hər şey deməkdir...10:23Mərkəzi Bankın yumşaq pul siyasəti: İqtisadiyyata nə qazandıracaq? - TƏHLİL10:09Cəbhədə silahlar susmadı21:46Ucuz təbliğatın acı sonluğu17:27Dünya çempionumuz faciəvi şəkildə öldü17:16Ötən ilki haqqımızı bu il geri qaytaracaqlar? - Gözlənti17:05Millət vəkillərinin övladları harada işləyir? - NAZİR MÜAVİNİ, GÖMRÜK SƏDRİ, FOND RƏHBƏRİ17:02Xırdalanın Heydər Əliyev prospekti əsaslı şəkildə yenidən qurulur16:42Samir Şərifov sahibkarlara qarşı "SƏLİB YÜRÜŞÜNƏ" çıxıb - Cəzalar işə düşüb16:27Əli Həsənov həbs olunur... - İDDİA16:10İlham Əliyev koronavirusla bağlı tapşırıq verdi - Qurumlar gücləndirilmiş rejimə keçdi
BÜTÜN XƏBƏRLƏR
Fevral 2020 (18)
Yanvar 2020 (560)
Dekabr 2019 (600)
Noyabr 2019 (626)
Oktyabr 2019 (577)
Sentyabr 2019 (617)

«    Fevral 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
242526272829 

230 hektar torpağı əlindən alınmış kənd –YENİ ZUVAND CAMAATI CARƏSİZ QALIB

17 yan 2020, 10:13   
    16
230 hektar torpağı əlindən alınmış kənd –YENİ ZUVAND CAMAATI CARƏSİZ QALIB
 
Masallı nə hikmətdirsə, idarəçilər tərəfindən bəxti gətirməyən rayon olub. Elə bu səbəbdəndir ki, uzun illərdən bəri nə problemləri həll olunur, nə də problemlərinin həlli üçün tutarlı addım atılır. Rayonun bir çox kəndlərinin əsaslı problemlərinin olmasın rəğmən, tədbirlərin görülməməsi sakinlərin də bezməsinə gətirib çıxarıb. Bu rayonda susuz qalmış kənddən tutmuş, torpaqsız qalmış kənd sakinlərinə qədər hər kateqoriyadan yaşayış məntəqələri görmək mümkündür. JAMAZ.İNFO xəbər verir ki, onlardan biri də Yeni Zuvand kəndidir.


48 yaşlı kəndin bitməyən dərdi


Yeni Zuvand kəndi 1972-ci ildə qurulub. Yaşi cavan olsa da, üzləşdiyi problemlərini müasir tarix qaldıra bilmir. Həmin dövrdə yaradılan Səməd Vurğun adına sovxozun heyvandarlıq sektorunu da məhz bu kəndin sakinlərinin mal-qarası hesabına qurulub. Belə ki, camaata məxsus 1000 baş qoyun və 1000 baş inək onlardan alınaraq, sovxozun fermasına qatılır. O gündən bəri heyvandarlıqla məşğul olan zuvandlılar hələ də heyvanlarının sayını 1000-ə çatdıra bilməyiblər. Və yəqin ki, bundan sonra da çatdıra bilməyəcəklər.

Pproblemlərinə gəldikdə isə onların sayı o qədər çoxdur ki, sadalamaqla bitməz. Onların bir qismini qeyd edəcəyik ki, bəlkə ilgili qurumlar insafa gəlib, əhalinin dərdinə dərman oldular. Hərçənd buna inanmağımız gəlmir.

230 hektar torpaq kənd camaatından niyə alındı?


Adətən, kəndli öz çörəyini torpaqdan çıxarır. Bəs, torpaq yoxdursa, zavallı kəndli nə etməlidir? Yeni Zuvand camaatı 1996-cı ildən bəri onlara verilmiş 230 hektar torpaqdan məhrum edilib.

Kənd sakini Çingiz Cabbarlı bununla bağlı JAMAZ.İNFO-ya deyib: "Ərazi icra nümayəndəmiz olmuş Fərəməz Ağayevin üzünü görməsəm də, kəndimizdə onu hamı rəhmətlə anır. Allah rəhmət eləsin o kişiyə. Onun dünyasını dəyişməsi ilə Yeni Zuvanda "Səlib yürüşü” başladı”.

Sözügedən şəxs deyir ki, 1996-cı ildə keçirilən torpaq islahatı zamanı kəndin 60 hektar ərzisinin əlindən çıxmasına səbəb oldu. "Bir qrup dələduzun qurbanı olduq. Hazırda da vəzifədə təmsil olunurlar həmin adamlar. Onların sayəsində 60 hektar torpaq sahəsi kənddən alındı”.

Amma Cabbarov bildirir ki, məsələ bununla bitməyib. "Yeni Zuvand camaatı bunun üzüntüsünü yaşamağa imkan tapmamış, Ekologiya və Təbii Sərvətlər Nazirliyi 22 may 1999-cu ildə 170 hektar kənd torpaqlarını əlimizdən alıb, meşə sahələrinin salınması məqsədi ilə Meşə Fonduna birləşdirdilər. Və bunun onunla əsalandırdılar ki, Azərbaycan dünyada ən az meşə örtüyünə malik olduğu üçün torpaqları bizim əlimizdən alırlar”.

İsti ocağını Rusiya soyuğuna dəyişənlər


Kənddə işsizliyin yüğyan etməsi, digər tərəfdən də heyvandarlıq və əkinçiliklə məşğul olmaq üçün imkanın olmaması Yeni Zuvand insanlarını cəlayi-Vətən edib. Öz isti ocağını Rusiyanın şaxtasına dəyişən sakinlər, ailələrini dolandırmaq üçün min bir əziyyətə qatlaşırlar. Bəzən uğur qazanır, bəzən də uğursuzluğa düçar olurlar ki, bu da çox vaxt uzun sürmür.

Zuvandlılar illərdir kasıbçılıqlarını edirlər. Əllərində olan-qalanları ilə ya övlad evləndirir, ya da ev problemlərini çözürlər. Payızda kəndə dönüb, Novruz Bayramını gözləyirlər ki, bayram plovunu yeyib, yenidən Rusiyaya üz tutsunlar.

Mavi yanacağa həsrət kənd


Yyeni Zuvand elə də ucqar kənd deyil. Ddağların ətəyindən də bir qədər uzaqdır. Ancaq nə illahdırsa, bu kəndin düz qulağının dibinə qədər təbii qaz kəməri çəkilir, amma onun Yeni Zuvanda qədər genişləndirilməsi həyata keçirilmir.

Hələ iki il əvvəl ərazi üzrə Güllütəpə, Tatyan və Obalar kəndinə qaz çəkiləndə, zuvandlılar da ümidliydilər ki, bu xoşbəxtlik onlara da nəsib olacaq. Lakin sakinlər həmin xoşbəxtlikdən düz 45 ildir məhrumdurlar və bundan sonra daha nə qədər məhrum qalacaqları da məlum deyil.

Evləri qızdırmaq üçün odundan istifadə edən kənd camaatının güzəranını təsəvvür etmək elə də çətin deyil. Bir tərəfdən də palçıq və soyuq, onların əhədini kəsir. Edilən şikayətlərə də baxan yoxdur. Dəfələrlə problemlərlə bağlı Masallı rəhbərliyinə müraciət edilsə də, kimsə onları dinləməyib. Dinləyənlər də yola veriblər.

270 metr asfalt yolla "mükafatlandırılan” camaat


Əən qəribəsi odur ki, ötən ilin aprelində dövlət başçısı Masallı-Xocavar-Bbambaşı-Köhnə Alvadı-Güllütəpə-Yeni Zuvand yolunun çəkilməsi üçün 6.8 milyon manat pul ayırmışdı. İnsafən, Güllütəpə kəndi də daxil olmaqla, Yeni Zuvandın girişinə qədər asfalt döşənir.

Təkcə, Yyeni Zuvand kəndinin 270 metr yolunu asfalt edirlər ki, bunun da minnətini camaatın boynuna qoyurlar. Belə ki, yolu çəkənlərlə İcra Hakimiyyətinin rəsmiləri deyirlər ki, bəs, 270 metr asfalt yol icra başçısının Yeni Zuvand əhlinə hədiyyəsidir.

Həqiqətən də belə olanda bilmirsən, güləsən, yoxsa ağlayasan?

Yeni Zuvand əhli nə istəyir?


Bbu sualın cavabını elə həmin kəndin sakini, müsahibimiz Çingiz Cabbarov verir. O deyir ki, kənd camaatın tələbi qanuni haqqı olan və uzun müddət onun istifadəsində olmuş, lakin sonradan əlindən alınmış torpaq sahəsi ilə bağlıdır. "Camaat tələb edir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin onlardan aldığı 170 hektar, habelə bir qrup dələduzun onlardan qopardığı 62 hektar torpaq sahələri geri qaytarılsın. Ölkə başçısının sərəncam verib, pul ayrıdığı yolun çəkilişlərini tamamlasınlar. Çünki həmin sərəncama əsasən bizim kəndin yolları da asfaltlanmalıydı. XXI əsrin 20-ci ilində 180 ev, 230 təsərrüfat və 1100 nəfər əhalisi olan kəndimiz təbii qazla təmin edilsin”.

İcra Hakimiyyəti nə vəd edir?


Yeni Zuvand camaatı kəndin problemləri ilə bağlı çoxlu sayda şikayətdə bulunsalar da, faydası olmayıb. Bakıda və rayonda döymədikləri qapı qalmayıb. Ərizələrinin ən ali instansiyalara çatdırmağa çalışıblar. Bəzilərindən cavab gəlib, bəzilərindən isə səs belə çıxmayıb.

Naəlac qalan camaat nə edəcəyini bilmir. Mmasallı rayon İcra Hakimiyyətinin yeni başçısı Şahin müəllimin qəbulunda olan zuvandlılara isə qısa və konkret deyib ki, heç nəyə ümid eləməsinlər. Çünki bu il Yeni Zuvand kəndində yalnız elektrik dirəkləri dəyişdiriləcək və tranformatorlar təmir olunacaq. Vəssəlam!
OXŞAR MÖVZULAR