Impera

XƏBƏR LENTİ
09:54İmişlidə şok SEÇKİ QALMAQALI - DSK sədri məntəqə üzvünün evinə basqın etdi09:38Beş tondan artıq kokain daşıyan sualtı gəmi saxlanıldı22:46Zakir Fərəcov və Fəzail Hüseynovla bağlı Prezidentə müraciət14:42Ceyhun Bayramov sabiq nazirin kadrının əlində " əsir-esir" qalıb13:42Nazirin həyat yoldaşı sevgilisini nazirlikdə "sürüdü"15:26Zakir Fərəcov məhkəməyə verildi – Milyonluq borc qalmaqalı11:452 fevral Gənclər Günüdür!22:24Ibrahim Həsənov növbəti təbliğat kompaniyasını keçirib.17:26“Dairədəki işsizliyin aradan qaldırılmasına çalışacam” - Araz Hüseynli fəal seçki kampaniyası aparır + FOTOLAR17:01Azərbaycanda siqaretlərin yeni qiymətləri - SİYAHI16:32Aydın Hüseynov seçki qanunvericiliyini pozur - VİDEO16:17Keçmiş deputat ağır qəzaya düşüb15:55Prezident İlham Əliyev Çin Xalq Respublikasının Sədrinə başsağlığı verib14:18Zaqatala icra başçısının varidatı və biznes imperiyası - SİYAHI13:54Qorxunc virusa PSİXOLOJİ ZƏRBƏ: “Bizdə buna hələ də zarafatla yanaşırlar” - AÇIQLAMA13:48“Artım” layihə məkanında Macarıstan istehsalı olan film göstəriləcək13:07Çində koronavirusa yoluxanların sayı 11,1 min nəfərə, ölənlərin sayı 259 nəfərə çatıb12:00Keçmiş deputat və qardaşı “Şah İsmayıl” adlı şirkət yaradıb (FOTOFAKT)11:28Koronavirus sürətlə yayılır - Çin və Rusiya hərəkətə keçdi11:05Fransanın strateji portalı: Qarabağ həll olunur? - GƏLİŞMƏ22:19Əli Əsədovdan doktorantura ilə bağlı mühüm qərar22:06Koronavirus daha bir ölkəyə sıçradı21:54Türkiyədən Azərbaycana müdafiə sənayesi məhsullarının ixracı artıb21:38Aygün Süleymanlının növbəti yalanı ifşa olundu21:32Betonqarışdıran maşının aşması nəticəsində xəsarət alan şəxsin kimliyi bilindi - YENİLƏNİB17:27İlham Əliyev 5 sərəncam imzaladı17:08İran bu qəzaya görə məsuliyyət daşıyacaq - Pompeo16:48Mebel biznesmeni: Azər Kərimli seçiciləri saymır… - Görünəni budur...16:19"Dəfn pulu" nə qədərdir və kimlərə verilir? - TƏLƏB OLUNAN SƏNƏDLƏR15:56Özbəkistan portalında Aşıq Ələsgər haqqında məqalə yerləşdirilib15:31“Bunu heç yerdə deməmişəm” - Nazilə Səfərli və Könül Kərimova arasında “villa qalmaqalı”15:03Fevralda hava necə olacaq?14:39Bakıda falçı gözəllik salonunda elə hərəkət etdi ki…- ŞOK DETALLAR14:07ASTARA: Mədəniyyət Mərkəzi, yoxsa mədəniyyətsiz mərkəz? - VİDEO13:46“Vurulmuş kadrlar seçki sabotajı ilə məşğuldurlar” - FOTO12:45Azərbaycanda neft milyardlarına əvəz tapılır - TƏHLİL12:25Qusar məhkəməsində qanunlar işləmir... - Prezidentə şikayət olundu12:03Azərbaycanın valyuta ehtiyatları 52 milyard dolları keçib11:42“Milan” hücumçusunu “Herta”ya satdı11:04İlkinin polis əmisi oğlu işdən çıxdı – Şok səbəb09:48Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür09:34Virus xəbərinin boşaltdığı “Sədərək”: - Bekar satıcılar nərd oynayır, iş adamlarının köməyinə Pakistan bayrağı gəlir09:17Gəncəni bərbad günə qoyan məmurlar... - ŞOK İTTİHAM09:03Yeni məktəbli forması KİMİN İNHİSARINDADIR? - İDDİA08:46ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq etdi22:52Parlamentin buraxilmasini teqdirelayiq hesab edirik.19:29Azərbaycan Texnologiya Universitetində qanunlar belə pozulur... - İTTİHAM19:20Dağlıq Qarabağda erməni əsgəri ölüb19:15Güloğlan Cabbarov Vətənini sevən, xalqına bağlı olan ləyaqətli vətən oğludur17:065 nəfərə general rütbəsi verildi — SİYAHI16:42Bakıda müəllimə və qayınanası — QRİPDƏN ÖLÜB?16:04SON DƏQİQƏ! Bakıda 2 avtobus toqquşdu — çox sayda yaralı var15:33Sevinc Fətəliyevaya daha bir seçici etirazı: "Dəfələrlə qəbulunda olmuşuq..."-VİDEO15:08Rusiya Çinlə sərhəddi bağladı14:47Ağciyər Xəstəlikləri İnstitutunda daha iki xəstə öldü14:01Röya müəllim olmaq istəyir13:37SABİQ DEPUTAT QUDASINA DA BORCLUDUR – "220 min dollarını alıb, qaytarmır..."13:10“Bremen musiqiçiləri” növbəti dəfə göstərilib12:30Milyarderin oğlu kirayədə yaşayır, metrodan istifadə edir - FOTO11:55Kamaləddin Qafarov: Seçkilərdə ən vacib amil elektoratdır – FOTO11:46DSMF DÖVLƏTİN ANA QANUNUNU TANIMIR? - Özbaşınalıq11:23Muxtar Babayevin DİQQƏTİNƏ: "Sədərək Yusif" bütün Azərbaycanı ZƏHƏRLƏYİR!!! - Deputatlığa namizəd həyəcan təbili çaldı11:07Adil Xudadatov Sumqayıtda niyə pul yığır? –SAHİBKARLAR ŞİKAYƏTÇİDİR11:00Çində ölüm sayı 132-ə qalxıb10:39Namizədin plakatları cırılır, mağazalardan yığışdırılır -FOTO10:17Abşeronda dəhşət: Oğul anasına çoxsaylı bıçaq zərbələri vurub10:12Bakının bu rayonunda su olmayacaq10:07"Unibank"dan ölkə rəhbərliyinə şikayət olundu - "...başqa yolum qalmayıb"10:03Dünya birjalarında neftin SON QİYMƏTİ09:57Bakının islahatları Ermənistanı sülhə vadar edəcək - ABŞ-dan mühüm gözlənti21:16Mehman Hüseynov və Ülvi Həsənlini ifşa edən görüntülər yayıldı – Qadınların təlimatlandırılması (VİDEO)19:27Bakıda dəhşət - Nənə nəvələrini öldürüb, intihar etdi19:07Səudiyyəyə dəhşətli hücum: neft obyektləri vuruldu18:45Saxta sənədlə qeydiyyata düşən azərbaycanlı məsuliyyətə cəlb edildi18:31"International" BOKT ilə bağlı İDDİA - QALMAQAL18:15Masallıda toyundan sonra ölən qızın qətlə yetirildiyi məlum olub16:42Masallıda maraqlı seçki mənzərəsi - İDDİA16:16Fransada yenidən aksiyalar başladı15:58İcra Hakimiyyəti Qaraçuxurun acınacaqlı yolları ilə bağlı suallara cavabdan qaçır15:36“AzerTelekom” rəhbərindən seçki təxribatı - FAKT15:0854 saylı Şabran-Siyəzən dairəsində "Mələk"lə, "Şeytan"ın işbirl - İLGİNC14:44Elementar maliyyə hesabatından başı çıxmayan şəxs millət vəkili ola bilərmi?14:37Nazirlər Kabinetində 4 şöbəyə müdir əvəzi təyin edilib - SİYAHI13:45Milli Dram Teatrının fevral afişası zəngindir13:26Çində yayılan bu görüntü izlənmə rekordu qırır - VİDEO13:07Razi Nurullayevin seçicilərlə görüşləri davam edir.13:04“Sumqayıt xanı”nın sahib olduğu var-dövlətin həddi-hüdudu bilinmir12:49Daha bir xanım namizəd seçkidən geri çəkildi12:05Əkinçilik Elmi-Tədqiqat İnstitutu kolxoza çevrilib... - İTTİHAM11:42Cavid Qurbanovun dəstəklədiyi namizədin meyxanalı roliki - VİDEO11:16Ali Attestasiya Komissiyasına ittiham: “Bu qurum elmə sipər olub” - NARAZI ALİMLƏR10:57Respublika Klinik Xəstəxanasında özəl qaydalar... - Burada pul hər şey deməkdir...10:23Mərkəzi Bankın yumşaq pul siyasəti: İqtisadiyyata nə qazandıracaq? - TƏHLİL10:09Cəbhədə silahlar susmadı21:46Ucuz təbliğatın acı sonluğu17:27Dünya çempionumuz faciəvi şəkildə öldü17:16Ötən ilki haqqımızı bu il geri qaytaracaqlar? - Gözlənti17:05Millət vəkillərinin övladları harada işləyir? - NAZİR MÜAVİNİ, GÖMRÜK SƏDRİ, FOND RƏHBƏRİ17:02Xırdalanın Heydər Əliyev prospekti əsaslı şəkildə yenidən qurulur16:42Samir Şərifov sahibkarlara qarşı "SƏLİB YÜRÜŞÜNƏ" çıxıb - Cəzalar işə düşüb
BÜTÜN XƏBƏRLƏR
Fevral 2020 (20)
Yanvar 2020 (560)
Dekabr 2019 (600)
Noyabr 2019 (626)
Oktyabr 2019 (577)
Sentyabr 2019 (617)

«    Fevral 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
242526272829 

Razi Nurullayevin seçicilərlə görüşləri davam edir.

24 yan 2020, 12:36   
    29
Razi Nurullayevin seçicilərlə görüşləri davam edir.
 
Parlament seçkiləri ilə bağlı təbliğat-təşviqat kampaniyası tam sürət davam edir. Namizədlər içərsində ən fəallardan olan, 79 saylı İmişli seçki dairəsindən namizədliyini irəli sürmüş Razi Nurullayev rayon və kənd əhalisiylə hər gün görüşlər keçirir. 
Yanvarın 20-də İmişlinin Şəhidlər Xiyabınını ziyarət edən namizəd daha sonra rayon camaatı ilə görüşüb. Razi Nurullayev vətəndaşları narahat edən bir çox məsələlərə toxunub. Şəhid ailələrinin, qazilərin qayğılarından danışan Razi Nurullayev bildirib ki, bir icra başçısının, bir imkanlı şəxsin bir şəhid ailəsinə, bir qaziyə mənzil, avtomobil bağışlaması ümumi problemi həll etmir. Namizəd vurğulayıb ki, bu cür problemlər kompleks şəkildə həll olunmalıdır, bunun üçün isə dövlət proqramı lazımdır. Razi Nurullayev bununla bağlı hökumətə təkliflər verdiyini deyərək, bundan sonra da bu məsələləri gündəmdə saxlayaraq həllinə çalışacağını bildirib.
Daha sonra əhalinin banklara olan kredit borcları, problemli kreditlərin həlli ilə bağlı danışan namizəd bildirib ki, məsələ qismən həllini tapsa da problem tam aradan qaldırılmayıb:
"Mən yorulmadan kredit borclarının bağışlanması və ya həlli üçün gecə-gündüz danışdım, mübarizə apardım və bu məsələni gündəmdən düşməyə qoymadım. 2018-ci ilin Prezident seçkilərində Prezidentliyə namizəd kimi ən böyük vurğunu xalqın sosial problemlərinə yönəltdim. Və kredit borcları problemi qismən həll edildi”. 

Namizəd həmçinin təbii yanar qazın limitinin götürülməsi üçün gecə-gündüz mübarizə apardıqlarını qeyd edib:
"Həftədə 3-4 dəfə bu məsələ ilə bağlı yazdıq, dedik, danışdıq və məsələni kampaniyaya çevirdik. Xalq da dəstək verdi. Limitin xalqa bəs etməsi ilə bağlı mif, yalan üzə çıxdı və Prezident qaz limitini xalqın xeyrinə həll etdi. Amma, yenə də bu problem tam olaraq xalqın xeyrinə həll olunmasına ehtiyac var və bu məsələni də daim gündəmdə saxlayacam”
 
Daha sonra Razi Nurullayev vətəndaşların irad və şikayətlərini dinləyib. Öncəki deputatların etimadlarını doğrultmadığını deyən sakinlər, ümidsiz olduqlarını bildiriblər. Razi Nurullayev isə insanları inamlı olmağa çağıraraq, əsas fəaliyyətinin, missiyasının insanların üzünü güldürmək, vətəndaşa ümidli gələcək vermək olduğunu vurğulayıb.

Razi Nurullayev yanvarın 21-də İmişlinin Muradallı, Otuziki və Nurulu kədinin sakinləri ilə görüşüb. Burda da kənd sakinləri artıq deputatlara, məmurlara inamlarının qalmamasını, ümidsiz olduqlarını dilə gətiriblər. Razi Nurullayev isə kənd sakinlərinə söz verib ki, əgər seçkilərdə qalib gələrsə öz fəaliyyətiylə vətəndaşın millət vəkillərinə itmiş inamını geri qaytaracaq. Burda da əsas sosial problemlrədən danışan Razi Nurullayev pensiya məsələsinə toxunub. O, pensiyaların çox aşağı, yaş həddinin isə yüksək olduğunu bildirib və vurğulayıb ki, bununla bağlı hökumətə təkliflər verəcək, deputat seçilərsə parlamentdə məsələ qaldıracaq. Kəndlinin, rayon əhalisinin sosial həyatının ağır olduğunu deyən Razi Nurllayev bildirib ki, insanlara sosial biznes krediti verilməlidir. O, deyib ki, insanları yardıma alışdırmaqdansa, iş qurmağı, pul qazanmağı öyrətmək, bu işi stimullaşdırmaq lazımdır:
"Yorulmadan deyirdim ki, kasıb əhalinin vəziyyətini yaxşılaşdırmaq üçün onlara sosial biznes krediti verilməlidir və həm də onlara verilən kreditdən sərfəli istifadə edərək pul qazanmağı öyrətmək lazımdır. İndi bu məsələ hökumət tərəfindən yerinə yetirilməkdədir, amma bu məsələnin əsaslı şəkildə təkmilləşdirilməsinə ehtiyac var. Çünki, heç də verilən yardımlar insanların ehtiyaclarını həll edə bilmir”. 
Namizəd seçkilərdə qalib gələcəyi təqdirdə bu məsələni daim parlamentdə gündəmə gətirəcəyini qeyd edib.

Razi Nurullayev yanvarın 22-də Xoşçobanlı və Murğuzallı kəndlərinin sakinləri ilə görüşüb. Orda da digər görüşlərdə olduğu kimi cəmiyyətin əsas problemlərə toxunan Razi Nurullayev vətəndaşla məmurlar arasında uçurum olduğunu deyib. O, bildirib ki, xalqın problemlərini dəqiq bilmək üçün sadə yaşam tərzi keçirmək, tez-tez xalqın arasında olmaq lazımdır:
"Ən azı ildə bir neçə dəfə xalqın yaşadığı kimi yaşayıb, onun kimi hisslər keçirmək gərəkdir. Bu birmənalıdır. Vəzifəli şəxs, məmur, deputat ayağına rezin çəkmə geyinib, su sulamırsa xalqı başa düşə bilməz. O, şor yemirsə xalqı başa düşə bilməz. O, çöldə ocaq qalayıb yemək bişirmirsə, o ocağın tüstüsü ona hopmursa xalqı başa düşə bilməz. Məmur kanallardan, arxlardan gələn bulanıq suyu duruldub ondan çay dəmləyib içmirsə xalqı başa düşə bilməz. O, təzək yandırıb onun istisinə qızınmırsa xalqı başa düşə bilməz. Palçıqlı, tozlu yolda ayaqqabısını batırmırsa xalqı başa düşə bilməz”.
Sonda vətəndaşların şikayət və iradlarını dinləyən namizəd, insanları ümidli olmağa, seçkilərdə fəal iştirak etməyə, səslərinin arxasında durmağa çağırıb.

Razi Nurullayev yanvarın 23-də rayonun bir neçə qəsəbəsində, eləcə də Mürsəlli və Qaraqaşlı kəndlərində vətəndaşlarla görüşüb, onların qayğıları, problemləri ilə maraqlanıb, şikayətlərini dinləyib. Sədr burda da insanları maraqlandıran əsas problemlərə toxunub. Vətəndaşın evsizlik promlemini dilə gətirən Razi Nurullayev, bu problemin həlli üçün Avropa nümunəsinin tətbiqini məqbul hesab etdiyini deyib: 
"Mən sosial evlərlə bağlı Fransa təcrübəsinin tətbiqini təklif etmişdim. Prezidentin bu məsələ ilə bağlı iradəsi var. Sosial evlər tikilir, amma insanların ehtiyacını ödəmək üçün bu məsələyə kökündən yanaşmaq və yaxın 10 il ərzində hər bir vətəndaşın evlə təmin olunmasına nail olmaq zərurətdir və bunu deməliyik, danışmalıyıq”.
Razi Nurullayev bu məsələni də daim gündəmdə saxlayacağını vurğulayıb. Daha sonra vətəndaşın ən yaralı yeri, uşaqpulu məsələsinə toxunan deputatlığa namizəd, ailələrə uşaq pulunun, hər doğulan uşağa birdəfəlik yardımın verilməsi ilə bağlı məsələni daim gündəmdə saxladığını, bununla bağlı tələblərində israrlı olacağını deyib:
"Bununla bağlı dayanmadan danışmışıq, mübarizə aparmışıq və aparacağıq. Bu məsələ bu və ya digər şəkildə xalqın xeyrinə həll olunmalıdır. Yeni doğulan uşaq sağlam böyümürsə, onun valideynləri övladını zülm içində böyüdürsə vətəni kim qoruyacaq, bu ölkənin gələcəyini kim təmin edəcək ? Hökumət hər bir uşağın böyüməsində ən az ailəsi qədər yaxından, bir başa iştirak etməlidir. Hökumət hər doğulan uşağa əsgərlik yaşına kimi xüsusi qayğı göstərməlidir ki, onu əsgərliyə, müharibəyə aparmağa ən azı mənəvi haqqı olsun”
Sonda Razi Nurllayev vətəndaşları dinləyib. O, ümidsiz olduqlarını deyən sakinləri ümidli gələcək uğrunda birlikdə mübarizəyə çağırıb.

Razi Nurullayev İmişlinin Şəkər Zavodunda 500 nəfərin işdən çıxarılması ilə bağlı məsələyə də toxunub. O, bu hadisəni faciə adlandırıb:
"Çünki, 500 nəfər ailə çətinliklə üzləşəcək. Şirkət rəhbərliyi zavodun 3 ildir zərərlə işlədiyini deyir. Bu üç ildə hökumətin bu məsələyə biganə qalması, zavodun zərərlə işləməsinə laqeydlik göstərməsi, zavodun istehsal etdiyi məhsulun rəqabətlilik əmsalının zəif olduğunu bilərək, ucuz idxalı məhdudlaşdırmaması başadüşülən deyil. Bunu tənzimləmək mümkün idi və hələ də gec deyil. Hökumət təcili bu məsələnin həlli üçün konkret addımlar atmalı və zavodun fəaliyyətini bərpa edərək, işçiləri geri qaytarılması üçün təcili işlər görməlidir”.

Razi Nurullayevin seçicilərlə görüşləri davam edir.
Razi Nurullayevin seçicilərlə görüşləri davam edir.
Razi Nurullayevin seçicilərlə görüşləri davam edir.
Razi Nurullayevin seçicilərlə görüşləri davam edir.
Razi Nurullayevin seçicilərlə görüşləri davam edir.
Razi Nurullayevin seçicilərlə görüşləri davam edir.
Razi Nurullayevin seçicilərlə görüşləri davam edir.
Razi Nurullayevin seçicilərlə görüşləri davam edir.
Razi Nurullayevin seçicilərlə görüşləri davam edir.
Razi Nurullayevin seçicilərlə görüşləri davam edir.
Razi Nurullayevin seçicilərlə görüşləri davam edir.
Razi Nurullayevin seçicilərlə görüşləri davam edir.
Razi Nurullayevin seçicilərlə görüşləri davam edir.

OXŞAR MÖVZULAR