Impera

XƏBƏR LENTİ
23:56Biri-biriləri yumruqlayan qohumlar və şifer əhvalatı-Abıyevlərin sərgüzətləri22:29Aygün 103 yaşlı nənəylə danışdı: “Həyatın dəyərlidir! Evdə qal" - VİDEO22:22Küçəyə çıxmaq üçün SMS necə yazılmalıdır? - VİDEOİZAH22:08“WhatsApp”da əhalini təşvişə salan məlumatlar yayan şəxs həbs edilib22:05Karantin qaydalarına əməl etməyənlər: İşçilər maska və əlcəksiz işləyirlər - VİDEO21:54Ölənlərin cəsədləri küçələrə atıldı - VİDEO21:50Evdən çıxan şəxs başına karton keçirərək polisdən belə gizləndi - VİDEO21:45Koronavirus xəstəsi ağlayaraq yalvardı: "Evdən çıxmayın!" - VİDEO21:39Şəhərin simvolik binası həkimlər üçün işıqlandırıldı - VİDEO21:03Koronavirusdan sağalanların sayı 200 mini keçdi20:59İtaliyada on mindən çox tibb işçisi koronavirusa yoluxdu20:58ÜST: Avropada COVID-19 qurbanlarının 95 faizi yaşı 60-ı keçmiş şəxslərdir20:51Koronavirus testi etmək istəyən həkimlər belə döyüldü - VİDEO20:44Azərbaycanda “məşhur” xəstəxana – Son mənzildən əvvəlki ünvan - VİDEO20:36Aprelin 5-dən Azərbaycanda hərəkətə məhdudiyyət qoyulur20:31Anası və qızı əlil olan Bakı sakini: “Qızım yemək istəyir, evdə heç nə yoxdur...” – VİDEO20:17DİN-dən taksi sürücülərinə xəbərdarlıq: “Yolverilməzdir!”20:12Mehriban Əliyeva Aprel döyüşlərində şəhid olan oğullarımız haqqında yazdı12:23Mikayıl Cabbarova müavin təyin edildi12:16İlham Əliyevdən Aprel döyüşləri ilə bağlı paylaşım - FOTO12:09Nobel mükafatçısı: Koronavirus tezliklə bitəcək! - VİDEO12:04DİN-dən əhaliyə xəbərdarlıq - VİDEO11:59ABŞ-da xəstələrin sayı sürətlə artır - VİDEO11:57Yapon alimlərdən virusun hava ilə yayıldığını sübut edən VİDEO11:30Şəhərdə çölə çıxmaq qadağasına məhəl qoyulmur - VİDEO11:20Pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsindən - VİDEO11:17Nazirin korona "qorxusu" - VİDEO11:14Qızı Oqtay Şirəliyevin ünsiyyətdən qaçma səbəbini açıqladı23:01Xəstəlik zamanı çay təhlükəlidir?22:48Küçədə görüb mindiyi at onu belə qaçırdı - VİDEO22:41Yasamalda internet klubunun sahibi cərimələndi - VİDEO22:26Azərbaycanda koronavirusdan öləni xəstəxanadan belə apardılar - VİDEO22:17Millət vəkili əhalini hökumətin tövsiyə və sərəncamlarına əməl etməyə çağırıb22:15Türkiyədə azan vaxtı çəkilən bu video hamını heyrətə gətirdi - VİDEO22:04Millət vəkili Xızı rayon xəstəxanasında olub - FOTOLAR21:55Ata və oğul fonda 5 min ianə etdilər21:50Sorğu keçirən bu jurnalist özü insanların tənqid hədəfi oldu - VİDEO21:46“Xəbər”in ünvanı Baku TV-dir - VİDEO21:43Baku TV-də “Xəbər” vaxtıdır - VİDEO21:34SOCAR tender elan edib - SİYAHI21:10Elman Rüstəmovla bağlı məsələ “gözləmə” mövqeyindədir - ÖZƏL20:55Milli Məclis büdcəyə yenidən baxacaq20:51İlham Əliyev ona orden verdi - SƏRƏNCAM20:49Prezidentdən fərman: Sərhədyanı və dağlıq ərazilərdə yaşayan gənc sahibkarlara güzəştli kreditlər ayrılacaq13:20Mehriban Əliyevadan xalqa çağırış: “Yaranmış fövqəladə vəziyyət ümummilli səfərbərlik tələb edir"13:16İlham Əliyev bu ASC-yə vəsait ayırdı - SƏRƏNCAM13:14Zakir Qaralovun səlahiyyət müddəti bitir13:10Ən son “Xəbər” Baku TV-də - CANLI YAYIM11:45“Gündə 4 dənə araq içirəm, virus mənə nə edəcək?” - VİDEO11:41Avtobuslarda karantin qaydalarına əməl olunurmu? - VİDEO11:34Koronavirusun yaratdığı təxliyyə problemləri11:31Tunis koronavirusla bağlı karantini aprelin 19-dək uzatdı11:28Niderlandda 101 yaşlı qadın koronavirusdan sağaldı11:25Daha iki ölkədə koronavirusdan ilk ölüm qeydə alındı11:20Yüzlərlə müsəlman əmək miqrantı Moskva aeroportundan bayıra atıldı- VİDEO11:16''Hər gün termometrlə hərarətinizi ölçün'' - Vuhanda yaşayan azərbaycanlı həkim - VİDEO11:12Koronavirus Avropa küçələrini bu hala saldı... - VİDEO11:0313 yaşlı uşaq koronavirusdan öldü11:00Yerə meteorit düşüb? - VİDEOLAR10:56Ağdamda yaşayan Əsgərovlar ailəsinin dərman almağa pulu yoxdur - VİDEO10:49Eldar Mahmudovun bank sektorundakı yadigarı... - İDDİA20:25Despina və Feliçita mağazalar şəbəkəsi imkansız ailələrə yardım etdi - FOTO20:13Prezident xəbərdarlıq etdi: “Vəzifədə olan dostlara arxalanırsa, səhv yoldadır”20:08Azərbaycanlı aparıcıdan təqdirəlayiq addım - VİDEO20:05Bakıda bütün ekspres xətlər üzrə avtobusların iş qrafiki dəyişdirilir19:14Bakı metrosu bu gündən BAĞLANIR19:03Sabahdan hava dəyişir - XƏBƏRDARLIQ18:47Kredit borcu olanların nəzərinə - VİDEO18:41Koronavirus günbəgün insan bədənində görün nələr edir - VİDEO18:37Baku TV-də “Xəbər” vaxtıdır - VİDEO18:33Zaqatalada polis yaşlı insanlara ərzaq yardımı etdi - VİDEO18:26İran-Türkiyə sərhədində güclü partlayış - VİDEO18:20Məsuliyyəti dərk edək, evdə qalaq - VİDEO18:14Koronavirusla bağlı rəqəmlər dəyişir - VİDEO18:08Morqdan dəhşətli görüntülər - VİDEO18:05Həkimlər diz çökərək ağladılar - ABŞ-da + VİDEO17:25Əhaliyə komunal xidmətlərlə bağlı — ŞAD XƏBƏR - VİDEO16:53Neft bahalaşdı16:50Bakı meriyası müzakirələrə səbəb olan sosial çarxı təqdim etdi - VİDEO16:44Mikayıl Cabbarov Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürənlərə təşəkkür etdi16:39Soyqırımı unudan millət yeni soyqırım yaşayacaq - Parlamentin Komitə sədri16:13“Evdə qal, Azərbaycan!” - ŞƏRH16:09İlham Əliyev Mikayıl Cabbarovu qəbul etd - VİDEO16:05Milli Məclis sədrinin köməkçisi vəzifəsindən azad edildi10:23Dekan təhsil haqqını geri istəyən tələbələrə görün nə göndərdi - VİDEO10:18Bakı apteklərində maska fırıldağı – VİDEO10:06Mehriban Əliyeva soyqırımı qurbanlarını andı - FOTO10:04Prezident fövqəladə vəziyyətlə bağlı FHN-ə hansı səlahiyyətləri verib? - DETALLAR09:57İlham Əliyev soyqırımı qurbanlarını andı - FOTO23:3145 manata zəncəfil... - Nazirilik rəsmisindən qiymət açıqlaması23:24Polis qadağanı pozaraq məscidə gələnləri belə döydü - VİDEO23:10Karantin qaydalarını pozanların robotlarla imtahanı - VİDEO23:01SOCAR: “Yanacaqla bağlı narahatlığa əsas yoxdur”22:58“SOCAR Petroleum”: “Yanacağın satışında məhdudiyyət yoxdur”22:50Səfir Avstriyadakı azərbaycanlıların vəziyyətindən danışdı - VİDEO22:29Xaçmazda abadlığın arxasında gizlənən fəlakət: VİRUS və EPİDEMİYA MƏNBƏYİ - VİDEO22:19Bu gün hava necə olacaq?22:10Karantin qaydalarını pozan tikinti şirkətləri - VİDEO22:05Daxili Qoşunların hərbçiləri Bakı küçələrində xidmətə başladı - VİDEO21:56Azərbaycanda daha 64 nəfərdə koronavirus aşkarlandı - VİDEO
BÜTÜN XƏBƏRLƏR
Aprel 2020 (61)
Mart 2020 (536)
Fevral 2020 (211)
Yanvar 2020 (560)
Dekabr 2019 (600)
Noyabr 2019 (626)

«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Azərbaycanda neft milyardlarına əvəz tapılır - TƏHLİL

31 yan 2020, 12:45   
    25
Azərbaycanda neft milyardlarına əvəz tapılır - TƏHLİL
 
Azərbaycanın ötən ilki ixracında liderlik edən məhsullar və ölkələr açıqlanıb.

2019-cu ildə Azərbaycandan ən çox ixrac edilən qeyri-neft məhsullarının siyahısına pomidor, qızıl və fındıq liderlik edib. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı”nda bildirilir. İcmalda bildirilir ki, ötən il ölkədən 189,3 milyon dollarlıq pomidor, 172,4 milyon dollarlıq qızıl və 124,2 milyon dollarlıq qabığı təmizlənmiş meşə fındığı ixrac edilib.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"na əsasən, ötən il meyvə-tərəvəz ixracı 605,8 milyon dollar, plastmass və onlardan hazırlanan məmulatların ixracı 179,4 milyon dollar, alüminium və ondan hazırlanan məmulatların ixracı 128 milyon dollar, pambıq lifi ixracı 124 milyon dollar, kimya sənayesi məhsullarının ixracı 102,9 milyon dollar, elektrik enerjisinin ixracı 76,8 milyon dollar, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 57,6 milyon dollar, pambıq ipliyi ixracı 30,2 milyon dollar, şəkər ixracı 26,9 milyon dollar, alkoqollu və alkoqolsuz içkilərin ixracı 23,7 milyon dollar təşkil edib.

Əvvəlki ilə nisbətən pambıq lifinin ixracı 54 faiz, plastmas və onlardan hazırlanan məmulatların ixracı 51 faiz, alkoqollu və alkoqolsuz içkilərin ixracı 46 faiz, kimya sənayesi məhsullarının ixracı 32 faiz, pambıq ipliyinin ixracı 27 faiz, elektrik enerjisi ixracı 17 faiz, alüminium və ondan hazırlanan məmulatların ixracı 14 faiz, şəkər ixracı 8 faiz, meyvə-tərəvəzin ixracı 8 faiz artıb. 2019-cu ilin dekabr ayında isə qeyri-neft sektoru üzrə ixrac 173 milyon ABŞ dolları təşkil edib. 2018-ci ilin dekabr ayı ilə müqayisədə 2019-cu ilin dekabr ayında qeyri-neft sektoru üzrə ixrac 16 milyon dollar və yaxud 10 faiz artıb. 2019-cu ilin dekabr ayında qeyri-neft-qaz məhsulları ən çox mal Rusiyaya (68,3 milyon dollar), Türkiyəyə (38,4 milyon dollar), İsveçrəyə (15,1 milyon dollar), Gürcüstana (8,5 milyon dollar) və Özbəkistana (6,7 milyon dollar) ixrac edilib. 2019-cu ilin dekabr ayında qeyri-neft sektoru üzrə ixracda pomidor (22,6 milyon dollar) birinci, xurma (20,1 milyon dollar) ikinci, pambıq mahlıcı (14,9 milyon dollar) üçüncü yerdə qərarlaşıb. Qeyd edək ki, 2019-cu ildə Azərbaycanın qeyri-neft ixracının həcmi 1,9 milyard dolları ötüb. 2018-ci ildə isə Azərbaycanın qeyri-neft ixracı 1 milyard 689 milyon dollar təşkil edib. Ötən il Azərbaycanda real ÜDM 2,2 faiz, qeyri-neft ÜDM 3,5 faiz artıb. Qeyri-neft sənayesi 13,9 faiz artıb. 2019-cu ildə qeyri-neft sektoruna sərmayələrin xüsusi çəkisi bir qədər artaraq 70 faizə çatıb.

Maraqlıdır, bu templə neft ixracını üstələmək olarmı?

İqtisadçı-ekspert Elman Sadıqov "Cümhuriyət” qəzetinə açıqlamasında qeyri-neft sektorunda xammala əsaslanan ixracın tədricən yarımfabrikat və hazır məhsul ixracına çevrilməsinin tərəfdarı olduğunu bildirib:

"Demək olar ki, Azərbaycanın yeganə yolu budur. Belə bir arqument var ki, hazır və yarımfabrikat məhsullar üzrə dünyada rəqabət böyükdür. Onsuz da qızıla dünyada tələbat həmişə yüksək olub, bunu kənara qoyaq. Amma ölkəmiz digər məhsulları xammal şəklində ixrac edir. Hazırda Rusiyada pomidor istehsalı ciddi şəkildə artıb. Təbii ki, orada dövlətin müxtəlif təşviq proqramları var, bundan əlavə, istixanalar stimullaşdırılır. Nəticə etibarilə Rusiyada pomidor istehsalı ilbəil artır. Rusiya daxili istehsalını, eləcə də fermerlərini qorumaq üçün idxala zamanla limit qoyacaq. Hətta limit qoymasa belə, Azərbaycan pomidoru sərhədi keçib uzun məsafə qət edir, nəticədə rəqabətdə uduzacaq. Beləliklə, ölkəmiz pomidor ixracını növbəti illərdə artıra bilməyəcək. Qarşıya məqsəd qoyulacaq ki, hazırda ixrac olunan pomidor elə ixrac etdiyimiz səviyyəsində qalsın. Bu, ən azından bazarı saxlamaq məqsədi ilə lazımdır. Ümumiyyətlə, xammal ixracındakı çətinliklərdən biri uzun məsafəyə daşınma səbəbindən malların tez xarab olmasıdır. Amma yarımfabrikat məhsullara çevriləndə onun saxlanma müddəti də uzun olur. Təbii ki, pomidorla tomat pastasının saxlanma müddəti eyni deyil”.

"Neft ixracını üstələyəcək yeganə mal tikinti materiallarıdır”

Analitik əsas məsələlərdən birinin dəyər zəncirinin yaradılması olduğuna da diqqət çəkib:

"Nə qədər qeyri-neft sektoruna əsaslanan xam məhsulları ixrac etsək də, hətta 10 il keçsə belə, neft ixracını üstələyə bilmərik. Azərbaycan Rusiya, Ukrayna kimi böyük dövlət deyil. Əgər bu gün 500, 600 milyon dollarlılıq meyvə-tərəvəz ixrac ediriksə, onun ən azından üçdə birini quru meyvə şəklində, yaxud da qablaşdırıb hazır məhsula çevirib ixrac etsək, bunun dəyəri 3-4 dəfə artıq olar. Bu üsulla meyvə-tərəvəz ixracını 1 milyard dollara çatdıra bilərik. Bu gəliri ancaq istehsalı genişləndirməklə çatdırmağa çalışsaq, çətin olar. Qeyri-neft sektorunda neft ixracını üstələyəcək yeganə mal müxtəlif tikinti materiallarının ixracıdır. Bunu da vurğulamaq yerinə düşər ki, istehsal edilən məhsulların ixracı ölkəmizə daha çox gəlir gətirə bilər, nəinki xam məhsullar. Xam məhsullarının özlərini də istehsalda xammal kimi istifadə edib daha dəyərli məhsullar ixrac edə bilərik. Qeyri-neft sektorunun bu templə ixracı yaxın gələcəkdə neftin üçdə birinin əvəz edəcək perspektivi yoxdur”.

"Azərbaycanın xammal istehsalının həddi var”

Elman Sadıqov təəssüflə qeyd edib ki, Azərbaycan kiloqramı 1 manata meyvə ixrac edir, amma kiloqramı 10 manata eyni adda quru meyvə idxal edir:

"Ölkəmiz eyni məhsulun 9 manat fərqlə idxalçısına çevrilir. Halbuki ölkənin daxili tələbatı ödəndikdən sonra həmin quru meyvələr ixrac oluna bilər. Bunun üçün yeni müəssisə qurmaq milyonlarla dollar investisiya tələb etmir. Tək meyvə deyil, bu gün pambıqçılığın bərpası istiqamətində Azərbaycanda işlər görülür. Hazırda ölkənin pambıq lifi ixracı 50 faizdən yuxarıdır. Azərbaycanın ucsuz-bucaqsız pambıq sahələri yoxdur ki, Özbəkistan, ABŞ kimi pambığı xammal şəklində ixrac etsin. Hazırda pambıq lifinin hamısını emal etmədən ixrac etmək o qədər də sərfəli sayılmır. Pambıqdan rəqabətə davamlı kostyumlar, paltarlar tikə bilməsək də, ən azından bint, köynəklər və müxtəlif parçalar hazırlamaq olar. Bununla da həmin pambığın dəyərini 3-4 dəfə artırmaq olar. Demək olmaz ki, yerli pambıqdan hazırlanan parçalar İtaliya parçaları ilə rəqabət aparacaq. Bizim pambığımız da buna imkan vermir. Amma ən azından bu istiqamətdə müəyyən siyasət aparmaq olar. Azərbaycanın xammal istehsalının müəyyən həddi var, yəni sonsuz deyil. Hesablamalar göstərir ki, qeyri-neft sektorunda istehsal hətta ən yüksək həddə çatsa belə, neft ixracından gələn gəlirin heç üçdə birini qazandırmır. Ona görə də əldə etdiyimiz xammala maksimum dərəcədə dəyər qataraq məhsul şəklində necə sata biləcəyimizi düşünməliyik. İstənilən ixrac məhsullarının müəyyən strategiyasını qurmaqla maksimum dəyər əldə etmək olar”.
OXŞAR MÖVZULAR