Impera

XƏBƏR LENTİ
15:43Azərbaycanda sərxoş halda xidmətə çıxan polis işdən qovuldu - VİDEO15:37190 manatlıq yardım üçün belə qeydiyyatdan keçməlisiz - VİDEO15:09Sabahın havası: Yağış, qar, külək14:56Cavid Qurbanov bu ittihmaları niyə cavabsız buraxdı...14:50Ən son “Xəbər” Baku TV-də - VİDEO14:40Vilayət Eyvazovdan yeni QƏRAR14:37Azərenerji “Biz sizin üçün işləyirik. Siz bizim üçün evdə qalın”! videoçarxı yaydı14:32Hansı işsiz şəxslərə birdəfəlik ödəmə veriləcək? - RƏSMİ12:58Siz nə xalqı sayırsız, nə Heydər Əliyevi, nə də təbiəti. Bəs sizin qarşınızı kim ala bilər ???12:39"COVİD-19"un vaksinləri axtarılır - VİDEO11:43ABŞ-da ölü sayı 10 mini keçdi - VİDEO11:40Gürcüstanda “COVID-19”dan 39 nəfər sağalıb - VİDEO11:35SOCAR-dan tələbələrə dəstək - VİDEO11:30Neft bahalaşır11:27İmişlidə narazılıq yaradan kimdir?11:13UNEC-də ilginc onlayn dərs islahatı... - İDDİA11:08Bu gün açılan müəssisədə tibbi maskalar belə istehsal olunur - VİDEO10:30Çindən XOŞ XƏBƏR - Koronavirusdan ölən olmadı10:28Ramazan ayına baxmayaraq Səudiyyə Ərəbistanında məscidlər bağlı qalacaq10:23Polis: 20 manatım var, 15-ini götür - VİDEO10:17Bakıda "Atletlər kəndi"ndə nə baş verir? - VİDEO21:59Sabahın havası: Yağış yağacaq, güclü külək əsəcək21:55Bu gün Türkiyədə koronavirusdan daha 75 nəfər ölüb21:53Koronavirus xəstələrini müalicə edən həkimlər rəqs etdilər - VİDEO21:43Müştəri marketdə qadın satıcıya kəllə atdı - VİDEO21:39Koronavirusa yoluxan tibb bacısı: “Cəhənnəm əzabı çəkirəm” - VİDEO21:14Akif Çovdarov əfv edildi21:09Günün ən son xəbərləri Baku TV-də - VİDEO21:05Ən son “Xəbər” Baku TV-də - VİDEO21:01Zirəddin Rzayev koronavirusun bitəcəyi vaxtı açıqladı - VİDEO20:55Rəqsanə 250 azərbaycanlı ailəni HİMAYƏSİNƏ GÖTÜRDÜ — VİDEO20:44Dünənki yanğında balkondan yıxılıb ölən müəllim imiş - VİDEO20:41SOCAR Türkiyədəki Azərbaycan vətəndaşları və tələbələrinə dəstək verir20:26SOCAR və STP-nin birgə müəssisəsi dövlət qeydiyyatına alınıb20:23İlham Əliyev əfv sərəncamı imzaladı - SİYAHI15:14"Aeterna Farm"ın 2 milyonluq malı Gömrük Komitəsi tərəfindən heç bir əsas göstərilmədən saxlanılır - VİDEO15:07Koronadan sağaldan təbii vasitələr: yalandır?.. - VİDEO15:04“WhatsApp”da yalan məlumatlar yayan şəxsə xəbərdarlıq olundu15:02Bakıda zibil dolu zirzəmi xəstəlik mənbəyinə çevrilib - VİDEO14:36Nuşirəvan teleməkanımızı necə xarabalığa çevirdi?! - GƏLİŞMƏ14:30Dövlət işçilərin haqqını qoruyur, Cavid Qurbanov isə... - İTTİHAM14:23İlham Əliyev və Mehriban Əliyeva tibbi maska istehsalı müəssisəsinin açılışında14:18Baku TV-də “Xəbər” vaxtıdır - VİDEO14:14Yol Polisi bir gündə 1369 nəfəri cərimələdi - VİDEO14:05Deputatlar Elman Rüstəmovla bağlı məsələni səsə qoyacaqlar13:53Naxçıvanda 18 nəfərdə koronavirus aşkarlandı - VİDEO12:50Hamımız eyni gəmidəyik! - Necəsiniz?!12:35Azərbaycanda koronavirusa yoluxanların sayı 600-ü ötdü - 7 nəfər öldü12:23"World Telecom" sözündən belə döndü - Əvvəl #kreditinidüşünmə dedi, sonra isə...12:15"LUKOİL sürücülərin cibinə necə girir?! - VİDEO12:07Neftin qiyməti növbəti dəfə ucuzlaşdı12:06Ülvi Mehdiyev: “İcazə SMS-lərindən zarafat üçün istifadə edilir, amma...”11:59Hacı Əbdül vəfat etdi11:51Təbii enerji mənbəyi: “Hernut” keçibuynuzu bəhməzi - VİDEO11:39DGK sədrinin yaratdığı TƏHLÜKƏLİ DURUM - "Səfər Mehdiyev imkan verir ki..."11:33Bircə çörəklə imtahana çəkilməyək - Qubad İbadoğlu taxıl sahəsindəki vəziyyəti şərh elədi11:26Jurnalistdən icra başçısına: "Məsləhət verməklə iş bitmir, Neftçalada maska və spirt tapılmır"11:12Marketdə müştəri dəmir pulları kassirin üzünə belə atdı - VİDEO11:05Sadiq Qurbanov seçicilərinə yardım göndərib - Telefonla canlı bağlantı qurub - FOTO - VİDEO10:52Zakir Fərəcovun bacısı oğlu Sumqayıtda ağaclara divan tutur- VİDEO10:48YAP-çı bələdiyyə sədrinin müxalifətçi nəvəsi radikalların təbliğatçısı rolunda - FOTO - ViDEO10:16SMS icazə sistemi ilə bağlı TƏLİMAT - VİDEO10:09Covid 19-peyvəndin inkişafı və ağciyərdəki dəyişikliklər - VİDEO13:41Sabunçuda koronovirusun yaratdığı şəraitdən sui-istifadə edən vəzifə sahibi kimdir - ​FOTO/VİDEO23:56Biri-biriləri yumruqlayan qohumlar və şifer əhvalatı-Abıyevlərin sərgüzətləri22:29Aygün 103 yaşlı nənəylə danışdı: “Həyatın dəyərlidir! Evdə qal" - VİDEO22:22Küçəyə çıxmaq üçün SMS necə yazılmalıdır? - VİDEOİZAH22:08“WhatsApp”da əhalini təşvişə salan məlumatlar yayan şəxs həbs edilib22:05Karantin qaydalarına əməl etməyənlər: İşçilər maska və əlcəksiz işləyirlər - VİDEO21:54Ölənlərin cəsədləri küçələrə atıldı - VİDEO21:50Evdən çıxan şəxs başına karton keçirərək polisdən belə gizləndi - VİDEO21:45Koronavirus xəstəsi ağlayaraq yalvardı: "Evdən çıxmayın!" - VİDEO21:39Şəhərin simvolik binası həkimlər üçün işıqlandırıldı - VİDEO21:03Koronavirusdan sağalanların sayı 200 mini keçdi20:59İtaliyada on mindən çox tibb işçisi koronavirusa yoluxdu20:58ÜST: Avropada COVID-19 qurbanlarının 95 faizi yaşı 60-ı keçmiş şəxslərdir20:51Koronavirus testi etmək istəyən həkimlər belə döyüldü - VİDEO20:44Azərbaycanda “məşhur” xəstəxana – Son mənzildən əvvəlki ünvan - VİDEO20:36Aprelin 5-dən Azərbaycanda hərəkətə məhdudiyyət qoyulur20:31Anası və qızı əlil olan Bakı sakini: “Qızım yemək istəyir, evdə heç nə yoxdur...” – VİDEO20:17DİN-dən taksi sürücülərinə xəbərdarlıq: “Yolverilməzdir!”20:12Mehriban Əliyeva Aprel döyüşlərində şəhid olan oğullarımız haqqında yazdı12:23Mikayıl Cabbarova müavin təyin edildi12:16İlham Əliyevdən Aprel döyüşləri ilə bağlı paylaşım - FOTO12:09Nobel mükafatçısı: Koronavirus tezliklə bitəcək! - VİDEO12:04DİN-dən əhaliyə xəbərdarlıq - VİDEO11:59ABŞ-da xəstələrin sayı sürətlə artır - VİDEO11:57Yapon alimlərdən virusun hava ilə yayıldığını sübut edən VİDEO11:30Şəhərdə çölə çıxmaq qadağasına məhəl qoyulmur - VİDEO11:20Pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsindən - VİDEO11:17Nazirin korona "qorxusu" - VİDEO11:14Qızı Oqtay Şirəliyevin ünsiyyətdən qaçma səbəbini açıqladı23:01Xəstəlik zamanı çay təhlükəlidir?22:48Küçədə görüb mindiyi at onu belə qaçırdı - VİDEO22:41Yasamalda internet klubunun sahibi cərimələndi - VİDEO22:26Azərbaycanda koronavirusdan öləni xəstəxanadan belə apardılar - VİDEO22:17Millət vəkili əhalini hökumətin tövsiyə və sərəncamlarına əməl etməyə çağırıb22:15Türkiyədə azan vaxtı çəkilən bu video hamını heyrətə gətirdi - VİDEO22:04Millət vəkili Xızı rayon xəstəxanasında olub - FOTOLAR21:55Ata və oğul fonda 5 min ianə etdilər
BÜTÜN XƏBƏRLƏR
Aprel 2020 (127)
Mart 2020 (535)
Fevral 2020 (211)
Yanvar 2020 (560)
Dekabr 2019 (600)
Noyabr 2019 (626)

«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Azərbaycanın sabiq səfirinə qarşı şok hərəkət: dplomatın portreti rəqqasənin əlində... - İSBAM sədrindən sərt mesajlar + VİDEO

20 mar 2020, 19:39   
    36
 
 

Azərbaycanın sabiq səfirinə qarşı şok hərəkət: dplomatın portreti rəqqasənin əlində... - İSBAM sədrindən sərt mesajlar + VİDEO

 



Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev martın 9-da Azərbaycanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Azər Xudiyevin geri çağırılması barədə sərəncam imzalayıb. Onun yerinə isə sabiq deputat Elmira Axundova təyin olunub.

Mia.az xəbər verir ki, səfir Azər Xudiyevin geri çağırılması Ukraynadakı diaspor təşkilatının fəalları tərəfindən rüsvayçı formada bayram ediblər.

Belə ki, Azər Xudiyevin geri çağırılmasının şərəfinə təşkil olunan tədbirdə səfirin portreti rəqqasənin əlinə verilib. O da ortalıqda oynaya-oynaya keçmiş səfirin aşağlanmasını nümayiş etdirib. Bu da azmış kimi, Azər Xudiyevin porterinə qara lent bağlanıb və s.
Azərbaycanın sabiq səfirinə qarşı şok hərəkət: dplomatın portreti rəqqasənin əlində... - İSBAM sədrindən sərt mesajlar + VİDEO
AZƏR XUDİYEV

Əlbəttə, bir diplomatın vəzifəsinin öhdəsindən layiqincə gələ bilməməsi, həttə qəzəb doğurması mümkündür. Və buna cavabın isə xarici ölkədə içki məclisində bu şəkildə verilməsi xoş qarşılana bilməz.

Məsələ ilə bağlı Mia.az-a açıqlama verən İçtimai-Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) rəhbəri Samir Adıgözəlli də bu olayı sərt qarşılayıb.

O bildiirb ki, Azər Xudiyev pis və yaxşı olmasından aslı olmayaraq, Azərbaycan dövlətinin səfiri olub:
Azərbaycanın sabiq səfirinə qarşı şok hərəkət: dplomatın portreti rəqqasənin əlində... - İSBAM sədrindən sərt mesajlar + VİDEO
SAMİR ADLGÖZƏLLİ

"Cənab prezidentin sərəncamı ilə səfir postundan geri çağırılıb. Amma yenə bu ölkənin diplomatıdır. Milli mənliyiniz necə yol verə bilər ki, bir diplomatı, bir azərbaycanlını bu cür başqa bir ölkədə təhqir edəsən? Bu sözlərim Ukraynada diaspor rəhbəri olan Hikmət Cavadovadır. Erməni diasporuna qarşı mübarizəni bu yollamı aparırsınız?

 Biabırçı yeyib-içmək məclisi düzənləyib, badə qaldırıb, salyut  ataraq bütün Azərbaycanı dünyada təhqir etmək nəyə, yaxud gərəkdir? Unutmayın ki, sizin bu dırnağarası xidmətinizdən erməni diasporu, erməni xəbər saytları eninə-boyuna istifadə etdilər".

Samir Adıgözəlli bildirib ki, Hikmət Xavadova Bakıdan - Diasporla iş üzrə Dövlət Komitəsi dəstək verir: "Hörmətli Fuad Muradov, həqiqət acı olar. Son günlər yazdığlarımdan, bilirəm ki heç xoşunuza gəlməyib. Amma çox maraqlıdır. Hikmət Cavadovun hansı əməli xoşunuza gəlib ki, ona maliyyə dəstəyi göstərirsiniz? Niyə bu ölkənin diplomatına qarşı təşkil olunmuş təhqiramiz məclisə münasibət bildirmirsiniz?
Azərbaycanın sabiq səfirinə qarşı şok hərəkət: dplomatın portreti rəqqasənin əlində... - İSBAM sədrindən sərt mesajlar + VİDEO
Heydər Əliyev ideallarına xəyanət edənlərə, milli dövlətçiliyimizə qarşı çıxanlara niyə xarici ölkələrdə meydan tanıyırsınız? Azərbaycan diasporuna bütün bunlarla yenilik gətirdiniz? Son bir ildə təşkil olunmuş və heç bir fəaliyyəti görsənməyən Ukrayna Azərbaycanlıları Radası adlı quruma dövlət büdcəsindən ayrılan vəsaitlərin hesabatını kim verəcək?".
Azərbaycanın sabiq səfirinə qarşı şok hərəkət: dplomatın portreti rəqqasənin əlində... - İSBAM sədrindən sərt mesajlar + VİDEO
İSBAM sədri deyir ki, bu gün Ukraynada bir milli rəqs qrupu maliyyəsizlikdən dağılıb: "Amma təəssüflər olsun ki, ölkəmizin diplomatını təhqir etməyə vəsait tapılır. Bütün bu suallarla bir daha cənab Fuad Muradova müraciət edirəm. Mənə və ictimaiyyətə trollar və təzyiq vasitələri ilə cavab verməyin. Bütün bu məsələlərə özünüz aydınlıq gətirin. 

Mən keçmiş səfir Azər Xudiyevin heç acı çayını da içməmişəm. Lakin Azərbaycan adına var olan hər bir dəyər, atribut, insan faktoru hər birimiz üçün önəm daşımalıdır".

***

Hikmət Cavadovun sədriu olduğu Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu (UABD) isə baş verənlərlə bağlı bəyanat veirb. 

Mia.az həmin bəyanatı olduğu kimi təqdim edir: 

"Son günlərdə Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporuna (UABD) qarşı Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin özündə qərəzli fikirləri əks etdirən bəyanatı bizi çox narahat edir.

Belə ki, idarə heyətinin üzvləri olduğumuz təşkilatın rəsmi olaraq heç bir aidiyyatı olmadığı hadisəylə bağlı bəzi şəxslərin əsassız iddialarının qeyd olunduğu bəyanatda Ukraynadan geri çağırılmış Azərbaycan səfirinin şəxsinə qarşı qeyri-etik hərəkətlərin həyata keçirildiyi bayram tədbirinin UABD tərəfindən təşkil olunması fikrini qəti surətdə rədd edirik.

Bəyan edirik ki, bu tip dezinformasiya xarakterli bəyanatlar Ukraynadakı diaspor təşkilatlarının birliyinə zərbə vurmaq məqsədini güdür.

Fikrimizcə, Ukraynada son illərdə diasporun Ukrayna Azərbaycanlıları Radasında (UAR) birləşərək birgə fəaliyyəti hansısa üzdəniraq qüvvələri narahat etdiyindən bu cür xəbərlərin yayılmasında onların rolunun olması göz qarşısındadır. Çünki son bir ildə bir çox uğurlu layihələrə imza atmış UAR-ın parçalanması üçün dəfələrlə süni şəkildə yaradılmış səhnələrin şahidi olmuşuq.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən Azər Xudiyevin tutduğu səfir vəzifəsindən vaxtından tez geri çağırılması ilə əlaqədar olaraq Kiyevdə və eləcə də Ukraynanın bir çox şəhərlərində diaspor nümayəndələri tərəfindən təşkil olunan bayram şənlikləri haqqında məlumatları araşdırdıqdan sonra məlum oldu ki, bu tədbirlər hansısa ictimai təşkilat tərəfindən deyil, Azər Xudiyevin öz vəzifəsindən sui-istifadə edərək zərər verdiyi diaspor nümayəndələrinin keçirdiyi mərasimlər olmuşdur. Nəzərinizə çatdırırıq ki, ictimai təşkilatların nizamnaməsinə uyğun olaraq təşkilatlar öz üzvlərinin hərəkətlərinə görə heç bir məsuliyyət daşımayır.

Ukraynada Azərbaycan diasporunun milli maraqlarının təmin olunması üçün birgə təsis etdiyimiz Ukrayna Azərbaycanlıları Radasının fəaliyyətinin zəifləməsi ilə nəticələnə biləcək təşkilatınız tərəfindən həyata keçirmək istədiyiniz istənilən hərəkət və ya hərəkətsizliyinizə münasibətimiz birmənalı şəkildə çox pisdir. Belə ki, diasporumuzun birliyi və azərbaycançılıq ideyasına qarşı atılan addımlar heç bir halda tərəfimizdən qəbul edilə bilməz.

Qəti şəkildə bəyan edirik ki, UABD üzvləri hər zaman soydaşlarımızın birliyi, bu birliyin inkişafı üçün dayanmadan fəaliyyət göstərmək əzmindədir və bu mənada, Ukrayna Azərbaycanlıları Radasının yüksək səviyyədə fəaliyyəti üçün hər zaman çalışacaqdır. Bu, bizim soydaşlarımız qarşısında üzərimizə götürdüyümüz şərəfli vəzifə və dövlətimizə olan vətəndaşlıq borcumuzdur. UABD tərəfindən sizi də UAR nizamnaməsinə uygun olaraq hərəkət etməyə və qarşılıqlı formada üzərinizə düşən öhdəlikləri yerinə yetirməyə çağırırıq".

Mia.az
https://www.facebook.com/Missiya.AZ/videos/599544500601318/

OXŞAR MÖVZULAR