Rusiya 100 nəfərlik Aİ missiyasından niyə qorxur? - HƏQİQƏTƏN DƏ...
Siyasət
Oxunub: 76
27 фев 2023 | 15:00
Moskvanın Aİ-nin Ermənistanın sərhədyanı rayonlarında mülki monitorinq missiyasının başlamasından çox narazı olması heç kimə sirr deyil. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova artıq bu mövqeni birmənalı olaraq səsləndirilib.

Onun sözlərinə görə, “yeni missiyanın müstəsna mülki xarakter daşıdığını” vurğulayan Avropa İttifaqının nümayəndələri yalan danışırlar. “Missiyanın yerləşdirilməsi Aİ-nin ümumi təhlükəsizlik və müdafiə siyasəti çərçivəsində baş verir. Buna görə də, ona uyğun münasibət bəslənilməlidir. Təəssüf ki, biz Avropa İttifaqının və bütövlükdə Qərbin müttəfiqimiz olan Ermənistanda istənilən vasitə ilə möhkəmlənmək istəyini dəfələrlə qeydə almışıq. Biz görürük ki, bu cəhdlərin arxasında siyasi məqsədlər dayanır və son məqsəd Qafqazda münasibətlərin real normallaşması maraqlarından uzaqdır. Rusiyanı regiondan sıxışdırıb çıxarmaq və təhlükəsizliyin əsas təminatçısı kimi tarixi rolunu zəiflətmək üçün hər şey edilir”.

Daha sonra Zaxarova Avropanın sülhməramlı missiyasının effektivliyini şübhə altına almağa çalışıb. “Aİ-nin müxtəlif regional münaqişələrin həllində iştirak təcrübəsi çox qeyri-müəyyəndir. Çətin ki, Brüssel bu sahədə uğurları ilə öyünə bilsin. Məsələn, Aİ-nin Serbiyanın Kosovo əyalətindəki vasitəçilik səylərini və missiyasını götürək. Aİ-nin Ermənistandakı yeni missiya ilə bağlı qərarını qiymətləndirərkən bunu nəzərə almaq lazımdır”, – deyə qonşu Ukraynaya qarşı təcavüzü davam etdirən ölkənin XİN sözçüsü bildirib.

Ardınca isə o, təbii ki, ölkəsinin regionumuzdakı “sülh səylərini” tərifləməyi unutmayıb: “Biz əminik ki, yaxın gələcək üçün regionda sabitlik və təhlükəsizliyin əsas təminatçısı Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında imzalanmış sazişlər olacaq. Onların hərtərəfli həyata keçirilməsi, o cümlədən nəqliyyat kommunikasiyalarının açılması, Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası, iki ölkənin ictimaiyyəti, ekspertləri, dini dairələri, parlamentariləri arasında əlaqələrin qurulması, o cümlədən sülhün inkişafı üzrə danışıqlar bölgədəki vəziyyəti yaxşılaşdırmağın ən yaxın yoludur. Rusiya Federasiyası buna hər cür töhfə verməyə hazırdır”.

Moskvanın müəyyən etnik-ərazi münaqişələrinin həllinə necə “kömək göstərdiyi” haqda danışmağa ehtiyac yoxdur – hər şey çoxdan hamıya bəllidir. Maraqlı olan başqa şeydir: Ermənistan-Azərbaycan sərhədi boyunca 100 nəfərlik silahsız insandan ibarət monitorinq missiyası Moskvanı niyə belə qorsudur? Aİ nümayəndələri növbəti 2 il ərzində nə edə bilər ki, Kreml belə bir qıcığını gizlətmir? Və daha bir sual: bu missiya Azərbaycanın maraqlarına cavab verirmi? Çünki bizim ölkədən də bununla bağlı bəzən “bizimlə razılaşdırmadılar” kimi narazı iradlar eşidilir.

Gürcüstan Strateji Təhlil Mərkəzinin (GSAC) aparıcı eksperti Gela Vasadze Press Klubun suallarına cavab verib.

O, hesab edir ki, Moskva regionda monopolist təsirini itirməsi faktı ilə barışa bilməz. Azərbaycanla bağlı hər şey az-çox məntiqli olub – Bakı uzun müddətdir ki, Ankara ilə yaxınlaşmağa doğru gedirdi və Rusiya Federasiyası bunun qarşısını heç bir şəkildə ala bilmirdi. Ermənistanda isə bu, fərqli şəkildə yaşanır: birincisi, hər şey kifayət qədər tez olur, ikincisi, bu, Rusiya Federasiyasının Ukraynadakı müharibə nəticəsində sistemli şəkildə zəifləməsi fonunda baş verir.

“Moskva yaxşı bilir ki, Ukraynadakı məğlubiyyətdən sonra onları Ermənistan-Azərbaycan münaqişəsindən sıxışdırıb çıxaracaqlar. Özü də bunu Türkiyə və ya Aİ deyil, Azərbaycan və Ermənistan özü edəcək. Lakin Azərbaycanın əlindən çıxmasında olduğu kimi, Rusiya yenə də buna qarşı heç nə edə bilməyəcək. Çünki bu obyektiv tarixi prosesin səbəbləri regiondan kənardadır.

Azərbaycanın narazılığına gəlincə, bu, taktiki mənada başa düşüləndir – əlavə təhlükəsizlik təminatları İrəvana münaqişənin həlli prosesini ləngitmək üçün əlavə imkanlar verir. Bundan başqa, rus “sülhməramlılarının” avropalılarla əvəzlənməsi ilə bağlı Bakıya təzyiq təhlükəsi var. Amma eyni zamanda hamı başa düşür ki, bu ehtimal cüzidir. Aİ-nin münaqişənin bitməsində qətiyyən maraqlı olmayan Rusiya Federasiyasından fərqli olaraq həll prosesində daha çox maraqlı olması isə Azərbaycan üçün strateji baxımdan faydalıdır”, – gürcü analitik qeyd edib.
Сегодня, 15:02
Kremldən “Crocus City Hall”un bərpası ilə bağlı açıqlama
Сегодня, 13:43
“Azneft”in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
Сегодня, 11:45
Nikol Paşinyan Qarabağ separatçılarına xəbərdarlıq edib
Сегодня, 11:04
Bu məktəbin direktoru işdən çıxarıldı
Сегодня, 10:30
Fransa Ermənistanı yeni müharibəyə təhrik edir - DTX rəisi
Сегодня, 09:40
Təhlükəsizlik orqanlarının yaranmasının 105 illiyi
Сегодня, 09:14
Tokayev: Dünyanın yeni çoxtərəfli ticarət sisteminə ehtiyacı var
Вчера, 15:46
Azərbaycan millisi İrəvana getməkdən İMTİNA ETDİ
Вчера, 14:56
İlham Əliyev BDU-ya rektor TƏYİN ETDİ
Вчера, 14:33
İpoteka və Kredit Zəmanət Fondunun nizamnaməsində dəyişiklik edildi - FƏRMAN
Вчера, 13:28
Türkiyə şəhərləri merlərini seçir: A-dan Z-yə SEÇKİ PROSESİ
Вчера, 12:47
Sabah 21° isti olacaq
Вчера, 10:46
Teleaparıcıların efir vaxtı azaldıldı
Вчера, 10:11
"Qış parkı"ndakı dayanacaqda bahalaşma - Parkinq qiymətləri
Вчера, 09:38
Azərbaycan neftini qiyməti 88 dollara düşüb
Вчера, 09:13
Azərbaycanda Elm Günüdür
Вчера, 08:51
Bu yollarda TIXAC var
26-03-2024, 16:37
İranda polis zabiti öldürüldü
26-03-2024, 15:38
Ordumuzda psixoloq işləmək istəyənlərin nəzərinə - Video
26-03-2024, 14:45
HƏMAS lideri İrana gəldi
26-03-2024, 14:24
“Krokus” teraktı: Əlişir Qasımov da həbs edilir
26-03-2024, 13:30
Bayramdan sonrakı ilk iş gününün HAVASI
26-03-2024, 12:17
"Qarabağ" cəzalandırıldı
26-03-2024, 12:06
Xankəndidə saatlı bomba aşkarlandı
26-03-2024, 11:05
Bazara çıxarılan avtomobillərin sayı kəskin artıb - VİDEO
26-03-2024, 10:27
Belarusda erməni işçilərinə QADAĞA
26-03-2024, 09:52
Cünevrədə mühüm TOPLANTI