ABŞ Rusiyanın cənub sərhədlərini qapadır: Qafqazın ardından Orta Asiya da Kremlin əlindən alınır
Siyasət
Oxunub: 112
2 мар 2023 | 09:00
ABŞ və Qərbin Rusiya ilə toqquşması əvvəlcə Ukraynadan Cənubi Qafqaza sıçramışdı, indisə qarşıdurma artıq tədricən Orta Asiyaya da keçməyə başlayıb... Əgər, ABŞ öz hədəflərinə çatarsa, Rusiyanın cənub sərhədlərini Çinə qədər qapatmış olacaq, Kreml ölkə daxilinə sıxışdırılmış vəziyyətə düşəcək...

ABŞ və Qərb Rusiya ilə qarşıdurmanın coğrafiyasını genişləndirmək istiqamətində konkret addımlar atmağa başlayıb. Ağ Ev strateqləri bu hərbi-siyasi manevrlərlə Rusiyanın müqavimət potesialını parçalayaraq, zəiflətmək məqsədi güdürlər. Eyni zamabda, digər əsas hədəf kimi də Kremlin daha çox küncə sıxışdırılaraq, Rusiya sərhədləri içərisinə qapadılmasına çalışırlar.

Təbii ki, hazırda ABŞ və Qərbin Rusiya ilə əsas toqquşması Ukrayna coğörafiyası üzərində baş verir. Ukrayna savaşı Rusiyanın beynəlxalq siyasi proseslərdən təcrid olunmasında önəmli faktor rolunu oynayır. Kreml bu “savaş bataqlığı”nda çabalayaraq, hərbi-siyasi müqavimət potensialını xərcləməyə məcbur edilir. Və hazırda Rusiya Ukrayna savaşı ucbatından hərbi-siyasi, maliyyə-iqtisadi cəhətdən bütün resurslarını tükəndirmək üzrədir.

Ancaq ABŞ və Qərb yalnız bununla kifayətlənmək niyyətindən çox-çox uzaqdır. Belə ki, Rusiya Cənubi Qafqaz regionunda da geopolitik qarşıdurmaya çəkilib. ABŞ və Qərb Ermənistanı Rusiyanın təsir dairəsinən çıxartmaq üçün bütün mümkün vasitələrdən yararlanır. Avropa Birliyinin mülki missiyasının Ermənistanda yerləşdirilməsi ilk növbədə Rusiyanın bu ölkədəki şəriksiz hegemonluq mexanizmlərini zəiflətmək məqsədi güdür. Və bu, o deməkdir ki, Rusiyanın Ermənistanda vərdiş etdiyi hegemonluq statusuna artıq açıq şəkildə şərik çıxılır.

Üstəlik, Ermənistanın Rusiyadan qoparılması cəhdləri Cənubi Qafqazdakı geopolitik proseslərdən Kremlin təcrid olunması prosesinə də paralellik təşkil edir. Hər halda, son vaxtlar ABŞ və Qərb Azərbaycan-Ermənistan sülh danışıqlarında Rusiyanın əsas vasitəçi rolundan kənara itələnib, təşəbbüsün ələ keçirilməsinə ciddi şəkildə yaxınlaşıb. Və bu səbəbdən də, Kreml Qərbin vasitəçiliyi ilə cərəyan edən geopolitik proseslərə xüsusi qıcıqla reaksiya verir.

Rusiya xarici işlər naziri Sergey Lavrovun Bakıya səfəri zamanı Kremlin Azərbaycan və Ermənistan arasında sülh danışıqlarını təşkil etməyə hazır olduğunu vurğulaması da bu baxımdan, olduqca böyük maraq doğurur. S.Lavrov bununla Rusiyanın hələ də Cənubi Qafqazda əsas orbutr rolundan vaz keçmədiyini qabartmış oldu. Ancaq onun “Rusiya sülh danışıqları təklifində xüsusi israr etməyəcək” deməsi də önəmli məqamdır.

Məsələ ondadır ki, Rusiya Cənubi Qafqazda sülh prosesinin uğur qazanmasında qətiyyən maraqlı deyil. Ona görə də, Kreml sülh danışıqlarına başlamağı təklif etsə də, bunun mütləq reallaşmasında da canfəşanlıq etmək istəmir. Üstəlik, Kremldə qətiyyən əmin deyillər ki, Rusiyanın sülh prosesinə vasitəçiliyi bundan sonra Azərbaycan və Ermınistan tərəfindən əsas müzakirə platforması kimi qəbul olunacaq. Ona görə də, təklifi irəli sürdükdən dərhal sonra təşəbbüsün baş tutmayacağını etitaf etmiş olur.

Halbuki, Kremldə Rusiyanın Cənubi Qafqazda geopolitik təşəbbüsü itirməsi ilə ABŞ və Qərbin nüfuz etməyə çalışdığı coğrafiyanın məhdudlaşa biləcəyinə də artıq inanmırlar. Çünki ABŞ və Qərb Ukrayna və Cənubi Qafqazdakı geopolitik toqquşmanı tədricən Orta Asiyaya da keçirtmək niyyətində olduğunu qətiyyən gizlətmir. Və artıq bu istiqamətdə Rusiyanı ciddi şəkildə məyus edə biləcək konkret, prinsipial addımların atılmasına da başlanılıb.

Maraqlıdır ki, ABŞ strateqləri Ağ Evi Rusiya ilə geopolitik rəqabət üçün yalnız Ermənistanın Kremlin təsir vdairəsindən çıxarılma cəhdləri ilə kifayətlənməməyə çağırırlar. Onların fikrincə, ABŞ Kremlin təsir dairəsindən artıq tamamilə qopmağa nail olmuş digər postsovet ölkələri – Azərbaycan, Qazaxıstan və Özbəkistan ilə də yaxınlaşmağın vacibliyini vurğulayırlar. Buna nail olunacağı təqdirdə, ABŞ və Qərbin Rusiyanın cənub sərhədlərinə yerləşmək şansları qazana biləcəyini qabardırlar.

Azərbaycanın öz xarici siyasətində Rusiyanın maraqlarını ön planda tutmayaraq, müstəqil davranması ABŞ strateqlərinin diqqətini çəkir. Onlar hesab edirlər ki, Azərbaycan Cənubi Qafqazda ABŞ-ın ən etibarlı tərəfdaşına çevrilmə potensialına sahubdir. Sadəcə, Ağ Ev Azərbaycanla münasibətlərini hələlik Ermənistan məsələsi üzərindən balanslaşdırmağa üstünlük verir, sülh danışıqlarında təşəbbüsü Rusiyanın əlindən almaq cəhdləri ilə kifayətlənir. Ermənistan Rusiyadan tamamilə qoparıldıqdan sonrasa, bu proses də Azərbaycanın xeyrinə dəyişə bilər.

Hazırdasa, ABŞ və Qərbin əsas hədəfləri sırasında Qazaxıstan və Özbəkistan xüsusi əhəmiyyət daşıyır. Özbəkistan Rusiyanın patronajlığı altında olan hərbi-siyasi birliklərdən məsafə saxlayır. Ona görə də, Ağ Evin Rusiyaya sanksiyalardan yayınmaq üçün hər hansı açıq qapı buraxmayan rəsmi Daşkəndlə anlaşması o qədər də çətin olmayacaq.

Təxminən oxşar situasiya Qazaxıstanla bağlı da aktualdır. Düzdür, Özbəkistandan fərqli olaraq, Qazaxıstan Kremlin nəzarətində olan KTMT-da üzvlüyünü qoruyur. Ancaq rəsmi Astana Rusiyaya qarşı sanksiyaların Qazaxıstan üzərindən pozulmasına da qətiyyən imkan vermir. Və hətta Qazaxıstan dövləti Ukrayna savaşı da daxil olmaqla, bəzi beynəlxalq problemlərə münasibətdə Rusiyanın maraqlarına ağır zərbə sayıla biləcək mövqe tutmaqdan da qətiyyən çəkinmir.

Bütün bunları nəzərə aldıqda, ABŞ dövlət katibi Entoni Blinkenin Qazaxıstana və Özbəkistana rəsmi səfəri qətiyyən təsadüfi xarakter daşımır. Belə görünür ki, yaranmış vəziyyətdən istifadə edən ABŞ bu iki ölkə ilə daha sıx tərəfdaşlıq münasibətlərinə qərar verib. Üstəlik, dövlət katibi E.Blinken ABŞ-ın Orta Asiya ölkələrinə ciddi marağını açıq mətnlə Qazaxıstan və Özbəkistanın rəsmi dairələrinə çatdırıb.

Onu da qeyd etmək lazımdır ki, bu geopolitik maraq əslində, təktərəfli deyil, qarşılıqlı xarakter daşıyır. Belə ki, Ağ Ev Orta Asiyanın Rusiya və Çinin təsir dairəsindən uzaqlaşdırılmasında maraqlı olduğunu qətiyyən gizlətmir. Eyni zamanda, enerji resursları ilə zəngin olan bu iki Orta Asiya dövləti də ABŞ-la daha sıx tərəfdaşlıq sayəsində dünya bazarlarına daha asan çıxa biləcəklərinə ümid bəsləyir.

Onu da qeyd etmək lazımdır ki, rəsmi Astana ABŞ-la yaxınlaşma istəyini dövlət katibi E.Blinkenin Qazaxıstana səfəri ərəfəsində atdığı müəyyən addımlarla da birizə vermişdi. Xüsusilə də, Qazaxıstanın Rusiyadakı ticarət təmsilçiliyinin tez-tələsik bağlanması Kremldə ciddi çaşqınlıq yaratmışdı. Və böyük ehtimalla rəsmi Astana bu addımı ilə Ağ Evə KTMT-dan və Avrasiya İqtisadi İttifaqından çıxmaq üçün də siyasi iradəsinin olduğunu çatdırmağa çalışıb.

Göründüyü kimi, ABŞ və Qərbin Rusiya ilə toqquşması əvvəlcə Ukraynadan Cənubi Qafqaza sıçramışdı. İndisə qarşıdurma artıq tədricən Orta Asiyaya da keçməyə başlayıb. Əgər, ABŞ bu manevrlərində uğur qazanarsa, onda Rusiyanın cənub sərhədləri Çinə qədər qapadılmış olacaq. Və belə vəziyyətdə Kremlin tamamilə Rusiyanın sərhədləri içərisinə qapadılmasından danışmaq da qətiyyən yersiz görünməyəcək.(Yeni Müsavat)
Сегодня, 14:44
Tacikistanda 9 nəfər saxlanılıb - "Crocus" işi
Сегодня, 14:15
Roma Papası 12 qadının ayağını yudu və öpdü
Сегодня, 13:33
Yalnız bu qadınlar pensiyaya tez çıxa biləcək - Şərt AÇIQLANDI
Сегодня, 12:55
Ermənistan parlamentinin sədri Aİ spikerlərinin görüşünə QATILACAQ
Сегодня, 12:31
Nobel mükafatlı professor Azərbaycanda rektorun müşaviri TƏYİN EDİLDİ
Сегодня, 11:41
Sahibə Qafarova Simonyanla görüşündən DANIŞDI
Сегодня, 11:06
Məktəb psixoloqları üçün müsabiqə keçiriləcək
Сегодня, 10:36
Ombudsman bəyanat YAYDI
Сегодня, 09:45
Milli Məclis bu gün 21 məsələyə görə TOPLAŞIR
Сегодня, 09:08
Professor Tufan Axundov vəfat etdi
Сегодня, 08:42
Hazırda tıxac olan yolların SİYAHISI
Вчера, 16:10
Türkiyədə 39 küçəyə şəhidlərimizin adı verildi
Вчера, 15:30
Prezident bu qanuna dəyişiklik etdi
Вчера, 15:02
Kremldən “Crocus City Hall”un bərpası ilə bağlı açıqlama
Вчера, 13:43
“Azneft”in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
Вчера, 11:45
Nikol Paşinyan Qarabağ separatçılarına xəbərdarlıq edib
Вчера, 11:04
Bu məktəbin direktoru işdən çıxarıldı
Вчера, 10:30
Fransa Ermənistanı yeni müharibəyə təhrik edir - DTX rəisi
Вчера, 09:40
Təhlükəsizlik orqanlarının yaranmasının 105 illiyi
Вчера, 09:14
Tokayev: Dünyanın yeni çoxtərəfli ticarət sisteminə ehtiyacı var
27-03-2024, 15:46
Azərbaycan millisi İrəvana getməkdən İMTİNA ETDİ
27-03-2024, 14:56
İlham Əliyev BDU-ya rektor TƏYİN ETDİ
27-03-2024, 14:33
İpoteka və Kredit Zəmanət Fondunun nizamnaməsində dəyişiklik edildi - FƏRMAN
27-03-2024, 13:28
Türkiyə şəhərləri merlərini seçir: A-dan Z-yə SEÇKİ PROSESİ
27-03-2024, 12:47
Sabah 21° isti olacaq
27-03-2024, 10:46
Teleaparıcıların efir vaxtı azaldıldı
27-03-2024, 10:11
"Qış parkı"ndakı dayanacaqda bahalaşma - Parkinq qiymətləri