Prezident xalqı təbrik etdi
Siyasət
Oxunub: 197
18 мар 2023 | 09:30
Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.

Təbrikdə deyilir:

“Hörmətli həmvətənlər!

Sizi Novruz bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə bahar əhval ruhiyyəsi, cansağlığı və gələcək işlərinizdə nailiyyətlər arzulayıram.

Azərbaycan torpağında çox qədim kökləri olan Novruz bayramı əcdadlarımızın indiki nəsillərə müqəddəs yadigarıdır. Zamanın bütün sınaqlarından çıxaraq əsrlərin yaddaşında silinməz izlər qoyan bu el bayramı uzaq dövrlərdən bəri xalqımızın mənəvi dünyasının dərinliklərinə nüfuz etmiş, ənənəvi dəyərlərimizin təşəkkülündə mühüm rol oynamışdır. Ulu babalarımızın zəngin daxili aləmi, müdrik həyat fəlsəfəsi və gələcəklə bağlı işıqlı arzuları bahar bayramında dolğun təcəssümünü tapmışdır.

Ülvi bəşəri hisslərin daşıyıcısına çevrilən, yeniləşdirici gücə malik Novruz bayramı bu gün də insanlar arasında səmimi münasibətlərə yol açaraq dostluq, mərhəmət və xeyirxahlıq duyğularını möhkəmləndirir, cəmiyyətimizin vahid məfkurə ətrafında inkişafının ahəngdarlığını təmin edir. Milli varlığımızın ayrılmaz parçası saydığımız və yad təsirlərdən qoruduğumuz Novruz ənənələri mənəvi sərvətlərimizə hörmətlə yanaşmağımızın yüksək ifadəsi, eyni zamanda bəşər mədəniyyəti xəzinəsinə qiymətli töhfəmizdir.

Xatirəsini daim minnətdarlıqla andığımız şəhidlərimizin öz canları, qanları bahasına azadlıq bəxş etdikləri əzəli torpaqlarımızda gerçəkləşdirilən irimiqyaslı layihələr, geniş vüsət alan quruculuq işləri və əhalimizin doğma yurdlara qayıdışı ilə yenidən canlanan həyat yaz fəslinin Odlar diyarına builki gəlişinə xüsusi ab-hava qatır və rəmzi məna qazandırır.

Ölkəmizin hüdudlarından uzaqlarda yaşayan, qəlbi vətən sevgisi ilə döyünən və baharı bizimlə birgə qarşılayan soydaşlarımıza bayram salamlarımı yetirirəm.

Bu əlamətdar bayramın hər evə, hər ocağa yeni sevinc, bol ruzi-bərəkət və firavanlıq gətirməsini arzu edirəm.

Novruz bayramınız mübarək olsun!”
Вчера, 16:10
Türkiyədə 39 küçəyə şəhidlərimizin adı verildi
Вчера, 15:30
Prezident bu qanuna dəyişiklik etdi
Вчера, 15:02
Kremldən “Crocus City Hall”un bərpası ilə bağlı açıqlama
Вчера, 13:43
“Azneft”in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
Вчера, 11:45
Nikol Paşinyan Qarabağ separatçılarına xəbərdarlıq edib
Вчера, 11:04
Bu məktəbin direktoru işdən çıxarıldı
Вчера, 10:30
Fransa Ermənistanı yeni müharibəyə təhrik edir - DTX rəisi
Вчера, 09:40
Təhlükəsizlik orqanlarının yaranmasının 105 illiyi
Вчера, 09:14
Tokayev: Dünyanın yeni çoxtərəfli ticarət sisteminə ehtiyacı var
27-03-2024, 15:46
Azərbaycan millisi İrəvana getməkdən İMTİNA ETDİ
27-03-2024, 14:56
İlham Əliyev BDU-ya rektor TƏYİN ETDİ
27-03-2024, 14:33
İpoteka və Kredit Zəmanət Fondunun nizamnaməsində dəyişiklik edildi - FƏRMAN
27-03-2024, 13:28
Türkiyə şəhərləri merlərini seçir: A-dan Z-yə SEÇKİ PROSESİ
27-03-2024, 12:47
Sabah 21° isti olacaq
27-03-2024, 10:46
Teleaparıcıların efir vaxtı azaldıldı
27-03-2024, 10:11
"Qış parkı"ndakı dayanacaqda bahalaşma - Parkinq qiymətləri
27-03-2024, 09:38
Azərbaycan neftini qiyməti 88 dollara düşüb
27-03-2024, 09:13
Azərbaycanda Elm Günüdür
27-03-2024, 08:51
Bu yollarda TIXAC var
26-03-2024, 16:37
İranda polis zabiti öldürüldü
26-03-2024, 15:38
Ordumuzda psixoloq işləmək istəyənlərin nəzərinə - Video
26-03-2024, 14:45
HƏMAS lideri İrana gəldi
26-03-2024, 14:24
“Krokus” teraktı: Əlişir Qasımov da həbs edilir
26-03-2024, 13:30
Bayramdan sonrakı ilk iş gününün HAVASI
26-03-2024, 12:17
"Qarabağ" cəzalandırıldı
26-03-2024, 12:06
Xankəndidə saatlı bomba aşkarlandı
26-03-2024, 11:05
Bazara çıxarılan avtomobillərin sayı kəskin artıb - VİDEO