Impera

XƏBƏR LENTİ
16:39Ağdamda 1700 manata satılan MÖHLƏT HÜQUQU... Kimdi bu "Komissar" ELXAN? - ŞOK SƏS YAZISI14:31Xəzərdə üzən bütün gəmilərə XƏBƏRDARLIQ edildi14:27Ehtiyatda olan polis və hərbiçilərə iş təklifi14:23"Mənim ağzımdan söz çıxmır, sözü deyirəm" - Elnarə Abdullayevadan AÇIQLAMA14:19İTV-nin sabiq əməkdaşı faciəvi şəkildə həlak oldu14:16Leyla Əliyevanın təşəbbüsü ilə daha bir həyət abadlaşdırıldı11:58Kərbəlada dəhşətli partlayış - ÖLƏNLƏRİN SAYI ARTIR11:39Tramp Yaxın Şərqə əlavə qoşun göndərir - GƏRGİNLİK ARTIR11:25Satılmayan mallar supermarketlər tərəfindən pulsuz paylanacaq - Polşada11:10Noyabrda Bakıda IV Beynəlxalq Bankçılıq Forumu keçiriləcək10:54Prezident İlham Əliyev: "Neftçilərimiz bu gün Azərbaycanın qüdrətini, inkişafını təmin edirlər"23:01İradə Gülməmmədova səyyar qəbul keçirdi18:00İlham Əliyev bu xanımı icraçı direktor təyin etdi - SƏRƏNCAM17:37Millət vəkili: "İnternetə nəzarət tətbiq olunmalıdır"17:26Məşhur şirkətin işçisi binanın damında nə etdi?17:11SON DƏQİQƏ: Azərbaycanlılar Rusiyada DƏHŞƏTLİ QƏZAYA DÜŞDÜ - Çox sayda ölü və yaralı var / VİDEO16:50Arvadını 5-ci mərtəbədən atan art-direktordan XƏBƏR VAR16:38Sürücü tərəfindən söyülən yol polisi ilə bağlı qərar — EKSKLÜZİV (VİDEO)16:11Bir neçə dəqiqəyə 90 milyon insan məhv ola bilər - Dəhşətli PROQNOZ15:44Azərbaycanlı gənc jurnalist vəfat etdi15:24Uduzdurulan Hacı Əliyev: Hakimlərə haqqımı halal etmirəm - FOTO15:00Rafael Cəbrayılovdan deputat vəsiqəsini girov qoyması xəbərinə - REAKSİYA14:44Hava kəskin soyuyacaq, yağış yağacaq - XƏBƏRDARLIQ14:15Vilayət Eyvazov onu işdən azad etdi13:55"Bizim Cəbiş müəllim" filmindəki meyxananın müəllifi açıqlandı - 50 İLDƏN SONRA - FOTO13:10Mehriban Əliyeva neftçiləri təbrik etdi: "Biz sizinlə, sizin peşə uğurlarınızla fəxr edirik" - FOTO12:56Rusiyada Afrika taunu yayılıb12:20Çiçarito "Qarabağ"a qol vurduğu oyundan danışdı11:46Səfər Mehdiyevin qaynı Zeynal Tarquluyevə milyonluq “hədiyyə”si - İTTİHAM11:44Nərimanov rayonunda vətəndaşların evləri dağıdılır Şahmar İbadovdan isə səs çıxmır – ŞİKAYƏT11:12Gəncədə şəhid olan polisin ailəsindən Prezidentə müraciət - MƏTN10:56Fuad Qəhrəmanlının ikinci qızı bacısını dəstəklədi10:39Qobustan qoruğunda “Avropa irs günləri” qeyd olunub10:25“Əsrin müqaviləsi” gənclərin düşüncəsində10:12MN: Düşmən iriçaplı pulemyotlardan istifadə etməklə atəşkəsi 21 dəfə pozub21:53Beyləqanda Anar Vəliyevin “xanım jurnalistlərə” “Cənnət Bağı” nda verdiyi ziyafətin “Cəhənnəm” əzabı …21:24Azərbaycan Vətən Müharibəsi Veteranları İB-nin yaradılmasının 25 illik yubileyi qeyd olunub17:55Azərbaycanda bir yaşadək körpələr arasında ölüm kabusu - SƏBƏBLƏR17:43Ermənistandan Dilqəm Əsgərov və Şahbaz Quliyeviin dəyişdirilməsinə münasibət17:25Dollarla bağlı MÜHÜM QƏRAR17:04Azərbaycanda ana və oğul özünü Araza atmaq istədi16:52"Liverpul"dan Maneyə yeni müqavilə16:41Bakıda dələduzluq edən şəxs döyüldü16:28“Maşın”da onlar yarışacaq – SİYAHI15:47Azərbaycanda beş yeni “ASAN xidmət” mərkəzi açılacaq15:13Ötən gün əməliyyat edilən Kamil Musəvi danışdı: "Ağciyərimdə zədələr var idi"14:59Azərbaycanda erkən nikahların daha çox qeydə alındığı bölgələr açıqlandı14:39Öncə qeyd etdiyim kimi Bakı şəhər icra hakimiyyətinin başçısı olanda Hacıbala Abutalıbovun Ramiz Verdiyev adında bir kadrı vardı, baş zibildaşıyan idi.14:36Kərəm Həsənov Əliyevlərə qarşı: “Cənab prezident, var-yoxumuz söyülür” - Video14:33Ölkəni dərmanla zəhərləyən mafiya (ARAŞDIRMA)14:11GÜNÜN OYUNU: "Qarabağ" - "Sevilya"13:57Moskvada MDB ölkələrinin Oxucu Assambleyası keçirilib13:41Sabahaın hava PROQNOZU13:30"Ramalın acığına..." - Fatimədən cavab12:43Krallığa hücum müharibə səbəbidir - Pompeo12:07Ağsunun qara günləri – Bacanaqların talan etdiyi rayon… – İTTİHAM12:04ÖLÜMÜNƏ İNANMADIĞIM KÖLGƏ ADAM… –Elxan Şükürlü dostu Etimad İsmayılovdan yazdı12:02Qoşqar Təhməzli “Broker Əbülfəz”in palma yağlarına necə göz yumur? – Özəl11:58Fəvvarələr meydanında konsert təşkil edilib-Milli Musiqi Günü münasibətilə11:47Bakının Baş planının hazırlanması işləri gələn ilin sonlarınadək yekunlaşacaq11:28“Xətai” metrostansiyasında nasazlıq: eskalator xarab oldu11:09Azərbaycandakı milyarder və milyonçular...10:45Ana 10 aylıq körpə qızını boğub öldürdü — Ağdamdakı DƏHŞƏTLİ QƏTLİN TƏFƏRRÜATI10:30Erkan Özoral: Türkiyə ilə Azərbaycan arasında ticarət dövriyyəsi artıb22:39Son zamanlar spirtli içkilərin, daha dəqiq desək pivə satışının geniş vüsət alması, yaşından və cinsiyyətindən asılı olamayaraq hər kəsə istehlak olması adamı düşünməyə məcbur edir.20:54Qəbələ rayonunun bir sıra meşə massivləri bir sıra şəxslər tərəfindən qırılaraq məhv edilir.17:59Cəlilabad Ziyalıları Şəhid Adına Məktəbin Direktoru Sücaət Mehtiyevin Saxtakarlığndan Yazdı – MÜRACİƏT17:44Məktəbdə YANĞIN: 30 şagird öldü17:32Qurban Qurbanov: Ən çox izlədiyim çempionat La Liqa, milli isə İspaniyadır17:20Ermənistanda ŞOK SƏNƏD yayıldı: - Nikol Paşinyan dəlixanada yatıb (FOTOFAKT)17:07Azərbaycan və Gürcüstan qaz tədarükü ilə bağlı məsələləri müzakirə ediblər16:48Aztəminatlı ailələrlə bağlı UNİKAL TƏKLİF16:29"Əsrin müqaviləsi”nin imzalanması Heydər Əliyevin dühası və iradəsi sayəsində mümkün olub" - Əli Əhmədov16:11Gələn il Azərbaycanda sosial müdafiə məqsədləri üçün ayrılan vəsait 10 faiz artırılacaq15:59Peşə məktəblərində işləmək istəyənlərin DİQQƏTİNƏ!15:31Hadi Rəcəbli: Bəzi deputatlar fantastik fikirlər səsləndirirlər15:15“Azərişıq”: Hər bir sahibkar elektrik şəbəkəsinə onlayn qaydada qoşulacaq15:00Bu gün Milli Musiqi Günüdür14:45Hacının ilk rəqibi rus oldu - Dünya çempionatı14:31SON DƏQİQƏ: Türkiyədə güclü yanığın14:20Azərbaycanda hamilə qadınlara qənim kəsilən qadın saxlanıldı14:07Mal ətindən ölüm12:35Sabiq deputat YAP-dan QOVULDU12:05Göygöl şefinin oğlunun dəbdəbəli həyatı – Fotolar12:02Baş dəmiryolçunun yüksəlişi və Cavid Qurbanova STOP qoyan sənəd – VİDEO+FOTO11:34Sürücünün yol polisini təhqir etməsi ilə bağlı araşdırma başlanıldı10:47Bakıda helikopter qəzaya uğradı: Pilot ağır xəsarət alıb10:36Novruz Məmmədovdan qərar - Bu şəxslərin maaşı artırıldı10:21“Sevilya” Bakıya gəldi09:48Azərbaycan MN: Düşmən atəşkəs rejiminə əməl etmir20:55“SƏDƏRƏK YUSİF” KÜRÜ “İŞĞAL” ETMƏKDƏ DAVAM EDİR: QANUNSUZ TİKİLİNİN İCAZƏSİNİ İCRA BAŞÇISI VERİBMİŞ – YENİ VİDEO20:53Xəzər rayonunda Hacı Gülağanın sususz qoyduğu adamlar – Vətəndaşı dövlətdən narazı salanlar niyə cəzasız qalır? VİDEO18:00Elinanın intihar etdiyi məktəbin yeni direktoru kimdir? - DOSYE17:40Bu il 1-ci sinif üçün riyaziyyat dərslikləri iki hissədən ibarət hazırlanıb17:20Əmisi oğlunun arvadını qaçıran şəxsi döyüb öldürənlərlə bağlı YENİ XƏBƏR17:00"Qarabağ" öz futbolçusunun qardaşını da — TRANSFER ETDİ16:40Parlamentdə lombard fırıldaqçıları müzakirə edildi16:20“Kütləvi informasiya vasitələri haqqında” qanuna dəyişiklik edilir16:00Bakı məktəblərinə 29 direktor təyin edildi - SİYAHI15:20Azərbaycann məhşur saytları Qazaxıstan tərəfindən alındı... - ADLAR
BÜTÜN XƏBƏRLƏR
Sentyabr 2019 (446)
Avqust 2019 (631)
İyul 2019 (563)
İyun 2019 (423)
May 2019 (557)
Aprel 2019 (537)

«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Pənah Hüseyn: “Onu deyən qələt eləyir”

12 mar 2018, 09:50   
    211
Pənah Hüseyn: “Onu deyən qələt eləyir” “İşdən kənar” layihəsinin budəfəki qonağı keçmiş baş nazir, ictimai-siyasi xadim Pənah Hüseyndir


Xatırladaq ki, layihədə ədəbiyyatdan kənar peşə sahibləri ilə ədəbiyyat haqqında söhbətlər aparılır.

- Pənah bəy, ədəbiyyatla tanışlığınız necə başladı?

- İlk dəfə bədii ədəbiyyatdan “Koroğlu” dastanını oxumuşam. 3-cü sinifdə oxuyanda 10-cu sinifdə oxuyan bir qohumumuzla dostluq edirdik. İltizam adında. Cavan rəhmətə getdi. Onların evində xeyli bədii kitab vardı. “Koroğlu”nu da onlardan götürüb oxumuşdum. Koroğlunu, təkrar-təkrar, bəlkə 100 dəfə oxumuşam. O vaxt bizim kənddə kitabxana yox idi. Orta məktəb illərində ətraf kəndlərdəki, rayon mərkəzindəki kitabxanaların demək olar, hamısının oxucusu idim. Kitabxanalarda oxumadığım kitab qalmamışdı. Əlimə düşən pullardan əməlli bir şəxsi kitabxanam da yarandı tədricən. Əvvəllər Azərbaycan dilində olanları oxuyurdum. Azərbaycan dilində olmayanları da oxuya bilmək üçün rus dilini öyrəndim. Bibloman olmuşam o zaman. İndi də oxuyuram, amma təbii ki, əvvəlki kimi deyil...

- Yəqin yaşla bağlıdır.

- Bəlkə də yaşla bağlı deyil. İnsan nəyə görə bədii ədəbiyyata aludə olur? Tam əhatəli cavab yoxdur. Bunun yəqin ki, ruhi, psixoloji mexanizmləri var. Və bir də görürsən ki, həyat kitab aləmindən daha maraqlıdır, daha bədiidir. Dünya, öz həyatın, yaşadıqların, hisslərin, duyğuların, daxili aləmin, emosiyaların, fantaziyaların, təəssüratların daha çəkicidir, mürəkkəbdir, zəngindir, dramatikdir, qorxuludur, vahiməlidir, canlıdır, gözəldir... Ona görə də hər kitabı oxuya bilmirsən. Mən əvvəllər ağına-bozuna baxmadan hər şeyi oxuyurdum. İndi o “hər şeyi oxumaq” yoxdur. Doğrudur, indi də janr, üslub, stil məhdudiyyəti yoxdur mənim üçün. Klassik roman da oxuyuram, detektiv də, fantastika da, postmodern üslubda yazılanı da, Balzak stilində yaradılanı da. Mövzulara münasibət də elə. Dini, tarixi ədəbiyyatı da, fantezini də. Mühüm olan mövzu deyil. Ancaq əvvəl kitabı görürdüm, götürürdüm əlimə, başlayırdım oxumağa və bitənə qədər yerə qoymurdum. İndi elə deyil. Açırsan, bəzilərini bir neçə səhifə, bəzilərini də bir neçə on səhifə oxuyandan sonra atırsan qırağa. Əsər də var ki, səni çəkib aparır içinə, girdabına, qaranlığına, yaxud işığına, haraya qədər aparırsa gedirsən. Etiraf edim ki, məndə bu hal cildi olan, vərəqləyə bildiyin, iyini, qoxusunu içinə çəkə bildiyin, kağız kitabda oxuyanda yaranır. İnternet, elektron kitab, elektron kitabxanalar bu təəssüratı vermir.

- Siz əvvəllər tez-tez olurdunuz Axundov kitabxanasında.

- İndi də oluram. Ancaq ora bədii ədəbiyyat üçün yox, elmi, siyasi, məlumat xarakterli kitablar, qəzetlər, jurnallar üçün gedirəm. Həm də, sözün doğrusu kitabxanada özümü nə isə tamamilə fərqli hiss edirəm. Kağızın, poliqrafik boyaların çürüntü qarışıq qoxusu və sözlə ifadə edilməsi mümkün olmayan əcaib bir yaşantı halın olur, bir növ cəzb olursan. Özümü ən çox yüngül, çəkisiz, ağrısız hiss etdiyim məkan kitabxanadır. Axundov kitabxanası həm də tələbəlik illərimizlə bağlıdır. Keçmişə qaytaran, keçmişi qaytaran, düşürən və ya qaldıran zaman lifti kimi bir şeydir. Kitabxanalara bənzər bir məkan da var. Kitab mağazaları. Mən uşaq olanda Sabirabadda Saabın kitab dükanı vardı. İndi sökülən köhnə univermaqda da ayrıca bir kitab satış otağı vardı. Köhnə bazarın da içində bir kitab satış polkası. Daha sonra Lenin küçəsində ayrıca kitab evi tikildi. İndi orda hansısa bankın filialı yerləşir. Təzə çap olunan kitablar əvvəlcə dükanlara gəlirdi, kitabxanada olmurdu. Hər kitabı almağa pulum çatmırdı. Saab kişi icazə verirdi, kitablara yanaşıb onları ordaca vərəqləyib oxumağa başlayırdım. Bir də görürdüm ki, axşamçağı olub, dükanı bağlayırlar. Oxuduğum kitabı sığallayıb yerinə qoyur, sabah yenə gəlirdim.

- Pənah bəy, hansısa əsəri oxuyanda ordakı obrazlarla özümüzün oxşarını axtarırıq. Özünüzü hansısa obrazla eyniləşdirdiyiniz olubmu? Söhbətin başında “Koroğlu”nu yüz dəfə oxuduğunuzu dediniz. Yəqin ki, Koroğlunun sizdə qalıcı təsiri olub.

- Bədii ədəbiyyat oxuyanlar yaxşı bilirlər ki, ordakı gerçəkliyi yaşamırsansa, o sənə ləzzət eləmir. Bu müxtəlif cür olur. Hər qəhrəmana özünü oxşatmırsan. Bu müsbət də olur, mənfi də. Mənfi qəhrəmandan bəhs edən çox gözəl əsərlər də var. Məsələn, Kafkanın əsərlərini oxuyub ordakı qəhrəmanlarla özünü eyniləşdirmirsən, ya da eyniləşdirirsən. Son dövrlər yaranan ədəbiyyatda mənfi emosiyalar, neqativ hallar daha çoxdur. Bu mənim əhvalıma, halıma uyğun deyil. Siqaret çəkənlər yaxşı bilər ki, tünd siqaret daha çox ləzzət edir. Bunu bədii ədəbiyyata tətbiq etsək, getdikcə daha çox dərinlərə baş vuran, dildə zənginlik edən əsərlər səni daha çox özünə cəlb edir. Və artıq yüngül ədəbiyyatı az oxuyursan. Sizə deyim ki, sovet dövründə yaşamış insanlar daha çox müsbət qəhrəmanlar, müsbət emosiyalar, müsbət arzular və xəyallar üzərində köklənirdi. Koroğlu da bu mənada mənə yaxın idi. Ümumiyyətlə, mən özümü daha çox özümə oxşatmağı sevirəm. Özümü qəhrəmanlarda deyil, qəhrəmanları özümdə tapıram. Ancaq konkret olaraq özümü hansısa obraza oxşada bilmirəm. Ola bilsin, bu eqoizmdir. Sonralar biləndə ki, mənim oxuduğum Koroğlu dastanı həqiqi dastan deyil, bir növ dastanın sovet ideologiyasına uyğun redaktə olunmuş surroqatıdır, həqiqi Koroğlu Herakldır, Herakl da Yer Oğludur və qədim türk mifologiyasının ən möhtəşəm qalıntılarındandır.

- O zaman yazılmayan qəhrəmansınız.

- Yazılmayan obraz ifadəsi mənim üçün təzə oldu. Yəqin ki, bizim də obrazımız hardasa yazılıb.

- Sizin bir az dalaşqan obrazınız var. Danışırlar ki, metroda özünü yaxşı aparmayan bir gənci başa salmısınız.

- Belə şeylər olub.

- Koroğluya burda bənzərliyiniz var.

- Bilirsiniz, Koroğlunun da özünəməxsus xüsusiyyətləri var. Dedim ki, o vaxt oxuyanda mənə bir cür təsir edib. Sonralar isə başqa cür. Uşaqlığımda Koroğlu dövrü ola bilsin ki, olub. Və nəsə qalıb o dövrdən. Ancaq Koroğlu dalaşqan olmayıb.

- Pənah bəy, keçmiş baş nazirsiniz. Bir neçə qərarınız haqda indi də danışılır. Məsələn, teatrlarla bağlı. Bir neçə teatrın yerində qalması, qalanlarının isə ləğv olunması... Deyibsiniz ki, müharibə aparan ölkədə bu qədər teatr nəyə lazım?

- Onu deyən qələt eləyir. Elə bir şey olmayıb. Bizim dövrümüz haqqında həmişə miflər danışılır. Mən eşitmişəm ki, guya Elmlər Akademiyanı da ləğv etmək istəmişəm. Ancaq teatrların ləğvi məsələsini birinci dəfə eşidirəm. Kim deyir bunu?

- O dövrdə yaşayanlar danışırlar.

- Olmadı. Bunun bir konkret mənbəyi olmalıdır axı. Bizim hakimiyyət dövründə teatrların bağlanması məsələsi hər hansı şəkildə gündəmdə olmayıb.

- Bəs Yazıçılar Birliyinin binasının Türkiyə səfirliyinə verilməsi? Deyilənə görə, Yusif Səmədoğlu bu məsələyə görə sizə zəng vurub deyib ki, AYB-nin binasını yazıçılardan alsanız, sizi tüfənglə vuracam.

- Bu da teatrların bağladılması kimi əsassız, boş şayiələrdir, bizə qarşı siyasi rəqiblərimizin uydurduğu hekayələrdir. Doğrudur, mən bir dəfə bir yaradıcı kollektivin məkanından çıxarılması məsələsini qaldırmışam və bu olub. Bu da bilirsiniz necə oldu? Məlumat verildi ki, KVN-çilərə Nazirlər Kabinetinin binasında yer ayrılıb. Mən demişəm ki, Hökumət binasında KVN olmaz. Onlara başqa, müstəqil və daha geniş yer ayrılıb.

- Hər halda bu şaiyələrin yayılması üçün heç əsas olmayıb?

- Bizim hakimiyyət dövrü çətin dövr idi, mürəkkəb dövr idi. Biz onda düşünürdük ki, hər şey dövlətin idarəsində olsa bu sovet zamanındakı kimi sifarişli ədəbiyyat olacaq, sifarişli mədəniyyət olacaq. Belə bir təsəvvür vardı ki, hər şey təbii olacaq, insanların özlərinin ədəbiyyata ehtiyacı olacaq, hər yazıçı, şair oxucusunu özü tapacaq, hər teatr özü tamaşaçısını cəlb edəcək. İqtisadiyyatda olduğu kimi rəqabət mədəniyyətin də inkişafının əsas mexanizmi olacaq. Mədəniyyətin, ədəbiyyatın dövlət tərəfindən subsidiyalaşması isə onu rejimin, siyasətin əlavəsinə çevirər. Aydın idi ki, həmin himayə məddahlıq mexanizminə çevrilərsə bu yolverilməzdir. Ancaq mədəniyyətin mövcudluğu və inkişafı üçün qeyri-dövlət institutlarının əmələ gəlmədiyi bir şəraitdə və ümumiyyətlə belə görünür ki, hər bir zaman bu və digər dərəcədə dövlətin himayəsinə ehtiyac var. Bu xüsusilə elitar mədəniyyətin mövcudluğu üçün zəruridir. O vaxt prezident Elçibəy bu sahəyə daim diqqət ayrılmasını tələb edirdi və olduqca çətin maliyyə durumuna baxmayaraq, Yazıçılar İttifaqına, digər yaradıcılıq təsisatlarına, yaradıcı jurnalların və kitabların çapına on milyonlarla vəsait ayrılması barədə çoxsaylı sərəncamlar vermişdi. İndi düşünürəm ki, o vaxt bütün çətinliklərə baxmayaraq müəyyən şəxslərə, yaradıcı birliklərə, şairlərə, yazıçılara, rəssamlara, musiqiçilərə daha çox qayğı lazım imiş.

- Pənah bəy, yəqin, yaxın olduğunuz, dostluq etdiyiniz yazıçılar olub.

- 80-ci illərin sonlarındakı məlum hadisələrlə bağlı milli istiqlal savaşının önündə həm də Azərbaycanın şair və yazıçıları, ziyalıları dururdu. Deməzdim ki, dostluq etmişəm, lakin o dövrdə qismət olub ki, İsmayıl Şıxlı, Bəxtiyar Vahabzadə, Anar, Yusif Səmədoğlu, Vaqif Səmədoğlu, Əkrəm Əylisli, Sabir Rüstəmxanlı, Rüstəm Behrudi, Vaqif Bayatlı, Mövlud Süleymanlı, Fərman Kərimzadə, Nüsrət Kəsəmənli, Ağamalı Sadiq Əfəndi, Səfər Alışarlı kimi çox sayda yazıçı və şairlərimizlə ünsiyyətdə olmaq qismət olub. Dostluq deyəndə, mən bu sırada ehtiyatla Ramiz Rövşənin adını çəkə bilərəm, onu da münasibətlərin çox sonrakı dövrlərinə aid edərək. Bilirsiniz, ümumiyyətlə bu adını çəkdiyim və çəkmədiyim yazıçı, şairlər xüsusi bir insan növləridir. Biz Səməd Vurğunu görməmişdik. Amma Vaqif və Yusif Səmədoğluyla ünsiyyətdə olanda artıq hiss edirdin ki, burda nəsə tamam fərqli, genetik bir keyfiyyət, xassə var. Biz bəzən dahiləri tarixdə və qıraqda axtarırıq. Ancaq Ramiz Rövşən dövründə yaşadığımızı da deməkdən çəkinməməliyik.

- Bu gün mütaliəyə nə qədər vaxt ayıra bilirsiniz?

- Son dövrdə daha çox siyasi, tarixi, publisistik ədəbiyyat oxuyuram, 80-90-cı illərin dövri mətbuatına baxıram. Bizim inqilabımız və hakimiyyətimiz haqqında yazı üzərində işləyirəm.

- Memuar?

- Yox. Keçən əsrin 80-ci illərinin sonu, 90-cı illərin əvvəllərində baş verən hadisələr haqqında mənim həqiqətlərim barədə. Ancaq istəyirəm həm də obyektiv və elmi olsun. Televiziya, internet, ümumiyyətlə vizual məhsullar çox, bəzən də görürsən ki, hədər vaxt alır. Yuxarıda qeyd etdiyim yazı üzərində işləməyə başlayandan Dostoyevskinin “İfritlər”ini bir də oxudum. Qəribə gələr sizə, həm də Luiss Kerolun “Alisa möcüzələr ölkəsində” əsərini də oxumağa ehtiyac hiss etdim. Daha sonra təəssüf bizdə kitab şəklində olmayan, “Alisa güzgünün içində”ni də internet variantına baxdım. Təmizlənmək, öləndən sonra təkrar-təkrar dirilmək üçün Fizulinin “Leyli və Məcnun”unu və Ramiz Rövşənin “Nəfəs”ini, Tofiq Fikrətin şerlərini hər gün olmasa da müntəzəm oxumağa yanğı gəlir. Axırıncı oxuduğum Mehriban Vəzirin “Mister Listi və...”dir. Əkrəm Əylislini yenidən oxuyuram.

- Bəs heç özünüz şeir, hekayə yazmısınız nə vaxtsa?

- Şeir yazmayan azərbaycanlı tanımıram (gülür). Həbsdə yazmışam. Həyat yoldaşım üçün yazmışam. Çap olunmaq üçün yox. Məxsusi, özəl.

- Həbsdə kitab oxuyurdunuz?

- Çox. Bizim kolonda yaxşı kitabxana vardı. Həm də hər həftə evdən kitab gətirdirdim. Dostlar da göndərirdi.

- Sevdiyiniz yazıçılar kimlərdir? Dünya ədəbiyyatından...

- Servantesin “Don Kixot”u, Rablenin “Qarqantua və Pantaqruel”i, Covanyolinin “Spartakı”, Dümanın bütün əsərləri, M.Qorki, Tolstoy, Merejkovski, Ayzek Azimov, Rey Bredberi, Oruel, Dorofeyev, Platonov, Zimyatin, Bulqakov və əlbəttə ki, böyük Dostoyevski... Bilirsiniz yuxarıda dedim ki, mənim oxucu zövqüm çox qarışıqdır. Şerlok Holms və Puaro haqqında əsərləri sevə-sevə oxuyan adam, eyni həvəs və ehtirasla Kafkanı və ya “Qızılgülün adını” oxuya bilərmi? Mənim cavabım odur ki, oxuya bilər. Məsələn, mən Orxan Pamuku oxudum. Ancaq “İncə Məmməd” qədər, yaxud Əziz Nesinin “Kor döyüşü”ndəki kimi təsirlənmədim. Ancaq Orxan Pamuk Yaşar Kamaldan zəif yazıçıdır iddiasında da deyiləm. Mənim təəssüratıma görə Anarın “Dantenin yubileyi” və Soljenitsinin “İvan Denisiçin bir günü” eyni şəkildə qalıb. Sovet dövrünü yaşamayan oxucu bunu necə duya bilər? İndi Cənubi Amerika nəsri, ingilisdilli yapon nəsri, Çin nəsri dəbə minib. Mən deyək ki, Markes istisna olmaqla bu nəsri o qədər də anlamıram, sevmirəm, bu əsərlərlə yaşaya bilmirəm.

- Bəs müasirlərdən kimləri oxuyursunuz?

- Bizim postmodern ədəbiyyat da yaxşı halda Markesin və Dorofeyev səviyyəsində bayağı erotik rus nəsr dilinin plagiatından o tərəfə gedə bilmir. Ancaq Mövlud Süleymanlının hələ 80-ci illərdə yazılmış Azərbaycan postmoderninin şedevri sayıla bilən “Uzundərə”si diqqətdən kənarda qalıb. Bilirsiniz, yaranışı və süqutu yazılı mənbələrlə tam şəkildə izlənən yeganə sivilizasiya Roma sivilizasiyasıdır və həm də onun tərkib hissəsi olan Qədim Roma ədəbiyyatıdır. Qədim Roma imperiyasının son dövr ədəbiyyatının dili eynən indiki pornoqrafik ədəbi leksikanın, süjetləri də indiki süjetlərin eynidir. Bu onu göstərir ki, “müasir ədəbiyyat” nə isə köhnənin ölümü və yeninin doğuluşunun nişanələridir. Yeni hələ doğulmayıb, köhnə isə çürüyüb və üfunət saçmaqdadır. Üfunətdən həzz alanlar da var.
OXŞAR MÖVZULAR