təhsil
---
Oxunub: 2
26 апр 2023 | 17:26
Gəncə Dövlət Universitetinin rektoru, professor Yusif Yusibov - Vətənini zirvələrə ucalda bilmək xalqını sevən insanların ən müqəddəs missiyasıdır. Bu gün əziz xatirəsini dərin hörmət və ehtiramla andığımız Ulu Öndər Heydər Əliyevin böyük dövlət və siyasi xadim kimi bütün dünyada qəbul edilməsi tarixi bir həqiqətdir.

Müstəqilliyin təmin edilməsinin və qorunub saxlanılmasının nə qədər çətin olduğunu dəfələrlə bəyan etmiş Ümummilli Lider Heydər Əliyev dövlət quruculuğu missiyasını gerçəkləşdirməklə Azərbaycan xalqının azadlıq haqqını reallığa çevirdi.
Ulu Öndər hakimiyyətə gəldikdən sonra ilk növbədə milli birlik və həmrəylik ideyasını önə çəkdi, milli gücü bütün təhlükə mənbələrinə qarşı qoydu. Bununla da "siyasi müstəqillik xalq-lider birliyindən qaynaqlanan milli iradəyə söykənir" tezisini öz şəxsi nümunəsində təsdiq etdi. Vətəndaş qarşıdurmasına təhrik edilən xalqın milli birliyini bir hədəfə yönəltmək nə qədər çətin olsa da, Heydər Əliyev şəxsiyyəti bu önəmli vəzifənin öhdəsindən layiqincə gəldi.

Böyük yolun başlanğıcı

Ümummilli Lider Heydər Əliyevin zəngin həyat yolu və fəaliyyətinin bütün mərhələləri bir-birini tamamlayır. Azərbaycana rəhbərliyinin birinci dövründə Ulu Öndər özünün qeyri-adi idarəçilik bacarığı, polad iradəsi və yüksək vətənpərvərliyi sayəsində, uzaqgörən və məqsədyönlü qərarları ilə çox qısa müddətdə respublikamızda sosial-iqtisadi, elmi-texniki və mədəni sahələrin inkişafında müsbət göstəricilərə nail oldu. Böyük rəhbər sübut etdi ki, millətinə xidmət edərkən hansı ideoloji quruluşa mənsub olmağın heç bir fərqi yoxdur.

Azərbaycan xalqının milli dirçəliş, dövlət müstəqilliyi arzusunun ideyadan gerçəkliyə doğru inkişafı öz başlanğıcını məhz Ümummilli Lider Heydər Əliyevin Azərbaycana ilk dəfə rəhbərlik etdiyi mərhələdən - 1969-1982-ci illərdən götürür. Sovetlər ittifaqı dönəmində Azərbaycan zəngin potensiala malik olsa da, zəif aqrar respublika kimi tanınır, bir sıra sosial-iqtisadi göstəricilərə görə digər respublikalardan geri qalırdı. Yaranmış vəziyyət əsaslı dönüş, ciddi islahatlar tələb edirdi. 1969-cu il iyulun 14-də Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbər seçilməsi və bundan sonra təqribən on üç illik dövr xalqın ictimai-siyasi, iqtisadi və mədəni həyatında yeni təkamül mərhələsi olmuş, ictimai təfəkkürdə milli özünüdərk hissinin oyanışı ilə tarixdə öz yerini tutmuşdu. Prezideni İlham Əliyevin dediyi kimi: "Azərbaycan xalqı öz xilasını, öz gələcəyini ancaq Heydər Əliyevdə görürdü və bu münasibətin, bu fikirlərin, əlbəttə ki, çox böyük əsasları vardı. Çünki 1970-ci illərdə və 1980-ci illərin əvvəllərində Azərbaycanda yaşanan inkişaf Heydər Əliyevin adı ilə bağlı olmuşdur. Azərbaycan üçün həlledici anlarda məhz onun qətiyyəti, onun sözü həlledici rol oynamışdır".
Sovet rejiminin və ideologiyasının ciddi məhdudiyyətlərinə, qadağalarına baxmayaraq, Ümummilli Lider Azərbaycan xalqının gələcəyini hədəf götürmüş, qısa vaxt ərzində əhalini dinamik inkişafa səfərbər etməyə nail olmuşdu.

İlk növbədə milli kadr potensialı formalaşdırıldı

Ümummilli Liderin bu dövrdə strateji addımlarından biri də 1971-ci ildə milli hərbi kadrların hazırlanması üçün baza rolunu oynayan ilk təhsil ocağının - Cəmşid Naxçıvanski adına ixtisaslaşdırılmış hərbi məktəbin (C.Naxçıvanski adına Hərbi Liseyin) yaradılmasıdır. Azərbaycan xalqı özünün dövlət müstəqilliyini bərpa etdikdən və Ermənistanın ərazi iddiaları, işğalçılıq siyasəti ilə üzləşəndən sonra bu addımın - peşəkar hərbi kadr hazırlığının nə dərəcədə məsul, uzaqgörən və taleyüklü addım olması bir daha öz təsdiqini tapmışdı. Bundan başqa, Heydər Əliyev azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərinə, eləcə də SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbul edilməsinə də nail olmuşdu. Bu tədbirlər nəticəsində ali hərbi məktəblərə daxil olan azərbaycanlı gənclərin sayı 1967-ci ildəki 31 nəfərdən 1985-ci ildə 1052 nəfərə çatmışdı. Məktəbin müdavimləri sonralar digər hərbi təhsil müəssisələrində öz bilik və bacarıqlarını artırdıqdan sonra Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində - 44 günlük Vətən müharibəsində tarixi qələbənin əldə olunmasında misilsiz xidmətlər göstərmişdilər.

2003-cü il aprelin 21-də bu hərbi məktəbin otuz illik yubileyinə həsr olunmuş təntənəli mərasimdə Ümummilli Lider bu təhsil ocağı haqqında demişdir: "Cəmşid Naxçıvanski adına Hərbi Lisey mənim üçün bir övladdır. Ona öz övladım kimi baxıram və nə qədər yaşayıramsa, ona, bax, bu cür baxacağam".
Сегодня, 16:47
Rusiyalı bloger "ordunu diskreditə etməkdə" ittiham olunur
Сегодня, 16:25
Yunanıstanda Paris Olimpiya Oyunlarının məşəli alovlandırılıb
Сегодня, 15:52
AÇG-də yeni ACE platformasından hasilata başlanılıb
Сегодня, 15:01
İsrail və İranın aramsız savaş anonsu - müharibə riski nə qədər ciddidir? - ŞƏRH
Сегодня, 14:35
Prezidentdən Türkiyə-Azərbaycan Universiteti barədə FƏRMAN
Сегодня, 14:22
Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib, yenisi təyin olunub - SƏRƏNCAM
Сегодня, 13:53
Azərbaycan lideri: Qarabağda və Şərqi Zəngəzurda gördüyümüz işlərin dünyada misli-bərabəri yoxdur
Сегодня, 13:10
İlkinin şikayətinə başqa hakim baxacaq
Сегодня, 12:47
Bakıda 24, rayonlarda 27 dərəcə isti olacaq - PROQNOZ
Сегодня, 12:24
Qarabağ Universitetində doktorantura təhsil pilləsi yaradılıb
Сегодня, 11:40
İmtahan nəticələri ilə bağlı DİM-də Apellyasiya Komissiyası fəaliyyət göstərəcək
Сегодня, 11:16
Prezident İlham Əliyev Şirvan suvarma kanalının təməlini qoyub
Сегодня, 10:39
Lənkəranda “Range Rover” yandı
Сегодня, 09:46
TƏBİB sürücülərə müraciət etdi - “Yol ver, həyat qurtar!”
Сегодня, 09:24
Bürclərin ən səxavətli kişiləri: Siz hansı yerdəsiniz?
Сегодня, 08:49
Bakının əsas yollarında TIXAC var
Вчера, 16:45
Türkiyəyə gələcək əcnəbi VAR hakimlərinin maaşı diqqət çəkdi
Вчера, 16:19
Üçüncü dünya müharibəsi: Azərbaycan üçün əsas milli maraqların qorunmasıdır - ŞƏRH
Вчера, 15:33
Tiktoker Adəmin atası həbs olunub
Вчера, 15:07
Gürcüstan parlamentində deputatlar arasında dava olub
Вчера, 14:27
Ali təhsil müəssisələrinə qəbul imtahanının növbəti mərhələsi üçün qeydiyyat elan edilib
Вчера, 13:48
Dövlət Qulluğunu İdarəetmə Şurasının fəaliyyət istiqamətləri genişləndirilir
Вчера, 13:28
Yuxarı Qarabağ suvarma kanalının adı dəyişdirilərək yenidən qurulacaq
Вчера, 13:00
Azərbaycanda dəhşətli statistika: Evlənənlərin yarısı qədər BOŞANMA
Вчера, 12:30
Tokayev Ermənistanla Azərbaycana vasitəçilik TƏKLİF ETDİ
Вчера, 11:51
"Qaçqınkom"un mətbuat departamenti ləğv edildi
Вчера, 11:23
Paşinyan Tokayevlə görüşdü