Səhər Orucova : Azərbaycanı Uğurlu gələcəyə aparan şəxs.
Təhsil
Oxunub: 62
6 май 2023 | 21:25

Bakı Dövlət Universiteti (BDU) nəzdində İqtisadiyyat və Humanitar Kollecin direktoru Səhər Orucova - Ulu Öndər xalqın yaradıcılıq enerjisini bir məqsədə yönəltməklə tarixi yaddaşın bərpası istiqamətində qətiyyətli addımlar atmış, o dövrdə milli ruhun canlanmasına xidmət göstərmiş, özünüdərki və soy-kökə qayıdışı təmin etmiş, müstəqil dövlət quruculuğuna aparan yolun təməl daşına çevrilmişdir. Ulu Öndər yaxşı bilirdi ki, milli dövlətçilik dəyərlərinin qorunması və inkişafı sağlam düşüncəyə, mədəniyyətə və milli özünüdərk hissinə söykənir.
Ümummilli Lider Heydər Əliyevin geosiyasi təfəkkürünün bəhrəsi olan transmilli layihələr (Trans-Xəzər, Trans-Qafqaz layihələri) Azərbaycanı Avropada təhlükəsizlik sisteminin həyati vacib arteriyalarından birinə çevirdi. Onun bölgədə sülhün, əməkdaşlığın, sabitliyin simvolu kimi təsdiq edilməsinə, Azərbaycana qarşı yönəldilə biləcək real və potensial təhlükə risklərinin neytrallaşdırılmasına, qlobal təhlükəsizlik sisteminin dəstəyinə, dövlətimizin bu sistemin ən fəal subyekti kimi tanınmasına göstərdiyi təsir bu gün göz önündədir.

Azərbaycanın xarici siyasətində milli maraqlara cavab verən çoxvektorlu balanslaşdırılmış model uğurla tətbiq olundu. Azərbaycan beynəlxalq münasibətlər sistemində layiqli yerini tutdu, BMT və onun ixtisaslaşdırılmış qurumları ilə əməkdaşlığı genişləndi. 1994-cü il mayın 4-də NATO-nun "Sülh naminə tərəfdaşlıq" proqramının çərçivə sənədi imzalandı, Azərbaycanın beynəlxalq əlaqələrini genişləndirməklə suveren hüquqlarını qorumaq, Ermənistanın Azərbaycana qarşı təcavüzü haqqında həqiqətləri dünya birliyinə çatdırmaq üçün yeni imkanlar əldə edildi. Azərbaycan Respublikası İKT və MDB çərçivəsində iqtisadi, siyasi və humanitar sahələrdə əlaqələrini genişləndirdi. 1996-cı il aprelin 22-də Lüksemburqda Avropa İttifaqı və Azərbaycan Respublikası arasında ticarət, sərmayə, iqtisadiyyat, qanunvericilik, mədəniyyət, immiqrasiya və qeyri-qanuni ticarətin qarşısının alınması sahəsində əməkdaşlığı nəzərdə tutan "Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi" imzalandı. Bu müqavilə Azərbaycanın Avropa strukturları və institutları ilə əlaqələrinin dərinləşməsi istiqamətində hüquqi baza rolunu oynamışdır. 2001-ci il yanvarın 17-də Azərbaycan Respublikası Avropa Şurasına tamhüquqlu üzv qəbul edildi.

Ulu Öndər Heydər Əliyev türk dövlətləri arasında iqtisadi, siyasi, mədəni əlaqələrin hüquq bərabərliyi və qarşılıqlı faydalılıq prinsipləri əsasında qurulması, davamlı inkişaf etdirilməsi və genişləndirilməsi istiqamətində qətiyyətlə çalışmışdır.
Yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuş Azərbaycan xalqı Ümummilli Liderin hakimiyyətə qayıtdığı günü Azərbaycan Respublikasının dövlət bayramı - Milli Qurtuluş Günü kimi qeyd edir. 20 ildir Prezident İlham Əliyev 15 iyundan başlanan yolu - müstəqilliyin əbədi və dönməz xəttini uğurla davam etdirir. "Müstəqillik 1993-cü ildə də əldən gedirdi, əgər Heydər Əliyev gəlməsəydi. O, müstəqilliyi qorudu, saxladı, gücləndirdi, bizi düz yola gətirdi. Biz də Onun yolu ilə gedirik, müstəqilliyi möhkəmləndiririk və möhkəmləndirəcəyik", - deyir ölkə rəhbəri İlham Əliyev.
17-04-2024, 16:30
Fransanın "səfir oyunu": Paris forpost İrəvanla müstəqil Bakını səhv salır - ŞƏRH
17-04-2024, 15:56
Azərbaycanda RƏZALƏT: əxlaqsız təklifə görə qollarını doğrayıb Bakıya qaçdı
17-04-2024, 15:26
Mirzoyan Səudiyyə Ərəbistanında: Ər-Riyad İrəvanla təhsildə əməkdaşlıq edəcək
17-04-2024, 14:37
Daha bir sabiq deputat vəfat etdi
17-04-2024, 14:00
Kreml sülhməramlıların Azərbaycanı tərk etməsini təsdiqlədi
17-04-2024, 13:29
Əməkdar artistimiz tanınmaz halda
17-04-2024, 12:28
Ədliyyə Nazirliyində yeni təyinatlar
17-04-2024, 12:05
İlham Əliyev Portuqaliya Prezidentini COP29-a dəvət edib
17-04-2024, 11:35
Hadı Rəcəbli ilə vida mərasimi keçirilir
17-04-2024, 10:42
İlham Əliyev Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Baş katibini qəbul edib
17-04-2024, 10:14
Əsgəran avtomobil yolunun inşasına start verilib
17-04-2024, 09:37
Çempionlar Liqası: "Mançester Siti" "Real"la üz-üzə gələcək
17-04-2024, 08:58
Hadı Rəcəbli vəfat etdi - YENİLƏNİB
17-04-2024, 08:36
Bakının bir sıra yollarında tıxac yaranıb - SİYAHI
16-04-2024, 16:47
Rusiyalı bloger "ordunu diskreditə etməkdə" ittiham olunur
16-04-2024, 16:25
Yunanıstanda Paris Olimpiya Oyunlarının məşəli alovlandırılıb
16-04-2024, 15:52
AÇG-də yeni ACE platformasından hasilata başlanılıb
16-04-2024, 15:01
İsrail və İranın aramsız savaş anonsu - müharibə riski nə qədər ciddidir? - ŞƏRH
16-04-2024, 14:35
Prezidentdən Türkiyə-Azərbaycan Universiteti barədə FƏRMAN
16-04-2024, 14:22
Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib, yenisi təyin olunub - SƏRƏNCAM
16-04-2024, 13:53
Azərbaycan lideri: Qarabağda və Şərqi Zəngəzurda gördüyümüz işlərin dünyada misli-bərabəri yoxdur
16-04-2024, 13:10
İlkinin şikayətinə başqa hakim baxacaq
16-04-2024, 12:47
Bakıda 24, rayonlarda 27 dərəcə isti olacaq - PROQNOZ
16-04-2024, 12:24
Qarabağ Universitetində doktorantura təhsil pilləsi yaradılıb
16-04-2024, 11:40
İmtahan nəticələri ilə bağlı DİM-də Apellyasiya Komissiyası fəaliyyət göstərəcək
16-04-2024, 11:16
Prezident İlham Əliyev Şirvan suvarma kanalının təməlini qoyub
16-04-2024, 10:39
Lənkəranda “Range Rover” yandı