Impera

XƏBƏR LENTİ
18:00Elinanın intihar etdiyi məktəbin yeni direktoru kimdir? - DOSYE17:40Bu il 1-ci sinif üçün riyaziyyat dərslikləri iki hissədən ibarət hazırlanıb17:20Əmisi oğlunun arvadını qaçıran şəxsi döyüb öldürənlərlə bağlı YENİ XƏBƏR17:00"Qarabağ" öz futbolçusunun qardaşını da — TRANSFER ETDİ16:40Parlamentdə lombard fırıldaqçıları müzakirə edildi16:20“Kütləvi informasiya vasitələri haqqında” qanuna dəyişiklik edilir16:00Bakı məktəblərinə 29 direktor təyin edildi - SİYAHI15:20Azərbaycann məhşur saytları Qazaxıstan tərəfindən alındı... - ADLAR15:00“Ermənistanı gərgin payız gözləyir...” - TƏHLİL14:40Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq - Belə deyirlər...14:31DTX Rəşad Atakişiyevin ailəsinin müraciətini araşdırır - GƏLİŞMƏ14:16"Ermənistan Dağlıq Qarabağla bağlı danışıqlar prosesinə ciddi zərbələr vurur" - PA rəsmisi12:48Süleyman Mikayılovun qoçuları Müdafiə Nazirliyi adından alver edir – VİDEO12:46Baba Rzayevin falçı sevdası: “Azərenerji”ni ektrasenslər idarə edir? – VİDEO12:34Rüşvət almaqda ittiham edilən komandirin işi - əsgər yoldaşını güllələyən Qasımzadə də dindirildi12:19Gürcüstanın elektrik enerjisi idxalının 91%-dən çoxu Azərbaycanın payına düşüb12:08Fədayə Laçının məhkəməsi niyə onuncu dəfə təxirə düşüb? - VƏKİLDƏN AÇIQLAMA11:09"Xalq Sığorta"da yeni TƏYİNAT10:56Putin Ankarada “Quran”dan sitat gətirdi - VİDEO10:22Benksinin “Devolved Parliament” əsəri hərracda rekord məbləğə satıla bilər10:07Həbib Nurməhəmmədov məğlub etdiyi rəqibə 100 min dollar bağışladı09:53Gəncədə 29 yaşlı gənc başından bıçaqlandı09:38Dövlət qulluqçusu olmaq istəyənlərin nəzərinə09:24Azərbaycan Mərkəzi Bankı sığortaçılar arasında seçim edib22:41Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasında Bilik günü qeyd olunub.17:48İran prezidenti Ermənistana səfər edəcək17:35Azərbaycanın ixrac etdiyi meyvə-tərəvəzin dəyəri 14,5%, həcmi isə 0,7% artıb17:19Məşhur müğənni evində ölü tapıldı - FOTO17:07Azərbaycanda yol polisi 1 aylıq uşağı xilas etdi - Atanın təşəkkürü hamını mat qoydu - VİDEO16:49Özbəkistanın Kokand şəhərində keçirilən Birinci Beynəlxalq Xalq Tətbiqi İncəsənət Festivalının rəsmi açılış mərasimi olub16:34Ən qeyri-adi 5 idman növü16:17Deputat Aydın Hüseynov: “Qondarma qurumu dəvət edən dövlət ilk növbədə özünə hörmət etmir”15:52Avtomobil benzini ilə bağlı RƏSMİ MƏLUMAT15:39Venesuela müxalifətinin lideri BMT Baş Asambleyasında müzakirələrə qatılmaq niyyətindədir14:56Azərbaycanda tamah cinayəti – Mənzilə daxil olaraq ev sahibini öldürdülər14:45Tender qalmaqalı: Şəhid ailələrinə tikilən evlərin pulunu kimlər mənimsəyib?14:44Sevindik Hətəmovun Qaradağ arzuları: “karyer müdiri” Bakı intizarındadı14:42Şəmkirdə ermənilik: “1800 manata görə körpəm can verdi…” – Video14:40Azərbaycanın çörəyi ilə çörəkli olanlar…14:37Sumqayıt Dövlət Universitetində Bilik günü” təntənə ilə qeyd olundu14:30SOCAR son 10 ildə gəlirlərini 26 dəfədən çox artırıb13:29DİN Novxanıda baş verən dəhşətli hadisə barədə məlumat yaydı13:25İşsizlərin sayı AÇIQLANDI12:35Bu tələbələrə akademiya təqaüdü veriləcək12:00Azərbaycanın “Avroviziya-2020” mahnı müsabiqəsində iştirakı rəsmən təsdiqlənib11:46Bakı əhalisinə çağırış - İctimai nəqliyyatdan istifadə edin11:19Balakəndə iqtisadi sabotajı kimlər edir: 100 min tonlarla məhsul məhv olub-VİDEO11:17Səfər Mehdiyev komitəsi: süründürməçilik, rüşvət, nifrət…korrupsiya… – Araşdırma/Video11:08Hacı Nurana yeni vəzifə verilib? - AÇIQLAMA10:46DÜNYA ŞOKDA: üzbəüz döyüşü uduzsalar 140 nüvə bombası atılacaq - Baş nazir BƏYAN ETDİ10:35Bu gün 4 rayonda qaz olmayacaq10:20Cəbhədən son məlumat - Müdafiə Nazirliyi01:22Vəkil Ruslan Mirzəyevdən Anar Bağırova şikayət var-300 manatı qaytarmır21:35“Qudası yüksək vəzifədədir deyə bütün məhkəmələr zəngi ilə hərəkət edir”21:29Vidadi Zeynalovun oğlu ilə bankir kürəkəninin şirkəti haqda sənədlər yayıldı13:57Stimul Hospitaldan növbəti hümanist addım15:35DİN keçmiş məhkəmə sədrinin qətli ilə bağlı məlumat yayıb15:17Bakı metrosunda interval 2 dəqiqəyə düşdü15:05İki güləşçimiz dünya çempionatının finalına çıxmaq üçün mübarizə aparacaq14:43Yağış, leysan gəlir - SABAHIN HAVASI14:28Elgiz türk serialına çəkilənləri tənqid etdi: "Süpürgəçi, cibgir, qulluqçu"12:31Həftəsonu işləyənlərə əlavə ödənişlər verilsin - TƏKLİF12:14DİN keçmiş məhkəmə sədrinin qətli ilə bağlı məlumat yaydı12:00Onlar bu il universitetlərə qəbul olundular, amma ali təhsildən imtina etdilər - Şok RƏQƏMLƏR11:36Vasif Talıbov özünü yeni vəzifəyə təyin etdi11:21DIN və polis rəisləri kimlərə müharibə elan edib? - Xətai polis rəisi barədə ilginc faktlar11:13SON DƏQİQƏ: Türkiyədə ardıcıl iki GÜCLÜ ZƏLZƏLƏ: Çox sayda xilasedici cəlb edildi23:03Məktəbə forma ilə getməyən şagirdlərin cəzası nə olacaq? - Təhsil Nazirliyi cavablandırdi22:59Sumqayıt DYP xanım sürücünü necə xilas etdi? – İnanılmaz jest17:48Faciəvi QƏZA: 3 nəfər DİRİ-DİRİ YANDI17:34Həcc ziyarətinə gedənlərə vacib xəbər: gələn ildən etibarən...17:23Manatı gələn il nə gözləyir? - Rəsmi inflyasiya proqnozu AÇIQLANDI17:12Nazir küçədə piyadaları cərimələyən post-patrul əməkdaşlarının səlahiyyətlərinə xitam verib17:01Geyim mağazasından oğurluq edən qadın tutuldu16:51Gələn ilin dövlət büdcəsində neftin qiyməti neçə dollar olacaq?16:18Mərkəzi Bankdan uçot dərəcəsi ilə bağlı - QƏRAR15:45Bu rüsumun qiyməti 1000 manatdır - DMX-nin rəisi15:36SDU-nun Mühəndislik fakültəsinə müasir laboratoriya avadanlıqları alınıb14:33Adam oğurlayaraq işgəncə verən keçmiş idmançımızın məşqçisi: "Atası deyirdi ki, pul lazımdır"14:14Atambayevin tərəfdarları ad günündə mitinq keçirəcək14:03Şəkidə infotur çərçivəsində konfrans keçirilib13:53Abşeron və Sumqayıtda yaşayanlara XOŞ XƏBƏR! – VİDEO13:28"Qarabağ" - "Sevilya" oyununun biletləri satışda13:09Azərbaycan vətəndaşlarının daha çox hansı ölkədən geri qaytarıldığı məlum olub12:54Azərbaycanda İLK: Qidalar bu texnologiya ilə yoxlanılacaq - FOTO12:23DYP: Avtomobilinizdə bu olmasa 10 AZN cərimələnəcəksiz12:00Azərbaycan Ordusu 10 minlik hərbçi ilə genişmiqyaslı təlimə başlayır10:57Mərhum pilotumuzla bağlı xəbər yayıldı - İfşa edin...10:36Arçil Talakvadze: "Gürcüstan NATO-ya qoşulmağa hazırdır"10:33BirKart-la UNEC-də təhsil haqqını hissə-hissə ödəmək olar09:54Ermənilər atəşkəs rejimini 20 dəfə pozub18:00Melaniya Trampın plaşı qalmaqala səbəb oldu - FOTO17:32Biləsuvar Məşğulluq Mərkəzinə qarşı ŞOK İDDİA-VİDEO17:20Azərbaycanda hər 10 ailədən 1-i sonsuzdur - Süni mayalanma gizlədilir17:0022 yaşlı atadan körpəsinə qarşı dəhşətli əməl15:52Azərbaycan-Türkiyə iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın növbəti iclası keçiriləcək14:41Bakının bu metrostansiyası təmirə bağlanacaq14:16İlqar Məmmədov: “Əli Kərimli ilə debata razılıq verdim”14:03Volfqanq Şoyble Azərbaycana gələcək13:5328° dərəcə isti - HAVA PROQNOZU
BÜTÜN XƏBƏRLƏR
Sentyabr 2019 (350)
Avqust 2019 (631)
İyul 2019 (563)
İyun 2019 (423)
May 2019 (557)
Aprel 2019 (537)

«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Eldar Mahmudov seçkidən sonra həbs edilə bilər

11 apr 2018, 11:29   
    171
Eldar Mahmudov seçkidən sonra həbs edilə bilər

Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovla bağlı qeyri-müəyyənliyin seçkidən sonra aradan qalxacağı haqda məlumatlar yayılıb. 2015-ci ilin oktyabrında, parlament seçkilərinə 2 həftə qalmış vəzifəsindən qəfil alınan Eldar Mahmudovun taleyinə 2018-ci il prezident seçkisindən sonra aydınlıq gətirilə bilər.

Bu günə qədər sabiq nazirin həbs ediləcəyi ilə bağlı xeyli məlumat yayılıb. Eldar Mahmudovun hələ “MTN işi”nin ilk günlərində dövlət çevrilişinə hazırlaşdığı barədə iddialar yayılmışdı. Onun bu səbəbdən işdən çıxarıldığı və komandasının zərərsizləşdirildiyi deyilirdi. Bu iddiaların heç biri rəsmi şəkildə təkzib olunmayıb. Belə iddialar var ki, aprelin 11-də keçiriləcək prezident seçkisindən sonra Eldar Mahmudovu cəzalandıracaqlar. Onun azadlıqda qalması istər ictimaiyyətdə, istərsə də hakimiyyət daxilində də ciddi narazılıq yaradıb. İctimaiyyət, xüsusən də bu və ya digər şəkildə yolu “mahmudovçularla” kəsişmiş sahibkarlar, məmurlar onun cəzasız qalmasını özlərinə təhlükə olaraq hiss etməkdədirlər. Hakimiyyətdə də bunu bilməmiş deyillər. Üstəlik, böyük bir güc nazirliyini rüşvət və korrupsiya yuvasına çevirmiş, dövlətin onurğa sütununa zərbə vurmuş bir nazirin azadlıqda qalması ilk növbədə dövlətin ziyanına işləyən amildir.

Ötən ilin noyabrında Eldar Mahmudovun saxlanılmasına cəhd oldu. Onu Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə bir neçə dəfə çağırdılar. Məlum oldu ki, Eldar Mahmudovu cinayət işi üzrə dindiriblər. Bu dindirmədən əvvəl isə MTN-in Antiterror Mərkəzinin şöbə rəisinin müavini vəzifəsində işləmiş və faktiki olaraq nazirin köməkçisi funksiyasını həyata keçirmiş polkovnik-leytenant Vüqar Mahmudovu həbs etmişdilər. Vüqar Mahmudov Eldar Mahmudovun əmisi oğlu olmaqla bərabər onun köməkçisi olaraq sahibkarlardan aylıq toplanan xəracın bank hesablarına yerləşdirilməsi ilə məşğul olan biri kimi ad çıxarıb.

Vüqar Mahmudovla bağlı Baş Prokurorluğun mətbuat xidmətinin yaydığı məlumat da bu iddiaların həqiqliyini təsdiqləyirdi. Rəsmi açıqlamalarda vurğulanırdı ki, Vüqar Mahmudova dövlət əmlakının mütəşəkkil dəstə tərkibində külli miqdarda mənimsəmə, ayrı-ayrı vətəndaşların əmlakını hədə-qorxu ilə tələb etmə, əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyin tələblərini kobud surətdə pozma, vəzifə saxtakarlığı, eləcə də tamahkarlıq və şəxsi maraqlarına görə qulluq mövqeyindən sui-istifadə əməllərinə görə ittihamlar elan edilib.

Vüqar Mahmudovun gözlənilmədən həbsi, bunun ardınca isə sabiq nazirin işdən çıxarılandan sonra ilk dəfə olaraq istintaqa çağırılması belə əminlik yaratmışdı ki, tezliklə Eldar Mahmudov da həbsdə çarpışan komandasının yanına göndəriləcək. 2017-ci ilin noyabrından ötən müddət ərzində bu əminlik öləziyib. Amma hələ də sabiq nazirin həbs olunacağı haqda iddialar səngimir. Bu da səbəbsiz deyil. Çünki ortada xeyli danılmaz faktlar var.

Maraqlı bir məqam da o idi ki, Vüqar Mahmudovun da həbsinə qədər adı bir çox məhkəmə işlərində keçirdi. O, məhkəmələrə dəvət ediləndə özünü arxayın aparır, təkzibolunmaz faktlara baxmayaraq, yaxasını istintaqçıların əllərindən kənar saxlaya bilirdi. Belə görünürdü ki, onun arxayınlığı əmisi oğlunun əlaqələrinə köklənib. Bununla belə, həbs edilməməsi də ciddi suallar doğururdu. Bildirilirdi ki, Eldar Mahmudovu “qoruyan əllər” möhkəm olduğundan onun ən yaxın adamını da həbs etmək mümkün olmur. Lakin bir müddət keçdi, Vüqar Mahmudovun da yaxası istintaqçıların əlinə keçdi.

MTN-in az qala bütün rəhbərliyi, general heyəti həbs olunduğu halda Eldar Mahmudovun istintaqdan kənar qalması bu gün də çox ciddi suallar doğurur. Üstəlik, 2017-ci ilin iyununda MTN-in sabiq şöbə rəisi polkovnik Vüsal Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatanda hakim Eldar Mahmudov və nazirliyin baş istintaq idarəsinin rəisi olmuş Mövlam Şıxəliyev barəsində cinayət işinin başlanması üçün zərərçəkmişlərin şikayəti əsasında prokurorluğa təqdimat göndərmişdi. Həmin qərardadın 2 aydan sonra ili də çıxacaq, amma prokurorluqdan səs çıxmır.

Ötən ilin noyabrında Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov da təsdiq etmişdi ki, Eldar Mahmudovun istintaq idarəsinə çağırılması köməkçisinin cinayət işi ilə bağlıdır. Hələ o dövrdə də bəlli idi ki, Eldar Mahmudovun istintaqa çağırılması bir müstəntiqin və ya bir idarənin qərar verəcəyi iş deyil. 11 il ölkənin ən strateji postlarından hesab olunan MTN-də rəhbər olub və onunla bağlı hətta işdən çıxarıldıqdan sonra da hər hansı bir qərar yenə hakimiyyətin ən üst düzəyindən verilib. Lakin sonradan Eldar Mahmudovla bağlı proses dayandırıldı.

Həmin günlərdə belə xəbərlər dolaşırdı ki, Eldar Mahmudov Beynəlxalq Bankda rəhbər işləmiş Cahangir Hacıyevlə birgə ölkədən küllimiqdarda vəsait çıxarıb və istintaqa çağırılandan sonra həmin pulları qaytarmağa söz verib. Cahangir Hacıyevin özü də “Beynəlxalq Bank işi” başlayandan bir neçə ay sonra azadlıqda qaldı. Həmin günlərdə də bunun səbəbi dövlət bankından oğurladıqları pulları qaytarmaq vədi ilə izah olunurdu. Amma pulun yalnız cüzi bir miqdarı qaytarıldı. Cahangir Hacıyevin də taleyi məlumdur. Onu 15 il müddətinə azadlıqdan məhrum ediblər. Eyni ssenarinin Eldar Mahmudova da münasibətdə təkrarlanacağı haqda fikirlər səslənib. Lakin görünən odur ki, Eldar Mahmudov istintaqçılar üçün o qədər də asan “ov” deyil. Mümkündür ki, o, nazir vəzifəsində çalışdığı dövrdə əlində cəmlənən kompromat materialları hərəkətə keçirə bilib. Belə xəbərlər vardı ki, sabiq nazir özünü həbsdən sığortalamaq üçün bu materialları ölkə xaricində saxlayıb. Yeri gələndə kompramat məlumatların ən ziyansız hissəsini gündəmə gətirməklə əlində çox ciddi faktların olması ilə şantaj mövqeyini nümayiş etdirir. İstisna deyil ki, şantaj edilən tərəflər də Eldar Mahmudovun əlində ola biləcək kompromat “bomba”larının hansı gücdə olmasını, nələri dəyişə biləcəyini göz önünə gətirməkdə elə də çətinlik çəkmirlər. Görünən də odur ki, sabiq nazirin qurduğu kompromat “qalası” hazırda onun olduğu statusunu qoruyub saxlamasına imkanlar açır. Bütün bunlara rəğmən Eldar Mahmudovun toxunulmazlığı əbədi deyil. 1 qərarla vəzifəsindən ala biliblərsə, digər qərarla azadlığını da almaq gücü qalır...(“Yeni Müsavat”)

Korrupsiya.org
OXŞAR MÖVZULAR