Impera

XƏBƏR LENTİ
13:57Stimul Hospitaldan növbəti hümanist addım15:35DİN keçmiş məhkəmə sədrinin qətli ilə bağlı məlumat yayıb15:17Bakı metrosunda interval 2 dəqiqəyə düşdü15:05İki güləşçimiz dünya çempionatının finalına çıxmaq üçün mübarizə aparacaq14:43Yağış, leysan gəlir - SABAHIN HAVASI14:28Elgiz türk serialına çəkilənləri tənqid etdi: "Süpürgəçi, cibgir, qulluqçu"12:31Həftəsonu işləyənlərə əlavə ödənişlər verilsin - TƏKLİF12:14DİN keçmiş məhkəmə sədrinin qətli ilə bağlı məlumat yaydı12:00Onlar bu il universitetlərə qəbul olundular, amma ali təhsildən imtina etdilər - Şok RƏQƏMLƏR11:36Vasif Talıbov özünü yeni vəzifəyə təyin etdi11:21DIN və polis rəisləri kimlərə müharibə elan edib? - Xətai polis rəisi barədə ilginc faktlar11:13SON DƏQİQƏ: Türkiyədə ardıcıl iki GÜCLÜ ZƏLZƏLƏ: Çox sayda xilasedici cəlb edildi23:03Məktəbə forma ilə getməyən şagirdlərin cəzası nə olacaq? - Təhsil Nazirliyi cavablandırdi22:59Sumqayıt DYP xanım sürücünü necə xilas etdi? – İnanılmaz jest17:48Faciəvi QƏZA: 3 nəfər DİRİ-DİRİ YANDI17:34Həcc ziyarətinə gedənlərə vacib xəbər: gələn ildən etibarən...17:23Manatı gələn il nə gözləyir? - Rəsmi inflyasiya proqnozu AÇIQLANDI17:12Nazir küçədə piyadaları cərimələyən post-patrul əməkdaşlarının səlahiyyətlərinə xitam verib17:01Geyim mağazasından oğurluq edən qadın tutuldu16:51Gələn ilin dövlət büdcəsində neftin qiyməti neçə dollar olacaq?16:18Mərkəzi Bankdan uçot dərəcəsi ilə bağlı - QƏRAR15:45Bu rüsumun qiyməti 1000 manatdır - DMX-nin rəisi15:36SDU-nun Mühəndislik fakültəsinə müasir laboratoriya avadanlıqları alınıb14:33Adam oğurlayaraq işgəncə verən keçmiş idmançımızın məşqçisi: "Atası deyirdi ki, pul lazımdır"14:14Atambayevin tərəfdarları ad günündə mitinq keçirəcək14:03Şəkidə infotur çərçivəsində konfrans keçirilib13:53Abşeron və Sumqayıtda yaşayanlara XOŞ XƏBƏR! – VİDEO13:28"Qarabağ" - "Sevilya" oyununun biletləri satışda13:09Azərbaycan vətəndaşlarının daha çox hansı ölkədən geri qaytarıldığı məlum olub12:54Azərbaycanda İLK: Qidalar bu texnologiya ilə yoxlanılacaq - FOTO12:23DYP: Avtomobilinizdə bu olmasa 10 AZN cərimələnəcəksiz12:00Azərbaycan Ordusu 10 minlik hərbçi ilə genişmiqyaslı təlimə başlayır10:57Mərhum pilotumuzla bağlı xəbər yayıldı - İfşa edin...10:36Arçil Talakvadze: "Gürcüstan NATO-ya qoşulmağa hazırdır"10:33BirKart-la UNEC-də təhsil haqqını hissə-hissə ödəmək olar09:54Ermənilər atəşkəs rejimini 20 dəfə pozub18:00Melaniya Trampın plaşı qalmaqala səbəb oldu - FOTO17:32Biləsuvar Məşğulluq Mərkəzinə qarşı ŞOK İDDİA-VİDEO17:20Azərbaycanda hər 10 ailədən 1-i sonsuzdur - Süni mayalanma gizlədilir17:0022 yaşlı atadan körpəsinə qarşı dəhşətli əməl15:52Azərbaycan-Türkiyə iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın növbəti iclası keçiriləcək14:41Bakının bu metrostansiyası təmirə bağlanacaq14:16İlqar Məmmədov: “Əli Kərimli ilə debata razılıq verdim”14:03Volfqanq Şoyble Azərbaycana gələcək13:5328° dərəcə isti - HAVA PROQNOZU13:44“Qarabağ” – “Neftçi” oyununun hakimləri müəyyənləşdi13:35Girnədə silah-sursat anbarında partlayış olub13:22Elinanın ölümündə təqsirli bilinən direktor barədə MƏHKƏMƏ QƏRARI VERİLDİ13:13Vilayət Eyvazov Zeynalovu rəis TƏYİN ETDİ12:44Prezident İlham Əliyev Bakıdakı 101 nömrəli məktəbin əsaslı təmir və yenidənqurmadan sonrakı vəziyyəti ilə tanış olub11:49“Xətai” açıldı11:35Bakıda bir qrup abunəçinin qaz təchizatı dayandırılacaq11:27Badamdar sakini Bəybala Hüseynovla bağlı Prezidentə müraciət etdi11:19Bakı metrosundan istifadə edənlərə ŞAD XƏBƏR11:06Baş nazirdən əlilliyi olan şəxslərlə bağlı QƏRAR10:47Pambıq yığımına start verilir - prosesə ciddi nəzarət olacaq10:35Bakıda daha 570 güzəştli mənzil satışa çıxarıldı - QİYMƏTLƏR10:09Müdafiə Nazirliyi: Düşmən atəşkəs rejimini 21 dəfə pozub01:00Göyçayda Loğman və Əhliman Əliyevlərin məcaraları bitmir23:48Dəyəri yüz minlərlə ölçülən avtomobillər, bahalı restoranlar: - Qlamur YAP-çının hekayəsi21:56İmişliyə Bakıdan başçı göndərilir... - Vilyam Hacıyevi himayədarları meydanda tək qoyası olacaq...21:54“Zamin Bank”ın Biləsuvar filialının müdirindən Zakir Qaralova şikayət: “Pulları yığıb cibinə qoyub”17:50İnam Kərimovdan işdən qovduğu direktorun yerinə - TƏYİNAT17:40“Qaçqınların əksəriyyətini sərhəd və təmas bölgələrində yerləşdirmək lazım idi...”17:30Model olmağa hazırlaşan qızın burnunu qırdılar - QORXUNC...17:20Sabit Səmədova yüksək vəzifə verildi - ƏMR17:09Azərbaycanda uşaq pulu BƏRPA OLUNACAQ? - Baş Nazirin müavini AÇIQLADI16:45"Azərbaycanın ən güvənli tərəfdaşı ABŞ deyil, Rusiyadır" - Y.Hacıyevadan İLGİNC AÇIQLAMA16:35Eyyub Hüseynovun qızı Kanadada vəfat etdi16:03Deputat: Maaşlar, pensiyalar, müavinətlər diqqət mərkəzində olacaq15:49Bakının mərkəzində 6 otaqlı ev yandı15:36Mahir Emrelinin evi QARƏT OLUNDU15:22Türk dövlətlərinin ortaq kəşfiyyat qurumu nə iş görəcək? - çox böyük əhəmiyyəti var15:05"Kiminlə oturduğunuzu göstərəcəm ki, evinizdə qırğın düşsün"14:44"Qarabağ"ın Beqoviçindən yeni açıqlamalar - "O cür pul qazanmaq mənə görə deyil”14:37Türkəçarə ilə müalicə, yoxsa travmadan travmaya-Problem14:33İQTİDARIN SİYASƏTİ SABOTAJ OLUNUR, YOXSA…? – Əhalinin sağlamlığı ciddi təhlükə altındadır! (Araşdırma)14:28Əli Əhmədovla Sərdar Cəlaloğlu arasında gərginlik14:12"Nu poqodi"dəki canavarın adı "Zayesdir" - Şəbnəm Tovuzlu13:58“O, Dağlıq Qarabağın Ermənistana verilməsini istəyir...” - ETİRAZ13:48Uşaq pulu hansı formada olmalıdır? - TƏHLİL13:20Arda Turan cəzalandırıldı - Berkayla növbəti məhkəmə13:03Azərbaycandakı karqo şirkətləri insanlardan niyə əlavə xərclər tutur?12:52Təhsil Şurasını ələ keçirənlər məhkəmə qarşısında12:16Metro istifadəçilərinin nəzərinə! sentyabrın 14-dən...12:05Azərbaycandakı bu hadisə hər kəsi DƏHŞƏTƏ GƏTİRƏCƏK: ər hamamda arvadı ilə birlikdə...11:45Bakının "ən xəstə" rayonları bəlli oldu - SİYAHI11:15Dünyanın ən qeyri-dəqiq aeroportlarının REYTİNQİ11:00Təhsil naziri: Azərbaycanda iki növbədə oxuyan şagirdlərin sayı 35 faizdən 14 faizədək azalıb10:52Bu şəxslərin maaşları artırılır - QƏRAR22:30Sumqayıt Gömrüyünün "şefi" Vəzir Həsənovun Çex Respublikasındakı biznesinin DGK-inin şöbə müdürü olan şəriki kimdir? - FOTO19:40Erməni şirkətləri Azərbaycana necə yol tapır? - Gömrükdəki problem18:00Sabah dollar neçəyə olacaq?17:40"ABŞ Suriyadakı terrorçulara 50 min TIR silah-sursat göndərib" - Ərdoğan17:20Yığmamızın DÇ-2020-nin seçmə mərhələsində keçirəcəyi oyunların TƏQVİMİ17:09Rusiyalı ekspertlərdən separatçılara sərt təpgi16:12NATO-nun keçmiş baş katibinin fikirləri Gürcüstanda narazılıq doğurub16:02Afət Fərmanqızından sərt REAKSİYA: “Mənim ifamı izləyənlər 11 milyondu, Sami Yusufda neçə milyondu?15:47Aşura ilə bağlı bu saata qədər könüllü qan verənlərin sayı açıqlandı15:35Saytların kölgəsində qalan bloqlar...
BÜTÜN XƏBƏRLƏR
Sentyabr 2019 (299)
Avqust 2019 (631)
İyul 2019 (563)
İyun 2019 (423)
May 2019 (557)
Aprel 2019 (537)

«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

SƏLƏMÇİ FATMANIN DƏSTƏSİNƏ ZİYA MƏMMƏDOV BAŞÇILIQ EDİR? - VIDEOLAR

10 may 2018, 14:17   
    166
SƏLƏMÇİ FATMANIN DƏSTƏSİNƏ ZİYA MƏMMƏDOV BAŞÇILIQ EDİR? - VIDEOLAR

Laçın Mustafayev Fatmayla nazirin arasında vasitəçi olub?

Sələm biznesinin ledisi olan Fatma Yolçiyeva barədə ölkə mətbuatı çox yazıb. Hətta iki il əvvəl onun qurbanlarından biri olan Məcidov Sudef Hacıbala oğlu ölkə mətbuatına Fatma Yolçiyeva tərəfindən başına gətirilən zülmlərdən danışıb.

Sudef Məcidov hətta “QAFQAZ XƏBƏR MEDİA MƏRKƏZİ”ndə mətbuat konfransı keçirib Fatma Yolçiyevanı ifşa etmişdir.

Xatırladaq ki, S.Məcidov bu barədə danşarkən o zaman bildirmişdi ki, Fatma Yolçiyeva 200 min manat pulu ona sələmə vermiş və “girov müqaviləsi” adı ilə onu aldadaraq, 2,5 milyon manat dəyərində əmlakını ələ keçirib:
“Mən yaxın illərə qədər Hüseynbala Əliyev 15 ünvanında qanuni sahibkarlıqla məşğul olurdum. 2011-ci ildə mənə böyük məbləğdə pul lazım olduğuna görə, borc axtarırdım. Bu vaxt Fatma Məhəmməd qızı Yolçiyeva ilə tanış oldum. O, mənə lazım olan 200 min manatı aylıq 7,5 faizlə verəcəyini, əvəzində isə girov qoyulmasının lazım gəldiyini bildirdi. Beləliklə, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi 15 ünvanında yerləşən 180 kvadrat metrlik mağazamı Yolçiyeva Fatma Məhəmməd qızı girov adı ilə aldadaraq ələ keçirdi”. F.Yolçiyeva ona verdiyi 200 min manat sələmdən dərhal 30 min manatı ondan alıb və bunu 2 ayın faizinə hesabladığını deyib. F.Yolçiyevanı onunla əlaqələndirən və sələm işlərində davamlı olaraq vasitəçilik edən İradə Vəliyeva da etiraf edib ki, o pulun yarısı “komisyon haqqı” olaraq ona, “Göygöz Vasif” dediyi oğlana və Sima adlı xanıma çatıb. İstər Fatma Yolçiyevanın, istərsə də İradə Vəliyevanın etirafları ilə bağlı videoçəkilişlər də olub. Sələmçi F.Yolçiyevanın şifahi surətdə onun qarşısında qoyduğu şərtə görə o 200 min manatın 7,5 faizi hesabı ilə hər ay 15 min manat pul verməliydi: “Fatma Yolçiyevaya ilk gündəki 30 min manatdan əlavə, sonrakı iki ayda daha 30 min manat pul vermişəm.
Mən 2012-ci ilin aprelin 12-də şərlənərək həbs olundum. Sonradan öyrəndiyimə görə, bu işdə Fatma Yolçiyevanın da əli olub və çox güman ki, mənim həbsimlə, əmlakımı mənimsəmək məqsədi güdüb. Həbsdə olduğum vaxtda Fatmaya pul ödəməyə imkanım çatmadı”. S.Məcidovun sözlərinə görə, onun yaxınları F.Yolçiyeva ilə danışmağa və razılaşmağa cəhd etsələr də, Fatma Yolçiyeva amansız şəkildə hər ay faizini tələb edib və bir müddət sonra tamamilə obyekti ələ keçirərək, özü onu başqalarına icarəyə verib: “Artıq 4 ilə yaxındır F.Yolçiyeva mənim obyektimi tam ələ keçirərək,başqalarına icarəyə verir və hər ay 14 min manata yaxın pul qazanır. Mənim mağazamın iki milyon beş yüz min qiyməti olsa da, o obyekt Yolçiyeva Fatma tərəfindən 200 min manat faizə borc verilməklə ələ keçirilib. 2016-cı il martın 28-də həbsdən azad olundum”.
Sudef Məcidov Fatma Yolçiyeva ilə borc hesabını bağlamaq və mülkiyyətini geri qaytarmaq istəsə də, bu, baş tutmayıb:”Dörd il içində mənim obyektimin icarəsindən 500 min manata yaxın gəlir götürüb. Fatma Yolçiyeva ilə borclarımı bağlamaq istədim, amma o, indi məndən 200 min manat və əlavə 650 min manat faiz də olmaqla, ümumilikdə 850 min manat pul tələb edir.
Mən soruşdum ki, niyə 850 min manat ödəməliyəm? O dedi ki, mən həbsdə olanda obyekti əldə saxlamaq üçün müxtəlif yerlərə rüşvət verib. O, Ali Məhkəməyə 100 min manat, Nəsimi Rayon Məhkəməsinə 50 min manat , Konstitusiya Məhkəməsinə 50 min manat, Plenuma 50 min manat və digər instansiyalara rüşvət verdiyini dedi. Artıq 1 ilə yaxındır ki, Fatma Yolçiyeva ilə məsələni həll edərək, obyektimi geri qaytarmağa çalışıram. Fatma Yolçiyeva və onun kimi sələmçilər vətəndaşların pula ehtiyacından və sadəlövhlüyündən sui-istifadə edir, onlara alqı-satqı müqaviləsi imzalatdıraraq, əmlaklarını mənimsəyirlər.
Mənimlə yanaşı, Nadir Zeynalov adlı vətəndaş da Fatma Yolçiyevanın əməllərindən Qafqaz Xəbər Agentliyinə şikayət edib və bu məsələ faktlarla ictimailəşdirilib.
Bundan başqa, Fatma Yolçiyevaya daim vasitəçilik edən İradə Vəliyeva özü etiraf edib ki, F.Yolçiyevanın sələmə salıb əmlakını mənimsədiyi şəxslər arasında sabiq İTV rəhbəri İsmayıl Ömərovun mərhum qardaşı Ələsgər Ömərov da olub”.
O zaman Sudef Məcidov hüquq mühafizə orqanlarına dəfələrlə müraciət etsə də onun şikayətlərinə hüquqi qiymət verilməmişdir.
Ancaq bu iki il ərzində, ölkədə bəzi məmurlar öz postları ilə vidalaşandan sonra onların hüquq mühafizə orqanlarında olan dayaqları da zəifləməyə başladı. Oliqarx çevrənin laxlaması nəticəsində Fatma Yolçiyeva Sudef Məcidovla görüşərək razılığa gəlməyə məcbur oldu ki,bunun səbəbi haqda bir qədər sonra yazıda danışacağıq.
Daxil olan məlumata görə Fatma Yolçiyeva mətbuatda ifşa olunandan sonra Sudef Məcidova dəymiş ziyanın bir hissəsini ödəyib. Ona bu jesti etməyi isə onun pərdə arxasında gizlənən himayədarları tapşırıq veriblər.
Bu gün Sudef Məcidov demək olar ki, daha Fatma Yolçiyevadan şikayətçi deyil. Ancaq burda bir məqam var; Fatma Yolçiyevanın özünə qalsaydı mətbuatda ifşa edilsə də , Sudef ondan heç qara qəpik də ala bilməyəcəkdi.
Belə ki,Fatma Yolçiyeva özü də Sudef Məcidovla görüşən zaman çəkilən videoyazıda deyir ki, “mən kiməm ay Sudef, sənə verdiyim pulların yiyələri var… Və onlar da sənə verdiyim pulları tələb etdikləri üçün, mən də sənin dükanını ələ keçirib onların pullarının sənin tərəfindən “atılmağını” onlara sübut etməliydim”.
Dediyimiz kimi daxil olan məlumata görə Sudef Məcidova dəyən ziyanın bir qismi ona ödənilib. Bildirilir ki, bunu etmək haqda tapşırıq Fatma Yolçiyevaya ona görə verilib ki, onu maliyyələşdirənlər hökümətdə dayaqlarını itirməyə başlayıblar.
Belə ki, daxil olan məlumata görə Fatma Yolçiyevanın əlində cəmləşib sələmə verilən pullar Nəsimi rayon İH-nın keçmiş başçısı Nəsib Məhəməliyevdən başlayıb keçmiş nəqliyyat naziri Ziya Məmmədovacan uzanan pullardır.
Ancaq həmin şəxslər özləri Fatma Yolçiyevayla görüşməyiblər. Sadəcə Fatma bu yükün altına girəndə məsuliyyəti dərk edərək bilmək istəyib ki, o kimlərin pullarını “fırladıb” sələmə verəcək. Və onunla bu işlə bağlı görüşüb hər dəfə lazım olan məbləği ona verən Nəsimi rayon Mənzil-Kommunal Təsərrüfat İstehsalat Birliyinin keçmiş rəisi Laçın Mustafayev olub.
Fatma Yolçiyevanın Sudef Məcidovla görüşən vaxt videolentə alınan danışığında Fatma Yolçiyeva hətta özü də etiraf edir ki, Məcidov Sudefə məxsus dükanın qabağındakı artırmanı Nəsimi İH-nın işçilərinin sökməməsi üçün, o külli miqdarda rüşvət verib. Və həmin videoyazıda Nəsimi rayon Mənzil-Kommunal Təsərrüfat İstehsalat Birliyinin rəisi Laçın Mustafayevin adını çəkərək ona 50 min manat pul verdiyini söyləyir.
STOP! STOP! Axı o vaxt bu danışıqlar gedəndə Sudef Məcidov hardan biləydi ki, onun əlindən alınan dükan elə Fatma Yolçiyeva tərəfindən Nəsib Məhəməliyev və Ziya Məmmədova verilib.
Deyildiyi kimi Sudef Məcidov Fatma Yolçiyevadan 200 min manat pul alıb və əvəzində dəyəri milyonlarla ölçülən dükanını girov qoyub və sonradan da müəmmalı şəkildə həbs olunaraq 4 il məhkümluq həyatı yaşayıb.Həbsxanadan çıxan kimi isə o Fatma Yolçiyevanın yanına gələrək dükanını geri istəyib. Fatmadan rədd cavabı alandan sonra məcburiyyət qarşısında qalaraq mətbuata üz tutub.
Ancaq Sudef Məcidov mətbuata üz tutanda hardan biləydi ki, vaxtı ilə onun sahibi olduğu “Masallı market” adlanan dükanına Moskva kolbasaları almaq adı ilə gələn nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anarın elə o vaxtlar onun dükanına gözü düşüb.

Bu məsələ lap Ziya Məmmədovun AST Telmanın 300 milyon dollarına gözü düşməsini yadıma saldı. Ancaq bu başqa bir mövzunun yazısıdır…

Sudef Məcidov Fatma Yolçiyevadan rədd cavabı alandan sonra mətbuatdan savayı hüquq mühafizə orqanlarına müraciət edəndə də bilmirdi ki, onun dükanını əlindən alan əslində pərdə arxasında gizlənən nəqliyyat naziri Ziya Məmmədovdur, Fatma Yolçiyeva isə yalnız üzdə görsənən füqurdur.
Bu günləri yuxarıda adlarını qeyd etdiyimiz insanlar öz postlarını itirəndən sonra onların hüquq mühafizə orqanlarında olan qohumları da daha üzdə görsənən Fatma Yolçiyevanı müdafiə edə bilmirlər.
Məsələn ,Məcidov Sudefin sonuncu dəfə Fatma Yolçiyevanın cinayət əməllərindən Baş prokurora etdiyi müraciətdən sonra, keçmiş nəqliyyat naziri Ziya Məmmədovun qardaşı oğlu, Baş prokurorun köməkçisi Namiq Məmmədov Fatma Yolçiyevanı müdafiə edə bilməyib.
Baş prokurorluqda Namiq Məmmədovun yadına salıblar ki, onun əmisi daha nazir deyil və Fatma Yolçiyeva zərərçəkmişə dəyən ziyanı ödəyərək xəbər saytlarından onunla bağlı gedən yazıları çıxartdırmalıdır.Əks halda Fatma Yolçiyeva cinayət məsuliyyətinə cəlb olunacaq.

Bax bu xəbərdarlıqdan sonra, Fatma Yolçiyeva Sudef Məcidovu taparaq ona dəymiş ziyanın bir hissəsini ödəyib.

Daxil olan məlumata görə hələ yuxarıda qeyd etdiyimiz hadisələrdən əvvəl, Nəsib Məhəməliyev icra başçısı vəzifəsindən azad olunandan sonra vəzifəsini itirənlərdən biri də Laçın Mustafayev olub. Və əlbəttə ki, onu çox vəzifəsiz qalmağa qoymayıblar,Ziya Məmmədov onu nazirlikdə işlə təmin edib.
Ancaq Nəqliyyat Nazirliyi Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə birləşəndən sonra və Ziya Məmmədov vəzifəsini itirən kimi Laçın Mustafayev yeni nazir Ramin Quluzadə ilə bir məhəllədə qonşu olduğu üçün onunla münasibət qurmağa cəhd edir. Amma yeni nazir Laçın Mustafayevin kim olduğunu onun özündən də yaxşı bildiyi üçün heç onun üzünə belə baxmır.

Daxil olan məlumata görə Laçın Mustafayev Ziya Məmmədovun pullarından 700 min dollarını da Binəqədi RPİ-nin rəisi Namiq İsmayılova iş görmək adıyla verib.

Redaksiyamıza daxil olan məlumata görə Namiq İsmayılov həmin pula 6-cı mikrorayonda özünə villa tikdirib və Novxanıda dəniz kənarında restoran alıb. Və bu günəcən də 700 min dolları Laçın Mustafayevə qaytarmayıb. Laçın Mustafayev ondan hər dəfə verdiyi pulu tələb edəndə isə , Namiq İsmayılov Fatma Yolçiyevanın Sudef Məcidovun başına gətirdiyi oyunlardan xəbərdar olduğunu onun yadına salıb. Çıxılmaz vəziyyətdə qalan Laçın Mustafayev isə Ziya Məmmədovdan razılıq alaraq Sudef Məcidova dəyən ziyanın bir qismini Fatma Yolçiyevanın vasitəsi ilə ödəməyə başlayıb.
Laçın Mustafayev Namiq İsmayılovla son görüşdə hətta bildirib ki, guya o bu yaxınlarda Xaləddin İsgəndərovun yerinə Binəqədi rayonuna icra başçısı təyin olunacaq və ondan sonra Namiq İsmayılovun tutduğu postda qalmağı barədə yenidən fikirləşməli olacaq.

Araşdırmamız davam edir, bizi izləyin .
Adları çəkiləın şəxs və qurumların mövqeyini işıqlandırmağa hazırıq!

(365info.az)

Korrupsiya.org















OXŞAR MÖVZULAR