Qurani-Kərimin yandırılması: Hitler və Stalinin xatırlanması zərurəti
Hadisə
Oxunub: 42
2 авг 2023 | 17:23






Dünya ictimaiyyəti ideoloji amilə görə parçalanmanın zülmünü bir dəfə yaşayıb. Həmin illər daha çox “soyuq müharibə” ilə yadda qalıb. İdeoloji cəhətdən ikiyə bölünmüş dünyada çoxsaylı silahlı münaqişələr və müharibə baş verib. 1955-ci il noyabrın 1-dən 1975-ci il aprelin 30-dək (19 il, beş ay, dörd həftə, bir gün) davam etmiş Vyetnam müharibəsi, Afrikada, Latın Amerikası ölkələrində vətəndaş savaşlarını yada salmaq kifayət edir. Hələ də özünə yol tapa bilməyən Əfqanıstandakı mövcud vəziyyət də dünyanın ideoloji baxımdan ikiyə bölünməsinin törəməsidir. Həmin illərdə dünyanın bir hissəsi kommunizm ideyaları ilə xülyada yaşayır, digər qismi isə onu özünə rəqib hesab edərək planetin müxtəlif yerlərində ona qarşı mübarizə aparırdı.
Onda dünyanın bir qütbü hesab edirdi ki, “kapitalizm ölməkdə və çürüməkdədir”, qarşı tərəf, yəni kommunizm donu geymiş imperializm bu qarşıdurmada üstün idi. 1991-ci il dekabrın 30-da, yəni yarandığından 69 ilə sonra SSRİ, yaxud qarşı tərəfdəki siyasi-ideoloji dünya dağıldı. Almaniya birləşdi, Yer kürəsi sanki bütövləşdi. Dünya insanının istənilən ölkədə yaşamaq azadlığı elə bil təmin olundu. Həmin illərdə çox sayda insan Avropaya, ABŞ-yə, İsrailə köç etdi. Ancaq dünyanın bu xoşbəxtliyi uzun sürmədi. Əməkdaşlıq, dinc mühacirət yerini münaqişələr nəticəsində yaranan hadisələrə verdi. Dünyada islam adı altında fəaliyyət göstərən terror təşkilatlarına qarşı mübarizə başladı. Bu müharibə İraq və Suriyanı darmadağın hala saldı. Yunan və Misir mədəniyyətindən əvvəl olmuş şumerlərin torpağında münaqişə ocaqları yarandı. Bu sonra Afrikanın şimalında, Yəməndə inqilablarla davam etdi...

Bir sözlə, kommunizmdən sonra rəqabət üçün hədəf islam seçildi. Mənşəyi məlum olmayan, islam adı altında yaranan terror qruplaşmaları isə müsəlman dünyasına qarşı təbliğat aparmağa əsas, bəhanə verdi. Qərb dünyasının sakinləri islamı özlərinə düşmən bilməyə başladılar. 2001-ci il sentyabrın 11-də Nyu-Yorkda törədilən terror isə bu düşüncəyə təkan verdi. Bu kimi hadisələr, o cümlədən İraqda, Suriyada, Əfqanıstanda bu blokun koalisiya qüvvələrinin canlı itkisi də antiislam ovqatının təşviqinə, təbliğinə şərait yaratdı. ABŞ-də, Avropa ölkələrində islamofobiya hərəkatı yarandı. Bu, özünü müqəddəs Qurani-Kərim kitabının yandırılması ilə göstərməyə başladı. Qərbdə davam edən bu kimi hadisələrə qarşı müsəlman ölkələri davamlı olaraq etiraz etsələr də, təəssüf ki, qarşısı alınmır.
İyulun 31-i və avqustun 1-də İslam Əməkdaşlığı Təşkilatı ölkələrinin Xarici İşlər Nazirləri Şurasının videoformatda növbəti 18-ci konfransı keçirilib. Bu tədbirdə islam dünyasını maraqlandıran və narahat edən məsələlərlə yanaşı, İsveç və Danimarkada Qurani-Kərim kitabının yandırılması da müzakirə edilib. Toplantının yekununa dair yayılan yazılı açıqlamada adıçəkilən ölkələrdə baş verən hadisə sərt şəkildə qınanılıb. Təşkilat Avropa İttifaqı Komissiyasına məsələyə dair nümayəndə heyəti göndərmək haqqında qərar qəbul edib. Açıqlamada İsveç və Danimarka ilə əməkdaşlığın yenidən nəzərdən keçirilməsinə və lazım olan mövqe tutmağa çağırış edilib. İƏT Baş Katibliyi yanında İslamofobiya Müşahidə Missiyasının imkanlarının genişləndiriləcəyi də sənəddə vurğulanıb. Bundan başqa, toplantıda BMT-dən islamofobiyaya qarşı mübarizə üzrə xüsusi məruzəçi təyin etməsi istənilib.

Din xadimləri bildirirlər ki, Qurani-Kərim “oxu” ilə başlayır. Onu oxumadan müqəddəs kitaba qarşı çıxmaq nadanlıq sayılır. İclasda Küveyt İsveçdə yerli dilə tərcümə edilmiş 100 min Qurani-Kərim kitabının maliyyə xərclərini ödəyərək paylayacağına dair layihəsini açıqlayıb. Birləşmiş Ərəb Əmirliklərinin dövlət naziri, ölkəsinin Şuradakı təmsilçisi Xəlifə Şahin Əl-Marar deyib ki, İsveç və Danimarka bu təxribatçı hərəkətlərə cavab verməməklə BMT Təhlükəsizlik Şurasının 2023-cü il iyunun 14-də üzv dövlətlər tərəfindən qəbul olunmuş beynəlxalq tolerantlıq, sülh və təhlükəsizlik haqqında 2686 (2023) saylı qətnaməsini pozur. Danimarka və İsveç hökumətləri qərar və tövsiyələri diqqətə alacaqlarını bəyan ediblər. Danimarkanın XİN başçısı Lars Lökke Rasmussen “Twitter” hesabındakı paylaşımında Qurani-Kərim kitabının yandırılmasını pisləyib: “İfadə azadlığı çərçivəsində xüsusi vəziyyətlərə müdaxilə yönümündə məsələni araşdıracağıq”. İsveçin xarici işlər naziri Tobias Billström isə: “biz onları diqqətlə araşdırıb İƏT ölkələri ilə mühüm dialoqumuzu davam etdirəcəyik”, - deyib.
Avropa və ABŞ-nin müsəlman vətəndaşlarının sayı da az deyil. Hadisə baş verən ölkələrin rəsmiləri bunu azadlıq sayırlarsa, o zaman bu addım müsəlman vətəndaşlarının hüquqlarının pozulması və heysiyyətinə qarşı fəaliyyət olaraq qiymətləndirilə bilər. Odur ki, müqəddəs kitabı yandıranların davranışında cinayət tərkibli başqa hərəkətlər də aşkarlamaq mümkündür. Bu hadisəni dünyanın yenidən fərqli ideoloji qütbə bölməyə cəhd də saymaq olar. Ehtimal etmək olar ki, belə “yandırma”lar münaqişələr nəticəsində Avropa və ABŞ-yə müsəlmanların məcburi mühacirətinin qarşısını almağa hesablanıb. Bu kimi olaylar dünyanın, o cümlədən Avropa və ABŞ-nin təhlükəsizliyini də təhdid edə bilər.

Bir də Qurani-Kərim kitabını yandırmaqla yalnız kin, nifrət yayılar. Hitler, alman faşizmi sinaqoqları bombalamaq və bağlamaqla, Holokostla iudaizmi məhv edə bilmədi. Stalinin Din Əleyhinə Dövlət Komissiyası, “Allahsızlar ittifaqı” və “Mübariz allahsızlar ittifaqı” adlı təşkilatları kilsə, sinaqoq və məscidləri vəhşicəsinə dağıtmaqla SSRİ-ni dinsizləşdirməyə nail olmadı. Heç ABŞ, İsveç, Danimarka, Hindistan, Mərkəzi Afrika Respublikası, Myanma və başqa ölkələrdəki müqəddəs kitabı yandırma, yaxud müsəlmanların sıxışdırılması da islamı məhv etmək gücünə qadir deyil. Bu yolla dünyanın qütbləşdirilməsi də mümkünsüzdür. Ona görə də dünyanın “soyuq müharibə”yə qayıtmaması üçün Stalin və Hitlerin törətdiyi insanlıq əleyhinə əməllərini hərdən yada salmaq zərurəti də yaranır.
“Report” İnformasiya Agentliyi
Сегодня, 13:43
“Azneft”in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
Сегодня, 11:45
Nikol Paşinyan Qarabağ separatçılarına xəbərdarlıq edib
Сегодня, 11:04
Bu məktəbin direktoru işdən çıxarıldı
Сегодня, 10:30
Fransa Ermənistanı yeni müharibəyə təhrik edir - DTX rəisi
Сегодня, 09:40
Təhlükəsizlik orqanlarının yaranmasının 105 illiyi
Сегодня, 09:14
Tokayev: Dünyanın yeni çoxtərəfli ticarət sisteminə ehtiyacı var
Вчера, 15:46
Azərbaycan millisi İrəvana getməkdən İMTİNA ETDİ
Вчера, 14:56
İlham Əliyev BDU-ya rektor TƏYİN ETDİ
Вчера, 14:33
İpoteka və Kredit Zəmanət Fondunun nizamnaməsində dəyişiklik edildi - FƏRMAN
Вчера, 13:28
Türkiyə şəhərləri merlərini seçir: A-dan Z-yə SEÇKİ PROSESİ
Вчера, 12:47
Sabah 21° isti olacaq
Вчера, 10:46
Teleaparıcıların efir vaxtı azaldıldı
Вчера, 10:11
"Qış parkı"ndakı dayanacaqda bahalaşma - Parkinq qiymətləri
Вчера, 09:38
Azərbaycan neftini qiyməti 88 dollara düşüb
Вчера, 09:13
Azərbaycanda Elm Günüdür
Вчера, 08:51
Bu yollarda TIXAC var
26-03-2024, 16:37
İranda polis zabiti öldürüldü
26-03-2024, 15:38
Ordumuzda psixoloq işləmək istəyənlərin nəzərinə - Video
26-03-2024, 14:45
HƏMAS lideri İrana gəldi
26-03-2024, 14:24
“Krokus” teraktı: Əlişir Qasımov da həbs edilir
26-03-2024, 13:30
Bayramdan sonrakı ilk iş gününün HAVASI
26-03-2024, 12:17
"Qarabağ" cəzalandırıldı
26-03-2024, 12:06
Xankəndidə saatlı bomba aşkarlandı
26-03-2024, 11:05
Bazara çıxarılan avtomobillərin sayı kəskin artıb - VİDEO
26-03-2024, 10:27
Belarusda erməni işçilərinə QADAĞA
26-03-2024, 09:52
Cünevrədə mühüm TOPLANTI
26-03-2024, 09:31
Rusiya və ABŞ arasında danışıqlar