Ali dəyərlərin qoruyucusu
Gündəm / Siyasət
Oxunub: 106
26 авг 2023 | 11:43
Ali dəyərlərin qoruyucusu

Bu gün Azərbaycan təkcə Şərqdən Qərbə və Qərbdən Şərqə gedən yolların baş keçidi deyil, habelə siyasi-iqtisadi maraqların, dinlərin, mədəniyyətlərin, sivilizasiyaların qovuşduğu məkan, qarşılıqlı tamamlanma və vəhdət rəmzidir. Azərbaycanın Şərq və Qərb mədəniyyətləri arasında tutduğu mövqe, bu iki dünyanın zəngin mədəni irsinə sahibliyi mədəniyyət diplomatiyasında ölkəmizin önəmini son dərəcə artırır.
Azərbaycan regionda iqtisadi gücü ilə fərqləndiyi kimi, dövlət-din münasibətlərinin təkmilləşdirilməsi və inkişafı kontekstində də ciddi uğurlara imza atır. Ölkəmiz milli-mənəvi dəyərləri ilə sivilləşir, dünyaya inteqrasiya prosesi sürətlənir. Azərbaycan mədəniyyətinin geniş təbliği, sağlam mənəvi dəyərlərin qorunması ilə bağlı aparılan işlər əsas xətt olaraq davam etdirilir. Azərbaycanın imicinin yüksəldilməsində, onun dünyaya təqdimində görülən bu və ya digər işlər dövlətin maraqlarını ifadə edir.
Son illər bütün dünyada elmi-siyasi ədəbiyyatların əsas tematikası olan və gün keçdikcə daha da aktuallaşan, hətta zərurətə çevrilən mədəniyyətlərin yaxınlaşması günün vacib məsələsidir. Mədəniyyətlərarası dialoq prosesində özünəməxsus mövqeyi ilə seçilən Azərbaycanda tarix boyu müxtəlif mədəniyyətlərin, dinlərin, millətlərin, etnik qrupların nümayəndələri qarşılıqlı hörmət və mehriban qonşuluq şəraitində, bir ailənin üzvləri kimi yaşayıblar və fəxrlə deyə bilərik ki, bu ali xüsusiyyəti günümüzədək qoruyub saxlamışıq. Bu gün çoxmillətli, çoxkonfessiyalı ölkəmizdə dini etiqad azadlığı tam şəkildə təmin edilir və bütün dinlərin, xalqların, etnik qrupların nümayəndələri eyni hüquqlara malikdirlər. Xalqımızın gen yaddaşından süzülüb gələn dözümlülük, multikultural ənənə bizim üçün normal yaşayış, həyat tərzidir. Azərbaycanda heç vaxt dini, milli zəmində qarşıdurma olmayıb. Bu sahədə cəmiyyətdə formalaşmış dözümlülük, tolerant və multikultural ənənələr ilə yanaşı, düşünülmüş dövlət siyasəti də çox böyük rol oynayır. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra dövlət tərəfindən bu sahədə yaradılan bütün zəruri şərait və dəstək dünyaya örnək sayılacaq səviyyədədir.
Ölkəmizdə dövlət-din münasibətlərinin tənzimlənməsi, dini sahədə sabitliyə nail olunması, konfessiyalar arasında dözümlülük mühitinin dövlət səviyyəsində qorunub saxlanılması da Ümummilli Liderin adı ilə bağlıdır. O, tolerantlığın, birgəyaşayış mədəniyyətinin İslam dininin və Azərbaycan xalqının xarakterik xüsusiyyəti olduğunu belə ifadə etmişdir: "Azərbaycan əhalisinin çox hissəsinin etiqad etdiyi müsəlman dinində, onun kökündə də tolerantlıq var”.
Xalqlararası və mədəniyyətlərarası dialoqu, tolerantlıq ənənələrini müasir qloballaşma dövründə daha da inkişaf etdirmək, ona dəstək vermək, bütün insanların gələcəyi naminə dinlərin dialoquna nail olmaq bu gün də dövlət siyasətinin mühüm tərkib hissəsidir. Bu siyasəti inamla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyevin milli mədəniyyətin, dini-mənəvi dəyərlərin, adət-ənənələrin qorunması və inkişaf etdirilərək gənc nəsillərə çatdırılması ilə bağlı siyasəti çağdaş dövrün obyektiv reallıqları ilə şərtlənir. Ulu Öndərin zəngin dövlətçilik ənənələrinin layiqli davamçısı olduğunu əməli addımları ilə sübuta yetirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev milli-mənəvi dəyərlərimizin qorunmasına və inkişafına çox mühüm diqqət və qayğı göstərir. Dövlət başçısı ölkəmizdə dini və milli tolerantlığın tarixən mövcud olduğunu və bu tolerantlığın indiyə kimi qorunub saxlanılmasında Azərbaycan xalqının və İslam dininin misilsiz rolunu hər zaman vurğulayaraq bildirmişdir ki, "Tarixən dünya dinlərinin yayıldığı və dinc yanaşı fəaliyyət göstərdiyi qədim Azərbaycan torpağında yüz illərlə qarşılıqlı etimada və hörmətə əsaslanan mütərəqqi milli-mədəni və dini münasibətlər sistemi formalaşmışdır. Diqqətəlayiq faktdır ki, ölkəmizdə həmişə yüksək tolerantlıq mühiti hökm sürmüş, heç vaxt milli və dini zəmində ayrı-seçkilik və qarşıdurma halları baş verməmişdir. Ayrı-ayrı etiqad və inanclara malik etnosların əsrlərlə əmin-amanlıq şəraitində yaşamasında, etnik-mədəni müxtəlifliyin günümüzədək qorunub saxlanılmasında Azərbaycan xalqının və İslam dininin misilsiz tarixi rolu danılmazdır”.
Prezident İlham Əliyevin xalqımızın dini dəyərlərinə, müxtəlif dinlərə və sivilizasiyalara hörmətlə yanaşması, milli-mənəvi dəyərlərə həssas münasibətin dövlət siyasətinin prioritetlərindən birinə çevrilməsi, ölkədə güclü tolerantlıq ənənələrinin daha da möhkəmləndirilməsi Azərbaycanı nəinki regionda, bütövlükdə dünyada multikulturalizmin, dinlərarası və mədəniyyətlərarası dialoqun əsas mərkəzlərindən birinə çevirib.
Mehriban Əliyeva öz fəaliyyəti ilə həm də mədəniyyətlər və sivilizasiyalararası dialoqa necə nail olmağın yolunu göstərir. Məlumdur ki, maddi mədəniyyətin, elmin, texnologiyanın, iqtisadiyyatın, fiziki sağlamlığın, idmanın prioritetliyinə əsaslanan Qərb sivilizasiyası və mənəvi mədəniyyətin, əxlaqın, dini dəyərlərin prioritetliyinə əsaslanan Şərq sivilizasiyası ancaq bir-birini qarşılıqlı surətdə tamamladıqda onun kamil insanın formalaşmasındakı rolu haqqında söhbət açmaq olar.
Siyasi və iqtisadi kursun prioritetliyini önə çəkən, ölkənin davamlı inkişafını təmin etmək üçün möhkəm iqtisadi baza yaradan Prezident İlham Əliyevin quruculuq fəaliyyəti ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın mədəni-mənəvi dəyərlərimizin qorunub saxlanılması, inkişaf etdirilməsi və dünya ictimaiyyətinə çatdırılması sahəsində gördüyü böyük işlərlə tamamlanır ki, bütün bunlar da Azərbaycanın hərtərəfli və ahəngdar tərəqqisinə xidmət edir.
Azərbaycan qadınına xas olan ən gözəl xüsusiyyətləri özündə cəmləşdirən humanizm, nəciblik missiyasının şərəflə yerinə yetirən Mehriban xanım Əliyeva ölkəmizin ictimai-siyasi, mədəni həyatındakı xidmətinin bariz nümunəsi bu gün göz önündədir. Böyük və çoxşaxəli fəaliyyəti bütün dünyaya səs salıb. Bundan sonra da böyük islahatlar yolunda Sizə yorulmazlıq, səbr, dözüm və nailiyyətlər diləyirik.
Hörmətli Mehriban xanım Əliyeva kollektivimiz adında doğum gününüzü təbrik edirik.

Rəhimli Gülnisə Rasim qızı
Mingəçevir 7 N-li tam orta məktəbin riyaziyyat müəllimi
Сегодня, 14:39
Taksimdəki terroru törədən şəxsə 1794 il həbs cəzası verildi
Сегодня, 14:03
İlham Əliyevin Olaf Şoltsla təkbətək görüşü başladı
Сегодня, 13:40
Şoltsla Berbok Əliyevi belə qarşıladılar - Foto
Сегодня, 12:41
Qərbin puç olan ÜMİDLƏRİ – Sülhməramlıların Qarabağdan çıxarılması hansı planları POZDU?
Сегодня, 12:08
İlham Əliyev Berlindəki tədbirdə çıxış edib - VİDEO
Сегодня, 11:32
Ermənistan və Azərbaycan XİN başçılarının görüş tarixi RAZILAŞDIRILIR
Сегодня, 10:56
Ağdamdakı Birgə Monitorinq Mərkəzi bu gün fəaliyyətini DAYANDIRIR
Сегодня, 10:39
Azərbaycandakı Çernobıl əlillərinin SAYI
Сегодня, 09:48
Bu məktəblərə şagird qəbulunda YENİLİK
Сегодня, 09:22
Çin XİN başçısı: Ukraynadakı müharibənin daha da genişlənməsi riski var
Сегодня, 08:50
Bakının bir sıra yollarında tıxac müşahidə olunur
Вчера, 18:28
ABŞ-nin təzyiq “hesabatı” - hədəf müstəqil siyasət yürüdən ölkələrdir
Вчера, 16:38
Prezidentlər birgə nahar etdilər
Вчера, 16:17
Goranboyda 8-ci sinif şagirdinin qaçırılması hadisəsinin TƏFƏRRÜATI – ÖZƏL
Вчера, 15:34
Tbilisidə etirazlar: Gürcüstan “Maydan hadisələri”nin astanasındadırmı? - ARAŞDIRMA
Вчера, 14:53
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar
Вчера, 14:24
Azərbaycanın ilk ombudsmanı vəfat edib
Вчера, 14:00
İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar
Вчера, 12:27
Spirtli içkilər BAHALAŞACAQ - BU TARİXDƏN
Вчера, 12:03
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
Вчера, 11:31
Qırğızıstan Prezidenti Füzulidə səfərdədir
Вчера, 10:31
Həftəsonu 20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək
Вчера, 09:54
Azərbaycan Kuboku: 11-ci dəfə finala yüksələn “Qarabağ” “Neftçi”yə çatıb
Вчера, 09:31
Mikayıl Cabbarov Sahibkarlar Günü ilə bağlı paylaşım edib
Вчера, 09:03
Hazırda bu yollarda TIXAC var
24-04-2024, 16:54
Sabiq nazir evində ölü TAPILDI
24-04-2024, 16:27
Belarus öz ərazisində taktiki nüvə silahı yerləşdirib