Impera

XƏBƏR LENTİ
11:09Laçınlı məmurdan prezidentə şikayət olundu - İTTİHAM10:43“1000 bərəkət, halal nemət" TƏHLÜKƏSİ... - ARAŞDIRMA10:30Azərbaycan nefti həftə ərzində 2%-ə yaxın bahalaşıb10:18Atəşkəs 22 dəfə pozulub15:09Müxalifətin mitinqində “Sipark”a etirazlar – Video11:35Binəqədi DSMF-dən ciddi narazılıq11:30Türkiyə ordusuna hücum: şəhid və yaralı var11:25Qobustanda ev yandı, Bakıda faciənin qarşısı alındı11:21Cüdoçu qızlarımız Sloveniyada 6 medal qazanıblar11:15Əli Kərimli: “Az qala ölürdüm” / Siyavuş Novruzov: “Təxribat törətməyəydin”16:32Bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsinə başlanılıb - Bu gündən16:08Gələn həftə dəyişikliklərin START DÜYMƏSİ BASILIR... - Kimlər gedir?15:54Rafael Cəbraylovun binaları sökülərsə... - "...binaların çoxu “kaçalka”ların yerində tikilib"15:34Ceyhun Bayramov işinin öhdəsindən gəlirmi? - Görünəni odur ki...15:22UEFAdan İKİLİ STANDART!!! - “Qarabağ”ı cərimələdi, amma erməni təxribatı ilə bağlı açıqlama vermədi13:00BANK SEKTORUNA “SARI VƏRƏQƏ” – Məmur-bankirlər son müşavirədən nəticə çıxaracaqlarmı?12:33Türkiyəyə qarşı ŞOK TƏLƏBLƏR: 60 deputat imzaladı12:11Sabiq nazir oğlu Londondakı şirkətlərini niyə bağlayıb?11:56Texniki-Humanitar Liseydə bazar qanunları - İTTİHAM11:34Vilayət Eyvazovdan növbəti — TƏYİNAT00:05Gömrük Generalının Çexiyadakı nəhəng mülkləri-FOTOLAR20:35"Bakı Metropoliteni"nin bütün stansiyalarının rəisləri və müavinləri dəyişib - SİYAHI20:17Sahil Babayevin abadlaşdırdığı “xarabalığın” əsl memarı Füzuli Ələkbərov: - Keçmiş nazir hələ “göylərdədir”20:06Azərbaycanda internetin sürəti ilə bağlı MÜƏMMA - Nazirlik inkar edir19:51"Radikal və dağıdıcı müxalifətdən qurtuluşun zamanı yetişib" - Əli Həsənov19:35Qubadlının icra başçısı Xətaiyə gətirilir? - İDDİA16:40Руководитель пресс службы “Kонгресса Азербайджанцев” РСО-Алания Эльчин -Шукур, встретился с Уполномоченным по правам человека Чеченской республики Нухажиев Нурди Садиевичом.16:17SDU-da “Azərbaycanda elmin və təhsilin inkişafında Bakı Dövlət Universitetinin rolu” mövzusunda elmi-praktik konfrans keçirildi15:55Azərbaycanda bu şəxslər övladlığa uşaq götürə bilməyəcək15:51İradə Gülməmmədova Xırdalan şəhər sakinlərilə görüşdü15:41Prezident Rövşən Rzayevi qəbul edib15:22“Araz-Alko” MMC-də müəmmalı olaylar... - Müraciət...15:05Türkiyədə dollar ucuzlaşdı14:48Taleh Qaraşovla bağlı iddia... - VİDEO14:28Ağsuda nə baş verir? - İTTİHAM14:14İlham Əliyev hansı nazirlərlə vidalaşır? – arxaik idarəçiliyə son!12:54Oqtay Şirəliyev yola salınır - SƏHİYYƏ NAZİRİ İŞ OTAĞINI BOŞALTDI12:33Ceyhun Bayramov buralara bir göz atsa... - İTTİHAM12:14Suriya hökuməti Türkiyə-ABŞ sazişinə münasibət bildirdi11:49Miqrasiya xidməti əməkdaşı bir milyonluq əmlakı qəsb olunmuş gürcü sahibkarı niyə deport etmək istəyib-VİDEO11:22“Tək qadınam, dərs saatım yoxdur” - Deputatdan ŞİKAYƏT11:09Samir Şərifovun adamı "casus" peşində... - İDDİA10:47Bir qrup məmurun korrupsiya əməlləri ifşa oldu - Video10:27"Prezident gözəl bilir ki, kimlər qudurub" - Siyasi elmlər doktoru10:13Stokholmda “İsveç və Azərbaycan arasındakı dostluq münasibətlərinin təşviqi” adlı tədbir keçirilib10:13Stokholmda “İsveç və Azərbaycan arasındakı dostluq münasibətlərinin təşviqi” adlı tədbir keçirilib09:51Bu gün Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür - Bayrammz mübarək!!!09:51Bu gün Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür - Bayrammz mübarək!!!23:27Prezidentin ayırdığı pullar Ağsuda necə mənimsənilir?-FOTOLAR18:29Erməni alayı Qarabağ üçün hazırlaşır - Ölmək üçün səfərbər olurlar...18:1118 oktyabr - Müstəqillik haqqında Azərbaycan Respublikasının Konstitusiya Aktının qəbuluna dair 5 tezis - Əli Həsənov17:34Əli Əsədova “yaşıl işıq” – Baş nazir kadr dəyişikliklərinə başlayır16:26VƏRƏM MÜALİCƏ OLUNANDIR, KORRUPSİYA XƏSTƏLİYİ YOX-VİDEO15:30İki ay icra başçısında "haqq" çatdıra bilmədi işini itirdi - Alı Alıyev yerli məmurları necə şantaj edir?15:11Yaşlı nəslin yaxşı xatırladığı o Azərbaycan... – Əhmədov14:59Azərbaycanın Avropa İttifaqı ölkələri ilə ticarət dövriyyəsi 3%-dən çox artıb14:48Mayk Pens ANKARADA14:33Hava buludlu olacaq14:12Təhsil naziri: Ali məktəblər tələbələrin ödədiyi təhsil haqqından asılı vəziyyətdədir13:59XƏZƏR RAYONUNUN İNDİKİ BAŞÇISI SƏLƏFİNƏ QARŞI SAYMAMAZLIQ EDİB?13:14İlk "El Klassiko"nun vaxtı dəyişdirilir12:54Şişirdilən rəqəmlər, saxta tenderlər... - Və müəmmalı susqunluq...12:38“Ciddi kadr islahatlarının şahidi olacağıq” - Deputat məmurların düşmənçiliyindən DANIŞDI12:0813 saylı Cəzaçəkmə müəssisəsində NƏHS GÜNLƏR... - İTTİHAM11:30Göygöl SSİ-nin ÖZBAŞINALIĞI HARA GEDİR? Dımbılı cuvar Əhmədzadəni cadu-piti etdirib? - SƏHİH DETALLAR11:26Polkovnikdən Fuad Ələsgərova məktub var: “Ümidim Sizədir…”11:25Deputat Ülvi Quliyevin oğlu 18 yaşında Avropada şirkət açıb —FOTO11:20"Bütün bunlar Sizin işlədiyiniz dövrdə olub" - Əbülfəs Qarayevə müraciət21:3310 min manat rüşvət verməklə vəzifəyə təyin olunub-Qazanda bir tikə ət qalıb, onu kim yeməlidir?21:10"BAZARSTORE"- də kassaları azaldıblar ki, müştəriləri basabasda rahat aldatsınlar...18:07Prezident Mayıl Əhmədovu təltif etdi17:41“Qiymət artımını ciddi şəkildə hiss edəcəyik” - İlk zərbə hansı məhsullardan gələcək?17:25Rafael Cəbrayılov villasını satışa çıxartdı – Qardaşı ilə böyük qalmaqal17:12İlham Əliyevdən 7 milyonluq SƏRƏNCAM16:54DSMF-in direktor müavininin məhkəmə özbaşınalığı - Müraciət...16:30Dövlət Komitəsindən ƏCAİB ÇAĞIRIŞ... - Güləkmi, ağlayaqmı?16:16Azərbaycanda vəzifəli şəxsə cinayət işi açıldı – BU MADDƏ İLƏ15:55"5 min dollar verirəm, o xanım gəlib bizim stolda otursun"15:34Zakir Həsənov idarə rəisini işdən çıxardı - TƏYİNAT15:19Nazirə müraciət: “5-ci polis bölməsi şikayətimə baxmır” – Foto15:03"Qarabağ"dan 3 futbolçu – UEFA açıqladı14:46Müstəqillik Günü münasibətilə Heydər Əliyev Mərkəzinin parkında konsert olacaq14:30"Şəmsəddin Xanbabayev istəsə..." - GİLEY13:56Özü iki müharibənin veteranı, oğlu da 2 Aprel Savaşı döyüşçüsü... - Sosial durumu ağırdır...13:39Azərbaycanda yeni sığorta fırıldağı – ÖLƏN ADAMLARLA BİZNES13:22Erməni səfir Paşinyanı necə ifşa etdi? - “Əvvəl Serj, sonra Kim Kardaşyan...”13:04Gürcü sahibkarın bir milyonluq malı əlindən çıxıb-Leyla Janasianı tora salan dələduzlar kimlərdir12:49Bakıda saatlar tutuşduruldu - Ermənistan üçün Suriya “tələsi”12:16Gəncədə naqolay kadr islahatları... - İDDİA11:49İmişlidə maliyyə maxinasiyaları... - İTTİHAM11:27“Tac Mahal MTK” yenə də narazılıq yaradır... - GİLEY11:13Cəlilabadda süqut edən təhsil sistemi - İTTİHAM10:53Günün məzənnəsi açıqlandı - Mərkəzi Bank10:32Azərbaycana Qarabağda antiterror əməliyyatı aparmağa nə MANE OLUR… - TƏHLİL21:49BNA-nın şok planı - İDDİA21:31Türkiyəni təkləmək cəhdi: Vaşinqton təzyiqləri, Ankara israrını artırır - TƏHLİL21:22Sığorta şirkətlərinin fəaliyyətində MÜƏMMA - İLGİNC21:07Gədəbəy təhsilində biabırçı mənzərə... - İTTİHAM20:56Yeni baş nazir onunla işləmək istəmədi... - İDDİA16:08İstehlak Mallarının Ekspertizası Mərkəzi dövlət vəsaitini belə xərcləyir-Tender müəmması
BÜTÜN XƏBƏRLƏR
Oktyabr 2019 (328)
Sentyabr 2019 (617)
Avqust 2019 (631)
İyul 2019 (563)
İyun 2019 (423)
May 2019 (557)

«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Elmar Vəliyev prezidentin qovduğu məmurun əli ilə ev yıxır, adam döyür - Video

07 iyn 2018, 10:36   
    358
Elmar Vəliyev prezidentin qovduğu məmurun əli ilə ev yıxır, adam döyür - VideoGəncədə Həsən Əliyev küçəsinin sakinlərinin evlərini yerlə-yeksan edirlər

Məlumata görə, bu haqsızlığa dözməyən sakinlər etiraz səsini ucaldıblar.

Feysbukda “Azərbaycan bizimdir” səhifəsində yayılmış videoda onlar prezidentə müraciət ediblər.

Gəncədə çayın kənarında yerləşən evləri plana salınması və kvadratı 300 manatdan təzminat təklif olunması vətəndaşları ayağa qaldırıb.

Onların sözlərinə görə, bu özbaşınalığın arxasında duran şəxs Məharət Mustafayevdir. Mə.Mustafayev Kəpəzin sabiq icra başçısı və hazırda Gəncə ŞİH-də Memarlıq və Şəhərsalma İdarəsinin rəisidir.

Prezidentin sərəncamı ilə vəzifəsindən azad olunan M.Mustafayevi qoruyan, onu qanadı altına alaraq dövlət başçısına qarşı çıxan Gəncə meri Elmar Vəliyev onun əli ilə evlər yıxır.

Prezidentin vəzifədən çıxardığı şəxsə vəzifə verən E.Vəliyev M.Mustafayevdən məharətlə istifadə edir.

İcra başçısının sağ əli sayılan idarə rəisi H.Əliyev küçəsinin sakinlərinə “divan tutmaqda” ittiham olunur. Video kadrdan görünür ki, sakinlər M.Mustafayevin onları təhqir etdiyini bildirirlər.

H.Əliyev küçəsində yaşayanlardan biri Reyhan Rzayeva deyir ki, M.Mustafayev insanları döyür, söyür, uşaqları küçələrə salır:

“Deyirik ki, bizə nə verirsiz? Qayıdır ki, kirayəyə gedin, ev tikib verəcəm. Bizi əsassız yerə polis idarələrində saxladır.

Məni apardı 4 saat polisdə saxladılar. Uşağın burnundan qan açıldı. Qardaşım Qarabağ qazisidir, atam 91-lərdən olub, özümüz Kəlbəcər köçkünüyük. Məharət Mustafayev qadın, qoca bilmir, hamını təhqir edir, qolunu burdurur”.

Digər sakinlər də qeyd edirlər ki, onlar Gəncədə çayın kənarında yaşayırlar: “Prezidentə şikayətimiz çatdırılmır.

Məharət Mustafayev deyir ki, əlimin içindən gəlir edirəm. Oğlanlarımızın qolunu bururlar. 300 manatdan kompensasiya təklif edirlər. Bizi evdən çıxarıb çöllərə salırlar. 1200-1500 manatdan versinlər, çıxaq”.

M.Mustafayevdən şikayətlər kifayət qədər çoxdur. Mətbuatda onlarla şikayətlər dərc olunub.

Məsələn, Rusiya vətəndaşı Tutu Gürzalı qızı Əhmədova Məharət Mustafayev tərəfindən aldadılaraq 100 min dollarının mənimsənildiyini bildirmişdi.

1983-cü ildən Rusiyada yaşayan və həmin ölkənin vətəndaşı olan Tutu Əhmədova 2012-cü ildə vətənə dönüb və əlindəki 100 min dollar vəsaitlə torpaq almaq fikrinə düşüb.

2013-cü ildə Gəncə şəhəri, Nizami rayonunun icra hakimiyyətinin başçısı olan Məharət Mustafayevlə alqı-satqı haqqında danışıq aparıb.

İH başçısı qadına torpaq sahəsini göstərib, heç bir sənəd verilmədən əlində olan 100 min dolları alıb.

Başqa bir fakt: M.Mustafayevin adı 27 yaşlı xanım işçisi, 2 uşaq anası Gülnar Günəşlini özünü öldürmə həddinə çatdırmaqda əsas fiqur kimi keçirdi.

G.Günəşlinin intihara cəhd faktı üzrə materialı araşdıran Səbayel rayon prokurorunun köməkçisi İsmayıl Rövşənovun qərarına diqqət.

Sitat: “Hamilə olduğu müddətdə Məharət Mustafayevin ona qarşı münasibətinin çox yaxşı olduğunu, hətta ona qızım deyə müraciət etdiyini, M.Mustafayevdən rəhbər kimi heç bir narazılığının olmadığını bildirmişdir.

Lakin övladı dünyaya gələndən sonra Məharət Mustafayevin ona qarşı münasibətinin tamam dəyişdiyini və ona qarşı hisslərinin olduğunu, onu sevdiyini dediyini, telefon vasitəsilə çoxsaylı sevgi mesajları, sevgi musiqiləri göndərdiyini, onunla evlənmək istədiyini dediyini bildirmişdir.

O, Məharət Mustafayevə dəfələrlə 2 azyaşlı övladının olduğunu, bir daha evlilik düşünmədiyini, atası yaşında olduğunu, aralarında 31 yaş fərq olduğunu və hərəkətlərinin yaşına yaraşmadığını dəfələrlə dediyini, bu hərəkətlərindən əl çəkməsini bildirib.

Belə əməllərin sahibi olan şəxsi prezident vəzifədən qovduğu halda, E.Vəliyev ona idarə rəisi postunu həvalə edib. O da öz növbəsində ev yıxmaqla, qadınları, uşaqları əzməklə məşğuldur.

Bir müddət əvvəl M.Mustafayev Göygöldə bələdiyyə sədrini döydüyünə görə, barəsində Cinayət Məcəlləsinin 309.2 (vəzifə səlahiyyətlərini aşma) və 221.1-ci (xuliqanlıq) maddələri ilə cinayət işi açılmışdı. M.Mustafayevin adı bu tipli insidentlərdə ilk dəfə hallanmır.

Sabiq başçının hələ ötən ilin iyun ayında Gəncə Dövlət Universitetinin müəllim və tələbə kollektivini zorla iməciliyə çıxarıb, onların ünvanlarına nalayiq kəlmələr işlədib təhqir etməsi barədə xəbərlər yayılmışdı.

Həmin hadisədən sonra Gəncə Dövlət Universitetinin müəllim kollektivi isə M.Mustafayevin onlardan üzr istəməsini tələb etmişdi.

Bundan başqa, M.Mustafayevi adı avtobus sürücüsünün burnunu qırmaqda, polis əməkdaşını döyməkdə də hallanırdı.

Xatırladaq ki, M.Mustafayev Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyətinin başçısı təyin olunmamışdan əvvəl Yevlax rayon torpaq şöbəsinin müdiri vəzifəsində çalışıb.(fia.az)

Korrupsiya.org
OXŞAR MÖVZULAR