Martın 8-də spirtli içki içməyin! - ÜST
Gündəm / Sosial
Oxunub: 13
8 мар 2024 | 09:35
Martın 8-də spirtli içki içməyin! - ÜST

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) döş xərçəngi xəstəliyinin inkişaf riski ilə əlaqədar 8 Mart Beynəlxalq Qadınlar Gününün qeyd olunması zamanı spirtli içki qəbul etməməyi tövsiyə edib.

Bu barədə qurumun Avropa Bürosunun bəyanatında deyilir.

“Bir çox insanlar alkoqol istehlakının qadınlar arasında ən çox rast gəlinən xərçəng xəstəliyi, süd vəzi xərçəng xəstəliyi üçün əsas risk faktoru olduğunu nəzərə almayaraq, 8 Mart Beynəlxalq Qadınlar Gününü spirtli içki badəsini qaldıraraq qeyd edəcəklər”, - sənəddə bildirilir.

Ümumdünya Səhiyyə Təşkilatı hesab edir ki, alkoqol və döş xərçəng xəstəliyi arasındakı bu əlaqə haqqında məlumatlılığın aşağı olması xəstəliyin qarşısının alınmasında əsas maneədir və qadınların sağlamlığı üçün narahatlıq yaradır.

"Bu yaxınlarda aparılan araşdırmada məlum olub ki, Avropanın 14 ölkəsində qadınların yalnız 21 %-i alkoqol qəbulu ilə süd vəzi xərçəngi xəstəliyinə tutulma riski arasında əlaqənin olduğunu bilib. Kişilər arasında məlumatlılıq daha da aşağı idi - sorğuda iştirak edən kişilərin yalnız 10 %-i bu əlaqəni bilib", - açıqlamada əlavə olunur.

Təşkilat, döş xərçəng xəstəliyi vəziyyətində spirt istehlakının bir çox döş xərçəngi xəstəliyinin inkişafı və yayılmasında mühüm rol oynayan estrogen səviyyələrinə təsirini izah edib. Alkoqolun bu hormonların səviyyəsinə təsiri artmış riski qismən izah edə bilər.

"Döş xərçəng xəstəliyi 2022-ci ildə 600 mindən çox xəstəliyin qeydə alındığı ÜST-nin Avropa regionunda qadınlar üçün ciddi sağlamlıq problemidir. Avropadakı qadınlar üçün döş xərçəngi alkoqolun yaratdığı əsas xəstəlikdir. Alkoqolla əlaqəli bütün xərçəng xəstəliklərinin 66 % -ni təşkil edir", - sənəddə vurğulanır.
Сегодня, 16:10
Türkiyədə 39 küçəyə şəhidlərimizin adı verildi
Сегодня, 15:30
Prezident bu qanuna dəyişiklik etdi
Сегодня, 15:02
Kremldən “Crocus City Hall”un bərpası ilə bağlı açıqlama
Сегодня, 13:43
“Azneft”in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
Сегодня, 11:45
Nikol Paşinyan Qarabağ separatçılarına xəbərdarlıq edib
Сегодня, 11:04
Bu məktəbin direktoru işdən çıxarıldı
Сегодня, 10:30
Fransa Ermənistanı yeni müharibəyə təhrik edir - DTX rəisi
Сегодня, 09:40
Təhlükəsizlik orqanlarının yaranmasının 105 illiyi
Сегодня, 09:14
Tokayev: Dünyanın yeni çoxtərəfli ticarət sisteminə ehtiyacı var
Вчера, 15:46
Azərbaycan millisi İrəvana getməkdən İMTİNA ETDİ
Вчера, 14:56
İlham Əliyev BDU-ya rektor TƏYİN ETDİ
Вчера, 14:33
İpoteka və Kredit Zəmanət Fondunun nizamnaməsində dəyişiklik edildi - FƏRMAN
Вчера, 13:28
Türkiyə şəhərləri merlərini seçir: A-dan Z-yə SEÇKİ PROSESİ
Вчера, 12:47
Sabah 21° isti olacaq
Вчера, 10:46
Teleaparıcıların efir vaxtı azaldıldı
Вчера, 10:11
"Qış parkı"ndakı dayanacaqda bahalaşma - Parkinq qiymətləri
Вчера, 09:38
Azərbaycan neftini qiyməti 88 dollara düşüb
Вчера, 09:13
Azərbaycanda Elm Günüdür
Вчера, 08:51
Bu yollarda TIXAC var
26-03-2024, 16:37
İranda polis zabiti öldürüldü
26-03-2024, 15:38
Ordumuzda psixoloq işləmək istəyənlərin nəzərinə - Video
26-03-2024, 14:45
HƏMAS lideri İrana gəldi
26-03-2024, 14:24
“Krokus” teraktı: Əlişir Qasımov da həbs edilir
26-03-2024, 13:30
Bayramdan sonrakı ilk iş gününün HAVASI
26-03-2024, 12:17
"Qarabağ" cəzalandırıldı
26-03-2024, 12:06
Xankəndidə saatlı bomba aşkarlandı
26-03-2024, 11:05
Bazara çıxarılan avtomobillərin sayı kəskin artıb - VİDEO