Impera

XƏBƏR LENTİ
18:00İlham Əliyevdən növbəti sərəncam17:45Beyləqanda əcaib-qəraib olaylar... - İDDİA17:30İlham Əliyev Lənkərana 2,3 milyon manat ayırdı17:15“26-lar” kafesinin sahibinin oğlu, “Gelandevagen”li Qasımov niyə bıçaqlanıb? – FOTO17:00İlham Əliyev Şahin Mustafayevi vəzifəsindən azad etdi16:36Daha 8 oyuna hakim təyinatları açıqlandı - Çempionlar Liqası16:23Milli Kitabxanada növbəti kitab sərgisi ədəbiyyatşünas alimə həsr olunub16:13Ərdoğan və Putin arasında görüş başladı - Soçidə16:00Gəncənin “təhsil şefi” haqqında ŞOK İTTİHAMLAR - “Zakir Hüseynov üçün idarəçilikdə heç bir sərhəd, qayda-qanun yoxdur”15:44Sahil Babayevin işçilərinə qarşı SƏRT İTTİHAMLAR - Müraciət...15:41Sumqayıt Dövlət Universitetinin əməkdaşlarının əməkhaqları növbəti dəfə artırıldı.15:23Bu saxtakarlıq Azərbaycan polisi üçün başucalığıdır14:41Gəncənin abadlaşmasına ayrılan milyonlar necə xərclənir?14:23Goranboyda icra başçısı ortalarda görünmür... - Şikayətçilər isə qapıdan qovulur...14:11"Milli Qəhrəman Mübariz İbrahimovu təhqir edən Nərmini hansı cəza gözləyir?"-Hüquqşünas rəyi13:47Qusarda dağlıq əraziyə düşən şəxsin ölümü ilə bağlı DƏHŞƏTLİ FAKTLAR13:20Ağsunun yeni icra başçısı da sakinləri dinləmir... – “Kəndimizin örüş sahələri satılıb”13:17"120 saat bitir" - Ərdoğandan xəbərdarlıq12:38Əli Əsədovun kabineti yenilənir... - Daha kimlər yol üstündədir?..12:20LC Waikiki mağazasında müştərilərə qarşı hörmətsizlik - GİLEY12:08SABİQ MƏMURUN ŞİRKƏTİNƏ 2 MİLYONLUQ DAHA BİR TENDER – “Azəri Servis LTD”-nin “udduğu” tenderlərin sayı-hesabı yoxdur11:53“Flaqman” halal kolbasa satmır: etiraf, vəhabi izi, 1,3 ton atılmış məhsul… – Sensasiya10:51Payız-qış mövsümünə hazırdırmı? - Rəsmilər danışır10:37Vahid Əhmədov: Yəqin ki, kadr islahatlarının davamı olacaq10:22Bu rayonlarda qaz təchizatı DAYANDIRILACAQ10:11Atəşkəs 20 dəfə pozuldu18:00Oqtay Şirəliyev də gedir... - Gözlənti17:45Prezidendən Qüdrət Qurbanovla bağlı SƏRƏNCAM17:40Azərbaycanda vəzifəli şəxs qəzaya düşdü -17:18Uşaq pulu ilə bağlı ŞAD XƏBƏR17:09Prezident Tünzalə, Röya və Miri Yusifə “Xalq artisti” adı verdi16:52Prezident Əli Həsənovu vəzifəsindən azad etdi16:24300-dən çox İŞİD terrorçusu məhv edilib - Akar16:15Prezident bu şəxsləri təltif etdi16:02"Uninet"-in əndrabadi qanunları - ŞİKAYƏT15:49“Dedilər, bu işlər elə-belə görülmür” - Ağdamda NARAZILIQ14:40Dəniz limanlarında 6,7 milyon tonluq yükləmə-boşaltma işləri həyata keçirilib14:32Adil Vəliyevin kadrları da özü kimi işləyir... - Sakinləri dinləyən yoxdur...14:20Bankların "YASMİN" TAMAHI... - İTTİHAM14:08Azərbaycan şəhərində PKK-ya abidə qoyuldu - FOTO13:58Dərmanları həm baha, həm də saxta... - İTTİHAM13:47Ləğv edilmiş dövlət qurumunun rəhbərinə yeni vəzifə verilib12:51Əliyar Qasımovun dostu tərəfindən bıçaqlanmasının TƏFƏRRÜATI - "Çıxanda bizimlə hesablaşacaq"12:41Metyu Brayza: Əgər ABŞ Konqresi NATO-nun müttəfiqini düşmən hesab edirsə, dünya ağlını itirib - ÖZƏL12:32"Beşiktaş"da yeni prezident12:18Bakıda “Sovet dövründə Türkiyəni Vətən seçənlər” mövzusunda fotosərgi açılacaq12:07R.Tağıyevin siyasi orientasiyasının ciddi araşdırılmasına ehtiyac vardır - Təhsilimizə uzanan barmaqlar...12:03Razi Nurullayev: “Rəngli inqilablar dövrü keçib”11:30"Bütün bunlardan artıq bezmişik" - Xaçmazda ÖZBAŞINALIQ11:09Laçınlı məmurdan prezidentə şikayət olundu - İTTİHAM10:43“1000 bərəkət, halal nemət" TƏHLÜKƏSİ... - ARAŞDIRMA10:30Azərbaycan nefti həftə ərzində 2%-ə yaxın bahalaşıb10:18Atəşkəs 22 dəfə pozulub15:09Müxalifətin mitinqində “Sipark”a etirazlar – Video11:35Binəqədi DSMF-dən ciddi narazılıq11:30Türkiyə ordusuna hücum: şəhid və yaralı var11:25Qobustanda ev yandı, Bakıda faciənin qarşısı alındı11:21Cüdoçu qızlarımız Sloveniyada 6 medal qazanıblar11:15Əli Kərimli: “Az qala ölürdüm” / Siyavuş Novruzov: “Təxribat törətməyəydin”16:32Bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsinə başlanılıb - Bu gündən16:08Gələn həftə dəyişikliklərin START DÜYMƏSİ BASILIR... - Kimlər gedir?15:54Rafael Cəbraylovun binaları sökülərsə... - "...binaların çoxu “kaçalka”ların yerində tikilib"15:34Ceyhun Bayramov işinin öhdəsindən gəlirmi? - Görünəni odur ki...15:22UEFAdan İKİLİ STANDART!!! - “Qarabağ”ı cərimələdi, amma erməni təxribatı ilə bağlı açıqlama vermədi13:00BANK SEKTORUNA “SARI VƏRƏQƏ” – Məmur-bankirlər son müşavirədən nəticə çıxaracaqlarmı?12:33Türkiyəyə qarşı ŞOK TƏLƏBLƏR: 60 deputat imzaladı12:11Sabiq nazir oğlu Londondakı şirkətlərini niyə bağlayıb?11:56Texniki-Humanitar Liseydə bazar qanunları - İTTİHAM11:34Vilayət Eyvazovdan növbəti — TƏYİNAT00:05Gömrük Generalının Çexiyadakı nəhəng mülkləri-FOTOLAR20:35"Bakı Metropoliteni"nin bütün stansiyalarının rəisləri və müavinləri dəyişib - SİYAHI20:17Sahil Babayevin abadlaşdırdığı “xarabalığın” əsl memarı Füzuli Ələkbərov: - Keçmiş nazir hələ “göylərdədir”20:06Azərbaycanda internetin sürəti ilə bağlı MÜƏMMA - Nazirlik inkar edir19:51"Radikal və dağıdıcı müxalifətdən qurtuluşun zamanı yetişib" - Əli Həsənov19:35Qubadlının icra başçısı Xətaiyə gətirilir? - İDDİA16:40Руководитель пресс службы “Kонгресса Азербайджанцев” РСО-Алания Эльчин -Шукур, встретился с Уполномоченным по правам человека Чеченской республики Нухажиев Нурди Садиевичом.16:17SDU-da “Azərbaycanda elmin və təhsilin inkişafında Bakı Dövlət Universitetinin rolu” mövzusunda elmi-praktik konfrans keçirildi15:55Azərbaycanda bu şəxslər övladlığa uşaq götürə bilməyəcək15:51İradə Gülməmmədova Xırdalan şəhər sakinlərilə görüşdü15:41Prezident Rövşən Rzayevi qəbul edib15:22“Araz-Alko” MMC-də müəmmalı olaylar... - Müraciət...15:05Türkiyədə dollar ucuzlaşdı14:48Taleh Qaraşovla bağlı iddia... - VİDEO14:28Ağsuda nə baş verir? - İTTİHAM14:14İlham Əliyev hansı nazirlərlə vidalaşır? – arxaik idarəçiliyə son!12:54Oqtay Şirəliyev yola salınır - SƏHİYYƏ NAZİRİ İŞ OTAĞINI BOŞALTDI12:33Ceyhun Bayramov buralara bir göz atsa... - İTTİHAM12:14Suriya hökuməti Türkiyə-ABŞ sazişinə münasibət bildirdi11:49Miqrasiya xidməti əməkdaşı bir milyonluq əmlakı qəsb olunmuş gürcü sahibkarı niyə deport etmək istəyib-VİDEO11:22“Tək qadınam, dərs saatım yoxdur” - Deputatdan ŞİKAYƏT11:09Samir Şərifovun adamı "casus" peşində... - İDDİA10:47Bir qrup məmurun korrupsiya əməlləri ifşa oldu - Video10:27"Prezident gözəl bilir ki, kimlər qudurub" - Siyasi elmlər doktoru10:13Stokholmda “İsveç və Azərbaycan arasındakı dostluq münasibətlərinin təşviqi” adlı tədbir keçirilib10:13Stokholmda “İsveç və Azərbaycan arasındakı dostluq münasibətlərinin təşviqi” adlı tədbir keçirilib09:51Bu gün Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür - Bayrammz mübarək!!!09:51Bu gün Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür - Bayrammz mübarək!!!23:27Prezidentin ayırdığı pullar Ağsuda necə mənimsənilir?-FOTOLAR18:29Erməni alayı Qarabağ üçün hazırlaşır - Ölmək üçün səfərbər olurlar...18:1118 oktyabr - Müstəqillik haqqında Azərbaycan Respublikasının Konstitusiya Aktının qəbuluna dair 5 tezis - Əli Həsənov
BÜTÜN XƏBƏRLƏR
Oktyabr 2019 (376)
Sentyabr 2019 (617)
Avqust 2019 (631)
İyul 2019 (563)
İyun 2019 (423)
May 2019 (557)

«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

İmişli rayon Yalavac kənd bələdiyyəsinin sədri Qəhrəman Qəhrəmanov Kamil Kərimova dəmir yol xəttinin mühafizə zolağını necə satıb? - FOTO

18 iyl 2018, 10:23   
    136
İmişli rayon Yalavac kənd bələdiyyəsinin sədri Qəhrəman Qəhrəmanov Kamil Kərimova dəmir yol xəttinin mühafizə zolağını necə satıb? - FOTOBir neçə gün əvvəl Conflict.az İmişli rayon Yalavac kənd bələdiyyəsinin sədri Qəhrəman Qəhrəmanovun fəaliyyətinin Ədliyyə nazirliyi tərəfindən araşdırılması ilə bağlı məlumat dərc etmişdi.
İmişli rayon Yalavac kənd bələdiyyəsinin sədri Qəhrəman Qəhrəmanov Kamil Kərimova dəmir yol xəttinin mühafizə zolağını necə satıb? - FOTO
Məlumatda bildirilirdi ki, adı mütəmadi olaraq kənd sakinlərinə məxsus torpaq sahələrinin müxtəlif adlar altında ayrı-ayrı şəxslərə satışı qalmaqallarında hallanan Yalavac bələdiyyəsinin sədri Qəhrəman Qəhrəmanov iş adamı Kamil Kərimova dəmir yol xəttinin mühafizə zolağında kommersiya məqsədli obyektin tikintisi üçün icazə sənədi verib. Və onu da xatırlatmışdıq ki, Kamil Kərimov rayonda ana və uşaq ölümlərində daha çox adı hallanan həkim-ginekoloq Əzizə Məmmədovanın həyat yoldaşıdır.
İmişli rayon Yalavac kənd bələdiyyəsinin sədri Qəhrəman Qəhrəmanov Kamil Kərimova dəmir yol xəttinin mühafizə zolağını necə satıb? - FOTO
Ötən gün Conflict.az-a rayondakı mənbədən daxil olan məlumatda bildirilir ki, bir zamanlar Əzizə Məmmədovanın bu kimi əməllərinə görə onun həkimlik statusu belə əlindən alınıbmış. Mənbə əlavə olaraq qeyd etdi ki, ana və uşaq ölümləri zamanı dünyasını dəyişmiş şəxslərin yaxınları hadisə baş verən an, affekt vəziyyətində, etiraz əlaməti olaraq dəfələrlə İmişli MRX-yə müxtəlif dərəcəli maddi ziyan vurublar. Lakin nədənsə, hansısa "gizli əl" hələ də bu xanımın İmişli MRX-də həkim kimi fəaliyyət göstərməsinə şərait yaradır.
İmişli rayon Yalavac kənd bələdiyyəsinin sədri Qəhrəman Qəhrəmanov Kamil Kərimova dəmir yol xəttinin mühafizə zolağını necə satıb? - FOTO
Məhz səhvlərin, günahların cəzasız qalması səbəbi ilə indi də Əzizə Məmmədovanın həyat yoldaşı, iş adamı Kamil Kərimov rayon ərazisində, hətta dəmir yol xəttinin qanunla qadağan edilmiş zonasında, yüksək gərginlikli elektrik xəttinin altında belə özü üçün kommersiya məqsədli nəhəng obyekt inşa etdirir. Ötən gün İmişlidəki mənbənin ərazidən çəkdiyi şəkillərə nəzər salanda aydın görünür ki, obyektin tikintisi elə bir ərazidə aparılır, hətta "Aqroliznq" ASC-nin İmişli rayon bölməsinin, Cəfərli kəndi ərazisindəki anbarlarına vaqonlarla gətirilən malların boşaldılmasında belə gələcəkdə ciddi problemlər yaranacaq. Və məsələ bununla da yekunlaşmır. Əvvəla baş verən qanundankənar hadisə barədə əgər paytaxtda fəaliyyət göstərən bir media orqanı xəbər tutursa, görəsən nədən İmişli rayon İcra Hakimiyyətinin başçısı cənab Vilyam Hacıyevin bu məsələdən xəbəri yoxdur? Ola bilsin ki, cənab İcra başçısı hər gün ərazini gəzmir. Bu normal haldır. Bəs elə olan təqdirdə nədən onun Yalavac və Cəfərli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Asəf Ələsgərov gələcəkdə dövlət müəssisəsinə cddi fəsadları olacaq bu problemə göz yumur?
İmişli rayon Yalavac kənd bələdiyyəsinin sədri Qəhrəman Qəhrəmanov Kamil Kərimova dəmir yol xəttinin mühafizə zolağını necə satıb? - FOTO
Axı Yalavac bələdiyyəsnin sədri Qəhrəman Qəhrəmanov "İştar" məbədinin kahini deyil ki, onların etirazlarına görə kəndlərinə yağış yağdırmaya. Və bunun da nəticəsi olaraq kənd sakinləri həmin icra nümayəndəsinə etiraz edə. Nəticədə etirazln səsi cənab Vilyam Hacıyevə qədər çatdırıla və... Qəhrəman Qəhrəmanov sıradan bir kənd bələdiyyəsinin sədridir cənablar. Həm də illərlə yaratdığı problemlərdən dolayı bu gün haqqında Ədliyyə nazirliyinin araşdırma apardığı bələdiyyə sədridir. Eyni zamanda insanların sevmədiyi, hətta qanusuz hərəkətlərinə etiraz belə etdiyi bələdiyyə sədridir. Hadisələrdən görünür ki, bu şəxs xalqın iradəsindən kənar həmin vəzifəni daşıyır. Əks halda məhsul yığımına az qalmış onun bələdiyyə sədri olduğu kəndin sakini ölkə Prezidentinə video müraciət etməzdi.

Görəsən İmişli rayon rəhbərliyi üçün bu qədər fakt yetərli deyilmi? Bu qədər etirazların, davamlı şikayətlərin fonunda insan düşünmək zorunda qalır: Axı Qəhrəman Qəhrəmanovun görəsən nəyi, hansı iş prinsipi İmişli rayon İcra Hakimiyyətinin başçısı cənab Vilyam Hacıyevin xoşuna gəlir ki, o, bu günə qədər bələdiyyə sədrinin vəzifəsində qalmasına hələ də göz yumur?
İmişli rayon Yalavac kənd bələdiyyəsinin sədri Qəhrəman Qəhrəmanov Kamil Kərimova dəmir yol xəttinin mühafizə zolağını necə satıb? - FOTO
Kamil Kərimovun bu gün dəmir yolu xəttinin mühafizə zolağına düşən ərazidə kommersiya obyekti tikdirmək istəyi normal olmasa da, tutaq ki, adam bu qədər düşünür və gələcəyə hesablanmış özəl "planları" var. Bəs axı bələdiyyə sədri ölkə qanunlarını nəinki yaxşı, hətta əla bilməlidir ki, bu ərazidə hər hansı tikili inşa etmək qadağandır. Görəsən Qəhrəman Qəhrəmanov Kamil Kərimova dəmir yolu xəttinin mühafizə zolağında uzunluğu təxminən 100 metr, eni 20 metr olan obyektin tikintisi üçün icazə sənədi verəndə Azərbaycan Dəmir Yolları QSC-nin İmişli lokomotiv deposu ilə məsləhətləşmələr aparıbmı? Və ya əraziyə birgə baxış keçiriblərmi? Bundan əlavə "Aqroliznq" ASC-nin İmişli rayon bölməsinin rəhbərliyi özünün baş idarəsinə məsələ ilə bağlı məlumat veribmi? Ən azından gələcək fəaliyyətinə problem yaranacağı ilə əlaqədar heç olmazsa rayonun hüquq-mühafizə orqanlarına şikayət xarakterli müraciət göndərilibmi? Mövcud lal-süküt və hadisələrin gedişindən görünür ki, hər kəs MƏMNUNDUR. Problem dövlət müəssisəsi üçündür. Onlara rəhbərlik edən şəxslər üçün yox.
İmişli rayon Yalavac kənd bələdiyyəsinin sədri Qəhrəman Qəhrəmanov Kamil Kərimova dəmir yol xəttinin mühafizə zolağını necə satıb? - FOTO
Xatırladaq: "Dəmir yolu nəqliyyatı təyinatlı torpaqlardan və dəmir yolunun xüsusi mühafizə zonasına aid torpaqlardan istifadə olunması" Qaydalarının 3-cü bənddə, "Dəmir yolunun xüsusi mühafizə zonasında və təhkim zolağında, həmçinin dəmir yollarının sanitariya-mühafizə zonasında torpaq sahələrindən istifadə olunması" bölümündə qeyd oulnub:
16. Dəmir yolunun sanitariya-mühafizə zonasında torpaq sahələri onların mülkiyyətçiləri və ya istifadəçiləri tərəfindən yalnız bostan və tərəvəz becərilməsi, habelə örüş və ot çalını məqsədləri üçün fiziki və ya hüquqi şəxslərə qısamüddətli istifadəyə verilə bilər.
17. Təhkim zolağı hüdudlarında torpaq sahələri yalnız qatarların hərəkət təhlükəsizliyi tələblərinə riayət olunmasının təmin ediləcəyi təqdirdə, Azərbaycan Respublikası Nəqliyyat və Rabitə Nazirliyinin razılığı ilə ADDY tərəfindən bostan və tərəvəz becərilməsi, habelə örüş və ot çalını məqsədləri üçün fiziki və ya hüquqi şəxslərə qısamüddətli istifadəyə verilə bilər. Təhkim zolağı hüdudlarında müəyyən obyektin yerləşdirilməsinə Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin razılığı ilə qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmi icazə verilə bilər.
İmişli rayon Yalavac kənd bələdiyyəsinin sədri Qəhrəman Qəhrəmanov Kamil Kərimova dəmir yol xəttinin mühafizə zolağını necə satıb? - FOTO
Göründüyü kimi Kamil Kərimov mövcud ərazdə nə bostan əkib, nə də ot çalır. Həhəng obyekt inşa etdirir. Həm də müvəqqəti deyil. Əbədi. Bəs elə isə nədən qanunları nəinki özünüz pozursunuz, başqalarına da bu istiqamətdə şərait yaradırsınız?
İmişli rayon Yalavac kənd bələdiyyəsinin sədri Qəhrəman Qəhrəmanov Kamil Kərimova dəmir yol xəttinin mühafizə zolağını necə satıb? - FOTO
Cənablar axı bu dövlət hamımızındır. Axı məhz sizlər bütün dövlət bayramlarında qeyd edirsiniz k, müasir Azərbaycan dövlətinin qurucusu başınızın üstündən şəkilini asdığınız mərhum Heydər Əliyevdir. Bəs nə üçün Onun əmanət qoyub getdiyi dövlətə və bu dövlətin qanuni strukturlarının fəaliyyətinə mane olacaq amillərin qarşısını almırsınız? Bilirsinizmi, bu kimi hadisələrə bilə-bilə biganə qalmağın adı və cəzası nədir?
Mövzuya qayıdacağıq.

Redaksiya məlumatda adı çəkilən qurum və şəxslərində cavab haqlarını tanıyır, dərc etməyə hazırdır.

Korrupsiya.org
OXŞAR MÖVZULAR