Impera

XƏBƏR LENTİ
22:03Accsess Bank 70-dən çox insanı işsiz qoydu-şok faktlar20:24Səfər Mehdiyevin “paqon”luları: Gömrükdəki özbaşınalıqlar dövlət üçün təhlükəli həddə çatıb17:40Ankaranın növbəti PKK əməliyyatını zəruri edən nədir? - TƏHLİL17:25İradə Gülməmmədova Xırdalan sakinləri ilə görüşdü - FOTO17:20Azərbaycanda yeniyetmə valideynlər - Onların dəqiq sayı bilinmir17:12Yeni aqrar sığorta mexanizminin tətbiqinə başlanılır16:44Vicdan əzabı çəkən Nigar Camal sirrini açdı: "15 il əvvəl qarınlı kişilər..."16:30Nazirlik hərbi pilotumuzun axtarışında iştirak edənlərə təşəkkür etdi16:16Nursultan Nazarbayev Qazaxıstan haqqında klip çəkdirib16:03Bakı-Tbilisi-Ceyhan kəməri ilə 7 ayda 19 milyon tonadək neft daşınıb15:48“Rəşadın ayağı bir neçə gün əvvəl, bədəni isə bu gün tapılıb”15:31Dünyanın ən zəngin azərbaycanlısı 3 milyard dollar xərclədi15:08Saakaşvili: Qarabağ Azərbaycandır!14:46Həbsxanadan 258 məhbus qaçdı - SON DƏQİQƏ14:33Avtomobil benzini ilə bağlı RƏSMİ MƏLUMAT14:10"Maşın" növbəti sürəti ilə ekranlara qayıdır13:59BMT-dən fillərlə bağlı QADAĞA13:19Göygöl polisinə yeni rəis təyin olundu13:0942 dərəcə isti olacaq - Sabahın HAVASI13:00Bakı metrosunda işıqlar söndü11:40DSX-nın yeni silahı: 3000 metrdən helikopteri məhv edir - FOTO11:24Bakıda keçmiş məhkum azyaşlı qızları bıçaqla hədələyib... — CİNAYƏT11:04Makron Putinlə danışıqlarının detallarını açıqladı10:55Qubada güclü yanğının sahəsi 40 hektara çatıb10:34Deputatın oğlunun həbsinin pərdəarxası - ilginc faktlar10:22Kütləvi dava: Üç futbolçu yaralandı, dörd azarkeş öldü – Video10:08"“Relax” az vergi ödəyən birinci şirkət deyildi və sonuncu da olmayacaq" - Ekspertdən çağırış...09:50Dörd rayonda qaz təchizatı dayandırılıb09:42Dörd milyarddan çox varidatı olan Lars Larsen vəfat edib09:19Azərbaycanda daha bir qurum yaradıldı - Prezidentdən fərman08:59Bakı Metropoliteni sədrinin milyonçu oğlu -FOTO08:53Xəzərin sabiq başçısı – özü gedib, izi qalıb....20:18"Uğurlarım iqtisadi savadıma görədir".17:52İNANILMAZ HADİSƏ! Cütlük taksi sürücüsünü gülə-gülə soydu - VİDEO17:40Bakı metrosundan istifadə edənlərə ŞAD XƏBƏR17:27Azərbaycanda DƏHŞƏTLİ OLAY: Polisə zəng edib "bu gün silahlı hücum olacaq" dedi və...17:14Gənc oğlanlardan Həcc ziyarətində BİABIRÇI HƏRƏKƏT - VİDEO17:02Azərbaycanda magistratura qəbul imtihanına ödəniş ləğv edilə bilərmi? - AÇIQLAMA16:53Qurban bayramı münasibətilə 1070 NƏFƏR ƏFV EDİLDİ16:22Əsəd qüvvələri Türkiyənin hərbi karvanına hücum etdi: 3 ölü15:48Azərbaycanda biabırçılıq: Qadını bu görüntüləri ilə şantaj edən şəxs həbs edildi15:36Qətlə yetirilən ailənin ürək dağlayan görüntüləri - FOTO15:16Kadırovun atası Putinə qarşı şərt irəli sürübmüş14:59Nazirlik Rüstəm İbrahimbəyovun sədrliyini təsdiqlədi14:28Ermənilərin Naxçıvan və Qazaxda uğursuz revanş CƏHDİ14:10Prezident təqaüdü təyin olunmuş şəxslərin sayı açıqlandı13:48Güləşçimiz erməni rəqibini darmadağın etdi13:28Azərbaycanlı məmuru intim görüntüləri ilə şantaj etdilər12:54Mir Şahin Gəncə teraktı ilə bağlı ŞOK VİDEO yaydı12:26Xəzərə düşən MiQ-29-un “qara qutusu” tapıldı - FOTO12:08"Qaçqınkom"un sektor müdirləri cəzalandırıldı11:54Əhaliyə bu xidmət pulsuz olacaq - QƏRAR11:17Vağzalda insanları öldürəndən sonra oturub polisin gəlməsini gözlədi11:02Xalq artisti Qurana əl basıb, tövbə etdi - SƏBƏB10:43Əli Kərimlinin Mübarizə sevgisi: yenə pul, yenə vəd, yenə yalan10:23Türkiyə təyyarələri İraqın şımalında PKK mövqələrini bombalayıb10:12Gəncədə məktəbli qız özünü öldürdü09:55Sumqayıtda təbii qazın verilişində məhdudiyyətlər olacaq09:33Azərbaycan Milli Mətbəxi Finlandiya ictimaiyyətinin marağına səbəb olub09:24Futbol üzrə Azərbaycan Premyer Liqasında II turun oyun cədvəli müəyyənləşib11:23"İPhone" işlədənlərə bəd xəbər - Bəzi telefonlar bloklanacaq11:20Şəmkirdə dəhşətli YANĞIN: körpə öldü, ana və nənə xəsarət aldı - YENİLƏNİB11:18Mehriban Əliyeva Müslüm Maqomayevi doğum günündə bu sözlərlə andı11:16Rusiyada siqaret çəkənlərin maaşı azaldılacaq11:14Bakıda qadın kafedə müştərilər tərəfindən döyülüb13:29Sahibkar icra başçısını hədələdi-3 milyonumu qaytar, yoxsa...13:18"28 May"da üç ay əvvəl dayandırılan eskalator bərpa edildi13:13Mollanın stolunun altında bomba partladı, Heybətulla Axundzadənin kiçik qardaşı öldü13:07Nepal Everesti fəth etmək üçün tələbləri sərtləşdirir13:02Bakıda antisanitar şəraitdə süd məhsulları hazırlayan sex aşkarlandı - FOTOLAR12:55Sabah 40 dərəcə isti olacaq11:44Akademik Kamal Abdulladan prezidentə şikayət: "Universitetdə maddi vəsaitlər talanır, haqqı dediyimiz zaman işdən qovulmaqla hədələnirik"11:16Məşhur müğənni xəstəxanaya yerləşdirildi - FOTO11:07Gəzməyə getmişdi, daşla vurub öldürdülər - Xaçmazda qanlı olay11:04Şəhid qardaşı: “İcra başçısından şikayət etdiyim üçün məni işimlə təhdid edir” – VİDEO11:00Satıcını SİM-karta görə döyüb, güllələdilər – Video10:57"Roma" daha bir türkiyəli futbolçunu heyətinə qatıb22:57Rusiya və İran hərbi gəmiləri Bakı limanını tərk edib22:54Azərbaycan güləşçisi dünya çempionatında finala yüksəlib22:51Tərtərdə traktor qaz kəmərini zədələyib22:48Putin sərnişin təyyarəsini qarğıdalı sahəsinə endirən pilotlara “Rusiya Qəhrəmanı” adını verib22:44Audio 56 yaşlı kişi sirkə turşusu içib intihar etdi19:57Zeynalovlar sükutu pozdular16:59Yol polisinin saxladığı sərxoş sürücü hansı nazirin qızıdır? - AÇIQLAMA16:49Bacılarının şəkillərini Facebook-da yayan oğlanı GÖRÜN NƏ ETDİLƏR - QİSAS... - FOTO16:23Prezident DSX-nın hərbi qulluqçularını və mülki işçilərini təltif edib - SİYAHI16:16“Bütün komanda yatmışdı” - Emin Mahmudov16:06İtkin düşən bacı - qardaş tapıldı - Oğurlanıblarmış15:58Ucar polisi naməlum məxluqu tutmağa çalışır15:48Yol polisindən texniki baxışla bağlı sürücülərə XƏBƏRDARLIQ14:42MÜTLƏQ OXUYUN: Çimərlikdə batmağın səbəbi BU İMİŞ! - VİDEO14:24Ermənilərin ekoloji TERRORU - Tərtər, Ağdam, Bərdə və Goranboy susuz qala bilər - VİDEO14:12İnsanlar iş saatlarını özləri müəyyən edəcək - YENİLİK13:28Bu ölkələrə vizasız gedə bilərik - SİYAHI13:17Onlayn alış-veriş zamanı aldanmamaq üçün nələri bilməliyik?12:22Meşədə narkotik becərən İsmayıllı sakini saxlanılıb12:20Qəzaya uğramış hərbi təyyarəmizdən xəbər var11:50Sabunçuda Rəsulzadə küçəsinin adı dəyişdirilib? - İcra Hakimiyyətindən AD AÇIQLAMASI11:46Azərbaycan Turizm Bürosu Rusiya və Almaniya turagentlərinə onlayn təlimlər keçəcək11:05Keçmiş məmurun intiharının səbəbi bilindi- TƏFƏRRÜAT
BÜTÜN XƏBƏRLƏR
Avqust 2019 (380)
İyul 2019 (564)
İyun 2019 (423)
May 2019 (557)
Aprel 2019 (537)
Mart 2019 (417)

«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Qaxın icra başçısı fermerləri narazı salır - VİDEO

10 okt 2018, 12:09   
    107
Qaxın icra başçısı fermerləri narazı salır - VİDEO

Azərbaycanın dilbər guşələrindən olan Zaqatala və Qax rayonlarının turizm, iqtisadiyyat və kənd təsərrüfatı sahələrində özünəməxsus inkişafı göz qabağındadır. Müdriklər “iş olan yerdə çətinliklər də olar”, - demişlər. Adı çəkilən rayonlarımızın kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən 50 fermer təsərrüfatı rəhbərləri və 1275 nəfər kənd təsərrüfatının qoyunçuluq sahəsi ilə məşğul olan əməkdaşları son günlərdə ölkə prezidentinə müraciət məktubu imzalamış və Azərbaycan Prezidentindən kömək istəmişlər.

Qoyunçuluq təsərrüfatları rəhbərləri onlara qarşı ədalətsiz davranıldığından xəbər verərək Qax Rayon İcra Hakimiyyətinin onların təsərrüfatlarının inkişafına biganə qaldığından bəhs ediblər və Azerbaycanrealligi.com saytına müsahibə veriblər. Müsahiblərimiz Prezident İlham Əliyevin "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında fərmanından ruhlanaraq Qax rayonunda qoyunçuluqla məşğul olmağa başlamışlar və öz fəaliyyət sahələrində əldə etdikləri hər bir nailiyyəti Vətənin - Azərbaycan Respublikasının iqtisadiyyatına töhfə vermək arzusundan irəli gəldiyini vurğulamışlar.

Hal-hazırda, Qax Rayon İcra Hakimiyyəti başçısının fermer təsərrüfatlarıyla bağlanılmış müqaviləni birtərəfli şəkildə pozaraq qışlaq torpaqlarını fermerlərdən aldığını və naməlum bir şirkətə verməsini bildirən fermerlər heyvanların qışlaqdan məhrum edilməsinə etiraz edirlər. Müsahiblərimizdən biri bildirir: “Mən, Zaqatala rayonu Suvagil kənd sakini Qazıyev Kərim Osman oğlu 1999-cu ildən qoyunçuluq fermer təsərrüfatı ilə məşğulam. Və bu günkü gün mənim öhdəmdə qoyunçuluq təsərrüfatında heyvandarlıq məhsulunun istehsalından ötrü hər cür bazam var. Təsərrüfatımda təkcə mənim deyil, mənimlə birğə bir neçə digər şəxsin də mal-qarası var. 99-cu ildən bəri biz canla-başla təsərrüfatı idarə etmişik və dövlətimiz üçün, xalqımız üçün məhsul istehsalı ilə məşğul olmuşuq. 2018-ci ildə Qax Rayon İcra Hakimiyyəti bizimlə bağlanmış müqaviləni birtərəfli qaydada pozaraq bizim öhdəmizdə olan torpaqları hansısa bir firmaya verib. Bu gün bizim öhdəmizdə 1500-ə qədər qoyun-keçi var, o cümlədən də, bu ərazidə olan 50 qoyunçuluq təsərrüfatı ortalıqda qalıb. Onların qış otlaq sahələrinə gedəcək yerləri yoxdur. Bu gün biz İcra başçısının qəbulunda olduq. İcra başçısı bizə bəyan etdi ki, torpaqlar firmaya, hansısa bir şirkətə verilib və o torpaqlar birtərəfli qaydada sizdən alınıb. İndi biz bilmirik ki, qışda heyvanı hara aparacağıq, nə edəcəyik, heç bəlli deyil. Səsimizə səs verən yoxdur, bizə köməlik eləyən yoxdur. Bizim 745 hektar qış otlaq sahəmiz var idi. Torpaqların hamısı örüş üçün yararlı deyildir, ondan 300 hektarı yararlıdır və həmin düzən hissə bu gün həmin naməlum şirkət tərəfindən alınıb və qalan dağlıq, kol-kos hissədir ki, orada biz heyvan saxlaya bilmərik. Həmin ərazi elə bir yerdir ki, orada bölük halında 10-20 baş heyvan saxlamaq olar. Biz qışlaq ərazisinə iri buynuzlu heyvan aparmırıq, çünki buna dövlət tərəfindən qadağa qoyulub. Yəni normativlərə uyğun deyil. Amma bugünkü gün bizim müraciət etmədiyimiz yer qalmayıb. Buna görə də, birinci növbədə, ölkə prezidentinə, hörmətli prazidentimiz İlham Əliyev cənablarına məktubla müraciət etmişik. 1275 nəfərin imzası ilə cənab prezidentin ünvanına məktub gedib. Çünki bizim son ümid yerimiz odur. Cənab prezdent tərəfindən, onun dəftərxanası tərəfindən məktubun alınması barədə bizə rəsmi qaydada məlumat gəlib, lakin hələ ki, heç bir tədbir görülməyib, rəsmi qaydada bizə heç bir cavab verilməyib.”

Digər müsahibimiz bildirdi ki, 1988-ci ildən fermer təsərrüfatı ilə məşğuldur, çətinliklərə sinə gərib gərgin əməyi sayəsində hal-hazırda, 1500 baş heyvanı vardır. O, qışlaqlarla bağlı yaranmış ziddiyyətli situasiyaya açıqlama verdi: “Mənim Aznavur qışlağında fermam var, Aznavur qışlağında torpağım da var. Qax Rayon İcra Hakimiyyətindən sərəncamla alınan mənə uzunmüddətli verilən torpaqdır. Qax Rayon İcra Hakimiyyətinin sərəncamı ilə bir neçə şirkətə qışlaq torpaqlarını veriblər. Məsələni belə anlaşıblar ki, qışlağın o torpaqlarında banan əkiləcək və bizim torpaqları bizim əlimizdən alıb şumlayırlar. Axı dünyada bu qadağandır, qışlaq şumlana bilməz, qışlağa qaramal girə bilməz, iribuynuzlu mal girə bilməz. Biz yun satırıq əhaliyə, ət satırıq, biz qoyunçuluğu yüksəldirik. Ərzaq proqramının öndə gedən təsərrüfatlarındandır qoyunçuluq təsərrüfatı. 30 ildir ki, “Mağara” şəxsi fermer təsərrüfatının rəhbəriyəm. Mənim əlimdən niyə torpaq alınıb hansısa şirkətə verilməlidir? O, sabah Allah bilir, banan əkəcək, fındıq əkəcək, nə əkəcək. Bu adam Azərbaycanda xalqa ilk növbədə lazım olan ət məhsulunu məhv edib yerinə banan əkdirir. Hansı dövlət məmurunun ağlındadır bu? Mən inanmıram ki, mənim prezidentim Qax Rayon İcra Hakimiyyətinə belə göstəriş versin və yaxud da hansısa bir dövlət rəhbərinə versin.”

Qax rayonunda qoyunçuluğun inkişafında başlıca yeri tutan qışlaq düzənlərin şumlanması nəinki qoyunçuluğa ağır zərbədir, eyni zamanda, dövlətin ekoloji problemlərinin artması baxımından zərərli fəaliyyətdir. Adı çəkilən rayon ərazisindəki qışlaqların əkilməsi Azərbaycanın flora və faunasında əsaslı dəyişikliklər yaradacaq. Belə ki, qışlaq əraziləri ceyranların məskunlaşması səbəbindən qoruq kimi fəaliyyət göstərirlər. Burada kənd təsərrüfatının heyvandarlıq sahəsinə bir sıra məhdudiyyətlər qoyularaq ceyranların mühafizəsi, ərazidə mövcud spesifik hesab edilən bitkilərin qorunması və torpaqda yayılmasına mane olmayan ekoloji mühitin təmin edilməsi üçün dövlət tərəfindən tənzimlənən işlərin görülməsi hər zaman diqqət önündə olmuşdur. Qışlaq torpaqlarında aparılan işlərə etiraz edən fermerlərdən biri də Lütfəli Məhərrəm oğludur. O, qeyd etdi ki: “Bakıda yaşamağıma baxmayaraq işimi və sənətimi kənd təsərrüfatına dəyişib uzun müddətdir ki, fermerlik fəaliyyətilə məşğulam. Ölkə prezidentinin dəstəklədiyi qoyunçuluqla məşğul olmağa başladım. Cins qoçlar bəsləyib yetişdirdiyimdən bu ərazidə hamı cins qoçları məndən alır. Ancaq axır vaxtlar bizə çatan məlumatlara görə, Hacı Nuru qışlağını guya satıblar, kimə satıblar, neçəyə satıblar bizim işimiz deyil. Ancaq ki, bizim qışlaqlar əldən gedir. Bu gün 30 nəfər fermer təsərrüfat rəhbəri ilə İcra başçısının yanına getdik, o, bizə qane edici söz demir. Biz ondan narazı qaldıq. Axırda soruşduq: “Ay İcra başçısı, bu qışlaqlar əkiləcəkmi?” Dedi: “Əkiləcək. Siz o dağlarda indiyəcən nə kef etmisinizsə, bəsinizdir, qoyunu düzə buraxıb çomağa söykənib kef edirdiniz.” Əgər kefdirsə, hamı məşğul olardı. Ən çətin sahədir. Bu çox şərəfli, çox mürəkkəb, məsuliyyətli bir işdir. İndi İcra başçısı elə dedikdən sonra biz artıq onun yanına getməyəcəyik, imzayla müraciət etmişik dövlət başçısına ki, bizim işimizə baxsın. Nazirlər Kabinetinə, Ekologiya Nazirliyinə, Daşınmaz Əmlaka teleqram vurmuşuq, məktub yazmışıq, heç bir nəticə yoxdur. Yenə ümidimiz prezidentimizədir. Biz istəyirik, onunla görüşək dərdimizi bildirək. Torpağın statusu dəyişməyib, təyinatı dəyişməyib. Burada elə bitkilər var ki, o, bir dəfə əkilsə, özü də dərin əkirlər 30-40 sm, bəlkə də oradan o bitkilər bir daha çıxmayacaq, flora, fauna təmiz ləğv olunacaq. Əvvəl bizə deyirdilər ki, oraya inək olmaz, biz də aparmırdıq, atı bağlayın, biz də at aparmırdıq, ancaq indi 30-40 sm dərinlikdə əkilərsə, necə olacaq? Biz təbiəti gələcək nəsillərə qoruyası deyilikmi? Gələcək nəsillər də təmiz havada yaşayası deyilmi? Ceyran görəsi deyilmi? Qoruqdu bura. Biz prezidentimizdən kömək istəyirik.”

Qax Rayon İcra Hakimiyyəti ilə aralarında anlaşılmazlığa qarşı fikir bildirən digər fermer Oruc Nəzir oğlu Mirzəyev qışlağın bugünkü vəziyyətindən danışdı və bildirdi ki, şumlanma ilə onların təsərrüfatına böyük zərbə vurulur. Bu işi görən şirkətin adı isə Qax Rayon İcra Hakimiyyəti tərəfindən açıqlanmır. O qeyd etdi ki: “İndiyə qədər 120 mindən artıq məbləğdə kredit götürmüşəm və çox çətinliklə bu kreditləri ödəyib fermer təsərrüfatını bu səviyyəyə çatdırmışam. Hazırda, rentabellə işləyən təsəffüfatdır. Qoyun dağdan enibdir aşağı, indi qışlağa aparmaq istəyirəm, baxıram ki, qışlağı şum eləyiblər. Özü də elə şumlayıblar ki, şumlanmamış yalnız dağ hissəsi və şoranlıq qalıb. İcra başçısı deyir ki, biz sizə şərait yaratmışıq, gedin, əkin sahəsindən yuxarıda qalan dağda qalan hissədə qoyun saxlayın. Orada isə, ümumiyyətlə, qoyun saxlamaq mümkün deyil. Çünki ora kol-kosluq, dağlıqdır, ot yoxdur. O yer ceyranlar üçün saxlanan qoruq yeridir. Biz orada xəsillik əkəndə 3%-ə qədər imkan verilmişdi, biz isə 1%-2% yarım əkirdik. Amma necə oldusa, indi o ceyranlar da yaddan çıxdı, qoruq ərazisi olması da yaddan çıxdı. Deyilən təsərrüfatın yaradılması ilə 70 min xırda buynuzlu heyvan dövriyyədən çıxacaq. İcra başçısı deyir ki, bu sahə verilibdir hansısa şirkətə. Bu şirkətin nə adı bilinir, nə sahibi bilinir, torpağın təyinatı da dəyişilməyib. 3 sot torpaq sahəsi götürməkdən ötrü 8 ildir Yeni Suvagil kəndində torpağın təyinatını İcra başçısı səviyyəsində dəyişə bilmirlər. Bəs necə oldu ki, 1 ayın içində təyinat dəyişdirilir?”

Qax-Zaqatala kəndlərinin qoyunçuluq üzrə ixtisaslaşmış fermer təsərrüfat rəhbərləri qışlaq ərazidə qanunsuz həyata keçirilmiş şumlama işlərini bu cür açıqladılar. Fermerlər bu işlərin Qax Rayon İcra Hakimiyyəti ilə razılaşdırıldığını bildirərək bu ağlasığmaz özbaşınalığa etiraz edir, ölkə başçısının onların müraciətinə münasibət bildirməsini səbrsizliklə gözləyirlər. Belə ki, qışlağa gedəcək 10 minlərlə heyvan Azərbaycanda həyata keçirilən “Azərbaycan regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın böyük nailiyyəti ola bilərdi. Qeyd edək ki, Prezident İlham Əliyev bu ilin yanvarın 29-da “Azərbaycan regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasına həsr olunan konfransda heyvandarlıqla bağlı dövlət proqramına ehtiyac olduğunu vurğulamışdı: “Ərzaq təhlükəsizliyinin təmin edilməsi bizim üçün prioritet məsələdir. Keçən il bir neçə fərman imzalanmışdır. Bu fərmanların praktik nəticələri artıq görünməkdədir. Əlavə vəsait ayrılmışdır. Bizim üçün kənd təsərrüfatı o sahədir ki, qeyri-neft ixracımızı, ərzaq təhlükəsizliyini, insanları işlə təmin edəcək. Ona görə, keçən il “Kənd təsərrüfatı ili” olmuşdur. Ancaq hesab edin ki, bu il də “Kənd təsərrüfatı ili”dir. Hər il “Kənd təsərrüfatı ili” olmalıdır.”

Qoyunçuluğun inkişafı və onun möhkəm yem bazası ilə təmin olunması, təbii yem sahələrinin məhsuldarlığının artırılmasına yönəldilən tədbirlərin həyata keçirilməsi, otlaqlardan səmərəli istifadə edilməsi və qorunması məsələsi isə göründüyü kimi hələ də problem olaraq qalır. Azerbaycanrealligi.com saytının izləyiciləri Qax-Zaqatala fermerlərinin düşdüyü çətin vəziyyətlə aşağıdakı videoda əyani olaraq tanış ola bilərlər.

OXŞAR MÖVZULAR