Impera

XƏBƏR LENTİ
12:54Oqtay Şirəliyev yola salınır - SƏHİYYƏ NAZİRİ İŞ OTAĞINI BOŞALTDI12:33Ceyhun Bayramov buralara bir göz atsa... - İTTİHAM12:14Suriya hökuməti Türkiyə-ABŞ sazişinə münasibət bildirdi11:49Miqrasiya xidməti əməkdaşı bir milyonluq əmlakı qəsb olunmuş gürcü sahibkarı niyə deport etmək istəyib-VİDEO11:22“Tək qadınam, dərs saatım yoxdur” - Deputatdan ŞİKAYƏT11:09Samir Şərifovun adamı "casus" peşində... - İDDİA10:47Bir qrup məmurun korrupsiya əməlləri ifşa oldu - Video10:27"Prezident gözəl bilir ki, kimlər qudurub" - Siyasi elmlər doktoru10:13Stokholmda “İsveç və Azərbaycan arasındakı dostluq münasibətlərinin təşviqi” adlı tədbir keçirilib10:13Stokholmda “İsveç və Azərbaycan arasındakı dostluq münasibətlərinin təşviqi” adlı tədbir keçirilib09:51Bu gün Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür - Bayrammz mübarək!!!09:51Bu gün Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür - Bayrammz mübarək!!!23:27Prezidentin ayırdığı pullar Ağsuda necə mənimsənilir?-FOTOLAR18:29Erməni alayı Qarabağ üçün hazırlaşır - Ölmək üçün səfərbər olurlar...18:1118 oktyabr - Müstəqillik haqqında Azərbaycan Respublikasının Konstitusiya Aktının qəbuluna dair 5 tezis - Əli Həsənov17:34Əli Əsədova “yaşıl işıq” – Baş nazir kadr dəyişikliklərinə başlayır16:26VƏRƏM MÜALİCƏ OLUNANDIR, KORRUPSİYA XƏSTƏLİYİ YOX-VİDEO15:30İki ay icra başçısında "haqq" çatdıra bilmədi işini itirdi - Alı Alıyev yerli məmurları necə şantaj edir?15:11Yaşlı nəslin yaxşı xatırladığı o Azərbaycan... – Əhmədov14:59Azərbaycanın Avropa İttifaqı ölkələri ilə ticarət dövriyyəsi 3%-dən çox artıb14:48Mayk Pens ANKARADA14:33Hava buludlu olacaq14:12Təhsil naziri: Ali məktəblər tələbələrin ödədiyi təhsil haqqından asılı vəziyyətdədir13:59XƏZƏR RAYONUNUN İNDİKİ BAŞÇISI SƏLƏFİNƏ QARŞI SAYMAMAZLIQ EDİB?13:14İlk "El Klassiko"nun vaxtı dəyişdirilir12:54Şişirdilən rəqəmlər, saxta tenderlər... - Və müəmmalı susqunluq...12:38“Ciddi kadr islahatlarının şahidi olacağıq” - Deputat məmurların düşmənçiliyindən DANIŞDI12:0813 saylı Cəzaçəkmə müəssisəsində NƏHS GÜNLƏR... - İTTİHAM11:30Göygöl SSİ-nin ÖZBAŞINALIĞI HARA GEDİR? Dımbılı cuvar Əhmədzadəni cadu-piti etdirib? - SƏHİH DETALLAR11:26Polkovnikdən Fuad Ələsgərova məktub var: “Ümidim Sizədir…”11:25Deputat Ülvi Quliyevin oğlu 18 yaşında Avropada şirkət açıb —FOTO11:20"Bütün bunlar Sizin işlədiyiniz dövrdə olub" - Əbülfəs Qarayevə müraciət21:3310 min manat rüşvət verməklə vəzifəyə təyin olunub-Qazanda bir tikə ət qalıb, onu kim yeməlidir?21:10"BAZARSTORE"- də kassaları azaldıblar ki, müştəriləri basabasda rahat aldatsınlar...18:07Prezident Mayıl Əhmədovu təltif etdi17:41“Qiymət artımını ciddi şəkildə hiss edəcəyik” - İlk zərbə hansı məhsullardan gələcək?17:25Rafael Cəbrayılov villasını satışa çıxartdı – Qardaşı ilə böyük qalmaqal17:12İlham Əliyevdən 7 milyonluq SƏRƏNCAM16:54DSMF-in direktor müavininin məhkəmə özbaşınalığı - Müraciət...16:30Dövlət Komitəsindən ƏCAİB ÇAĞIRIŞ... - Güləkmi, ağlayaqmı?16:16Azərbaycanda vəzifəli şəxsə cinayət işi açıldı – BU MADDƏ İLƏ15:55"5 min dollar verirəm, o xanım gəlib bizim stolda otursun"15:34Zakir Həsənov idarə rəisini işdən çıxardı - TƏYİNAT15:19Nazirə müraciət: “5-ci polis bölməsi şikayətimə baxmır” – Foto15:03"Qarabağ"dan 3 futbolçu – UEFA açıqladı14:46Müstəqillik Günü münasibətilə Heydər Əliyev Mərkəzinin parkında konsert olacaq14:30"Şəmsəddin Xanbabayev istəsə..." - GİLEY13:56Özü iki müharibənin veteranı, oğlu da 2 Aprel Savaşı döyüşçüsü... - Sosial durumu ağırdır...13:39Azərbaycanda yeni sığorta fırıldağı – ÖLƏN ADAMLARLA BİZNES13:22Erməni səfir Paşinyanı necə ifşa etdi? - “Əvvəl Serj, sonra Kim Kardaşyan...”13:04Gürcü sahibkarın bir milyonluq malı əlindən çıxıb-Leyla Janasianı tora salan dələduzlar kimlərdir12:49Bakıda saatlar tutuşduruldu - Ermənistan üçün Suriya “tələsi”12:16Gəncədə naqolay kadr islahatları... - İDDİA11:49İmişlidə maliyyə maxinasiyaları... - İTTİHAM11:27“Tac Mahal MTK” yenə də narazılıq yaradır... - GİLEY11:13Cəlilabadda süqut edən təhsil sistemi - İTTİHAM10:53Günün məzənnəsi açıqlandı - Mərkəzi Bank10:32Azərbaycana Qarabağda antiterror əməliyyatı aparmağa nə MANE OLUR… - TƏHLİL21:49BNA-nın şok planı - İDDİA21:31Türkiyəni təkləmək cəhdi: Vaşinqton təzyiqləri, Ankara israrını artırır - TƏHLİL21:22Sığorta şirkətlərinin fəaliyyətində MÜƏMMA - İLGİNC21:07Gədəbəy təhsilində biabırçı mənzərə... - İTTİHAM20:56Yeni baş nazir onunla işləmək istəmədi... - İDDİA16:08İstehlak Mallarının Ekspertizası Mərkəzi dövlət vəsaitini belə xərcləyir-Tender müəmması16:03Hicran Hüseynova qadın zorakılığına susur: 3 milyonluq fiasko15:52"Camaat aylarla sürünür növbədə..." - GİLEY15:39Cahangir Hacıyevin bacanağı azadlığa buraxıldı15:12GƏNCƏDƏ ŞOK HƏBSLƏR: SAXTA DİPLOM SATANLAR YAXALANDI - Onlar arasında Gəncə Dövlət Universitetinin kafedra müdiri də var14:59“İstedArt” layihəsinin yeni mövsümünə start veriləcək14:46Ramil, Riçard, Bəhlul - Millinin ən yaxşıları14:30Lənkəranda 42 yaşlı qadını DÖYDÜLƏR14:09Göygöl DYP-yə yeni rəis təyin olunub13:54“Evrascon” ASC 5 aydır işçilərin maaşını vermir... - GİLEY12:42Masallıda işlər niyə əyri gedir? - ARAŞDIRMA12:10“İnşaat konstruksiyaları” MMC narazılıq yaradır - hər sakindən min manat rüşvət11:57Rafael Cəbrayılovun şok səs yazısı yayıldı: “Türməyə gedirəm...” - AUDİO11:27Erməni batalyonu Türkiyə Ordusu ilə döyüşə yollandı10:51Bakıda Türk Şurasının VII Zirvə Görüşü keçirilir10:33Azərbaycan neftinin SON QİYMƏTİ17:03Məktəb direktorundan nazir müavininə ağır ittiham16:59Həmyerlimiz Almaniya Radiologiya Cəmiyyətinin xüsusi təqaüdünə layiq görülüb16:41"Şəffaf" tenderlər rubrukasından: İcra Hakimiyyəti MTN-in pulunu aldığı şəxslə müqavilə bağladı – 259 min manat16:27Azərbaycanın yeniyetmə şahmatçısı dünya çempionu olub15:58İnhisarçılıq zəifləyərsə, nə baş verər?! - TƏHLİL15:44Azərbaycan “Keşikçidağ”ı gürcülər üçün açdı - Yalnız turist kimi gələ bilərlər...11:35"Bu yolda həm qardaş Türkiyəyə, həm də Azərbaycanımıza uğurlar diləyirik" - Əli Həsənov11:28Rafael Cəbrayılov prokurorluğa çağırılıb - keçmiş deputata məsləhət görülüb ki....11:01"Azəriqaz" yenə də narazılıq yaradır... - GİLEY10:43Qardaş ölkənin Suriyada başladığı 3-cü antiterror əməliyyatı ilə bağlı yaxın gözləntilər - əməliyyat uzana bilərmi...10:23Gəncə təhsilində pulyığma sezonu... - İDDİA18:23Paşinyanın casusla yazışması üzə çıxdı – İrəvan çalxalanır18:14“Dövlətin malını dədə malı kimi dağıdırdılar” - İTTİHAM18:04BDU-da “2 ELÇİN FAKTORU” – Universiteti kim idarə edir: Elçin Babayev, yoxsa Elçin Məmmədov?17:41İradə Gülməmmədovanın rayonun Görədil kəndində sakinlərlə növbəti səyyar qəbul-görüşü keçirilib.17:40DTX-dən müdhiş əməliyyat: xaricdə təlim keçən terrorçu dəstə belə yaxalandı - VİDEO17:38Председатель “Конгресса Азербайджанцев" Муртазе Гюлмамедов встретиться с Министром национальной политики РСО-Алания с Цуциевым Аслан Аркадьевичом15:14Əliyev Paşinyanı darmadağın etdi: Nikol isə yalana əl atdı - VİDEO13:30İşdən çıxarılan xanım dosent açıq məktub YAZDI - İTTİHAM13:13Bakı Nəqliyyat Agentliyinin rəsmisi saxta arayış verib - İTTİHAM12:46Oktyabrın 11-i ulu öndər Heydər Əliyevin ikinci dəfə Azərbaycan Prezidenti seçildiyi gündür
BÜTÜN XƏBƏRLƏR
Oktyabr 2019 (292)
Sentyabr 2019 (617)
Avqust 2019 (631)
İyul 2019 (563)
İyun 2019 (423)
May 2019 (557)

«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Bu il pambıqçılıqdan nə gözlənilir? - Yenə batıracağıqmı?...

12 okt 2018, 15:10   
    135
Bu il pambıqçılıqdan nə gözlənilir? - Yenə batıracağıqmı?...


Kənd təsərrüfatı üzrə ekspert: “Bu gün daha çox pambıq istehsalı ilə məşğul olanlar bələdiyyə fəalları, məktəb direktorlarıdır”

“İranda, Türkiyədə olduğu kimi hər kiloqram pambıq üçün 90 sent, yəni 1 manat 50 qəpik vəsait ödənilməlidir ki, kəndlilər öz bizneslərini genişləndirə, istehsalı artıra bilsin, həm də istehsalda maraqlı olsunlar”.

Bu fikirləri kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov Prezidentin son müşavirədə pambıqçılıqla bağlı iradlarını PİA.az-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi, prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda bildirib ki, keçən il pambıq məhsuldarlığı 207 min ton, yəni 2016-cı ilin göstəricisindən 2 dəfədən çox olub. Bu il təqribən 250-260 min ton pambığın tədarükü nəzərdə tutulur.

Prezident qeyd edib ki, məhsuldarlıq artırıla bilər. “Biz pambıqçılığı daha səmərəli şəkildə inkişaf etdirməliyik. Məhsuldarlıq artmalıdır. Keçən ilin məhsuldarlığı bizi heç cür qane edə bilməzdi. Bunun bir çox səbəbləri vardır və göstəriş verilmişdir, səbəblər araşdırılsın ki, biz pambıqçılığı məhsuldarlıq hesabına inkişaf etdirək”, - dövlət başçısı vurğulayıb.
Prezidentin sözlərinə görə, məhsuldarlıq hektardan minimum 20 sentner olmalıdır. “Müasir texnologiyaların tətbiq olunduğu, düzgün aqrotexniki xidmət göstərildiyi bir vaxtda məhsuldarlıq daha da artır. Mən rəqəm səsləndirmək istəmirəm, ancaq hesab edirəm ki, burada inkişaf üçün çox böyük potensial var”, - İlham Əliyev deyib.

Prezident əlavə edib ki, hazırda ölkədə pambıqçılıqda 190 mindən çox insan işləyir.Prezidentin sözlərinə görə, pambığın alış qiyməti bir neçə dəfə artırılıb ki, pambıqçılıqla məşğul olanlar daha çox pul qazansınlar.

Qeyd edək ki, hazırda bütün Aran rayonlarında pambıq yığımı gedir. Bəs pambıq yığımı ilə bağlı vəziyyət necədir və bu il məhsuldarlığın artması gözlənilirmi? Ümumiyyətlə pambıqçılığın rentabelli olması üçün hansı addımlar atılmalıdır?

Mövzu ilə bağlı PİA.az-ın əməkdaşı kənd təsərrüfatı eksperti Vahid Məhərrəmova müraciət edib.

Vahid Məhərrəmov: “Bu sahə o zaman inkişaf edəcək ki, pambığın emalı və onun ixracı ilə məşğul olan oliqarxlar əldə etdikləri gəliri istehsalçılarla, fermerlərlə bölüşsün”.

İranda, Türkiyədə olduğu kimi hər kiloqram pambıq üçün 90 sent, yəni 1 manat 50 qəpik vəsait ödənilməli olduğunu qeyd edən ekspert Vahid Məhərrəmov əlavə edib ki, belə olan halda fermerlər, kəndlilər öz bizneslərini genişləndirə, istehsalı artıra biləcəklər, həm də istehsalda maraqlı olacaqlar:

“Biz araşdırmışdıq ki, keçən il pambıqçılar 10 milyon manat ziyana məruz qalıblar. Bu göstərici artıq Dövlət Statistika Komitəsinin məlumatında da öz təsdiqini tapıb. Yəni bizim dediklərimiz tamamilə doğrudur . Keçən il ümumi ölkə üzrə fermerlər, kəndlilər pambıq istehsalından gəlir əldə edlə bilməyiblər. Ola bilsin ki, kimsə gəlir əldə edib. Amma ziyana məruz qalanların sayı daha çox olduğundan, ümumillikdə o məlum oldu ki, keçən il pambıqçılıq fermerlərimiz üçün rentabelli olmayıb, əskinə ziyanla başa gəlib.

Qeyd edim ki, pambıqçılığı zorla inkişaf etdirmək mümkün olan iş deyil. Mən tarlalarda oluram və müşahidə aparıram ki, yenə əvvəlki illərdə olduğu kimi elə sahələr var ki, orada pambığın hündürlüyü 5 sm-dir, elə sahələr də var ki, orada pambığın hündürlüyü 1 metrdən artıqdır. Ancaq ümumillikdə götürəndə bitkinin zəif olması o dəqiqə nəzərə çarpır. Bu da o deməkdir ki, məhsul az olacaq. Ola bilsin ki, bu il məhsul keçən ilki məhsuldan çox olsun, amma o da nəzərə alınmalıdır ki, ölkə üzrə məhsuldarlıq ən azı 25 sentner olmalıdır ki, bu sahə gəlirli olsun. Onu da qeyd edim ki, indiki formada pambıqçılığı inkişaf etdirmək mümkün olmayacaq.

Vahid Məhərrəmov: “Çalışmaq lazımdır ki, bu sahədən daha çox istehlakçı oliqarxlar deyil, kəndli istehsalçılar gəlir əldə etsinlər”.

Bu sahə o zaman inkişaf edəcək ki, pambığın emalı və onun ixracı ilə məşğul olan oliqarxlar əldə etdikləri gəliri istehsalçılarla, fermerlərlə bölüşsün. Yəni ədalətli bölgü olsa, bu halda pambıq istehsalında kəndlilər, fermerlər maraqlı olacaqlar. Bu gün daha çox pambıq istehsalı ilə məşğul olanlar bələdiyyə fəalları, məktəb direktorlarıdır. Buna görə də bu şərtlərlə pambıqçılığı inkişaf etdirmək olmayacaq. Çalışmaq lazımdır ki, bu sahədə mövcud olan problemlər aradan qaldırılsın.


Həmçinin çalışmaq lazımdır ki, bu sahədən daha çox istehlakçı oliqarxlar deyil, kəndli istehsalçılar gəlir əldə etsinlər. Ona görə ki, ən çətin iş məhsulun istehsalı ilə bağlıdır. Çünki pambıq istehsalı zamanı daha çox fiziki əməkdən, maliyyə resursundan istifadə olunur və isrehsal prosesi riskli olduğuna görə fermerlərə, kəndlilərə imkan vermək lazımdır ki, onlar daha çox gəlir əldə edə bilsinlər.

Heç olmasa İranda, Türkiyədə olduğu kimi hər kiloqram pambıq üçün 90 sent, yəni 1 manat 50 qəpik vəsait ödənilməlidir ki, kəndlilər öz bizneslərini genişləndirə, istehsalı artıra bilsin, həm də istehsalda maraqlı olsunlar. Belə olan halda bu sahədə problem olmaz”.
OXŞAR MÖVZULAR