Impera

XƏBƏR LENTİ
18:09Qəbələdə zibilliyə vurulmuş od saatlarla sonra söndürülə bilindi... Video-Fotolar16:00Hacıbala Abutalıbovun inanılmaz sərvəti ortaya çıxdı (SİYAHI/FOTOLAR)15:14Azərbaycanın ən fərqli modelindən seksual FOTO,VİDEO15:13Vergi cinayətləri törədən vəzifəlilər – İqbal Məmmədov tək deyil…15:12Vilayət Eyvazovdan yeni təyinatlar13:00Validə Abbasovadan gənc qızlara meydan oxuyan — FOTOLAR12:46Məmurlara ÇAĞIRIŞ - "Hamınz oğurladıqlarnız qusacaqsınız..."12:23“Bu, biznesmen məmurlar üçün başağrısıdır” - Oliqarxların gücü12:00Zakir Zeynalovdan etiraf: "Oğlum günahkardır"11:30Arif Əsgərov və oğlu borca görə 3 il həbs edilə bilər11:00Prezidentə ŞOK MÜRACİƏT - Baş redaktor İlham Əliyevə nələri yazdı...20:09İstanbulun tam mərkəzində, Sultanəhməd məscidi yaxınlığında yerləşən Aybar oteli 2015-ci ildə istifadəyə verilib. Dördmərtəbəli dördulduzlu otelin sahibi Milli Məclisin deputatı,20:04ŞAHPLOV restoranının əsl sahibi də Milli Məclisin deputatı Ağalar Vəliyevdir. Əvvəllər bura VENTURA adı ilə məşhur olub18:00Putin "Orta və yaxın mənzilli raketlərin ləğvi"nə dair müqavilə barədə bəyanatla çıxış edib17:4091 yaşlı adamın ağ ciyərindən baxın nə çıxdı - FOTO17:20Bakıda yeniyetmə qız evdən qaçdı: atası bir ildir zorlayırmış17:10Erdoğan kritik toplantıda talimatı verdi!16:59İlin sonuna kimi... - Qarabağ məsələsi HƏLL OLUNUR?16:40Tarixin ən güclü "Ferrari"sinin qiyməti açıqlandı - FOTO16:28Ekspertlər: Tramp Yerevana eyham vurur ki, Qarabağ üzrə mövqeyini dəyişməli, Bakı ilə razılığa gəlməlidir16:22Biznesmen deputatın İstanbuldakı dəbdəbəli oteli (FOTO)16:14Azərbaycanda 16 yaşlı oğlanı söyüş üstündə öldürdü16:09Növbəti tender müəmması: yayın cırhacırında "bahar satınalması"...15:57Deputat “5-6 milyonla işi bağlayacam” deyib?15:36"Uşaq gəlib orda baş yarmağı görmürsə..." - Hacı Surxay Məhərrəmlik ayından danışdı15:35Sahibkarlar Ufada beynəlxalq festivalda iştiraka dəvət olunurlar15:33Hindistanda məbədin divarları ÇÖKDÜ - ÖLƏNLƏR VAR15:32"Bu, ilk və son idi" - Şeyma Subaşı qalmaqal yaradan hərəkətinə peşmandır15:29DİN Bakıda baş verən dəhşətli hadisə ilə bağlı məlumat yaydı14:35“Narahat olmayın, “Qarabağ” qrupa düşəcək” – Vaqif Sadıqov14:32Ata uşağının gözü qarşısında ananın boğazını kəsdi - VİDEO14:29Fransa Azərbaycan yeni səfir təyin etdi14:27Azərbaycanda saz havasına hovuzda rəqs etdilər - Video14:21Mərdəkan körpüsündən avtomobil aşıb, xəsarət alanlar var13:21FHN: Bu il Azərbaycanda çox isti hava olmayıb13:12“Baku Bus”ın avtobusunda tüstülənmə olub - VIDEO12:38İran-Azərbaycan dəmir yolu xəttinin xəritəçəkmə prosesi başa çatıb12:26General Hacı Əliyevin rütbəsini artırdı11:31Bakıda restoranda inanılmaz görüntülər - Hovuza girib rəqs etdilər - VİDEO10:36Qonşu qızla oğlan intihar etdi – Azərbaycanda faciə10:25Taxta bazarındakı yanğında zərərçəkənlər evə buraxıldı10:07Bakıda “Range Rover” parka girdi - REAL VİDEO09:40Erməni tərəfi atəşkəs rejimini 21 dəfə pozub23:38Sumqayıt məhkəməsinin hakimi biznesmenə qarşı silah davasına çıxmağa hazırdır? –VİDEO17:32FHN 133 yaşayış binası ilə bağlı QƏRAR VERDİ17:28Əsəd qüvvələri türk əsgərlərinə hücuma keçdi17:23"Neftçi"də Dabo qalmaqalı böyüyür - "Bu ölkədən rədd olmalısan!"17:18"Mühacir biznesi": insanlar necə aldadılır? - RƏYLƏR17:15Pilotun xanımı: "Oğluma necə deyəcəm ki, atan bir də qayıtmayacaq?"14:06Keçmiş nazir müavini Əsgərovun və oğlunun yeni əməlləri üzə çıxdı14:04Bir evdən üç general... – Əli Nağıyev və qardaşları14:01“Qara qutu” oxundu – MiQ-29-un qəzaya uğrama səbəbi bilindi13:58Space TV-nin efirində Üzeyir Mehdizadəyə görə dava düşdü — VİDEO13:56Könül: “Onunla sevgili olardım” — ETİRAF \ FOTO13:54Bu ərazilərdə qaz olmayacaq13:44Polisdən avtomobil sahiblərinə XƏBƏRDARLIQ — Ehtiyatlı olun!13:27Lətifə dənizdən elə — FOTOLAR PAYLAŞDI Kİ13:25Azərbaycanda bu məşhurların gizli və intim — VİDEOLARI YAYILIB13:23DİN: Ucarda hər hansı qeyri-adi məxluqa rast gəlinməyib13:21Sabiq İH başçısının qardaşı oğlu 1 milyonunu istəyir: “Məni döyərək səsimi diktafona yazdılar”13:20Bakı metrosundan istifadə edənlərə ŞAD XƏBƏR13:18Prezident İnzibati Xətalar Məcəlləsinə dəyişikliyi təsdiqləyib12:11Bir ailədə 3 general-leytenant11:02Hərbi təyyarəmizin qəzaya uğrama səbəbi: yad cisimlə toqquşub, pilot xəsarət alıb10:46Britaniya telekanalı Putin haqqında film çəkəcək10:30Peşə məktəblərinə sənəd qəbulu başladı10:18Azərbaycanda 4 bal gücündə zəlzələ olub10:04Düşmən ordumuzun mövqelərini atəşə tutdu09:42Çempionlar Liqasında günün nəticələri09:32Qubada yol qəzasında xəsarət alanların SON DURUMU09:20Putindən Avropa Şurasına mesaj08:50Qəbələ otelləri siyasi oyunlara alət edilib.17:33Müşfiq Rəhimovun yerinə o gətirildi - YENİ TƏYİNAT17:21Dövlət Komitəsinin sədri və sədr müavinləri bölgələrdə vətəndaşları qəbul ediblər17:07Ofelya Zeynalova vəfat etdi - FOTO16:50Azərbaycandan Həcc ziyarətinə gedən zəvvarların ilk qrupu Vətənə dönüb16:48Bakıda ŞOK HADİSƏ — Avtoş dönər bıçağı ilə yol polisinə hücum etdi16:23Dünyada 20 milyon insanın həyatı risk altındadır – Azərbaycanda da iki hal qeydə alınıb16:07Xalq artisti vəfat etdi15:51Bakıda dəhşət: uşaq və qadın "Kamaz"ın altından son anda xilas oldu - VİDEO15:30"Ayağı bir-birinə zəncirlənən azyaşlının xalası dərhal cəzalanmalıdır" - AÇIQLAMA14:56Bu ölkə 2020-ci ildən ikili vətəndaşlığa icazə verəcək14:41Mehriban Əliyeva pilotumuz Rəşad Atakişiyevin vida mərasiminə əklil göndərdi - FOTOLAR14:23Bakıda dəhşətli qəza: maşın prospekt boyu belə fırlandı - VİDEO14:00AFFA bir neçə klubu cərimələdi - SƏBƏB13:50Bakı da ən ucuz - məktəbli yarmarkası açıldı13:18Pilotun həyat yoldaşı: "Axtarış-xilasetmə qruplarının gərgin əməyinin şahidi olduq"12:37İnstaqram bunu bacaranlara pul mükafatı verəcək12:18"Jara" 5 gün olacaq?11:09"Ruhun şad olsun, oğul" - Flora Kərimova Rəşad Atakişiyevdən yazdı10:45Baş nazirdən QƏRAR - Bu qurum da büdcədən maliyyələşəcək10:19Siyəzəndə QƏZA: Səkkiz nəfər xəsarət aldı09:56Azərbaycan nefti cüzi ucuzlaşıb09:46Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 23 dəfə pozub22:03Accsess Bank 70-dən çox insanı işsiz qoydu-şok faktlar20:24Səfər Mehdiyevin “paqon”luları: Gömrükdəki özbaşınalıqlar dövlət üçün təhlükəli həddə çatıb17:40Ankaranın növbəti PKK əməliyyatını zəruri edən nədir? - TƏHLİL17:25İradə Gülməmmədova Xırdalan sakinləri ilə görüşdü - FOTO17:20Azərbaycanda yeniyetmə valideynlər - Onların dəqiq sayı bilinmir17:12Yeni aqrar sığorta mexanizminin tətbiqinə başlanılır
BÜTÜN XƏBƏRLƏR
Avqust 2019 (475)
İyul 2019 (564)
İyun 2019 (423)
May 2019 (557)
Aprel 2019 (537)
Mart 2019 (417)

«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Ermənistan üçün kritik həftə – əks-inqilab və yeni çaxnaşmalar...

22 okt 2018, 10:00   
    78
Ermənistan üçün kritik həftə – əks-inqilab və yeni çaxnaşmalar...

Oktyabrın 22-dən etibarən Ermənistan üçün növbəti gərgin dönəm başlayır. Bu gün hökumətin təşəbbüsü ilə çağırılacaq parlament iclasında gündəlikdə bir məsələ olacaq: yeni baş nazir seçkisi. Vəziyyəti intriqalı edən də bu özəllikdir.

Məsələ ondadır ki, konstitusiyaya əsasən, parlamentin özünü buraxması və erkən seçkilərin baş tutması üçün Nikol Paşinyana müxalif çoxluq, daha doğrusu, revanşist qüvvələr, ümumiyyətlə, heç bir digər qüvvə baş nazirliyə namizəd irəli sürməməli və ya irəli sürülən namizəd baş nazir seçilməməlidir.

İlk səsvermə oktyabrın 24-ə nəzərdə tutulub. Bir həftə sonra - oktyabrın 31-də eyni hal təkrarlanmalı, seçki baş tutmamalıdır ki, nəticədə ən tezi 30, ən geci 45 gün ərzində yeni parlament seçkiləri keçirilsin. Bu da təxminən dekabrın ortalarına təsadüf edir. Belə bir variantda Paşinyan və hökuməti yeni seçkilərədək öz səlahiyyətlərinə davam edəcək. Paşinyan məhz bu ssenari naminə postundan istefa verib.

*****

Doğrudur, hazırda baş nazir səlahiyyətlərini icra edən N.Paşinyan seçkilərlə bağlı əsas siyasi qüvvələrlə kütlənin təzyiqi altında namizəd irəli sürülməyəcəyi haqda ilkin anlaşma əldə edib. Lakin bu, şifahi anlaşmadır. İkinci yandan, parlamentdəki çoxluq fərqindədir ki, Paşinyanın ssenarisi üzrə parlamentin buraxılmasına və erkən seçkilərə razılıq vermək - özü haqda “siyasi ölüm” hökmü çıxarmaq kimi bir şeydir. Çünki qarşıdakı seçkilərdə revanşist qüvvələrin indiki sayda deputat mandatları əldə edə bilməyəcəyi aydındır.

Bu səbəbdən, bir sıra təhlilçilər N.Paşinyanın istefasının onun özü və komandası üçün müəyyən risklər daşıdığını və xoşagəlməz ssenarinin ola biləcəyini istisna etmirlər. Məsələn, “Yeni Müsavat” qəzetinin məlumatına görə, erməni ekspert Mikael Zolyan alman nəşrinə verdiyi müsahibədə deyib ki, parlamentdə nisbi üstünlüyünü saxlayan respublikaçılar başqa bir şəxsi də baş nazir seçə bilərlər.

“Ancaq bu gün ölkədə, faktiki, inqilaba universal dəstək fonunda və köhnə hakimiyyətə qarşı neqativ atmosferdə bu, proqnoz edilməyən nəticələrə gətirəcək avantüra demək olardı”, - deyə o qeyd edib. Bu üzdən erməni ekspert inanır ki, Paşinyan komandası parlament seçkilərində də qalib gələcək və artıq yeni Milli Məclis onu baş nazir seçəcək.

Zolyana görə, köhnə hakimiyyətin parlamentdə formal demarşı hərçənd qanun çərçivəsində olacaq, bununla belə, cəmiyyət bunu “çevriliş cəhdi” kimi qəbul edəcək. “Bu da yeni kütləvi etirazlara və ölkədə situasiyanın qarışmasına gətirə bilər. İstənilən halda, belə bir ssenarini (əks-inqilab ssenarisini - ”YM") tam istisna etmək də olmaz. Çünki respublikaçı çoxluğun əksər üzvlərinin itirəcəyi heç nə qalmayıb. Onlar deputat mandatlarından məhrum olmaqla nəinki gələcək karyeralarını itirə, eyni zamanda, korrupsiya əməlləri ilə bağlı müttəhimlər kürsüsündə otura bilərlər", - deyə erməni təhlilçi sonda əlavə edib.

*****

İşğalçı ölkədə kritik 7 gündə yaşananları Moskva, sözsüz ki, xüsusi diqqətlə izləyəcək. Bəs Putin Ermənistandakı demokratiya oyununa hara kimi dözüm göstərəcək? Axı sirr deyil ki, Paşinyanın başında durduğu yeni siyasi elita Qərbin xeyrinə Rusiya ilə əlaqələri minimuma endirməyi hədəf alıb.

“Lakin Moskva ilə münasibətlərin tam qırılmasına əlbəttə ki, gedilməyəcək. Ancaq Paşinyan çalışacaq ki, daha çox ABŞ-a və Avropa Birliyinə yaxın adam təəssüratı yaratsın”. “Yeni Müsavat”ın məlumatına görə, bu barədə dsnews.u.a. portalında Ermənistandakı son situasiyanın şərhinə həsr olunmuş məqalədə deyilir.

Məqalədə daha sonra bildirilir: “Bunun dəlilləri artıq var. Birincisi, Nikol Paşinyan dəfələrlə ABŞ-la əlaqələrin möhkəmlənməsinin vacibliyini bəyan edib. İkincisi, baş nazir əvəzi özünün beynəlxalq imici üzərində işləyir. Bu da ondan ibarətdir ki, Avropadan və Şimali Amerikadan olan həmkarlara bunu anons eləsin ki, Nikol Paşinyanın hakimiyyətdə uzun müddət qalmaq niyyəti ciddidir. Onun belə bir bəyanatı da var ki, Ermənistan daha çox Avropa Birliyinə inteqrasiya eləməlidir. Bu, çox iddialı bəyanatdır və ölkəni izolyasiya rejimindən, asılı vəziyyətdən çıxarmağa hesablanmış cəhddir”.

Məqalədə Rusiyanın mövqeyinə də toxunulur: “O halda Moskva yüz faiz kənarda qalmayacaq. Buradan belə bir sual çıxır: Paşinyan uzun müddət baş nazir ola biləcəkmi və nə dərəcədə o, güclü komanda yarada biləcək? Belə bir komanda olmayacaqsa, Rusiya üçün yerli qüvvələrin köməyi ilə Nikol Paşinyanın karyerasını laxlatmaq, hətta dağıtmaq çətin olmayacaq. Odur k, artıq indidən Paşinyan qarşısında qəliz vəzifə durur: Avropa Birliyi ilə Rusiya arasında elı manevr etmək və birinciyə elə yaxınlaşmaq ki, Kremli qıcıqlandırmamaq”.

*****

“Mümkündür ki, tezliklə Ermənistanda Rusiya xarici siyasət maraqları üçün əsla proqnoz edilməyən bir hakimiyyət qurulsun. Ehtimal ki, İrəvanın Qərb toplusuna sıx inteqrasiya yolunda cəhdləri güclənəcək. Nədən ki, Paşinyan ”iqtisadi sıçrayış"la bağlı ümidlərini böyük sərmayələrə bağlayıb - hansı sərmayələr ki, yaxın zamanlarda görünmür".

Bunu isə rusiyalı politoloq Mixail Belyayev “Vestnik Kavkaza” üçün yazdığı məqalədə qeyd edib. Onun sözlərinə görə, Paşinyanın büdcə “deşiklərini” oliqarxlardan alınan pullar hesabına tutmaq formulu uzunmüddətlı ola bilməz və onun effekti açıq-aşkar təzə hökumət tərəfindən şişirdilib. “Özü də bu populistlərə xas ən yaxşı ənənə stilində edilib. Qarabağ məsələsində güzəştlərə getmədən blokada iqtisadiyyatını ayağa qaldırmaq isə mümkün deyil”, - deyə müəllif sözünə davam edib.

Rusiyalı siyasi şərhçiyə görə, İrəvanın Qərblə oynamaqla həm də Rusiyadan əlavə imtiyazlar qoparmağa çalışacaq. “Dağlıq Qarabağ məsələsində elə də aydın olmayan, lakin sərt xətt isə cəbhə xəttində eskalasiyanı qaçılmaz edəcək”, - deyə sonda müəllif əlavə edib.

Başqa bir rusiyalı politoloq Stanislav Tarasov isə hesab edir ki, Moskva Nikol Paşinyan əleyhinə oyun aparmasa da, bütün “yumurtaları eyni səbətə qoymamaq” xətti izləyir. “Ona görə də Rusiya Ermənistanda başqa qüvvələrlə əməkdaşlıq variantı axtaracaq. Hazırda sual budur ki, Nikol Paşinyan bundan sonra özünü necə aparacaq? Əgər o, siyasi baxımdan regional siyasətdə, həmçinin dünyada özünü düzgün göstərə bilsə və Qərbin əlinə oynamasa, o zaman Ermənistan böhrandan çıxacaq”.

Məsələ də ondadır ki, Paşinyan seçkilərdən sonra da “iki stulda oturmaq” siyasətini uğurla davam edəcəyini düşünür. Bu isə illüziyadır. Nə Rusiya, nə də Qərb uzun müddət bu hiyləgər taktikaya dözüm göstərməyəcək. Yəni elə bir situasiya ki, Paşinyan hökumətinin bir əlindən Qərb, o birindən Moskva tutsun - belə şey gözlənilmir. İnqilabçı qüvvələr buna seçkilərdən sonra, çox tezliklə əminlik hasil edəcək...
OXŞAR MÖVZULAR