Impera

XƏBƏR LENTİ
16:17Deputat Aydın Hüseynov: “Qondarma qurumu dəvət edən dövlət ilk növbədə özünə hörmət etmir”15:52Avtomobil benzini ilə bağlı RƏSMİ MƏLUMAT15:39Venesuela müxalifətinin lideri BMT Baş Asambleyasında müzakirələrə qatılmaq niyyətindədir14:56Azərbaycanda tamah cinayəti – Mənzilə daxil olaraq ev sahibini öldürdülər14:45Tender qalmaqalı: Şəhid ailələrinə tikilən evlərin pulunu kimlər mənimsəyib?14:44Sevindik Hətəmovun Qaradağ arzuları: “karyer müdiri” Bakı intizarındadı14:42Şəmkirdə ermənilik: “1800 manata görə körpəm can verdi…” – Video14:40Azərbaycanın çörəyi ilə çörəkli olanlar…14:37Sumqayıt Dövlət Universitetində Bilik günü” təntənə ilə qeyd olundu14:30SOCAR son 10 ildə gəlirlərini 26 dəfədən çox artırıb13:29DİN Novxanıda baş verən dəhşətli hadisə barədə məlumat yaydı13:25İşsizlərin sayı AÇIQLANDI12:35Bu tələbələrə akademiya təqaüdü veriləcək12:00Azərbaycanın “Avroviziya-2020” mahnı müsabiqəsində iştirakı rəsmən təsdiqlənib11:46Bakı əhalisinə çağırış - İctimai nəqliyyatdan istifadə edin11:19Balakəndə iqtisadi sabotajı kimlər edir: 100 min tonlarla məhsul məhv olub-VİDEO11:17Səfər Mehdiyev komitəsi: süründürməçilik, rüşvət, nifrət…korrupsiya… – Araşdırma/Video11:08Hacı Nurana yeni vəzifə verilib? - AÇIQLAMA10:46DÜNYA ŞOKDA: üzbəüz döyüşü uduzsalar 140 nüvə bombası atılacaq - Baş nazir BƏYAN ETDİ10:35Bu gün 4 rayonda qaz olmayacaq10:20Cəbhədən son məlumat - Müdafiə Nazirliyi01:22Vəkil Ruslan Mirzəyevdən Anar Bağırova şikayət var-300 manatı qaytarmır21:35“Qudası yüksək vəzifədədir deyə bütün məhkəmələr zəngi ilə hərəkət edir”21:29Vidadi Zeynalovun oğlu ilə bankir kürəkəninin şirkəti haqda sənədlər yayıldı13:57Stimul Hospitaldan növbəti hümanist addım15:35DİN keçmiş məhkəmə sədrinin qətli ilə bağlı məlumat yayıb15:17Bakı metrosunda interval 2 dəqiqəyə düşdü15:05İki güləşçimiz dünya çempionatının finalına çıxmaq üçün mübarizə aparacaq14:43Yağış, leysan gəlir - SABAHIN HAVASI14:28Elgiz türk serialına çəkilənləri tənqid etdi: "Süpürgəçi, cibgir, qulluqçu"12:31Həftəsonu işləyənlərə əlavə ödənişlər verilsin - TƏKLİF12:14DİN keçmiş məhkəmə sədrinin qətli ilə bağlı məlumat yaydı12:00Onlar bu il universitetlərə qəbul olundular, amma ali təhsildən imtina etdilər - Şok RƏQƏMLƏR11:36Vasif Talıbov özünü yeni vəzifəyə təyin etdi11:21DIN və polis rəisləri kimlərə müharibə elan edib? - Xətai polis rəisi barədə ilginc faktlar11:13SON DƏQİQƏ: Türkiyədə ardıcıl iki GÜCLÜ ZƏLZƏLƏ: Çox sayda xilasedici cəlb edildi23:03Məktəbə forma ilə getməyən şagirdlərin cəzası nə olacaq? - Təhsil Nazirliyi cavablandırdi22:59Sumqayıt DYP xanım sürücünü necə xilas etdi? – İnanılmaz jest17:48Faciəvi QƏZA: 3 nəfər DİRİ-DİRİ YANDI17:34Həcc ziyarətinə gedənlərə vacib xəbər: gələn ildən etibarən...17:23Manatı gələn il nə gözləyir? - Rəsmi inflyasiya proqnozu AÇIQLANDI17:12Nazir küçədə piyadaları cərimələyən post-patrul əməkdaşlarının səlahiyyətlərinə xitam verib17:01Geyim mağazasından oğurluq edən qadın tutuldu16:51Gələn ilin dövlət büdcəsində neftin qiyməti neçə dollar olacaq?16:18Mərkəzi Bankdan uçot dərəcəsi ilə bağlı - QƏRAR15:45Bu rüsumun qiyməti 1000 manatdır - DMX-nin rəisi15:36SDU-nun Mühəndislik fakültəsinə müasir laboratoriya avadanlıqları alınıb14:33Adam oğurlayaraq işgəncə verən keçmiş idmançımızın məşqçisi: "Atası deyirdi ki, pul lazımdır"14:14Atambayevin tərəfdarları ad günündə mitinq keçirəcək14:03Şəkidə infotur çərçivəsində konfrans keçirilib13:53Abşeron və Sumqayıtda yaşayanlara XOŞ XƏBƏR! – VİDEO13:28"Qarabağ" - "Sevilya" oyununun biletləri satışda13:09Azərbaycan vətəndaşlarının daha çox hansı ölkədən geri qaytarıldığı məlum olub12:54Azərbaycanda İLK: Qidalar bu texnologiya ilə yoxlanılacaq - FOTO12:23DYP: Avtomobilinizdə bu olmasa 10 AZN cərimələnəcəksiz12:00Azərbaycan Ordusu 10 minlik hərbçi ilə genişmiqyaslı təlimə başlayır10:57Mərhum pilotumuzla bağlı xəbər yayıldı - İfşa edin...10:36Arçil Talakvadze: "Gürcüstan NATO-ya qoşulmağa hazırdır"10:33BirKart-la UNEC-də təhsil haqqını hissə-hissə ödəmək olar09:54Ermənilər atəşkəs rejimini 20 dəfə pozub18:00Melaniya Trampın plaşı qalmaqala səbəb oldu - FOTO17:32Biləsuvar Məşğulluq Mərkəzinə qarşı ŞOK İDDİA-VİDEO17:20Azərbaycanda hər 10 ailədən 1-i sonsuzdur - Süni mayalanma gizlədilir17:0022 yaşlı atadan körpəsinə qarşı dəhşətli əməl15:52Azərbaycan-Türkiyə iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın növbəti iclası keçiriləcək14:41Bakının bu metrostansiyası təmirə bağlanacaq14:16İlqar Məmmədov: “Əli Kərimli ilə debata razılıq verdim”14:03Volfqanq Şoyble Azərbaycana gələcək13:5328° dərəcə isti - HAVA PROQNOZU13:44“Qarabağ” – “Neftçi” oyununun hakimləri müəyyənləşdi13:35Girnədə silah-sursat anbarında partlayış olub13:22Elinanın ölümündə təqsirli bilinən direktor barədə MƏHKƏMƏ QƏRARI VERİLDİ13:13Vilayət Eyvazov Zeynalovu rəis TƏYİN ETDİ12:44Prezident İlham Əliyev Bakıdakı 101 nömrəli məktəbin əsaslı təmir və yenidənqurmadan sonrakı vəziyyəti ilə tanış olub11:49“Xətai” açıldı11:35Bakıda bir qrup abunəçinin qaz təchizatı dayandırılacaq11:27Badamdar sakini Bəybala Hüseynovla bağlı Prezidentə müraciət etdi11:19Bakı metrosundan istifadə edənlərə ŞAD XƏBƏR11:06Baş nazirdən əlilliyi olan şəxslərlə bağlı QƏRAR10:47Pambıq yığımına start verilir - prosesə ciddi nəzarət olacaq10:35Bakıda daha 570 güzəştli mənzil satışa çıxarıldı - QİYMƏTLƏR10:09Müdafiə Nazirliyi: Düşmən atəşkəs rejimini 21 dəfə pozub01:00Göyçayda Loğman və Əhliman Əliyevlərin məcaraları bitmir23:48Dəyəri yüz minlərlə ölçülən avtomobillər, bahalı restoranlar: - Qlamur YAP-çının hekayəsi21:56İmişliyə Bakıdan başçı göndərilir... - Vilyam Hacıyevi himayədarları meydanda tək qoyası olacaq...21:54“Zamin Bank”ın Biləsuvar filialının müdirindən Zakir Qaralova şikayət: “Pulları yığıb cibinə qoyub”17:50İnam Kərimovdan işdən qovduğu direktorun yerinə - TƏYİNAT17:40“Qaçqınların əksəriyyətini sərhəd və təmas bölgələrində yerləşdirmək lazım idi...”17:30Model olmağa hazırlaşan qızın burnunu qırdılar - QORXUNC...17:20Sabit Səmədova yüksək vəzifə verildi - ƏMR17:09Azərbaycanda uşaq pulu BƏRPA OLUNACAQ? - Baş Nazirin müavini AÇIQLADI16:45"Azərbaycanın ən güvənli tərəfdaşı ABŞ deyil, Rusiyadır" - Y.Hacıyevadan İLGİNC AÇIQLAMA16:35Eyyub Hüseynovun qızı Kanadada vəfat etdi16:03Deputat: Maaşlar, pensiyalar, müavinətlər diqqət mərkəzində olacaq15:49Bakının mərkəzində 6 otaqlı ev yandı15:36Mahir Emrelinin evi QARƏT OLUNDU15:22Türk dövlətlərinin ortaq kəşfiyyat qurumu nə iş görəcək? - çox böyük əhəmiyyəti var15:05"Kiminlə oturduğunuzu göstərəcəm ki, evinizdə qırğın düşsün"14:44"Qarabağ"ın Beqoviçindən yeni açıqlamalar - "O cür pul qazanmaq mənə görə deyil”14:37Türkəçarə ilə müalicə, yoxsa travmadan travmaya-Problem
BÜTÜN XƏBƏRLƏR
Sentyabr 2019 (323)
Avqust 2019 (631)
İyul 2019 (563)
İyun 2019 (423)
May 2019 (557)
Aprel 2019 (537)

«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Bakı ilə London arasında siyasi məsləhətləşmə: Qarabağ...

24 okt 2018, 23:21   
    126
Bakı ilə London arasında siyasi məsləhətləşmə: Qarabağ...

Oktyabrın 24-də Azərbaycan ilə Böyük Britaniyanın Xarici İşlər nazirlikləri arasında növbəti siyasi məsləhətləşmələr keçirilib.

Axar.az xəbər verir ki, siyasi məsləhətləşmələri Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Xələf Xələfov, Böyük Britaniya tərəfindən isə Britaniya Xarici İşlər Nazirliyinin Avropa və Amerika məsələləri üzrə dövlət naziri Alan Dankan aparıblar.

Nazir müavini X.Xələfov Azərbaycan ilə Böyük Britaniya arasında siyasi dialoqun intensiv şəkildə aparılmasından məmnunluğunu ifadə edib. O, Azərbaycanın Böyük Britaniya ilə tərəfdaşlığa önəm verdiyini diqqətə çatdıraraq, Prezident İlham Əliyevin 2018-ci ilin aprelin 26-da Britaniya Baş nazirinin dəvəti ilə bu ölkəyə səfərini xatırladıb və bunun ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsinə töhfə verdiyini deyib. Nazir müavini yüksək səviyyəli qarşılıqlı səfərlərin bundan sonra da təşviq edilməsinin əhəmiyyətini vurğulayıb.

Xələf Xələfov Azərbaycanın enerji sektorunun inkişafı, eləcə də “Əsrin müqalivəsi”nin imzalanmasında və reallaşmasında Britaniyanın xüsusi rolunu qeyd edib, bu sahədə Britaniya şirkətlərinin Azərbaycandakı uğurlu fəaliyyətinin davam etdirilməsinin vacibliyini nəzərə çatdırıb.

Nazir müavini, eyni zamanda, Azərbaycan tərəfinin Britaniya ilə qeyri-neft sektorunda da əlaqələrin inkişaf etdirilməsində maraqlı olduğunu bildirərək, birgə sənaye müəssisələrinin yaradılması, kənd təsərrüfatı, əczaçılıq və digər sahələrdə Britaniyanın daha fəal iştirakının arzuedilən olduğunu diqqətə çatdırıb.

Xələf Xələfov Azərbaycan ilə Avropa İttifaqı arasında imzalanması nəzərdə tutulan “Tərəfdaşlıq sazişi”nin son vəziyyəti ilə bağlı qarşı tərəfə ətraflı məlumat verib. O, ölkəmizin Böyük Britaniya ilə “Brexit”dən sonra da əməkdaşlığın davam etdirilməsində maraqlı olduğunu və bunun müvafiq sazişlə tənzimlənməsinin zəruriliyini qeyd edib.

Siyasi məsləhətləşmələr zamanı Azərbaycanın və regionun təhlükəsizliyi üçün ciddi təhdid olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və Ermənistanın Azərbaycana qarşı davam edən işğalına toxunan X.Xələfov ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə münaqişənin həlli istiqamətində aparılan danışıqların heç bir nəticə vermədiyini təəssüflə diqqətə çatdırıb. Nazir müavini münaqişənin həm regional, həm də qlobal səviyyədə mənfi təsirləri barədə məlumat verib. O, münaqişənin beynəlxalq hüququn norma və prinsipləri, o cümlədən beynəlxalq təşkilatlar tərəfindən qəbul edilən qərarlar, xüsusilə də BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında həll olunmasına impuls verilməsinin vacibliyini bildirib.

Nazir müavini deyib ki, hazırda mövcud olan bütün münaqişələrə münasibətdə beynəlxalq birlik tərəfindən ayrı-seçkiliyə yol verilməməli, beynəlxalq hüquq prinsiplərinə əsaslanan vahid yanaşma sərgilənməlidir.

Britaniyalı dövlət naziri Alan Dankan ikitərəfli münasibətlərin səviyyəsinə dair səslənən fikirlərlə tam razı olduğunu və əlaqələrin bir çox sahələr üzrə daha da inkişaf etdirilməsinin vacibliyini söyləyib. O bildirib ki, Britaniya və Azərbaycan iki ölkə arasında mövcud olan dostluq və əməkdaşlıq ruhundan irəli gələrək ən çətin və həssas məsələləri belə müzakirə etməyə qadirdir.

A.Dankan Azərbaycan və Avropa İttifaqı ilə əlaqələrin inkişaf etdirilməsinə ölkəsinin Breksitdən sonra da dəstək verəcəyini qeyd edib. Dövlət naziri Breksitdən sonra Azərbaycan ilə münasibətlərin ikitərəfli müstəvidə davam etdirilməsində Britaniyanın maraqlı olduğunu əlavə edərək, iki ölkə arasında Breksitdən sonra iqtisadi və ticarət əlaqələrinin tənzimlənməsinə dair Tərəfdaşlıq və Əməkdaşlıq Sazişinin layihəsini təqdim edib.

Söhbət zamanı beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və qarşılıqlı dəstəyin vacibliyinə toxunularaq, bu istiqamətdə də əlaqələrin inkişaf etdirilməsinin zəruruliyi vurğulanıb.

Görüşdə, həmçinin iki ölkə arasında viza rejiminin sadələşdirilməsi, insan hüquqları, regionda və dünyada baş verən son hadisələr və geosiyasi vəziyyət, “Şərq Tərəfdaşlığı” proqramı və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Məsləhətləşmələrdə Azərbaycanın Böyük Britaniyadakı səfiri Tahir Tağızadə, Britaniyanın Azərbaycandakı səfiri Karol Krofts, eləcə də hər iki ölkənin Xarici İşlər nazirliklərinin müvafiq əməkdaşları iştirak ediblər.
OXŞAR MÖVZULAR