Impera

XƏBƏR LENTİ
01:25Adil Vəliyevin bu şəhid ailəsindən xəbəri varm? - "Hec olmasa övladımı məktəbə göndərə bilim..."01:10BDU-nun müəllimi ilə deputat arasında pul davası: "Baş nazir məsələyə qarışdı, spikerlə danışdı..."01:00“Mürəkkəb geostrateji regionda müstəqil siyasət həyata keçirmək heç də asan məsələ deyil” – DEPUTAT16:39Ağdamda 1700 manata satılan MÖHLƏT HÜQUQU... Kimdi bu "Komissar" ELXAN? - ŞOK SƏS YAZISI14:31Xəzərdə üzən bütün gəmilərə XƏBƏRDARLIQ edildi14:27Ehtiyatda olan polis və hərbiçilərə iş təklifi14:23"Mənim ağzımdan söz çıxmır, sözü deyirəm" - Elnarə Abdullayevadan AÇIQLAMA14:19İTV-nin sabiq əməkdaşı faciəvi şəkildə həlak oldu14:16Leyla Əliyevanın təşəbbüsü ilə daha bir həyət abadlaşdırıldı11:58Kərbəlada dəhşətli partlayış - ÖLƏNLƏRİN SAYI ARTIR11:39Tramp Yaxın Şərqə əlavə qoşun göndərir - GƏRGİNLİK ARTIR11:25Satılmayan mallar supermarketlər tərəfindən pulsuz paylanacaq - Polşada11:10Noyabrda Bakıda IV Beynəlxalq Bankçılıq Forumu keçiriləcək10:54Prezident İlham Əliyev: "Neftçilərimiz bu gün Azərbaycanın qüdrətini, inkişafını təmin edirlər"23:01İradə Gülməmmədova səyyar qəbul keçirdi18:00İlham Əliyev bu xanımı icraçı direktor təyin etdi - SƏRƏNCAM17:37Millət vəkili: "İnternetə nəzarət tətbiq olunmalıdır"17:26Məşhur şirkətin işçisi binanın damında nə etdi?17:11SON DƏQİQƏ: Azərbaycanlılar Rusiyada DƏHŞƏTLİ QƏZAYA DÜŞDÜ - Çox sayda ölü və yaralı var / VİDEO16:50Arvadını 5-ci mərtəbədən atan art-direktordan XƏBƏR VAR16:38Sürücü tərəfindən söyülən yol polisi ilə bağlı qərar — EKSKLÜZİV (VİDEO)16:11Bir neçə dəqiqəyə 90 milyon insan məhv ola bilər - Dəhşətli PROQNOZ15:44Azərbaycanlı gənc jurnalist vəfat etdi15:24Uduzdurulan Hacı Əliyev: Hakimlərə haqqımı halal etmirəm - FOTO15:00Rafael Cəbrayılovdan deputat vəsiqəsini girov qoyması xəbərinə - REAKSİYA14:44Hava kəskin soyuyacaq, yağış yağacaq - XƏBƏRDARLIQ14:15Vilayət Eyvazov onu işdən azad etdi13:55"Bizim Cəbiş müəllim" filmindəki meyxananın müəllifi açıqlandı - 50 İLDƏN SONRA - FOTO13:10Mehriban Əliyeva neftçiləri təbrik etdi: "Biz sizinlə, sizin peşə uğurlarınızla fəxr edirik" - FOTO12:56Rusiyada Afrika taunu yayılıb12:20Çiçarito "Qarabağ"a qol vurduğu oyundan danışdı11:46Səfər Mehdiyevin qaynı Zeynal Tarquluyevə milyonluq “hədiyyə”si - İTTİHAM11:44Nərimanov rayonunda vətəndaşların evləri dağıdılır Şahmar İbadovdan isə səs çıxmır – ŞİKAYƏT11:12Gəncədə şəhid olan polisin ailəsindən Prezidentə müraciət - MƏTN10:56Fuad Qəhrəmanlının ikinci qızı bacısını dəstəklədi10:39Qobustan qoruğunda “Avropa irs günləri” qeyd olunub10:25“Əsrin müqaviləsi” gənclərin düşüncəsində10:12MN: Düşmən iriçaplı pulemyotlardan istifadə etməklə atəşkəsi 21 dəfə pozub21:53Beyləqanda Anar Vəliyevin “xanım jurnalistlərə” “Cənnət Bağı” nda verdiyi ziyafətin “Cəhənnəm” əzabı …21:24Azərbaycan Vətən Müharibəsi Veteranları İB-nin yaradılmasının 25 illik yubileyi qeyd olunub17:55Azərbaycanda bir yaşadək körpələr arasında ölüm kabusu - SƏBƏBLƏR17:43Ermənistandan Dilqəm Əsgərov və Şahbaz Quliyeviin dəyişdirilməsinə münasibət17:25Dollarla bağlı MÜHÜM QƏRAR17:04Azərbaycanda ana və oğul özünü Araza atmaq istədi16:52"Liverpul"dan Maneyə yeni müqavilə16:41Bakıda dələduzluq edən şəxs döyüldü16:28“Maşın”da onlar yarışacaq – SİYAHI15:47Azərbaycanda beş yeni “ASAN xidmət” mərkəzi açılacaq15:13Ötən gün əməliyyat edilən Kamil Musəvi danışdı: "Ağciyərimdə zədələr var idi"14:59Azərbaycanda erkən nikahların daha çox qeydə alındığı bölgələr açıqlandı14:39Öncə qeyd etdiyim kimi Bakı şəhər icra hakimiyyətinin başçısı olanda Hacıbala Abutalıbovun Ramiz Verdiyev adında bir kadrı vardı, baş zibildaşıyan idi.14:36Kərəm Həsənov Əliyevlərə qarşı: “Cənab prezident, var-yoxumuz söyülür” - Video14:33Ölkəni dərmanla zəhərləyən mafiya (ARAŞDIRMA)14:11GÜNÜN OYUNU: "Qarabağ" - "Sevilya"13:57Moskvada MDB ölkələrinin Oxucu Assambleyası keçirilib13:41Sabahaın hava PROQNOZU13:30"Ramalın acığına..." - Fatimədən cavab12:43Krallığa hücum müharibə səbəbidir - Pompeo12:07Ağsunun qara günləri – Bacanaqların talan etdiyi rayon… – İTTİHAM12:04ÖLÜMÜNƏ İNANMADIĞIM KÖLGƏ ADAM… –Elxan Şükürlü dostu Etimad İsmayılovdan yazdı12:02Qoşqar Təhməzli “Broker Əbülfəz”in palma yağlarına necə göz yumur? – Özəl11:58Fəvvarələr meydanında konsert təşkil edilib-Milli Musiqi Günü münasibətilə11:47Bakının Baş planının hazırlanması işləri gələn ilin sonlarınadək yekunlaşacaq11:28“Xətai” metrostansiyasında nasazlıq: eskalator xarab oldu11:09Azərbaycandakı milyarder və milyonçular...10:45Ana 10 aylıq körpə qızını boğub öldürdü — Ağdamdakı DƏHŞƏTLİ QƏTLİN TƏFƏRRÜATI10:30Erkan Özoral: Türkiyə ilə Azərbaycan arasında ticarət dövriyyəsi artıb22:39Son zamanlar spirtli içkilərin, daha dəqiq desək pivə satışının geniş vüsət alması, yaşından və cinsiyyətindən asılı olamayaraq hər kəsə istehlak olması adamı düşünməyə məcbur edir.20:54Qəbələ rayonunun bir sıra meşə massivləri bir sıra şəxslər tərəfindən qırılaraq məhv edilir.17:59Cəlilabad Ziyalıları Şəhid Adına Məktəbin Direktoru Sücaət Mehtiyevin Saxtakarlığndan Yazdı – MÜRACİƏT17:44Məktəbdə YANĞIN: 30 şagird öldü17:32Qurban Qurbanov: Ən çox izlədiyim çempionat La Liqa, milli isə İspaniyadır17:20Ermənistanda ŞOK SƏNƏD yayıldı: - Nikol Paşinyan dəlixanada yatıb (FOTOFAKT)17:07Azərbaycan və Gürcüstan qaz tədarükü ilə bağlı məsələləri müzakirə ediblər16:48Aztəminatlı ailələrlə bağlı UNİKAL TƏKLİF16:29"Əsrin müqaviləsi”nin imzalanması Heydər Əliyevin dühası və iradəsi sayəsində mümkün olub" - Əli Əhmədov16:11Gələn il Azərbaycanda sosial müdafiə məqsədləri üçün ayrılan vəsait 10 faiz artırılacaq15:59Peşə məktəblərində işləmək istəyənlərin DİQQƏTİNƏ!15:31Hadi Rəcəbli: Bəzi deputatlar fantastik fikirlər səsləndirirlər15:15“Azərişıq”: Hər bir sahibkar elektrik şəbəkəsinə onlayn qaydada qoşulacaq15:00Bu gün Milli Musiqi Günüdür14:45Hacının ilk rəqibi rus oldu - Dünya çempionatı14:31SON DƏQİQƏ: Türkiyədə güclü yanığın14:20Azərbaycanda hamilə qadınlara qənim kəsilən qadın saxlanıldı14:07Mal ətindən ölüm12:35Sabiq deputat YAP-dan QOVULDU12:05Göygöl şefinin oğlunun dəbdəbəli həyatı – Fotolar12:02Baş dəmiryolçunun yüksəlişi və Cavid Qurbanova STOP qoyan sənəd – VİDEO+FOTO11:34Sürücünün yol polisini təhqir etməsi ilə bağlı araşdırma başlanıldı10:47Bakıda helikopter qəzaya uğradı: Pilot ağır xəsarət alıb10:36Novruz Məmmədovdan qərar - Bu şəxslərin maaşı artırıldı10:21“Sevilya” Bakıya gəldi09:48Azərbaycan MN: Düşmən atəşkəs rejiminə əməl etmir20:55“SƏDƏRƏK YUSİF” KÜRÜ “İŞĞAL” ETMƏKDƏ DAVAM EDİR: QANUNSUZ TİKİLİNİN İCAZƏSİNİ İCRA BAŞÇISI VERİBMİŞ – YENİ VİDEO20:53Xəzər rayonunda Hacı Gülağanın sususz qoyduğu adamlar – Vətəndaşı dövlətdən narazı salanlar niyə cəzasız qalır? VİDEO18:00Elinanın intihar etdiyi məktəbin yeni direktoru kimdir? - DOSYE17:40Bu il 1-ci sinif üçün riyaziyyat dərslikləri iki hissədən ibarət hazırlanıb17:20Əmisi oğlunun arvadını qaçıran şəxsi döyüb öldürənlərlə bağlı YENİ XƏBƏR17:00"Qarabağ" öz futbolçusunun qardaşını da — TRANSFER ETDİ16:40Parlamentdə lombard fırıldaqçıları müzakirə edildi
BÜTÜN XƏBƏRLƏR
Sentyabr 2019 (449)
Avqust 2019 (631)
İyul 2019 (563)
İyun 2019 (423)
May 2019 (557)
Aprel 2019 (537)

«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Vəzifəsindən qovulan keçmiş rəis indi də xalqı “Hell”lə “zəhərləyir” – Faktlar

29 okt 2018, 17:28   
    134
Vəzifəsindən qovulan keçmiş rəis indi də xalqı “Hell”lə “zəhərləyir” – Faktlar
Baxmayaraq ki, enerji içkiləri son zamanların “kəşfidir” , onların tərkib maddələri uzun əsrlərdir ayrı-ayrılıqda gümrahlaşdırıcı qismində istifadə edilir. Energetiklərin istehsalı və satışa buraxılması sessiya zamanı tələbələrə, gecə-gündüz işləyən zəhmətkeşlərə, gecə yola çıxan sürücülərə və sadəcə çox yorğun olmasına baxmayaraq işləməyə məcbur olan insanlara bir “hədiyyə” kimi qiymətləndirilir.

İddia edilir ki, bu içki insanı enerji ilə təmin edir. Ancaq bu, düzgün deyil. Bankanın içindəki məhsul insanın daxili rezervinə açılan qapının açarı rolunu oynayır. Başqa sözlə banka enerji vermir, sadəcə insanda olan enerjini çıxardır. İnsan öz resurslarından «borc» götürür. Borcu isə əvvəl və ya axır qaytarmalısan. Bunun əvəzi yorğunluq, yuxusuzluq, əsəbilik və depresiya ilə ödənir.

Enerji içkilərindən istifadə arterial təzyiqin artmasına və qanda şəkərin yüksəlməsi ilə nəticələnir, həmçinin taxikardiya, psixomotor oyanma, əsəbilik, depressiv vəziyyət yaradır.

Bu içkilər ümumiyyətlə hamilələrə, uşaqlara və yeniyetmələrə, yaşlı adamlara, hipertoniklərə, ürək amar xəstəliyi olanlara, qlaukomada, yuxu pozğunluğunda, əsəbilikdə və kofeinə qarşı həssaslıq zamanı istifadəsi qəti olaraq qadağandır.

Mütəxəssislərin fikirincə, Azərbaycan səhiyyəsində yaxın 5 ildə xərçəng xəstələrnin sayı bir neçə dəfə artmış olacaq. Belə ki, mütəxəssislər qeyd edirlər ki, enerji içkiləri orqanizmin müqavimət gücünü həddindən artıq xərclədiyi üçün bu cür dəhşətli xəstəliklərə qarşı immunitet zəif olur.

Fransa, Danimarka və Norveçdə «energetiklər»in mağazalarda satışı qadağandır. Onlar dərman vasitəsi hesab olunduğu üçün ancaq apteklərdə satılır. İsveçrədə isə enerji içəcəklərindən sonra vəfat edən şəxslərin istintaqına başlayıblar.

Ümumdünya Səhiyyə Təşkilatı da tərkibində natrium benzoat, kofein və amin turşusu kimi maddələr olan içkilərin təhlükəli ola biləcəyini qəbul edib.

Amerikalı mütəxəssislər iddia edirlər ki, tərkibinə müxtəlif qatqılar qatılan enerji içkilərinin istehsalından və geniş yayılmasından sonra ürək xəstəliklərindən əziyyət çəkənlərin sayı sürətlə artıb.

Artıq Türkiyədə enerjili içkilərin satışının qadağan edilməsi ilə bağlı mətbuatda təkliflər səsləndirilir. Azərbaycanda isə bu içkilərdən daha çox gənc nəsil istifadə edir. Təssüf ki, bu içkilərdən istifadə yaşlı insanların arasında da artmağa başlayıb.

Kardioloqlar bildirir ki, enerji içkilərinin əsas təhlükəsi onların siqaret kimi asılılıq yaratmasıdır: “Enerji içkilərindən sonra ürək döyüntülərinin sürətlənməsi, qan təzyiqinin artması təbii ki, ürəyin yüklənməsi ilə nəticələnə bilər. Araşdırmaçılar hətta bu içkilərin siqaretdən daha təhlükəli olduğunu sübut edən faktlar ortaya qoyurlar. Enerji içkiləri insan beynində oyanıqlığa səbəb olur. Sübut olunub ki, bu içkilərdən istifadə edənlər yaddaş dağınıqlığından, yuxusuzluqdan şikayətlənirlər”.

İstehsalçılar vurğulayır ki, onların istehsal etdiyi içkilər ancaq fayda verir və içkilər daima təkmilləşdirilir, yeni çeşidlər buraxılır. Sual yaranır: əgər hər şey belə “sağlam” və düzgündürsə, nəyə görə bəzi ölkələrin qanunvericiliyi bu içkilərin geniş istifadəsini və bazarda yayılmasını məhdudlaşdırır?

Energetik içkilərin tərkibində olan tonikin enerji artırması fikri tamamilə yanlışdır. Sadəcə tonik insanın “sonraya saxlanmış” mövcud enerji ehtiyatlarının “qənaət etmədən” sərf edir, monları aktivləşdirir. Tonikin təsiri keçəndən sonra insan 2 qat yorğunluq keçirməklə yanaşı, həmdə qıcıqlanma və yuxusuzluq keçirir.

Tonikin tərkibində olan kofein bütün stimulyatorlar kimi əsəb sistemini tədricən pozur, vərdiş yaradır. Energetik içkilərin tərkibində olan aşırı dozada B vitamini sürətlənmiş ürək döyüntülərinə və əllərdə titrəməyə səbəbə olur.

Tanınmış endokrinoloq Səmayə Əliyeva isə enerji içkilərinin əslində insanın ölümünə səbəb ola biləcəyini deyir.

“Araşdırmalara görə, bütün mağazalarda satılan bir banka enerji verən içkinin tərkibində 0,5 l su, 75 mq kofein, 500 mq taurin, şəkər, qlükoza, qlükoronolakton, rəngverici, aromatizator, limon duzu, duzluluğu tənzimləyici, karbon 4 oksid və bəzi vitaminlər var. Tibbi araşdırmalar göstərir ki, televiziyaların “qanadlandırıcı” kimi reklam etdiyi adlarını çəkdiyiniz içkilər əslində daha çox, insanı öldürür. Onların insana əlavə enerji verməsi ilə bağlı iddialar yanlışdır. Yəni, əslində bu içki insana enerji vermir, onun daxilindəki enerji ehtiyatını xərcləyir. Gec-tez biz bu enerjini yorğunluq, yuxusuzluq, əsəb və depressiya şəklində faizlə geri qaytarırıq. Aminturşular, karbon oksid, mineral və vitaminlərə gəlincə isə, onlar enerji sərfinin bir hissəsini ödəyir. Alkoqolsuz energetik içkilərində sintetik kofeinin miqdarı gündə istifadəyə icazə verilən 150 mq dozadan yuxarı olub, 320 mq/l-a qədər təşkil edir.

İstənilən başqa stimulyator kimi, kofein də əsəb sisteminin gərilməsinə gətirir. Onun təsiri orta hesabla 3-5 saat qalır. Bundan başqa, kofein insanda asılılıq yaradır. Mümkün dozanın aşılması halında əlavə təsirlər meydana çıxır: taxikardiya, əsəbilik psixoloji gərginlik və depressiyaya səbəb olur” – Səmayə Əliyeva belə deyir.

Məlum olub ki, Azərbaycanda bir qədər ucuz olduğu üçün, daha çox “Hell” enerji içkisindən istifadə edilir. “Hell Energy International Ltd” Macarıstan şirkətidir və mərkəzi ofisi də “Karoly krt 1 Budapest” ünvanda yerləşir. Şirkət 2006-cı ildən “Hell” içkisi istehsal edir. Bu içki dünyanın bir sıra ölkələrində o qədər də populyar olmasa da, Azərbaycanda ən çox “Hell”dən istifadə edilir. Maraqlı burasındadır ki, “Hell” içkisi dünyanın bir sıra ölkələrində daha baha qiymətə satılmasına baxmayaraq, Azərbaycanda daha ucuz qiymətə satılır. Mütəxəssislərin fikirincə, bu Azərbaycana gələn “Hell” içkisinin tərkibinin daha zəif olması ilə əlaqədardır. Yəni Macarıstandakı şirkətə “Hell” içkisi sifariş edən azərbaycanlı partinyorlar, bu içkini daha ucuz satmaq üçün, tərkibinin zəiflədilməsini istəyirlər. Bu da içkinin daha da keyfiyyətsiz olması ilə nəticələnir.

Digər maraqlı məqam isə”Hell Energy International Ltd” şirkətinin istehsalı olan “Hell” enerji içkiləri Azərbaycanda “Halal” loqotipi ilə satılmasıdır. İçkinin 250 millilitrlik dəmir bankalarında belə nişan var. “Sports Fantastic Edition” seriyasından olan “Hell Classic” içkisinin “halal” loqosu ilə satılmasının məntiqini anlamağa çalışsaq da, mümkün olmadı. Maraqlı olan digər məqam isə Azərbaycanda satılan “Hell” içkilərinin qutularının üzərində istehsal olunduğu müəssisə və məkanın aydın yazılmamasıdır.

Məlumata görə,”Hell” içkisinin Azərbaycana Bakı Şəhər Baş Gömrük İdarəsinin bu il vəzifəsindən azad edilən keçmiş rəisi, general-mayor Vüsal Novruzov tərəfindən gətirilir. Vüsal Novruzov Bakı Şəhər Baş Gömrük İdarəsinin rəisi olduğu dövrdə qanunsuz əməlləri ilə tanınırdı. “Bugatti Veyron” , Koenigsegg Agera , Ferrari F70, Rolls-RoycePhantom Drophead Coupe, MERCEDES S600 MAYBACH də daxil olmaqla dəyəri 100 milyon dollarla ölçülən 72 bahalı avtomobilə sahib olan Vüsal Novruzov rəis işlədiyi dövrdə inhisarçı siyasəti ilə də ad çıxarmışdı. Ölkə rəhbərliyinin islahat siyasəti nəticəsində bu il Vüsal Novruzov da vəzifəsindən azad edildi. Lakin, görünür vəzifəsindən azad edilən Novruzov biznes sturkuturlarını hələ də qoyub saxlaya bilir. Necə deyərlər, əvvəllər gömrük sahəsini korrupsiya burulğanına çevirən Vüsal Novruzov, indi də xalqı “Hell”ə zəhərləyir.
Avropa.info
OXŞAR MÖVZULAR