Impera

XƏBƏR LENTİ
16:40Parlamentdə lombard fırıldaqçıları müzakirə edildi16:20“Kütləvi informasiya vasitələri haqqında” qanuna dəyişiklik edilir16:00Bakı məktəblərinə 29 direktor təyin edildi - SİYAHI15:20Azərbaycann məhşur saytları Qazaxıstan tərəfindən alındı... - ADLAR15:00“Ermənistanı gərgin payız gözləyir...” - TƏHLİL14:40Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq - Belə deyirlər...14:31DTX Rəşad Atakişiyevin ailəsinin müraciətini araşdırır - GƏLİŞMƏ14:16"Ermənistan Dağlıq Qarabağla bağlı danışıqlar prosesinə ciddi zərbələr vurur" - PA rəsmisi12:48Süleyman Mikayılovun qoçuları Müdafiə Nazirliyi adından alver edir – VİDEO12:46Baba Rzayevin falçı sevdası: “Azərenerji”ni ektrasenslər idarə edir? – VİDEO12:34Rüşvət almaqda ittiham edilən komandirin işi - əsgər yoldaşını güllələyən Qasımzadə də dindirildi12:19Gürcüstanın elektrik enerjisi idxalının 91%-dən çoxu Azərbaycanın payına düşüb12:08Fədayə Laçının məhkəməsi niyə onuncu dəfə təxirə düşüb? - VƏKİLDƏN AÇIQLAMA11:09"Xalq Sığorta"da yeni TƏYİNAT10:56Putin Ankarada “Quran”dan sitat gətirdi - VİDEO10:22Benksinin “Devolved Parliament” əsəri hərracda rekord məbləğə satıla bilər10:07Həbib Nurməhəmmədov məğlub etdiyi rəqibə 100 min dollar bağışladı09:53Gəncədə 29 yaşlı gənc başından bıçaqlandı09:38Dövlət qulluqçusu olmaq istəyənlərin nəzərinə09:24Azərbaycan Mərkəzi Bankı sığortaçılar arasında seçim edib22:41Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasında Bilik günü qeyd olunub.17:48İran prezidenti Ermənistana səfər edəcək17:35Azərbaycanın ixrac etdiyi meyvə-tərəvəzin dəyəri 14,5%, həcmi isə 0,7% artıb17:19Məşhur müğənni evində ölü tapıldı - FOTO17:07Azərbaycanda yol polisi 1 aylıq uşağı xilas etdi - Atanın təşəkkürü hamını mat qoydu - VİDEO16:49Özbəkistanın Kokand şəhərində keçirilən Birinci Beynəlxalq Xalq Tətbiqi İncəsənət Festivalının rəsmi açılış mərasimi olub16:34Ən qeyri-adi 5 idman növü16:17Deputat Aydın Hüseynov: “Qondarma qurumu dəvət edən dövlət ilk növbədə özünə hörmət etmir”15:52Avtomobil benzini ilə bağlı RƏSMİ MƏLUMAT15:39Venesuela müxalifətinin lideri BMT Baş Asambleyasında müzakirələrə qatılmaq niyyətindədir14:56Azərbaycanda tamah cinayəti – Mənzilə daxil olaraq ev sahibini öldürdülər14:45Tender qalmaqalı: Şəhid ailələrinə tikilən evlərin pulunu kimlər mənimsəyib?14:44Sevindik Hətəmovun Qaradağ arzuları: “karyer müdiri” Bakı intizarındadı14:42Şəmkirdə ermənilik: “1800 manata görə körpəm can verdi…” – Video14:40Azərbaycanın çörəyi ilə çörəkli olanlar…14:37Sumqayıt Dövlət Universitetində Bilik günü” təntənə ilə qeyd olundu14:30SOCAR son 10 ildə gəlirlərini 26 dəfədən çox artırıb13:29DİN Novxanıda baş verən dəhşətli hadisə barədə məlumat yaydı13:25İşsizlərin sayı AÇIQLANDI12:35Bu tələbələrə akademiya təqaüdü veriləcək12:00Azərbaycanın “Avroviziya-2020” mahnı müsabiqəsində iştirakı rəsmən təsdiqlənib11:46Bakı əhalisinə çağırış - İctimai nəqliyyatdan istifadə edin11:19Balakəndə iqtisadi sabotajı kimlər edir: 100 min tonlarla məhsul məhv olub-VİDEO11:17Səfər Mehdiyev komitəsi: süründürməçilik, rüşvət, nifrət…korrupsiya… – Araşdırma/Video11:08Hacı Nurana yeni vəzifə verilib? - AÇIQLAMA10:46DÜNYA ŞOKDA: üzbəüz döyüşü uduzsalar 140 nüvə bombası atılacaq - Baş nazir BƏYAN ETDİ10:35Bu gün 4 rayonda qaz olmayacaq10:20Cəbhədən son məlumat - Müdafiə Nazirliyi01:22Vəkil Ruslan Mirzəyevdən Anar Bağırova şikayət var-300 manatı qaytarmır21:35“Qudası yüksək vəzifədədir deyə bütün məhkəmələr zəngi ilə hərəkət edir”21:29Vidadi Zeynalovun oğlu ilə bankir kürəkəninin şirkəti haqda sənədlər yayıldı13:57Stimul Hospitaldan növbəti hümanist addım15:35DİN keçmiş məhkəmə sədrinin qətli ilə bağlı məlumat yayıb15:17Bakı metrosunda interval 2 dəqiqəyə düşdü15:05İki güləşçimiz dünya çempionatının finalına çıxmaq üçün mübarizə aparacaq14:43Yağış, leysan gəlir - SABAHIN HAVASI14:28Elgiz türk serialına çəkilənləri tənqid etdi: "Süpürgəçi, cibgir, qulluqçu"12:31Həftəsonu işləyənlərə əlavə ödənişlər verilsin - TƏKLİF12:14DİN keçmiş məhkəmə sədrinin qətli ilə bağlı məlumat yaydı12:00Onlar bu il universitetlərə qəbul olundular, amma ali təhsildən imtina etdilər - Şok RƏQƏMLƏR11:36Vasif Talıbov özünü yeni vəzifəyə təyin etdi11:21DIN və polis rəisləri kimlərə müharibə elan edib? - Xətai polis rəisi barədə ilginc faktlar11:13SON DƏQİQƏ: Türkiyədə ardıcıl iki GÜCLÜ ZƏLZƏLƏ: Çox sayda xilasedici cəlb edildi23:03Məktəbə forma ilə getməyən şagirdlərin cəzası nə olacaq? - Təhsil Nazirliyi cavablandırdi22:59Sumqayıt DYP xanım sürücünü necə xilas etdi? – İnanılmaz jest17:48Faciəvi QƏZA: 3 nəfər DİRİ-DİRİ YANDI17:34Həcc ziyarətinə gedənlərə vacib xəbər: gələn ildən etibarən...17:23Manatı gələn il nə gözləyir? - Rəsmi inflyasiya proqnozu AÇIQLANDI17:12Nazir küçədə piyadaları cərimələyən post-patrul əməkdaşlarının səlahiyyətlərinə xitam verib17:01Geyim mağazasından oğurluq edən qadın tutuldu16:51Gələn ilin dövlət büdcəsində neftin qiyməti neçə dollar olacaq?16:18Mərkəzi Bankdan uçot dərəcəsi ilə bağlı - QƏRAR15:45Bu rüsumun qiyməti 1000 manatdır - DMX-nin rəisi15:36SDU-nun Mühəndislik fakültəsinə müasir laboratoriya avadanlıqları alınıb14:33Adam oğurlayaraq işgəncə verən keçmiş idmançımızın məşqçisi: "Atası deyirdi ki, pul lazımdır"14:14Atambayevin tərəfdarları ad günündə mitinq keçirəcək14:03Şəkidə infotur çərçivəsində konfrans keçirilib13:53Abşeron və Sumqayıtda yaşayanlara XOŞ XƏBƏR! – VİDEO13:28"Qarabağ" - "Sevilya" oyununun biletləri satışda13:09Azərbaycan vətəndaşlarının daha çox hansı ölkədən geri qaytarıldığı məlum olub12:54Azərbaycanda İLK: Qidalar bu texnologiya ilə yoxlanılacaq - FOTO12:23DYP: Avtomobilinizdə bu olmasa 10 AZN cərimələnəcəksiz12:00Azərbaycan Ordusu 10 minlik hərbçi ilə genişmiqyaslı təlimə başlayır10:57Mərhum pilotumuzla bağlı xəbər yayıldı - İfşa edin...10:36Arçil Talakvadze: "Gürcüstan NATO-ya qoşulmağa hazırdır"10:33BirKart-la UNEC-də təhsil haqqını hissə-hissə ödəmək olar09:54Ermənilər atəşkəs rejimini 20 dəfə pozub18:00Melaniya Trampın plaşı qalmaqala səbəb oldu - FOTO17:32Biləsuvar Məşğulluq Mərkəzinə qarşı ŞOK İDDİA-VİDEO17:20Azərbaycanda hər 10 ailədən 1-i sonsuzdur - Süni mayalanma gizlədilir17:0022 yaşlı atadan körpəsinə qarşı dəhşətli əməl15:52Azərbaycan-Türkiyə iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın növbəti iclası keçiriləcək14:41Bakının bu metrostansiyası təmirə bağlanacaq14:16İlqar Məmmədov: “Əli Kərimli ilə debata razılıq verdim”14:03Volfqanq Şoyble Azərbaycana gələcək13:5328° dərəcə isti - HAVA PROQNOZU13:44“Qarabağ” – “Neftçi” oyununun hakimləri müəyyənləşdi13:35Girnədə silah-sursat anbarında partlayış olub13:22Elinanın ölümündə təqsirli bilinən direktor barədə MƏHKƏMƏ QƏRARI VERİLDİ13:13Vilayət Eyvazov Zeynalovu rəis TƏYİN ETDİ
BÜTÜN XƏBƏRLƏR
Sentyabr 2019 (349)
Avqust 2019 (631)
İyul 2019 (563)
İyun 2019 (423)
May 2019 (557)
Aprel 2019 (537)

«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Ağdaşın icra başçısı HƏDƏFDƏ - İDDİA

31 okt 2018, 16:38   
    138
Ağdaşın icra başçısı HƏDƏFDƏ - İDDİA
Səfər Mehdiyev Dövlət Gömrük Komitəsinin sədri təyin edildikdən dərhal sonra həyata keçirdiyi bir kadr təyinatı ictimaiyyətin diqqətini çox da cəlb etmədi. Söhbət may ayının sonunda Vaqif İbrahimovun Enerji Gömrük İdarəsinin rəisi vəzifəsindən azad edilib Xəzər dənizində Azərbaycan Respublikasının İqtisadi Mənafelərinin Mühafizəsi Gömrük İdarəsinə rəis təyin edilməsi ilə bağlı təyinatdan gedir. Bu təyinatla bağlı məlumatda qeyd olunan yeganə məqam Vaqif İbrahimovun Ağdaş rayon icra hakimiyyətinin başçısı Tofiq İbrahimovun oğlu olması idi. Yeri gəlmişkən qeyd edək ki, həmin dövrdə Səfər Mehdiyevin bu əmrilə bağlı mediada yayılan məlumatda Vaqif İbrahimovun adı səhvən Vidadi İbrahimov kimi göstərilmişdi.

İcra başçısının oğlunun vəzifə yerinin belə dəyişdirilməsinin mahiyyəti ictimaiyyətə bəli olmasa da, çox ciddi əhəmiyyəti vardı. Məsələ onadan ibarətdir ki, Xəzər dənizində Azərbaycan Respublikasının İqtisadi Mənafelərinin Mühafizəsi Gömrük İdarəsini gömrükçülərin öz aralarında "ştrafnoy” adlandırırdıqlarını geniş ictimaiyyət o zaman bilmirdi, bu gün də bilmir.

Bu idarənin gömrükçülər arasında "ştrafnoy” adlandırıması isə səbəbsiz deyildi. Belə ki, bu idarə faktiki olaraq heç bir gömrük rəsmiləşdirməsi həyata keçirmədiyindən burada işləyənlər sadəcə dövlətin verdiyi əmək haqqına qane olmalı idilər. Doğrudur, iki il əvvələ kimi burada işləyənlərə də "konvert” adlanan əlavə pul az miqdarda olsa da ödənilirdi. Belə ki, manatın devalvasiyasına qədər Xəzər dənizində Azərbaycan Respublikasının İqtisadi Mənafelərinin Mühafizəsi Gömrük İdarəsininin sıravi əməkdaşlarına 300 dollar ödənilirdisə, manatın devalvasiyasından sonra 300 manat ödənməyə başlanıldı. İki il əvvəl isə ümumiyyətlə buna da son qoyuldu. Ona görə də Vaqif İbrahimovun ölkədən ixrac olunan bütün neft və neft məhsullarının gömrük rəsmiləşdirməsinin aparıldığı Enerji Gömrük İdarəsinin rəisi vəzifəsindən azad edilib Xəzər dənizində Azərbaycan Respublikasının İqtisadi Mənafelərinin Mühafizəsi Gömrük İdarəsinə rəis təyin edilməsi gömrükçülər arasında bu şəxsin çox ciddi cəzalandırılması kimi qəbul edildi.

Bu təyinatdan iki ay yarım sonra, Dövlət Gömrük Komitəsində keçirilən struktur islahatlar zamanı Enerji Gömrük İdarəsi ilə Xəzər dənizində Azərbaycan Respublikasının İqtisadi Mənafelərinin Mühafizəsi Gömrük İdarəsi birləşdirildi və əvəzində Enerji Resursları və Dəniz Nəqliyaytında Baş Gömrük İdarəsi yaraıldı. Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevin 14 avqust 2018-ci il tarixli, 100/1186Ş saylı əmri ilə Enerji Resursları və Dəniz Nəqliyaytında Baş Gömrük İdarəsinin əməkdaşları təyin edildi. Bu zaman Vaqif İbrahimov Enerji Resursları və Dəniz Nəqliyaytında Baş Gömrük İdarəsinin Dübəndi Gömrük Postunun rəisi təyin edildi. Bu təyinat bir tərəfdən Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun gömrük üzərindəki hakimiyyətinin başa çatdığının, digər tərəfdən də Vaqif İbrahimovun atası, Ağdaş rayon icra hakimiyyətinin başçısı Tofiq İbrahimovun hakimiyyət daxilində nüfuzunun aşağı düşməsinin göstəricisi kimi qəbul olundu. Zaqatala rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadənin oğlu Coşqun Əhmədzadə Nəqliyyat Baş Gömrük İdarəsinin rəis müavini vəzifəsindən Bakı Baş Gömrük İdarəsi rəsinin birinci müavini təyin edilməklə daha yüksək vəzifə alması ilə müqayisədə Ağdaş rayon icra hakimiyyətinin başçısının oğlu Vaqif İbrahimovun vəzifəsinin idarə rəisliyindən post rəisi kimi aşağı salınmasını başqa cürə də qiymətləndirmək mümkün deyil. Onu da qeyd edək ki, Vaqif İbrahimov yüksək dövlət mükafatlarından hesab olunan "Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə hələ 2010-cu ildə, Coşqun Əhmədzadədən düz iki il əvvəl layiq görülüb. İndi isə Coşqun Əhmədzadənin vəzifəsi böyüdüldüyü halda, Vaqif İbrahimovun vəzifəsi kiçildilir.

Belə məlumatlar var ki, Vaqif İbrahimovun atasının da "könüllü” istefa ərizəsi alınıb. Məlumatlı mənbə bildirir ki, 14 aprel 2012-ci ildən Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı olan Tofiq İbrahimovun "könüllü” istefa ərizəsi hələ aprel ayında alınıb. Məlumatlı mənbə bildirir ki, o zaman belə nəzərdə tutulmuşdu ki, növbədənkənar prezident seçkisindən sonra Kəmaləddin Heydərov yenidən fövqəladə hallar naziri təyin edilməyəcək və onun bütün kadrları da vəzifələri ilə vidalaşmaq məcburiyyətində qalacaqlar. Ancaq seçkidən sonra Kəmaləddin Heydərov vəzifəsini qoruyub saxlaya bildi və onun kadrlarının əksəriyyəti mövqelərində qaldılar. İndi isə artıq Kəmaləddin Heydərov tamamilə gücdən salınıb və o kimsəni himayə etmək gücündə deyil. Buna görə də Ağdaş rayonunun icra başçısının istefası nəhayət ki, reallaşır. Məlumata görə, bununla bağlı prezident sərəncamı yaxın iki həftə ərzində elan olunacaq. Onun yerinə isə Kənd təsərrüfatı naziri İman Kərimovun kadrının təyin olunacağı gözlənilir. Məlumatlı mənbə bildirir ki, Tofiq İbrahimovun vəzifədən azad olunması pambıq yığımının sonuna kimi təxirə salına da bilər. Ancaq onun ən geci bu ilin sonuna kimi vəzifəsindən kənarlaşdılacağına şübhə yoxdur. Mövzunu diqqətdə saxlamağa çalışacağıq və Tofiq İbrimovun mövqeyini dinləməyə hazırıq.
"Yeni Sözçü” qəzeti
OXŞAR MÖVZULAR