Impera

XƏBƏR LENTİ
15:30"Ayağı bir-birinə zəncirlənən azyaşlının xalası dərhal cəzalanmalıdır" - AÇIQLAMA14:56Bu ölkə 2020-ci ildən ikili vətəndaşlığa icazə verəcək14:41Mehriban Əliyeva pilotumuz Rəşad Atakişiyevin vida mərasiminə əklil göndərdi - FOTOLAR14:23Bakıda dəhşətli qəza: maşın prospekt boyu belə fırlandı - VİDEO14:00AFFA bir neçə klubu cərimələdi - SƏBƏB13:50Bakı da ən ucuz - məktəbli yarmarkası açıldı13:18Pilotun həyat yoldaşı: "Axtarış-xilasetmə qruplarının gərgin əməyinin şahidi olduq"12:37İnstaqram bunu bacaranlara pul mükafatı verəcək12:18"Jara" 5 gün olacaq?11:09"Ruhun şad olsun, oğul" - Flora Kərimova Rəşad Atakişiyevdən yazdı10:45Baş nazirdən QƏRAR - Bu qurum da büdcədən maliyyələşəcək10:19Siyəzəndə QƏZA: Səkkiz nəfər xəsarət aldı09:56Azərbaycan nefti cüzi ucuzlaşıb09:46Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 23 dəfə pozub22:03Accsess Bank 70-dən çox insanı işsiz qoydu-şok faktlar20:24Səfər Mehdiyevin “paqon”luları: Gömrükdəki özbaşınalıqlar dövlət üçün təhlükəli həddə çatıb17:40Ankaranın növbəti PKK əməliyyatını zəruri edən nədir? - TƏHLİL17:25İradə Gülməmmədova Xırdalan sakinləri ilə görüşdü - FOTO17:20Azərbaycanda yeniyetmə valideynlər - Onların dəqiq sayı bilinmir17:12Yeni aqrar sığorta mexanizminin tətbiqinə başlanılır16:44Vicdan əzabı çəkən Nigar Camal sirrini açdı: "15 il əvvəl qarınlı kişilər..."16:30Nazirlik hərbi pilotumuzun axtarışında iştirak edənlərə təşəkkür etdi16:16Nursultan Nazarbayev Qazaxıstan haqqında klip çəkdirib16:03Bakı-Tbilisi-Ceyhan kəməri ilə 7 ayda 19 milyon tonadək neft daşınıb15:48“Rəşadın ayağı bir neçə gün əvvəl, bədəni isə bu gün tapılıb”15:31Dünyanın ən zəngin azərbaycanlısı 3 milyard dollar xərclədi15:08Saakaşvili: Qarabağ Azərbaycandır!14:46Həbsxanadan 258 məhbus qaçdı - SON DƏQİQƏ14:33Avtomobil benzini ilə bağlı RƏSMİ MƏLUMAT14:10"Maşın" növbəti sürəti ilə ekranlara qayıdır13:59BMT-dən fillərlə bağlı QADAĞA13:19Göygöl polisinə yeni rəis təyin olundu13:0942 dərəcə isti olacaq - Sabahın HAVASI13:00Bakı metrosunda işıqlar söndü11:40DSX-nın yeni silahı: 3000 metrdən helikopteri məhv edir - FOTO11:24Bakıda keçmiş məhkum azyaşlı qızları bıçaqla hədələyib... — CİNAYƏT11:04Makron Putinlə danışıqlarının detallarını açıqladı10:55Qubada güclü yanğının sahəsi 40 hektara çatıb10:34Deputatın oğlunun həbsinin pərdəarxası - ilginc faktlar10:22Kütləvi dava: Üç futbolçu yaralandı, dörd azarkeş öldü – Video10:08"“Relax” az vergi ödəyən birinci şirkət deyildi və sonuncu da olmayacaq" - Ekspertdən çağırış...09:50Dörd rayonda qaz təchizatı dayandırılıb09:42Dörd milyarddan çox varidatı olan Lars Larsen vəfat edib09:19Azərbaycanda daha bir qurum yaradıldı - Prezidentdən fərman08:59Bakı Metropoliteni sədrinin milyonçu oğlu -FOTO08:53Xəzərin sabiq başçısı – özü gedib, izi qalıb....20:18"Uğurlarım iqtisadi savadıma görədir".17:52İNANILMAZ HADİSƏ! Cütlük taksi sürücüsünü gülə-gülə soydu - VİDEO17:40Bakı metrosundan istifadə edənlərə ŞAD XƏBƏR17:27Azərbaycanda DƏHŞƏTLİ OLAY: Polisə zəng edib "bu gün silahlı hücum olacaq" dedi və...17:14Gənc oğlanlardan Həcc ziyarətində BİABIRÇI HƏRƏKƏT - VİDEO17:02Azərbaycanda magistratura qəbul imtihanına ödəniş ləğv edilə bilərmi? - AÇIQLAMA16:53Qurban bayramı münasibətilə 1070 NƏFƏR ƏFV EDİLDİ16:22Əsəd qüvvələri Türkiyənin hərbi karvanına hücum etdi: 3 ölü15:48Azərbaycanda biabırçılıq: Qadını bu görüntüləri ilə şantaj edən şəxs həbs edildi15:36Qətlə yetirilən ailənin ürək dağlayan görüntüləri - FOTO15:16Kadırovun atası Putinə qarşı şərt irəli sürübmüş14:59Nazirlik Rüstəm İbrahimbəyovun sədrliyini təsdiqlədi14:28Ermənilərin Naxçıvan və Qazaxda uğursuz revanş CƏHDİ14:10Prezident təqaüdü təyin olunmuş şəxslərin sayı açıqlandı13:48Güləşçimiz erməni rəqibini darmadağın etdi13:28Azərbaycanlı məmuru intim görüntüləri ilə şantaj etdilər12:54Mir Şahin Gəncə teraktı ilə bağlı ŞOK VİDEO yaydı12:26Xəzərə düşən MiQ-29-un “qara qutusu” tapıldı - FOTO12:08"Qaçqınkom"un sektor müdirləri cəzalandırıldı11:54Əhaliyə bu xidmət pulsuz olacaq - QƏRAR11:17Vağzalda insanları öldürəndən sonra oturub polisin gəlməsini gözlədi11:02Xalq artisti Qurana əl basıb, tövbə etdi - SƏBƏB10:43Əli Kərimlinin Mübarizə sevgisi: yenə pul, yenə vəd, yenə yalan10:23Türkiyə təyyarələri İraqın şımalında PKK mövqələrini bombalayıb10:12Gəncədə məktəbli qız özünü öldürdü09:55Sumqayıtda təbii qazın verilişində məhdudiyyətlər olacaq09:33Azərbaycan Milli Mətbəxi Finlandiya ictimaiyyətinin marağına səbəb olub09:24Futbol üzrə Azərbaycan Premyer Liqasında II turun oyun cədvəli müəyyənləşib11:23"İPhone" işlədənlərə bəd xəbər - Bəzi telefonlar bloklanacaq11:20Şəmkirdə dəhşətli YANĞIN: körpə öldü, ana və nənə xəsarət aldı - YENİLƏNİB11:18Mehriban Əliyeva Müslüm Maqomayevi doğum günündə bu sözlərlə andı11:16Rusiyada siqaret çəkənlərin maaşı azaldılacaq11:14Bakıda qadın kafedə müştərilər tərəfindən döyülüb13:29Sahibkar icra başçısını hədələdi-3 milyonumu qaytar, yoxsa...13:18"28 May"da üç ay əvvəl dayandırılan eskalator bərpa edildi13:13Mollanın stolunun altında bomba partladı, Heybətulla Axundzadənin kiçik qardaşı öldü13:07Nepal Everesti fəth etmək üçün tələbləri sərtləşdirir13:02Bakıda antisanitar şəraitdə süd məhsulları hazırlayan sex aşkarlandı - FOTOLAR12:55Sabah 40 dərəcə isti olacaq11:44Akademik Kamal Abdulladan prezidentə şikayət: "Universitetdə maddi vəsaitlər talanır, haqqı dediyimiz zaman işdən qovulmaqla hədələnirik"11:16Məşhur müğənni xəstəxanaya yerləşdirildi - FOTO11:07Gəzməyə getmişdi, daşla vurub öldürdülər - Xaçmazda qanlı olay11:04Şəhid qardaşı: “İcra başçısından şikayət etdiyim üçün məni işimlə təhdid edir” – VİDEO11:00Satıcını SİM-karta görə döyüb, güllələdilər – Video10:57"Roma" daha bir türkiyəli futbolçunu heyətinə qatıb22:57Rusiya və İran hərbi gəmiləri Bakı limanını tərk edib22:54Azərbaycan güləşçisi dünya çempionatında finala yüksəlib22:51Tərtərdə traktor qaz kəmərini zədələyib22:48Putin sərnişin təyyarəsini qarğıdalı sahəsinə endirən pilotlara “Rusiya Qəhrəmanı” adını verib22:44Audio 56 yaşlı kişi sirkə turşusu içib intihar etdi19:57Zeynalovlar sükutu pozdular16:59Yol polisinin saxladığı sərxoş sürücü hansı nazirin qızıdır? - AÇIQLAMA16:49Bacılarının şəkillərini Facebook-da yayan oğlanı GÖRÜN NƏ ETDİLƏR - QİSAS... - FOTO16:23Prezident DSX-nın hərbi qulluqçularını və mülki işçilərini təltif edib - SİYAHI
BÜTÜN XƏBƏRLƏR
Avqust 2019 (395)
İyul 2019 (564)
İyun 2019 (423)
May 2019 (557)
Aprel 2019 (537)
Mart 2019 (417)

«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Kişilərə ödənişli atalıq məzuniyyəti verilə bilər

02 noy 2018, 22:59   
    86
Kişilərə ödənişli atalıq məzuniyyəti verilə bilər

Bunun lazımlılığını əsaslandıranlarla yanaşı, yeni qaydalardan sui-istifadənin olacağından ehtiyatlananlar da var

Korrupsiya.org kaspi.az-a istinadən yazını təqdim edir.

Atalıq məzuniyyətinə dair qanunvericilik müddəalarına yenidən baxılması, o cümlədən ödənişli atalıq məzuniyyəti imkanının nəzərdən keçirilməsi təklifi irəli sürülür. Belə ki, BMT-nin Əhali Fondu, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən birgə hazırlanmış "Azərbaycanda gender əsaslı cinsi seçimin qarşısının alınması və aidiyyatı cavab tədbirlərinin görülməsinə dair Milli Fəaliyyət Planı"nın layihə sənədində qeyd edilən bu müddəa atalar üçün analara bərabər imkanlar yarada bilər.

Təkliflərdə uşaqlarını böyüdən və eyni zamanda karyera quran qadınlara dəstək verən ölkələrin qabaqcıl təcrübəsinə əsaslanaraq, qanunvericiliyə dəyişikliklərin edilməsini nəzərdən keçirmək məsələsi də yer alıb. Layihəyə əsasən, bu tədbirlərin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Nazirlər Kabineti və Milli Məclis tərəfindən həyata keçirilməsi nəzərdə tutulur.

Qanunvericilikdə atalıq məzuniyyəti ilə bağlı xüsusi maddə nəzərdə tutulmasa da, demək olmaz ki, indiyə qədər övladı dünyaya gələn ataların məzuniyyət məsələsi Əmək Məcəlləsindən kənarda qalıb. Sənəd uşağın dünyaya gəlməsi ilə bağlı atalara bəzi təminatları müəyyən edir: işəgötürən təqvim ilində bir dəfə həyat yoldaşı hamiləlik və ya doğuşla bağlı məzuniyyətdə olan işçinin ərizəsi əsasında ona 14 təqvim günü müddətinə və ya ailə, məişət və digər sosial məsələlərin həlli üçün 7 təqvim günü müddətinə ödənişsiz məzuniyyət verə bilər. Qanunvericilik işləyən analar (ana işləmədikdə və ya ümumiyyətlə olmadıqda işləyən atalar) üçün uşaq doğularkən birdəfəlik müavinətin ödənilməsini nəzərdə tutur. Müavinət iş yerində və ya işçinin yaşadığı ünvan üzrə əhalinin sosial müdafiəsi mərkəzində ödənilir. Bu müavinətin alınması üçün ərizənin təqdim edilməsi müddəti müəyyən edilməyib. İki və daha artıq uşağın dünyaya gəlməsi zamanı müavinət hər uşağa görə ödənilir.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova mətbuata açıqlamasında kişilərə ödənişli atalıq məzuniyyətinin verilməsi ilə bağlı təkliflərə müsbət yanaşıb: "Ailədə uşağa ana ilə bərabər, ata da baxmalıdır. Uşaqların böyüməsində qadın və kişilərin məsuliyyəti bərabər olduğu üçün kişilərə də ödənişli atalıq məzuniyyəti verilə bilər. Bəzən ailədə uşağın tərbiyəsi ilə daha çox ana məşğul olur. Ata isə hesab edir ki, o, ancaq ailə üçün "çörək" qazanıb gətirməlidir, bununla da işi bitir. Ancaq kişi də hiss etməlidir ki, övlad həm də onundur. Buna görə də ailədə valideynlərin uşaqlara qarşı məsuliyyəti bərabər olaraq müəyyən edilməlidir".

Qeyd edək ki, bizdə atalıq məzuniyyəti ilə bağlı təkliflər vaxtilə Milli Məclisdə də müzakirə olunub, amma nəticəyə gəlinməyib. Məsələnin gündəmə gəlməsində isə həmişə xarici ölkələrin təcrübəsi nümunə kimi götürülüb. Məsələn, Skandinaviya ölkələrinin timsalında atalıq məzuniyyətinin ən yaxşı nümunəsi qeyd edilir. Ölkədə ataların məcburi doğum icazəsi 14 həftəyə çatdırılıb. Yenidən ata-ana olanlar əmək haqlarının 80 faizini alaraq ümumən 59 həftə doğum icazəsindən istifadə edə bilirlər. İcazənin 14 həftəsinin ata tərəfindən istifadəsi vacibdir. Belə ki, əgər ata bu icazədən tam istifadə etməsə, uşaq yardımı azaldıla bilər. İsveçdə ataların həyat yoldaşlarının doğuşundan sonra iki ay məcburi doğum icazəsi var ki, arzu edənlər 240 günə qədər məvaciblərinin saxlanması şərti ilə icazəsindən yararlana bilərlər. Doğum icazəsindən istifadə etməyən ataların uşaqları dövlətdən bizim "uşaq pulu" adlandırdığımız yardımı ala bilmir. Eləcə də Çexiyada kişilər qadına tətbiq olunan 3 illik ödənişli analıq məzuniyyətindən yararlana bilirlər. Yəni atalar da bu icazədən istifadə edib, uşaqlarına baxa, aylıq məvacibləri də işləmədikləri halda onlara ödənə bilər. Estoniyada anaya doğuşdan 70 gün öncə də nəzərə alınmaqla 18 ay analıq icazəsi verilir və bu müddətdə qadınlar müavinətlərini də alırlar. Ölkədə atalar üçün də doğumdan sonrakı 3-cü ayda başlamaq üzrə ödənişli icazə hüququ mövcuddur.

Bizim Əmək Məcəlləsində bu mövzuda kişilər unudulmasa da, görünür, bu güzəştlər qənaətbəxş deyil. Bununla belə, ödənişli atalıq məzuniyyəti imkanının nəzərdən keçirilməsi təklifi birmənalı qarşılanmır.

Sahibkarlığa zərbə?

Sosial məzuniyyətin iki hissəyə - doğuşa görə və qismən ödənilmiş sosial məzuniyyətə bölündüyünü deyən Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov ödənişli atalıq məzuniyyəti ilə bağlı təkliflərə müsbət yanaşmır: "Bizim Əmək Məcəlləsində ananın əvəzinə sosial məzuniyyətdən istifadə etmək hüququ təsdiq olunub. Doğuşa görə məzuniyyətdən yalnız o halda ata istifadə edə bilir ki, ana doğuş zamanı vəfat edir. O zaman uşaq sağ qalırsa, doğuşdan sonrakı 56 günlük sosial məzuniyyətdən ata istifadə edə bilər. O zaman təbii ki, ödəniş də saxlanılacaq. Qismən ödənişli sosial məzuniyyət hüququndan nəinki ata, həmçinin evdə olan nənə, baba və ya ailənin digər üzvləri də istifadə edə bilər. Eyni zamanda, ananın doğuşu ilə bağlı ata 14 günlük ödənişli məzuniyyət hüququndan istifadə edə bilər. Bu, yalnız o halda olur ki, qadının yanına gedib-gəlməyə, ona baxmağa başqa heç kəs olmur. Yəni yalnız zəruri hallarda bundan istifadə olunur. Əgər indi atalıq məzuniyyətinin ödənişli olması ilə bağlı təkliflər səslənirsə, mən bir ekspert kimi razı deyiləm. Nəyə görə kişiyə ödənişli məzuniyyət verməlidirlər?"

Ekspert narazılığını işəgötürənlərin yarana biləcək problemləri ilə əlaqələndirir: "Biz sahibkarlığı inkişaf etdiririk, işəgötürənlərin xərcini azaltmaq üçün vergi yükünün, sosial yükün azaldılmasını, sosial yükün işçi ilə işəgötürən arasında bölünməsini düşünürük. Digər tərəfdən də dövləti təzədən bu qayğılarla yükləmək olmaz. Əgər qanun qəbul olunarsa, hamı - dövlət qulluğunda çalışan da, özəl sektorda işləyən də bu məzuniyyətdən istifadə edəcək. Könüllü, ödənişsiz olanda isə, ondan yalnız zəruri hallarda istifadə olunur. Ancaq ödənişli olanda valideyn lazım olmasa belə, ərizə yazıb evdə oturub istirahət edəcək, onun pulunu isə işəgötürən ödəməlidir. O yerdə ki işəgötürən müqavilə bağlamayıb, onun problemi olmayacaq. Ancaq hansı işəgötürən işçi ilə əmək müqaviləsi bağlayıb, o, işləməyəndə də kişilərə 14 gün üçün əlavə pul ödəməlidir. Bu, sahibkarlığa zərbə vuracaq. Məncə, bu təklif ölkə prezidentinin sahibkarlıq, sahibkarlığın inkişaf etdirilməsi ilə bağlı həyata keçirdiyi strategiya ilə o qədər də uzlaşmır və beynəlxalq təcrübədə nadir hallarda rast gəlinən məsələdir". Ekspert hesab edir ki, ailədə qadına kömək etmək üçün qanunvericilik kifayət qədər şərait yaradıb.

Aztəminatlı və maliyyə imkanları məhdud ailələrə dəstək

Azərbaycan Jurnalistlər Şəbəkəsi İB-nin rəhbəri Ayaz Mirzəyev isə məsələnin sosial faktorunu önə çəkir: "Ailələr var ki, yalnız ata və anadan ibarətdir. Yaxın qohumlar ya yoxdur, ya da çox uzaqda yaşayır. Belə olan təqdirdə, yenicə övlad sahibi olmuş ailənin fərdlərinin üzərinə əlavə çətinliklər düşür. Yeni doğulan uşağa və onun anasına qısa müddət də olsa qulluq lazımdır. Tutaq ki, ailənin pulu var, baxıcı tuta bilir. Bəs əgər məhdud maliyyə imkanları varsa, onda vəziyyət necə olacaq? Oxşar qaydalar ailə fərdlərinin birinin ciddi xəsarət alması və iş qabiliyyətini itirməsi, ağır xəstələnməsi və digər hallara da aiddir". İB sədri hesab edir ki, yeni təklif daha çox aztəminatlı və maliyyə imkanları məhdud ailələrə dəstək kimi nəzərdə tutulur: "Məsələnin digər tərəfi də odur ki, onsuz da qayda olsa da, olmasa da, fərdlər bu addımı atır, bir və ya daha çox həftəlik ödənişsiz məzuniyyət götürürlər. Amma bu təkliflər reallaşsa, imkan verəcək ki, artıq işəgötürənlər həmin fərdə bu məsələdə daha çox anlayışla yanaşsınlar. Və istər-istəməz hər kəs bu qaydaya riayət etməlidir. Atalıq məzuniyyəti pullu olarsa, bu daha yaxşıdır".

Göründüyü kimi, məsələyə münasibətdə fikirlər haçalanır. İlk dəfə və ya yenidən ata olmağa hazırlaşan insanlar isə təklifə münasibətdə sevinclərini gizlətmirlər. Ancaq yenə də son söz təklifi qanuna çevirənlərindir.
OXŞAR MÖVZULAR