Impera

XƏBƏR LENTİ
13:04Mehriban Əliyevanın müəllimi: "Elə insanı unutmaq çətindir" - VİDEOREPORTAJ13:00Bəzi rektorlar Təhsil Nazirliyinin qərarını qulaqardına vururlar - QALMAQAL12:57Lerikdə təhsil bərbadlığı... - İTTİHAM12:48Azərbaycanda tikinti şirkəti ləğv edildi12:42"XalqBank"da milyonlar necə səpələnib... - İTTİHAM11:57Azərbaycanda mərkəzi icra hakimiyyəti orqanları qarşısında yeni tapşırıq qoyuldu - QƏRAR11:33Ağsuda icra hakimiyyəti kənd qəbristanlığını satıb - NARAZILIQ...11:11Vilayət Eyvazov icra başçısının oğluna vəzifə verdi10:47Tanınmış jurnalist yolda hücuma məruz qaldı, bədən xəsarəti aldı10:35Bu gün Beynəlxalq Azərbaycan Muğamı Günüdür10:25Qəbələyə kim od vurur?10:06Bir “Relax”ın izi ilə... - Növbəti il “qara ildir”, başınıza indidən çarə qılın09:51İnam Kərimov “Alverçi mafiyası” ilə bacarmır? - “Bu qurumların işinə nəzarət olmasa...”09:34Əfsanəvi rejissordan XOŞBƏXTLİK HAQQINDA bir neçə söz09:17Dünya bazarlarında təbii qaz bahalaşıb09:15Birinci vitse-prezident Mehriban Əliyevanın doğum günüdür22:11Arvadı Konstitusiya məhkəməsindədi, baldızı Prezident Aparatında: İş adamı məhkəmə hakimini ifşa edir-VİDEO20:35Kardiologiya İnstitutunda nə baş verir? Baş direktor və ətrafı narahatdır13:30Abşeron şadlıq sarayı18:09Qəbələdə zibilliyə vurulmuş od saatlarla sonra söndürülə bilindi... Video-Fotolar16:00Hacıbala Abutalıbovun inanılmaz sərvəti ortaya çıxdı (SİYAHI/FOTOLAR)15:14Azərbaycanın ən fərqli modelindən seksual FOTO,VİDEO15:13Vergi cinayətləri törədən vəzifəlilər – İqbal Məmmədov tək deyil…15:12Vilayət Eyvazovdan yeni təyinatlar13:00Validə Abbasovadan gənc qızlara meydan oxuyan — FOTOLAR12:46Məmurlara ÇAĞIRIŞ - "Hamınz oğurladıqlarnız qusacaqsınız..."12:23“Bu, biznesmen məmurlar üçün başağrısıdır” - Oliqarxların gücü12:00Zakir Zeynalovdan etiraf: "Oğlum günahkardır"11:30Arif Əsgərov və oğlu borca görə 3 il həbs edilə bilər11:00Prezidentə ŞOK MÜRACİƏT - Baş redaktor İlham Əliyevə nələri yazdı...20:09İstanbulun tam mərkəzində, Sultanəhməd məscidi yaxınlığında yerləşən Aybar oteli 2015-ci ildə istifadəyə verilib. Dördmərtəbəli dördulduzlu otelin sahibi Milli Məclisin deputatı,20:04ŞAHPLOV restoranının əsl sahibi də Milli Məclisin deputatı Ağalar Vəliyevdir. Əvvəllər bura VENTURA adı ilə məşhur olub18:00Putin "Orta və yaxın mənzilli raketlərin ləğvi"nə dair müqavilə barədə bəyanatla çıxış edib17:4091 yaşlı adamın ağ ciyərindən baxın nə çıxdı - FOTO17:20Bakıda yeniyetmə qız evdən qaçdı: atası bir ildir zorlayırmış17:10Erdoğan kritik toplantıda talimatı verdi!16:59İlin sonuna kimi... - Qarabağ məsələsi HƏLL OLUNUR?16:40Tarixin ən güclü "Ferrari"sinin qiyməti açıqlandı - FOTO16:28Ekspertlər: Tramp Yerevana eyham vurur ki, Qarabağ üzrə mövqeyini dəyişməli, Bakı ilə razılığa gəlməlidir16:22Biznesmen deputatın İstanbuldakı dəbdəbəli oteli (FOTO)16:14Azərbaycanda 16 yaşlı oğlanı söyüş üstündə öldürdü16:09Növbəti tender müəmması: yayın cırhacırında "bahar satınalması"...15:57Deputat “5-6 milyonla işi bağlayacam” deyib?15:36"Uşaq gəlib orda baş yarmağı görmürsə..." - Hacı Surxay Məhərrəmlik ayından danışdı15:35Sahibkarlar Ufada beynəlxalq festivalda iştiraka dəvət olunurlar15:33Hindistanda məbədin divarları ÇÖKDÜ - ÖLƏNLƏR VAR15:32"Bu, ilk və son idi" - Şeyma Subaşı qalmaqal yaradan hərəkətinə peşmandır15:29DİN Bakıda baş verən dəhşətli hadisə ilə bağlı məlumat yaydı14:35“Narahat olmayın, “Qarabağ” qrupa düşəcək” – Vaqif Sadıqov14:32Ata uşağının gözü qarşısında ananın boğazını kəsdi - VİDEO14:29Fransa Azərbaycan yeni səfir təyin etdi14:27Azərbaycanda saz havasına hovuzda rəqs etdilər - Video14:21Mərdəkan körpüsündən avtomobil aşıb, xəsarət alanlar var13:21FHN: Bu il Azərbaycanda çox isti hava olmayıb13:12“Baku Bus”ın avtobusunda tüstülənmə olub - VIDEO12:38İran-Azərbaycan dəmir yolu xəttinin xəritəçəkmə prosesi başa çatıb12:26General Hacı Əliyevin rütbəsini artırdı11:31Bakıda restoranda inanılmaz görüntülər - Hovuza girib rəqs etdilər - VİDEO10:36Qonşu qızla oğlan intihar etdi – Azərbaycanda faciə10:25Taxta bazarındakı yanğında zərərçəkənlər evə buraxıldı10:07Bakıda “Range Rover” parka girdi - REAL VİDEO09:40Erməni tərəfi atəşkəs rejimini 21 dəfə pozub23:38Sumqayıt məhkəməsinin hakimi biznesmenə qarşı silah davasına çıxmağa hazırdır? –VİDEO17:32FHN 133 yaşayış binası ilə bağlı QƏRAR VERDİ17:28Əsəd qüvvələri türk əsgərlərinə hücuma keçdi17:23"Neftçi"də Dabo qalmaqalı böyüyür - "Bu ölkədən rədd olmalısan!"17:18"Mühacir biznesi": insanlar necə aldadılır? - RƏYLƏR17:15Pilotun xanımı: "Oğluma necə deyəcəm ki, atan bir də qayıtmayacaq?"14:06Keçmiş nazir müavini Əsgərovun və oğlunun yeni əməlləri üzə çıxdı14:04Bir evdən üç general... – Əli Nağıyev və qardaşları14:01“Qara qutu” oxundu – MiQ-29-un qəzaya uğrama səbəbi bilindi13:58Space TV-nin efirində Üzeyir Mehdizadəyə görə dava düşdü — VİDEO13:56Könül: “Onunla sevgili olardım” — ETİRAF \ FOTO13:54Bu ərazilərdə qaz olmayacaq13:44Polisdən avtomobil sahiblərinə XƏBƏRDARLIQ — Ehtiyatlı olun!13:27Lətifə dənizdən elə — FOTOLAR PAYLAŞDI Kİ13:25Azərbaycanda bu məşhurların gizli və intim — VİDEOLARI YAYILIB13:23DİN: Ucarda hər hansı qeyri-adi məxluqa rast gəlinməyib13:21Sabiq İH başçısının qardaşı oğlu 1 milyonunu istəyir: “Məni döyərək səsimi diktafona yazdılar”13:20Bakı metrosundan istifadə edənlərə ŞAD XƏBƏR13:18Prezident İnzibati Xətalar Məcəlləsinə dəyişikliyi təsdiqləyib12:11Bir ailədə 3 general-leytenant11:02Hərbi təyyarəmizin qəzaya uğrama səbəbi: yad cisimlə toqquşub, pilot xəsarət alıb10:46Britaniya telekanalı Putin haqqında film çəkəcək10:30Peşə məktəblərinə sənəd qəbulu başladı10:18Azərbaycanda 4 bal gücündə zəlzələ olub10:04Düşmən ordumuzun mövqelərini atəşə tutdu09:42Çempionlar Liqasında günün nəticələri09:32Qubada yol qəzasında xəsarət alanların SON DURUMU09:20Putindən Avropa Şurasına mesaj08:50Qəbələ otelləri siyasi oyunlara alət edilib.17:33Müşfiq Rəhimovun yerinə o gətirildi - YENİ TƏYİNAT17:21Dövlət Komitəsinin sədri və sədr müavinləri bölgələrdə vətəndaşları qəbul ediblər17:07Ofelya Zeynalova vəfat etdi - FOTO16:50Azərbaycandan Həcc ziyarətinə gedən zəvvarların ilk qrupu Vətənə dönüb16:48Bakıda ŞOK HADİSƏ — Avtoş dönər bıçağı ilə yol polisinə hücum etdi16:23Dünyada 20 milyon insanın həyatı risk altındadır – Azərbaycanda da iki hal qeydə alınıb16:07Xalq artisti vəfat etdi15:51Bakıda dəhşət: uşaq və qadın "Kamaz"ın altından son anda xilas oldu - VİDEO15:30"Ayağı bir-birinə zəncirlənən azyaşlının xalası dərhal cəzalanmalıdır" - AÇIQLAMA
BÜTÜN XƏBƏRLƏR
Avqust 2019 (493)
İyul 2019 (564)
İyun 2019 (423)
May 2019 (557)
Aprel 2019 (537)
Mart 2019 (417)

«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Ronaldo ilə Mourinyo arasındakı 10 illik konfliktin səbəbi - "bu uşağın ağlı çatmır"

14 noy 2018, 12:36   
    120
Ronaldo ilə Mourinyo arasındakı 10 illik konfliktin səbəbi - "bu uşağın ağlı çatmır"

Yay transferi zamanı futbol həvəskarlarını daha çox bu sual düşündürürdü: Kriştiano Ronaldo Real-dan ayrıldıqdan sonra niyə “Old Trafford”a qayıtmadı, İtaliyanı seçdi? Suala cavab vermək üçün 2017-ci ilə nəzər salmaq lazımdır. Ronaldo “kral klubu”ndan ayrılmaqda israrlı idi. Həmin vaxt Manchester United onu ələ keçirməyi düşünürdü. Rəhbərlik baş məşqçi Joze Mourinyonun fikrini öyrəndi. Məlum oldu ki, Joze bu transferin əleyhinədir. Bundan sonra klubda Ronaldonun adı çəkilmədi. Əslində isə, Mourinyo-Ronaldo konfliktinin 10 illik tarixi var.

“Bu uşağın ağlı çatmır”

Portuqaliyalı futbolçu Manchester United-də oynadığı vaxtlar da Mourinyo ilə yola getmirdi. Hər ikisi tanınmış agent Jorje Mendeşlə işləyirdi. Yolları ildə bir neçə dəfə kəsişirdi: Chelsea-Manchester United matçında. London klubunu 6 xal fərqi ilə qabaqlayaraq İngiltərə çempionu olanda Ronaldo demişdi: “Mourinyo səhvi necə etiraf etməyi bilmir”. Joze əsəbləşmişdi: “Bu uşağın ağlı çatmır. Hörmət etməyi də bacarmır. Adətən, kiçik yaşlarında kasıb yaşayan və ya ailə tərbiyəsi görməyənlər bu cür olur”.



“Qardaşımın qardaşısan”

Əsas problem hər ikisinin Real-da olduğu vaxt başladı. Ronaldo baş məşqçinin üstünlük verdiyi müdafiə taktikasına etiraz edirdi. Joze dil tapmaq istəsə də, alınmırdı. Hətta bəzən “dil tapmaq" məsələsində gülməli vəziyyət yaranırdı. 2012-ci ilin fevralında da belə oldu. Real Madrid evdə Levante-ni qəbul edirdi. Ronaldo və Rui Fariya ( Mourinyonun köməkçisi) baş məşqçini ələ salmaq üçün qeyri-adi bir üsul düşündülər: Ronaldo bu oyunda het-trik edərsə, bütün stadion boyu qaçaraq köməkçinin yanına gələcək və bayram edəcək. Düşündükləri plan baş tutdu. Futbolçu vurduğu 3-cü qoldan sonra stadionda dövrə vuraraq ehtiyat oyunçular skamyasına tərəf qaçdı. Fariya hücumçunu qucaqlamaq üçün ayağa qalxdı. Mourinyo elə bildi ki, Kriştiano ona tərəf qaçır. Baş məşqçi hücumçunu qucaqladı. Həmin an nə baş verdiyini çoxları başa düşmədi. Çünki bu hiylənin ssenarisini komandaya yaxın olan bir neçə adam bilirdi. Amma konflikti gizlətmək mümkün olmadı. 2010/11 mövsümünün Çempionlar Liqasının yarımfinalında Mourinyonun komandası Barcelona-ya uduzdu. Bundan sonra Ronaldo açıq şəkildə baş məşqçinin müdafiə taktikasına qarşı çıxdı. Nəticədə, aparıcı futbolçu komandasının Saragosa ilə ev oyununda heyətə salınmadı. Real həmin matçda məğlub oldu-2:3. Baş məşqçi və futbolçu daha çox assisent vasitəsi ilə ünsiyyət qururdu. Hər ikisinin agenti olan Mendeş gərginliyi azaltmaq üçün dəridən-qabıqdan çıxır, onları barışdırmaq istəyirdi. Nadir hallarda baş tutan qısa görüşlərdə Mourinyo yetirməsinə deyirdi: “Sənin qeydinə qalmalıyam. Çünki sən qardaşımın qardaşısan. Qardaşının qardaşı isə həm də sənin qardaşındır”.

“Səsini kəs, qaç!”

2013-cü ilin yanvar ayı Mourinyo üçün çətin keçdi. Kasilyasla yaşanan qalmaqal, komandanın “Bernabeu” da fitə basılması baş məşqçini hiddətləndirmişdi. Mendeş xahiş etdi ki, Ronaldo mətbuat vasitəsilə Mourinyonu dəstəkləsin. Portuqaliyalı hücumçu etiraz etmədi. Sonradan peşman oldu. Yanvarın 15-də Real ölkə kubokunun ¼ finalında Valencia ilə oynayırdı. Deyilənlərə görə, Mourinyo oyun ərzində Ronaldonun üstünə qışqıraraq “səsini kəs, qaç”,- deyirmiş. Maraqlıdır ki, baş məşqçi barmağı ilə öz komandasının qapısını işarə edirmiş. Soyunub-geyinmə otağında oyunun detallarını incələyən məşqçi hücumçuya demişdi: “Aut atanda tələsdin. Topu Məsud Özil ələ keçirdi. Valencia-nın hücumu belə başladı. Hücum xəttindən geri qayımaq istəmirsən. Komandanı qoldan xilas etmək təkcə müdafiəçilərin işi deyil. Hücumcular da səy göstərməyə borcludur. Sən isə qabaqda yatıb qalırsan”.



Paltardəyişmə otağında mübahisə

Baş məşqçinin bu sözü Ronaldonu özündən çıxarmışdı: “Sən kimsən ki, mənimlə belə danışırsan? Səs tonunu aşağı sal. Sənin üçün etdiklərimə peşimanam ( futbolçu Mendeşin xahişi ilə Mourinyonu dəstəkləməsini xatırlatmışdı). Bir daha belə münasibət görmək istəmirəm”. Mübahisə bununla bitmədi. Mourinyo sakitliyin yaranmasını gözləyərək kənara çəkildi. Konfliktə birdəfəlik son qoymaq lazım idi. Ronaldonu kənara çəkmək və təklikdə danışmaq istəyirdi. Lakin futbolçu ona qulaq asmaq niyyətində deyildi. Baş məşqçi yenidən qızışdı: “Sən hücumdan sonra mütləq geri dönməlisən. Komanda yoldaşların da belə düşünür. Sadəcə, bunu sənə deməyə cəsarətləri çatmır”. Mübahisənin əlbəyaxa davaya çevrilməsinin qarşısını digər məşqçilər və futbolçular aldı. Qalmaqal səngimək əvəzinə daha da böyüdü. Ronaldo “kral klubu”ndan ayrılandan sonra Joze etiraf eti ki, həqiqətən, soyunub-geyinmə otağında onu vurmaq istəyib: “Aramızda problem var idi və hər gün böyüyürdü. Birdəfəlik həll etmək istəyirdim. Məşqçi futbolçunu danlaya bilər. Ronaldo bunu qəbul etmək istəmirdi. Elə düşünür ki, hər şeyi bilir. Məşqçinin məsləhətlərinə ehtiyac yoxdur. O qədər hirslənmişdim ki, Ronaldonu vurmaq istəyirdim. Araya girənlər olmasaydı...”

Real-dan sonra Mourinyo və Ronaldo nadir hallarda, özü də bir neçə kəlmə ilə söhbət edir. Baş verənlərə baxmayaraq, baş məşqçi futbolçu ilə əlaqələrinin bərpasına can atır. Lakin Ronaldonu yola gətirmək mümkün deyil. 10 il bundan əvvəl alovlanan münaqişə ocağı hələ də sönməyib. Zəifləsə də, yanmaqda davam edir.
OXŞAR MÖVZULAR