Impera

XƏBƏR LENTİ
01:25Adil Vəliyevin bu şəhid ailəsindən xəbəri varm? - "Hec olmasa övladımı məktəbə göndərə bilim..."01:10BDU-nun müəllimi ilə deputat arasında pul davası: "Baş nazir məsələyə qarışdı, spikerlə danışdı..."01:00“Mürəkkəb geostrateji regionda müstəqil siyasət həyata keçirmək heç də asan məsələ deyil” – DEPUTAT16:39Ağdamda 1700 manata satılan MÖHLƏT HÜQUQU... Kimdi bu "Komissar" ELXAN? - ŞOK SƏS YAZISI14:31Xəzərdə üzən bütün gəmilərə XƏBƏRDARLIQ edildi14:27Ehtiyatda olan polis və hərbiçilərə iş təklifi14:23"Mənim ağzımdan söz çıxmır, sözü deyirəm" - Elnarə Abdullayevadan AÇIQLAMA14:19İTV-nin sabiq əməkdaşı faciəvi şəkildə həlak oldu14:16Leyla Əliyevanın təşəbbüsü ilə daha bir həyət abadlaşdırıldı11:58Kərbəlada dəhşətli partlayış - ÖLƏNLƏRİN SAYI ARTIR11:39Tramp Yaxın Şərqə əlavə qoşun göndərir - GƏRGİNLİK ARTIR11:25Satılmayan mallar supermarketlər tərəfindən pulsuz paylanacaq - Polşada11:10Noyabrda Bakıda IV Beynəlxalq Bankçılıq Forumu keçiriləcək10:54Prezident İlham Əliyev: "Neftçilərimiz bu gün Azərbaycanın qüdrətini, inkişafını təmin edirlər"23:01İradə Gülməmmədova səyyar qəbul keçirdi18:00İlham Əliyev bu xanımı icraçı direktor təyin etdi - SƏRƏNCAM17:37Millət vəkili: "İnternetə nəzarət tətbiq olunmalıdır"17:26Məşhur şirkətin işçisi binanın damında nə etdi?17:11SON DƏQİQƏ: Azərbaycanlılar Rusiyada DƏHŞƏTLİ QƏZAYA DÜŞDÜ - Çox sayda ölü və yaralı var / VİDEO16:50Arvadını 5-ci mərtəbədən atan art-direktordan XƏBƏR VAR16:38Sürücü tərəfindən söyülən yol polisi ilə bağlı qərar — EKSKLÜZİV (VİDEO)16:11Bir neçə dəqiqəyə 90 milyon insan məhv ola bilər - Dəhşətli PROQNOZ15:44Azərbaycanlı gənc jurnalist vəfat etdi15:24Uduzdurulan Hacı Əliyev: Hakimlərə haqqımı halal etmirəm - FOTO15:00Rafael Cəbrayılovdan deputat vəsiqəsini girov qoyması xəbərinə - REAKSİYA14:44Hava kəskin soyuyacaq, yağış yağacaq - XƏBƏRDARLIQ14:15Vilayət Eyvazov onu işdən azad etdi13:55"Bizim Cəbiş müəllim" filmindəki meyxananın müəllifi açıqlandı - 50 İLDƏN SONRA - FOTO13:10Mehriban Əliyeva neftçiləri təbrik etdi: "Biz sizinlə, sizin peşə uğurlarınızla fəxr edirik" - FOTO12:56Rusiyada Afrika taunu yayılıb12:20Çiçarito "Qarabağ"a qol vurduğu oyundan danışdı11:46Səfər Mehdiyevin qaynı Zeynal Tarquluyevə milyonluq “hədiyyə”si - İTTİHAM11:44Nərimanov rayonunda vətəndaşların evləri dağıdılır Şahmar İbadovdan isə səs çıxmır – ŞİKAYƏT11:12Gəncədə şəhid olan polisin ailəsindən Prezidentə müraciət - MƏTN10:56Fuad Qəhrəmanlının ikinci qızı bacısını dəstəklədi10:39Qobustan qoruğunda “Avropa irs günləri” qeyd olunub10:25“Əsrin müqaviləsi” gənclərin düşüncəsində10:12MN: Düşmən iriçaplı pulemyotlardan istifadə etməklə atəşkəsi 21 dəfə pozub21:53Beyləqanda Anar Vəliyevin “xanım jurnalistlərə” “Cənnət Bağı” nda verdiyi ziyafətin “Cəhənnəm” əzabı …21:24Azərbaycan Vətən Müharibəsi Veteranları İB-nin yaradılmasının 25 illik yubileyi qeyd olunub17:55Azərbaycanda bir yaşadək körpələr arasında ölüm kabusu - SƏBƏBLƏR17:43Ermənistandan Dilqəm Əsgərov və Şahbaz Quliyeviin dəyişdirilməsinə münasibət17:25Dollarla bağlı MÜHÜM QƏRAR17:04Azərbaycanda ana və oğul özünü Araza atmaq istədi16:52"Liverpul"dan Maneyə yeni müqavilə16:41Bakıda dələduzluq edən şəxs döyüldü16:28“Maşın”da onlar yarışacaq – SİYAHI15:47Azərbaycanda beş yeni “ASAN xidmət” mərkəzi açılacaq15:13Ötən gün əməliyyat edilən Kamil Musəvi danışdı: "Ağciyərimdə zədələr var idi"14:59Azərbaycanda erkən nikahların daha çox qeydə alındığı bölgələr açıqlandı14:39Öncə qeyd etdiyim kimi Bakı şəhər icra hakimiyyətinin başçısı olanda Hacıbala Abutalıbovun Ramiz Verdiyev adında bir kadrı vardı, baş zibildaşıyan idi.14:36Kərəm Həsənov Əliyevlərə qarşı: “Cənab prezident, var-yoxumuz söyülür” - Video14:33Ölkəni dərmanla zəhərləyən mafiya (ARAŞDIRMA)14:11GÜNÜN OYUNU: "Qarabağ" - "Sevilya"13:57Moskvada MDB ölkələrinin Oxucu Assambleyası keçirilib13:41Sabahaın hava PROQNOZU13:30"Ramalın acığına..." - Fatimədən cavab12:43Krallığa hücum müharibə səbəbidir - Pompeo12:07Ağsunun qara günləri – Bacanaqların talan etdiyi rayon… – İTTİHAM12:04ÖLÜMÜNƏ İNANMADIĞIM KÖLGƏ ADAM… –Elxan Şükürlü dostu Etimad İsmayılovdan yazdı12:02Qoşqar Təhməzli “Broker Əbülfəz”in palma yağlarına necə göz yumur? – Özəl11:58Fəvvarələr meydanında konsert təşkil edilib-Milli Musiqi Günü münasibətilə11:47Bakının Baş planının hazırlanması işləri gələn ilin sonlarınadək yekunlaşacaq11:28“Xətai” metrostansiyasında nasazlıq: eskalator xarab oldu11:09Azərbaycandakı milyarder və milyonçular...10:45Ana 10 aylıq körpə qızını boğub öldürdü — Ağdamdakı DƏHŞƏTLİ QƏTLİN TƏFƏRRÜATI10:30Erkan Özoral: Türkiyə ilə Azərbaycan arasında ticarət dövriyyəsi artıb22:39Son zamanlar spirtli içkilərin, daha dəqiq desək pivə satışının geniş vüsət alması, yaşından və cinsiyyətindən asılı olamayaraq hər kəsə istehlak olması adamı düşünməyə məcbur edir.20:54Qəbələ rayonunun bir sıra meşə massivləri bir sıra şəxslər tərəfindən qırılaraq məhv edilir.17:59Cəlilabad Ziyalıları Şəhid Adına Məktəbin Direktoru Sücaət Mehtiyevin Saxtakarlığndan Yazdı – MÜRACİƏT17:44Məktəbdə YANĞIN: 30 şagird öldü17:32Qurban Qurbanov: Ən çox izlədiyim çempionat La Liqa, milli isə İspaniyadır17:20Ermənistanda ŞOK SƏNƏD yayıldı: - Nikol Paşinyan dəlixanada yatıb (FOTOFAKT)17:07Azərbaycan və Gürcüstan qaz tədarükü ilə bağlı məsələləri müzakirə ediblər16:48Aztəminatlı ailələrlə bağlı UNİKAL TƏKLİF16:29"Əsrin müqaviləsi”nin imzalanması Heydər Əliyevin dühası və iradəsi sayəsində mümkün olub" - Əli Əhmədov16:11Gələn il Azərbaycanda sosial müdafiə məqsədləri üçün ayrılan vəsait 10 faiz artırılacaq15:59Peşə məktəblərində işləmək istəyənlərin DİQQƏTİNƏ!15:31Hadi Rəcəbli: Bəzi deputatlar fantastik fikirlər səsləndirirlər15:15“Azərişıq”: Hər bir sahibkar elektrik şəbəkəsinə onlayn qaydada qoşulacaq15:00Bu gün Milli Musiqi Günüdür14:45Hacının ilk rəqibi rus oldu - Dünya çempionatı14:31SON DƏQİQƏ: Türkiyədə güclü yanığın14:20Azərbaycanda hamilə qadınlara qənim kəsilən qadın saxlanıldı14:07Mal ətindən ölüm12:35Sabiq deputat YAP-dan QOVULDU12:05Göygöl şefinin oğlunun dəbdəbəli həyatı – Fotolar12:02Baş dəmiryolçunun yüksəlişi və Cavid Qurbanova STOP qoyan sənəd – VİDEO+FOTO11:34Sürücünün yol polisini təhqir etməsi ilə bağlı araşdırma başlanıldı10:47Bakıda helikopter qəzaya uğradı: Pilot ağır xəsarət alıb10:36Novruz Məmmədovdan qərar - Bu şəxslərin maaşı artırıldı10:21“Sevilya” Bakıya gəldi09:48Azərbaycan MN: Düşmən atəşkəs rejiminə əməl etmir20:55“SƏDƏRƏK YUSİF” KÜRÜ “İŞĞAL” ETMƏKDƏ DAVAM EDİR: QANUNSUZ TİKİLİNİN İCAZƏSİNİ İCRA BAŞÇISI VERİBMİŞ – YENİ VİDEO20:53Xəzər rayonunda Hacı Gülağanın sususz qoyduğu adamlar – Vətəndaşı dövlətdən narazı salanlar niyə cəzasız qalır? VİDEO18:00Elinanın intihar etdiyi məktəbin yeni direktoru kimdir? - DOSYE17:40Bu il 1-ci sinif üçün riyaziyyat dərslikləri iki hissədən ibarət hazırlanıb17:20Əmisi oğlunun arvadını qaçıran şəxsi döyüb öldürənlərlə bağlı YENİ XƏBƏR17:00"Qarabağ" öz futbolçusunun qardaşını da — TRANSFER ETDİ16:40Parlamentdə lombard fırıldaqçıları müzakirə edildi
BÜTÜN XƏBƏRLƏR
Sentyabr 2019 (449)
Avqust 2019 (631)
İyul 2019 (563)
İyun 2019 (423)
May 2019 (557)
Aprel 2019 (537)

«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

SDU-da “İnformasiya sistemləri və texnologiyalar: nailiyyətlər və perspektivlər” mövzusunda Beynəlxalq elmi konfrans keçirildi

15 noy 2018, 16:01   
    176
SDU-da “İnformasiya sistemləri və texnologiyalar: nailiyyətlər və perspektivlər” mövzusunda Beynəlxalq elmi konfrans keçirildi

Noyabrın 15-də Sumqayıt Dövlət Universitetində Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutu ilə birgə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş “İnformasiya sistemləri və texnologiyalar: nailiyyətlər və perspektivlər” mövzusunda Beynəlxalq elmi konfrans öz işinə başladı.
Öncə rektor professor Elxan Hüseynov və konfrans iştirakçıları Sumqayıt şəhərində yerləşən Ümummilli Liderin adını daşıyan parka gələrək xalqımızın Ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq xatirəsini dərin ehtiramla yad etdilər.
Sonra qonaqlar universitetlə yaxından tanış oldular və Ulu Öndərin adını daşıyan Heydər Əliyev Mərkəzində ümummilli lider Heydər Əliyevin zəngin həyat və fəaliyyətinin bütün dövrlərini, o cümlədən müstəqil Azərbaycanın Prezidenti kimi xarici ölkələrə səfərlərini, nüfuzlu dövlət xadimləri ilə görüşlərini əks etdirən fotoşəkillərə, ulu öndərə həsr olunmuş kitablara baxış keçirdilər.
Rektor professor Elxan Hüseynov qonaqlarla “dəyirmi masa” ətrafında elmin, təhsilin inkişafına dair birgə əməkdaşlığın qarşılıqlı faydaları və perspektivləri barədə fikir mübadiləsi apardı. Qonaqlara universitet haqqında ətraflı məlumatları əks etdirən bukletlər və hədiyyələr təqdim olundu.
Konfransda respublikamızda fəaliyyət göstərən alimlər və mütəxəssislərlə yanaşı, xarici ölkələrin –Türkiyə, Qazaxıstan, Rusiya Federasiyasının bir sıra nüfuzlu ali məktəblərinin alimləri:iştirak etdilər.
Konfransın plenar iclasını SDU-nun rektoru, Rusiya-Azərbaycan Universitetləri Assosiasiyasının Azərbaycan tərəfdən həmsədri, professor Elxan Hüseynov açaraq tədbir iştirakçılarını salamladı, ali məktəbin yaranma tarixi, onun fəaliyyət istiqamətləri, həyata keçirdiyi beynəlxalq proqram və layihələr barədə ətraflı məlumat verdi. Qeyd etdi ki, davamlı olaraq universitetimizdə Beynəlxalq, Respublika səviyyəli konfranslar keçirilir, bu da ikitərəfli münasibətlərimizin inkişafına böyük töhfələr verir. Bu gün Azərbaycan təhsilinin Avropaya inteqrasiyası ilə yanaşı, ali təhsil müəsissələrinin beynəlxalq əlaqələrinin genişləndirilməsi, müəllim-tələbə mobilliyinə və ikili diplomların Avropada tanınması istiqamətində mühüm lahiyələr gercəkləşir. Sumqayıt Dövlət Universitetinin professor-müəllim, tələbə heyəti dünyanın bir çox nüfuzlu ali məktəblərində layiqincə təmsil olunur, təcrübə keçir. Əldə olunan uğurlar beynəlxalq səviyyədə keçirilən konfranslarda maraqla qarşılanır.
Rektor çıxışında Azərbaycanın dövlət müstəqilliyini qazanmasından keçən illər ərzində respublikamızın həyatının bütün sahələrində, xüsusən də təhsil sahəsində böyük uğurların əldə edildiyini diqqətə çatdırdı. Bildirdi ki, Sumqayıt Dövlət Universiteti 55 il ərzində şərəfli inkişaf yolu keçib.Bu elm müəssisəsinin maddi-texniki bazasının möhkəmləndirilməsi, müxtəlif profilli yüksək ixtisaslı kadrlarının hazırlanması, ümummilli lider, müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin adı ilə bağlıdır. Rektor ümummilli lider Heydər Əliyevin təhsilə daim böyük önəm verdiyini, ulu öndərin ideyalarının Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini vurğuladı. Bildirdi ki, elmin, təhsilin inkişafı, dövlətimizin demokratik dəyərlərə arxalanması, beynəlxalq nüfuzunun artması məhz möhtərəm Prezidentimiz cənab İlham Əliyevin apardığı uğurlu siyasətin nəticəsidir.Bu gün müasir dövr üçün aktual mövzuya həsr olunan beynəlxalq konfransın əhəmiyyətindən bəhs edən rektor onu da qeyd etdi ki, informasiya sistemləri və texnologiyaları (İKT) əsrində yaşadığımız bir zamanda belə bir konfransın keçirilməsi çox vacibdir. Cünki sürətlə yeniləşmə, modernləşmə və yeni intellektual nəslin formalaşması üçün daha böyük imkanlar yaradılıb. Prezident cənab İlham Əliyev tərəfindən ölkəmizdə İKT-nin inkişaf etdirilməsi üçün sərəncamlar imzalanıb, Dövlət proqramları qəbul edilib, informasiya cəmiyyətinin bərqərar olması üçün zəruri struktur islahatları aparılıb, müvafiq qanunvericilik bazası və texniki infrastruktur formalaşdırılıb, əlverişli investisiya mühiti yaradılıb. Elə bunların nəticəsidir ki, Azərbaycan informasiya-kommunikasiya texnologiyalarının inkişafı reytinqində davamlı olaraq irəliləyir.Dövlət idarəçiliyinin bütün səviyyələrində elektron xidmətlərin geniş yayılması şəffaflığı şərtləndirən başlıca cəhətlərdən biridir. Artıq Sumqayıt Dövlət Universitetində də tədris elektronlaşıb, universitetin elektronlaşması istiqamətində ciddi işlər aparılır.
Rektor konfransın işinə uğurlar arzuladı.
İnformasiya Texnologiyaları İnstitutunun direktor müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov çıxış edərək ölkəmizdə informasiya cəmiyyəti quruculuğu istiqamətində aparılan işlər, həyata keçirilən islahatlar və tədbirlərdən bəhs etdi. “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya”dan da söz açan dosent Rəşid Ələkbərov bildirdi ki, sənədin əsas məqsədi ölkədə informasiya cəmiyyətinin bərqərar olması, onun yaratdığı imkanlardan vətəndaşların, cəmiyyətin, dövlətin inkişafı üçün səmərəli istifadə edilməsi, davamlı və dayanıqlı tərəqqinin təmin edilməsində iqtisadi sektor kimi İKT-nin rolunun artırılması, o cümlədən rəqabətədavamlı və ixracyönlü İKT sənayesinin qurulması, İKT-ni geniş tətbiq etməklə, biliklər iqtisadiyyatına keçidin təmin olunmasını reallaşdırmaqdır. Bu cür konfransların təşkili müxtəlif informasiya-texnologiya strukturlarının gördüyü işlərin işıqlandırılması və maarifləndirmə baxımından böyük əhəmiyyətə malikdir.Hesab edirik ki, belə konfranslar informasiya texnologiyaları üzrə gələcək innovasiyalara stimul verəcəkdir.
Azərbaycan Texniki Universitetinin prorektoru professor İlham Pirməmmədov çıxış edərək konfransın yüksək səviyyədə təşkilindən, təhsilimizin inkişafına verdiyi töhfələrdən və Azərbaycan elmi üçün geniş perspektivlər açdığını qeyd etdi, gələcəkdə səmərəli elmi axtarışların aparılması, innovativ elmi nəticələrin əldə olunması baxımından bu elmi bazadan faydalanmağın əhəmiyyətini vurğuladı.
Konfransda Ufa Dövlət Neft Texniki Universitetinin rektoru, Rusiya-Azərbaycan Universitetləri Assosiasiyanın Rusiya tərəfdən həmsədri, akademik Ramil Baxtizinin “İnformasiya sistemləri və texnologiyalar: nailiyyətlər və perspektivlər” mövzusunda keçirilən Beynəlxalq elmi konfransın gedişinə ünvanladığı təbrik məktubu oxundu.
Beynəlxalq Elmi konfrans çərçivəsində Atırau Neft və Qaz Universiteti ilə Sumqayıt Dövlət Universiteti təhsil və elmi-tədqiqat sahələri üzrə əməkdaşlıq müqaviləsi imzalandı.
Eyni zamanda SDU-nun Fizika və elektroenergetika fakültəsinin Elektromexanika kafedrasının müdiri dosent Turqay Hüseynov Atırau Neft və Qaz Universitetinin İstehsalatın avtomatlaşdırılması və informasiya texnologiyaları kafedrasının müdiri dosent Şınar Kodanova ilə kafedralar arasında əlaqələrin qurulması istiqamətində memorandum imzalandı.
AMEA –nın müxbir üzvü Ağasi Məlikov –“Ehtiyatların idarə edilməsi sistemlərində kütləvi xidmət modellərinin tətbiqi: problemin vəziyyəti və inkişaf perspektivləri”, Atırau Neft və Qaz İnstitutunun professoru Akmaral Jalqasbayeva “Qazaxıstan Respublikasında İnformasiya texnologiyaları (İT) sahəsi üzrə kadr hazırlığının vəziyyəti və problemləri”, Ufa Dövlət Aviasiya Texniki Universitetinin professoru Mixayıl Verxoturov “Qeyri-qabarıq obyektlərin davamsız yerləşdirilməsinin optimallaşdırma məsələləri: No Fit Polyhedronun obyekt və diskret məkanlarında qurulmasının xüsusiyyətləri”, SDU-nun Proseslərin avtomatlaşdırılması kafedrasının müdiri professor Cavanşir Məmmədov “Ali təhsil müəssisəsinin texnoparkının idarəetmə bölmələrinin sistemotexniki layihələndirmə mərhələsində modelləşdirmə alətlərinin təşkili” mövzularında məruzə ilə çıxış etdilər. Məruzə ətrafında maraqlı diskussiyalar aparıldı.
Konfrans işini iki gün ərzində altı bölmə üzrə davam etdirəcək.
Qeyd edək ki, konfransa 300-dən çox tezis qəbul edilmiş və konfrans materialları toplusu şəklində nəşr olunmuşdu

Korrupsiya.org
SDU-da “İnformasiya sistemləri və texnologiyalar: nailiyyətlər və perspektivlər” mövzusunda Beynəlxalq elmi konfrans keçirildi
SDU-da “İnformasiya sistemləri və texnologiyalar: nailiyyətlər və perspektivlər” mövzusunda Beynəlxalq elmi konfrans keçirildi
SDU-da “İnformasiya sistemləri və texnologiyalar: nailiyyətlər və perspektivlər” mövzusunda Beynəlxalq elmi konfrans keçirildi
SDU-da “İnformasiya sistemləri və texnologiyalar: nailiyyətlər və perspektivlər” mövzusunda Beynəlxalq elmi konfrans keçirildi
SDU-da “İnformasiya sistemləri və texnologiyalar: nailiyyətlər və perspektivlər” mövzusunda Beynəlxalq elmi konfrans keçirildi
SDU-da “İnformasiya sistemləri və texnologiyalar: nailiyyətlər və perspektivlər” mövzusunda Beynəlxalq elmi konfrans keçirildi
SDU-da “İnformasiya sistemləri və texnologiyalar: nailiyyətlər və perspektivlər” mövzusunda Beynəlxalq elmi konfrans keçirildi
SDU-da “İnformasiya sistemləri və texnologiyalar: nailiyyətlər və perspektivlər” mövzusunda Beynəlxalq elmi konfrans keçirildi
SDU-da “İnformasiya sistemləri və texnologiyalar: nailiyyətlər və perspektivlər” mövzusunda Beynəlxalq elmi konfrans keçirildi
SDU-da “İnformasiya sistemləri və texnologiyalar: nailiyyətlər və perspektivlər” mövzusunda Beynəlxalq elmi konfrans keçirildi
OXŞAR MÖVZULAR