Impera

XƏBƏR LENTİ
13:57Stimul Hospitaldan növbəti hümanist addım15:35DİN keçmiş məhkəmə sədrinin qətli ilə bağlı məlumat yayıb15:17Bakı metrosunda interval 2 dəqiqəyə düşdü15:05İki güləşçimiz dünya çempionatının finalına çıxmaq üçün mübarizə aparacaq14:43Yağış, leysan gəlir - SABAHIN HAVASI14:28Elgiz türk serialına çəkilənləri tənqid etdi: "Süpürgəçi, cibgir, qulluqçu"12:31Həftəsonu işləyənlərə əlavə ödənişlər verilsin - TƏKLİF12:14DİN keçmiş məhkəmə sədrinin qətli ilə bağlı məlumat yaydı12:00Onlar bu il universitetlərə qəbul olundular, amma ali təhsildən imtina etdilər - Şok RƏQƏMLƏR11:36Vasif Talıbov özünü yeni vəzifəyə təyin etdi11:21DIN və polis rəisləri kimlərə müharibə elan edib? - Xətai polis rəisi barədə ilginc faktlar11:13SON DƏQİQƏ: Türkiyədə ardıcıl iki GÜCLÜ ZƏLZƏLƏ: Çox sayda xilasedici cəlb edildi23:03Məktəbə forma ilə getməyən şagirdlərin cəzası nə olacaq? - Təhsil Nazirliyi cavablandırdi22:59Sumqayıt DYP xanım sürücünü necə xilas etdi? – İnanılmaz jest17:48Faciəvi QƏZA: 3 nəfər DİRİ-DİRİ YANDI17:34Həcc ziyarətinə gedənlərə vacib xəbər: gələn ildən etibarən...17:23Manatı gələn il nə gözləyir? - Rəsmi inflyasiya proqnozu AÇIQLANDI17:12Nazir küçədə piyadaları cərimələyən post-patrul əməkdaşlarının səlahiyyətlərinə xitam verib17:01Geyim mağazasından oğurluq edən qadın tutuldu16:51Gələn ilin dövlət büdcəsində neftin qiyməti neçə dollar olacaq?16:18Mərkəzi Bankdan uçot dərəcəsi ilə bağlı - QƏRAR15:45Bu rüsumun qiyməti 1000 manatdır - DMX-nin rəisi15:36SDU-nun Mühəndislik fakültəsinə müasir laboratoriya avadanlıqları alınıb14:33Adam oğurlayaraq işgəncə verən keçmiş idmançımızın məşqçisi: "Atası deyirdi ki, pul lazımdır"14:14Atambayevin tərəfdarları ad günündə mitinq keçirəcək14:03Şəkidə infotur çərçivəsində konfrans keçirilib13:53Abşeron və Sumqayıtda yaşayanlara XOŞ XƏBƏR! – VİDEO13:28"Qarabağ" - "Sevilya" oyununun biletləri satışda13:09Azərbaycan vətəndaşlarının daha çox hansı ölkədən geri qaytarıldığı məlum olub12:54Azərbaycanda İLK: Qidalar bu texnologiya ilə yoxlanılacaq - FOTO12:23DYP: Avtomobilinizdə bu olmasa 10 AZN cərimələnəcəksiz12:00Azərbaycan Ordusu 10 minlik hərbçi ilə genişmiqyaslı təlimə başlayır10:57Mərhum pilotumuzla bağlı xəbər yayıldı - İfşa edin...10:36Arçil Talakvadze: "Gürcüstan NATO-ya qoşulmağa hazırdır"10:33BirKart-la UNEC-də təhsil haqqını hissə-hissə ödəmək olar09:54Ermənilər atəşkəs rejimini 20 dəfə pozub18:00Melaniya Trampın plaşı qalmaqala səbəb oldu - FOTO17:32Biləsuvar Məşğulluq Mərkəzinə qarşı ŞOK İDDİA-VİDEO17:20Azərbaycanda hər 10 ailədən 1-i sonsuzdur - Süni mayalanma gizlədilir17:0022 yaşlı atadan körpəsinə qarşı dəhşətli əməl15:52Azərbaycan-Türkiyə iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın növbəti iclası keçiriləcək14:41Bakının bu metrostansiyası təmirə bağlanacaq14:16İlqar Məmmədov: “Əli Kərimli ilə debata razılıq verdim”14:03Volfqanq Şoyble Azərbaycana gələcək13:5328° dərəcə isti - HAVA PROQNOZU13:44“Qarabağ” – “Neftçi” oyununun hakimləri müəyyənləşdi13:35Girnədə silah-sursat anbarında partlayış olub13:22Elinanın ölümündə təqsirli bilinən direktor barədə MƏHKƏMƏ QƏRARI VERİLDİ13:13Vilayət Eyvazov Zeynalovu rəis TƏYİN ETDİ12:44Prezident İlham Əliyev Bakıdakı 101 nömrəli məktəbin əsaslı təmir və yenidənqurmadan sonrakı vəziyyəti ilə tanış olub11:49“Xətai” açıldı11:35Bakıda bir qrup abunəçinin qaz təchizatı dayandırılacaq11:27Badamdar sakini Bəybala Hüseynovla bağlı Prezidentə müraciət etdi11:19Bakı metrosundan istifadə edənlərə ŞAD XƏBƏR11:06Baş nazirdən əlilliyi olan şəxslərlə bağlı QƏRAR10:47Pambıq yığımına start verilir - prosesə ciddi nəzarət olacaq10:35Bakıda daha 570 güzəştli mənzil satışa çıxarıldı - QİYMƏTLƏR10:09Müdafiə Nazirliyi: Düşmən atəşkəs rejimini 21 dəfə pozub01:00Göyçayda Loğman və Əhliman Əliyevlərin məcaraları bitmir23:48Dəyəri yüz minlərlə ölçülən avtomobillər, bahalı restoranlar: - Qlamur YAP-çının hekayəsi21:56İmişliyə Bakıdan başçı göndərilir... - Vilyam Hacıyevi himayədarları meydanda tək qoyası olacaq...21:54“Zamin Bank”ın Biləsuvar filialının müdirindən Zakir Qaralova şikayət: “Pulları yığıb cibinə qoyub”17:50İnam Kərimovdan işdən qovduğu direktorun yerinə - TƏYİNAT17:40“Qaçqınların əksəriyyətini sərhəd və təmas bölgələrində yerləşdirmək lazım idi...”17:30Model olmağa hazırlaşan qızın burnunu qırdılar - QORXUNC...17:20Sabit Səmədova yüksək vəzifə verildi - ƏMR17:09Azərbaycanda uşaq pulu BƏRPA OLUNACAQ? - Baş Nazirin müavini AÇIQLADI16:45"Azərbaycanın ən güvənli tərəfdaşı ABŞ deyil, Rusiyadır" - Y.Hacıyevadan İLGİNC AÇIQLAMA16:35Eyyub Hüseynovun qızı Kanadada vəfat etdi16:03Deputat: Maaşlar, pensiyalar, müavinətlər diqqət mərkəzində olacaq15:49Bakının mərkəzində 6 otaqlı ev yandı15:36Mahir Emrelinin evi QARƏT OLUNDU15:22Türk dövlətlərinin ortaq kəşfiyyat qurumu nə iş görəcək? - çox böyük əhəmiyyəti var15:05"Kiminlə oturduğunuzu göstərəcəm ki, evinizdə qırğın düşsün"14:44"Qarabağ"ın Beqoviçindən yeni açıqlamalar - "O cür pul qazanmaq mənə görə deyil”14:37Türkəçarə ilə müalicə, yoxsa travmadan travmaya-Problem14:33İQTİDARIN SİYASƏTİ SABOTAJ OLUNUR, YOXSA…? – Əhalinin sağlamlığı ciddi təhlükə altındadır! (Araşdırma)14:28Əli Əhmədovla Sərdar Cəlaloğlu arasında gərginlik14:12"Nu poqodi"dəki canavarın adı "Zayesdir" - Şəbnəm Tovuzlu13:58“O, Dağlıq Qarabağın Ermənistana verilməsini istəyir...” - ETİRAZ13:48Uşaq pulu hansı formada olmalıdır? - TƏHLİL13:20Arda Turan cəzalandırıldı - Berkayla növbəti məhkəmə13:03Azərbaycandakı karqo şirkətləri insanlardan niyə əlavə xərclər tutur?12:52Təhsil Şurasını ələ keçirənlər məhkəmə qarşısında12:16Metro istifadəçilərinin nəzərinə! sentyabrın 14-dən...12:05Azərbaycandakı bu hadisə hər kəsi DƏHŞƏTƏ GƏTİRƏCƏK: ər hamamda arvadı ilə birlikdə...11:45Bakının "ən xəstə" rayonları bəlli oldu - SİYAHI11:15Dünyanın ən qeyri-dəqiq aeroportlarının REYTİNQİ11:00Təhsil naziri: Azərbaycanda iki növbədə oxuyan şagirdlərin sayı 35 faizdən 14 faizədək azalıb10:52Bu şəxslərin maaşları artırılır - QƏRAR22:30Sumqayıt Gömrüyünün "şefi" Vəzir Həsənovun Çex Respublikasındakı biznesinin DGK-inin şöbə müdürü olan şəriki kimdir? - FOTO19:40Erməni şirkətləri Azərbaycana necə yol tapır? - Gömrükdəki problem18:00Sabah dollar neçəyə olacaq?17:40"ABŞ Suriyadakı terrorçulara 50 min TIR silah-sursat göndərib" - Ərdoğan17:20Yığmamızın DÇ-2020-nin seçmə mərhələsində keçirəcəyi oyunların TƏQVİMİ17:09Rusiyalı ekspertlərdən separatçılara sərt təpgi16:12NATO-nun keçmiş baş katibinin fikirləri Gürcüstanda narazılıq doğurub16:02Afət Fərmanqızından sərt REAKSİYA: “Mənim ifamı izləyənlər 11 milyondu, Sami Yusufda neçə milyondu?15:47Aşura ilə bağlı bu saata qədər könüllü qan verənlərin sayı açıqlandı15:35Saytların kölgəsində qalan bloqlar...
BÜTÜN XƏBƏRLƏR
Sentyabr 2019 (299)
Avqust 2019 (631)
İyul 2019 (563)
İyun 2019 (423)
May 2019 (557)
Aprel 2019 (537)

«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Səfər Mehdiyev: Hardan... hara?! - İLGİNC

27 noy 2018, 15:40   
    134
Səfər Mehdiyev: Hardan... hara?! - İLGİNC

Bakı Dövlət Universitetinin sabiq rektoru Abel Məhərrəmovla bağlı mübhəm məqamlar hələ də qalmaqdadır. Sabiq rektorun İspaniyaya sonuncu rəsmi səfəri zamanı baş vermiş qalmaqalla bağlı ortada açıq qalan kifayət qədər suallar var. İlkin iddialara əsasən Məhərrəmovun səfir oğlu olan Anar Məhərrəmov İspaniyada şərab biznesi ilə məşğul olurmuş. Bununla bağlı cumhuriyyet.az olaraq diqqət çəkdiyimiz məqam BDU-nun rektorunun işini itirməsinə səbəb olan skandal məhz uzun illər DGK-da yüksək vəsifə tutan və hazırda Gömrük Komitəsi Səfər Mehdiyevin sədlik etdiyi dönəmə təsadüf etməsidir. Yuxarıda qeyd etmişdik ki, 2 ton xam çaxırı Azərbaycandan çıxarmaq hər halda kiçik msahibkarlıq fəaliyyəti deyil. Bundan başqa bu həm də sonuncu daşıma olmayıb. Görünür Abel Məhərrəmov gömrükdəki tələbələrinə o qədər güvənib və onlara o qədər hökmü keçib ki, bu çaxır nəqlini həyata keçirə bilib.
Səfər Mehdiyevin diplomu və rektorla dostluq tarixi
DGK-nın rəsmi saytında komitə sədri haqqında məlumat var. Tərcümeyi-halında yazılan bir məqam xüsusilə maraqlı idi. Cumhuriyyet.az olaraq həmin məqamı olduğu kimi diqqətə çatdırırıq:
– 1973-cü il martın 17-də Naxçıvan MR, Babək rayonu Nehrəm kəndində anadan olmuşdur.
Orta təhsili başa vurduqdan sonra 1991-1993-cü illərdə həqiqi hərbi xidmətdə olmuşdur.
1993-1998-ci illərdə Türkiyənin EGE Universitetinin Beynəlxalq İqtisadi Əlaqələr fakültəsində təhsil alaraq həmin universiteti beynəlxalq iqtisadi əlaqələr ixtisası üzrə, Bakı Dövlət Universitetini hüquqşünas ixtisası üzrə bitirmişdir.
Bu cümlədə bir natamamlıq var. Səfər Mehdiyevin 93-98-ci illərdə Naxçıvan Türkiyə arasında biznes əlaqələri qurub. Kiçik bizneslə məşğul olub. İzmirdə yerləşən bu ali təhsil ocağında təhsilini başa vurmayan Cənab Mehdiyev bu cümlədəki bir vergüldən sonra Bakı Dövlət Universitetinin hüquq fakultəsini bitirir. Əcaba EGE Universitetində iqtisadiyyat təhsili alan bir tələbə BDU-ya necə “perevod” alıb və necə olub ki, iqtisadiyyat oxuyan bir tələbə hüquq fakultəsini bitirib. 1998-ci ildə artıq Abel Məhərrəmov BDU-nun rektoru təyin edilmişdi. Deməli Səfər Mehdiyevlə Abel Məhərrəmovun dostluğu elə 20 il əvvəldən başlayıb. 1998-ci ildə BDU-nun hüquq fakultəsini bitirən (hələ Səfər Mehdiyevin kimlərlə eyni auditoriya bölüşdüyü də suallarla doludur) DGK şefinin rəhbəri olduğu komitədə bir tələbə yoldaşı varmı? İnformasiyaya əsasən Mehdiyevin Abel Məhərrəmovun köməyi ilə hüquq diplomu almasının ardından da rektora gömrükdə yaşıl işıq yanıb. Nəhayət Mehdiyevin DGK sədri təyin edilməsindən sonra sabiq rektor bir qədər də arxayınlaşaraq gömrükçülərə Şeyxin təyyarəsinə 2 ton çaxır yüklətdirə bilib.
Generalın kolxozdan başlayan fəaliyyəti
General-leytenant Səfər Mehdiyev 12 ildən artıq idi ki Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini postunu tuturdu. Gömrük xidməti general-leytenantı 1973-cü ildə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Nehrəm kəndində anadan olub. 1998-ci ildə Türkiyənin EGE Universitetinin Beynəlxalq-iqtisadi əlaqələr fakültəsini bitirib. Əmək fəaliyyətinə 1990-cı ildə Naxçıvan MR Babək rayonunun Nehrəm kənd kolxozunda başlayıb. Bir müddət sonra isə gömrük sistemində işə keçib. 1999-2004-cü illərdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Maliyyə-Tarif və Valyuta Nəzarəti Baş İdarəsinin Gömrük tariflərinin tənzimlənməsi şöbəsinin inspektoru, böyük inspektoru, Gömrük dəyəri şöbəsinin rəisi, həmin Baş İdarənin rəis müavini vəzifələrində çalışıb. Tezliklə S.Mehdiyevin bu sistemdə vəzifə pilləsi daha da böyüyüb. O, 2004-cü ilin fevral ayından 2006-cı ilin fevral ayına qədər Dövlət Gömrük Komitəsi sədrinin müavini vəzifəsində işləyib. 2006-cı ilin fevral ayından Səfər Mehdiyevə daha yüksək etimad göstərilib və o, komitə sədrinin birinci müavini vəzifəsinə, 2018-ci ilin fevralında isə Dövlət Gömrük Komitəsinin sədri postuna təyin olunub.
Qaranlıq keçmış və ya Komitə necə işğal olunub?
Səfər Mehdiyev Gömrük Komitəsinin birinci müavini olduğu müddətdə əlindəki geniş imkanlardan istifadə edərək özünün bütün yaxın-uzaq qohumlarını işlə təmin edib. Yəni demək olar ki, DGK başdan-başa onun qohumlarından ibarətdir. Bildirilənə görə, Dövlət Gömrük Komitəsinə işə qəbula Səfər Mehdiyevin qayınatası Qulu Tarquliyev rəhbərlik edir. Yeri gəlmişkən bununla bağlı cumhuriyyet.az olaraq yerli mediuada gedən bir məlumatı olduğu kimi diqqətinizə çatdırırıq: “Səfər Mehdiyevin qaynatası zamanında mərhum prezident, ulu öndər Heydər Əliyevə qarşı səngərdə yer alıb. 1991-ci ilin sentyabrın 3-də keçirilmiş Naxçıvan MR Ali Məclisinin sessiyasında Heydər Əliyev Naxçıvan Muxtar Respublikanın rəhbəri seçildi. Həmin dövrün stenoqramasına baxılarsa, Qulu Tarquliyev mərkəzin tapşırığı ilə Heydər Əliyevə ”sən xalqa bəla gəlmisən” dediyi sözlərin şahidi olarıq. Bu gün Qulu Tarquliyevin övladları Əli Tarquliyev, Zeynal Tarquliyev, İlham Tarquliyev Gömrük Komitəsində müxtəlif vəzifələr tutmaqla qısa müddət ərzində bahalı maşınlar, dəbdəbəli villalar sahibidirlər”. Yazılanlara görə, Səfər Mehdiyevin qardaşları, bacısı övladları yüksək vəzifələrdə çalışırlar. Əksəriyyəti guya Gömrük Komitəsinə test üsulu ilə qəbul olunublar. Hətta iddia olunur ki, Səfər Mehdiyevin bacısının əri də Gömrük Komitəsində meydan sulayır, orta təhsillidir, heç bir savadı yoxdur.
Kapital xəritəsi
Zamanında qaynı İlham Tarquliyevi «Gilan» Holdinqdə inşaat sahəsinin maliyyə idarəsinin başına gətirən Səfər Mehdiyev qohumunu böyük talandan sonra oradan kənarlaşdırdı. Bununla bağlı cumhuriyyet.az olaraq media üzərindən apardığımız araşdırmalarda rastlaşdığımız məlumatlara görə səbəb İlham Tarqluiyevin yol verdiyi böyük yeyintiləri olub: “Əgər Kəmaləddin Heydərovun bundan xəbəri olsaydı, İlham Tarqluiyev Səfər Mehdiyevin əli ilə təkrar olaraq vəzifəyə gətirilə bilməzdi. Beləcə qohumunun cinayətlərinə rəğmən yenidən Səfər Mehdiyev qaynını fövqəladə hallar nazirliyinin tikinti şöbəsinə rəis gətirdirir”. Həmin məlumatlarda bildirilir ki, bu vəzifəyə keçəndən sonra İlham Tarquliyevin yeni talanları başlayır. Belə ki, zəlzələ, sel fəlakətləri zamanı dövlət büdcəsindən ayrılan milyonlarla vəsaiti xırıd edən İlham Tarqluiyev bunun müqabilində özünə böyük sərvət toplayır. Bu gün də talan davam etməkdədir. Bundan əlavə, Səfər Mehdiyev İlham Tarquliyevlə ortaq tikinti şirkəti yaradıb ki, bu gün də gömrüyə aid tikinti işləri onların şirkətinə verilir. Tendersiz, filansız…
Ət monopoliyasında bacanaq
Yeri gəlmişkən qeyd edək ki, S.Mehdiyev ölkədə monopoliyalarla bağlı əsas sorumlulardan biri hesab olunur. DGK-dakı bütün bölgüləri və alış-verişi də o, özü aparır. S.Mehdiyev haqqında səslənən iddialardan biri isə odur ki, Hindistandan ölkəmizə gətirilən bütün ət məhsulları onun monopoliyasındadır. Bununla bağlı cumhuriyyet.az-a daxil olan məlumatlara görə, hazırda bazarda Hindistandan mal ətinin idxalı və satışı ilə S.Mediyevin yaxın adamı olan Gündüz adlı şəxs məşğul olur. “Babək” və “Orxan” şirkətlərinin sahibi olan Gündüz adlı bacanaq Hindistandan ölkəmizə idxal olunan ətlərinin monopolistidir. Bu gün Gündüzdən başqa heç kim Azərbaycana dondurulmuş ət və ət məhsulları gətirə bilməz. Bu ət inhisarını isə ona bacanağı Səfər Mehdiyev hədiyyə edib. Adı çəkilən Gündüz həm də S.Mehdiyevin doğma bacanağıdır. Eyni zamanda Binəqədinin sabiq icra başçısı Xaləddin İsgəndərovla quda olan Gündüz Xırdalandakı ət-toyuq idxalı müəssisəsinə rəhbərlik edir. Gündüzün oğlu isə Sumqayıtdakı tekstil fabrikinin başında durur.
Başqa bir bacanaq da iş başında
S.Mehdiyevin digər bacanağı Azər isə Azərbaycana gətirilən avtomobil mühərriki yağlarını monopoliyasına alıb. O, həmçinin, böyük transport şirkətinin sahibidir. Bu şirkət isə Azərbaycana elə adamların yüklərini gətirir ki, həmin adamlar gömrükdə kimə nə qədər rüşvət verəcəklərini əvvəlcədən bilirlər. Bu şirkət gömrükdə haqqını tələb edən heç kimin malını ölkəyə gətirmir. Bir neçə dəfə tanımadığı müştərilərin yüklərini daşıyan şirkət rəhbərliyi gömrükdə onların haqq tələb etməsinin və rüşvət verməkdən imtinasının ardından bu cür müştərilərlə işləməkdən vaz keçiblər.
Görünən odur ki, dövlətin aidiyyatı qurumları S.Mehdiyevin gömrük sistemindəki bu maxinasiyalarına son qoymasa, onun bu cür qanunsuzluq və korrupsiya fəaliyyətləri hələ uzun illər də davam edəcək. Onun ölkəyə gətirilən viskilərin idxalına nəzarəti Mircavad adlı şəxsə həvalə etməsini barədə geniş araşdırmamız olacaq. Həmçinin, Mircavad adlı həmin şəxsin sahibi olduğu marketə işçi götürərkən, baş verən bir sıra ilginc məqamlar barədə məlumat verəcəyik. Qeyd edək ki, həmin işəgötürmə prosesi baş tutmasa da, Mircavad o hadisədən sonra 4 polisin müşaiyəti altında gəzir.
Mənbə Səfər Mehdiyevin sərvətinin bir hisəsi barədə də məlumat verir. Onların bəzilərini diqqətinizə təqdim edirik:
– Qusarda, Şamaxıda, Mərdəkanda villalar
– Onkologiyanın yanında supermarket
– Mərasim zalları
– Gömrük Komitəsinin Hospitalının yanında diş klinikası – bacanağının oğlu işlədir
– Badamdarda villası
Və daha nələr, daha nələr…
OXŞAR MÖVZULAR