Impera

XƏBƏR LENTİ
13:27Lətifə dənizdən elə — FOTOLAR PAYLAŞDI Kİ13:25Azərbaycanda bu məşhurların gizli və intim — VİDEOLARI YAYILIB13:23DİN: Ucarda hər hansı qeyri-adi məxluqa rast gəlinməyib13:21Sabiq İH başçısının qardaşı oğlu 1 milyonunu istəyir: “Məni döyərək səsimi diktafona yazdılar”13:20Bakı metrosundan istifadə edənlərə ŞAD XƏBƏR13:18Prezident İnzibati Xətalar Məcəlləsinə dəyişikliyi təsdiqləyib12:11Bir ailədə 3 general-leytenant11:02Hərbi təyyarəmizin qəzaya uğrama səbəbi: yad cisimlə toqquşub, pilot xəsarət alıb10:46Britaniya telekanalı Putin haqqında film çəkəcək10:30Peşə məktəblərinə sənəd qəbulu başladı10:18Azərbaycanda 4 bal gücündə zəlzələ olub10:04Düşmən ordumuzun mövqelərini atəşə tutdu09:42Çempionlar Liqasında günün nəticələri09:32Qubada yol qəzasında xəsarət alanların SON DURUMU09:20Putindən Avropa Şurasına mesaj17:33Müşfiq Rəhimovun yerinə o gətirildi - YENİ TƏYİNAT17:21Dövlət Komitəsinin sədri və sədr müavinləri bölgələrdə vətəndaşları qəbul ediblər17:07Ofelya Zeynalova vəfat etdi - FOTO16:50Azərbaycandan Həcc ziyarətinə gedən zəvvarların ilk qrupu Vətənə dönüb16:48Bakıda ŞOK HADİSƏ — Avtoş dönər bıçağı ilə yol polisinə hücum etdi16:23Dünyada 20 milyon insanın həyatı risk altındadır – Azərbaycanda da iki hal qeydə alınıb16:07Xalq artisti vəfat etdi15:51Bakıda dəhşət: uşaq və qadın "Kamaz"ın altından son anda xilas oldu - VİDEO15:30"Ayağı bir-birinə zəncirlənən azyaşlının xalası dərhal cəzalanmalıdır" - AÇIQLAMA14:56Bu ölkə 2020-ci ildən ikili vətəndaşlığa icazə verəcək14:41Mehriban Əliyeva pilotumuz Rəşad Atakişiyevin vida mərasiminə əklil göndərdi - FOTOLAR14:23Bakıda dəhşətli qəza: maşın prospekt boyu belə fırlandı - VİDEO14:00AFFA bir neçə klubu cərimələdi - SƏBƏB13:50Bakı da ən ucuz - məktəbli yarmarkası açıldı13:18Pilotun həyat yoldaşı: "Axtarış-xilasetmə qruplarının gərgin əməyinin şahidi olduq"12:37İnstaqram bunu bacaranlara pul mükafatı verəcək12:18"Jara" 5 gün olacaq?11:09"Ruhun şad olsun, oğul" - Flora Kərimova Rəşad Atakişiyevdən yazdı10:45Baş nazirdən QƏRAR - Bu qurum da büdcədən maliyyələşəcək10:19Siyəzəndə QƏZA: Səkkiz nəfər xəsarət aldı09:56Azərbaycan nefti cüzi ucuzlaşıb09:46Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 23 dəfə pozub22:03Accsess Bank 70-dən çox insanı işsiz qoydu-şok faktlar20:24Səfər Mehdiyevin “paqon”luları: Gömrükdəki özbaşınalıqlar dövlət üçün təhlükəli həddə çatıb17:40Ankaranın növbəti PKK əməliyyatını zəruri edən nədir? - TƏHLİL17:25İradə Gülməmmədova Xırdalan sakinləri ilə görüşdü - FOTO17:20Azərbaycanda yeniyetmə valideynlər - Onların dəqiq sayı bilinmir17:12Yeni aqrar sığorta mexanizminin tətbiqinə başlanılır16:44Vicdan əzabı çəkən Nigar Camal sirrini açdı: "15 il əvvəl qarınlı kişilər..."16:30Nazirlik hərbi pilotumuzun axtarışında iştirak edənlərə təşəkkür etdi16:16Nursultan Nazarbayev Qazaxıstan haqqında klip çəkdirib16:03Bakı-Tbilisi-Ceyhan kəməri ilə 7 ayda 19 milyon tonadək neft daşınıb15:48“Rəşadın ayağı bir neçə gün əvvəl, bədəni isə bu gün tapılıb”15:31Dünyanın ən zəngin azərbaycanlısı 3 milyard dollar xərclədi15:08Saakaşvili: Qarabağ Azərbaycandır!14:46Həbsxanadan 258 məhbus qaçdı - SON DƏQİQƏ14:33Avtomobil benzini ilə bağlı RƏSMİ MƏLUMAT14:10"Maşın" növbəti sürəti ilə ekranlara qayıdır13:59BMT-dən fillərlə bağlı QADAĞA13:19Göygöl polisinə yeni rəis təyin olundu13:0942 dərəcə isti olacaq - Sabahın HAVASI13:00Bakı metrosunda işıqlar söndü11:40DSX-nın yeni silahı: 3000 metrdən helikopteri məhv edir - FOTO11:24Bakıda keçmiş məhkum azyaşlı qızları bıçaqla hədələyib... — CİNAYƏT11:04Makron Putinlə danışıqlarının detallarını açıqladı10:55Qubada güclü yanğının sahəsi 40 hektara çatıb10:34Deputatın oğlunun həbsinin pərdəarxası - ilginc faktlar10:22Kütləvi dava: Üç futbolçu yaralandı, dörd azarkeş öldü – Video10:08"“Relax” az vergi ödəyən birinci şirkət deyildi və sonuncu da olmayacaq" - Ekspertdən çağırış...09:50Dörd rayonda qaz təchizatı dayandırılıb09:42Dörd milyarddan çox varidatı olan Lars Larsen vəfat edib09:19Azərbaycanda daha bir qurum yaradıldı - Prezidentdən fərman08:59Bakı Metropoliteni sədrinin milyonçu oğlu -FOTO08:53Xəzərin sabiq başçısı – özü gedib, izi qalıb....20:18"Uğurlarım iqtisadi savadıma görədir".17:52İNANILMAZ HADİSƏ! Cütlük taksi sürücüsünü gülə-gülə soydu - VİDEO17:40Bakı metrosundan istifadə edənlərə ŞAD XƏBƏR17:27Azərbaycanda DƏHŞƏTLİ OLAY: Polisə zəng edib "bu gün silahlı hücum olacaq" dedi və...17:14Gənc oğlanlardan Həcc ziyarətində BİABIRÇI HƏRƏKƏT - VİDEO17:02Azərbaycanda magistratura qəbul imtihanına ödəniş ləğv edilə bilərmi? - AÇIQLAMA16:53Qurban bayramı münasibətilə 1070 NƏFƏR ƏFV EDİLDİ16:22Əsəd qüvvələri Türkiyənin hərbi karvanına hücum etdi: 3 ölü15:48Azərbaycanda biabırçılıq: Qadını bu görüntüləri ilə şantaj edən şəxs həbs edildi15:36Qətlə yetirilən ailənin ürək dağlayan görüntüləri - FOTO15:16Kadırovun atası Putinə qarşı şərt irəli sürübmüş14:59Nazirlik Rüstəm İbrahimbəyovun sədrliyini təsdiqlədi14:28Ermənilərin Naxçıvan və Qazaxda uğursuz revanş CƏHDİ14:10Prezident təqaüdü təyin olunmuş şəxslərin sayı açıqlandı13:48Güləşçimiz erməni rəqibini darmadağın etdi13:28Azərbaycanlı məmuru intim görüntüləri ilə şantaj etdilər12:54Mir Şahin Gəncə teraktı ilə bağlı ŞOK VİDEO yaydı12:26Xəzərə düşən MiQ-29-un “qara qutusu” tapıldı - FOTO12:08"Qaçqınkom"un sektor müdirləri cəzalandırıldı11:54Əhaliyə bu xidmət pulsuz olacaq - QƏRAR11:17Vağzalda insanları öldürəndən sonra oturub polisin gəlməsini gözlədi11:02Xalq artisti Qurana əl basıb, tövbə etdi - SƏBƏB10:43Əli Kərimlinin Mübarizə sevgisi: yenə pul, yenə vəd, yenə yalan10:23Türkiyə təyyarələri İraqın şımalında PKK mövqələrini bombalayıb10:12Gəncədə məktəbli qız özünü öldürdü09:55Sumqayıtda təbii qazın verilişində məhdudiyyətlər olacaq09:33Azərbaycan Milli Mətbəxi Finlandiya ictimaiyyətinin marağına səbəb olub09:24Futbol üzrə Azərbaycan Premyer Liqasında II turun oyun cədvəli müəyyənləşib11:23"İPhone" işlədənlərə bəd xəbər - Bəzi telefonlar bloklanacaq11:20Şəmkirdə dəhşətli YANĞIN: körpə öldü, ana və nənə xəsarət aldı - YENİLƏNİB11:18Mehriban Əliyeva Müslüm Maqomayevi doğum günündə bu sözlərlə andı
BÜTÜN XƏBƏRLƏR
Avqust 2019 (418)
İyul 2019 (564)
İyun 2019 (423)
May 2019 (557)
Aprel 2019 (537)
Mart 2019 (417)

«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Gürcünü payızda sayarlar - TƏHLİL

01 dek 2018, 15:40   
    121
Gürcünü payızda sayarlar - TƏHLİL

Gürcüstanda bu həftə baş tutan prezident seçkisini həm “ilk”, həm də “son” epitetlərilə təsvir edə bilərik. Bu, xalqın birbaşa səsverməsilə keçirilən sonuncu seçki idi. Gələn seçkidə dövlət başçısını artıq təmsilçilər məclisi seçəcək. Və bu sonuncu ümumxalq səsverməsində ilk dəfə olaraq Gürcüstanda qadın prezident seçildi.
Baxmayaraq ki, Gürcüstanda prezidentin səlahiyyətləri elə də çox deyil və o, əsasən təmsilçilik funksiyasını yerinə yetirir, seçki kifayət qədər gərgin keçdi. Çünki üzdə Salome Zurabişvili – Qriqol Vaşadze qarşıdurması müşahidə olunsa da, pərdə arxasında Bidzina İvanişvili – Mixail Saakaşvili çəkişməsi gedirdi. Bu çəkişmədə məğlub olmamaq üçün milyarder İvanişvili xeyli resurslar sərf etdi və qalib gəldi.

Düzdür, seçkinin nəticəsini İvanişvili üçün “Pirr qələbəsi” hesab edən politoloqlar da var. Amma digər variant həm İvanişvili, həm də bütövlükdə Gürcüstan üçün daha xoşagəlməz ola bilərdi.

İkinci turun təbliğat mərhələsinin gedişində bütün kartlar açılmışdı. İvanişvilinin rəhbərlik etdiyi və Salome Zurabişvilini dəstəkləyən “Gürcü arzusu” partiyası açıq şəkildə bildirirdi ki, Vaşadzenin qələbəsi Saakaşvili dövrünün qayıtması deməkdir. Onlara yaxın telekanallar təbliğat roliklərində Saakaşvili zamanında baş verən polis zorakılıqlarını və digər mənfi halları göstərərək, kütləyə psixoloji təsir etməyə çalışırdılar.

Saakaşvili isə öz növbəsində açıq şəkildə bildirirdi ki, hazırda Gürcüstanı gürcü hökuməti və parlamenti yox, rus oliqarxı İvanişvili idarə edir. Vaşadze verdiyi açıqlamalarda indiki prezident Marqvelaşvili kimi səssiz fiqur olmayacağını, növbədənkənar parlament seçkiləri keçirəcəyini, Saakaşvilini ölkəyə qaytaracağını bəyan edirdi.

Son nəticədə gürcü xalqının qərarına hansı amilin daha çox təsir göstərdiyini demək çətindir. Bəlkə onlar Saakaşvili dövrünün bir daha qayıtmasını istəmirlər və ölkədəki sabitliyin qalmasında maraqlıdırlar. Bəlkə Rusiya ilə mülayim olmasa da, hər halda, gərgin də olmayan indiki münasibətlərin kəskinləşməsini istəmirlər. Çünki Vaşadzenin qalib gələcəyi və Saakaşvilinin qayıdacağı təqdirdə Gürcüstanda yeni anti-Rusiya patetikasının partlayacağı şübhəsiz idi. Bu isə proqnozlaşdırılması çətin olan pis nəticələrə gətirib çıxa bilərdi.

Yaxud, o da mümkündür ki, İvanişvilinin problemli krediti olan 600 min gürcünün borclarının ödəniləcəyi haqqında vədi son nəticdə gürcü seçicisinin qərarını müəyyənləşdirən həlledici amil oldu. Bütün hallarda, Zurabişvili Vaşadzeyə (yaxud, İvanişvili Saakaşviliyə) böyük fərqlə qalib gəldi: 40,5 faizə qarşı 59,5 faiz! Bu, doğrudan da böyük fərq və inanılmaz nəticədir. Çünki birinci turda namizədlər 38 faiz ətrafında praktik olaraq eyni səs toplamışdılar. 10 faiz səs yığmış David Bakradze tərəfdarlarını Vaşadzeni dəstəkləməyə çağırmışdı. Buna görə də Saakaşvili və artıq komandası qələbəni öz ovuclarında hesab edirdilər. Amma Gürcüstandakı seçkilər bir daha göstərdi ki, cücəni payızda sayarlar.

Gürcüstanın indiki reallığında 19 faiz fərq həqiqətən də çoxdur. Ona görə də, Vaşadze-Saakaşvili cütlüyü seçkilərin nəticəsini tanımadığını və xalqı mitinqlərə çıxaracaqlarını bəyan etdilər. Amma qatar artıq gedib və Saakaşvili nə qədər istəsə də, ölkədə yeni “narıncı inqilab” törətmək mümkün deyil. Və indi daha çox Salome Zurabişvilinin necə bir prezident olacağı haqqında danışmaq lazımdır.

Hərçənd, bu da önəmli sual sayıla bilməz. O sadə səbəbə görə ki, Gürcüstanın indiki siyasi sistemində prezidentin kimliyi, xarakteri və baxışları heç nəyə ciddi təsir göstərmək iqtidarında deyil. Ona görə də, Gürcüstanın özündə Zurabişvilinin ona dəstək verən oliqarxa başağrısı olacağı haqda deyilən fikirləri bölüşmək olmur. Bəli, Fransada doğulub-böyüyən, karyera quran və Gürcüstana ilk dəfə Fransanın səfiri kimi gələn Zurabişvili həqiqətən də Gürcü xalqını dərindən tanıyan, onun fikirlərinə, dünyagörüşünə, arzularına bələd bir siyasətçi ola bilməz. Sırf bu məqamlardan irəli gələrək, onda bir snobizmin olduğunu deyənlərə haqq vermək də mümkündür. Amma prezidentin səlahiyyətlər baxımından daha çox Britaniya kraliçasını xatırlatdığı indiki Gürcüstanda bunlar ciddi problem sayıla bilməz.

Eyni səbəbdən, Zurabişvilinin ermənilərə isti münasibətindən və əvvəllər səsləndirdiyi ermənipərəst fikirlərdən də narahat olmağa dəyməz. O, indiyə qədər gürcüdən daha çox fransız olub, buna görə də azərbaycanlıların Gürcüstan üçün nə demək olduğuna, Azərbaycan dövlətinin isə Gürcüstana hər zaman verdiyi böyük dəstəyə fransız qalıb. Amma yəqin ki, dövlətin başçısı mövqeyindən baxanda hər şeyi ayrı cür görəcək və gürcü marağı fransız duyğularından qabağa keçəcək. Hərçənd, keçməsə belə, yenə də problem deyil.
OXŞAR MÖVZULAR