Impera

XƏBƏR LENTİ
22:03Accsess Bank 70-dən çox insanı işsiz qoydu-şok faktlar20:24Səfər Mehdiyevin “paqon”luları: Gömrükdəki özbaşınalıqlar dövlət üçün təhlükəli həddə çatıb17:40Ankaranın növbəti PKK əməliyyatını zəruri edən nədir? - TƏHLİL17:25İradə Gülməmmədova Xırdalan sakinləri ilə görüşdü - FOTO17:20Azərbaycanda yeniyetmə valideynlər - Onların dəqiq sayı bilinmir17:12Yeni aqrar sığorta mexanizminin tətbiqinə başlanılır16:44Vicdan əzabı çəkən Nigar Camal sirrini açdı: "15 il əvvəl qarınlı kişilər..."16:30Nazirlik hərbi pilotumuzun axtarışında iştirak edənlərə təşəkkür etdi16:16Nursultan Nazarbayev Qazaxıstan haqqında klip çəkdirib16:03Bakı-Tbilisi-Ceyhan kəməri ilə 7 ayda 19 milyon tonadək neft daşınıb15:48“Rəşadın ayağı bir neçə gün əvvəl, bədəni isə bu gün tapılıb”15:31Dünyanın ən zəngin azərbaycanlısı 3 milyard dollar xərclədi15:08Saakaşvili: Qarabağ Azərbaycandır!14:46Həbsxanadan 258 məhbus qaçdı - SON DƏQİQƏ14:33Avtomobil benzini ilə bağlı RƏSMİ MƏLUMAT14:10"Maşın" növbəti sürəti ilə ekranlara qayıdır13:59BMT-dən fillərlə bağlı QADAĞA13:19Göygöl polisinə yeni rəis təyin olundu13:0942 dərəcə isti olacaq - Sabahın HAVASI13:00Bakı metrosunda işıqlar söndü11:40DSX-nın yeni silahı: 3000 metrdən helikopteri məhv edir - FOTO11:24Bakıda keçmiş məhkum azyaşlı qızları bıçaqla hədələyib... — CİNAYƏT11:04Makron Putinlə danışıqlarının detallarını açıqladı10:55Qubada güclü yanğının sahəsi 40 hektara çatıb10:34Deputatın oğlunun həbsinin pərdəarxası - ilginc faktlar10:22Kütləvi dava: Üç futbolçu yaralandı, dörd azarkeş öldü – Video10:08"“Relax” az vergi ödəyən birinci şirkət deyildi və sonuncu da olmayacaq" - Ekspertdən çağırış...09:50Dörd rayonda qaz təchizatı dayandırılıb09:42Dörd milyarddan çox varidatı olan Lars Larsen vəfat edib09:19Azərbaycanda daha bir qurum yaradıldı - Prezidentdən fərman08:59Bakı Metropoliteni sədrinin milyonçu oğlu -FOTO08:53Xəzərin sabiq başçısı – özü gedib, izi qalıb....20:18"Uğurlarım iqtisadi savadıma görədir".17:52İNANILMAZ HADİSƏ! Cütlük taksi sürücüsünü gülə-gülə soydu - VİDEO17:40Bakı metrosundan istifadə edənlərə ŞAD XƏBƏR17:27Azərbaycanda DƏHŞƏTLİ OLAY: Polisə zəng edib "bu gün silahlı hücum olacaq" dedi və...17:14Gənc oğlanlardan Həcc ziyarətində BİABIRÇI HƏRƏKƏT - VİDEO17:02Azərbaycanda magistratura qəbul imtihanına ödəniş ləğv edilə bilərmi? - AÇIQLAMA16:53Qurban bayramı münasibətilə 1070 NƏFƏR ƏFV EDİLDİ16:22Əsəd qüvvələri Türkiyənin hərbi karvanına hücum etdi: 3 ölü15:48Azərbaycanda biabırçılıq: Qadını bu görüntüləri ilə şantaj edən şəxs həbs edildi15:36Qətlə yetirilən ailənin ürək dağlayan görüntüləri - FOTO15:16Kadırovun atası Putinə qarşı şərt irəli sürübmüş14:59Nazirlik Rüstəm İbrahimbəyovun sədrliyini təsdiqlədi14:28Ermənilərin Naxçıvan və Qazaxda uğursuz revanş CƏHDİ14:10Prezident təqaüdü təyin olunmuş şəxslərin sayı açıqlandı13:48Güləşçimiz erməni rəqibini darmadağın etdi13:28Azərbaycanlı məmuru intim görüntüləri ilə şantaj etdilər12:54Mir Şahin Gəncə teraktı ilə bağlı ŞOK VİDEO yaydı12:26Xəzərə düşən MiQ-29-un “qara qutusu” tapıldı - FOTO12:08"Qaçqınkom"un sektor müdirləri cəzalandırıldı11:54Əhaliyə bu xidmət pulsuz olacaq - QƏRAR11:17Vağzalda insanları öldürəndən sonra oturub polisin gəlməsini gözlədi11:02Xalq artisti Qurana əl basıb, tövbə etdi - SƏBƏB10:43Əli Kərimlinin Mübarizə sevgisi: yenə pul, yenə vəd, yenə yalan10:23Türkiyə təyyarələri İraqın şımalında PKK mövqələrini bombalayıb10:12Gəncədə məktəbli qız özünü öldürdü09:55Sumqayıtda təbii qazın verilişində məhdudiyyətlər olacaq09:33Azərbaycan Milli Mətbəxi Finlandiya ictimaiyyətinin marağına səbəb olub09:24Futbol üzrə Azərbaycan Premyer Liqasında II turun oyun cədvəli müəyyənləşib11:23"İPhone" işlədənlərə bəd xəbər - Bəzi telefonlar bloklanacaq11:20Şəmkirdə dəhşətli YANĞIN: körpə öldü, ana və nənə xəsarət aldı - YENİLƏNİB11:18Mehriban Əliyeva Müslüm Maqomayevi doğum günündə bu sözlərlə andı11:16Rusiyada siqaret çəkənlərin maaşı azaldılacaq11:14Bakıda qadın kafedə müştərilər tərəfindən döyülüb13:29Sahibkar icra başçısını hədələdi-3 milyonumu qaytar, yoxsa...13:18"28 May"da üç ay əvvəl dayandırılan eskalator bərpa edildi13:13Mollanın stolunun altında bomba partladı, Heybətulla Axundzadənin kiçik qardaşı öldü13:07Nepal Everesti fəth etmək üçün tələbləri sərtləşdirir13:02Bakıda antisanitar şəraitdə süd məhsulları hazırlayan sex aşkarlandı - FOTOLAR12:55Sabah 40 dərəcə isti olacaq11:44Akademik Kamal Abdulladan prezidentə şikayət: "Universitetdə maddi vəsaitlər talanır, haqqı dediyimiz zaman işdən qovulmaqla hədələnirik"11:16Məşhur müğənni xəstəxanaya yerləşdirildi - FOTO11:07Gəzməyə getmişdi, daşla vurub öldürdülər - Xaçmazda qanlı olay11:04Şəhid qardaşı: “İcra başçısından şikayət etdiyim üçün məni işimlə təhdid edir” – VİDEO11:00Satıcını SİM-karta görə döyüb, güllələdilər – Video10:57"Roma" daha bir türkiyəli futbolçunu heyətinə qatıb22:57Rusiya və İran hərbi gəmiləri Bakı limanını tərk edib22:54Azərbaycan güləşçisi dünya çempionatında finala yüksəlib22:51Tərtərdə traktor qaz kəmərini zədələyib22:48Putin sərnişin təyyarəsini qarğıdalı sahəsinə endirən pilotlara “Rusiya Qəhrəmanı” adını verib22:44Audio 56 yaşlı kişi sirkə turşusu içib intihar etdi19:57Zeynalovlar sükutu pozdular16:59Yol polisinin saxladığı sərxoş sürücü hansı nazirin qızıdır? - AÇIQLAMA16:49Bacılarının şəkillərini Facebook-da yayan oğlanı GÖRÜN NƏ ETDİLƏR - QİSAS... - FOTO16:23Prezident DSX-nın hərbi qulluqçularını və mülki işçilərini təltif edib - SİYAHI16:16“Bütün komanda yatmışdı” - Emin Mahmudov16:06İtkin düşən bacı - qardaş tapıldı - Oğurlanıblarmış15:58Ucar polisi naməlum məxluqu tutmağa çalışır15:48Yol polisindən texniki baxışla bağlı sürücülərə XƏBƏRDARLIQ14:42MÜTLƏQ OXUYUN: Çimərlikdə batmağın səbəbi BU İMİŞ! - VİDEO14:24Ermənilərin ekoloji TERRORU - Tərtər, Ağdam, Bərdə və Goranboy susuz qala bilər - VİDEO14:12İnsanlar iş saatlarını özləri müəyyən edəcək - YENİLİK13:28Bu ölkələrə vizasız gedə bilərik - SİYAHI13:17Onlayn alış-veriş zamanı aldanmamaq üçün nələri bilməliyik?12:22Meşədə narkotik becərən İsmayıllı sakini saxlanılıb12:20Qəzaya uğramış hərbi təyyarəmizdən xəbər var11:50Sabunçuda Rəsulzadə küçəsinin adı dəyişdirilib? - İcra Hakimiyyətindən AD AÇIQLAMASI11:46Azərbaycan Turizm Bürosu Rusiya və Almaniya turagentlərinə onlayn təlimlər keçəcək11:05Keçmiş məmurun intiharının səbəbi bilindi- TƏFƏRRÜAT
BÜTÜN XƏBƏRLƏR
Avqust 2019 (380)
İyul 2019 (564)
İyun 2019 (423)
May 2019 (557)
Aprel 2019 (537)
Mart 2019 (417)

«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Allahşükür Paşazadə BƏYANAT verdi

06 dek 2018, 16:00   
    103
Allahşükür Paşazadə BƏYANAT verdi

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə BMT İnsan hüquqları haqqında Ümumi Bəyannamənin qəbulunun 70 illiyi ilə bağlı bəyanat verib.

Moderator.az-ın məlumatına görə, KAİCİİD Beynəlxalq Dinlər və mədəniyyətlərarası dialoq Mərkəzinin Direktorlar Şurasının üzvü olaraq bəyanat verən Şeyxülislam A. Paşazadə qurumda İslam dünyasını təmsil edən dini lider olaraq dünya üçün önəm kəsb edən məqamlara dair fikirlərini ifadə edib. Direktorlar Şurasında təmsil olunan xristian, yəhudi, induist və s. dinlərin liderləri də müvafiq olaraq bəyanatlar veriblər.

Müraciətdə Birləşmiş Millətlər Təşkilatının beynəlxalq hüququn və fundamental insan haqlarının keşiyində ardıcıl duran beynəlmiləl qurum olduğunu xüsusi vurğulayan QMİ sədri A. Paşazadə İnsan hüquqları haqqında Ümumi Bəyannamənin qəbulunu BMT tarixində dəyərli hadisə kimi dəyərləndirib.

Bununla belə, insan hüquqlarının tam mənada təmin olunmamasını bildirən A. Paşazadə BMT sistemində əsaslı dəyişikliklərə ehtiyacı önə çəkərək, qloballaşan dünyada siyasi iddialar, iqtisadi maraqlar səbəbindən mənəvi-əxlaqi dəyərlərin nəzərə alınmadığına və bunun da insan hüquqlarının təmin olunması sahəsində ikili standartlara yol açdığına diqqət çəkib. QMİ sədri Yaxın Şərqdə baş verən faciəvi hadisələr fonunda miqrant axınını yaradan səbəbləri aradan qaldırmaq əvəzinə, insanlıq dramı yaşayan məcburi miqrantlara qarşı anti-humanist münasibət, irqçi və aqressiv davranış nümayiş etdirilməsini, problemdən siyasi məqsədlər üçün istifadə meyllərini xüsusi vurğulayıb.


QMİ sədru insan hüquqları sahəsində ikili standartların mövcudluğunun, beynəlxalq hüququn çox zaman işləməməsinin, qəbul edilən qərarların yerinə yetirilməməsinin dövrümüzün reallığı olduğunu bildirərək, bunun ağır nəticələri kontekstində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair 4 BMT qətnaməsinin indiyədək yerinə yetirilməməsinə diqqəti yönəldib.


XXI əsrdə qloballaşma proseslərinin sürətləndiyi dövrdə sülh və ədalətin təmininə xidmət edən dəyərlərin sırasında dinc birgəyaşayış, qarşılıqlı anlaşma mədəniyyəti, humanist dəyərlərin önəmli yer tutduğunu bildirən Şeyxülislam A. Paşazadə bu gün sülhün qorunması probleminin həllində, habelə terrorizm, ksenofobiya, antisemitizm, islamofobiya, ekstremizm və radikalizmin qarşısının alınmasında, dünyada sabitlik və əmniyyətin bərqərarı üçün dövlət rəhbərlərinin, ictimai və dini liderlərin birgə, davamlı əməkdaşlığının vacibliyini önə çəkib.

“Dünya çapında taleyüklü qərarlar verilərkən dünya dini liderlərinin mənəvi, dini-əxlaqi dəyərləndirmələri, müdrik tövsiyə və məşvərətlərinə ehtiyac vardır”.


Hazırda milli, irqi, dini ekstremizmi önləyə biləcək multikultural həyat tərzinin qloballaşan dünyaya təqdim edilməsinə böyük ehtiyac olduğuna diqqəti çəkən Şeyxülislam bu baxımdan Azərbaycanın uğurlu birgəyaşayış modelini bütün dünya üçün örnək göstərib. Azərbaycanın müxtəlif din ardıcıllarının dinc birgəyaşayışının gündəlik həyati reallıq, multikulturalizmin həyat tərzi olduğu nadir ölkələrdən olduğunu vurğulayan QMİ sədri dinlərarası dostluq, qardaşlıq və əməkdaşlıq amallarına həm dövlətimizin ali qarant olduğuna, həm də milli mentalitetimizin rəvac verdiyinə diqqəti çəkib. O bildirib ki, Azərbaycanın dövlət rəhbərinin elan etdiyi istər Multikulturalizm, istər İslam Həmrəyliyi illəri, müəllifi olduğu 10 illik tarixə malik Bakı prosesi məhz bu məramlara xidmət edir. Bu ideyaları irəli sürməklə, onları təqdimat etməklə kifayətlənmədiyimizi, dünyada sülh və qarşılıqlı anlaşmaya nail olananadək davamlı şəkildə insanlara çatdırılmasına səy göstərdiyimizi bildirən Şeyxülislam A. Paşazadə dini mərkəz - Qafqaz Müsəlmanları İdarəsinin də dinlərarası dialoq istiqamətində səylərini diqqətə çatdırıb.


Müasir dövrdə milli və dini zəmində baş verən münaqişələrə qarşı ənənəvi dinlərin sülh, ədalət, mənəvi-əxlaqi prinsiplərindən, habelə sülhyaratma potensialından geniş istifadə etməyin vacibliyinə diqqəti çəkən QMİ sədri bu dəyərlərin BMT tribunasından təbliğinin məntiqi və məqsədə müvafiq olduğunu bildirmişdir. O xüsusi vurğulayıb ki, BMT üzvləri qəbul etməlidirlər ki, təhlükə dindən deyil, din adından siyasi məqsədlər üçün sui-istifadə olunmasından irəli gəlir. Odur ki, dünyada dini və milli zəmində ekstremizmin qarşısının alınnması üçün dünya dini liderlərinin beynəlxalq platformada - BMT çərçivəsində məşvərət hüququnun təmin edilməsi zamanın tələbidir. Şeyxülislam A. Paşazadə diqqətə çatdırıb ki, BMT qlobal problemlərin həllində dünya dini liderlərinin rəy və tövsiyələrinin beynəlxalq müstəvidə nəzərə alınmasını təmin edərsə, bu, heç şübhəsiz ki, mədəniyyətlər və dinlərarası dialoqun yeni, daha üstün keyfiyyət mərhələsi olar və BMT-nin mötəbər beynəlxalq struktur olaraq daha da təkmilləşməsinə, onun nüfuz və dəyərinin daha da artmasına xidmət edər.
OXŞAR MÖVZULAR