Impera

XƏBƏR LENTİ
20:35"Bakı Metropoliteni"nin bütün stansiyalarının rəisləri və müavinləri dəyişib - SİYAHI20:17Sahil Babayevin abadlaşdırdığı “xarabalığın” əsl memarı Füzuli Ələkbərov: - Keçmiş nazir hələ “göylərdədir”20:06Azərbaycanda internetin sürəti ilə bağlı MÜƏMMA - Nazirlik inkar edir19:51"Radikal və dağıdıcı müxalifətdən qurtuluşun zamanı yetişib" - Əli Həsənov19:35Qubadlının icra başçısı Xətaiyə gətirilir? - İDDİA16:40Руководитель пресс службы “Kонгресса Азербайджанцев” РСО-Алания Эльчин -Шукур, встретился с Уполномоченным по правам человека Чеченской республики Нухажиев Нурди Садиевичом.15:55Azərbaycanda bu şəxslər övladlığa uşaq götürə bilməyəcək15:51İradə Gülməmmədova Xırdalan şəhər sakinlərilə görüşdü15:41Prezident Rövşən Rzayevi qəbul edib15:22“Araz-Alko” MMC-də müəmmalı olaylar... - Müraciət...15:05Türkiyədə dollar ucuzlaşdı14:48Taleh Qaraşovla bağlı iddia... - VİDEO14:28Ağsuda nə baş verir? - İTTİHAM14:14İlham Əliyev hansı nazirlərlə vidalaşır? – arxaik idarəçiliyə son!12:54Oqtay Şirəliyev yola salınır - SƏHİYYƏ NAZİRİ İŞ OTAĞINI BOŞALTDI12:33Ceyhun Bayramov buralara bir göz atsa... - İTTİHAM12:14Suriya hökuməti Türkiyə-ABŞ sazişinə münasibət bildirdi11:49Miqrasiya xidməti əməkdaşı bir milyonluq əmlakı qəsb olunmuş gürcü sahibkarı niyə deport etmək istəyib-VİDEO11:22“Tək qadınam, dərs saatım yoxdur” - Deputatdan ŞİKAYƏT11:09Samir Şərifovun adamı "casus" peşində... - İDDİA10:47Bir qrup məmurun korrupsiya əməlləri ifşa oldu - Video10:27"Prezident gözəl bilir ki, kimlər qudurub" - Siyasi elmlər doktoru10:13Stokholmda “İsveç və Azərbaycan arasındakı dostluq münasibətlərinin təşviqi” adlı tədbir keçirilib10:13Stokholmda “İsveç və Azərbaycan arasındakı dostluq münasibətlərinin təşviqi” adlı tədbir keçirilib09:51Bu gün Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür - Bayrammz mübarək!!!09:51Bu gün Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür - Bayrammz mübarək!!!23:27Prezidentin ayırdığı pullar Ağsuda necə mənimsənilir?-FOTOLAR18:29Erməni alayı Qarabağ üçün hazırlaşır - Ölmək üçün səfərbər olurlar...18:1118 oktyabr - Müstəqillik haqqında Azərbaycan Respublikasının Konstitusiya Aktının qəbuluna dair 5 tezis - Əli Həsənov17:34Əli Əsədova “yaşıl işıq” – Baş nazir kadr dəyişikliklərinə başlayır16:26VƏRƏM MÜALİCƏ OLUNANDIR, KORRUPSİYA XƏSTƏLİYİ YOX-VİDEO15:30İki ay icra başçısında "haqq" çatdıra bilmədi işini itirdi - Alı Alıyev yerli məmurları necə şantaj edir?15:11Yaşlı nəslin yaxşı xatırladığı o Azərbaycan... – Əhmədov14:59Azərbaycanın Avropa İttifaqı ölkələri ilə ticarət dövriyyəsi 3%-dən çox artıb14:48Mayk Pens ANKARADA14:33Hava buludlu olacaq14:12Təhsil naziri: Ali məktəblər tələbələrin ödədiyi təhsil haqqından asılı vəziyyətdədir13:59XƏZƏR RAYONUNUN İNDİKİ BAŞÇISI SƏLƏFİNƏ QARŞI SAYMAMAZLIQ EDİB?13:14İlk "El Klassiko"nun vaxtı dəyişdirilir12:54Şişirdilən rəqəmlər, saxta tenderlər... - Və müəmmalı susqunluq...12:38“Ciddi kadr islahatlarının şahidi olacağıq” - Deputat məmurların düşmənçiliyindən DANIŞDI12:0813 saylı Cəzaçəkmə müəssisəsində NƏHS GÜNLƏR... - İTTİHAM11:30Göygöl SSİ-nin ÖZBAŞINALIĞI HARA GEDİR? Dımbılı cuvar Əhmədzadəni cadu-piti etdirib? - SƏHİH DETALLAR11:26Polkovnikdən Fuad Ələsgərova məktub var: “Ümidim Sizədir…”11:25Deputat Ülvi Quliyevin oğlu 18 yaşında Avropada şirkət açıb —FOTO11:20"Bütün bunlar Sizin işlədiyiniz dövrdə olub" - Əbülfəs Qarayevə müraciət21:3310 min manat rüşvət verməklə vəzifəyə təyin olunub-Qazanda bir tikə ət qalıb, onu kim yeməlidir?21:10"BAZARSTORE"- də kassaları azaldıblar ki, müştəriləri basabasda rahat aldatsınlar...18:07Prezident Mayıl Əhmədovu təltif etdi17:41“Qiymət artımını ciddi şəkildə hiss edəcəyik” - İlk zərbə hansı məhsullardan gələcək?17:25Rafael Cəbrayılov villasını satışa çıxartdı – Qardaşı ilə böyük qalmaqal17:12İlham Əliyevdən 7 milyonluq SƏRƏNCAM16:54DSMF-in direktor müavininin məhkəmə özbaşınalığı - Müraciət...16:30Dövlət Komitəsindən ƏCAİB ÇAĞIRIŞ... - Güləkmi, ağlayaqmı?16:16Azərbaycanda vəzifəli şəxsə cinayət işi açıldı – BU MADDƏ İLƏ15:55"5 min dollar verirəm, o xanım gəlib bizim stolda otursun"15:34Zakir Həsənov idarə rəisini işdən çıxardı - TƏYİNAT15:19Nazirə müraciət: “5-ci polis bölməsi şikayətimə baxmır” – Foto15:03"Qarabağ"dan 3 futbolçu – UEFA açıqladı14:46Müstəqillik Günü münasibətilə Heydər Əliyev Mərkəzinin parkında konsert olacaq14:30"Şəmsəddin Xanbabayev istəsə..." - GİLEY13:56Özü iki müharibənin veteranı, oğlu da 2 Aprel Savaşı döyüşçüsü... - Sosial durumu ağırdır...13:39Azərbaycanda yeni sığorta fırıldağı – ÖLƏN ADAMLARLA BİZNES13:22Erməni səfir Paşinyanı necə ifşa etdi? - “Əvvəl Serj, sonra Kim Kardaşyan...”13:04Gürcü sahibkarın bir milyonluq malı əlindən çıxıb-Leyla Janasianı tora salan dələduzlar kimlərdir12:49Bakıda saatlar tutuşduruldu - Ermənistan üçün Suriya “tələsi”12:16Gəncədə naqolay kadr islahatları... - İDDİA11:49İmişlidə maliyyə maxinasiyaları... - İTTİHAM11:27“Tac Mahal MTK” yenə də narazılıq yaradır... - GİLEY11:13Cəlilabadda süqut edən təhsil sistemi - İTTİHAM10:53Günün məzənnəsi açıqlandı - Mərkəzi Bank10:32Azərbaycana Qarabağda antiterror əməliyyatı aparmağa nə MANE OLUR… - TƏHLİL21:49BNA-nın şok planı - İDDİA21:31Türkiyəni təkləmək cəhdi: Vaşinqton təzyiqləri, Ankara israrını artırır - TƏHLİL21:22Sığorta şirkətlərinin fəaliyyətində MÜƏMMA - İLGİNC21:07Gədəbəy təhsilində biabırçı mənzərə... - İTTİHAM20:56Yeni baş nazir onunla işləmək istəmədi... - İDDİA16:08İstehlak Mallarının Ekspertizası Mərkəzi dövlət vəsaitini belə xərcləyir-Tender müəmması16:03Hicran Hüseynova qadın zorakılığına susur: 3 milyonluq fiasko15:52"Camaat aylarla sürünür növbədə..." - GİLEY15:39Cahangir Hacıyevin bacanağı azadlığa buraxıldı15:12GƏNCƏDƏ ŞOK HƏBSLƏR: SAXTA DİPLOM SATANLAR YAXALANDI - Onlar arasında Gəncə Dövlət Universitetinin kafedra müdiri də var14:59“İstedArt” layihəsinin yeni mövsümünə start veriləcək14:46Ramil, Riçard, Bəhlul - Millinin ən yaxşıları14:30Lənkəranda 42 yaşlı qadını DÖYDÜLƏR14:09Göygöl DYP-yə yeni rəis təyin olunub13:54“Evrascon” ASC 5 aydır işçilərin maaşını vermir... - GİLEY12:42Masallıda işlər niyə əyri gedir? - ARAŞDIRMA12:10“İnşaat konstruksiyaları” MMC narazılıq yaradır - hər sakindən min manat rüşvət11:57Rafael Cəbrayılovun şok səs yazısı yayıldı: “Türməyə gedirəm...” - AUDİO11:27Erməni batalyonu Türkiyə Ordusu ilə döyüşə yollandı10:51Bakıda Türk Şurasının VII Zirvə Görüşü keçirilir10:33Azərbaycan neftinin SON QİYMƏTİ17:03Məktəb direktorundan nazir müavininə ağır ittiham16:59Həmyerlimiz Almaniya Radiologiya Cəmiyyətinin xüsusi təqaüdünə layiq görülüb16:41"Şəffaf" tenderlər rubrukasından: İcra Hakimiyyəti MTN-in pulunu aldığı şəxslə müqavilə bağladı – 259 min manat16:27Azərbaycanın yeniyetmə şahmatçısı dünya çempionu olub15:58İnhisarçılıq zəifləyərsə, nə baş verər?! - TƏHLİL15:44Azərbaycan “Keşikçidağ”ı gürcülər üçün açdı - Yalnız turist kimi gələ bilərlər...11:35"Bu yolda həm qardaş Türkiyəyə, həm də Azərbaycanımıza uğurlar diləyirik" - Əli Həsənov
BÜTÜN XƏBƏRLƏR
Oktyabr 2019 (306)
Sentyabr 2019 (617)
Avqust 2019 (631)
İyul 2019 (563)
İyun 2019 (423)
May 2019 (557)

«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Neft bazarını kim qarışdırır - TƏHLİL

25 dek 2018, 09:07   
    117
Neft bazarını kim qarışdırır - TƏHLİL
2018-ci ili dünya neft bazarında kəskin enmələrlə başa vurmaqdayıq. Qiymətlər 53-55 dollar arasında dəyişir və yaxınmüddətli dövrdə bu səviyyədən yuxarı qalxmasına dair gözləntilər demək olar ki, yoxdur.

“Bloomberg HT”yə danışan Beynəlxalq Enerji Agentliyinin (IEA) icraçı direktoru Fatih Birolun dediyinə görə, neftin qiymətində kəskin bahalaşma gözlənilmir: “Əvvəllər neftin qiymətini OPEC təyin edirdi. Artıq bu dəyişib və yeni, ikinci aktor var. Bu da ABŞ-dakı şist neftidir. Bu neft 8 il əvvəl çıxarılmağa başlanılıb. Səkkiz ildə ABŞ-da şist neftinin səviyyəsi İraqın hasilatının iki mislinə bərabər olub. Artıq yalnız Vyanada qəbul olunan qərarlara deyil, ABŞ-da şist nefti istehsalının necə artacağına baxmaq lazımdır. 2019-cu ildə və sonrakı dövrdə iki böyük aktor, eləcə də geosiyasi qeyri-müəyyənliklə əlaqədar böyük volatillik baş verəcək. 2019-cu ildə ciddi qeyri-sabitlik görməyə davam edəcəyik”(AzərTAc).

“OPEC+ ölkələri lazım gəlsə, saziş müddətini artıra, yaxud hətta neft istehsalını daha da azalda bilər”. Bunu isə OPEC prezidenti, Birləşmiş Ərəb Əmirliklərinin enerji naziri Süheyl əl Məzrui bildirib: “”Nəzərdə tutulan hasilat azalması ətraflı şəkildə araşdırılmışdı, lakin səmərəli olmasa, əvvəllər etdiyimiz kimi istədiyimiz vaxt OPEC-in növbədənkənar iclasını çağıra bilərik".

Nazir vurğulayıb ki, OPEC+ formatının müddətini daha altı ay uzatmaq zərurəti yaranarsa, bu həyata keçiriləcək, hasilatı azaltmaq lazım gəlsə, həmişə müzakirə edib sanballı qərar əldə edə biləcəklər. O, bəzi üzv ölkələrdə hasilatın təbii azalması baş verdiyindən OPEC-in saziş şərtlərini həqiqətən də artıqlaması ilə yerinə yetirə biləcəyini diqqətə çatdırıb.

Xatırladaq ki, dekabrın 7-də OPEC+ 2019-cu ilin yanvar ayından etibarən yarımillik müddətə bütün iştirakçı ölkələrin gündəlik hasılatı 1,2 milyon barel azaltmaq qərarını vermişdi. Bunun 800 min bareli OPEC üzv ölkələrinin, qalan 400 min bareli də qeyri-OPEC ölkələrinin payına düşür.

OPEK+ tərəfindən qəbul olunan bu qərar bazara çox cüzi və qısamüddətli təsir göstərdi.

Bu günlərdə ABŞ-ın “Delaware Basin” yatağındakı nəhəng tapıntılar qlobal neft bazarı ilə bağlı hesablamaları dəyişib.

ABŞ rəsmilərinin məlumata görə, Texas və Nyu-Meksiko ştatları arasındakı ərazidə “Delaware Basin” adlanan məkanda 46.3 milyard barel neft, 8 trilyon kubmetr qaz və 20 milyard barel təbii maye qaz ehtiyatları aşkarlanıb. Bu ağlasığmaz rəqəmlər dünya miqyasında ən nəhəng enerji yatağının məhz ABŞ-da olduğunu göstərir.

Beləliklə, ABŞ-ın məlum enerji resurslarının həcmi ikiqat artıb. Analitiklərin fikrincə, bu qədər neft və qazın mövcudluğu həm də Birləşmiş Ştatların enerji idxal edən ölkədən enerji ixrac edən ölkəyə çevrilməsini sürətləndirəcək və neftlə bağlı qərarlarda rolunu artıracaq.

Ötən il isə ABŞ-ın Texas və Luiziana ştatlarının cənubunda yerləşən “Bossier” və “Haynesville” sahələrində 8,61 trilyon kubmetr həcmdə təbii qaz və 4 milyard barel həcmdə neft ehtiyatı tapılıb.

Bu ilin yayında ABŞ neft hasilatına görə Rusiya və Səudiyyə Ərəbistanını arxada qoymağa nail olub. Hazırda bu ölkənin gündəlik neft hasilatı 11,8 milyon bareldən yuxarıdır. Analitik mərkəzlərin hesablamalarına görə, bu birinciliyi ABŞ gələn il ərzində də qoruyub saxlayacaq. Belə ki, hasilatın gələn ilin birinci rübündə 12,1 milyon barelə çatdırılacağı nəzərdə tutulur.

ABŞ-da son illərdə şiş neft istehsalında tətbiq olunan yeni texnologiyalar sayəsində maya dəyərini dəfələrlə azaltmağa nail olunub. Əgər 2014-cü ildə şiş neftin 55-60 dollar qiyməti zərərsiz hədd hesab olunurdusa, indi bu göstərici 20 dollara qədər endirilib.

Dünyanın həm də ən böyük neft istehlakçısı-benzin istehsalçısı olan ABŞ üçün qiymətlərin 50 dollar həddində olması məqbul hesab edilir. Buna görə də prezident Donald Tramp neftin bu həddən yuxarı qiymətinə qarşı sərt mübarizə aparmaqdadır.

Neft Araşdırmaları Mərkəzinin rəhbəri, sahə üzrə mütəxəssis İlham Şaban bildirir ki, ABŞ-da yeni ehtiyatların kəşf olunması onların hasilata başlaması demək deyil: “Yatağın kəşf olunması ilə orada hasilata başlanması arasında azı 2-3 il vaxt lazımdır. Yeni yataq, sadəcə, ABŞ-ın ehtiyatlarının artması baxımından maraqlıdır.

Hazırda dünya neft bazarında qiymətlərin enməsinə təsir edən əsas amillərdən birincisi iki ən böyük hasilatçının - ABŞ və Rusiyanın durmadan istehsalı artırmasıdır. İkinci faktor bundan ibarətdir ki, dünya ümumi daxili məhsulunun 35 faizini istehsal edən iki ölkə - ABŞ və Çin arasında ticarət ziddiyyətləri baş verib və hələ də tam aradan qalxmayıb. Ümumilikdə bu ziddiyyətlər və digər sanksiyalar üzündən bütün dünyada iqtisadi artım sürəti azalıb. İstər Yaponiya, istər Cənubi Koreya və digər dünya ölkələri üzrə iqtisadi artım proqnozları azaldılıb. Dekabrın əvvəllərində ABŞ Federal Ehtiyatlar Sistemi ölkədəki iqtisadi artım proqnozunu 2,5 faizdən 2,3 faizə endirdi. ABŞ-dakı 0,2 faizlik azalma digər dünya ölkələri üçün 2-3 faizlik azalma deməkdir. Dünya üzrə iqtisadi artım sürətinin azalması enerjiyə tələbatı aşağı salır ki, bu da öz növbəsində neftə tələbatı azaldır".

İ.Şaban bazarda qiymət artımına səbəb olacaq amillər kimi OPEK+ qərarını qeyd edir: “Amma bu qərarın bazara təsiri bir neçə aya özünü göstərə bilər. Qərar yanvarın 1-dən qüvvəyə minir. Onun bazarlara real təsiri 3-4 aya hiss olunacaq - aprelin ortalarınadək. Bu da o zaman olacaq ki, hamı hasilatın azaldılması kvotasına tam əməl etsin. Bu da bir qədər çətin görünür. Məsələn, Rusiya hasilatı 282 min barel azaltmaq öhdəliyi götürüb, amma bu günlərdə məlum olub ki, onlarda qış aylarında hasilatı azaltmaq ciddi problemlərə səbəb ola bilər”.

Mütəxəssis bütün təsir faktorları nəzərə alınmaqla, 2019-cu ildə neftin qiymətinin 60-65 dollardan aşağı olmayacağı qənaətindədir: “Beynəlxalq mərkəzlərin heç birinin proqnozu 60 dollardan aşağı deyil. İndiyədək yalnız Rusiya Mərkəzi Bankı gələn il neftin qiymətinin 63 dollar olacağını qeyd edib. ABŞ investisiya bankları isə hətta 70-80 dollarlıq qiymət proqnozlaşdırırlar. Düşünürəm ki, təxminən martın əvvəllərində neftin qiymətlərində ilk korreksiyalar olacaq, bilinəcək ki, qiymət hansı tərəfə dəyişəcək”.
“Yeni Müsavat”
OXŞAR MÖVZULAR