Impera

XƏBƏR LENTİ
17:32Qurban Qurbanov: Ən çox izlədiyim çempionat La Liqa, milli isə İspaniyadır17:20Ermənistanda ŞOK SƏNƏD yayıldı: - Nikol Paşinyan dəlixanada yatıb (FOTOFAKT)17:07Azərbaycan və Gürcüstan qaz tədarükü ilə bağlı məsələləri müzakirə ediblər16:48Aztəminatlı ailələrlə bağlı UNİKAL TƏKLİF16:29"Əsrin müqaviləsi”nin imzalanması Heydər Əliyevin dühası və iradəsi sayəsində mümkün olub" - Əli Əhmədov16:11Gələn il Azərbaycanda sosial müdafiə məqsədləri üçün ayrılan vəsait 10 faiz artırılacaq15:59Peşə məktəblərində işləmək istəyənlərin DİQQƏTİNƏ!15:31Hadi Rəcəbli: Bəzi deputatlar fantastik fikirlər səsləndirirlər15:15“Azərişıq”: Hər bir sahibkar elektrik şəbəkəsinə onlayn qaydada qoşulacaq15:00Bu gün Milli Musiqi Günüdür14:45Hacının ilk rəqibi rus oldu - Dünya çempionatı14:31SON DƏQİQƏ: Türkiyədə güclü yanığın14:20Azərbaycanda hamilə qadınlara qənim kəsilən qadın saxlanıldı14:07Mal ətindən ölüm12:35Sabiq deputat YAP-dan QOVULDU12:05Göygöl şefinin oğlunun dəbdəbəli həyatı – Fotolar12:02Baş dəmiryolçunun yüksəlişi və Cavid Qurbanova STOP qoyan sənəd – VİDEO+FOTO11:34Sürücünün yol polisini təhqir etməsi ilə bağlı araşdırma başlanıldı10:47Bakıda helikopter qəzaya uğradı: Pilot ağır xəsarət alıb10:36Novruz Məmmədovdan qərar - Bu şəxslərin maaşı artırıldı10:21“Sevilya” Bakıya gəldi09:48Azərbaycan MN: Düşmən atəşkəs rejiminə əməl etmir20:55“SƏDƏRƏK YUSİF” KÜRÜ “İŞĞAL” ETMƏKDƏ DAVAM EDİR: QANUNSUZ TİKİLİNİN İCAZƏSİNİ İCRA BAŞÇISI VERİBMİŞ – YENİ VİDEO20:53Xəzər rayonunda Hacı Gülağanın sususz qoyduğu adamlar – Vətəndaşı dövlətdən narazı salanlar niyə cəzasız qalır? VİDEO18:00Elinanın intihar etdiyi məktəbin yeni direktoru kimdir? - DOSYE17:40Bu il 1-ci sinif üçün riyaziyyat dərslikləri iki hissədən ibarət hazırlanıb17:20Əmisi oğlunun arvadını qaçıran şəxsi döyüb öldürənlərlə bağlı YENİ XƏBƏR17:00"Qarabağ" öz futbolçusunun qardaşını da — TRANSFER ETDİ16:40Parlamentdə lombard fırıldaqçıları müzakirə edildi16:20“Kütləvi informasiya vasitələri haqqında” qanuna dəyişiklik edilir16:00Bakı məktəblərinə 29 direktor təyin edildi - SİYAHI15:20Azərbaycann məhşur saytları Qazaxıstan tərəfindən alındı... - ADLAR15:00“Ermənistanı gərgin payız gözləyir...” - TƏHLİL14:40Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq - Belə deyirlər...14:31DTX Rəşad Atakişiyevin ailəsinin müraciətini araşdırır - GƏLİŞMƏ14:16"Ermənistan Dağlıq Qarabağla bağlı danışıqlar prosesinə ciddi zərbələr vurur" - PA rəsmisi12:48Süleyman Mikayılovun qoçuları Müdafiə Nazirliyi adından alver edir – VİDEO12:46Baba Rzayevin falçı sevdası: “Azərenerji”ni ektrasenslər idarə edir? – VİDEO12:34Rüşvət almaqda ittiham edilən komandirin işi - əsgər yoldaşını güllələyən Qasımzadə də dindirildi12:19Gürcüstanın elektrik enerjisi idxalının 91%-dən çoxu Azərbaycanın payına düşüb12:08Fədayə Laçının məhkəməsi niyə onuncu dəfə təxirə düşüb? - VƏKİLDƏN AÇIQLAMA11:09"Xalq Sığorta"da yeni TƏYİNAT10:56Putin Ankarada “Quran”dan sitat gətirdi - VİDEO10:22Benksinin “Devolved Parliament” əsəri hərracda rekord məbləğə satıla bilər10:07Həbib Nurməhəmmədov məğlub etdiyi rəqibə 100 min dollar bağışladı09:53Gəncədə 29 yaşlı gənc başından bıçaqlandı09:38Dövlət qulluqçusu olmaq istəyənlərin nəzərinə09:24Azərbaycan Mərkəzi Bankı sığortaçılar arasında seçim edib22:41Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasında Bilik günü qeyd olunub.17:48İran prezidenti Ermənistana səfər edəcək17:35Azərbaycanın ixrac etdiyi meyvə-tərəvəzin dəyəri 14,5%, həcmi isə 0,7% artıb17:19Məşhur müğənni evində ölü tapıldı - FOTO17:07Azərbaycanda yol polisi 1 aylıq uşağı xilas etdi - Atanın təşəkkürü hamını mat qoydu - VİDEO16:49Özbəkistanın Kokand şəhərində keçirilən Birinci Beynəlxalq Xalq Tətbiqi İncəsənət Festivalının rəsmi açılış mərasimi olub16:34Ən qeyri-adi 5 idman növü16:17Deputat Aydın Hüseynov: “Qondarma qurumu dəvət edən dövlət ilk növbədə özünə hörmət etmir”15:52Avtomobil benzini ilə bağlı RƏSMİ MƏLUMAT15:39Venesuela müxalifətinin lideri BMT Baş Asambleyasında müzakirələrə qatılmaq niyyətindədir14:56Azərbaycanda tamah cinayəti – Mənzilə daxil olaraq ev sahibini öldürdülər14:45Tender qalmaqalı: Şəhid ailələrinə tikilən evlərin pulunu kimlər mənimsəyib?14:44Sevindik Hətəmovun Qaradağ arzuları: “karyer müdiri” Bakı intizarındadı14:42Şəmkirdə ermənilik: “1800 manata görə körpəm can verdi…” – Video14:40Azərbaycanın çörəyi ilə çörəkli olanlar…14:37Sumqayıt Dövlət Universitetində Bilik günü” təntənə ilə qeyd olundu14:30SOCAR son 10 ildə gəlirlərini 26 dəfədən çox artırıb13:29DİN Novxanıda baş verən dəhşətli hadisə barədə məlumat yaydı13:25İşsizlərin sayı AÇIQLANDI12:35Bu tələbələrə akademiya təqaüdü veriləcək12:00Azərbaycanın “Avroviziya-2020” mahnı müsabiqəsində iştirakı rəsmən təsdiqlənib11:46Bakı əhalisinə çağırış - İctimai nəqliyyatdan istifadə edin11:19Balakəndə iqtisadi sabotajı kimlər edir: 100 min tonlarla məhsul məhv olub-VİDEO11:17Səfər Mehdiyev komitəsi: süründürməçilik, rüşvət, nifrət…korrupsiya… – Araşdırma/Video11:08Hacı Nurana yeni vəzifə verilib? - AÇIQLAMA10:46DÜNYA ŞOKDA: üzbəüz döyüşü uduzsalar 140 nüvə bombası atılacaq - Baş nazir BƏYAN ETDİ10:35Bu gün 4 rayonda qaz olmayacaq10:20Cəbhədən son məlumat - Müdafiə Nazirliyi01:22Vəkil Ruslan Mirzəyevdən Anar Bağırova şikayət var-300 manatı qaytarmır21:35“Qudası yüksək vəzifədədir deyə bütün məhkəmələr zəngi ilə hərəkət edir”21:29Vidadi Zeynalovun oğlu ilə bankir kürəkəninin şirkəti haqda sənədlər yayıldı13:57Stimul Hospitaldan növbəti hümanist addım15:35DİN keçmiş məhkəmə sədrinin qətli ilə bağlı məlumat yayıb15:17Bakı metrosunda interval 2 dəqiqəyə düşdü15:05İki güləşçimiz dünya çempionatının finalına çıxmaq üçün mübarizə aparacaq14:43Yağış, leysan gəlir - SABAHIN HAVASI14:28Elgiz türk serialına çəkilənləri tənqid etdi: "Süpürgəçi, cibgir, qulluqçu"12:31Həftəsonu işləyənlərə əlavə ödənişlər verilsin - TƏKLİF12:14DİN keçmiş məhkəmə sədrinin qətli ilə bağlı məlumat yaydı12:00Onlar bu il universitetlərə qəbul olundular, amma ali təhsildən imtina etdilər - Şok RƏQƏMLƏR11:36Vasif Talıbov özünü yeni vəzifəyə təyin etdi11:21DIN və polis rəisləri kimlərə müharibə elan edib? - Xətai polis rəisi barədə ilginc faktlar11:13SON DƏQİQƏ: Türkiyədə ardıcıl iki GÜCLÜ ZƏLZƏLƏ: Çox sayda xilasedici cəlb edildi23:03Məktəbə forma ilə getməyən şagirdlərin cəzası nə olacaq? - Təhsil Nazirliyi cavablandırdi22:59Sumqayıt DYP xanım sürücünü necə xilas etdi? – İnanılmaz jest17:48Faciəvi QƏZA: 3 nəfər DİRİ-DİRİ YANDI17:34Həcc ziyarətinə gedənlərə vacib xəbər: gələn ildən etibarən...17:23Manatı gələn il nə gözləyir? - Rəsmi inflyasiya proqnozu AÇIQLANDI17:12Nazir küçədə piyadaları cərimələyən post-patrul əməkdaşlarının səlahiyyətlərinə xitam verib17:01Geyim mağazasından oğurluq edən qadın tutuldu16:51Gələn ilin dövlət büdcəsində neftin qiyməti neçə dollar olacaq?16:18Mərkəzi Bankdan uçot dərəcəsi ilə bağlı - QƏRAR
BÜTÜN XƏBƏRLƏR
Sentyabr 2019 (378)
Avqust 2019 (631)
İyul 2019 (563)
İyun 2019 (423)
May 2019 (557)
Aprel 2019 (537)

«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Sahil Babayev ilk fürsətdəcə özünü necə "yandırdı"... - İTTİHAM

25 dek 2018, 10:00   
    188
Sahil Babayev ilk fürsətdəcə özünü necə "yandırdı"... - İTTİHAM

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi özünüməşğulluq proqramının icrası zamanı yol verilən qanunsuzluqlara növbəti dəfə münasibət bildirib. Nazirlik konkret faktlarla bağlı yayğın, ümumi sözlərlə münasibət bildirməklə vətəndaşlara verilən heyvanların dişsiz, qısır, bəzi hallarda qotur olmasının səbəbinin üzərindən sükutla ötür.

Nə baş verir?

Niyə Azərbaycan dövlətinin vətəndaşa yönəlik olduqca əhəmiyyətli bir proyekti bu şəkildə reallaşdırılır?

Aydındır ki, dövlətin məqsədi vətəndaşı özünü maddi baxımdan təmin edəcək ailə təsərrüfatına sahib etməkdir. Layihə bu şəkildə icra ediləcəksə, özünüməşğulluq proqramının məqsədinə çatması real olmayacaq. Faktlar belə nəticəyə gəlməyə ciddi əsaslar verir.

“Yeni Müsavat” yazdı, vətəndaşa 7 sağlam qoyun verib şükranlıq videosunu çəkdilər

Nazirlik adından yayılan rəsmi açıqlamada isə vətəndaş Ariz Dəmirov ona verilən qoyunlardan razı olduğunu, “Yeni Müsavat”a şikayətindən sonra onun videosunu çəkdiklərini, həmin videoda da vətəndaşın razılıq etdiyini xüsusi vurğulayır.

Bəs reallıq necədir?

“Yeni Müsavat”ın 19 noyabr tarixli sayında “Məşğulluq Mərkəzinin qoyunlu oyunları - film kimi fırıldaq” sərlövhəli yazıda Goranboyun Əlirzalı kənd sakini Ariz Qnyaz oğlu Dəmirovun şikayətini dərc etmişdik. Vətəndaş ona Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Məşğulluq Mərkəzi tərəfindən verilən qoyunların qoca olmasından şikayətlənmişdi. Demişdi ki, özünüməşğulluq proqramı çərçivəsində ona gecəyarısı təhvil verilən qoyunlar qocadır və nazirdən kömək istəmişdi. Ariz Dəmirov dişsiz qoyunların artmayacağını, bu səbəbdən də özünüməşğulluq proqramından onun dolanışığını təmin etməsinin də sual altına düşəcəyini demişdi.

Şəkidən, Astaradan, Şamaxıdan da özünüməşğulluq proqramının icrası zamanı yol verilən qanunsuzluqlar haqda xəbərlər dərc etmişdik.

Goranboy rayonunda kasıb ailələrə verilən inəklərin fotolarına baxdıqda isə heyvana, sadəcə, adamın yazığı gəlir...

“Gəldilər dedilər ki, səni polisə aparırıq”

Nazirliyin son rəsmi açıqlamasından sonra Ariz Dəmirovla yenidən əlaqə saxladıq.

Onun dediklərini təqdim edirik:

- Qəzetinizdə yazı dərc olunandan sonra 7 qoyunu dəyişdilər. Gəldilər dedilər ki, səni polisə aparırıq. Dedim ki, mənə nə edəcəksiniz? Qanun mənim tərəfimdədir. Sonra dedilər ki, zarafat edirik. Məşğulluğun müdiri gəldi, xahiş elədi ki, heyvanların yanında dur, səni videoya çəkək, denən ki, heyvanlar cavandır, narazılığım, etirazım yoxdur. Çıxdılar getdilər. Bu yaxınlarda bir qoyun da öldü. Deyiblər ki, sabaha, birigünə gətirib başqasını verəcəklər.

Vətəndaş israr edir: “Qoyunlar qocadır!”
Ariz Dəmirov deyir ki, qoyunlar yaşlıdır:

- Nimdaş şeylərdir, təzədən biri də öldü, biri bala saldı. Qalmışam qoyunların əlində. Özlərinə deyirəm. Deyirlər ki, bizə də bunu ver deyirlər, veririk...

Şamaxının Mərziyə kəndində Mikayıl Qibləli oğlu İsmayılov da ona verilən qoyunların təhvil-təslim aktında yazılanlara uyğun olmadığını, çarəsizlikdən həmin heyvanları təhvil aldığını deyir:

- Heyvanları bizə 3 ay əvvəl verirdilər. Biz etiraz elədik, götürmədik. Bizə verilən heyvanların videosunu youtube kanalına yerləşdirdik. Bundan sonra bizə cavan heyvanlar verildi. Bizə əvvəlcə dişsiz heyvanlar verirdilər. Dedilər ki, tenderi udan şirkət verir heyvanları.

- Yerli heyvanlar idi?

- Yerli heyvanlar idi, ancaq qoca, yaşlı heyvanlardır deyə etiraz elədik.

- Həmin heyvanları bazardan almışdılar?

- Bazardan alanda biz gördük, videosunu çəkdik ki, bizə cənab prezident bu boyda dəstək göstərir, 4 min manat dəyərində bizə 21 heyvan ayırır. Siz bu 21 heyvanı elə bir vəziyyətdə gətirib verirsiz ki, onlar qışı çıxar-çıxmaz durumdadır. Sonra da deyəcəkdilər ki, bu heyvanlar necə oldu?

- 4 min manat rəqəmini haradan götürmüsüz?

- Bizimlə bağlanan müqavilədə, biznes-plan müqaviləsində dövlət tərəfindən bizə ayrılan puldur.

- Biznes-planda 4 min manatın sizə nağd verməli olduğu yazılmışdı?

- Biznes-planda yazılmışdı ki, 4 min manat dəyərində heyvan veriləcək.

- Biznes-plandakı məbləğlə neçə qoyun almaq olar?

- Heyvanın biri düşür 180-195 manata. 20 dişi qoyun və bir erkək verilməlidir.

- Bəs həmin 4 min manata bazardan özünüz neçə qoyun ala bilərsiniz?

- 4 min manatı bizim özümüzə versəydilər, onların verdiyi qoyunlardan qat-qat yaxşı heyvanlar ala bilərdik. Azı 25-30 dənə yaxşı heyvan ala bilərdik bazardan. Bazarda onların aldıqları heyvanların qiyməti 60-70 manatdır. Hələ həmin heyvanların ağzında dişləri olanlardır. Dişləri olmayanlar daha ucuzdur.

- Bazarda qoyunların qiyməti həmişə belə ucuz olur?

- Yaşlı heyvanlardır, dişləri yoxdur, ot, arpa yeyə bilmir.

- Sizə verilən qoyunların qiyməti 60-70 manat göstərilir?

- Sənəddə yazırlar ki, ümumi qiymət 4 min manatdır. Halbuki 4 min manat dəyərində heyvanı biz görmədik.

- Sizə verilən qoyunları bazara çıxarsanız, satışından nə qədər gəlir əldə etmək olar?

- 3 min, maksimum 3 min 200 manat. Əvvəl vermək istədiklərinə baxanda indikilər qismən yaxşıdır.

- Sizə o heyvanları nəyə görə veriblər?

- İşsizik, veriblər ki, məşğul olaq. İşsizliklə bağlı müraciət etmişdik. İşsiz kimi Məşğulluq Mərkəzində qeydiyyata dayanmışdıq. Dedilər ki, ünvanlı sosial yardım yığışdırılacaq. Biz oxuduq, 1 il sonra da heyvanlar gəldi çıxdı.

- Necə hesab edirsiz, sizə verilən 21 qoyunla özünüzü təmin edə biləcəksinizmi?

- İndi verilən heyvanlarla bəli. İndiki heyvanlara baxırsan ki, pis-yaxşı, nəsə eləmək olar.

- Təxminən nə qədər gəlir götürmək olar?

- Bizə sənəd üzərində 20 dənə ana qoyun və yanında 20 quzu, 1 erkək qoç verilməli idi. Bizə balası olmayan 20 qoyun verdilər. Bizim də fikrimiz bu idi ki, qoyunun balasından, südündən gəlir əldə edəcəkdik. Bizə verilən biznes-planda belə idi. Biz ailəmizi bu halda dolandıracaqdıq. Sonra bunlar (ƏƏSMN rəsmiləri) da gəlib dedilər ki, sizə balası olan qoyunlar yox, 20 qoyun verəcəyik. Yəni hazırda bizə verilən qoyunların heç birinin balası yoxdur. Bizə doğar və ya yeni doğmuş qoyunlar verilməli idi.

- 20 qoyun, 20 quzu və 1 qoç verilməli idi. Ümumilikdə 41 heyvan verilməli idi?

- Bəli. Dövlətin biznes-planında elə yazılmışdı.

“Məcbur götürməli olduq. Bundan da əlimiz çıxandan sonra...”
- Bəs elə yazılmışdısa, siz balası olmayan qoyunları niyə götürürdünüz?

- Dedilər ki, götürürsüz götürün, götürmürsüz özünüz bilərsiz, üstündən bir xətt çəkəcəyik, qarşısına da yazacağıq imtina, çıxdı, getdi, qaytaracağıq geri.

- Ümumiyyətlə heyvan verməyəcəklərini deyirdilər?

- Bəli. Məcbur götürməli olduq. Bundan da əlimiz çıxandan sonra, lap şikayət elədik, yerlərdə şikayətə baxan var? Sözümüzü prezidentə çatdıra bilmirik, cənab prezident bilsə belə qalmaz məsələ. Yerli məmurlar öz bildiklərini edirlər...

İpəkçi.info saytı da bu mövzuda “Kasıbları bir az da müflis etməyin yeni yolu: özünüməşğulluq proqramı!” sərlövhəli yazı dərc edib. Həmin yazıda qeyd olunur ki, 2018-ci il üçün özünüməşğulluq proqramı çərçivəsində respublika üzrə 7 min, Şəki rayonu üzrə isə 113 nəfər 40 saatlıq təlimlərə cəlb ediliblər. Təlimlərə cəlb edilənlər sonda biznes-plan tərtib edərək biznes-planlarını müdafiə ediblər, başqa sözlə, imtahan veriblər...

Yazıdan sitat: “Şəki rayonunda təlimlərə cəlb edilənlərin əksəriyyəti heyvandarlıqla məşğul olmaq fikrində idi. Özünüməşğulluq proqramı çərçivəsində heyvandarlıqla məşğul olmağın şərtləri isə belə olub: Dövlət vətəndaşa 4 dana verir, vətəndaş həmin danaları kökəldib satmalıdır, əldə etdiyi pula xərcləri ödəməli, yenidən azı 4 dana almalıdır. Artıq pul qalarsa, şəxsi məqsədləri üçün xərcləyə bilər. Dövlət vətəndaşa 2 yanıbalalı inək verir, vətəndaş həmin inəkləri sata bilməz, amma inəyin südünü, inəyin südündən hazırladığı pendiri, yağı, inəklərin balalarını satıb xərcləri ödəməlidir, artıq pul qalsa öz şəxsi məqsədləri üçün xərcləyə bilər.

Dövlət vətəndaşa 20 toğlu verir, vətəndaş həmin toğluları kökəldib satmalıdır, əldə etdiyi pula xərcləri ödəməli, yenidən azı 20 toğlu almalıdır. Artıq qalan pulu isə şəxsi məqsədləri üçün xərcləyə bilər. Dövlət vətəndaşa 20 yanıbalalı qoyun və bir qoç verir, vətəndaş həmin qoyunları və qoçu sata bilməz, amma qoyunların südünü, qoyunların südündən hazırlandığı pendiri, qoyunların balalarını satıb xərcləri ödəməlidir, artıq pul qalarsa öz şəxsi məqsədləri üçün xərcləyə bilər.

Lakin heyvanların verilməsi zamanı məlum oldu ki, vətəndaşlara qısır və balası olmayan inək və qoyunlar, yanıq dana və toğlular təklif edilib. Bu, aztəminatlı vətəndaşları daha da müflis etməkdən başqa bir şey deyil. Başqa sözlə, vətəndaş 20 qısır qoyunu 2 il yemləmək üçün 4 min manat pul xərcləməlidir. Sonda isə həmin qoyunları yalnız 2 min manata sata bilər. Vətəndaş, deməli, 2 min manat ziyan edəcək. Bordaq üçün verilən toğlularla bu gün şəxsən tanış olduq, heç kim götürmədi. Bunlara yanıq toğlular deyilir, 10 kq çəkiləri olardı, ya yox, onlar böyümürlər, nə qədər yem, dava-dərmən verilsə belə elə o boyda qalacaqlar. Ən yaxşısının bazar qiyməti 70 manatdan çox deyil. Özünüməşğulluq proqramı çərçivəsində vətəndaşa belə xəstə heyvanlar təklif edilir. 70 manatdan 20 yanıq toğlunun qiyməti 1400 manat edir. Dövlət isə özünüməşğulluq proqramı çərçivəsində hər vətəndaşa 5 min manat vəd etmişdi..." Qeyd edək ki, özünüməşğulluq proqramının icrası ilə bağlı ƏƏSMN “Aqri Kon” MMC və “Bis Co” MMC konsorsiumunu seçib. 2018-ci ilin iyulunda yaradılan MMC-lərin həmin ilin avqustunda podratçı olaraq qəbul edilmələri əsaslı şübhələr yaradır. Seçim aparılarkən hansı şərtlərin əsas götürüldüyü də bilinmir. Bu haqda ötən saylarımızda daha ətraflı yazmışıq. (http://musavat.com/news/nazirlik-dovletin-muhum-proyektini-1-ayliq-mmc-lere-tapsirib-sovdelesme-iddiasi_579234.html)
“Yeni Müsavat”
OXŞAR MÖVZULAR