Impera

XƏBƏR LENTİ
13:26Qusarda 120 hektar taxıl sahəsi yanıb - FOTO13:04Mehriban Əliyevanın müəllimi: "Elə insanı unutmaq çətindir" - VİDEOREPORTAJ13:00Bəzi rektorlar Təhsil Nazirliyinin qərarını qulaqardına vururlar - QALMAQAL12:57Lerikdə təhsil bərbadlığı... - İTTİHAM12:48Azərbaycanda tikinti şirkəti ləğv edildi12:42"XalqBank"da milyonlar necə səpələnib... - İTTİHAM11:57Azərbaycanda mərkəzi icra hakimiyyəti orqanları qarşısında yeni tapşırıq qoyuldu - QƏRAR11:33Ağsuda icra hakimiyyəti kənd qəbristanlığını satıb - NARAZILIQ...11:11Vilayət Eyvazov icra başçısının oğluna vəzifə verdi10:47Tanınmış jurnalist yolda hücuma məruz qaldı, bədən xəsarəti aldı10:35Bu gün Beynəlxalq Azərbaycan Muğamı Günüdür10:25Qəbələyə kim od vurur?10:06Bir “Relax”ın izi ilə... - Növbəti il “qara ildir”, başınıza indidən çarə qılın09:51İnam Kərimov “Alverçi mafiyası” ilə bacarmır? - “Bu qurumların işinə nəzarət olmasa...”09:34Əfsanəvi rejissordan XOŞBƏXTLİK HAQQINDA bir neçə söz09:17Dünya bazarlarında təbii qaz bahalaşıb09:15Birinci vitse-prezident Mehriban Əliyevanın doğum günüdür22:11Arvadı Konstitusiya məhkəməsindədi, baldızı Prezident Aparatında: İş adamı məhkəmə hakimini ifşa edir-VİDEO20:35Kardiologiya İnstitutunda nə baş verir? Baş direktor və ətrafı narahatdır13:30Abşeron şadlıq sarayı18:09Qəbələdə zibilliyə vurulmuş od saatlarla sonra söndürülə bilindi... Video-Fotolar16:00Hacıbala Abutalıbovun inanılmaz sərvəti ortaya çıxdı (SİYAHI/FOTOLAR)15:14Azərbaycanın ən fərqli modelindən seksual FOTO,VİDEO15:13Vergi cinayətləri törədən vəzifəlilər – İqbal Məmmədov tək deyil…15:12Vilayət Eyvazovdan yeni təyinatlar13:00Validə Abbasovadan gənc qızlara meydan oxuyan — FOTOLAR12:46Məmurlara ÇAĞIRIŞ - "Hamınz oğurladıqlarnız qusacaqsınız..."12:23“Bu, biznesmen məmurlar üçün başağrısıdır” - Oliqarxların gücü12:00Zakir Zeynalovdan etiraf: "Oğlum günahkardır"11:30Arif Əsgərov və oğlu borca görə 3 il həbs edilə bilər11:00Prezidentə ŞOK MÜRACİƏT - Baş redaktor İlham Əliyevə nələri yazdı...20:09İstanbulun tam mərkəzində, Sultanəhməd məscidi yaxınlığında yerləşən Aybar oteli 2015-ci ildə istifadəyə verilib. Dördmərtəbəli dördulduzlu otelin sahibi Milli Məclisin deputatı,20:04ŞAHPLOV restoranının əsl sahibi də Milli Məclisin deputatı Ağalar Vəliyevdir. Əvvəllər bura VENTURA adı ilə məşhur olub18:00Putin "Orta və yaxın mənzilli raketlərin ləğvi"nə dair müqavilə barədə bəyanatla çıxış edib17:4091 yaşlı adamın ağ ciyərindən baxın nə çıxdı - FOTO17:20Bakıda yeniyetmə qız evdən qaçdı: atası bir ildir zorlayırmış17:10Erdoğan kritik toplantıda talimatı verdi!16:59İlin sonuna kimi... - Qarabağ məsələsi HƏLL OLUNUR?16:40Tarixin ən güclü "Ferrari"sinin qiyməti açıqlandı - FOTO16:28Ekspertlər: Tramp Yerevana eyham vurur ki, Qarabağ üzrə mövqeyini dəyişməli, Bakı ilə razılığa gəlməlidir16:22Biznesmen deputatın İstanbuldakı dəbdəbəli oteli (FOTO)16:14Azərbaycanda 16 yaşlı oğlanı söyüş üstündə öldürdü16:09Növbəti tender müəmması: yayın cırhacırında "bahar satınalması"...15:57Deputat “5-6 milyonla işi bağlayacam” deyib?15:36"Uşaq gəlib orda baş yarmağı görmürsə..." - Hacı Surxay Məhərrəmlik ayından danışdı15:35Sahibkarlar Ufada beynəlxalq festivalda iştiraka dəvət olunurlar15:33Hindistanda məbədin divarları ÇÖKDÜ - ÖLƏNLƏR VAR15:32"Bu, ilk və son idi" - Şeyma Subaşı qalmaqal yaradan hərəkətinə peşmandır15:29DİN Bakıda baş verən dəhşətli hadisə ilə bağlı məlumat yaydı14:35“Narahat olmayın, “Qarabağ” qrupa düşəcək” – Vaqif Sadıqov14:32Ata uşağının gözü qarşısında ananın boğazını kəsdi - VİDEO14:29Fransa Azərbaycan yeni səfir təyin etdi14:27Azərbaycanda saz havasına hovuzda rəqs etdilər - Video14:21Mərdəkan körpüsündən avtomobil aşıb, xəsarət alanlar var13:21FHN: Bu il Azərbaycanda çox isti hava olmayıb13:12“Baku Bus”ın avtobusunda tüstülənmə olub - VIDEO12:38İran-Azərbaycan dəmir yolu xəttinin xəritəçəkmə prosesi başa çatıb12:26General Hacı Əliyevin rütbəsini artırdı11:31Bakıda restoranda inanılmaz görüntülər - Hovuza girib rəqs etdilər - VİDEO10:36Qonşu qızla oğlan intihar etdi – Azərbaycanda faciə10:25Taxta bazarındakı yanğında zərərçəkənlər evə buraxıldı10:07Bakıda “Range Rover” parka girdi - REAL VİDEO09:40Erməni tərəfi atəşkəs rejimini 21 dəfə pozub23:38Sumqayıt məhkəməsinin hakimi biznesmenə qarşı silah davasına çıxmağa hazırdır? –VİDEO17:32FHN 133 yaşayış binası ilə bağlı QƏRAR VERDİ17:28Əsəd qüvvələri türk əsgərlərinə hücuma keçdi17:23"Neftçi"də Dabo qalmaqalı böyüyür - "Bu ölkədən rədd olmalısan!"17:18"Mühacir biznesi": insanlar necə aldadılır? - RƏYLƏR17:15Pilotun xanımı: "Oğluma necə deyəcəm ki, atan bir də qayıtmayacaq?"14:06Keçmiş nazir müavini Əsgərovun və oğlunun yeni əməlləri üzə çıxdı14:04Bir evdən üç general... – Əli Nağıyev və qardaşları14:01“Qara qutu” oxundu – MiQ-29-un qəzaya uğrama səbəbi bilindi13:58Space TV-nin efirində Üzeyir Mehdizadəyə görə dava düşdü — VİDEO13:56Könül: “Onunla sevgili olardım” — ETİRAF \ FOTO13:54Bu ərazilərdə qaz olmayacaq13:44Polisdən avtomobil sahiblərinə XƏBƏRDARLIQ — Ehtiyatlı olun!13:27Lətifə dənizdən elə — FOTOLAR PAYLAŞDI Kİ13:25Azərbaycanda bu məşhurların gizli və intim — VİDEOLARI YAYILIB13:23DİN: Ucarda hər hansı qeyri-adi məxluqa rast gəlinməyib13:21Sabiq İH başçısının qardaşı oğlu 1 milyonunu istəyir: “Məni döyərək səsimi diktafona yazdılar”13:20Bakı metrosundan istifadə edənlərə ŞAD XƏBƏR13:18Prezident İnzibati Xətalar Məcəlləsinə dəyişikliyi təsdiqləyib12:11Bir ailədə 3 general-leytenant11:02Hərbi təyyarəmizin qəzaya uğrama səbəbi: yad cisimlə toqquşub, pilot xəsarət alıb10:46Britaniya telekanalı Putin haqqında film çəkəcək10:30Peşə məktəblərinə sənəd qəbulu başladı10:18Azərbaycanda 4 bal gücündə zəlzələ olub10:04Düşmən ordumuzun mövqelərini atəşə tutdu09:42Çempionlar Liqasında günün nəticələri09:32Qubada yol qəzasında xəsarət alanların SON DURUMU09:20Putindən Avropa Şurasına mesaj08:50Qəbələ otelləri siyasi oyunlara alət edilib.17:33Müşfiq Rəhimovun yerinə o gətirildi - YENİ TƏYİNAT17:21Dövlət Komitəsinin sədri və sədr müavinləri bölgələrdə vətəndaşları qəbul ediblər17:07Ofelya Zeynalova vəfat etdi - FOTO16:50Azərbaycandan Həcc ziyarətinə gedən zəvvarların ilk qrupu Vətənə dönüb16:48Bakıda ŞOK HADİSƏ — Avtoş dönər bıçağı ilə yol polisinə hücum etdi16:23Dünyada 20 milyon insanın həyatı risk altındadır – Azərbaycanda da iki hal qeydə alınıb16:07Xalq artisti vəfat etdi15:51Bakıda dəhşət: uşaq və qadın "Kamaz"ın altından son anda xilas oldu - VİDEO
BÜTÜN XƏBƏRLƏR
Avqust 2019 (495)
İyul 2019 (564)
İyun 2019 (423)
May 2019 (557)
Aprel 2019 (537)
Mart 2019 (417)

«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Kreml İrəvana yenə “diş” göstərdi - işğalçıya Yeni il öncəsi hədə kimi ismarış

29 dek 2018, 11:44   
    130
Kreml İrəvana yenə “diş” göstərdi - işğalçıya Yeni il öncəsi hədə kimi ismarış

Ermənistanın baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyanın iki gün öncəki Moskva səfərinin nəticələri ermənilərin ümidlərini alt-üst elədi. Əslində gözlənilməz bir şey baş vermədi. Səfərlə bağlı isə nəticəsizlikdən danışmaq lazım gəlir, nəinki hansısa konkret nəticədən. Bunu Ermənistan mediası ilə yanaşı, Paşinyanın özü də etiraf edir.

Əvvəla, Rusiya prezidenti Vladimir Putin görüşdən sonra erməni baş nazirlə birgə mətbuat konfransı keçirib birgə bəyanat verməyə lüzum görmədi. Verilən açıqlamalar isə yalnız növbətçi xarakterli oldu. Bu, o anlama gəlir ki, tərəflər arasında soyuq küləklər davam edir. Daha dəqiqi, mətbuatın da yazdığı kimi, əsas problemlər dəyişməz qalır və bütünlüklə təzə ilə adlayır.

Söhbət Ermənistanın yeni rəhbərliyinə qarşı Moskvanın, Putinin bəslədiyi etibarsızlıq və etimadsızlıqdan, Nikol Paşinyanın gizli qərbpərəst olmasına olan dərin inamın ikitərəfli əlaqələrdə yaratdığı dərin çatdan, Ermənistana satılan təbii qazın qiymətindən, KTMT-yə baş katib məsələsindən, Ermənistan daxilində Rusiyaya sadiq tanınmış simaların təqibindən gedir.

Belə qənaət hasil olur ki, Moskvada onların heç biri ilə bağlı anlaşma əldə olunmayıb və quru ibarələr çıxılarsa, tərəflər bütövlükdə öz əvvəlki mövqelərində qalıblar. Ümumiyyətlə, Ermənistan mətbuatının da qeyd etdiyi kimi, hakimiyyətdə olduğu 8 ayda Paşinyan Putinlə çoxsaylı görüşlər keçirməsi ilə öyünsə də, bu görüşlər zamanı hələ bircə sənəd belə imzalanmayıb. Halbuki Azərbaycan prezidenti İlham Əliyevlə rusiyalı həmkarının görüşlərinin hamısı olmasa da, əksəri yeni və vacib sənədlərin qəbulu ilə başa çatıb. Onlardan biri də Xəzərin hüquqi statusu haqda konvensiyadır. Sözsüz ki, bu da bir göstəricidir.

Moskva görüşü zamanı Putin, nəhayət ki, Paşinyanı 9 dekabr seçkilərindəki qələbə münasibəti təbrik edib. Seçkilərdən düz 18 gün sonra! Yəni bu əslində təbrikdən çox təhqir sayla bilər. Həm də o səbəbə ki, onu almaq üçün Paşinyan 3 min km yol qət edib Kremlə gəlməli oldu. Bu azmış kimi, səfər bitər-bitməz, Kreml başçısı sadiq dostu, Nikolun həbs elədiyi eks-prezident Robert Köçəryana Yeni illə bağlı təbrik məktubu göndərib. Bu da Moskva səfərindən sonra belə, Putinin Paşinyana qəzəbli olduğunun təsdiqi, eyni zamanda xəbərdarlıq sayıla bilər. Qucaqlaşıb şəkil çəkdirməklə deyil ki. Putin beləcə, Paşinyana faktiki, tərs şillə vurdu.

*****

Kəsəsi, erməni baş nazir əvəzi bu dəfə də əli ətəyindən uzun geri dönməli oldu. Nə qazın qiyməti, nə də digər problemli mövzularda əsas hədəflərinə çata bildi. Bunu onun öz “tvit”ləri də təsdiqləyir. Ən əsası, Rusiya qazının qiymətində endirim cavabsız qaldı: tərəflər ümumi qərara gələ bilmədilər. Paşinyanın özünün Facebook səhifəsində yerləşdirdiyi bəyanatından bu qənaətə gəlmək olar.

“Qazla bağlı qərar yoxdur, lakin müzakirələr davam edir. Əlbəttə, görüşdə qeyd olundu ki, hər iki tərəf üçün bu, həssas məsələdir” - Paşinyan qeyd edib. “Ümid edirəm ki, nəticələr bizim üçün arzuedilən olacaq, ən azından, arzuolunmaz nəticələr olmayacaq” - danışıqlara yekun vurarkən Ermənistan hökumətinin başçısı qeyd edib. Xatırladaq ki, hazırda Ermənistan Rusiyadan qazı sərhəddə 1000 kub metri 150 dollara alır.

“Baqramyan 26" teleqram-kanalı isə (Ermənistan baş nazirinin iqamətgahının yerləşdiyi ünvan belədir - red.) Putinin Paşinyan qarşısında qoyduğu şərtlərdən yazıb (virtualaz.org). ”Kreml mesaj verib ki, İrəvanın energetika sferası tamamilə baş nazirin sözəbaxımlığından asılı olacaq. Ermənistan üçün qaz bahalaşmayacaq, bir şərtlə ki, Paşinyan bir daha KTMT-nin işini qəlizləşdirməsin, Robert Köçəryanı azad etməyə razılaşsın (girov əvəzində zaminə buraxsın), Moskvanın vasitəçiliyi altında İlham Əliyevlə Qarabağa dair danışıqları intensivləşdirsin, Ermənistandakı bioloji laboratoriyalarda xarici mütəxəssislərin və hərbçilərin iştirakını istisna edən sənədi imzalasın", - deyə həmin mənbə iddia edib.

O da bildirilir ki, Putinlə dostluq edən Robert Köçəryanın azadlığa buraxılması məsələsində tərəflər razılıq əldə edə bilməyiblər. Sözünün yekununda Nikol Paşinyan onu da diqqətə çatdırıb ki, tərəflərə “ikitərəfli gündəliyin bütün məsələlərinə” toxunmaq müyəssər olmayıb.

*****

Beləcə, Ermənistandakı “məxməri inqilab”dan sonra Moskva-İrəvan münasibətlərində yaranmış böhranlı durum qalır və 2019-cu ilə adlayır.

Əlavə edək ki, Rusiya prezidenti ilsonu keçirdiyi mətbuat konfransında, Nikol Paşinyanın tezliklə Moskvaya səfər edəcəyini anons verməklə yanaşı demişdi ki, “tərəflər arasında nə uçub-dağılıb ki, bərpa da edək”. Yəni xeyli pozitiv görünmək istəmişdi. Artıq məlum olur ki, bərpa ediləsi həqiqətən çox şey varmış.

Yəqin Putin həmin açıqlama ilə Paşinyanla Moskva görüşü zamanı anlaşacağını düşünürmüş. Çünki Rusiya lideri onu da demişdi ki, “dünyada və regiondakı real cari vəziyyəti nəzərə almaq lazımdır, biz bunu Paşinyanın gələn həftə gözlənilən səfəri zamanı müzakirə edəcəyik”.

Müzakirələr bitdi. Ancaq anlaşma yenə olmadı. Anlaşma olsaydı, birgə mətbuat konfransı, birgə bəyanat olardı. Əvəzində fiasko oldu. Ən çox da Paşinyan üçün. Ən önəmlisi, Kreml Yeni il öncəsi İrəvana bir daha “diş” göstərdi...
“Yeni Müsavat”
OXŞAR MÖVZULAR