Impera

XƏBƏR LENTİ
15:30"Ayağı bir-birinə zəncirlənən azyaşlının xalası dərhal cəzalanmalıdır" - AÇIQLAMA14:56Bu ölkə 2020-ci ildən ikili vətəndaşlığa icazə verəcək14:41Mehriban Əliyeva pilotumuz Rəşad Atakişiyevin vida mərasiminə əklil göndərdi - FOTOLAR14:23Bakıda dəhşətli qəza: maşın prospekt boyu belə fırlandı - VİDEO14:00AFFA bir neçə klubu cərimələdi - SƏBƏB13:50Bakı da ən ucuz - məktəbli yarmarkası açıldı13:18Pilotun həyat yoldaşı: "Axtarış-xilasetmə qruplarının gərgin əməyinin şahidi olduq"12:37İnstaqram bunu bacaranlara pul mükafatı verəcək12:18"Jara" 5 gün olacaq?11:09"Ruhun şad olsun, oğul" - Flora Kərimova Rəşad Atakişiyevdən yazdı10:45Baş nazirdən QƏRAR - Bu qurum da büdcədən maliyyələşəcək10:19Siyəzəndə QƏZA: Səkkiz nəfər xəsarət aldı09:56Azərbaycan nefti cüzi ucuzlaşıb09:46Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 23 dəfə pozub22:03Accsess Bank 70-dən çox insanı işsiz qoydu-şok faktlar20:24Səfər Mehdiyevin “paqon”luları: Gömrükdəki özbaşınalıqlar dövlət üçün təhlükəli həddə çatıb17:40Ankaranın növbəti PKK əməliyyatını zəruri edən nədir? - TƏHLİL17:25İradə Gülməmmədova Xırdalan sakinləri ilə görüşdü - FOTO17:20Azərbaycanda yeniyetmə valideynlər - Onların dəqiq sayı bilinmir17:12Yeni aqrar sığorta mexanizminin tətbiqinə başlanılır16:44Vicdan əzabı çəkən Nigar Camal sirrini açdı: "15 il əvvəl qarınlı kişilər..."16:30Nazirlik hərbi pilotumuzun axtarışında iştirak edənlərə təşəkkür etdi16:16Nursultan Nazarbayev Qazaxıstan haqqında klip çəkdirib16:03Bakı-Tbilisi-Ceyhan kəməri ilə 7 ayda 19 milyon tonadək neft daşınıb15:48“Rəşadın ayağı bir neçə gün əvvəl, bədəni isə bu gün tapılıb”15:31Dünyanın ən zəngin azərbaycanlısı 3 milyard dollar xərclədi15:08Saakaşvili: Qarabağ Azərbaycandır!14:46Həbsxanadan 258 məhbus qaçdı - SON DƏQİQƏ14:33Avtomobil benzini ilə bağlı RƏSMİ MƏLUMAT14:10"Maşın" növbəti sürəti ilə ekranlara qayıdır13:59BMT-dən fillərlə bağlı QADAĞA13:19Göygöl polisinə yeni rəis təyin olundu13:0942 dərəcə isti olacaq - Sabahın HAVASI13:00Bakı metrosunda işıqlar söndü11:40DSX-nın yeni silahı: 3000 metrdən helikopteri məhv edir - FOTO11:24Bakıda keçmiş məhkum azyaşlı qızları bıçaqla hədələyib... — CİNAYƏT11:04Makron Putinlə danışıqlarının detallarını açıqladı10:55Qubada güclü yanğının sahəsi 40 hektara çatıb10:34Deputatın oğlunun həbsinin pərdəarxası - ilginc faktlar10:22Kütləvi dava: Üç futbolçu yaralandı, dörd azarkeş öldü – Video10:08"“Relax” az vergi ödəyən birinci şirkət deyildi və sonuncu da olmayacaq" - Ekspertdən çağırış...09:50Dörd rayonda qaz təchizatı dayandırılıb09:42Dörd milyarddan çox varidatı olan Lars Larsen vəfat edib09:19Azərbaycanda daha bir qurum yaradıldı - Prezidentdən fərman08:59Bakı Metropoliteni sədrinin milyonçu oğlu -FOTO08:53Xəzərin sabiq başçısı – özü gedib, izi qalıb....20:18"Uğurlarım iqtisadi savadıma görədir".17:52İNANILMAZ HADİSƏ! Cütlük taksi sürücüsünü gülə-gülə soydu - VİDEO17:40Bakı metrosundan istifadə edənlərə ŞAD XƏBƏR17:27Azərbaycanda DƏHŞƏTLİ OLAY: Polisə zəng edib "bu gün silahlı hücum olacaq" dedi və...17:14Gənc oğlanlardan Həcc ziyarətində BİABIRÇI HƏRƏKƏT - VİDEO17:02Azərbaycanda magistratura qəbul imtihanına ödəniş ləğv edilə bilərmi? - AÇIQLAMA16:53Qurban bayramı münasibətilə 1070 NƏFƏR ƏFV EDİLDİ16:22Əsəd qüvvələri Türkiyənin hərbi karvanına hücum etdi: 3 ölü15:48Azərbaycanda biabırçılıq: Qadını bu görüntüləri ilə şantaj edən şəxs həbs edildi15:36Qətlə yetirilən ailənin ürək dağlayan görüntüləri - FOTO15:16Kadırovun atası Putinə qarşı şərt irəli sürübmüş14:59Nazirlik Rüstəm İbrahimbəyovun sədrliyini təsdiqlədi14:28Ermənilərin Naxçıvan və Qazaxda uğursuz revanş CƏHDİ14:10Prezident təqaüdü təyin olunmuş şəxslərin sayı açıqlandı13:48Güləşçimiz erməni rəqibini darmadağın etdi13:28Azərbaycanlı məmuru intim görüntüləri ilə şantaj etdilər12:54Mir Şahin Gəncə teraktı ilə bağlı ŞOK VİDEO yaydı12:26Xəzərə düşən MiQ-29-un “qara qutusu” tapıldı - FOTO12:08"Qaçqınkom"un sektor müdirləri cəzalandırıldı11:54Əhaliyə bu xidmət pulsuz olacaq - QƏRAR11:17Vağzalda insanları öldürəndən sonra oturub polisin gəlməsini gözlədi11:02Xalq artisti Qurana əl basıb, tövbə etdi - SƏBƏB10:43Əli Kərimlinin Mübarizə sevgisi: yenə pul, yenə vəd, yenə yalan10:23Türkiyə təyyarələri İraqın şımalında PKK mövqələrini bombalayıb10:12Gəncədə məktəbli qız özünü öldürdü09:55Sumqayıtda təbii qazın verilişində məhdudiyyətlər olacaq09:33Azərbaycan Milli Mətbəxi Finlandiya ictimaiyyətinin marağına səbəb olub09:24Futbol üzrə Azərbaycan Premyer Liqasında II turun oyun cədvəli müəyyənləşib11:23"İPhone" işlədənlərə bəd xəbər - Bəzi telefonlar bloklanacaq11:20Şəmkirdə dəhşətli YANĞIN: körpə öldü, ana və nənə xəsarət aldı - YENİLƏNİB11:18Mehriban Əliyeva Müslüm Maqomayevi doğum günündə bu sözlərlə andı11:16Rusiyada siqaret çəkənlərin maaşı azaldılacaq11:14Bakıda qadın kafedə müştərilər tərəfindən döyülüb13:29Sahibkar icra başçısını hədələdi-3 milyonumu qaytar, yoxsa...13:18"28 May"da üç ay əvvəl dayandırılan eskalator bərpa edildi13:13Mollanın stolunun altında bomba partladı, Heybətulla Axundzadənin kiçik qardaşı öldü13:07Nepal Everesti fəth etmək üçün tələbləri sərtləşdirir13:02Bakıda antisanitar şəraitdə süd məhsulları hazırlayan sex aşkarlandı - FOTOLAR12:55Sabah 40 dərəcə isti olacaq11:44Akademik Kamal Abdulladan prezidentə şikayət: "Universitetdə maddi vəsaitlər talanır, haqqı dediyimiz zaman işdən qovulmaqla hədələnirik"11:16Məşhur müğənni xəstəxanaya yerləşdirildi - FOTO11:07Gəzməyə getmişdi, daşla vurub öldürdülər - Xaçmazda qanlı olay11:04Şəhid qardaşı: “İcra başçısından şikayət etdiyim üçün məni işimlə təhdid edir” – VİDEO11:00Satıcını SİM-karta görə döyüb, güllələdilər – Video10:57"Roma" daha bir türkiyəli futbolçunu heyətinə qatıb22:57Rusiya və İran hərbi gəmiləri Bakı limanını tərk edib22:54Azərbaycan güləşçisi dünya çempionatında finala yüksəlib22:51Tərtərdə traktor qaz kəmərini zədələyib22:48Putin sərnişin təyyarəsini qarğıdalı sahəsinə endirən pilotlara “Rusiya Qəhrəmanı” adını verib22:44Audio 56 yaşlı kişi sirkə turşusu içib intihar etdi19:57Zeynalovlar sükutu pozdular16:59Yol polisinin saxladığı sərxoş sürücü hansı nazirin qızıdır? - AÇIQLAMA16:49Bacılarının şəkillərini Facebook-da yayan oğlanı GÖRÜN NƏ ETDİLƏR - QİSAS... - FOTO16:23Prezident DSX-nın hərbi qulluqçularını və mülki işçilərini təltif edib - SİYAHI
BÜTÜN XƏBƏRLƏR
Avqust 2019 (395)
İyul 2019 (564)
İyun 2019 (423)
May 2019 (557)
Aprel 2019 (537)
Mart 2019 (417)

«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Bu il daha hansı banklar bağlanacaq? - GƏLİŞMƏ

07 yan 2019, 11:04   
    92
Bu il daha hansı banklar bağlanacaq? - GƏLİŞMƏ

2018-ci ildə ölkənin maliyyə sistemində nəzərəçarpacaq dəyişiklik baş vermədi.Xüsusilə də bank sektorunda problemlər olduğu kimi qaldı, problemli kreditlərin həcmi artdı, kreditləşmə siyasəti inkişaf etmədi.Banklar maliyyə çatışmazlığı ilə üz-üzə qaldı. Bankların 2018-ci il fəaliyyətinə nəzər saldıqda açıq şəkildə görünür ki, bir neçə bankdan başqa digərləri ili zərərlə baş vurdu.

Bankların sağlamlaşdırılması prosesi də başa çatdırılmadı.Baxmayaraq ki, bunun üçün 2018-ci ilin sonuna qədər zaman verilmişdi.Amma dəyişən bir şey olmadı.

Manatın məzənnəsi də dəyişmədi. 2018-ci il məzənnə baxımından sabit oldu. Manat dollar qarşısında 1.70 çərçivəsindən çıxmadı, sabit qaldı.Bu iqtisadi sferada müəyyən qədər müsbət hal kimi dəyərləndirilir.Neft qiymətlərinin 2018-ci ilin son 2 ayı istisna olmaqla, kifayət qədər yüksək oldu.Bu da ölkənin maliyyə sektoruna, xüsusilə də manatın məzənnəsinin sabit qalmasına müsbət təsir edən amil oldu.Manatın məzənnəsinin sabit qalması, həm də bank sektoruna müsbət təsir göstərdi.Məzənnə dalğalanmalarının olmaması bankların müəyyən manevrlər etməsinə münbit şərait yaratdı.

Ekspertlər də 2018-ci ili iqtisadi baxımından müəyyən qədər sabit il kimi xarakterizə edirlər. Maraqlıdır, banklar 2018-ci ili necə başa vurdu və 2019-cu ildə bank sektorunda nələr gözlənilir?

İqtisadçı-ekspert Natiq Cəfərli “Cümhuriyət” qəzetinə şərhində 2018-ci ili banklar üçün uğurlu saymadığını deyib:

“2018-ci ildə bank sektorunda müəyyən sabitlik yarandı. Ona görə ki, manatın məzənnəsi dəyişmədi, inzibati üsullarla da olsa məzənnə sabit saxlanıldı.Mərkəzi Bank müəyyən addımlarla, əsasən də “repo” (Depozit hərracları - müəl.) hərracları vasitəsilə banklara dəstək oldu.Həftəlik “repo” hərraclarında iştirak etməklə banklar müəyyən faiz dərəcələri ilə əllərindəki vəsaiti Mərkəzi Banka yatırmaqla müəyyən gəlir əldə edirdirlər.2018-ci ildə bankların gəlirlərinin əhəmiyyətli hissəsini məhz “repo” hərracları təşkil etdi.Manatın məzənnəsinin sabit qalması həm də problemli kreditlərinin artma sürətini azaltdı. Bununla da 2018-ci il bank sektorunda müəyyən sabitliyin yaranması ili kimi qeyd olundu. Amma bankların böyük əksəriyyəti hələ də zərərlə işləyir. 2018-ci ili də zərərlə başa vurdular. Banklarda kreditləşmənin sürəti hələ də qənaətbəxş deyil, kredit faizləri çox yüksəkdir.Bu da iqtisadi aktivliyin stimullaşdırılmasında rol oynamır.2019-cu ildə də əsas məsələ likvidiklik olacaq.Əgər manatın məzənnəsində bir dəyişiklik baş verəcəksə, bu zaman bank sektorunda növbəti ağır böhranın yaşanması gözlənilir.Nəzərə alsaq ki, manatın məzənnəsi neft qiymətlərindən asılıdır, son dövlər neftin dünya bazarında ucuzlaşması məzənnə dəyişikliyi ehtimalını artırır.2019-cu ildə kəskin devalvasiyanın olacağını düşünmürəm, amma 10-15 faiz ucuzlaşma olsa belə, bu bank sektoruna mənfi təsir edəcək”.

Bankların bağlanması məsələsinə də toxunan N.Cəfərli hesab edir ki, bu proses 2019-cu ildə davam etdirilməlidir:

“Bankların bağlanması prosesi davam etməlidir. Çünki zəif, çürük banklar bazardan çıxmalıdır.Sadəcə olaraq hökumət və Mərkəzi Bank bu prosesi düzgün idarə edə bilmədi deyə, bir panika havası yaşandı.Bankların bağlanması ağrılı yol olsa da, əslində doğru yol idi.Birdən-birə 11 bankın qısa müddət ərzində bağlanması panika havası yaratdı və insanların bank sektoruna inamını yerlə yeksan elədi.Bu da Mərkəzi Bankda bir çaşqınlıq yaratdı deyə, bu prosesi səngitdilər.Bu günə qədər süni nəfəslə verməkdə ayaqda saxlamağa çalışırlar.Halbuki onların ayaqda qalması iqtisadi göstəricilərinə, maliyyə vəziyyətinə görə mümkün deyil.Düşünürəm ki, növbəti 10-15 faizlik məzənnə dəyişikliyi olsa, həmin bankların ayaqda qalması artıq mümkünsüz olacaq. Bununla da bir neçə bankın 2019-cu ildə bağlanmasının şahidi ola bilərik”.

Natiq Cəfərli deyib ki, 2018-ci ildə bankların sağlamlaşdırılması üçün heç bir addım atılmadı. Ekspertin sözlərinə görə, sağlamlaşdırma prosesinin effektli olması üçün banklara 4 milyard civarında dəstək verilməlidir:

“Bununla bağlı proqram qəbul olunmalı idi, amma olunmadı. Əslində bankların sağlamlaşdırılmasında ən ciddi probleml ondan ibarətdir ki, bu prosesi həyata keçirmək üçün ən azı 3-4 milyard manat maliyyə lazımdır.

Həmin vəsaiti nə Mərkəzi Bank, nə büdcə, nə də Neft Fondu vermək istəmir.Düşünürlər ki, bu pul havayı gedəcək, bankların sağlamlaşdırılması elə də böyük effekt verməyəcək.Ona görə də düşünürəm ki, maliyyə mənbəyi tapılması üçün atılacaq addımlar, hazırlanan proqramlar, deyilən gözəl sözlər heç bir effekt verməyəcək.Əslində əsas problem məhz maliyyə mənbəyinin tapılmasıdır.Təqribən 1.7 milyard manat lazımdır ki, problemli kreditlər məsələsi həll olunsun, 2 milyard vəsait də lazımdır ki, banklar kreditləşməni sürətləndirsinlər və iqtisadi aktivliyin artırılmasında mühim rol oynasınlar.Bunlar baş verməsə, istənilən proqramın heç bir effekti olmayacaq”.
OXŞAR MÖVZULAR