Impera

XƏBƏR LENTİ
12:33Ceyhun Bayramov buralara bir göz atsa... - İTTİHAM12:14Suriya hökuməti Türkiyə-ABŞ sazişinə münasibət bildirdi11:49Miqrasiya xidməti əməkdaşı bir milyonluq əmlakı qəsb olunmuş gürcü sahibkarı niyə deport etmək istəyib-VİDEO11:22“Tək qadınam, dərs saatım yoxdur” - Deputatdan ŞİKAYƏT11:09Samir Şərifovun adamı "casus" peşində... - İDDİA10:47Bir qrup məmurun korrupsiya əməlləri ifşa oldu - Video10:27"Prezident gözəl bilir ki, kimlər qudurub" - Siyasi elmlər doktoru10:13Stokholmda “İsveç və Azərbaycan arasındakı dostluq münasibətlərinin təşviqi” adlı tədbir keçirilib10:13Stokholmda “İsveç və Azərbaycan arasındakı dostluq münasibətlərinin təşviqi” adlı tədbir keçirilib09:51Bu gün Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür - Bayrammz mübarək!!!09:51Bu gün Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür - Bayrammz mübarək!!!23:27Prezidentin ayırdığı pullar Ağsuda necə mənimsənilir?-FOTOLAR18:29Erməni alayı Qarabağ üçün hazırlaşır - Ölmək üçün səfərbər olurlar...18:1118 oktyabr - Müstəqillik haqqında Azərbaycan Respublikasının Konstitusiya Aktının qəbuluna dair 5 tezis - Əli Həsənov17:34Əli Əsədova “yaşıl işıq” – Baş nazir kadr dəyişikliklərinə başlayır16:26VƏRƏM MÜALİCƏ OLUNANDIR, KORRUPSİYA XƏSTƏLİYİ YOX-VİDEO15:30İki ay icra başçısında "haqq" çatdıra bilmədi işini itirdi - Alı Alıyev yerli məmurları necə şantaj edir?15:11Yaşlı nəslin yaxşı xatırladığı o Azərbaycan... – Əhmədov14:59Azərbaycanın Avropa İttifaqı ölkələri ilə ticarət dövriyyəsi 3%-dən çox artıb14:48Mayk Pens ANKARADA14:33Hava buludlu olacaq14:12Təhsil naziri: Ali məktəblər tələbələrin ödədiyi təhsil haqqından asılı vəziyyətdədir13:59XƏZƏR RAYONUNUN İNDİKİ BAŞÇISI SƏLƏFİNƏ QARŞI SAYMAMAZLIQ EDİB?13:14İlk "El Klassiko"nun vaxtı dəyişdirilir12:54Şişirdilən rəqəmlər, saxta tenderlər... - Və müəmmalı susqunluq...12:38“Ciddi kadr islahatlarının şahidi olacağıq” - Deputat məmurların düşmənçiliyindən DANIŞDI12:0813 saylı Cəzaçəkmə müəssisəsində NƏHS GÜNLƏR... - İTTİHAM11:30Göygöl SSİ-nin ÖZBAŞINALIĞI HARA GEDİR? Dımbılı cuvar Əhmədzadəni cadu-piti etdirib? - SƏHİH DETALLAR11:26Polkovnikdən Fuad Ələsgərova məktub var: “Ümidim Sizədir…”11:25Deputat Ülvi Quliyevin oğlu 18 yaşında Avropada şirkət açıb —FOTO11:20"Bütün bunlar Sizin işlədiyiniz dövrdə olub" - Əbülfəs Qarayevə müraciət21:3310 min manat rüşvət verməklə vəzifəyə təyin olunub-Qazanda bir tikə ət qalıb, onu kim yeməlidir?21:10"BAZARSTORE"- də kassaları azaldıblar ki, müştəriləri basabasda rahat aldatsınlar...18:07Prezident Mayıl Əhmədovu təltif etdi17:41“Qiymət artımını ciddi şəkildə hiss edəcəyik” - İlk zərbə hansı məhsullardan gələcək?17:25Rafael Cəbrayılov villasını satışa çıxartdı – Qardaşı ilə böyük qalmaqal17:12İlham Əliyevdən 7 milyonluq SƏRƏNCAM16:54DSMF-in direktor müavininin məhkəmə özbaşınalığı - Müraciət...16:30Dövlət Komitəsindən ƏCAİB ÇAĞIRIŞ... - Güləkmi, ağlayaqmı?16:16Azərbaycanda vəzifəli şəxsə cinayət işi açıldı – BU MADDƏ İLƏ15:55"5 min dollar verirəm, o xanım gəlib bizim stolda otursun"15:34Zakir Həsənov idarə rəisini işdən çıxardı - TƏYİNAT15:19Nazirə müraciət: “5-ci polis bölməsi şikayətimə baxmır” – Foto15:03"Qarabağ"dan 3 futbolçu – UEFA açıqladı14:46Müstəqillik Günü münasibətilə Heydər Əliyev Mərkəzinin parkında konsert olacaq14:30"Şəmsəddin Xanbabayev istəsə..." - GİLEY13:56Özü iki müharibənin veteranı, oğlu da 2 Aprel Savaşı döyüşçüsü... - Sosial durumu ağırdır...13:39Azərbaycanda yeni sığorta fırıldağı – ÖLƏN ADAMLARLA BİZNES13:22Erməni səfir Paşinyanı necə ifşa etdi? - “Əvvəl Serj, sonra Kim Kardaşyan...”13:04Gürcü sahibkarın bir milyonluq malı əlindən çıxıb-Leyla Janasianı tora salan dələduzlar kimlərdir12:49Bakıda saatlar tutuşduruldu - Ermənistan üçün Suriya “tələsi”12:16Gəncədə naqolay kadr islahatları... - İDDİA11:49İmişlidə maliyyə maxinasiyaları... - İTTİHAM11:27“Tac Mahal MTK” yenə də narazılıq yaradır... - GİLEY11:13Cəlilabadda süqut edən təhsil sistemi - İTTİHAM10:53Günün məzənnəsi açıqlandı - Mərkəzi Bank10:32Azərbaycana Qarabağda antiterror əməliyyatı aparmağa nə MANE OLUR… - TƏHLİL21:49BNA-nın şok planı - İDDİA21:31Türkiyəni təkləmək cəhdi: Vaşinqton təzyiqləri, Ankara israrını artırır - TƏHLİL21:22Sığorta şirkətlərinin fəaliyyətində MÜƏMMA - İLGİNC21:07Gədəbəy təhsilində biabırçı mənzərə... - İTTİHAM20:56Yeni baş nazir onunla işləmək istəmədi... - İDDİA16:08İstehlak Mallarının Ekspertizası Mərkəzi dövlət vəsaitini belə xərcləyir-Tender müəmması16:03Hicran Hüseynova qadın zorakılığına susur: 3 milyonluq fiasko15:52"Camaat aylarla sürünür növbədə..." - GİLEY15:39Cahangir Hacıyevin bacanağı azadlığa buraxıldı15:12GƏNCƏDƏ ŞOK HƏBSLƏR: SAXTA DİPLOM SATANLAR YAXALANDI - Onlar arasında Gəncə Dövlət Universitetinin kafedra müdiri də var14:59“İstedArt” layihəsinin yeni mövsümünə start veriləcək14:46Ramil, Riçard, Bəhlul - Millinin ən yaxşıları14:30Lənkəranda 42 yaşlı qadını DÖYDÜLƏR14:09Göygöl DYP-yə yeni rəis təyin olunub13:54“Evrascon” ASC 5 aydır işçilərin maaşını vermir... - GİLEY12:42Masallıda işlər niyə əyri gedir? - ARAŞDIRMA12:10“İnşaat konstruksiyaları” MMC narazılıq yaradır - hər sakindən min manat rüşvət11:57Rafael Cəbrayılovun şok səs yazısı yayıldı: “Türməyə gedirəm...” - AUDİO11:27Erməni batalyonu Türkiyə Ordusu ilə döyüşə yollandı10:51Bakıda Türk Şurasının VII Zirvə Görüşü keçirilir10:33Azərbaycan neftinin SON QİYMƏTİ17:03Məktəb direktorundan nazir müavininə ağır ittiham16:59Həmyerlimiz Almaniya Radiologiya Cəmiyyətinin xüsusi təqaüdünə layiq görülüb16:41"Şəffaf" tenderlər rubrukasından: İcra Hakimiyyəti MTN-in pulunu aldığı şəxslə müqavilə bağladı – 259 min manat16:27Azərbaycanın yeniyetmə şahmatçısı dünya çempionu olub15:58İnhisarçılıq zəifləyərsə, nə baş verər?! - TƏHLİL15:44Azərbaycan “Keşikçidağ”ı gürcülər üçün açdı - Yalnız turist kimi gələ bilərlər...11:35"Bu yolda həm qardaş Türkiyəyə, həm də Azərbaycanımıza uğurlar diləyirik" - Əli Həsənov11:28Rafael Cəbrayılov prokurorluğa çağırılıb - keçmiş deputata məsləhət görülüb ki....11:01"Azəriqaz" yenə də narazılıq yaradır... - GİLEY10:43Qardaş ölkənin Suriyada başladığı 3-cü antiterror əməliyyatı ilə bağlı yaxın gözləntilər - əməliyyat uzana bilərmi...10:23Gəncə təhsilində pulyığma sezonu... - İDDİA18:23Paşinyanın casusla yazışması üzə çıxdı – İrəvan çalxalanır18:14“Dövlətin malını dədə malı kimi dağıdırdılar” - İTTİHAM18:04BDU-da “2 ELÇİN FAKTORU” – Universiteti kim idarə edir: Elçin Babayev, yoxsa Elçin Məmmədov?17:41İradə Gülməmmədovanın rayonun Görədil kəndində sakinlərlə növbəti səyyar qəbul-görüşü keçirilib.17:40DTX-dən müdhiş əməliyyat: xaricdə təlim keçən terrorçu dəstə belə yaxalandı - VİDEO17:38Председатель “Конгресса Азербайджанцев" Муртазе Гюлмамедов встретиться с Министром национальной политики РСО-Алания с Цуциевым Аслан Аркадьевичом15:14Əliyev Paşinyanı darmadağın etdi: Nikol isə yalana əl atdı - VİDEO13:30İşdən çıxarılan xanım dosent açıq məktub YAZDI - İTTİHAM13:13Bakı Nəqliyyat Agentliyinin rəsmisi saxta arayış verib - İTTİHAM12:46Oktyabrın 11-i ulu öndər Heydər Əliyevin ikinci dəfə Azərbaycan Prezidenti seçildiyi gündür12:30Rüşvətxorlu ittihamı ilə qovulan general yenidən vəzifə ümidində... - ŞOK İDDİA
BÜTÜN XƏBƏRLƏR
Oktyabr 2019 (291)
Sentyabr 2019 (617)
Avqust 2019 (631)
İyul 2019 (563)
İyun 2019 (423)
May 2019 (557)

«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

"Etimadı daha çox doğrultmayanı Sahil Babayevdir..." - İDDİA

07 yan 2019, 11:18   
    122
"Etimadı daha çox doğrultmayanı Sahil Babayevdir..." - İDDİA

Cənab Prezident tərəfindən bu il təyin olunmuş nazirlər arasında xalqın etimadını daha çox doğrultmayan Əmək və Əhalinin Sosial Müdafiə naziri Sahil Babayevdir”

Bu sözləri “Paralel” qəzetinin baş redaktoru Tapdıq Abbas feysbuk hesabında yazıb.

Onun sözlərinə görə, nazir yalançıdır, qəbula gələn insanlara hörmətsizlik edir, əliliyin təsdiq edilməsi prosesində xalqa zülm edir:

“Sosial yardıma ciddi ehtiyacı olan əksər insanları qeydiyyatdan keçirmir, guya bu yolla dövlətə “fayda” verir! Nazirliyə yaxınlarını, dostlarını yığıb, dostluq klubu kimi idarə edir, hətta vətəndaşların qəbulu zamanı elektron siqaret çəkirdi…”

T.Abbas qeyd etdiyibu mənfilikləri nazirin qəbul günü oradakı insanlardan duyduğunu və gördüyünü bildirib: “67 yaşında ikinci qrup əlil və müharibə veteranını 4 saat(!) gözlətdikdən sonra qəbula ən sonuncu düşdüm!

İkinci qrup əlil və müharibə veteranı kimi, nazirə müalicəyə ciddi ehtiyacım olduğunu bildirdim. Məni əmin edib, arxayın yola saldı. İndi həmin qəbuldan düz 6 ay keçməsinə baxmayaraq, heç bir nəticə yoxdur. Belə də yalançı nazir olar?!

Düşünürəm ki, Sahil Babayevin namizədliyini nazir vəzifəsinə kim irəli sürübsə, çox ciddi yanlışlığa yol verib, sonda çox peşman olacaq, çünki bu səviyyə ilə nazir işləmək olmaz”.

Baş redaktorun yazdıqları sosial şəbəkədə səs-küy doğurub. Onun statusuna şərh yazanlar da maraqlı məqamlar açıqlayıblar.

Fəqani Hüseynovun dediyinə görə, Gədəbəy hələ də pensiyanı almayıb, ilin son ayı bitir. Vüqar Kərimov belə şərh verib:

“Bəs deyirdilər Səlim Müslümov getsə düzələcək. Nə oldu?Onsuz da Azərbaycanda təzə vəzifəyə gələn həmişə gedənin atasına rəhmət oxutdurur”.
Müzəffər Fərəcov yazır: “Əsirlikdə itib batan əmək stajlarını məhkəmə yoluyla təsdiq edənləri də süründürməçiliyəsalıb. Gülünc və yarıtmaz işlərlə məşğuldur.

Nazir olub, anlamır ki, işğal edilən ərazilərdən insanların mənim kimi əksəriyyəti canlarını məcburən çıxara biliblər. Bu dövlətdə kiminsə yerinə qoyulanlar özündən əvvəlkilərin ölüsünə rəhmət oxutdurmaq üçün təyin edilirlər”.

Mübariz Binnətoğlu: “Səlim Müslümovun vaxtında heç olmasa vətəndaşı dinləyən var idi. İndi adı çəkilən nazirlikdə özbaşınalıq sürətlə inkişaf edir”.

PİA.AZ xəbər verir ki, ünvanlı sosial yardım alanların “kədərli bayram sevinci” də üzə çıxıb. Nazirliyin ÜSY ilə bağlı yarıtmaz fəaliyyəti rəqəmlərlə sübuta yetirilib.

İqtisadçı olan Qalib Toğrul feysbukda çox maraqlı məlumatları paylaşıb və ortalığa real faktlar qoyub. Belə ki, prezident 2018-ci il 28 dekabr tarixinə ünvanlı dövlət sosial yardımı (ÜSY) alan ailələrin hər birinə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə 100 manat məbləğində birdəfəlik yardım ödənilməsi məqsədilə 2018-ci il dövlət büdcəsində ünvanlı dövlət sosial yardımı və sosial müavinətlər üçün nəzərdə tutulmuş vəsaitin xərclənməmiş qalıq hissəsindən 5 milyon manat ayırıb. Bu da o deməkdir ki, ölkəmizdə 50 min ailə ünvanlı sosial yardım alır.

Ancaq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bazasına yerləşdirilən məlumata istinad etsək (işğal altında olan 7 rayonun bazaya daxil edilməyən məlumatları istisna olmaqla), 20.12.18-ci il tarixinə, 39 893 ailə ÜSY alır.

Son illər hər il dövlət büdcəsindən ÜSY-nin maliyyələşməsinə 200 milyon manatdan az olmamaqla vəsait ayrılır.

Cədvəldən də göründüyü kimi 2018-ci ilin əvvəli ilə müqayisədə ÜSY alanların sayı kəskin şəkildə azaldılıb. Vəsaitin tam xərclənmədiyi elə sərəncamdan da aydın olur. Fikir verdinizsə, sərəncamda yazılır:

“2018-ci il dövlət büdcəsində ünvanlı dövlət sosial yardımı və sosial müavinətlər üçün nəzərdə tutulmuş vəsaitin xərclənməmiş qalıq hissəsindən…”
Maraqlı olan digər məsələ ÜSY alanların ölkə üzrə paylanması vəziyyətidir. Əvvəllər yazılmamış qaydalara görə, regionlar arasında tarazlıq gözlənilir, bir rayonun digərindən kəskin fərqlənməsinə imkan verilmirdi. İndi isə vəziyyət fərqlidir.

Bu günə olan statistikaya görə, ən çox ÜSY alan rayon və şəhərlərin ilk onluğu belədir:

1. Lənkəran – 2433 ailə;
2. Sumqayıt – 2294 ailə;
3. Masallı – 1790 ailə;
4. Gəncə – 1631 ailə;
5. Abşeron – 1576 ailə;
6. Suraxanı – 1513 ailə;
7. Xaçmaz – 1293 ailə;
8. Şabran – 1230 ailə;
9. Qaradağ – 1196 ailə;
10. Sabunçu – 1091 ailə.

ÜSY təyinində neqativ halların olmasını istisna etsək, o zaman əhalinin sayında yoxsulların xüsusi çəkisinə görə, ən yoxsul rayonumuz Şabran olmalıdır.

Ən az ÜSY alanların 5-liyi isə aşağıdakı şəkildədir:
1. Qobustan – 27 ailə;
2. Naftalan -59 ailə;
3. Oğuz – 68 ailə;
4. İsmayıllı – 79 ailə;
5. Zərdab – 84 ailə.

Doğrudan da maraqlı rəqəmlərdi. Xaçmazda əhali sayı 180 min nəfərdir, Şabranda isə 37 min nəfər. Və belə görünür ki, hər iki rayonda bu yardımı alan yoxsul ailələrin sayı eynidir.
OXŞAR MÖVZULAR