Impera

XƏBƏR LENTİ
11:30"Bütün bunlardan artıq bezmişik" - Xaçmazda ÖZBAŞINALIQ11:09Laçınlı məmurdan prezidentə şikayət olundu - İTTİHAM10:43“1000 bərəkət, halal nemət" TƏHLÜKƏSİ... - ARAŞDIRMA10:30Azərbaycan nefti həftə ərzində 2%-ə yaxın bahalaşıb10:18Atəşkəs 22 dəfə pozulub15:09Müxalifətin mitinqində “Sipark”a etirazlar – Video11:35Binəqədi DSMF-dən ciddi narazılıq11:30Türkiyə ordusuna hücum: şəhid və yaralı var11:25Qobustanda ev yandı, Bakıda faciənin qarşısı alındı11:21Cüdoçu qızlarımız Sloveniyada 6 medal qazanıblar11:15Əli Kərimli: “Az qala ölürdüm” / Siyavuş Novruzov: “Təxribat törətməyəydin”16:32Bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsinə başlanılıb - Bu gündən16:08Gələn həftə dəyişikliklərin START DÜYMƏSİ BASILIR... - Kimlər gedir?15:54Rafael Cəbraylovun binaları sökülərsə... - "...binaların çoxu “kaçalka”ların yerində tikilib"15:34Ceyhun Bayramov işinin öhdəsindən gəlirmi? - Görünəni odur ki...15:22UEFAdan İKİLİ STANDART!!! - “Qarabağ”ı cərimələdi, amma erməni təxribatı ilə bağlı açıqlama vermədi13:00BANK SEKTORUNA “SARI VƏRƏQƏ” – Məmur-bankirlər son müşavirədən nəticə çıxaracaqlarmı?12:33Türkiyəyə qarşı ŞOK TƏLƏBLƏR: 60 deputat imzaladı12:11Sabiq nazir oğlu Londondakı şirkətlərini niyə bağlayıb?11:56Texniki-Humanitar Liseydə bazar qanunları - İTTİHAM11:34Vilayət Eyvazovdan növbəti — TƏYİNAT00:05Gömrük Generalının Çexiyadakı nəhəng mülkləri-FOTOLAR20:35"Bakı Metropoliteni"nin bütün stansiyalarının rəisləri və müavinləri dəyişib - SİYAHI20:17Sahil Babayevin abadlaşdırdığı “xarabalığın” əsl memarı Füzuli Ələkbərov: - Keçmiş nazir hələ “göylərdədir”20:06Azərbaycanda internetin sürəti ilə bağlı MÜƏMMA - Nazirlik inkar edir19:51"Radikal və dağıdıcı müxalifətdən qurtuluşun zamanı yetişib" - Əli Həsənov19:35Qubadlının icra başçısı Xətaiyə gətirilir? - İDDİA16:40Руководитель пресс службы “Kонгресса Азербайджанцев” РСО-Алания Эльчин -Шукур, встретился с Уполномоченным по правам человека Чеченской республики Нухажиев Нурди Садиевичом.16:17SDU-da “Azərbaycanda elmin və təhsilin inkişafında Bakı Dövlət Universitetinin rolu” mövzusunda elmi-praktik konfrans keçirildi15:55Azərbaycanda bu şəxslər övladlığa uşaq götürə bilməyəcək15:51İradə Gülməmmədova Xırdalan şəhər sakinlərilə görüşdü15:41Prezident Rövşən Rzayevi qəbul edib15:22“Araz-Alko” MMC-də müəmmalı olaylar... - Müraciət...15:05Türkiyədə dollar ucuzlaşdı14:48Taleh Qaraşovla bağlı iddia... - VİDEO14:28Ağsuda nə baş verir? - İTTİHAM14:14İlham Əliyev hansı nazirlərlə vidalaşır? – arxaik idarəçiliyə son!12:54Oqtay Şirəliyev yola salınır - SƏHİYYƏ NAZİRİ İŞ OTAĞINI BOŞALTDI12:33Ceyhun Bayramov buralara bir göz atsa... - İTTİHAM12:14Suriya hökuməti Türkiyə-ABŞ sazişinə münasibət bildirdi11:49Miqrasiya xidməti əməkdaşı bir milyonluq əmlakı qəsb olunmuş gürcü sahibkarı niyə deport etmək istəyib-VİDEO11:22“Tək qadınam, dərs saatım yoxdur” - Deputatdan ŞİKAYƏT11:09Samir Şərifovun adamı "casus" peşində... - İDDİA10:47Bir qrup məmurun korrupsiya əməlləri ifşa oldu - Video10:27"Prezident gözəl bilir ki, kimlər qudurub" - Siyasi elmlər doktoru10:13Stokholmda “İsveç və Azərbaycan arasındakı dostluq münasibətlərinin təşviqi” adlı tədbir keçirilib10:13Stokholmda “İsveç və Azərbaycan arasındakı dostluq münasibətlərinin təşviqi” adlı tədbir keçirilib09:51Bu gün Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür - Bayrammz mübarək!!!09:51Bu gün Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür - Bayrammz mübarək!!!23:27Prezidentin ayırdığı pullar Ağsuda necə mənimsənilir?-FOTOLAR18:29Erməni alayı Qarabağ üçün hazırlaşır - Ölmək üçün səfərbər olurlar...18:1118 oktyabr - Müstəqillik haqqında Azərbaycan Respublikasının Konstitusiya Aktının qəbuluna dair 5 tezis - Əli Həsənov17:34Əli Əsədova “yaşıl işıq” – Baş nazir kadr dəyişikliklərinə başlayır16:26VƏRƏM MÜALİCƏ OLUNANDIR, KORRUPSİYA XƏSTƏLİYİ YOX-VİDEO15:30İki ay icra başçısında "haqq" çatdıra bilmədi işini itirdi - Alı Alıyev yerli məmurları necə şantaj edir?15:11Yaşlı nəslin yaxşı xatırladığı o Azərbaycan... – Əhmədov14:59Azərbaycanın Avropa İttifaqı ölkələri ilə ticarət dövriyyəsi 3%-dən çox artıb14:48Mayk Pens ANKARADA14:33Hava buludlu olacaq14:12Təhsil naziri: Ali məktəblər tələbələrin ödədiyi təhsil haqqından asılı vəziyyətdədir13:59XƏZƏR RAYONUNUN İNDİKİ BAŞÇISI SƏLƏFİNƏ QARŞI SAYMAMAZLIQ EDİB?13:14İlk "El Klassiko"nun vaxtı dəyişdirilir12:54Şişirdilən rəqəmlər, saxta tenderlər... - Və müəmmalı susqunluq...12:38“Ciddi kadr islahatlarının şahidi olacağıq” - Deputat məmurların düşmənçiliyindən DANIŞDI12:0813 saylı Cəzaçəkmə müəssisəsində NƏHS GÜNLƏR... - İTTİHAM11:30Göygöl SSİ-nin ÖZBAŞINALIĞI HARA GEDİR? Dımbılı cuvar Əhmədzadəni cadu-piti etdirib? - SƏHİH DETALLAR11:26Polkovnikdən Fuad Ələsgərova məktub var: “Ümidim Sizədir…”11:25Deputat Ülvi Quliyevin oğlu 18 yaşında Avropada şirkət açıb —FOTO11:20"Bütün bunlar Sizin işlədiyiniz dövrdə olub" - Əbülfəs Qarayevə müraciət21:3310 min manat rüşvət verməklə vəzifəyə təyin olunub-Qazanda bir tikə ət qalıb, onu kim yeməlidir?21:10"BAZARSTORE"- də kassaları azaldıblar ki, müştəriləri basabasda rahat aldatsınlar...18:07Prezident Mayıl Əhmədovu təltif etdi17:41“Qiymət artımını ciddi şəkildə hiss edəcəyik” - İlk zərbə hansı məhsullardan gələcək?17:25Rafael Cəbrayılov villasını satışa çıxartdı – Qardaşı ilə böyük qalmaqal17:12İlham Əliyevdən 7 milyonluq SƏRƏNCAM16:54DSMF-in direktor müavininin məhkəmə özbaşınalığı - Müraciət...16:30Dövlət Komitəsindən ƏCAİB ÇAĞIRIŞ... - Güləkmi, ağlayaqmı?16:16Azərbaycanda vəzifəli şəxsə cinayət işi açıldı – BU MADDƏ İLƏ15:55"5 min dollar verirəm, o xanım gəlib bizim stolda otursun"15:34Zakir Həsənov idarə rəisini işdən çıxardı - TƏYİNAT15:19Nazirə müraciət: “5-ci polis bölməsi şikayətimə baxmır” – Foto15:03"Qarabağ"dan 3 futbolçu – UEFA açıqladı14:46Müstəqillik Günü münasibətilə Heydər Əliyev Mərkəzinin parkında konsert olacaq14:30"Şəmsəddin Xanbabayev istəsə..." - GİLEY13:56Özü iki müharibənin veteranı, oğlu da 2 Aprel Savaşı döyüşçüsü... - Sosial durumu ağırdır...13:39Azərbaycanda yeni sığorta fırıldağı – ÖLƏN ADAMLARLA BİZNES13:22Erməni səfir Paşinyanı necə ifşa etdi? - “Əvvəl Serj, sonra Kim Kardaşyan...”13:04Gürcü sahibkarın bir milyonluq malı əlindən çıxıb-Leyla Janasianı tora salan dələduzlar kimlərdir12:49Bakıda saatlar tutuşduruldu - Ermənistan üçün Suriya “tələsi”12:16Gəncədə naqolay kadr islahatları... - İDDİA11:49İmişlidə maliyyə maxinasiyaları... - İTTİHAM11:27“Tac Mahal MTK” yenə də narazılıq yaradır... - GİLEY11:13Cəlilabadda süqut edən təhsil sistemi - İTTİHAM10:53Günün məzənnəsi açıqlandı - Mərkəzi Bank10:32Azərbaycana Qarabağda antiterror əməliyyatı aparmağa nə MANE OLUR… - TƏHLİL21:49BNA-nın şok planı - İDDİA21:31Türkiyəni təkləmək cəhdi: Vaşinqton təzyiqləri, Ankara israrını artırır - TƏHLİL21:22Sığorta şirkətlərinin fəaliyyətində MÜƏMMA - İLGİNC21:07Gədəbəy təhsilində biabırçı mənzərə... - İTTİHAM20:56Yeni baş nazir onunla işləmək istəmədi... - İDDİA
BÜTÜN XƏBƏRLƏR
Oktyabr 2019 (329)
Sentyabr 2019 (617)
Avqust 2019 (631)
İyul 2019 (563)
İyun 2019 (423)
May 2019 (557)

«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Banklarımıza təkcə biz yox... - Xaricilər də etibar etmir...

11 yan 2019, 16:24   
    132
Banklarımıza təkcə biz yox... - Xaricilər də etibar etmir...
Azərbaycanda bankların maliyyə vəziyyəti onsuz da ürəkaçan deyil. Rəsmi rəqəmlərə istinad etsək, hələ də banklar maliyyə böhranından çıxa bilməyiblər. Problemli kreditlərin həcminin sürətlə artması, kreditləşmə prosesinin zəif olması və əhalinin banklara olan etimadının itməsi yerli maliyyə qurumlarının işini kifayət qədər çətinləşdirib. Hələ 2015-ci ilin böhranından başlayaraq əhali banklardan əmanətlərini sürətlə geri çəkməyə başladı.

Xüsusilə də manat ekvivalentində olan əmanətlərin geri çəkilərək dollarla əvəzlənməsi maliyyə bazarında manatın mövqeyini ciddi şəkildə zəiflətmişdi. Manata qarşı təhlükələrin artması analoji prosesi yenidən gündəmə gətirib. Bu dəfə isə xarici vətəndaşlar yerli banklardakı əmanətlərini geri çəkməyə başlayıb. Belə ki, Mərkəzi Bankın qeyri-rezidentlərin banklardakı əmanətlərinin məbləğini açıqlayıb. Məlumata əsasən, ötən ilin noyabrında xaricilərin əmanətləri 84,6 milyon manat azalaraq dekabrın 1-nə 760 milyon manat təşkil edib. Bu müddətdə xaricilərin milli valyuta ilə əmanətləri 11,5 milyon manat artaraq 98,4 milyon manata çatıb, xarici valyuta ilə əmanətləri isə 96,1 milyon manat azalaraq manat ekvivalentində 661,6 milyon manat olub.

Hesabat dövründə fiziki şəxslərin əmanətləri 8 073,5 milyon manat təşkil edib ki, bunun da 7 313,5 milyon manatı rezident, 760 milyon manatı isə qeyri-rezidentlər tərəfindən yerləşdirilib.

Ekspertlər hesab edir ki, azalmanın başlıca səbəbi bəzi kommersiya banklarının manatla qoyulan depozitlərdə əmanət faizlərini aşağı çəkməsidir. Bu, xarici əmanət sahiblərinin vəsaitlərinin banklardan çəkməsində mühüm rol oynayır. İkinci səbəb isə, Azərbaycanda manatın gələcək taleyində neqativ tendensiyaların olması ilə bağlı gözləntilərin kifayət qədər çoxalması ilə bağlıdır.

Məlumdur ki, manatın məzənnəsi xarici faktorların təzyiqlərinə kifayət qədər həssasdır. Qonşu ölkələrdə, türk lirəsi, İran rialı, rus rublu, Qazaxıstan təngəsi, hətta Gürcüstan larisi ilə bağlı gedən proseslər bir müddət sonra manata mənfi təsirini göstərməyə başlayır. Nəzərə alsaq ki, bu ölkələr həm də Azərbaycanın ən önəmli tərəfdaşlarıdır, deyə bilərik ki, artıq manata psixoloji təsirlər hiss olunur.

İqtisadçı-alim Fuad İbrahimov “Cümhuriyət” qəzetinə xarici vətəndaşların Azərbaycan banklarında olan əmanətlərini geri çəkməyin səbəblərini izah edib. O, bildirib ki, buna səbəb ötən ilin IV rübündə dünya bazarlarında neftin qiymətinin kəskin şəkildə ucuzlaşması olub:

“Tədqiqatlara əsasən, hazırda dünya birjalarında neftin qiyməti müəyyən dəhlizdə üfüqi dalğalanacaq. Əgər həcm indikatorlarında qeyri-adi dəyişikliklər olmasa, böyük ehtimalla neft qiymətlərində yüksəlmə trendini müşahidə edəcəyik. Əmanətlərini əsasən milli valyutada yerləşdirən qeyri-rezidentlərin vəsaitlərini banklardan geri çəkməsinin əsas səbəbi neft qiymətləri oldu. Onu da nəzərə almaq lazımdır ki, iqtisadçılarımızın ictimaiyyətdə təşviş yaradan fikirlər bölüşməsi də əcnəbilərin vəsaitlərini banklardan geri çəkməsinə təsir göstərir. Bu gün tam əminliklə deyə bilərik ki, növbəti devalvasiya gözlənmir və bundan irəli gələn qeyri-adi çətinliklər olmayacaq. Çünki Azərbaycan iqtisadiyyatı artıq adaptasiya dövrünü keçib. İqtisadiyyatımız 2015-ci ildə baş verən devalvasiyadan dəyən zərbədən sonra yaranan təlatümlərə uyğunlaşıb. Bundan sonra baş verən hadisələrə daha çevik reaksiya verib. Qeyd edim ki, həmin illərdə baş vermiş devalvasiya ilk növbədə bank sistemini yıxdı. Bu gün sağlam bazar reaksiya verir. Kapitalın geri çəkilməsi riskin diversifikasiya olunmasıdır. Yəni, investisiyanın kapital riskini azaltmaq üçün investor vəsaiti müxtəlif obyektlər arasında bölür, riskli vəziyyətin yarandığını hiss etdikdə vəsaiti geri çəkir. Bu yolla investor ehtiyatını saxlayır”.

Analitik qeyd edib ki, kommersiya banklarında manatla qoyulan depozitlərdə əmanət faizləri müxtəlifdir:

“2015-ci ilə qədər olan əmanət faizləri ilə hazırkı göstəricilər arasında azalma var. Banklar müxtəlif depozit faizləri təklif edə bilərlər. Doğrudur, milli valyuta ilə yerləşdirilən əmanətlərin depozit faizləri yüksəkdir, amma banklar xarici valyutada qoyulan əmanətləri aşağı qəbul edir. Manatla və xarici valyutada qoyulan əmanətlər arasında 3-4 dəfə fərq var. Manatla qoyulan əmanətlərə görə banklar aylıq 6-15 faiz, xarici valyutada qoyulan əmanətlərə görə isə aylıq 3 faiz təklif edirlər”.

Əmanətlərin geri çəkilməsinin banklara təsirinə gəlincə, Fuad İbrahimov deyib ki, istənilən halda banklardan depozitlərin, aktivlərin geri çəkilməsi onun fəaliyyətinə təsirsiz ötüşmür:

“Bankın fəaliyyəti onun maliyyə aktivliyindən asılıdır. Əlbəttə, bu, neqativ haldır, bankların fəaliyyətini, layihələrdə iştirakını məhdudlaşdırır. Ancaq fəaliyyəti dövründə banklar da, eləcə də iqtisadiyyat da belə arzuolunmaz məqamlarla qarşılaşır”.
OXŞAR MÖVZULAR