Impera

XƏBƏR LENTİ
18:09Qəbələdə zibilliyə vurulmuş od saatlarla sonra söndürülə bilindi... Video-Fotolar16:00Hacıbala Abutalıbovun inanılmaz sərvəti ortaya çıxdı (SİYAHI/FOTOLAR)15:14Azərbaycanın ən fərqli modelindən seksual FOTO,VİDEO15:13Vergi cinayətləri törədən vəzifəlilər – İqbal Məmmədov tək deyil…15:12Vilayət Eyvazovdan yeni təyinatlar13:00Validə Abbasovadan gənc qızlara meydan oxuyan — FOTOLAR12:46Məmurlara ÇAĞIRIŞ - "Hamınz oğurladıqlarnız qusacaqsınız..."12:23“Bu, biznesmen məmurlar üçün başağrısıdır” - Oliqarxların gücü12:00Zakir Zeynalovdan etiraf: "Oğlum günahkardır"11:30Arif Əsgərov və oğlu borca görə 3 il həbs edilə bilər11:00Prezidentə ŞOK MÜRACİƏT - Baş redaktor İlham Əliyevə nələri yazdı...20:09İstanbulun tam mərkəzində, Sultanəhməd məscidi yaxınlığında yerləşən Aybar oteli 2015-ci ildə istifadəyə verilib. Dördmərtəbəli dördulduzlu otelin sahibi Milli Məclisin deputatı,20:04ŞAHPLOV restoranının əsl sahibi də Milli Məclisin deputatı Ağalar Vəliyevdir. Əvvəllər bura VENTURA adı ilə məşhur olub18:00Putin "Orta və yaxın mənzilli raketlərin ləğvi"nə dair müqavilə barədə bəyanatla çıxış edib17:4091 yaşlı adamın ağ ciyərindən baxın nə çıxdı - FOTO17:20Bakıda yeniyetmə qız evdən qaçdı: atası bir ildir zorlayırmış17:10Erdoğan kritik toplantıda talimatı verdi!16:59İlin sonuna kimi... - Qarabağ məsələsi HƏLL OLUNUR?16:40Tarixin ən güclü "Ferrari"sinin qiyməti açıqlandı - FOTO16:28Ekspertlər: Tramp Yerevana eyham vurur ki, Qarabağ üzrə mövqeyini dəyişməli, Bakı ilə razılığa gəlməlidir16:22Biznesmen deputatın İstanbuldakı dəbdəbəli oteli (FOTO)16:14Azərbaycanda 16 yaşlı oğlanı söyüş üstündə öldürdü16:09Növbəti tender müəmması: yayın cırhacırında "bahar satınalması"...15:57Deputat “5-6 milyonla işi bağlayacam” deyib?15:36"Uşaq gəlib orda baş yarmağı görmürsə..." - Hacı Surxay Məhərrəmlik ayından danışdı15:35Sahibkarlar Ufada beynəlxalq festivalda iştiraka dəvət olunurlar15:33Hindistanda məbədin divarları ÇÖKDÜ - ÖLƏNLƏR VAR15:32"Bu, ilk və son idi" - Şeyma Subaşı qalmaqal yaradan hərəkətinə peşmandır15:29DİN Bakıda baş verən dəhşətli hadisə ilə bağlı məlumat yaydı14:35“Narahat olmayın, “Qarabağ” qrupa düşəcək” – Vaqif Sadıqov14:32Ata uşağının gözü qarşısında ananın boğazını kəsdi - VİDEO14:29Fransa Azərbaycan yeni səfir təyin etdi14:27Azərbaycanda saz havasına hovuzda rəqs etdilər - Video14:21Mərdəkan körpüsündən avtomobil aşıb, xəsarət alanlar var13:21FHN: Bu il Azərbaycanda çox isti hava olmayıb13:12“Baku Bus”ın avtobusunda tüstülənmə olub - VIDEO12:38İran-Azərbaycan dəmir yolu xəttinin xəritəçəkmə prosesi başa çatıb12:26General Hacı Əliyevin rütbəsini artırdı11:31Bakıda restoranda inanılmaz görüntülər - Hovuza girib rəqs etdilər - VİDEO10:36Qonşu qızla oğlan intihar etdi – Azərbaycanda faciə10:25Taxta bazarındakı yanğında zərərçəkənlər evə buraxıldı10:07Bakıda “Range Rover” parka girdi - REAL VİDEO09:40Erməni tərəfi atəşkəs rejimini 21 dəfə pozub23:38Sumqayıt məhkəməsinin hakimi biznesmenə qarşı silah davasına çıxmağa hazırdır? –VİDEO17:32FHN 133 yaşayış binası ilə bağlı QƏRAR VERDİ17:28Əsəd qüvvələri türk əsgərlərinə hücuma keçdi17:23"Neftçi"də Dabo qalmaqalı böyüyür - "Bu ölkədən rədd olmalısan!"17:18"Mühacir biznesi": insanlar necə aldadılır? - RƏYLƏR17:15Pilotun xanımı: "Oğluma necə deyəcəm ki, atan bir də qayıtmayacaq?"14:06Keçmiş nazir müavini Əsgərovun və oğlunun yeni əməlləri üzə çıxdı14:04Bir evdən üç general... – Əli Nağıyev və qardaşları14:01“Qara qutu” oxundu – MiQ-29-un qəzaya uğrama səbəbi bilindi13:58Space TV-nin efirində Üzeyir Mehdizadəyə görə dava düşdü — VİDEO13:56Könül: “Onunla sevgili olardım” — ETİRAF \ FOTO13:54Bu ərazilərdə qaz olmayacaq13:44Polisdən avtomobil sahiblərinə XƏBƏRDARLIQ — Ehtiyatlı olun!13:27Lətifə dənizdən elə — FOTOLAR PAYLAŞDI Kİ13:25Azərbaycanda bu məşhurların gizli və intim — VİDEOLARI YAYILIB13:23DİN: Ucarda hər hansı qeyri-adi məxluqa rast gəlinməyib13:21Sabiq İH başçısının qardaşı oğlu 1 milyonunu istəyir: “Məni döyərək səsimi diktafona yazdılar”13:20Bakı metrosundan istifadə edənlərə ŞAD XƏBƏR13:18Prezident İnzibati Xətalar Məcəlləsinə dəyişikliyi təsdiqləyib12:11Bir ailədə 3 general-leytenant11:02Hərbi təyyarəmizin qəzaya uğrama səbəbi: yad cisimlə toqquşub, pilot xəsarət alıb10:46Britaniya telekanalı Putin haqqında film çəkəcək10:30Peşə məktəblərinə sənəd qəbulu başladı10:18Azərbaycanda 4 bal gücündə zəlzələ olub10:04Düşmən ordumuzun mövqelərini atəşə tutdu09:42Çempionlar Liqasında günün nəticələri09:32Qubada yol qəzasında xəsarət alanların SON DURUMU09:20Putindən Avropa Şurasına mesaj08:50Qəbələ otelləri siyasi oyunlara alət edilib.17:33Müşfiq Rəhimovun yerinə o gətirildi - YENİ TƏYİNAT17:21Dövlət Komitəsinin sədri və sədr müavinləri bölgələrdə vətəndaşları qəbul ediblər17:07Ofelya Zeynalova vəfat etdi - FOTO16:50Azərbaycandan Həcc ziyarətinə gedən zəvvarların ilk qrupu Vətənə dönüb16:48Bakıda ŞOK HADİSƏ — Avtoş dönər bıçağı ilə yol polisinə hücum etdi16:23Dünyada 20 milyon insanın həyatı risk altındadır – Azərbaycanda da iki hal qeydə alınıb16:07Xalq artisti vəfat etdi15:51Bakıda dəhşət: uşaq və qadın "Kamaz"ın altından son anda xilas oldu - VİDEO15:30"Ayağı bir-birinə zəncirlənən azyaşlının xalası dərhal cəzalanmalıdır" - AÇIQLAMA14:56Bu ölkə 2020-ci ildən ikili vətəndaşlığa icazə verəcək14:41Mehriban Əliyeva pilotumuz Rəşad Atakişiyevin vida mərasiminə əklil göndərdi - FOTOLAR14:23Bakıda dəhşətli qəza: maşın prospekt boyu belə fırlandı - VİDEO14:00AFFA bir neçə klubu cərimələdi - SƏBƏB13:50Bakı da ən ucuz - məktəbli yarmarkası açıldı13:18Pilotun həyat yoldaşı: "Axtarış-xilasetmə qruplarının gərgin əməyinin şahidi olduq"12:37İnstaqram bunu bacaranlara pul mükafatı verəcək12:18"Jara" 5 gün olacaq?11:09"Ruhun şad olsun, oğul" - Flora Kərimova Rəşad Atakişiyevdən yazdı10:45Baş nazirdən QƏRAR - Bu qurum da büdcədən maliyyələşəcək10:19Siyəzəndə QƏZA: Səkkiz nəfər xəsarət aldı09:56Azərbaycan nefti cüzi ucuzlaşıb09:46Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 23 dəfə pozub22:03Accsess Bank 70-dən çox insanı işsiz qoydu-şok faktlar20:24Səfər Mehdiyevin “paqon”luları: Gömrükdəki özbaşınalıqlar dövlət üçün təhlükəli həddə çatıb17:40Ankaranın növbəti PKK əməliyyatını zəruri edən nədir? - TƏHLİL17:25İradə Gülməmmədova Xırdalan sakinləri ilə görüşdü - FOTO17:20Azərbaycanda yeniyetmə valideynlər - Onların dəqiq sayı bilinmir17:12Yeni aqrar sığorta mexanizminin tətbiqinə başlanılır
BÜTÜN XƏBƏRLƏR
Avqust 2019 (475)
İyul 2019 (564)
İyun 2019 (423)
May 2019 (557)
Aprel 2019 (537)
Mart 2019 (417)

«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Ədliyyə Nazirliyindən Fuad Cavadova “DUR” deyən olacaqmı? - İTTİHAM

17 yan 2019, 13:27   
    155
Ədliyyə Nazirliyindən Fuad Cavadova “DUR” deyən olacaqmı? - İTTİHAM

Bu gunlərdə Aktualinfo.org onlayn qəzeti Ağdam rayon sakini İfadə Cəfərzadənin ölkə Prezidenti İlham Əliyev cənablarına Ədliyyə Naziri Fikrət Məmmədova və bir çox dövlət qurumlarına üzləşdiyi problemlərlə bağlı müracıətini yaymışdı. O, sözügedən müraciətdə Gədəbəy rayon sakini, vaxtı ilə Təhsil Nazirliyinin nəzdində olan Uşaq Bağçalarının Maddi-Texniki Bazasının müdiri olmuş Nazım Əsgərov tərəfindən aldadıldığını qeyd etmiş, və onun cinayət məsuliyyətinə cəlb olunaraq ona vurulan maddı ziyanın odənilməsini tələb edir. Bəs bu Nazim Əsgərov deyilən şəxs kimdir? Azərbaycanın hüquq mühafizə orqanları onu həbs etməkdə, cəzalandırmaqda bu qədərmi acizdirlər? Bu kimi suallara keçməzdən əvəl İfadə Cəfərzadənin müracıətindən bəzi məqamları oxuculara bir daha xatırlatmaq istərdik. İfadə Cəfərzadə yazır ki,

”2010-cu ildə Nazim mənə dedi ki, Badamdar qəsəbəsindəki villasını təmir etdirmək istəyir. Təklif etdi ki, Binəqədi rayonu, Sulutəpə qəsəsbəsi, küçə 1, ev 8 ünvanında yaşadığım 2 mərtəbəli mənzilimi ”Ekspressbank”a girov qoyub əlli min manat kredit götürərək ona verim. Əvəzində Nazim evində saxladığı kirayəçi ərəblərdən mənə yüz min manat verəcəyinə söz verdi. Mən Nəsimi rayonu, Əcəmi metrosunun yanındakı ”Eksperress” bankın Nəsimi filialından nəzərdə tutulan məbləği girov müqabilində götürüb Nazimə verdim. Bu məslədən əvvəl isə Nazim təklif etmişdi ki, mənim Biləcəri qəsəbəsindəki, sənədsiz ikimərtəbəli, 4 otaqlı evimi satıb Rusiyada qazanclı iş görək. Özünə yaxın makler vasitəsilə evimi satıb iş dalınca özünə yaxın qohumu olan Gözəlov Famil Qasım oğlu ilə birlikdə Rusiyaya getdi. Dedilər ki, bütün pullarını Rusiyada hansısa biznes üçün qoyublar. Nazim həm də məni inandırdı ki, narahat olmayım, borc aldığı pulla Rusiyada qazanc əldə edib artıqlaması ilə qaytaracaq. Lakin bir müddətdən sonra bankdan mənə borcun qaytarılması üçün xəbərdarlıq zəngi olundu. Dərhal Nazimə zəng edib banka olan borcun tam ödənilməsini tələb etdim. Nazim də borcu tam bağladı və evimi girovluqdan azad olunmasına şərait yaratdı. Birinci ev əməliyyatından sonra zənn etdim ki, Nazim girov qoyduğum evin pulunu banka tam ödədi. Bir az arxayınlaşdım. Sonra o bildirdi ki, sən bizə etibarnamə ver ki, evin sənədlərini girov qoyduğumuz bankdan götürək. Mən Ağdam rayonundan bir günlük Bakıya gəlib belə bir etibarnamə verib dərhal rayona qayıtdım. Nazim də mənim Sulutəpə qəsəbəsində yerləşən mülkümün sənədlərini ”Ekspressbank”dan götürüb və bir neçə gündən sonra şəxsi razılığım olmadan “Atabanka” yenidən girov qoyaraq 95000 manat pul götürüb. Hazırda Nərimanov rayon polis İdarəsində barələrində başlanmış istintaqa verdikləri izahatlatda bir daha təsdiq edib ki, bankdan aldığımız 95000 manat pulu iki dəfə aldıq və aramızda bölüşdürdük. Bundan sonra bank qarşısında ödənişin həyta keçməsi üçün öhdəlik götürmüş dələduz dəstənin başçısı Nazim Əsgərov bu müddət ərzində 1 qəpik də olsa pul ödəmədiyinə görə bank mənim mülkümü öz nümayəndəsinin adına sənədləşdirib. Nazim isə işin üstü açıldığından 2017-ci ilin oktyabrınadək Rusiyaya qaçıb gizlənib”.

İfadə Cəfərzadə daha sonra yazır ki, N.Əskərovun başına gətirdikləri fırıldaqla bağlı polisə şikayət etdim və ona qarşı 2015-ci ildə Cinayət Məcəlləsinin 178.3.2 maddəsi ilə cinayət işi başlanıb, barəsində axtarış elan edildi. Amma nədənsə bu cinayət işi sonradan müəmmalı səbəb üzündən bağlandı. Cinayət işi bağlandıqdan dərhal sonra Nazim Əsgərov 2017-ci ilin oktyabrında arxayınlıqla Azərbaycana qayıdıb. Verdiyim yeni şikayət əsasında Nazim Əsgərova qarşı 2017-ci ilin oktyabrında eyni maddə ilə Nərimanov Polis İdarəsində yenidən cinayət işi açılıb və polis müstəntiqi Cavidin icraatına verilib. Nazimin barəsində məcburi gətirilmə tədbiri seçilsə də Gədəbəy rayon Polis İdarəsi əməkdaşları guya o rayonda olmadığı barədə Bakıya rəsmi məlumatlar veriblər. İki gün sonra Nərimanov polisinin əməliyyatçıları tərəfindən axtarışa verilmiş Nazimi Gədəbəy rayonuna gedərək 08 noyabr 2017-ci ildə axşam gizləndiyi evdə həbs edərək Bakıya gətiriblər. Lakin Nərimanov rayon Məhkəməsinin hakimi Samir Məmmədov noyabrın 11-də bu şəxsi sifariş əsasında azadlığa buraxıb.

Verdiyimiz apellyasiya şikayətinə Bakı Apellyasiya məhkəməsində hakim Əmir Bayramov tərəfindən baxılaraq təmin edilməyib, N.Əsgərovun məsələsi araşdırlıması üçün Nərimanov rayon Polis İdarəsinə həvalə edilib. 20 noyabr 2017-ci ildən Nazimlə bağlı başlanılmış cinayət işi hazırda müstəntiq Xosrov Ş,ükürov tərəfindən yekunlaşdırılaraq məhkəməyə təqdim edilib. Nərimanov Məhkəməsinin hakimi isə Nazim Əsgərovu bu dəfə dəsərbəst buraxıb. Baxmayaraq ki, iş materiallarında banka girov qoyulmuş əmlakın hüquqi sənədləri mənim adımadır və Nazimin dələduz dəstəsinə daxil olanlar da yazdıqları izahatlarda bir daha təsdiq ediblər ki, İfadə Cəfərzadənin mülkünü banka girov qoyub əvəzində götürdüyümüz 95000 manat pulu öz aramızda bölüşdürdük. Yəni istintaqa cəlb edilənlər bir daha təsdiq ediblər ki, mənim icazəm olmadan, mənim adımdan çıxış edənlər şəxsi mülkiyyətimi banka girov qoyub götürdükləri pulla mənim xeyrimə iş görmək əvəzinə pulları mənimsəmiş sonradan isə Nazim bank qarşısında şəxsən pulun ödənilməsilə bağlı götürdüyü öhdəliyə əməl etməyərək banka son illər bir manat da olsun vəsait ödəməyib. Yəni dəstə dələduzluqlarını təsdiq ediblər.

Xanm şikayətçi N.Əskərovu qoruyan qüvvənin kim olduğunu da açılayıb: ”Nazimi bu kimi əmələrdən qoruyan həyat yoldaşı Nərminə Məmmədovanın doğma dayısı oğlu Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin rəisi, Mərkəzi Seçki Komissiyasının (MSK) üzvü Fuad Cavadovdur. Əvvəllər hər dəfə məhkəməyə, polisə şikayət edəndə, Nazim məni yaxın qohumu Fuad Cavadovla hədələyir və deyirdi ki, sən mənə heç nə edə bilməyəcəksən. Mənim Ədliyyə Nazirliyində və “yuxarılarda” Fuad Cavadov kimi yaxın adamım, qohumum var. Bundan başqa, Nazimin digər qohumu isə Bakı şəhər İcra Hakimiyyətinin keçmiş başçısı Rafael Allahverdiyevin müavini olmuş Faiq Məmmədovdur. Nazim qanunsuz əməllərinə görə Rusiyaya qaçmış Faiq Məmmədovun bacısı Nərminə Məmmədovanın həyat yoldaşıdır. Nərminə Məmmədova isə hazırda Azərbaycan Dövlət İqtisad Universitetinin mühasibidir. Hansı ki, bu Faiq Məmmədov da Bakı şəhər İcra Hakimiyyətində R.Allahverdiyev dövründə külli-miqdarda dövlət əmlakını mənimsədiyinə görə o da Nazim kimi bir müddət Rusiyaya qaçaraq gizlənib. Nərminə xanım yaxın adamlarına deyib ki, 200000 manat belə xərcləyəcəyəm və Fuaddan xahiş edəcəyəm ki, İfadə Cəfərzadəyə Nazim 1 qəpik də olsa ödəməsin. Doğrudan da hadisələrin sonrakı gedişləri – Nazimin törətdiyi ağır cinayətə və onun axtarışla həbs edilərək məhkəməyə təqdim edilməsinə baxmayaraq bu dələduz əyyaş dərhal azadlığa buraxılıb. Bakı Apellyasiya Məhkəməsi də yenə Fuad Cavadovun sözünü yerə salmayıb. İşi araşdıran mərhum müstəntiq Cavid də işi tamailə sifariş əsasında bağlamağa cəhd edib. Cavid mənə şəxsən etiraf edib ki, “burada mənlik bir şey yoxdur. Bu işdə mən acizəm. Özün də bilirsən ki, Nazimin arxasında məhz Fuad Cavadov kimi nüfuzlu bir şəxs durur. Hansı ki, məhkəmə və polisə güclü təsiri olan bir adamdır. Odur ki, sənin işin çətin olacaq.”

Barələrində CM-nin 178.3.2 maddəsini tətbiq etmişdir. 6 ay davam edən istintaq hərəkətləri zamanı törədilmiş cinayətin bütün detalları saf-çürük edilmiş və 3 nəfərdən ibarət olan dəlduz dəstənin əməllərinə hüquqi qiymət verilməsi üçün 4 yanvar 2019-cu il tarixində Nərimanov rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə sədrlik edən hakim Samir Məmmədov tərəfindən 5 yanvar 2019-cu il tarixinə təyin edilmiş və 10 dəqiqəlik proses zamanı iş materialları üzrə toplanmış materialların heç birinə qiymət verməmiş, müstəntiqin çıxışını nəzərə almamış, dəvət edilmiş 2 nəfər şahidləri məhkəmə zalına daxil olmasına imkan verməmiş, dövlət ittihamçısının etirazına məhəl qoymamış, iş üzrə şahid və zərəçəkmişin ailəsinin dələduz dəstənin rəhbəri olmuş N.Əsgərov tərəfindən istintaq prosesi zamanı zənglə ölümlə hədlənmələri, izahatlarından imtina etmələri barədə hədə-qorxu hərəkətlərinə qiymət verilməmiş, istintaqa cəlb edilmiş digər iki nəfər barəsində heç bir məhkəmə araşdırması aparmadan yalnız dəstənin rəhbərinin əsassız istintaqa cəlb edilməsi və beləliklə də 5 müstəntiq tərəfindən 1 il davam edən istintaq hərəkətlərinin əsassız olduğu qənaətinə gələrək, təqsirləndirilən şəxs barəsində hökm elan etməmişdir.

Bəs bu Fuad Cavadov deyilən kimdi? Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin rəisi vəzifəsini daşıyan Fuad Cavadovun sözügedən nazirlikdə doğrudanmı sözünün qarşısına söz qoyan yoxdur. İfadə Cəfərzadə dəfələrlə Ədliyyə Naziri Fikrət Məmmədova müraciət edib. Bu müracətlərə baxmayaraq yanvarın 4 də Nazim Əsgərov barəsində başlanılmış cinayət işinin istintaqı bir ildən çox davam etməsinə baxmayaraq Nərimanov rayon Məhkəməsindən sərbəst buraxılıb. İfadə Cəfərzadənin sözlərinə görə bunun arxasında da Fuad Cavadov dayanır. Bu qanunsuzluqlara dur deyən olacaqmı? Belə çıxır ki, Nərimanov Prokurorluğunun bir il apardığı istintaq işi əbəs yerəymiş. Hər bir cinayət törətmiş şəxs məhkəmələrdən belə rahat şəkildə buraxılacaqsa onda polis və prokurorluq orqanlarının fəaliyyəti nə üçündür? Yaxud da məhkəmələrin bu cür qərarları polis və prokurorluq orqanlarının işinə kölgə salmırmı? Əslində isə hamı bu şəkildə, rahat məhkəmələrdən yaxa qurtara bılməz. Nazim Əsgərovun arxasında duran olmasaydı o çoxdan cəzasına çatmışdı. Biz məsələ ilə bağlı geniş şərh vermədən öncə Ədliyyə Naziri Fikrət Məmmədovun vətəndaş İfadə Cəfərzadəyə qarşı olan haqsızlıqlara münasibətini öyrənmək istərdik. Bilmək istərdik,görəsən Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin rəisi Füad Cavadova vətəndaşın hüquqlarını pozmağa şərait yaratmasına “dur” deyən olacaqmı? Qeyd etdiyimiz kimi əks tərəfın də münasibətini dinləməyə hazırıq.
OXŞAR MÖVZULAR