Impera

XƏBƏR LENTİ
13:1425 yaşlı oğlan nişanlısından ayrıldığına görə intihar etdi - BAKIDA ŞOK13:00Xalq artistinin oğluna yüksək vəzifə verildi12:49Tanınmış aparıcı xalq artistini biabır etdi11:47"Qəbələ"nin "Dinamo" ilə oyununun saatı açıqlandı11:32Bizim PUA-larımız yerindədi, ABŞ bəlkə də öz dronunu vurub – İran rəsmisi11:21Ermənilər yenə saxtakarlıq etdi - Budəfəki hədəf Gülüstan qalasıdır11:05Nikahdankənar doğulan uşaqlara da aliment - dövlət rüsumu isə çoxdur10:55"Tarqovı"da polisin fahişə bilib, saxladığı qadın jurnalist olub? - RƏSMİ (VİDEO)17:22Sükan arxasında narkotik qəbul etdiyi deyilən sürücü barədə RƏSMİ AÇIQLAMA17:07SON DƏQİQƏ: Xəzər dənizində ZƏLZƏLƏ16:23İran futbolunda 38 illik qadağa aradan qaldırılır15:34Bu ərazilərdə də qanunsuz heyvan kəsiminin qarşısı alındı - REYD - FOTOlar15:15Prezident İlham Əliyev Avropa İttifaqı Şurasının yeni prezidentini təbrik edib14:48DİQQƏT! Sabah 40 dərəcə isti olacaq14:24“Baş nazirin oğlu əxlaqsız və parazitdir...”14:02Seçkiöncəsi Zelenskinin reytinqi yüksəlib13:40“Fahişəxana saxlayan hacılarla, büdcəni talayan məmurlarla bir sırada olmaram” – Araz Əlizadə13:25Bakının mərkəzi prospektində hər kəsin gözü qarşısında QANLI CİNAYƏT13:14"Tofiq Bəhramov"da oynamağı sevirəm" - Filip Ozobiç13:03Rəqsanə söyüş söydü: “Məni təhqir edəni tutub…”12:31"Uşaqlar çox vaxt ac yatırlar, artıq buna öyrəşiblər..." - GİLEY11:54Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi vəzifəsinə müvəqqəti təyinat olub11:34Azərbaycanın qoyun sayına görə yeri AÇIQLANDI11:08Bu limonadları almayın! - ADLAR10:51Antalyada azərbaycanlıların olduğu avtobus aşdı - ADLAR17:12İŞİD lideri Əbubəkr Bağdadi harda gizlənir? - AÇIQLANDI16:49ƏHALİNİN DİQQƏTİNƏ: Bu yerlərdə su kəsiləcək16:28ON DƏQİQƏ: Qanlı hücum - Türkiyəli diplomatlar güllələndi / Çox sayda ölü var15:46Türkiyə üçün DƏHŞƏTLİ XƏBƏRDARLIQ15:44“Təxribata uymayan Azərbaycan əsgərinə təşəkkür edirik” – Gürcüstanın azərbaycanlı deputatları15:42Xalq artistindən ÜRƏKDAĞLAYAN SÖZLƏR: "Mən öləndən sonra..."15:39ŞOK GÖRÜNTÜ: Bu qadın 20 ildir ki, suyun içində yaşayır15:34Şəbnəm Tovuzlu: "İnstagram"dakıların 80%-i ucuz, dəyərsiz, mənasız insanlardır" - VİDEO14:30Pomidorun qiyməti niyə əl yandırır və nə vaxt ucuzlaşacaq?14:26"Keşlə" sabiq futbolçularını qaytardı14:24Nazirlik əməkdaşına qarşı dələduzluq edən bank işçisinə hökm oxunub14:20İtalyanların Bakıdakı qalmaqallı sərgüzəştləri iflasla başa çatdı - ALİ MƏHKƏMƏ HÖKM VERDİ Kİ...14:17Sədərəkdə Meyvəli bazarında kütləvi ZƏHƏRLƏNMƏ13:36Rusiya Ermənistan üçün yeni Atom Elektrik Stansiyası inşa edəcək13:20Sürücülərin NƏZƏRİNƏ: Bu zolağa girənlər cərimələnəcək12:55Azərbaycanda IV kurs tələbəsi faciəvi şəkildə ÖLDÜ12:40"Borca pul istədim, vermədi" - Müğənni Manafı İFŞA ETDİ12:25Azərbaycanda sərnişin avtobusu ağır qəza törətdi – ÖLƏN VAR11:48Şəki Xan Sarayında yaralananlarla bağlı - SON XƏBƏR11:15Azərbaycanda maraqlı toy: hər şeyi oğurladılar - VİDEO10:59Nazirlik bu şəxslərə 10 manat verəcək - RƏSMİ10:42Azərbaycanda ölüm səviyyəsi azalıb10:29Sutka ərzində Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində nisbi sakitlik müşahidə olunub17:35Tələbə olmaq istəyənlərə şad xəbər: "Təhsil kreditləri veriləcək"17:23“Bizə təzyiq etməyin, altından qalxa bilmərik...”16:51Dilgəm Əsgərovun oğlu atasına məktub göndərib16:08S-400 komponentlərini daşıyan 12-ci təyyarə Ankaraya enib15:52Keşikçidağ oyunu açılır: “Reqnum” niyə imtina etdi? - VİDEO15:29Şəki Xan Sarayındakı qəzada ölən müəllimə - FOTO15:03Evdən çıxmadan işləmək imkanı olacaq - AZƏRBAYCANDA İLK14:49“Qarabağ” Donald Geryeylə yollarını ayırdı14:30Dəhşətli təyyarə qəzası- bütün sərnişinlər öldü14:19Ağdaşda 10 aylıq körpənin ölümünə səbəb olan həkimlər işdən qovuldu - RƏSMİ12:37Uşaqda telefon asılılığı varsa, valideyn nə etməli? - MƏSLƏHƏT12:21Ceyhun Səfərov “Azəriqaz”ın mətbuat katibi təyin edildi12:02Elman Cəfərov istefa verdi11:45Azərbaycanda vəzifəli şəxsin ailəsində - FACİƏ11:35Azərbaycan Xalça Muzeyinə “Milli” statusu verilib10:34Qarabağa "sülhməramlı qüvvələr" GƏTİRİLİRMİ? - TƏHLİL10:16Azərbaycan nefti yenidən bahalaşıb09:58Atəşkəs rejimi ara-sıra pozulub09:49“Sən azərbaycanlı deyilsən, bizim torpaqda oturub çörəyimizi yeyirsən, hələ bir dilin də var danışmağa..”09:41“Lotu Quli”nin əsas düşməni həbs edildi - Deputatın ölümündə şübhəli bilinir09:28Sabirabad mərkəzi bazarında yanğın söndürülüb - YENİLƏNİB19:57Rus bölməsində müəllim işləmək üçün 2300 nəfər sənəd verib19:25İlham Əliyevdən vacib SƏRƏNCAM16:06BAKIDA QORXUNC HADİSƏ: Azyaşlı qıza bıçaqla hücum etdi15:20Türkiyəyə S400 sistemlərinin çatması fonunda ABŞ İsrailə daha iki F-35 verib15:00Maliyyə Nazirliyi büdcə oğurluğu izini necə yayındırır... - QALMAQAL14:30Azərbaycan millisinin dünya çempionatı üçün heyəti açıqlandı14:10XİN ADA Universiteti ilə birlikdə “Azərbaycan diplomatiyası – 100 il” adlı diplomatiya həftəsi təşkil edir13:55Bakıda hotel 9153 manat cərimə edilib13:29SDU - da “Odlar Yurdu Azərbaycana səyahət” adlı Yay Məktəbinin açılışı oldu12:52Hacı Mazan bir-iki günə xəstəxanadan evə buraxılacaq12:04Mikayıl Cabbarovdan TƏYİNAT: Bu rayonlara rəis göndərdi11:51Məmur olmaq istəyənlərlə bağlı STATİSTİKA11:29Sürücülərin DİQQƏTİNƏ! - Bu yolda sıxlıq var22:34Cəliabadda enerji oğurluğu-“Azərişıq” ASC-nin işçiləri sayğaclara müdaxilə edirlər14:00Adnan Oktarın 870 il həbsi tələb olunur13:20Qarpızı zəhərə çevirən nədir? - VİDEO12:40Şəkildəki bu oğlan AXTARILIR - İtkin düşüb12:20Bakıda külək dəmir qapını qadının üzərinə aşırıb12:00Azərbaycan Reklamçılar İttifaqının prezidenti vəfat etdi11:40Dəmir yolu ilə sərnişin daşımalarına görə Avropa İttifaqında birincidir11:20"İnter" müdafiəçi aldı - rəsmi11:00Günün qoroskopu: Gərəkli çevrələrdə lazımi əlaqələri bərpa edin01:5917 yaşlı futbolçu stadionda öldü01:5030 ildə iqlim elə dəyişəcək ki, Madrid Mərakeşə bənzəyəcək - Alimlərdən PROQNOZ17:27Gecəyarı smatrfondan çox istifadə şəkər xəstəliyi yaradır – ALİMLƏR17:15Aynur Dadaşovadan toyda ŞIDIRĞI RƏQS: oxumaq yadından çıxdı - VİDEO17:02Bu şəxslərin ölkəyə girişinə məhdudiyyət qoyulub16:46Xırdalanda Heydər Əliyevin hakimiyyətə gəlməsinin 50 illiyinə həsr olunmuş tədbir keçirilib - FOTO16:34“Cümhuriyyət medalı” alanlar Məhəmməd Əmin Rəsulzadənin abidə məsələsini qaldıracaqlar? - SORĞU16:18Fazil Məmmədovdan xəbər var15:50İran qırıcıları bu ölkəni bombalamağa başladı - VİDEO
BÜTÜN XƏBƏRLƏR
İyul 2019 (323)
İyun 2019 (423)
May 2019 (557)
Aprel 2019 (537)
Mart 2019 (417)
Fevral 2019 (460)

«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

AzTV ya ləğv oluna bilər, ya da... - GƏLİŞMƏ

18 yan 2019, 10:32   
    125
AzTV ya ləğv oluna bilər, ya da... - GƏLİŞMƏ

“Əlbəttə ki, demokratik ab-havada Azərbaycan Dövlət Televiziyasının ləğvi və İctimai yayıma verilməsi çox normal təklifdir. Mən də bununla razıyam. Əslində Azərbaycan Avropa Şurasına üzv olanda belə bir öhdəlik götürmüşdü. Lakin yerinə yetirilmədi. Azərbaycandakı mövcud reallıq, şərtlər və sistem bu təklifin gerçəkləşməsinə imkan verməz. O səbəbdən güman eləmirəm ki, AzTV ləğv olunaraq maddi-texniki bazası İTV-yə veriləcək. Ən azından yaxın vaxtlarda belə bir dəyişiklik gözlənilmir”.

Bu fikirləri “Yeni Müsavat”a tanınmış jurnalist, teletənqidçi Qulu Məhərrəmli AzTV-nin ləğv edilərək maddi-texniki bazasının İTV-yə verilməsi haqda səslənən təkliflərə münasibət bildirərkən söylədi.

Onun sözlərinə görə, nəinki AzTV-nin ləğvi həyata keçirilib, yaradılan İctimai Televiziya da dövlətin əlində ikinci təbliğat olub: “Nəzəri baxımdan reallaşması mümkündür. Amma belə bir gözləntim yoxdur”.

Q.Məhərrəmlinin AzTV sədri postundan Arif Alışanovun çıxarılmasından sonra dövlət telekanalında yeni verilişlərin, proqramların hazırlanacağı, kursun dəyişəcəyi barədə gözləntiləri də yoxdur: “İndilik bir söz deyə bilmərəm. Bu haqda danışmaq tezdir. Amma belə gözləntim də yoxdur”.

Deputat Fərəc Quliyev isə qeyd etdi ki, gedənin arxasınca danışmazlar, amma Arif Alışanov deputat olanda onun haqqında tənqidi fikirlər səsləndirib: “Çox qeyri-operativ işləyirdilər. O baxımdan hesab edirəm ki, onun AzTV sədri vəzifəsindən gedişi doğru qərardır. Biz təklif vermişdik ki, cəmiyyətə açıq telekanal olmalıdır. Eyni zamanda parlament televiziyası yaradılmasını təklif etmişdim”.

Deputat hesab edir ki, bununla belə, dövlət telekanalının olması çox vacibdir və bütün ölkələrdə var: “Xərclər nöqteyi-nəzərindən AzTV dövlətin üzərində yük ola bilər, amma onu saxlamaq lazımdır. İlk növbədə AzTV-dəki xətt, yanaşma dəyişməlidir. Bu tərz artıq yorucu olub, monotonlaşıb. Televiziyanın bütün sahələrində axsaqlıq müşahidə olunur, AzTV-də hədsiz dərəcədə tənqidə dözümsüzlük var. Bu inkişafı tormozlayır.

Eyni zamanda verilişlərdə bəsit yanaşma, adilik görürük, insanlar baxmırlar. Əhali artıq belə yanaşmadan bezib. Ona görə dövlət telekanalı fərqli yanaşma ilə tamaşaçıların qarşısına çıxmalıdır, yenilənməlidir, rəngini dəyişməlidir".

Yada salaq ki, media hüququ üzrə mütəxəssis Ələsgər Məmmədli deyib ki, Azərbaycan Dövlət Televiziyasının, ümumiyyətlə, ləğv edilərək, onun bütün maddi-texniki imkanlarının İctimai yayıma verilməsi mümkündür.

Ekspertin sözlərinə görə, bu proseslə dövlətin yükünü azaltmaq olar, həmçinin dövlət televiziyasının ləğvi beynəlxalq öhdəliyimizdir.

Sitat: “Azərbaycan Dövlət Televiziyası ilə İctimai Televiziyanın yayım funksiyası faktiki olaraq üst-üstə düşən xidmətlərdir. Amma İctimai kanal dünyanın hər yerində bu və ya digər formada qəbul olunan formatdır.

Hətta 2001-ci ildə Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklərdə Azərbaycanda dövlət yayımından imtina edib, onu ictimai yayıma çevirməsi ilə bağlı konkret öhdəlik vardı.

Azərbaycan İctimai kanal yaratdı, ancaq dövlət kanalından da imtina etmədi. Hesab edirəm ki, hazırda dövlət kanalı büdcəmiz üçün əlavə yükdür".

“Əlbəttə ki, AzTV-nin işinin daha da təkmilləşdirilərək, müasir tələblər səviyyəsində qurulması ölkədə KİV sektorunun inkişafı baxımından vacib əhəmiyyətə malikdir”.

Bu sözləri axar.az-a Milli Televiziya və Radio Şurasının (MTRŞ) Ekspertiza, proqramlaşdırma və analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov deyib. O bildirib ki, dövlət büdcəsindən maliyyələşən bütün yayımçılar, o cümlədən də AzTV özəl yayımçılara nümunə olaraq qanunvericiliyin tələblərinə tam şəkildə əməl etməlidir:

“Lakin təəssüf ki, bir sıra hallarda biz bunun əksini müşahidə etməkdəyik. Məsələn, teleradio yayımı haqqında qanunvericiliyə görə, AzTV insanın immunçatışmazlığı virusu infeksiyasının profilaktikası barədə maarifləndirici verilişlərin, sosial reklam çarxlarının nümayişi üçün ayda 20 dəqiqədən az olmayan efir vaxtı ayırmalı və həmin verilişlərin daha əlverişli vaxtda yayımını təmin etməlidir. Ötən illərdə bu tələbə kanal tərəfindən tam şəkildə riayət edilməyib. Bundan başqa, teleradio yayımı haqqında qanunvericiliyə görə, karlar və zəif eşidənlər üçün tədris və informasiya xarakterli sosial yayımlar təşkil olunmalıdır. Təəssüf ki, AzTV-nin efirində bu cür sosial yayımlara da rast gəlinməyib. Həmçinin kanal tütündən istifadənin mənfi təsiri barədə qanunvericiliyin tələblərinə müvafiq olaraq xəbərdaredici, maarifləndirici və tərbiyəvi mövzuda verilişlərin hazırlanması işində də nümunəvi rol oynamayıb”.

Qeyd edək ki, Azərbaycan Televiziya və Radio verilişləri QSC-nin sədri Arif Alışanov postundan azad edildikdən sonra yenicə sədr müavini təyin edilən gənc jurnalist Rövşən Raqifoğlu onun vəzifələrini icra edir. Onu da deyək ki, A.Alışanovun adı bir çox neqativ qalmaqallarda hallanırdı.
“Yeni Müsavat
OXŞAR MÖVZULAR