Impera

XƏBƏR LENTİ
17:32Qurban Qurbanov: Ən çox izlədiyim çempionat La Liqa, milli isə İspaniyadır17:20Ermənistanda ŞOK SƏNƏD yayıldı: - Nikol Paşinyan dəlixanada yatıb (FOTOFAKT)17:07Azərbaycan və Gürcüstan qaz tədarükü ilə bağlı məsələləri müzakirə ediblər16:48Aztəminatlı ailələrlə bağlı UNİKAL TƏKLİF16:29"Əsrin müqaviləsi”nin imzalanması Heydər Əliyevin dühası və iradəsi sayəsində mümkün olub" - Əli Əhmədov16:11Gələn il Azərbaycanda sosial müdafiə məqsədləri üçün ayrılan vəsait 10 faiz artırılacaq15:59Peşə məktəblərində işləmək istəyənlərin DİQQƏTİNƏ!15:31Hadi Rəcəbli: Bəzi deputatlar fantastik fikirlər səsləndirirlər15:15“Azərişıq”: Hər bir sahibkar elektrik şəbəkəsinə onlayn qaydada qoşulacaq15:00Bu gün Milli Musiqi Günüdür14:45Hacının ilk rəqibi rus oldu - Dünya çempionatı14:31SON DƏQİQƏ: Türkiyədə güclü yanığın14:20Azərbaycanda hamilə qadınlara qənim kəsilən qadın saxlanıldı14:07Mal ətindən ölüm12:35Sabiq deputat YAP-dan QOVULDU12:05Göygöl şefinin oğlunun dəbdəbəli həyatı – Fotolar12:02Baş dəmiryolçunun yüksəlişi və Cavid Qurbanova STOP qoyan sənəd – VİDEO+FOTO11:34Sürücünün yol polisini təhqir etməsi ilə bağlı araşdırma başlanıldı10:47Bakıda helikopter qəzaya uğradı: Pilot ağır xəsarət alıb10:36Novruz Məmmədovdan qərar - Bu şəxslərin maaşı artırıldı10:21“Sevilya” Bakıya gəldi09:48Azərbaycan MN: Düşmən atəşkəs rejiminə əməl etmir20:55“SƏDƏRƏK YUSİF” KÜRÜ “İŞĞAL” ETMƏKDƏ DAVAM EDİR: QANUNSUZ TİKİLİNİN İCAZƏSİNİ İCRA BAŞÇISI VERİBMİŞ – YENİ VİDEO20:53Xəzər rayonunda Hacı Gülağanın sususz qoyduğu adamlar – Vətəndaşı dövlətdən narazı salanlar niyə cəzasız qalır? VİDEO18:00Elinanın intihar etdiyi məktəbin yeni direktoru kimdir? - DOSYE17:40Bu il 1-ci sinif üçün riyaziyyat dərslikləri iki hissədən ibarət hazırlanıb17:20Əmisi oğlunun arvadını qaçıran şəxsi döyüb öldürənlərlə bağlı YENİ XƏBƏR17:00"Qarabağ" öz futbolçusunun qardaşını da — TRANSFER ETDİ16:40Parlamentdə lombard fırıldaqçıları müzakirə edildi16:20“Kütləvi informasiya vasitələri haqqında” qanuna dəyişiklik edilir16:00Bakı məktəblərinə 29 direktor təyin edildi - SİYAHI15:20Azərbaycann məhşur saytları Qazaxıstan tərəfindən alındı... - ADLAR15:00“Ermənistanı gərgin payız gözləyir...” - TƏHLİL14:40Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq - Belə deyirlər...14:31DTX Rəşad Atakişiyevin ailəsinin müraciətini araşdırır - GƏLİŞMƏ14:16"Ermənistan Dağlıq Qarabağla bağlı danışıqlar prosesinə ciddi zərbələr vurur" - PA rəsmisi12:48Süleyman Mikayılovun qoçuları Müdafiə Nazirliyi adından alver edir – VİDEO12:46Baba Rzayevin falçı sevdası: “Azərenerji”ni ektrasenslər idarə edir? – VİDEO12:34Rüşvət almaqda ittiham edilən komandirin işi - əsgər yoldaşını güllələyən Qasımzadə də dindirildi12:19Gürcüstanın elektrik enerjisi idxalının 91%-dən çoxu Azərbaycanın payına düşüb12:08Fədayə Laçının məhkəməsi niyə onuncu dəfə təxirə düşüb? - VƏKİLDƏN AÇIQLAMA11:09"Xalq Sığorta"da yeni TƏYİNAT10:56Putin Ankarada “Quran”dan sitat gətirdi - VİDEO10:22Benksinin “Devolved Parliament” əsəri hərracda rekord məbləğə satıla bilər10:07Həbib Nurməhəmmədov məğlub etdiyi rəqibə 100 min dollar bağışladı09:53Gəncədə 29 yaşlı gənc başından bıçaqlandı09:38Dövlət qulluqçusu olmaq istəyənlərin nəzərinə09:24Azərbaycan Mərkəzi Bankı sığortaçılar arasında seçim edib22:41Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasında Bilik günü qeyd olunub.17:48İran prezidenti Ermənistana səfər edəcək17:35Azərbaycanın ixrac etdiyi meyvə-tərəvəzin dəyəri 14,5%, həcmi isə 0,7% artıb17:19Məşhur müğənni evində ölü tapıldı - FOTO17:07Azərbaycanda yol polisi 1 aylıq uşağı xilas etdi - Atanın təşəkkürü hamını mat qoydu - VİDEO16:49Özbəkistanın Kokand şəhərində keçirilən Birinci Beynəlxalq Xalq Tətbiqi İncəsənət Festivalının rəsmi açılış mərasimi olub16:34Ən qeyri-adi 5 idman növü16:17Deputat Aydın Hüseynov: “Qondarma qurumu dəvət edən dövlət ilk növbədə özünə hörmət etmir”15:52Avtomobil benzini ilə bağlı RƏSMİ MƏLUMAT15:39Venesuela müxalifətinin lideri BMT Baş Asambleyasında müzakirələrə qatılmaq niyyətindədir14:56Azərbaycanda tamah cinayəti – Mənzilə daxil olaraq ev sahibini öldürdülər14:45Tender qalmaqalı: Şəhid ailələrinə tikilən evlərin pulunu kimlər mənimsəyib?14:44Sevindik Hətəmovun Qaradağ arzuları: “karyer müdiri” Bakı intizarındadı14:42Şəmkirdə ermənilik: “1800 manata görə körpəm can verdi…” – Video14:40Azərbaycanın çörəyi ilə çörəkli olanlar…14:37Sumqayıt Dövlət Universitetində Bilik günü” təntənə ilə qeyd olundu14:30SOCAR son 10 ildə gəlirlərini 26 dəfədən çox artırıb13:29DİN Novxanıda baş verən dəhşətli hadisə barədə məlumat yaydı13:25İşsizlərin sayı AÇIQLANDI12:35Bu tələbələrə akademiya təqaüdü veriləcək12:00Azərbaycanın “Avroviziya-2020” mahnı müsabiqəsində iştirakı rəsmən təsdiqlənib11:46Bakı əhalisinə çağırış - İctimai nəqliyyatdan istifadə edin11:19Balakəndə iqtisadi sabotajı kimlər edir: 100 min tonlarla məhsul məhv olub-VİDEO11:17Səfər Mehdiyev komitəsi: süründürməçilik, rüşvət, nifrət…korrupsiya… – Araşdırma/Video11:08Hacı Nurana yeni vəzifə verilib? - AÇIQLAMA10:46DÜNYA ŞOKDA: üzbəüz döyüşü uduzsalar 140 nüvə bombası atılacaq - Baş nazir BƏYAN ETDİ10:35Bu gün 4 rayonda qaz olmayacaq10:20Cəbhədən son məlumat - Müdafiə Nazirliyi01:22Vəkil Ruslan Mirzəyevdən Anar Bağırova şikayət var-300 manatı qaytarmır21:35“Qudası yüksək vəzifədədir deyə bütün məhkəmələr zəngi ilə hərəkət edir”21:29Vidadi Zeynalovun oğlu ilə bankir kürəkəninin şirkəti haqda sənədlər yayıldı13:57Stimul Hospitaldan növbəti hümanist addım15:35DİN keçmiş məhkəmə sədrinin qətli ilə bağlı məlumat yayıb15:17Bakı metrosunda interval 2 dəqiqəyə düşdü15:05İki güləşçimiz dünya çempionatının finalına çıxmaq üçün mübarizə aparacaq14:43Yağış, leysan gəlir - SABAHIN HAVASI14:28Elgiz türk serialına çəkilənləri tənqid etdi: "Süpürgəçi, cibgir, qulluqçu"12:31Həftəsonu işləyənlərə əlavə ödənişlər verilsin - TƏKLİF12:14DİN keçmiş məhkəmə sədrinin qətli ilə bağlı məlumat yaydı12:00Onlar bu il universitetlərə qəbul olundular, amma ali təhsildən imtina etdilər - Şok RƏQƏMLƏR11:36Vasif Talıbov özünü yeni vəzifəyə təyin etdi11:21DIN və polis rəisləri kimlərə müharibə elan edib? - Xətai polis rəisi barədə ilginc faktlar11:13SON DƏQİQƏ: Türkiyədə ardıcıl iki GÜCLÜ ZƏLZƏLƏ: Çox sayda xilasedici cəlb edildi23:03Məktəbə forma ilə getməyən şagirdlərin cəzası nə olacaq? - Təhsil Nazirliyi cavablandırdi22:59Sumqayıt DYP xanım sürücünü necə xilas etdi? – İnanılmaz jest17:48Faciəvi QƏZA: 3 nəfər DİRİ-DİRİ YANDI17:34Həcc ziyarətinə gedənlərə vacib xəbər: gələn ildən etibarən...17:23Manatı gələn il nə gözləyir? - Rəsmi inflyasiya proqnozu AÇIQLANDI17:12Nazir küçədə piyadaları cərimələyən post-patrul əməkdaşlarının səlahiyyətlərinə xitam verib17:01Geyim mağazasından oğurluq edən qadın tutuldu16:51Gələn ilin dövlət büdcəsində neftin qiyməti neçə dollar olacaq?16:18Mərkəzi Bankdan uçot dərəcəsi ilə bağlı - QƏRAR
BÜTÜN XƏBƏRLƏR
Sentyabr 2019 (378)
Avqust 2019 (631)
İyul 2019 (563)
İyun 2019 (423)
May 2019 (557)
Aprel 2019 (537)

«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Əkbər Hacıyev cibimizə necə girir... - İDDİA

22 yan 2019, 11:09   
    160
Əkbər Hacıyev cibimizə necə girir... - İDDİA
“Azəriqaz” İstehsalat Birliyi Göyçay Rayon İstismar İdarəsi abonentlərə qaz sərfiyyatını yanvardan yeni limitlə hesablanmalı oldugu halda, ötən il limiti keçmis vətəndaşlara 0,20 AZN olmaqla ödəniş qəbzləri paylayır.

Bu barədə verilən məlumata görə, “Azəriqaz”ın Göyçay idarəsinin bu özbaşınalığı rayonda narazılıq doğurub. Göyçay sakini İlqar Məhərrəmlinin sözlərinə görə, “Azəriqaz”ın fırıldağı ilə rastlaşıb.

“Digər abonentlər kimi onlar mənə də 110 kub qaz sərfiyyatını artıq hesablayıblar. Mən 01.01.2019-cu ildə səhər saat 7:00-da sayğacın üstünü götürmüşəm. Yəni sayğacın üstü 01.01. 2019-cu il saat 7:00-da 15450 idi.

08.01.2019-cu ildə mənə göndərilən bildiriş-xəbərdarlıqda isə sayğacın üstü 15560 göstərilib. 18.12.2018-ci ildə sayğacın üstü 15326 olub.

Nəzərə alsaq ki, 01.01. 2019-cu il səhər saat 7-də sayğacın üstü 15450 olub bu rəqəmdən 18.12.2018-ci ildə sayğacın üstündəki 15326 çıxdıqda 124 qalır. Hazırda sayğacımın üstü 15560-dır. Fərq 234-dür. 234 kubun hamısı 20 qəpikdən hesablanıb”, - deyə şikayət edir.

Göyçay sakini əlavə edir: “Halbuki 234 kub sərfiyyatın 01.01.2019-cu ilədək sayğacın üstündə olan 124 kub sərfiyyat 20 qəpikdən (24 man 80 qəpik) 01.01.2019-cu ildən 08.01.2019-cu il tarixə olan 110 kub sərfiyyat isə 10 qəpikdən olmaqla 11 manat olmaqla borcum 34 manat 80 qəpik hesablanmalı idi.

Mənə isə 18.12.2018-ci il tarixdən 08.01.2019-cu ilədək 234 kub qaz sərfiyyatının hamısı 20 qəpikdən olmaqla 46 manat 80 qəpik hesablanıb. Ortada fərq 11 manatdır. Yəni “Azəriqaz”ın soyğunçuluqla məşğul olan əməkdaşları təkcə mənə 11 manat artıq yazıblar”.

Belə məlum olur ki, təkcə İ.Məhərrəmli yox, rayonda bir çox abonentlər qurumun soyğunçuluq və maxinasiyasının qurbanı olub.

Rayondan gələn şikayətlər arasında daha biri Göyçayın Yenikənd kəndindəndir. Bu kənd Kürdşaban bələdiyyəsinə daxildir. Hələ sovet dövründən Kürdşabanda telefon, su xətti, avtobus olduğu halda Yenikəndə qədər gəlmir.

Müstəqillik dönəmində davamlı şikayətlərdən sonra avtobus gündə iki dəfə də olsa Yenikəndə gəlir, su xətti, yol çəkildi, yeni transformator quraşdırıldı.

Ancaq qaz xəttinin bərpasında və telefon çəkilişi hələ də problem olaraq qalır. 2018- ci ilin noyabr ayında Kürdşaban kəndinə qaz xətti bərpa olundu.

Yenikənd sakinlərinin davamlı olaraq yerli və mərkəzi hökümətə, ARDNŞ-a, birbaşa Rövnəq Abdullayevə ünvanladığı müraciətlərə müsbət cavab verilmir. Bu barədə sakinlərin ölkə prezidentinə müraciəti isə ümumiyyətlə cavablandırılmır.

Yəni, Göyçayda qaz dərdi bitmir. Kəndlərin bəzisi qaz üzünə həsrət qalıb, camaat evlərdə donur, olanlara isə qaz idarəsi kələk gəlməkdədir.

Xatırladaq ki, bundan əvəvl tanınmış hüquq müdafiçəçisi, Abşeron sakini olan Sahib Məmmədov da “Azəriqaz”ı ittiham eləmişdi. Qurumun sözçüsü İbrahim Kərbəlayev isə deyib ki, tənqidlər həqiqətdən uzaqdır.

“Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 22 dekabr 2016-cı il tarixli, 19 nömrəli qərarına uyğun olaraq, 2017-ci ilin yanvar ayının 1-dən etibarən əhali qrupu üzrə istehlak olunan təbii qazın illik həcminin 1700 kubmetr olan hissəsinin dəyəri 10 qəpiklə, 1700 kubmetrdən artıq istifadə olunan hər kubmetr qazın dəyəri isə 20 qəpiklə hesablanır.

Abşeron rayonunun Hökməli kənd sakini Sahib Məmmədov tərəfindən GPG15337530 nömrəli qaz sayğacına 31 dekabr 2018-ci il tarixində saat 11:29 radələrində ödənilmiş 5 AZN vəsait il ərzində verilmiş limiti keçdiyi üçün 20 qəpik tarifi ilə hesablanıb.

Belə ki, qeyd olunan ünvanda 2018-ci il ərzində təbii qazdan istifadə üçün, ümumilikdə, 300 AZN vəsait ödənilmiş və Tarif (Qiymət) Şurasının Qərarına əsasən, 2 350 kub metr qaz hesablanıb.

İl dəyişdikdən sonra 3 yanvar 2019-cu il tarixində 1 AZN və 10 AZN olmaqla 11 AZN vəsait ödənilmiş və abonentin sayğacına 10 qəpik tarifi ilə 110 kub metr qaz sərfi yüklənib", - deyə İ.Kərbalayev vurğulayıb.

“Azəriqaz” rəsmisi əlavə edib ki, İTRON Smart tipli qaz sayğaclarda əvvəldən ödəniş sistemi ilə idarə olunduğundan limitin idarə olunması ödəniş sistemində idarə olunur:

“Ödəniş sistemi ilə sayğac arasında informasiya əlaqəsi olmadığı üçün ödəniş edilən tarix həmin ilin limitinə aid edilir.

Hesabat aparılan ödənişlər əsasında formalaşır və əhali istehlakçıları üzrə 1700 kub metr limit 01.01.2019-cu il tarixdən başlayaraq smartkarta aparılan ilk odəniş əməliyyatından etibarən hesablanır”. \\xalqxeber.az\\
OXŞAR MÖVZULAR