Impera

XƏBƏR LENTİ
08:05Azərbaycanda Konstitusiya Günü qeyd olunur22:01Mübariz Mənsimov Araz Əlizadəni "siyasi təlxək" adlandırdı16:35Oqtay Gülalıyevdən nə xəbər var? - AÇIQLAMA16:32Xərçəng xəstəliyinin müalicəsinə ayrılmış 43 milyon manatı mənimsəyən deputat - KORRUPSİYA16:27Əvəz Zeynallının ölkədən çıxışına qadağa qoyulub – “Tamamilə qanunsuzdur”16:23Ərdoğanın Osmanlıda nüfuzun 50 faizi yazı bilirdi bəyanatına sənədli cavab gəldi: " Sayın cumhurbaşkanım oran 2.575 faiz..."16:20“Əmlak” Kərəmindəmi ulduzu sönür?14:27"Pərviz haqsızlıq edib"- Türkandan SƏRT CAVAB14:07Azərbaycanda bank hesabından nağd pul çıxarmaq ÇƏTİNLƏŞƏCƏK – YENİ TƏKLİF13:45«MƏQSƏDİMİZ DAHA ÇOX OXUCU KÜTLƏSİNƏ SAHİB OLMAQLA YANAŞI, AZƏRBAYCAN REALLIQLARINI DÜNYAYA ÇATDIRMAQDIR»13:38Gələn ilin dövlət büdcəsi niyə daha çox sosialyönümlüdür? - TƏHLIL12:46Qazaxda toy karvanında silahdan atəş açılıb, təhlükəli anlar yaşanıb - FOTO12:27Adil Vəliyev "SAĞ ƏLİ"Nİ azadlığa çıxardı - 280 min rüşvətlə tutulmuşdu...11:59Aldatdığı şəxsi kürəkənləri ilə hədələyən şöbə rəisi- GENERALLARA ŞİKAYƏT OLUNDU -VİDEO11:49“MİDA” MMC sakinləri mühasirəyə alıb - Haqsızlıqdan şikayətlənənlər ölkə başçısından kömək istəyirlər11:27"Böyük Fırat"ın Bakıda yaratdığı BÖYÜK TƏHLÜKƏ... - Bir daha LEŞ ƏTİ qalmaqalı haqda...11:08DSMF-yə qarşı daha bir MƏHKƏMƏ QƏRARI... - Amma nədənsə icra olunmur...10:45Ağstafada dəhşətli mənzərə... - Sakinlər narazılıq edir...10:31NI Rusiyanın “ən qorxulu kabusu” haqqında yazdı09:26"Amma hər şeyin qədəri var, sonra efirə çıxırlar, üz sallanır, qarın nə boyda"03:24Nurməhəmmədov alman döyüşçüyə uduzdu21:29Mitinqə çıxan Maqsud Mahmudov ÖLKƏDƏN QAÇDI - Bu səbəbə görə15:20BŞBPİ Müsavat Partiyasının rəhbərliyinə xəbərdarlıq etdi15:00Azyaşlılara siqaret satanlar cərimələndi14:40Yeni "Azəriqaz" şefi bu problemi çözə biləcəkmi? - Ölümə aparan isinmək həvəsi...14:20Bu gün Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur.14:00Yeni baş nazirin bir ayı... - TƏHLİL13:31General Ehtiram Xəlilovun gizli aksiz biznesi - İLGİNC İDDİA13:27Elşad Şamayev, Məmməd Məmmədov və Aida Hüseyn üçlüyündən Qarabağ əlilinə “kassasiya şantajı” Şikayət verərsə , əlil evindən çıxarılacağı ilə hədələnir12:57"Amma hələ də bəzi problemlər qalmaqdadır..." - Masallı sakinləri Prezidentə müraciət edib12:30Sabah hava belə olacaq - Proqnoz açıqlandı12:15Azərbaycanda oliqarxiya necə sıradan çıxarılır... - Kiçiklərdən başlayan prosesin böyük hədəfləri...12:03Qarabağ əlilinə “kassasiya şantajı” - Şikayət verərsə , əlil evindən çıxarılacağı ilə hədələnir11:45Vətəndaşların əmlakını bank əllərindən alır, şikayətlərinə baxılmır - "Axı mən bu ölkənin vətəndaşıyam..."11:24Bakının notasına Rusiyanın cavabındakı “işarə”... - TƏHLİL11:13«Meliorasiya və Su Təsərrüfatı» ASC bax, bu faktlara görə ləğv olunmalıdır... - İTTİHAM11:01Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur22:24Abşeronda 10 minə yaxın insanın iştirakı ilə Dövlət Bayrağı Günü qeyd edildi18:17Türkiyəli həkimlərin Oqtay Güləliyevlə bağlı dəhşətli rəyi AÇIQLANDI18:08Mikayıl Cabbarov bu faktlara nə deyəcək? - İDDİA17:55Mayı qazın qiymətini KİM QALDIRIB? - AÇIQLAMA17:30"Cənnət", "Xan bağı", "Xan sarayı", "Madonna" şadlıq sarayları...17:1214 mindən artıq vakant iş yeri var - Elektron qaydada müraciət imkanı16:57Arif Qasımov vətəndaşı etiraz aksiyalarına sürükləyir?!... – Nizami RİH ataya övladlarını "Detdom"a verməyi məsləhət görür - Şikayət16:44Bayrağımız - milli qürur mənbəyimiz16:19"Səhiyyə Nazirliyi Azərbaycan Standartlaşdırma İnstitutunun ekspertizasının rəyini də nəzərə almır" - İTTİHAM15:31Bu şəxslərin kvota ilə işə qəbuluna elektron qaydada nəzarət ediləcək15:18Nazirliklə provayder arasında qalmaqal böyüyür - Oğurladığınız müştərilərimizi qaytarın14:49Əhmədzadənin gedişi reallaşır... - İDDİA14:21“Qarabağ” hansı hallarda qrupdan çıxa bilər?13:54Afaq qalmaqal yaşadığı Röyadan danışdı13:24Ermənistan Rusiya ilə vassallıq müqaviləsini daha 10 il uzatmağa hazırlaşır... - GƏLİŞMƏ13:08Sabah hava necə olacaq? - PROQNOZ12:47“Paşinyan Qarabağla bağlı ziddiyyətli açıqlamalar verir” - ABŞ-ın Azərbaycandakı keçmiş səfiri12:25İcbari Tibbi Sığortanın “bismillah”ında aparat xarab olub - GİLEY11:47Yurçeviç millimizə 24 futbolçu çağırdı11:31Səhiyyə sistemində daha bir biabırçı ünvan... - İTTİHAM11:08Mikayıl Cabbarovun islahatlarının səmimiyyəti buradan görünəcək... - İllərdir "Azersun" bazarda meydan sulayır...10:25Глав врач КБСМП – “Врач должен как идеал здорового образа жизни”09:49Bağça adıyla “yeyilən” milyonlar – Büdcədəki rəqəmlər işin üstünü açdı09:32Ermənistan silahlı bölmələri atəşkəsi 21 dəfə pozub09:20DSMF-nin Göyçay Şöbəsinin müdirinə şok ittihamlar-Gömrük generalı Ehtiram Xəlilovun adı hallanır08:59İmişlinin icra başçısı 7 ildir yaşadığı kottej villanın kirayə pulunu necə ödəyir?.. - Araz aşığındandır, Kür də topuğundan...08:46Səfər Mehdiyev öhdəlikləri yerinə yetirə bilmir? layihələr durdu, milyonlar getdi03:34Əflatun Amaşov baş redaktorla bağlı Vilayət Eyvazova müraciət etdi22:27Niyazi Bayramovun yanlış kadr siyasəti və Xocalıdan olan gənc alimi Elmar Vəliyevçi adlandıraraq işdən kənarlaşdırması15:33SON DƏQİQƏ! Neft emalı zavodunda PARTLAYIŞ - Çox sayda yaralı var / VİDEO15:31Nazirdən hərbi qulluqçuların pul təminatı ilə bağlı - QƏRAR14:43Müstəntiq kömək söz verdiyi sahibkardan 13 min dolları necə alıb? - VİDEO14:34Bakıda iki qadın birləşib kişini döydü14:19Sabah yaz havası olacaq14:04İşğaldakı rayonların başçıları gedir: biri 18, biri 27 il, biri isə… – Foto13:48"Qəsdən məni qıcıqlandırırlar" - Sevda13:33“Azəriqaz”-ın yeni baş direktoruna köhnə bir sual – “Global Services” MMC- kimindir?13:09Qida Agentlyinin "MONOPOL QOXULU" qadağası- "Həzrəti Əbülfəz" geri qayıdırmi?12:27Qəbir yeri üçün ödənilən pullar kimlərin cibinə gedir?.. - İcra strukturları və işbazların əlbirliyi12:13Azərbaycanda yetimlər üçün tikilən evləri necə satıblar... - ŞOK İTTİHAM11:20Texniki Universitetdə rüşvət qalmaqalı - İTTİHAM11:01Ceyhun Bayramov gəlib bu siniflərdə yarımca saat otura bilsə... - Lerikdə dəhşətli mənzərə...10:44Mehriban Əliyeva Azərbaycan neftçilərini təbrik etdi - FOTO10:28Bakı-Tbilisi-Qars dəmir yolu ilə Avropa istiqamətində hərəkət edən “China Railway Express” blok qatarı Ankaradan yola salınıb10:22Erməni silahlı bölmələri atəşkəsi 23 dəfə pozdu22:37Prezident bu televiziya və radio işçilərinə fəxri adlar verdi22:16Qanlı yürüş, buzlaqların sakinləri, xəyanətlə bitən 250 illik tarix... – ARAŞDIRMA – I YAZI22:00Dilənçinin sərvəti hamını ŞOKA SALDI21:37Azərbaycan Rusiyaya nota verdi21:23Prezident Neft Daşlarının 70 illiyi münasibətilə neftçilərə təbrik ünvanlayıb17:07Sahibkarın kredit qalmaqalı böyüyür - Prezidentə müraciət olundu16:56İlham Əliyev Naxçıvana iki milyon manat ayırdı16:31Çevik idarəetməyə keçid: Müşavirliyə yer olacaqmı? - GƏLİŞMƏ16:18"İki-üç nəfər əlində dəftər pul yığa-yığa gəlib deyirlər ki, kimdən icazə almısan?.." - GİLEY16:06"DƏYƏRİ MİLYONLARLA ÖLÇÜLƏN BÖYÜK VİLLA TİKDİRİB" - TƏRTƏRLİ ZİYALILAR İCRA BAŞÇILARI HAQDA NƏLƏR DEYİR?15:54Nazir müavinindən uşaq qidası satan şirkətlərə İTTİHAM15:35Bank rəhbəri: “Normal müştəriyə niyə biznes krediti verməyim ki?”15:1813 SAYLI CƏZAÇƏKMƏ MÜƏSSİSƏSİNDƏ İNSANLIQ DRAMI15:05“İkili standart” siyasəti ilə konfliktin həllini daha da qəlizə salan “vasitəçilər”... - Azərbaycana lazımdırmı?14:49Deputat satışdakı təhlükəli şprislərə görə Səhiyyə Nazirliyini İTTİHAM ETDİ14:38“Nazir işlədiyim dövrdə elə bir səhv qərarım olmayıb” - Misir Mərdanov14:26"Qarabağ"la oyun bizim üçün son şansdır" - Matiç13:51Əkbər Hacıyev "Azəriqaz"ı elə günə qoyub ki... - NARAZILIQ...
BÜTÜN XƏBƏRLƏR
Noyabr 2019 (209)
Oktyabr 2019 (577)
Sentyabr 2019 (617)
Avqust 2019 (631)
İyul 2019 (563)
İyun 2019 (423)

«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Referendum, yoxsa erkən parlament seçkisi - 90 milyonun müəmması

23 yan 2019, 13:50   
    141
Referendum, yoxsa erkən parlament seçkisi - 90 milyonun müəmması

Azərbaycanda növbədənkənar parlament seçkilərinin olacağı ilə bağlı ötən ilin əvvəlindən başlayan müzakirələr 2019-cu ildə də davam etməkdədir. Yeni ildə ilk belə ciddi müzakirəni iqtisadçı alim Qubad İbadoğlu gündəmə gətirib. Q.İbadoğlu bu il seçki və referendum üçün dövlət büdcəsində 90,9 milyon manat nəzərdə tutulduğuna diqqət çəkib.

Q.İbadoğlu mövzuya dair facebook statusunda bunları yazıb: “2019-cu il dövlət büdcəsində başqa kateqoriyalara aid edilməyən ümumi dövlət xidməti (ölkədə müxtəlif seçkilərin, referendumların keçirilməsi, dairə və məntəqə seçki komissiyalarının saxlanılması, seçici siyahılarının dəqiqləşdirilməsi, statistika sistemində islahatların aparılması və s.) xərcləri üçün 90,9 milyon manat vəsait nəzərdə tutulub. Bu isə o deməkdir, hakimiyyət bu il üçün yenidən seçki və referendum keçirmək niyyətindədir”.

Azpolitika.info yada salır ki, bu il - dekabrın 27-də Azərbaycanda növbəti bələdiyyə seçkiləri keçiriləcək. Lakin 2019-cu ilin dövlət büdcəsində seçkilər və referendum üçün 90 milyon manatdan artıq vəsait ayrılması 2 seçki olacağından xəbər verir. Çünki əvvəlki seçkilərin keçirilməsi üçün adətən 35-40 milyon manat vəsait xərclənib.

“Yeni Müsavat” isə xatırladır ki, Azərbaycanda bu il keçiriləcək bələdiyyə seçkiləri üçün ayrılacaq vəsaitin həcmi 53 milyon 900 min manat nəzərdə tutulub. Bəs o halda təxminən 37 milyon manat hansı seçki üçün nəzərdə tutulub?

YAP-ın icra katibinin müavini, Milli Məclisin komitə sədri Siyavuş Novruzov ötən ilin sonunda “Yeni Müsavat”a verdiyi müsahibədə növbədənkənar seçkilər ehtimal barədə danışmışdı. Siyavuş Novruzovun dediklərini yada salaq: “Prezidentin səlahiyyəti var idi ki, istənilən vaxt seçki elan etsin. Amma parlament seçkiləri ilə bağlı müddəa konstitusiyada var. Ona görə də konstitusiyadakı müddəanı ancaq referendum yolu ilə dəyişmək olar. Prezident, bələdiyyə seçkiləri və referendumla bağlı zərurət yarandığı halda prezidentə səlahiyyət verilir ki, növbədənkənar seçkiləri elan etsin. Parlament seçkiləri ilə bağlı müddəa isə konstitusiyada qalıb. Ona görə də gərək ilk növbədə referendum keçirilə, bu müddəa konstitusiyadan çıxarıla və Seçki Məcəlləsinə salına bilər. Əslində parlament seçkilərinin vaxtının təyin olunması və s. konstitusiyada olması düzgün deyil. Bunlar hamısı seçki ilə bağlı olduğundan Seçki Məcəlləsində əksini tapmalıdır. Parlament seçkiləri konstitusiyada qaldığı üçün ilk növbədə gərək referendum keçirilə, bu müddəa konstitusiyadan çıxarılıb Seçki Məcəlləsinə salına. Amma əfsus ki, sonuncu referendumda bu müddəa nəzərdə tutulmadı və parlament seçkiləri konstitusiyada qalıb. Konstitusiya ən ali qanun olduğuna görə onun müddəası hər şeydən üstündür. Bir də növbədənkənar seçki o halda ola bilər ki, parlament öz-özünü buraxsın. Bu, bir hökumətin hesabatı vaxtı, bir də baş nazirin seçilməsi ilə bağlı ola bilər. Biz də baş naziri təsdiqləmişik, işləyir, Allah canını sağ eləsin! Yəni bu məsələlərlə bağlı da problem yoxdur. Vaxtından qabaq parlament seçkilərini keçirmək üçün mütləq referendum keçirilməlidir”.

Göründüyü kimi, S.Novruzov növbədənkənar parlament seçkiləri üçün mütləq referendumun olması şərtini yada salar. Ölkəmizdə referendum təyin etmək hüququ AR Milli Məclisinə (ARK-nın 95-ci maddəsinin I hissəsinin 18-ci bəndi) və Azərbaycan Respublikasının Prezidentinə (109-cü maddənin 18-ci bəndi) mənsubdur.

Referendumun hazırlanmasına və keçirilməsinə dövlət büdcəsindən ayrılan maliyyə vəsaitlərinin seçki komissiyaları arasında bölüşdürülməsi, göstərilən vəsaitlərdən təyinatı üzrə istifadəyə nəzarət edilməsi qaydaları Azərbaycan Respublikasının Seçki Məcəlləsinin (bundan sonra - Seçki Məcəlləsi) 89-cu, 96-cı, 97-ci maddələri, “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanunu ilə tənzimlənir.

Ölkəmizdə müstəqillikdən bəri 2002-ci il avqustun 24-də, 2009-cu il martın 18-də və 2016-cı il sentyabrın 26-da referendum keçirilərək konstitusiyaya əlavə və dəyişikliklər qəbul olunub.

İqtidaryönlü deputat Fəzail Ağamalı da bu günlərdə mediaya verdiyi açıqlamada bildirib ki, 2019-cu ilin oktyabr və digər aylarında növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı qərar qəbul edilə bilər. Fəzail Ağamalı növbədənkənar parlament seçkilərinin keçirilməsinin hansı zərurətdən irəli gəldiyi barədə belə deyib: “Bunu daha çox əsaslandırırlar ki, 2020-ci ildə parlament seçkiləri keçirilsə, növbəti parlament və prezident seçkiləri 2025-ci ildə keçirilməli olacaq. İndiyə qədər eyni ildə prezident və parlament seçkilərinin keçirilməsi ilə bağlı təcrübə heç bir ölkədə yoxdur. Hər iki seçki vacib məsələdir. Hesab edirəm ki, hər iki seçkinin bir ildə keçirilməsi ölkəni çətin vəziyyətə sala bilər. Çünki seçki zamanı bütün qüvvələr səfərbər olur. Mən də bu məntiqə söykənərək düşünürəm ki, 2019-cu ildə növbədənkənar parlament seçkiləri keçirilə bilər”.

Bəzi ekspertlər hesab edir ki, hökumətin parlament seçkisinə görə indilikdə referendum keçirməsi real deyil. İddia olunur ki, prezidentin belə bir səlahiyyəti olduğu halda, referenduma ehtiyac qalmır. Yada salaq ki, 2016-cı il sentyabrın 26-da keçirilən son referendumla dövlət başçısına belə bir hüquq verilib. Prezidentin parlamenti buraxacağı halları Azərbaycan Konstitusiyanın 94, 95, 96 və 97-ci maddələrində öz əksini tapıb. O halda xalqı referendum üçün sandıqbaşına çağırmağa ehtiyac qalmır.
“Yeni Müsavat”
OXŞAR MÖVZULAR