Impera

XƏBƏR LENTİ
17:45Beyləqanda əcaib-qəraib olaylar... - İDDİA17:30İlham Əliyev Lənkərana 2,3 milyon manat ayırdı17:15“26-lar” kafesinin sahibinin oğlu, “Gelandevagen”li Qasımov niyə bıçaqlanıb? – FOTO17:00İlham Əliyev Şahin Mustafayevi vəzifəsindən azad etdi16:36Daha 8 oyuna hakim təyinatları açıqlandı - Çempionlar Liqası16:23Milli Kitabxanada növbəti kitab sərgisi ədəbiyyatşünas alimə həsr olunub16:13Ərdoğan və Putin arasında görüş başladı - Soçidə16:00Gəncənin “təhsil şefi” haqqında ŞOK İTTİHAMLAR - “Zakir Hüseynov üçün idarəçilikdə heç bir sərhəd, qayda-qanun yoxdur”15:44Sahil Babayevin işçilərinə qarşı SƏRT İTTİHAMLAR - Müraciət...15:41Sumqayıt Dövlət Universitetinin əməkdaşlarının əməkhaqları növbəti dəfə artırıldı.15:23Bu saxtakarlıq Azərbaycan polisi üçün başucalığıdır14:41Gəncənin abadlaşmasına ayrılan milyonlar necə xərclənir?14:23Goranboyda icra başçısı ortalarda görünmür... - Şikayətçilər isə qapıdan qovulur...14:11"Milli Qəhrəman Mübariz İbrahimovu təhqir edən Nərmini hansı cəza gözləyir?"-Hüquqşünas rəyi13:47Qusarda dağlıq əraziyə düşən şəxsin ölümü ilə bağlı DƏHŞƏTLİ FAKTLAR13:20Ağsunun yeni icra başçısı da sakinləri dinləmir... – “Kəndimizin örüş sahələri satılıb”13:17"120 saat bitir" - Ərdoğandan xəbərdarlıq12:38Əli Əsədovun kabineti yenilənir... - Daha kimlər yol üstündədir?..12:20LC Waikiki mağazasında müştərilərə qarşı hörmətsizlik - GİLEY12:08SABİQ MƏMURUN ŞİRKƏTİNƏ 2 MİLYONLUQ DAHA BİR TENDER – “Azəri Servis LTD”-nin “udduğu” tenderlərin sayı-hesabı yoxdur11:53“Flaqman” halal kolbasa satmır: etiraf, vəhabi izi, 1,3 ton atılmış məhsul… – Sensasiya10:51Payız-qış mövsümünə hazırdırmı? - Rəsmilər danışır10:37Vahid Əhmədov: Yəqin ki, kadr islahatlarının davamı olacaq10:22Bu rayonlarda qaz təchizatı DAYANDIRILACAQ10:11Atəşkəs 20 dəfə pozuldu18:00Oqtay Şirəliyev də gedir... - Gözlənti17:45Prezidendən Qüdrət Qurbanovla bağlı SƏRƏNCAM17:40Azərbaycanda vəzifəli şəxs qəzaya düşdü -17:18Uşaq pulu ilə bağlı ŞAD XƏBƏR17:09Prezident Tünzalə, Röya və Miri Yusifə “Xalq artisti” adı verdi16:52Prezident Əli Həsənovu vəzifəsindən azad etdi16:24300-dən çox İŞİD terrorçusu məhv edilib - Akar16:15Prezident bu şəxsləri təltif etdi16:02"Uninet"-in əndrabadi qanunları - ŞİKAYƏT15:49“Dedilər, bu işlər elə-belə görülmür” - Ağdamda NARAZILIQ14:40Dəniz limanlarında 6,7 milyon tonluq yükləmə-boşaltma işləri həyata keçirilib14:32Adil Vəliyevin kadrları da özü kimi işləyir... - Sakinləri dinləyən yoxdur...14:20Bankların "YASMİN" TAMAHI... - İTTİHAM14:08Azərbaycan şəhərində PKK-ya abidə qoyuldu - FOTO13:58Dərmanları həm baha, həm də saxta... - İTTİHAM13:47Ləğv edilmiş dövlət qurumunun rəhbərinə yeni vəzifə verilib12:51Əliyar Qasımovun dostu tərəfindən bıçaqlanmasının TƏFƏRRÜATI - "Çıxanda bizimlə hesablaşacaq"12:41Metyu Brayza: Əgər ABŞ Konqresi NATO-nun müttəfiqini düşmən hesab edirsə, dünya ağlını itirib - ÖZƏL12:32"Beşiktaş"da yeni prezident12:18Bakıda “Sovet dövründə Türkiyəni Vətən seçənlər” mövzusunda fotosərgi açılacaq12:07R.Tağıyevin siyasi orientasiyasının ciddi araşdırılmasına ehtiyac vardır - Təhsilimizə uzanan barmaqlar...12:03Razi Nurullayev: “Rəngli inqilablar dövrü keçib”11:30"Bütün bunlardan artıq bezmişik" - Xaçmazda ÖZBAŞINALIQ11:09Laçınlı məmurdan prezidentə şikayət olundu - İTTİHAM10:43“1000 bərəkət, halal nemət" TƏHLÜKƏSİ... - ARAŞDIRMA10:30Azərbaycan nefti həftə ərzində 2%-ə yaxın bahalaşıb10:18Atəşkəs 22 dəfə pozulub15:09Müxalifətin mitinqində “Sipark”a etirazlar – Video11:35Binəqədi DSMF-dən ciddi narazılıq11:30Türkiyə ordusuna hücum: şəhid və yaralı var11:25Qobustanda ev yandı, Bakıda faciənin qarşısı alındı11:21Cüdoçu qızlarımız Sloveniyada 6 medal qazanıblar11:15Əli Kərimli: “Az qala ölürdüm” / Siyavuş Novruzov: “Təxribat törətməyəydin”16:32Bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsinə başlanılıb - Bu gündən16:08Gələn həftə dəyişikliklərin START DÜYMƏSİ BASILIR... - Kimlər gedir?15:54Rafael Cəbraylovun binaları sökülərsə... - "...binaların çoxu “kaçalka”ların yerində tikilib"15:34Ceyhun Bayramov işinin öhdəsindən gəlirmi? - Görünəni odur ki...15:22UEFAdan İKİLİ STANDART!!! - “Qarabağ”ı cərimələdi, amma erməni təxribatı ilə bağlı açıqlama vermədi13:00BANK SEKTORUNA “SARI VƏRƏQƏ” – Məmur-bankirlər son müşavirədən nəticə çıxaracaqlarmı?12:33Türkiyəyə qarşı ŞOK TƏLƏBLƏR: 60 deputat imzaladı12:11Sabiq nazir oğlu Londondakı şirkətlərini niyə bağlayıb?11:56Texniki-Humanitar Liseydə bazar qanunları - İTTİHAM11:34Vilayət Eyvazovdan növbəti — TƏYİNAT00:05Gömrük Generalının Çexiyadakı nəhəng mülkləri-FOTOLAR20:35"Bakı Metropoliteni"nin bütün stansiyalarının rəisləri və müavinləri dəyişib - SİYAHI20:17Sahil Babayevin abadlaşdırdığı “xarabalığın” əsl memarı Füzuli Ələkbərov: - Keçmiş nazir hələ “göylərdədir”20:06Azərbaycanda internetin sürəti ilə bağlı MÜƏMMA - Nazirlik inkar edir19:51"Radikal və dağıdıcı müxalifətdən qurtuluşun zamanı yetişib" - Əli Həsənov19:35Qubadlının icra başçısı Xətaiyə gətirilir? - İDDİA16:40Руководитель пресс службы “Kонгресса Азербайджанцев” РСО-Алания Эльчин -Шукур, встретился с Уполномоченным по правам человека Чеченской республики Нухажиев Нурди Садиевичом.16:17SDU-da “Azərbaycanda elmin və təhsilin inkişafında Bakı Dövlət Universitetinin rolu” mövzusunda elmi-praktik konfrans keçirildi15:55Azərbaycanda bu şəxslər övladlığa uşaq götürə bilməyəcək15:51İradə Gülməmmədova Xırdalan şəhər sakinlərilə görüşdü15:41Prezident Rövşən Rzayevi qəbul edib15:22“Araz-Alko” MMC-də müəmmalı olaylar... - Müraciət...15:05Türkiyədə dollar ucuzlaşdı14:48Taleh Qaraşovla bağlı iddia... - VİDEO14:28Ağsuda nə baş verir? - İTTİHAM14:14İlham Əliyev hansı nazirlərlə vidalaşır? – arxaik idarəçiliyə son!12:54Oqtay Şirəliyev yola salınır - SƏHİYYƏ NAZİRİ İŞ OTAĞINI BOŞALTDI12:33Ceyhun Bayramov buralara bir göz atsa... - İTTİHAM12:14Suriya hökuməti Türkiyə-ABŞ sazişinə münasibət bildirdi11:49Miqrasiya xidməti əməkdaşı bir milyonluq əmlakı qəsb olunmuş gürcü sahibkarı niyə deport etmək istəyib-VİDEO11:22“Tək qadınam, dərs saatım yoxdur” - Deputatdan ŞİKAYƏT11:09Samir Şərifovun adamı "casus" peşində... - İDDİA10:47Bir qrup məmurun korrupsiya əməlləri ifşa oldu - Video10:27"Prezident gözəl bilir ki, kimlər qudurub" - Siyasi elmlər doktoru10:13Stokholmda “İsveç və Azərbaycan arasındakı dostluq münasibətlərinin təşviqi” adlı tədbir keçirilib10:13Stokholmda “İsveç və Azərbaycan arasındakı dostluq münasibətlərinin təşviqi” adlı tədbir keçirilib09:51Bu gün Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür - Bayrammz mübarək!!!09:51Bu gün Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür - Bayrammz mübarək!!!23:27Prezidentin ayırdığı pullar Ağsuda necə mənimsənilir?-FOTOLAR18:29Erməni alayı Qarabağ üçün hazırlaşır - Ölmək üçün səfərbər olurlar...18:1118 oktyabr - Müstəqillik haqqında Azərbaycan Respublikasının Konstitusiya Aktının qəbuluna dair 5 tezis - Əli Həsənov17:34Əli Əsədova “yaşıl işıq” – Baş nazir kadr dəyişikliklərinə başlayır
BÜTÜN XƏBƏRLƏR
Oktyabr 2019 (373)
Sentyabr 2019 (617)
Avqust 2019 (631)
İyul 2019 (563)
İyun 2019 (423)
May 2019 (557)

«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

“Expressbank” ASC-nin Şirvan filialı vətəndaşın həyatını qaraldıb... - GİLEY

23 yan 2019, 14:33   
    154
“Expressbank” ASC-nin Şirvan filialı vətəndaşın həyatını qaraldıb... - GİLEY

“Hürriyyət” qəzetinin noyabr ayında dərc olunan saylarında "Şirvan məhkəməsində böyük rəzalət: XƏBƏRİ OLMADAN EVİ BANKA GİROV QOYULDU" səlövhəli məqalə dərc etmişdik. Həmin məqalədə oxucularımıza bir ailənin faciəsinə səbəb ola biləcək haqsızlıqdan söhbət açmışdıq. Belə ki, yeganə qızının və onun ailəsinin - həyat yoldaşı ilə iki yeniyetmə oğlunun taleyindən nigaran ata redaksiyamıza gələrək, səsinin aidiyyatı qurumlara çatdırılması üçün göz yaşları içində bizdən kömək istəmişdi.

Təbii ki, bu olaya təkrar qayıtmağımız səbəbsiz deyil. Amma mətləb üstə keçməzdən öncə məsələdən hali olmayanları adıçəkilən olayın qısa xülasəsi ilə tanış etmək istəyirik.

“Daxil Kərimov mənə söylədi ki, heç bir məhkəmədən bildiriş almayıb, heç bir məhkəmə-filan da tanımır”

Məsələ ondadır ki, bizə müraciət edən şikayətçi Cahangirov Valeh Məhəmməd oğlunun qızı Günel Abıyevanın qaynı Abıyev Şamil Famil oğlu ilə “Expressbank” ASC-nin Şirvan filialı arasında 03.2014-cü il tarixli 500850-0014/14 saylı kredit müqaviləsinə əsasən Şamil Abıyevə illik 20 faiz olmaqla, 36 ay müddətinə 50.000 (əlli min) manat məbləğində kredit verilib. Qeyd edilən kredit müqaviləsinin təminatı qismində isə Günel Abıyeva ilə onun həyat yoldaşı Vüqar Abıyevin birgə mülkiyyəti olan Şirvan şəhəri, Xaqani küçəsi 3, ev 124 ünvanında yerləşən fərdi yaşayış evi banka ipotekaya qoyulub və bu barədə Vüqar Abıyevlə bank arasında 03 sentyabr 2014-cü ildə ipoteka müqaviləsi bağlanıb.

İpoteka predmeti olan bağ evi Günel Abıyeva ilə həyat yoldaşının birgə nigah dövründə tikildiyi üçün əmlak qanunvericiliyinin tələbinə əsasən, ər-arvadın birgə mülkiyyəti hesab edilir. Bu üzdən ipoteka müqaviləsi rəsmiləşdirilərkən Günel Abıyevanın da razılığı alınmalı və o da həmin müqaviləni imzalamalı idi. Amma Günel Abıyeva müqavilənin bağlandığı Şirvan şəhəri 1 saylı Notariat Kontorunda olmayıb, bu müqavilənin bağlandığından da tamamilə xəbərsiz olub.

Qanunvericiliyə görə hətta ölkə prezidenti belə hakimin çağırışına cavab verməyə borcludur. Elə isə necə ola bilər ki, saxtakarlıqda ittiham olunan xırda məmur hakimin çağırışına məhəl qoymadan məhkəməyə gəlməsin?

Adıçəkilən müqavilə rəsmiləşdirilərkən Günel Abıyevanın həyat yoldaşı Vüqar Abıyev Ukraynada sanatoriyada istirahət edib, Abıyeva Günel isə Bakıda, atası Valeh Cahangirovun evində qalıb. Odur ki, nə Vüqar Abıyevin, nə də Günel Abıyevanın bu işdən xəbəri olmayıb. Günel Abıyevanın qaynı Şamil Abıyev hansı yollasa onun şəxsiyyət vəsiqəsini ələ keçirib və cinayət yoldaşı Notariat Kontorunun o vaxtkı notariusu Kərimov Daxil Fazil oğluna qızımın adından saxta etibarnamə tərtib elətdirib.

Həmin etibarnaməyə əsasən, guya Günel Abıyeva həyat yoldaşı Vüqar Fərman oğlu Abıyev tərəfindən öz mülahizəsinə görə istənilən şərtlərlə, isənilən qiymətə və istənilən müddətə, istənilən bank qarşısında İPOTEKA qoyulmasına, onun tərəfindən istənilən vaxt ipoteka şərtlərinin dəyişdirilməsinə və təkrar ipotekalara yüklü edilməsinə icazə verir. Günel Abıyevanın saxta imzası ilə tərtib edilən bu “etibarnamə” notarius Daxil Kərimov tərəfindən təsdiqlənib.

Şamil Abıyevlə notarius Daxil Kərimovun qanunsuz əməlindən xəbər tutan Günel Abıyeva və onun həyat yoldaşı Vüqar Abıyev dəfələrlə məhkəməyə və aidiyyati qurumlara şikayət ərizələri ilə müraciət ediblər.

Təqdim olunan sənədlərin Vüqar Abıyevin İPOTEKA müqaviləsi bağlanan müddətdə həqiqətən Azərbaycanda olmadığını, ekspertiza tədqiqatının isə Günel Abıyevanın imzasının saxtalaşdırıldığını təsdiq etməsinə, Şamil Abıyevin məhkəmədə Günel Abıyevanın Notarial kontorda olmadığını etiraf etməsinə baxmayaraq, şikayətçilərin iddiası məhkəmə tərəfindən təmin edilməyib.

Ən qəribəsi isə odur ki, məhkəmənin qətnaməsində Şirvan Şəhər 1 saylı Notarius Kontorunun o vaxtkı notariusu Daxil Kərimovun rəsmi bildirişlə məhkəmə iclaslarına çağırılsa da, bir dəfə də olsun məhkəməyə təşrif buyurmadığı və hakim Ziya Əliyevin məhkəmə iclaslarınının onun iştirakı olmadan keçirilməsini məqbul saydığı qeyd olunub.

Bütün söylənənləri və təqdim edilən faktları incələyərək, adıçəkilən yazımızı bu cümlələrlə bitirmişdik:

“Maraqlıdır, necə ola bilər ki, saxtakarlıqda ittiham olunan xırda məmur hakimin çağırışına məhəl qoymadan məhkəməyə gəlməsin? Axı qanunvericiliyə görə hətta ölkə prezidenti belə hakimin çağırışına cavab verməyə borcludur. Bəs belə isə buna nə ad vermək olar? Buna səbəb Şirvan Şəhər Məhkəməsinin hakimi Ziya Əliyevin səbatsızlığı, yaxud notarius Fazil Kərimovun hakimi saymayacaq qədər arxalı olmasıdırmı? Ya bəlkə ziya Əliyevlə Daxil Kərimovu hansısa başqa münasibətlər bağlayır, bəlkə bu iki şəxs cinayət ortağıdır?

Təbii ki, faktsız danışmaq və kimisə ittiham etmək özü bir cinayətdir. Amma zənnimizcə, bu müəmmalarla dolu işin təkrar və daha ciddi, daha detallı araşdırılması zamanı bu məqamlara da xüsusi diqqət ayrılmalıdır”.

Ümud edirdik ki, aradan ötən bu iki ayda sözügedən cinayət işi lazımınca araşdırılıb və günahkarlar öz haqlı cəzalarına çatıblar.

Amma bu günlərdə təkrar redaksiyamıza gələn əli hər yerdən üzülən çarəsiz atanın söylədiklərindən sonra boşuna ümidləndiyimizi anladıq.

“Son ümid kimi bütün bu müsibətləri başımıza açan notarius Daxil Kərimovu tapıb, onunla söhbət etmək qərarına gəldim”

Şikayətçi Valeh Cahangirovun dediklərini olduğu kimi çatdırırıq:

“Ev məsələsi ilə bağlı döymədiyim qapı, şikayət etmədiyim qurum qalmayıb, bütün rəsmi qəzetlərə müraciət etmişəm, hamısından xahiş etmişəm ki, kömək edin, qızımın evi dağılmasın, bu işin vicdanla araşdırılmasını tələb etmişəm, amma sonda məhkəmə yenə də iddiamızı təmin etmədi. Odur ki, son ümid kimi bütün bu müsibətləri başımıza açan notarius Daxil Kərimovu tapıb onunla söhbət etmək qərarına gəldim.

Daxil Kərimov hazırda Bakı şəhərinin Nərimanov rayonunda yerləşən 23 saylı Notariat Kontorunun müdiridir. Onunla görüşmək üçün həmin kontora getdim. Dedim, qardaş, sənin saxtakarlığının ucbatından qızımın ailəsi dağılır. Mənə cavab verdi ki, mən heç bir işimdə saxtakarlığa yol verməmişəm, hər şeyi qanunla etmişəm, ürəyin istəyən yerə məndən şikayət edə bilərsən.

Ona dedim ki, axı qızım sənin yanında olmayıb, müqaviləni imzalamayıb, kürəkənim həmin vaxt xaricdə olub, sənsə qızımın imzasını saxtalaşdıraraq onların evinin girov qoyulmasını sənədləşdirmisən. İşlə bağlı dəfələrlə məhkəmə olub, heç birində də iştirak etməmisən, heç bir bildirişə məhəl qoymamısan.

Daxil Kərimov bunun cavabında mənə söylədi ki, heç bir məhkəmədən bildiriş almayıb, heç bir məhkəmə-filan da tanımır. “Əlindən gələni beş qaba çək”,- deyib, məni otağından qovdu.

“Rüşvət alan kənarda qalıb, heç bir günahı olmayan qızımın evi isə əlindən alınır”

Hazırda sözügedən iş yenidən Şirvan Şəhər Apellyasiya Məhkəməsindədir. Sizin qəzet vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin sədri Rəşad Səmədova müraciət edirəm və ondan xahiş edirəm ki, bu işlə özü yaxından maraqlansın. Əgər qızımın o evə heç bir haqqı-hüququ yoxdursa, nədən imzasını ekspertizaya yollayırdılar? Nə üçün ekspertiza tədqiqatı imzanın qızıma məxsus olmadığını təsdiq etdiyi halda, bu cinayətin başında dayanan notarius Daxil Kərimov bir dəfə də olsun məhkəmədə iştirak etməyib? Doğrudanmı onu heç bir məhkəməyə dəvət etməyiblər? Bu necə ola bilər axı?!

Rüşvət alan kənarda qalıb, heç bir günahı olmayan qızımın evi isə əlindən alınır. Bəs mən indi dərdimi kimə deyim, nə edim?

Apellyasiya məhkəməsinin növbəti iclası fevral ayının 13-ə təyin edilib. Məhkəmə öncəsi Rəşad Səmədovun qəbuluna düşüb hər şeyi ona anlatmaq istəyirəm. Çünki son ümidim onadır.

Sizin qəzetiniz vasitəsilə Azərbaycan xalqının qeydinə qalan bütün rəsmi dövlət qurumlarına üzümü tutub onlardan bu işdə mənə yardımçı olmalarını xahiş edirəm”.

Hurriyyet.org

P.S. Bizdən kömək uman dərdli ataya necə kömək edəcəyimizi bilmədiyimizçün özümüzü çox gücsüz, çox üzgün hiss etdik. Amma yenə də ümid edirik ki, Valeh Cahangirovun dediyi o Azərbaycan xalqının qeydinə qalan rəsmi qurumlar səsimizə səs verəcək və ədalət gec də olsa, zəfər çalacaq. Sabahın əsgəri olan iki tələbə övlad böyüdən zəhmətkeş valideynlər min bir arzu ilə tikdikləri evi itirməyəcəklər, həmin evdən oğullarını əsgər yola salacaqlar, qayıdıb gələndə isə elə həmin evdə toylarını edəcəklər, nəvə-nəticə sahibi olacaqlar.
OXŞAR MÖVZULAR