Impera

XƏBƏR LENTİ
09:48Azərbaycan MN: Düşmən atəşkəs rejiminə əməl etmir20:55“SƏDƏRƏK YUSİF” KÜRÜ “İŞĞAL” ETMƏKDƏ DAVAM EDİR: QANUNSUZ TİKİLİNİN İCAZƏSİNİ İCRA BAŞÇISI VERİBMİŞ – YENİ VİDEO20:53Xəzər rayonunda Hacı Gülağanın sususz qoyduğu adamlar – Vətəndaşı dövlətdən narazı salanlar niyə cəzasız qalır? VİDEO18:00Elinanın intihar etdiyi məktəbin yeni direktoru kimdir? - DOSYE17:40Bu il 1-ci sinif üçün riyaziyyat dərslikləri iki hissədən ibarət hazırlanıb17:20Əmisi oğlunun arvadını qaçıran şəxsi döyüb öldürənlərlə bağlı YENİ XƏBƏR17:00"Qarabağ" öz futbolçusunun qardaşını da — TRANSFER ETDİ16:40Parlamentdə lombard fırıldaqçıları müzakirə edildi16:20“Kütləvi informasiya vasitələri haqqında” qanuna dəyişiklik edilir16:00Bakı məktəblərinə 29 direktor təyin edildi - SİYAHI15:20Azərbaycann məhşur saytları Qazaxıstan tərəfindən alındı... - ADLAR15:00“Ermənistanı gərgin payız gözləyir...” - TƏHLİL14:40Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq - Belə deyirlər...14:31DTX Rəşad Atakişiyevin ailəsinin müraciətini araşdırır - GƏLİŞMƏ14:16"Ermənistan Dağlıq Qarabağla bağlı danışıqlar prosesinə ciddi zərbələr vurur" - PA rəsmisi12:48Süleyman Mikayılovun qoçuları Müdafiə Nazirliyi adından alver edir – VİDEO12:46Baba Rzayevin falçı sevdası: “Azərenerji”ni ektrasenslər idarə edir? – VİDEO12:34Rüşvət almaqda ittiham edilən komandirin işi - əsgər yoldaşını güllələyən Qasımzadə də dindirildi12:19Gürcüstanın elektrik enerjisi idxalının 91%-dən çoxu Azərbaycanın payına düşüb12:08Fədayə Laçının məhkəməsi niyə onuncu dəfə təxirə düşüb? - VƏKİLDƏN AÇIQLAMA11:09"Xalq Sığorta"da yeni TƏYİNAT10:56Putin Ankarada “Quran”dan sitat gətirdi - VİDEO10:22Benksinin “Devolved Parliament” əsəri hərracda rekord məbləğə satıla bilər10:07Həbib Nurməhəmmədov məğlub etdiyi rəqibə 100 min dollar bağışladı09:53Gəncədə 29 yaşlı gənc başından bıçaqlandı09:38Dövlət qulluqçusu olmaq istəyənlərin nəzərinə09:24Azərbaycan Mərkəzi Bankı sığortaçılar arasında seçim edib22:41Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasında Bilik günü qeyd olunub.17:48İran prezidenti Ermənistana səfər edəcək17:35Azərbaycanın ixrac etdiyi meyvə-tərəvəzin dəyəri 14,5%, həcmi isə 0,7% artıb17:19Məşhur müğənni evində ölü tapıldı - FOTO17:07Azərbaycanda yol polisi 1 aylıq uşağı xilas etdi - Atanın təşəkkürü hamını mat qoydu - VİDEO16:49Özbəkistanın Kokand şəhərində keçirilən Birinci Beynəlxalq Xalq Tətbiqi İncəsənət Festivalının rəsmi açılış mərasimi olub16:34Ən qeyri-adi 5 idman növü16:17Deputat Aydın Hüseynov: “Qondarma qurumu dəvət edən dövlət ilk növbədə özünə hörmət etmir”15:52Avtomobil benzini ilə bağlı RƏSMİ MƏLUMAT15:39Venesuela müxalifətinin lideri BMT Baş Asambleyasında müzakirələrə qatılmaq niyyətindədir14:56Azərbaycanda tamah cinayəti – Mənzilə daxil olaraq ev sahibini öldürdülər14:45Tender qalmaqalı: Şəhid ailələrinə tikilən evlərin pulunu kimlər mənimsəyib?14:44Sevindik Hətəmovun Qaradağ arzuları: “karyer müdiri” Bakı intizarındadı14:42Şəmkirdə ermənilik: “1800 manata görə körpəm can verdi…” – Video14:40Azərbaycanın çörəyi ilə çörəkli olanlar…14:37Sumqayıt Dövlət Universitetində Bilik günü” təntənə ilə qeyd olundu14:30SOCAR son 10 ildə gəlirlərini 26 dəfədən çox artırıb13:29DİN Novxanıda baş verən dəhşətli hadisə barədə məlumat yaydı13:25İşsizlərin sayı AÇIQLANDI12:35Bu tələbələrə akademiya təqaüdü veriləcək12:00Azərbaycanın “Avroviziya-2020” mahnı müsabiqəsində iştirakı rəsmən təsdiqlənib11:46Bakı əhalisinə çağırış - İctimai nəqliyyatdan istifadə edin11:19Balakəndə iqtisadi sabotajı kimlər edir: 100 min tonlarla məhsul məhv olub-VİDEO11:17Səfər Mehdiyev komitəsi: süründürməçilik, rüşvət, nifrət…korrupsiya… – Araşdırma/Video11:08Hacı Nurana yeni vəzifə verilib? - AÇIQLAMA10:46DÜNYA ŞOKDA: üzbəüz döyüşü uduzsalar 140 nüvə bombası atılacaq - Baş nazir BƏYAN ETDİ10:35Bu gün 4 rayonda qaz olmayacaq10:20Cəbhədən son məlumat - Müdafiə Nazirliyi01:22Vəkil Ruslan Mirzəyevdən Anar Bağırova şikayət var-300 manatı qaytarmır21:35“Qudası yüksək vəzifədədir deyə bütün məhkəmələr zəngi ilə hərəkət edir”21:29Vidadi Zeynalovun oğlu ilə bankir kürəkəninin şirkəti haqda sənədlər yayıldı13:57Stimul Hospitaldan növbəti hümanist addım15:35DİN keçmiş məhkəmə sədrinin qətli ilə bağlı məlumat yayıb15:17Bakı metrosunda interval 2 dəqiqəyə düşdü15:05İki güləşçimiz dünya çempionatının finalına çıxmaq üçün mübarizə aparacaq14:43Yağış, leysan gəlir - SABAHIN HAVASI14:28Elgiz türk serialına çəkilənləri tənqid etdi: "Süpürgəçi, cibgir, qulluqçu"12:31Həftəsonu işləyənlərə əlavə ödənişlər verilsin - TƏKLİF12:14DİN keçmiş məhkəmə sədrinin qətli ilə bağlı məlumat yaydı12:00Onlar bu il universitetlərə qəbul olundular, amma ali təhsildən imtina etdilər - Şok RƏQƏMLƏR11:36Vasif Talıbov özünü yeni vəzifəyə təyin etdi11:21DIN və polis rəisləri kimlərə müharibə elan edib? - Xətai polis rəisi barədə ilginc faktlar11:13SON DƏQİQƏ: Türkiyədə ardıcıl iki GÜCLÜ ZƏLZƏLƏ: Çox sayda xilasedici cəlb edildi23:03Məktəbə forma ilə getməyən şagirdlərin cəzası nə olacaq? - Təhsil Nazirliyi cavablandırdi22:59Sumqayıt DYP xanım sürücünü necə xilas etdi? – İnanılmaz jest17:48Faciəvi QƏZA: 3 nəfər DİRİ-DİRİ YANDI17:34Həcc ziyarətinə gedənlərə vacib xəbər: gələn ildən etibarən...17:23Manatı gələn il nə gözləyir? - Rəsmi inflyasiya proqnozu AÇIQLANDI17:12Nazir küçədə piyadaları cərimələyən post-patrul əməkdaşlarının səlahiyyətlərinə xitam verib17:01Geyim mağazasından oğurluq edən qadın tutuldu16:51Gələn ilin dövlət büdcəsində neftin qiyməti neçə dollar olacaq?16:18Mərkəzi Bankdan uçot dərəcəsi ilə bağlı - QƏRAR15:45Bu rüsumun qiyməti 1000 manatdır - DMX-nin rəisi15:36SDU-nun Mühəndislik fakültəsinə müasir laboratoriya avadanlıqları alınıb14:33Adam oğurlayaraq işgəncə verən keçmiş idmançımızın məşqçisi: "Atası deyirdi ki, pul lazımdır"14:14Atambayevin tərəfdarları ad günündə mitinq keçirəcək14:03Şəkidə infotur çərçivəsində konfrans keçirilib13:53Abşeron və Sumqayıtda yaşayanlara XOŞ XƏBƏR! – VİDEO13:28"Qarabağ" - "Sevilya" oyununun biletləri satışda13:09Azərbaycan vətəndaşlarının daha çox hansı ölkədən geri qaytarıldığı məlum olub12:54Azərbaycanda İLK: Qidalar bu texnologiya ilə yoxlanılacaq - FOTO12:23DYP: Avtomobilinizdə bu olmasa 10 AZN cərimələnəcəksiz12:00Azərbaycan Ordusu 10 minlik hərbçi ilə genişmiqyaslı təlimə başlayır10:57Mərhum pilotumuzla bağlı xəbər yayıldı - İfşa edin...10:36Arçil Talakvadze: "Gürcüstan NATO-ya qoşulmağa hazırdır"10:33BirKart-la UNEC-də təhsil haqqını hissə-hissə ödəmək olar09:54Ermənilər atəşkəs rejimini 20 dəfə pozub18:00Melaniya Trampın plaşı qalmaqala səbəb oldu - FOTO17:32Biləsuvar Məşğulluq Mərkəzinə qarşı ŞOK İDDİA-VİDEO17:20Azərbaycanda hər 10 ailədən 1-i sonsuzdur - Süni mayalanma gizlədilir17:0022 yaşlı atadan körpəsinə qarşı dəhşətli əməl15:52Azərbaycan-Türkiyə iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın növbəti iclası keçiriləcək14:41Bakının bu metrostansiyası təmirə bağlanacaq
BÜTÜN XƏBƏRLƏR
Sentyabr 2019 (357)
Avqust 2019 (631)
İyul 2019 (563)
İyun 2019 (423)
May 2019 (557)
Aprel 2019 (537)

«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Kooperasiya Universitetində təhsildən başqa hər şey var... - İTTİHAM

25 yan 2019, 09:52   
    129
Kooperasiya Universitetində təhsildən başqa hər şey var... - İTTİHAM

Respublikamızda iri çinli məmurların -- nazirlərin, komitə, agentlik, xidmət və şirkət rəhbərlərinin, icra başçılarının, deputatların, eləcə də imkanlı iş adamlarının və sənətçilərin elmi dərəcə almaları, özlərini cəmiyyətə alim kimi sırımaları çoxdan adi hala çevrilib. Bu utancverici proses, demək olar ki, hər kəsin gözü qarşısında baş verir. “Alim” adına iddialı imkanlı şəxslər var ki, bir gün yuxudan ayılır və öz-özlərinə sual verirlər: "Bu dünyada hər şeyim varsa, istədiyim hər şeyə nail olmuşamsa, nədən, bir “alim” adım da olmasın?!.". Belələri, bu məqsədlərinə çatmaq üçün, üz tuturlar ya Elmlər Akademiyasına, ya da Dissertasiya Şurasının fəaliyyət göstərdiyi ali məktəblərdən birinə. Orada adlarını dissertant və ya doktorant kimi qeydiyyata saldırır, formal bir mövzu götürürlər. Bir müddət sonra hər şey hazır olur -- ya tapşırıqla, ya da “bazarlıq” yolu ilə dissertasiya işi yazdırılır. Maraqlıdır ki, bütün bu proseslər qısa bir zaman kəsiyində həyata keçirilir. Əsl elm adamları təkcə mövzunun adını iki, üç ilə təsdiq etdirə bilmədikləri halda, saxta alimlər cəmi bir neçə ilə ya elmlər namizədi olur, ya da elmlər dokıtoru. Elm sahəsində baş verən bu cür biabırçılıqlar, bəzi “alim”lərin törətdikləri hoqqabazlıqlar ölkə mətbuatı tərəfindən mütəmadi olaraq gündəmə gətirilsə də, bunun da bir faydası olmur...

Elmi fəaliyyəti şübhə doğuran, bununla bağlı mətbuatda adı tez-tez hallandırılan şəxslərdən biri də “Azərittifaq”ın İdarə Heyətinin sədri, Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədr müavini, Kooperasiya Universitetinin rektoru, iqtisad elmləri doktoru, professor Eldar Quliyevdir. Öncə onun tərcümeyi-halına qısaca nəzər salmaq kifayətdir ki, nə demək istədiyimiz sizə də aydın olsun.

1951-ci ildə anadan olan Eldar Quliyev, 1973 - 1974-cü illərdə Respublika Ticarət Nazirliyi sistemində məsul vəzifələrdə çalışıb. 1981 - 1985-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində aspirant kimi elmi tədqiqat işi ilə məşğul olub. 1987-1990-cı illərdə Azərbaycan Mərkəzi Kooperativlər İttifaqının idarə rəisi vəzifəsində çalışıb. 1990-cı ildə Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı İdarə Heyətinin sədr müavini,1993-cü ildə isə, İdarə Heyətinin sədri vəzifəsinə seçilib və indiyə kimi həmin vəzifəni icra edir. 2011-ci ildən Azərbaycan Kooperasiya Universitetinin rektoru postunu da elə keçirən Eldar Quliyev II, III, IV və V çağırış Milli Məclisin deputatı seçilib və parlamentin Aqrar Siyasət Komitəsinin sədr müavinidir.

Prosesin maraqlı tərəfi ondadır ki, 1981-1985-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin aspirantı olan Eldar Quliyevin yadına, yalnız 25 ildən sonra dissertasiya müdafiə edib, alimlik dərəcəsi almaq düşüb. Bundan cəmi bir neçə il sonra isə, ictimaiyyət onu elmlər doktoru, professor kimi tanıyıb.

Bu yerdə, ortaya çıxan bu sual bizim üçün də çox maraqlıdır: "Dissertasiya işini uzun illər müdafiə edə bilməyən, heç bir elmi əsər müəllifi olmayan bir Azərbaycan vətəndaşı, necə oldu, yaşa dolandan sonra, saysız-hesabsız uğurlara imza atıb, çoxlu kitablar, elmi əsərlər yaratdı?!". Maraqlıdır ki, həmin əsərlərin mövzuları ən müxtəlif sahələri əhatə edir -- gömrük işi, kənd təsərrüfatı və s., və i. Özü də, Eldar Quliyev bu “uğurlarına" görə, hətta müxtəlif ölkələrdə fəaliyyət göstərən elmi mərkəzlərin, cəmiyyətlərin mükafatlarına, diplomlarına da layiq görülüb.

Eldar müəllim əgər bu adlara, mükafatlara layiq idisə, belə bir istedadı vardısa, nədən, bütün bunlar indiyə qədər gizli qalıb?! Onun “dahiliyinin" yaşa dolandan sonra üzə çıxmasının xalqa nə faydası?!

Daha bir maraqlı məqama diqqət yetirək: Eldar Quliyev elmə gəldikdən dərhal sonra, ictimai mülkiyyət olan Kooperasiya Universitetini vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, bir qərarla özəlləşdirdi və özünü həmin ali təhsil müəssisəsinə rektor təyin etdi. Əgər Kooperasiya Universitetini özəlləşdirmək, eləcə də Azərbaycan Mərkəzi Kooperativlər İttifaqında çalışan yüzlərlə payçının mülkiyyətini özəlləşdirməyə açıq elan edib, “pay-püş” etmək zəruri idisə, onda kollektiv niyə kənarda qalmalı idi?! Bəs, onların payı kimə çatdı?! Bir ara mətbuatımız da bu mövzunun üstündə "baş sındırırdı". Lakin çifayda...

Kooperasiya Universiteti də, öz fəaliyyəti ilə, çoxdan ictimaiyyətin qınaq obyektinə çevrilib. Açıq-aşkar görünür ki, ali məktəblər içərisində ən çox qanunsuzluqlar və özbaşınalıqlar məhz bu universitetdə baş verir. Bu ali məktəb ölkədə savadsız mütəxəssislər bolluğu yaratmaqda, universitet anlayışını gözdən salmaqda "mahirdir". Bütün bunlar isə, məhz Eldar Quliyevin elmi sahədə “xidmətlərinin" acı nəticəsidir.

Yuxarıda sadaladıqlarımız onu deməyə əsas verir ki, Kooperasiya Universitetinin fəaliyyəti ilə bağlı ciddi araşdırmalar aparılmalı, müvafiq ölçü götürülməlidir. araz.az da, bir media orqanı olaraq, həmin xoşagəlməz halları daim diqqətdə saxlayacaq, bu yöndən araşdırmalarını davam etdirəcək. Mövzuya qayıdacağıq, bizi izləyin!
araz.az
0
OXŞAR MÖVZULAR