Impera

XƏBƏR LENTİ
01:25Adil Vəliyevin bu şəhid ailəsindən xəbəri varm? - "Hec olmasa övladımı məktəbə göndərə bilim..."01:10BDU-nun müəllimi ilə deputat arasında pul davası: "Baş nazir məsələyə qarışdı, spikerlə danışdı..."01:00“Mürəkkəb geostrateji regionda müstəqil siyasət həyata keçirmək heç də asan məsələ deyil” – DEPUTAT16:39Ağdamda 1700 manata satılan MÖHLƏT HÜQUQU... Kimdi bu "Komissar" ELXAN? - ŞOK SƏS YAZISI14:31Xəzərdə üzən bütün gəmilərə XƏBƏRDARLIQ edildi14:27Ehtiyatda olan polis və hərbiçilərə iş təklifi14:23"Mənim ağzımdan söz çıxmır, sözü deyirəm" - Elnarə Abdullayevadan AÇIQLAMA14:19İTV-nin sabiq əməkdaşı faciəvi şəkildə həlak oldu14:16Leyla Əliyevanın təşəbbüsü ilə daha bir həyət abadlaşdırıldı11:58Kərbəlada dəhşətli partlayış - ÖLƏNLƏRİN SAYI ARTIR11:39Tramp Yaxın Şərqə əlavə qoşun göndərir - GƏRGİNLİK ARTIR11:25Satılmayan mallar supermarketlər tərəfindən pulsuz paylanacaq - Polşada11:10Noyabrda Bakıda IV Beynəlxalq Bankçılıq Forumu keçiriləcək10:54Prezident İlham Əliyev: "Neftçilərimiz bu gün Azərbaycanın qüdrətini, inkişafını təmin edirlər"23:01İradə Gülməmmədova səyyar qəbul keçirdi18:00İlham Əliyev bu xanımı icraçı direktor təyin etdi - SƏRƏNCAM17:37Millət vəkili: "İnternetə nəzarət tətbiq olunmalıdır"17:26Məşhur şirkətin işçisi binanın damında nə etdi?17:11SON DƏQİQƏ: Azərbaycanlılar Rusiyada DƏHŞƏTLİ QƏZAYA DÜŞDÜ - Çox sayda ölü və yaralı var / VİDEO16:50Arvadını 5-ci mərtəbədən atan art-direktordan XƏBƏR VAR16:38Sürücü tərəfindən söyülən yol polisi ilə bağlı qərar — EKSKLÜZİV (VİDEO)16:11Bir neçə dəqiqəyə 90 milyon insan məhv ola bilər - Dəhşətli PROQNOZ15:44Azərbaycanlı gənc jurnalist vəfat etdi15:24Uduzdurulan Hacı Əliyev: Hakimlərə haqqımı halal etmirəm - FOTO15:00Rafael Cəbrayılovdan deputat vəsiqəsini girov qoyması xəbərinə - REAKSİYA14:44Hava kəskin soyuyacaq, yağış yağacaq - XƏBƏRDARLIQ14:15Vilayət Eyvazov onu işdən azad etdi13:55"Bizim Cəbiş müəllim" filmindəki meyxananın müəllifi açıqlandı - 50 İLDƏN SONRA - FOTO13:10Mehriban Əliyeva neftçiləri təbrik etdi: "Biz sizinlə, sizin peşə uğurlarınızla fəxr edirik" - FOTO12:56Rusiyada Afrika taunu yayılıb12:20Çiçarito "Qarabağ"a qol vurduğu oyundan danışdı11:46Səfər Mehdiyevin qaynı Zeynal Tarquluyevə milyonluq “hədiyyə”si - İTTİHAM11:44Nərimanov rayonunda vətəndaşların evləri dağıdılır Şahmar İbadovdan isə səs çıxmır – ŞİKAYƏT11:12Gəncədə şəhid olan polisin ailəsindən Prezidentə müraciət - MƏTN10:56Fuad Qəhrəmanlının ikinci qızı bacısını dəstəklədi10:39Qobustan qoruğunda “Avropa irs günləri” qeyd olunub10:25“Əsrin müqaviləsi” gənclərin düşüncəsində10:12MN: Düşmən iriçaplı pulemyotlardan istifadə etməklə atəşkəsi 21 dəfə pozub21:53Beyləqanda Anar Vəliyevin “xanım jurnalistlərə” “Cənnət Bağı” nda verdiyi ziyafətin “Cəhənnəm” əzabı …21:24Azərbaycan Vətən Müharibəsi Veteranları İB-nin yaradılmasının 25 illik yubileyi qeyd olunub17:55Azərbaycanda bir yaşadək körpələr arasında ölüm kabusu - SƏBƏBLƏR17:43Ermənistandan Dilqəm Əsgərov və Şahbaz Quliyeviin dəyişdirilməsinə münasibət17:25Dollarla bağlı MÜHÜM QƏRAR17:04Azərbaycanda ana və oğul özünü Araza atmaq istədi16:52"Liverpul"dan Maneyə yeni müqavilə16:41Bakıda dələduzluq edən şəxs döyüldü16:28“Maşın”da onlar yarışacaq – SİYAHI15:47Azərbaycanda beş yeni “ASAN xidmət” mərkəzi açılacaq15:13Ötən gün əməliyyat edilən Kamil Musəvi danışdı: "Ağciyərimdə zədələr var idi"14:59Azərbaycanda erkən nikahların daha çox qeydə alındığı bölgələr açıqlandı14:39Öncə qeyd etdiyim kimi Bakı şəhər icra hakimiyyətinin başçısı olanda Hacıbala Abutalıbovun Ramiz Verdiyev adında bir kadrı vardı, baş zibildaşıyan idi.14:36Kərəm Həsənov Əliyevlərə qarşı: “Cənab prezident, var-yoxumuz söyülür” - Video14:33Ölkəni dərmanla zəhərləyən mafiya (ARAŞDIRMA)14:11GÜNÜN OYUNU: "Qarabağ" - "Sevilya"13:57Moskvada MDB ölkələrinin Oxucu Assambleyası keçirilib13:41Sabahaın hava PROQNOZU13:30"Ramalın acığına..." - Fatimədən cavab12:43Krallığa hücum müharibə səbəbidir - Pompeo12:07Ağsunun qara günləri – Bacanaqların talan etdiyi rayon… – İTTİHAM12:04ÖLÜMÜNƏ İNANMADIĞIM KÖLGƏ ADAM… –Elxan Şükürlü dostu Etimad İsmayılovdan yazdı12:02Qoşqar Təhməzli “Broker Əbülfəz”in palma yağlarına necə göz yumur? – Özəl11:58Fəvvarələr meydanında konsert təşkil edilib-Milli Musiqi Günü münasibətilə11:47Bakının Baş planının hazırlanması işləri gələn ilin sonlarınadək yekunlaşacaq11:28“Xətai” metrostansiyasında nasazlıq: eskalator xarab oldu11:09Azərbaycandakı milyarder və milyonçular...10:45Ana 10 aylıq körpə qızını boğub öldürdü — Ağdamdakı DƏHŞƏTLİ QƏTLİN TƏFƏRRÜATI10:30Erkan Özoral: Türkiyə ilə Azərbaycan arasında ticarət dövriyyəsi artıb22:39Son zamanlar spirtli içkilərin, daha dəqiq desək pivə satışının geniş vüsət alması, yaşından və cinsiyyətindən asılı olamayaraq hər kəsə istehlak olması adamı düşünməyə məcbur edir.20:54Qəbələ rayonunun bir sıra meşə massivləri bir sıra şəxslər tərəfindən qırılaraq məhv edilir.17:59Cəlilabad Ziyalıları Şəhid Adına Məktəbin Direktoru Sücaət Mehtiyevin Saxtakarlığndan Yazdı – MÜRACİƏT17:44Məktəbdə YANĞIN: 30 şagird öldü17:32Qurban Qurbanov: Ən çox izlədiyim çempionat La Liqa, milli isə İspaniyadır17:20Ermənistanda ŞOK SƏNƏD yayıldı: - Nikol Paşinyan dəlixanada yatıb (FOTOFAKT)17:07Azərbaycan və Gürcüstan qaz tədarükü ilə bağlı məsələləri müzakirə ediblər16:48Aztəminatlı ailələrlə bağlı UNİKAL TƏKLİF16:29"Əsrin müqaviləsi”nin imzalanması Heydər Əliyevin dühası və iradəsi sayəsində mümkün olub" - Əli Əhmədov16:11Gələn il Azərbaycanda sosial müdafiə məqsədləri üçün ayrılan vəsait 10 faiz artırılacaq15:59Peşə məktəblərində işləmək istəyənlərin DİQQƏTİNƏ!15:31Hadi Rəcəbli: Bəzi deputatlar fantastik fikirlər səsləndirirlər15:15“Azərişıq”: Hər bir sahibkar elektrik şəbəkəsinə onlayn qaydada qoşulacaq15:00Bu gün Milli Musiqi Günüdür14:45Hacının ilk rəqibi rus oldu - Dünya çempionatı14:31SON DƏQİQƏ: Türkiyədə güclü yanığın14:20Azərbaycanda hamilə qadınlara qənim kəsilən qadın saxlanıldı14:07Mal ətindən ölüm12:35Sabiq deputat YAP-dan QOVULDU12:05Göygöl şefinin oğlunun dəbdəbəli həyatı – Fotolar12:02Baş dəmiryolçunun yüksəlişi və Cavid Qurbanova STOP qoyan sənəd – VİDEO+FOTO11:34Sürücünün yol polisini təhqir etməsi ilə bağlı araşdırma başlanıldı10:47Bakıda helikopter qəzaya uğradı: Pilot ağır xəsarət alıb10:36Novruz Məmmədovdan qərar - Bu şəxslərin maaşı artırıldı10:21“Sevilya” Bakıya gəldi09:48Azərbaycan MN: Düşmən atəşkəs rejiminə əməl etmir20:55“SƏDƏRƏK YUSİF” KÜRÜ “İŞĞAL” ETMƏKDƏ DAVAM EDİR: QANUNSUZ TİKİLİNİN İCAZƏSİNİ İCRA BAŞÇISI VERİBMİŞ – YENİ VİDEO20:53Xəzər rayonunda Hacı Gülağanın sususz qoyduğu adamlar – Vətəndaşı dövlətdən narazı salanlar niyə cəzasız qalır? VİDEO18:00Elinanın intihar etdiyi məktəbin yeni direktoru kimdir? - DOSYE17:40Bu il 1-ci sinif üçün riyaziyyat dərslikləri iki hissədən ibarət hazırlanıb17:20Əmisi oğlunun arvadını qaçıran şəxsi döyüb öldürənlərlə bağlı YENİ XƏBƏR17:00"Qarabağ" öz futbolçusunun qardaşını da — TRANSFER ETDİ16:40Parlamentdə lombard fırıldaqçıları müzakirə edildi
BÜTÜN XƏBƏRLƏR
Sentyabr 2019 (449)
Avqust 2019 (631)
İyul 2019 (563)
İyun 2019 (423)
May 2019 (557)
Aprel 2019 (537)

«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizmi yaradılır

26 yan 2019, 12:12   
    117
Yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizmi yaradılır

Yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizmi yaradılır.

AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev “Yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizminin yaradılması haqqında” Fərman imzalayıb.

Fərmana əsasən, “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə verməsi Qaydası” təsdiq edilib. Bu Qayda İpoteka və Kredit Zəmanət Fondunun yaşayış sahələrini alması və satmaq öhdəliyi ilə kirayəyə verməsi ilə bağlı ümumi məsələləri müəyyən edir. Yaşayış sahəsinin satmaq öhdəliyi ilə kirayəyə verilməsi müvafiq müqavilə əsasında yaşayış sahəsinin istifadəyə təhvil verilməsini və bu Qaydada müəyyən edilmiş şərtlərlə kirayəçiyə özgəninkiləşdirilməsini nəzərdə tutur.

Qaydaya görə, yaşayış sahələri satmaq öhdəliyi ilə kirayəyə vermək məqsədilə fondun satın aldığı və ya digər əsaslarla fondun mülkiyyətinə keçən, vətəndaşların daimi yaşaması üçün yararlı daşınmaz əmlakdır. Satmaq öhdəliyi ilə kirayə müqaviləsi isə kirayə müddətində kirayəçiyə yaşayış sahəsini satın almaq hüququ verən və yaşayış sahəsini kirayəçinin istifadə etməsi, aylıq ödənişin müəyyənləşdirilməsi və ödənilməsi, habelə yaşayış sahəsinin kirayəçinin mülkiyyətinə keçməsi ilə bağlı məsələlərin tənzimlənməsinə dair fondla kirayəçi arasında bağlanılan müqavilədir.

Kirayəçi fondla kirayə müqaviləsi bağlamış fiziki şəxsdir və aylıq ödəniş isə kirayə müqaviləsinə əsasən, kirayəçinin fonda aylıq qaydada ödədiyi məbləğdir. Alış qiyməti kirayə müqaviləsinin müddətinin sonunadək kirayəçinin yaşayış sahəsini əldə etmək üçün ödəməli olduğu aylıq ödənişlərin cəmidir.

İpoteka və Kredit Zəmanət Fondu satmaq öhdəliyi ilə kirayəyə vermək məqsədilə yaşayış sahələrinin satın alınmasını öz kapitalı, emissiya etdiyi istiqrazlardan daxil olan vəsait hesabına həyata keçirir. Fond yaşayış sahəsinin alınmasını və satmaq öhdəliyi ilə kirayəyə verilməsini müxtəlif şərtlərə riayət etməklə həyata keçirir - kirayəçi Azərbaycan Respublikasının vətəndaşı olmalıdır; müraciət tarixinə kirayəçinin vaxtı keçmiş öhdəlikləri olmamalıdır; yaşayış sahəsinin bazar qiymətini müstəqil qiymətləndirici müəyyən etməlidir; kirayə müqaviləsi 3 ildən 25 ilədək müddətə bağlanmalı və notariat qaydasında təsdiqlənməlidir; müqavilə bağlanıldıqdan sonra alış qiymətinin tam ödənişi 3 ildən tez həyata keçirilməməlidir; kirayə müqaviləsi bağlanıldıqdan sonra kirayəçi aylıq ödənişin ən azı 12 mislini qabaqcadan ödəməlidir; “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yaşayış sahəsi üzərində kirayəçinin kirayə hüququ dövlət qeydiyyatına alınmalıdır; yaşayış sahəsi müstəqil qiymətləndiricinin müəyyən etdiyi bazar qiymətindən az olmamaq şərtilə sığortalanmalıdır.

Kirayə müqaviləsində müqavilənin tərəfləri, predmeti, məbləği və müddəti; tərəflərin hüquq və vəzifələri; yaşayış sahəsinin kirayəçinin istifadəsinə və mülkiyyətinə verilməsinin şərtləri və tarixi; kirayəyəverənin yazılı razılığı ilə kirayə müddətində kirayəçinin kirayə müqaviləsi üzrə öz hüquq və vəzifələrini başqa şəxsə ötürə bilməsi; yaşayış sahəsinə mülkiyyət hüququ kirayəyəverəndən başqa şəxsə keçdikdə, kirayənin qüvvədə qalması; kirayəçi vəfat etdikdə, kirayə müqaviləsi üzrə hüquq münasibətlərinin kirayəçinin vərəsələrinə keçməsi; kirayə müqaviləsinə vaxtından əvvəl xitam verilməsi şərtləri, habelə müqaviləyə vaxtından əvvəl xitam verildikdə tərəflər arasında hesablaşma qaydası, alış qiymətinin vaxtından əvvəl tam və ya qismən ödənişi zamanı Fondun güzəşt tətbiq etmək qaydası, xərclərin mübahisəsiz olaraq qabaqcadan ödənilmiş aylıq ödənişlərdən tutulması, yaşayış sahəsinin yaxşılaşdırmaları üzərində sərəncam vermə qaydası və yaşayış sahəsinin müqavilədə müəyyən edilmiş müddət ərzində boşaldılması; tərəflərin Vergi Məcəlləsində nəzərdə tutulmuş bütün vergiləri ödəmək məsuliyyəti daşıması; müqavilənin notariat qaydasında təsdiq edilməsi və kirayə hüququnun dövlət qeydiyyatına alınması, habelə kirayəçinin yaşayış yeri üzrə qeydiyyata alınması ilə bağlı dövlət rüsumunu və digər xərcləri kirayəçinin ödəməsi; həyata keçirilmiş sığorta ödənişinin tərəflər arasında bölüşdürülməsi qaydası; kirayəçi kirayə müqaviləsi üzrə öhdəlikləri tam və lazımi qaydada yerinə yetirdiyi hallarda, yaşayış sahəsinin mülkiyyət hüququnun kirayəçiyə keçməsi qaydası göstərilməlidir.

Fond satmaq öhdəliyi ilə kirayəyə vermək məqsədilə satın aldığı və mülkiyyətinə keçmiş yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə verə bilər. Yaşayış sahələri alış anına tam təmirli, habelə elektrik enerjisi, qaz və su ilə tam təchiz olunmuş olmalıdır. Həmin yaşayış sahələrinə dair məlumatlar fondun rəsmi internet saytında və “Elektron ipoteka və kredit zəmanət” sistemində yerləşdiriləcək.

Kirayə müqaviləsinin bağlanılması üçün müraciət elektron sistem vasitəsilə edilir. Müraciətlər növbəlilik əsasında qeydiyyata alınır və baxılır. Müraciət edən şəxsə qeydiyyat nömrəsi elektron sistem vasitəsilə verilir. Müraciət edən şəxs öz müraciətində İpoteka və Kredit Zəmanət Fondunun elektron sistemdə yerləşdirərək satmaq öhdəliyi ilə kirayəyə verdiyi yaşayış sahələrindən birinin ünvanını qeyd etməlidir. Fond şəxsin müraciəti və təqdim etdiyi məlumatlar əsasında 5 iş günü müddətində kirayə müqaviləsinin bağlanmasına dair razılıq və ya əsaslandırılmış imtina barədə qərar qəbul etməlidir. Həmin qərar qəbul edildiyi gün müraciət edən şəxsə bildirilməklə, elektron sistemdə yerləşdirilməlidir. Razılıq barədə qərarını elektron sistemdə yerləşdirdiyi gündən 10 iş günü müddətində kirayə müqaviləsinin rəsmiləşdirilməsi həyata keçirilir.

Kirayə müqaviləsi üzrə aylıq ödəniş isə hər ay bərabər hissələrlə ödənilməlidir. Müqavilə qüvvədə olduğu müddətdə yaşayış sahəsinin saxlanılması üzrə kommunal xərcləri və digər məcburi ödənişləri kirayəçi ödəyir.
OXŞAR MÖVZULAR