Impera

XƏBƏR LENTİ
18:00İlham Əliyev bu xanımı icraçı direktor təyin etdi - SƏRƏNCAM17:37Millət vəkili: "İnternetə nəzarət tətbiq olunmalıdır"17:26Məşhur şirkətin işçisi binanın damında nə etdi?17:11SON DƏQİQƏ: Azərbaycanlılar Rusiyada DƏHŞƏTLİ QƏZAYA DÜŞDÜ - Çox sayda ölü və yaralı var / VİDEO16:50Arvadını 5-ci mərtəbədən atan art-direktordan XƏBƏR VAR16:38Sürücü tərəfindən söyülən yol polisi ilə bağlı qərar — EKSKLÜZİV (VİDEO)16:11Bir neçə dəqiqəyə 90 milyon insan məhv ola bilər - Dəhşətli PROQNOZ15:44Azərbaycanlı gənc jurnalist vəfat etdi15:24Uduzdurulan Hacı Əliyev: Hakimlərə haqqımı halal etmirəm - FOTO15:00Rafael Cəbrayılovdan deputat vəsiqəsini girov qoyması xəbərinə - REAKSİYA14:44Hava kəskin soyuyacaq, yağış yağacaq - XƏBƏRDARLIQ14:15Vilayət Eyvazov onu işdən azad etdi13:55"Bizim Cəbiş müəllim" filmindəki meyxananın müəllifi açıqlandı - 50 İLDƏN SONRA - FOTO13:10Mehriban Əliyeva neftçiləri təbrik etdi: "Biz sizinlə, sizin peşə uğurlarınızla fəxr edirik" - FOTO12:56Rusiyada Afrika taunu yayılıb12:20Çiçarito "Qarabağ"a qol vurduğu oyundan danışdı11:46Səfər Mehdiyevin qaynı Zeynal Tarquluyevə milyonluq “hədiyyə”si - İTTİHAM11:44Nərimanov rayonunda vətəndaşların evləri dağıdılır Şahmar İbadovdan isə səs çıxmır – ŞİKAYƏT11:12Gəncədə şəhid olan polisin ailəsindən Prezidentə müraciət - MƏTN10:56Fuad Qəhrəmanlının ikinci qızı bacısını dəstəklədi10:39Qobustan qoruğunda “Avropa irs günləri” qeyd olunub10:25“Əsrin müqaviləsi” gənclərin düşüncəsində10:12MN: Düşmən iriçaplı pulemyotlardan istifadə etməklə atəşkəsi 21 dəfə pozub21:53Beyləqanda Anar Vəliyevin “xanım jurnalistlərə” “Cənnət Bağı” nda verdiyi ziyafətin “Cəhənnəm” əzabı …21:24Azərbaycan Vətən Müharibəsi Veteranları İB-nin yaradılmasının 25 illik yubileyi qeyd olunub17:55Azərbaycanda bir yaşadək körpələr arasında ölüm kabusu - SƏBƏBLƏR17:43Ermənistandan Dilqəm Əsgərov və Şahbaz Quliyeviin dəyişdirilməsinə münasibət17:25Dollarla bağlı MÜHÜM QƏRAR17:04Azərbaycanda ana və oğul özünü Araza atmaq istədi16:52"Liverpul"dan Maneyə yeni müqavilə16:41Bakıda dələduzluq edən şəxs döyüldü16:28“Maşın”da onlar yarışacaq – SİYAHI15:47Azərbaycanda beş yeni “ASAN xidmət” mərkəzi açılacaq15:13Ötən gün əməliyyat edilən Kamil Musəvi danışdı: "Ağciyərimdə zədələr var idi"14:59Azərbaycanda erkən nikahların daha çox qeydə alındığı bölgələr açıqlandı14:39Öncə qeyd etdiyim kimi Bakı şəhər icra hakimiyyətinin başçısı olanda Hacıbala Abutalıbovun Ramiz Verdiyev adında bir kadrı vardı, baş zibildaşıyan idi.14:36Kərəm Həsənov Əliyevlərə qarşı: “Cənab prezident, var-yoxumuz söyülür” - Video14:33Ölkəni dərmanla zəhərləyən mafiya (ARAŞDIRMA)14:11GÜNÜN OYUNU: "Qarabağ" - "Sevilya"13:57Moskvada MDB ölkələrinin Oxucu Assambleyası keçirilib13:41Sabahaın hava PROQNOZU13:30"Ramalın acığına..." - Fatimədən cavab12:43Krallığa hücum müharibə səbəbidir - Pompeo12:07Ağsunun qara günləri – Bacanaqların talan etdiyi rayon… – İTTİHAM12:04ÖLÜMÜNƏ İNANMADIĞIM KÖLGƏ ADAM… –Elxan Şükürlü dostu Etimad İsmayılovdan yazdı12:02Qoşqar Təhməzli “Broker Əbülfəz”in palma yağlarına necə göz yumur? – Özəl11:58Fəvvarələr meydanında konsert təşkil edilib-Milli Musiqi Günü münasibətilə11:47Bakının Baş planının hazırlanması işləri gələn ilin sonlarınadək yekunlaşacaq11:28“Xətai” metrostansiyasında nasazlıq: eskalator xarab oldu11:09Azərbaycandakı milyarder və milyonçular...10:45Ana 10 aylıq körpə qızını boğub öldürdü — Ağdamdakı DƏHŞƏTLİ QƏTLİN TƏFƏRRÜATI10:30Erkan Özoral: Türkiyə ilə Azərbaycan arasında ticarət dövriyyəsi artıb22:39Son zamanlar spirtli içkilərin, daha dəqiq desək pivə satışının geniş vüsət alması, yaşından və cinsiyyətindən asılı olamayaraq hər kəsə istehlak olması adamı düşünməyə məcbur edir.20:54Qəbələ rayonunun bir sıra meşə massivləri bir sıra şəxslər tərəfindən qırılaraq məhv edilir.17:59Cəlilabad Ziyalıları Şəhid Adına Məktəbin Direktoru Sücaət Mehtiyevin Saxtakarlığndan Yazdı – MÜRACİƏT17:44Məktəbdə YANĞIN: 30 şagird öldü17:32Qurban Qurbanov: Ən çox izlədiyim çempionat La Liqa, milli isə İspaniyadır17:20Ermənistanda ŞOK SƏNƏD yayıldı: - Nikol Paşinyan dəlixanada yatıb (FOTOFAKT)17:07Azərbaycan və Gürcüstan qaz tədarükü ilə bağlı məsələləri müzakirə ediblər16:48Aztəminatlı ailələrlə bağlı UNİKAL TƏKLİF16:29"Əsrin müqaviləsi”nin imzalanması Heydər Əliyevin dühası və iradəsi sayəsində mümkün olub" - Əli Əhmədov16:11Gələn il Azərbaycanda sosial müdafiə məqsədləri üçün ayrılan vəsait 10 faiz artırılacaq15:59Peşə məktəblərində işləmək istəyənlərin DİQQƏTİNƏ!15:31Hadi Rəcəbli: Bəzi deputatlar fantastik fikirlər səsləndirirlər15:15“Azərişıq”: Hər bir sahibkar elektrik şəbəkəsinə onlayn qaydada qoşulacaq15:00Bu gün Milli Musiqi Günüdür14:45Hacının ilk rəqibi rus oldu - Dünya çempionatı14:31SON DƏQİQƏ: Türkiyədə güclü yanığın14:20Azərbaycanda hamilə qadınlara qənim kəsilən qadın saxlanıldı14:07Mal ətindən ölüm12:35Sabiq deputat YAP-dan QOVULDU12:05Göygöl şefinin oğlunun dəbdəbəli həyatı – Fotolar12:02Baş dəmiryolçunun yüksəlişi və Cavid Qurbanova STOP qoyan sənəd – VİDEO+FOTO11:34Sürücünün yol polisini təhqir etməsi ilə bağlı araşdırma başlanıldı10:47Bakıda helikopter qəzaya uğradı: Pilot ağır xəsarət alıb10:36Novruz Məmmədovdan qərar - Bu şəxslərin maaşı artırıldı10:21“Sevilya” Bakıya gəldi09:48Azərbaycan MN: Düşmən atəşkəs rejiminə əməl etmir20:55“SƏDƏRƏK YUSİF” KÜRÜ “İŞĞAL” ETMƏKDƏ DAVAM EDİR: QANUNSUZ TİKİLİNİN İCAZƏSİNİ İCRA BAŞÇISI VERİBMİŞ – YENİ VİDEO20:53Xəzər rayonunda Hacı Gülağanın sususz qoyduğu adamlar – Vətəndaşı dövlətdən narazı salanlar niyə cəzasız qalır? VİDEO18:00Elinanın intihar etdiyi məktəbin yeni direktoru kimdir? - DOSYE17:40Bu il 1-ci sinif üçün riyaziyyat dərslikləri iki hissədən ibarət hazırlanıb17:20Əmisi oğlunun arvadını qaçıran şəxsi döyüb öldürənlərlə bağlı YENİ XƏBƏR17:00"Qarabağ" öz futbolçusunun qardaşını da — TRANSFER ETDİ16:40Parlamentdə lombard fırıldaqçıları müzakirə edildi16:20“Kütləvi informasiya vasitələri haqqında” qanuna dəyişiklik edilir16:00Bakı məktəblərinə 29 direktor təyin edildi - SİYAHI15:20Azərbaycann məhşur saytları Qazaxıstan tərəfindən alındı... - ADLAR15:00“Ermənistanı gərgin payız gözləyir...” - TƏHLİL14:40Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq - Belə deyirlər...14:31DTX Rəşad Atakişiyevin ailəsinin müraciətini araşdırır - GƏLİŞMƏ14:16"Ermənistan Dağlıq Qarabağla bağlı danışıqlar prosesinə ciddi zərbələr vurur" - PA rəsmisi12:48Süleyman Mikayılovun qoçuları Müdafiə Nazirliyi adından alver edir – VİDEO12:46Baba Rzayevin falçı sevdası: “Azərenerji”ni ektrasenslər idarə edir? – VİDEO12:34Rüşvət almaqda ittiham edilən komandirin işi - əsgər yoldaşını güllələyən Qasımzadə də dindirildi12:19Gürcüstanın elektrik enerjisi idxalının 91%-dən çoxu Azərbaycanın payına düşüb12:08Fədayə Laçının məhkəməsi niyə onuncu dəfə təxirə düşüb? - VƏKİLDƏN AÇIQLAMA11:09"Xalq Sığorta"da yeni TƏYİNAT10:56Putin Ankarada “Quran”dan sitat gətirdi - VİDEO10:22Benksinin “Devolved Parliament” əsəri hərracda rekord məbləğə satıla bilər
BÜTÜN XƏBƏRLƏR
Sentyabr 2019 (433)
Avqust 2019 (631)
İyul 2019 (563)
İyun 2019 (423)
May 2019 (557)
Aprel 2019 (537)

«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Bakı Nəqliyyat Agentliyi Ziya Məmmədov yolunda - İTTİHAM

31 yan 2019, 09:59   
    127
Bakı Nəqliyyat Agentliyi Ziya Məmmədov yolunda - İTTİHAM

Nəqliyyat Nazirliyi müstəqil qurum kimi ləğv olunub Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə birləşdirildikdən sonra cəmiyyətdə bu sahədə hər gün rast gəlinən və insanların əsəblərini tarıma çəkən problemlərin nəhayət aradan qaldırılacağına böyük ümid var idi. Hər kəs düşünürdü ki, nəqliyyat sahəsində mövcud olan nöqsanlar aradan qalxacaq, sərnişindaşımadakı problemlər azalacaq, normal xidmət göstəriləcək. Amma gözlənilənlər olmadı. 2016-cı ildə Bakı Nəqliyyat Agentliyi (BNA) yaradılanda Nəqliyyat Nazirliyi hələ RYTN-ə birləşdirilməmişdi.

BNA-nın yaradılması Nəqliyyat Nazirliyinin ləğv olunması məsələsini gündəmə gətirmişdi. Nəticədə, gözlənilən struktur dəyişikliyi baş tutdu, Nəqliyyat Nazirliyi ləğv olunaraq Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə birləşdirildi. BNA-ya bəslənilən ümidlər isə elə gözlənti olaraq qaldı. Bu gün ictimai nəqliyyatdan istifadə edən hər kəs bu qurumun fəaliyyətindən narazıdır. BNA sanki “baha qiymət, keyfiyyətsiz xidmət”i öz fəalliyyətinin əsas devizi olaraq qəbul edib. Bu sahədə problemlər olduğu kimi qalır. Nəqliyyat Nazirliyinin ləğvi, BNA-nın fəaliyyətə başlaması heç nəyi dəyişmədi.

İnsanlar dayanacaqlarda qalır, agentlik isə 3 il möhlət istəyir

Pik saatlarda paytaxt dayanacaqlarında yüzlərlə sərnişin avtobus gözləyir, marşrut isə tapılmır. BNA artıq 3 ildir fəaliyyət göstərir. Problemin həlli üçün qurum hələ 3 il də səbr etməyi məsləhət görür. BNA-nın İdarə Heyətinin sədri Vüsal Kərimli 6 noyabr 2018-cı il tarixində verdiyi açıqlamada deyib:

"Paytaxtda bir çox marşrut xətləri bir-birini təkrarlayır ki, bu da ilkin olaraq şəhərin yüklənməsinə səbəb olur. İkincisi, bu, ekologiyanın çirklənməsi deməkdir. Ölkə rəhbərliyinin istəklərindən biri də avtobusların sıxılmış təbii qazla işləməsidir. Bizim təklif etdiyimiz qanun layihəsində 2022-ci ildən ictimai nəqliyyatda sıxılmış təbii qazla işləyən, yaxud elektrik mühərrikli nəqliyyat vasitələrindən istifadə nəzərdə tutulur. Bu, bizim təklifimizdir. Bu gün “BakuBus”da 302-ə yaxın avtobus var. Onların xəttə çıxma nisbəti 270-ə yaxındır. Digər 30-u qəzalar, problemlərin yaranma ehtimalı ilə bağlı ehtiyatda saxlanılır. Gətirəcəyimiz 300, bəlkə də bir qədər çox avtobus sıxılmış təbii qazla işləyəcək".

Təklif olaraq Vüsal Kərimlinin dedikləri adama xoş gəlir, amma bu işlər üçün hələ 3 il də gözləmək lazımdır. Hətta ölkə başçısı Bakıda avtobus parkının yenilənməsi üçün ötən ilin avqust ayında 47 milyon 924 min manat ayırıb. Sərəncama əsasən, Bakı Nəqliyyat Agentliyinə (BNA) ayrılan vəsait hesabına 300 ədəd sərnişin avtobusu almalıdır. Vəsaitin ayrılmasından 5 ay keçsə də, hələlik sözügedən avtobuslar paytaxta gətirilməyib, gətirilibsə də, ictimaiyyətin xəbəri yoxdur.

BNA-nın “protokol biznesi”

BNA nəqliyyat sistemindəki problemi həll etməmiş indi də minik avtomobillərinin parklanması məsələsini “tənzimləmək” qərarına gəlib. Paytaxtın küçələrinə quraşdırdıqları nəzarət kameraları ilə minik avtomobillərinə dayanma-durmaya görə 20 AZN məbləğində cərimə yazırlar. Qurumun rəhbəri Vüsal Kərimli hesabat konfransında çıxışı zamanı agentliyin 2 ayda 53 min protokol yazdığını açıqlayıb. Yəni, qurum 2 ay ərzində 1 milyon manatdan çox cərimə yazıb. Cərimə etməklə, BNA mövcud problemi həll edirmi? Yaxud həll edə biləcəkmi? Mövcud reallıq optimist düşünməyə əsas vermir. Çünki hələ də paytaxt küçələrində tıxacdır. Günün pik saatlarında vəziyyət daha da acınacaqlı olur. Cərimələrin tətbiqi isə davamlı olacaq. Nəzərə alsaq ki, BNA-nın nizamnaməsində yığdığı cərimələri dövlət büdcəsinə ödəməsi kimi məcburiyyəti yoxdur, qurumun cərimə yazmaqda niyə maraqlı olduğu aydın olur.

Bir zamanlar keçmiş nəqliyyat naziri Ziya Məmmədov da taksilərə nəzarəti ələ keçirmək üçün oxşar və mümkün bütün metodlardan istifadə edirdi. İndi BNA və BNA rəhbərliyi də zamnında Məmmədovun üsulundan yararlanır. Nəinki parklanmaya, hətta sərnişinləri düşürmək və götürmək üçün də taksilərə cərimələrin yazılması nümunəvi xidmət deyil, nəzarət imkanlarına sahiblənməkdir. Hər halda 2 ayda 1 milyon manat az vəsait deyil.

Bununla yanaşı, Vüsal Kərimli bir neçə gün öncə televiziyalardan birinə müsahibəsində qurum tərəfindən 8500 taksiyə lisenziya veriləcəyini deyib. Qurum rəhbəri bildirib ki, paytaxtda fəaliyyət göstərmək üçün bu sayda taksi kifayət edir. V.Kərimli bunu işsizliyi aradan qaldıran amil kimi də dəyərləndirib. Amma nəzərə alsaq ki, Azərbaycanda avtomobili olan hər 5-6 nəfərdən biri taksi fəaliyyəti göstərir, bu, kifayət qədər böyük rəqəmdir. Təkcə taksi şirkətlərinin balansında 8500-ə qədər, bəlkə də daha çox avtomobil var. Deyək ki, bu şirkətlərdə fəaliyyət göstərən taksilərə lisenziya verildi, bəs yerdə qalanlar nə edəcək? Görünən odur ki, onların fəaliyyəti qanunsuz hesab olunacaq və qadağa tətbiq ediləcək. Qadağaları pozanlar isə aidiyyatı üzrə cərimələnəcək. Yəni, qurumun bu layihəsi də əslində təqdim olunduğu kimi işsizliyi aradan qaldırmayacaq, əksinə sürücülərin narazılığına səbəb olacaq, işsizlərin sayını daha da artıracaq. Bu gün taksilərin fəaliyyəti ictimai nəqliyyat sisteminin bərbad olduğunu göstərən amilə çevrilib. Məsələn, Bakı-Sumqayıt-Bakı, Səməd Vurğun bağı-Hövsan, “Əhmədli”metrostansiyası-Hövsan, Suraxanı-Hövsan, 20 Yanvar-Əzizbəyov, 20 Yanvar-Neftçilər və digər istiqamətlərə “1 manat”lıq taksilər artıq neçə illərdir ki, müştəri qıtlığı çəkmədən fəaliyyət göstərir. Təbii ki, bunun obyektiv səbəbləri var. Marşrut qiymətləri bahalaşandan sonra bu taksilərə tələb daha çox artıb. Əgər Vüsal Kərimlinin dediyi kimi, 8500 taksi lisenziya alarsa, o zaman digər taksilər sıradan çıxacaq. Nəticədə, insanlar BNA-nın qiyməti baha, xidməti yüksək olmayan marşrutlarından istifadəyə, sürücülər isə evdə oturmağa məcbur qalacaqlar. Ekspertlər hesab edir ki, taksi fəaliyyəti göstərən hər bir sürücüyə lisenziya verilməli və onlar gəliri müqabilində vergiyə cəlb olunmalıdır. Cərimələr də nəqliyyat sistemini tənzimləmək üçün çıxış yolu deyil. Bunu Nəqliyyat Nazirliyinin timsalında hər kəs görmüşdü. Nəqliyyat Nazirliyinin saxladığı “qoçu” dəstələrinin taksi sürücülərini hədəfə alması acı nəticələr doğurmuşdu. BNA-nın bu istiqamətdə gördüyü işlər də inkişafa aparmır, bu sahəni Nəqliyyat Nazirliyinin zamanındakı duruma qaytarır.

BNA bununla yanaşı, parkinqlərə də nəzarət edir. Artıq bununla bağlı rəsmi məlumat da var. Parkinq qiymətlərinin bahalaşmasının ilk siqnalını da elə Vüsal Kərimli özü verib.

“Hələlik qiymətlər təsdiqlənməyib. Amma 1 ay üçün avtomobilə 30 manatlıq ödəniş iqtisadi cəhətdən olduqca səmərəsizdir. Hazırda Bakıda yerüstü parklanmalardan yığılan pulların Bakı Nəqliyyat Agentliyinə heç bir aidiyyəti yoxdur. Həmin parklanmalardan yığılan pullar qeyri-qanunidir. Bundan bizim xəbərimiz yoxdur. Biz Nazirlər Kabineti parkinq qiymətlərini təsdiqləyəndən sonra yeni qiymətlər tətbiq edərək parklanmalara nəzarət edəcəyik”, -BNA rəhbəri deyib.

Qeyd edək ki, parklanma ilə bağlı məsələ onsuz da daim sürücülərin etirazına səbəb olub. Bir neçə gün öncə Bakı Beynəlxalq Avtovağzal Kompleksində qanunvericilikdə nəzərdə tutulan 0-20 dəqiqə dayanmaya görə ödənişin alınmaması məsələsi ləğv olunub. Qurum bu qərara özünəməxsus şəkildə aydınlıq gətirib:

“Bildiyiniz kimi, avtovağzal ərazisinə 2 tərəfdən giriş mövcuddur. Bu səbəbdən tıxaca düşmək istəməyən sürücülər yuxarı girişdən avtovağzala daxil olaraq, buranı keçid məntəqəsi kimi istifadə edirdilər. Avtovağzal xüsusi ərazidir, qeyd etdiyim məqsədlər üçün buradan istifadə edən sürücülər xaos yaranmasına səbəb olurdu. Vətəndaşın avtovağzala daxil olması, perrona qalxıb bilet alması və ya hər hansı bir yaxınını yola salması 20 dəqiqədən artıq vaxt tələb edir. Bu da o deməkdir ki, girişin 0-20 dəqiqə pulsuz olması ərazinin yuxarıda qeyd edilən məqsədlərlə istifadəsinə gətirib çıxarırdı”.

Bakı Beynəlxalq Avtovağzal Kompleksində avtomobillərin giriş-çıxışı üçün nəzərdə tutulan yeni tariflər isə belədir: 0-2 saat (1 manat), 2-6 saat (2 manat), 6-12 saat (3 manat), 12-24 saat (4 manat). İstifadəçilər 30 manatlıq abunə kartı almaqla, ay ərzində limitsiz istifadə haqqı əldə edə bilərlər. BNA-nın parklanma ilə bağlı planları da pul qazanmaqdan o yana keçməyəcək. Qurum artıq rəsmi olaraq bildirib ki, paytaxta qeydə alınan 10 min parklanma ərazisindən 480-nı rəsmiləşdirib, qalanlarının da rəsmiləşdirilməsi üçün işlər aparılır. Yuxarıda da qeyd olunan məsələ, yəni qiymətlərin artırılması baş verərsə, bu da minlərlə avtomobil sürücüsünün narazılığına səbəb olacaq. Sürücülər əlavə xərcə düşəcək, BNA isə daha çox vəsait qazanacaq.

Ölkənin nəqliyyat sisteminə nəzarət edən bütün qurumlar sanki əhalini narazı salmaqda yarışa giriblər. Milyonlarla vəsaitlərin ayrıldığı bu qurumların fəaliyyəti yalnız vəd verməkdən ibarətdir.

İflasa uğramış sarı tor layihəsi

Bakı Nəqliyyat Agnetliyinin tıxac və sıxlığın qarşısını almaq məqsədilə yolayrıclarında yeni nişanlanma xətti - sarı tor şəbəkənin tətbiq etməsinə gəlincə, bu da uğursuz layihələrdən biridir. Ekspertlər qeyd edir ki, işıqforlar normal tənzimlənsə, sarı torlara ehtiyac qalmaz. “Bakı Nəqliyyat Agentliyinin tərkibində olan Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi həqiqətən də ortaya intellekt qoyub işıqforların rejimini şəhərdəki sıxlığa görə düzgün müəyyən etsə, düzgün tənzimləsə, yol polisi hər yol kəsişməsində dayanıb qayda pozanı cərimələməklə məşğul olmaz. Təsəvvür edin, işıqforu nizamlayacaq qurum - BNA qalıb kənarda, yol polisi yolu başqa şəkildə nizamlamaq məcburiyyətindədir. BNA yollarda belə sarı şəbəkə yaratmaqdansa, bir neçə maarifləndirici sosial çarx çəksəydi, daha yaxşı olardı. O zolağın orada olması nəyi dəyişəcək? Bu boyda həngaməyə ehtiyac yox idi”, -nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı deyib. Artıq sarı tor layihəsi demək olar ki, iflasa uğradı, gündəmdən düşdü. BNA-nın sürücülərə cərimə yazmaq üçün qurduğu “tor” yalnız ayrılan vəsaitlərin asfalta döşənməsinə səbəb oldu. Görünən odur ki, BNA-nın ləğv olunması fəaliyyət göstərməsindən daha səmərəlidir. Ekspertlər hesab edir ki, bu qurumun fəaliyyətinə ehtiyac yoxdur. Marşrut xətləri, o cümlədən parkinq yerləri ərazi üzrə bələdiyyələrin balansına verilməli və BNA ləğv olunmalıdır. Bu, həm də bələdiyyələrin gəlir əldə etməsinə səbəb olacaq ki, hazırda buna çox böyük ehtiyac duyulur. Milyonların “asfalta döşənməsindənsə”, yaxud insanları narazı salan xidmətlərdənsə, bələdiyyələrin vəsait əldə edib əhaliyə xidmət göstərməsi daha məqsədəuyğun sayılmalıdır.
Cebhe.info
OXŞAR MÖVZULAR