Impera

XƏBƏR LENTİ
23:25Azərbaycanda DƏHŞƏT: oğul atasını qətlə yetirdi23:21Prodüsser omba dikləşdirmə əməliyyatı zamanı öldü - Kosmetoloq silikonu ebaydan gətizdiribmiş - FOTO22:48Azərbaycan xam neft ixracını artırıb21:58“Onlar faşisti müdafiə edirlər” - Prezident İlham Əliyev həqiqəti dedi21:44"Heç kim ləkəsiz, təmiz deyil"18:12Azərbaycan İsraildən iki yeni hərbi gəmi alır? - "SAAR 72" BAKIDA YIĞILACAQ...17:55Paşinyan narkomandır? - Qəribə görüntülər yayıldı - (VİDEO)17:41Prezident İlham Əliyev Sultan Dadaşovu ordenlə təltif edib17:30Şamaxıda baş vermiş təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün 3 milyon manat ayrılıb17:13Bu qədər sərvət, sizdə hardandır, cənab rektor? - ŞÜBHƏ16:57Məmurlar Prezidentdən nümunə götürməlidirlər... - Əsas məsələ vətəndaşın probleminin həllidir16:29Prezident İlham Əliyev Qüds Sefardi ortodoks baş ravvinini qəbul edib - FOTO16:11“Azəriqaz" pul tapmır? - Smart sayğacdan imtinanın ƏSL SƏBƏBİ15:52Könül Xasıyeva: Konsertimə biletlər satılmadı, 20 min manat borca düşdüm15:22Premyer Liqamızda oyunların vaxtı açıqlandı15:04Ölkəmiz Tbilisidə ilk dəfə keçiriləcək “Professional Musiqi Forumu”na dəvət alıb14:40Azərbaycanlılar ən çox nəyə pul xərcləyir?14:16Efirdə "QEYRƏT" QALMAQALI: Siz nəyi reklam edirsiniz?14:02Ağdamda ağaclar belə məhv edilir-VİDEO13:27“1 milyard manata da “uşaq pulu” vermək olar” - Nazirə CAVAB12:56DİN-in iki baş idarəsinə yeni rəis təyinatları olub12:40Gələn ilin büdcəsi: razı və narazı salan məqamlar - TƏHLİL12:30Tikinti şirkətləri ilə bağlı yeni QƏRAR: Evlər bahalaşacaq? - AÇIQLAMA12:16Qida bazarımız kimlərin əlindədir? - REAL TƏHLÜKƏ11:37Ermənistan Rusiya üçün böyük rol oynayan bir subyektdir... - TƏHLİL11:17Ölkədə antikorrupsiya həbsləri başlayır - Prezidentin iradəsi...10:47Kardiologiya İnstitutunda “saxta ürək” əməliyyatları - İTTİHAM10:35Elmira Süleymanova İSTEFA VERDİ?10:17Tərtər, Ağdam, Füzuli rayonlarında mövqelərimiz atəşə tutuldu18:29“Yanmış binanı mənə təmir etdirib pulu vermədilər” - QALMAQAL18:15İstiliklə bağlı unikal sənəd Nazirlər Kabinetində - Əhaliyə şad xəbər18:03Doğuş qiymətlərindən narazılıq: Qadının yerinə həkim özü doğur? - ŞOK QİYMƏTLƏR17:54Ülviyyə getdi17:33Gəncə səhiyyəsi acınacaqlı durumda... - İTTİHAM16:55"Yerli seriallar gənclərin tərbiyəsini pozur" - MTRŞ sədir16:41Beyləqanda Bələdiyyə sədri Ərşad Hüseynov radikal müxalifəti necə maliyyələşdirir? – İDDİA16:25Bakı Slavyan Universitetinin rektoru erməni əsillidir? - İDDİALARA CAVAB VERİLDİ15:50Sabah hava dəyişəcək15:01Deputat Cavid Osmanovla bağlı şok iddialar... - Gizli FETO üzvü, “priton” biznesi...14:59İqtidara Göyçay menyusu: milyonçunu da, yoxsulu da bezdirən başçı kimdir?14:58Deputat oğlu model xanıma 50 min dollar verib foto çəkdirib – FOTOLAR14:54"Ay alçaq, niyə Qurbanın zamanında demirdin ki, ona da vaxt lazımdır?”14:41Deputatlar 162 dəyişikliyə birinci oxunuşda “Hə” dedi14:29Almaniyada tutulan həmyerlilərimiz Azərbaycana təhvil veriləcək? - AÇIQLAMA14:14Deputat müğənniləri hədəf aldı: Bir toya 15 minə gedirlər, 30 manat vergi ödəyirlər13:56"Baku Electronics” yenə də narazılıq yaradır... - GİLEY13:10Ermənistanlı 3 qat dünya çempionu Moskvada güllələnib12:54İlham Əliyev: Dünyada dini dəyərlərə qarşı bir kampaniya aparılır12:43Rektor nazirə necə yalan informasiya ötürür... - İDDİA12:13“Məndən 400-500 manat pul tələb edirlər” - Xaçmaz sakini sosial yardım ala bilmir11:41Qazaxa yeni DYP rəisi təyin olunub11:41Qazaxa yeni DYP rəisi təyin olunub11:11İbrahim Cəfərov haqda ilginc iddialar... - Belə deyirlər...10:53PD&MS-də azərbaycanlılarla qul kimi davranırlar - “Rəhbərlərin heç ali təhsili də yoxdur”10:33Sahibkarların qarşısında yeni sədd: Nağd pula QADAĞA gəlir? - TƏHLİL10:19Sosial evlər niyə baha qiymətə satılır? - HESABLAMA10:17Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 21 dəfə pozub17:28Cənubi Koreyada hərbi laboratoriya partladı: ölən və yaralananlar var17:26Qüdrət Qurbanovun sertifikat biznesi17:15Azərbaycan kubokunun PÜŞKÜ ATILDI17:00Azərbaycan Prezidenti: "Mənim göstərişimlə ölkədaxili dəmir yollarının tikintisi və modernləşdirilməsi istiqamətində addımlar atılır"16:41Prezident İlham Əliyev: "Yollar tamamilə yenidən qurulmalıdır ki, qatarların sürəti artsın"16:22Nazirliklərin ŞÜBHƏLİ qrant siyasəti: - QHT-lər həvəssiz, müsabiqə qapalı, nəticələr bəlli15:55Ağdaşın deputatı ilə bağlı şok iddialar... - Bu imiclə yenidən mandat ala bilməyəcək...15:41İnam Kərimov daha iki direktoru işdən çıxardı - ADLAR15:29Prezidentin qətiyyəti, xalqın dəstəyi: - Azərbaycanın durmadan inkişafı qaçılmazdır15:12“GünayBank”ın keçmiş sədr müavini 30 milyonu hara xərcləyib? - zərərçəkənlərdən biri onun qaynıdır14:52Azərbaycanda toyda oynamaq üstündə dava düşdü14:14"Etdiklərimə görə oğlumdan üzr istədim" - Fədayə Laçın14:02İçərişəhərdə “Sirlərin ahəngi” adlı sərgi açılacaq13:49Azərbaycanın məşhur futbol bazası bağlanır12:31“10 gün qalıb, amma namizədlik üçün arayış ala bilmirəm” - GİLEY12:04“Meqa Sığorta” ilə müştəri arasında QALMAQAL - “ÖDƏNİŞİ DÜZ VERMİRLƏR”11:47Azərbaycanda ətin qiyməti qalxıb, kolbasa ucuzlaşıb - PARADOKS11:19Bakı Beynəlxalq Avtovağzalında özbaşınalıqlar... - Nazirliyi hərəkətə gətirdi...10:52Bakı İqtisadiyyat və Humanitar Kollecində özbaşınalıq... - İDDİA10:36Əli İnsanov haqda ŞOK FAKT: Bağ evləri bir-biri ilə yeraltı tunellə birləşdirilibmiş... - 1 milyon avro qiymətinə mebellər, kef məclisləri üçün qırmızı otaq...09:37"Vüsal Kərimlinin hədəfi XALQA XİDMƏT yox, XALQA ZİLLƏTDİR!" - Müraciət...09:15Səhiyyə sistemimizdə daha bir biabırçı mənzərə... - "Bəs mən qüsuru kimdən öyrənim, kimdən bilim?"08:58Azərbaycanın bank sektoru Bazel III standartlarına keçməyə hazırlaşır (ÖZƏL)08:39Makronla Tramp Suriyanı müzakirə etdi08:23BDU ilə bağlı qalmaqal böyüyür - Ekspert deputatları debata çağırdı22:01Sumqayıt Apellyasiya məhkəməsinin hakimi ilə biznes ortağının əmlak davası davam edir-VİDEO18:00DTX rəisi: “Yeni potensial terror ocaqlarının formalaşmasına şərait yaradılır”17:40Pensiyalar artırılır, amma ortada başqa problem var17:17"Prezident kimi öz vəzifəmi bunda görürəm – xalqa xidmət etmək" - İlham Əliyev17:07Əyyubovların Mingəçevir Turizm Kollecində “işğal siyasəti” –ŞOK FAKTLAR16:33“Azərbaycanda mal-qara üçün nəzərdə tutulan yemlik buğdadan çörək bişirilir” - ŞOK İDDİA16:11Ağsu RİH -in işdən çıxarılan müavini İqbal Mikayılov qaçıb? - İDDİA15:48“Meliorasiya və Su Təsərrüfatı”nın 1 milyonluq kranını “metallom”a veriblər - İTTİHAM15:32“Turan” Samir Şərifovu qəzəbləndirdi – 20 suala 20 səhifəlik cavab15:00Masallıda keçmiş məmurla bağlı iddia... - İTTİHAM14:44Şirvan şəhərinin yeni icra başçısı kimdir? - DOSYE14:28Azərbaycan hava limanlarında sərnişin axını yeni rekord göstəriciyə çatıb14:07İrana nüvə sazişi ilə bağlı XƏBƏRDARLIQ13:34Xətai Rayon İcra Hakimiyyətinə yeni başçı təyin edilib13:16SƏRƏNCAM: Əziz Əzizov vəzifəsindən AZAD EDİLDİ12:58İlqar Abbasov Bakının Suraxanı RİH başçısı vəzifəsindən AZAD EDİLDİ12:41Azərbaycan Ordusunun genişmiqyaslı əməliyyat təlimi başlayıb12:16İsrail Qəzzada cihadçıların liderini məhv etdi
BÜTÜN XƏBƏRLƏR
Noyabr 2019 (321)
Oktyabr 2019 (577)
Sentyabr 2019 (617)
Avqust 2019 (631)
İyul 2019 (563)
İyun 2019 (423)

«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Əli Həsənov "Qaçqınkom"dan apardığı “BMW”yə görə cəza ala bilər - İDDİA

31 yan 2019, 11:34   
    153
Əli Həsənov "Qaçqınkom"dan apardığı “BMW”yə görə cəza ala bilər - İDDİA

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sabiq sədri, hazırda baş nazirin müavini olan Əli Həsənovun “Qaçqınkom”a məxsus maşını özününküləşdirməsi geniş müzakirələrə səbəb olub. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi məsələ ilə bağlı açıqlama da yayıb. Açıqlamadan belə aydın olur ki, sabiq sədr Əli Həsənov vəzifədən gedərkən xidməti maşını da özü ilə aparıb. Buna görə də Rövşən Rzayev xidməti maşın almaq məcburiyyəti ilə üzləşib.

Müzakirələrdə Əli Həsənovun məsuliyyət məsələsi də əsas məqamlardan biri kimi keçir. Əli Həsənov bu hərəkətinə görə cəzalandırıla bilərmi?

Hüquqşünas Əkrəm Həsənov deyir ki, Əli Həsənovun hərəkəti vəzifədən sui-istifadədir: “Cinayət Məcəlləsində 308-ci maddə var. Həmin maddə vəzifə səlahiyyətlərindən sui-istifadə adlanır. Yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya 3-cü şəxslər üçün qanunsuz üstünlük əldə etmə məqsədi ilə belə hərəkətlərə yol verilib. Məsələn, həmin maşından ailə üzvlərinin daşınması üçün istifadə edilməsi qulluq mənafeyinə qəsdən zidd hərəkətlərə yol vermədir. Və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməmə fiziki və hüquqi şəxslərin qanuni mənafelərinə, cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla törədilərsə, 3 min manatdan 4 min manata kimi cərimələnə bilər. Və ya 3 il müddətinə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum oluna bilər. 2 ilədək müddətə islah işləri ilə, 3 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırıla bilər. Yəni belə aydın olur ki, Əli Həsənov vəzifədən getdiyi 5-6 ay ərzində maşından istifadə edib və onu məsuliyyət məsələsi də bu hala uyğun müəyyən edilməlidir. Əgər müəyyən olunsa ki, onun bu özbaşınalığı ağır nəticələrə səbəb olub, bu halda sabiq sədri hətta 7 ilədək cəza gözləyir”.

Hüquqşünas güman edir ki, Əli Həsənovun əməlində ağır nəticələr yoxdur: “İstənilən halda Əli Həsənov cavabdehlik daşıyır, dövlətin əmlakını öz məqsədləri üçün istifadə edib. 308-ci maddə Cinayət Məcəlləsinin 33-cü fəslindədir. Həmin fəslin adı korrupsiya cinayətləridir. Qulluq mənafeyi əleyhinə olan digər cinayətlərdir. Bu əməllərə görə digər maddələr üzrə də ittiham oluna bilər. 308.1 maddəsi ilə də ittiham verilə bilər. Həmin maddə dövlət büdcəsinin, məqsədli dövlət büdcə fondlarının və ya büdcədən kənar büdcə fondlarının vəsaitindən təyinatı üzrə istifadə etməmədir. Həmin maddə üzrə ittiham olunarsa, maksimum 3 ilədək azadlıqdan məhrum oluna bilər. 309-cu maddə ilə də ittiham oluna bilər. Vəzifə səlahiyyətlərini aşma cinayətinə görə məsuliyyət müəyyən edən maddə ilə ittiham olunsa, 3 ilədək azadlıqdan məhrum oluna bilər”.

Əkrəm Həsənov deyir ki, əksər dövlət məmurları xidməti avtomobildən öz məqsədləri, mənafeləri üçün istifadə edirlər: “Təsadüfi deyil ki, bu yaxınlarda dövlət başçısı xüsusi qərar verdi. Həmin qərara görə xidməti maşınların veriləcəyi vəzifə sahiblərinin siyahısı tərtib olunmalıdır. Hazırda elə məmurlar var ki, uşağına, həyat yoldaşına, qulluqçusuna belə ayrıca bir maşın işləyir. Həmin maşınların bir çoxu da dövlət büdcəsi hesabına alınıb, təmir olunur, gündəlik yanacaq xərcləri də həmin hesabdan qarşılanır. Əslində bu çox böyük korrupsiya cinayətidir və bunun qarşısı alınmalıdır. Kim istəyir ki, qulluqçusu maşında gəzsin, zəhmət çəkib maşını şəxsi hesabından alsın, maşının təmir, yanacaq və digər xərclərini cibindən versin. Korrupsiyaya Qarşı Mübarizə İdarəsi belə məmurları müəyyən edib onların dövlət büdcəsinə illərlə vurduqları ziyanı hesablamalı və ödətdirməli, özlərinin isə cəzaya çatdırılmasına nail olmalıdır. Əks təqdirdə, büdcənin çıxarları gəlirlərini belə qanunsuzluqlara görə hər il üstələyəcək”.

Yada salaq ki, prezidentin struktur dəyişiklikləri ilə bağlı son fərmanı ilə Nazirlər Kabinetinə 3 ay müddətində mərkəzi və yerli icra hakimiyyəti orqanlarında, dövlət adından yaradılan publik hüquqi şəxslərdə və səhmlərinin (paylarının) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə xidməti nəqliyyat vasitələri ilə təmin edilməli vəzifələrin siyahısını prezidentlə razılaşdırmaqla müəyyən etmək tapşırılır. Sənədə əsasən müəyyən olunacaq siyahıdan kənarda qalan vəzifələrdə işləyən şəxslərə xidmət edən xidməti nəqliyyat vasitələrinin mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, dövlət adından yaradılan publik hüquqi şəxslərin və səhmlərinin (paylarının) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin balanslarından çıxarılaraq özəlləşdirilməsi üçün Əmlak Məsələləri Dövlət Komitəsinə təqdim ediləcək və nəticə barədə prezidentə məlumat veriləcək.

Maraqlıdır ki, qərarda Nazirlər Kabinetinin özünün olduğu xidməti avtomobillərə dair məlumat əksini tapmayıb. Bu baxımdan, baş nazirin müavini Əli Həsənova qurumdan xidməti avtomobil verilib-verilmədiyini müəyyənləşdirmək mümkün deyil.
“Yeni Müsavat”
OXŞAR MÖVZULAR