Impera

XƏBƏR LENTİ
13:46Sabah bəzi yerlərdə yağış yağacaq - PROQNOZ AÇIQLANDI13:34“Sovetski”də kompensasiya alan bəzi sakinlər razı qalmayıb - haqlıdırlarmı?..13:17AQTA əməkdaşı korrupsiya ilə tutulub?12:59Nazirin buralardan xəbəri varmı? - İDDİA12:44Eldar Əzizov direktoru işdən çıxardı12:15Prezident İlham Əliyev Pirşağı dəmir yolu stansiyasının açılışında iştirak edib12:03SON DƏQİQƏ: 3 ölkənin gəmiləri girov götürüldü - Müharibə yenidən alovlanır11:00“Sevindik ki, Sevindik gəlir...” – Salyan sakinləri başçıdan şikayət edir10:57Prezidentin islahatları Qüdrət Qurbanovu necə bitirir? -Müəmma…10:35Gədəbəyin icra başçısı kimdir – O, özü barədə məlumatları niyə gizlədir?10:18Şəkidə rəhbər var, ya yox: BİLİNMİR... - GİLEY, VİDEO10:03Mövqelərimiz snayperlərdən atəşə tutuldu09:46Dünya birjalarında neftin SON QİYMƏTİ09:32"Şərəf üçün oynayacağıq" - Nikola Yurçeviç09:16Vyanada Azərbaycanın görkəmli caz ifaçısı Vaqif Mustafazadənin xatirəsinə caz konserti təşkil edilib08:59"Pompeo ABŞ-dakı acların dərdini çəksin" - İran XİN-in sözçüsü08:59"Pompeo ABŞ-dakı acların dərdini çəksin" - İran XİN-in sözçüsü23:46Dəlixanada qeydiyyatda olana sürücülük vəsiqəsi üçün sağlamlıq kağızı verilib-VİDEO23:34Qarabağda erməni əsgər minaya düşdü19:46ABŞ-ı dünyada LİDER edən ƏSAS FAKTOR - Prezidentin çıxışında hansı təkliflər yer almışdı?19:23Azərbaycanda maşın aşdı, azyaşlı öldü19:05Gürcüstan müxalifəti parlamentə girişi bağladı18:50Nə olsun ki Albert yəhudidir? - Azərbaycan üçün canından keçən hər kəsin xatirəsi əzizdir18:39Göygölün "dımbılı cuvar"ı "ÖLÜM İŞİ"ndən necə sıyrılıb? - ŞOK FAKTLAR+Fotolar18:35Qubadlıda başçı dəyişikliyi gözlənilir - İDDİA18:19Əhməd Əhmədzadənin yarıtmazlığına son qoyulur: - “Meliorasiya və Su Təsərrüfatı” ləğv edilir18:03“İcra hakimiyyətindən təklif gəlsə, yolu yenidən qura bilərik” - QALMAQAL17:45İran hökuməti benzinin bahalaşmasına görə təzminat verəcək17:23Rusiyada "Lotu Quli"nin dəstəsinin üzvü saxlanıldı17:02“Vergi ödəməyən müğənnilərin maşınını, evini əlindən alacağıq”16:41Azərbaycan Prezidenti: "Naxçıvan ordusu ən müasir silahlarla təchiz edilib, texnikanın alınması təşkil olunub və bu proses davam etdirilir"16:16Cəlil Məmmədquluzadənin ev-muzeyinin təmirdən sonra açılışı olub15:47Əyləncəyə milyonlar xərcləyən rəhbər... – Bakıda qalmaqal15:24Xəzərdə neftçi batıb - YENİLƏNİB14:53Bu başçılar maraqlı rekorda imza atıblar - İLGİNC SİYAHI14:16"Sığorta şirkətləri ödəniş etməmək üçün o qədər bəhanə gətirirlər ki..." - PROBLEM14:16"Sığorta şirkətləri ödəniş etməmək üçün o qədər bəhanə gətirirlər ki..." - PROBLEM13:31Lerikin icra başçısı narazılıq yaradır... - GİLEY12:56Kərimov sabiq nazirin dayısını işdən qovdu – Səbəb12:39"Rayonda sorğu keçirilərsə, 100 adamdan biri bu deputatı tanımaz" - QALMAQAL10:35Cəlilabadda gənc müəllim evində ölü tapılıb10:16Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 25 dəfə pozub09:57Ət yeməyənlərin ideologiyası — Veqanlıq - REPORTAJ09:42Azərbaycan ilə Belarus arasında ticarət dövriyyəsi 158 milyon dollardan çox olub09:29Tramp Kim Çen Inla görüşəcək17:19Mandatı təhvil ver, İqbal Məmmədov! - DEPUTATA AÇIQ MƏKTUB!17:05"S-400" raketləri Azərbaycanda yerləşdirilə bilərmi? - GƏLİŞMƏ16:55Pulsuzdursa, niyə 210 manat ödəyirik? - “Bu qədər böyük qiymət qoymaq...”16:51Fransada 20-dən çox metro stansiyası bağlandı16:43Məşhur baş məşqçiyə içində güllə olan məktub göndəriblər14:29Ağcabədi rayon 6 saylı qeydiyyat-imtahan şöbəsinin dünəni və bu günü14:17Sabah hava necə olacaq?13:50ADAU-DA DEKANLIQ QALMAQALI - İnam Kərimov bu biabırçılığa nə deyəcək?13:20Əhalinin normal qaz təminatındakı əngəllər13:02“Ərdoğan qəti şəkildə ona dedi ki...” - Putindən sürpriz Türkiyə gedişi12:44Natiq Cəfərli: “Ən ciddi korrupsiya büdcə vəsaitləri ilə bağlıdır”11:49Paltar, qadınlar və siyasət: Sərdar Cəlaloğlu ilə qalmaqallı müsahibə: - “Əli Kərimlinin bir qrupu var, ancaq söyüş söyməklə məşğuldur”11:30Azərbaycanlı milyarderlər: Pul və şöhrətləri çox, elə dərdləri də... - İLGİNC11:14Ağsu rayon İcra hakimiyyəti başçısının 1-ci müavini vəzifəsindən azad edildi10:50İstirahət günlərində gözlənilən HAVA PROQNOZU10:32Bağdadda TERROR: 6 ölü, 30 yaralı23:25Azərbaycanda DƏHŞƏT: oğul atasını qətlə yetirdi23:21Prodüsser omba dikləşdirmə əməliyyatı zamanı öldü - Kosmetoloq silikonu ebaydan gətizdiribmiş - FOTO22:48Azərbaycan xam neft ixracını artırıb21:58“Onlar faşisti müdafiə edirlər” - Prezident İlham Əliyev həqiqəti dedi21:44"Heç kim ləkəsiz, təmiz deyil"18:12Azərbaycan İsraildən iki yeni hərbi gəmi alır? - "SAAR 72" BAKIDA YIĞILACAQ...17:55Paşinyan narkomandır? - Qəribə görüntülər yayıldı - (VİDEO)17:41Prezident İlham Əliyev Sultan Dadaşovu ordenlə təltif edib17:30Şamaxıda baş vermiş təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün 3 milyon manat ayrılıb17:13Bu qədər sərvət, sizdə hardandır, cənab rektor? - ŞÜBHƏ16:57Məmurlar Prezidentdən nümunə götürməlidirlər... - Əsas məsələ vətəndaşın probleminin həllidir16:29Prezident İlham Əliyev Qüds Sefardi ortodoks baş ravvinini qəbul edib - FOTO16:11“Azəriqaz" pul tapmır? - Smart sayğacdan imtinanın ƏSL SƏBƏBİ15:52Könül Xasıyeva: Konsertimə biletlər satılmadı, 20 min manat borca düşdüm15:22Premyer Liqamızda oyunların vaxtı açıqlandı15:04Ölkəmiz Tbilisidə ilk dəfə keçiriləcək “Professional Musiqi Forumu”na dəvət alıb14:40Azərbaycanlılar ən çox nəyə pul xərcləyir?14:16Efirdə "QEYRƏT" QALMAQALI: Siz nəyi reklam edirsiniz?14:02Ağdamda ağaclar belə məhv edilir-VİDEO13:27“1 milyard manata da “uşaq pulu” vermək olar” - Nazirə CAVAB12:56DİN-in iki baş idarəsinə yeni rəis təyinatları olub12:40Gələn ilin büdcəsi: razı və narazı salan məqamlar - TƏHLİL12:30Tikinti şirkətləri ilə bağlı yeni QƏRAR: Evlər bahalaşacaq? - AÇIQLAMA12:16Qida bazarımız kimlərin əlindədir? - REAL TƏHLÜKƏ11:37Ermənistan Rusiya üçün böyük rol oynayan bir subyektdir... - TƏHLİL11:17Ölkədə antikorrupsiya həbsləri başlayır - Prezidentin iradəsi...10:47Kardiologiya İnstitutunda “saxta ürək” əməliyyatları - İTTİHAM10:35Elmira Süleymanova İSTEFA VERDİ?10:17Tərtər, Ağdam, Füzuli rayonlarında mövqelərimiz atəşə tutuldu18:29“Yanmış binanı mənə təmir etdirib pulu vermədilər” - QALMAQAL18:15İstiliklə bağlı unikal sənəd Nazirlər Kabinetində - Əhaliyə şad xəbər18:03Doğuş qiymətlərindən narazılıq: Qadının yerinə həkim özü doğur? - ŞOK QİYMƏTLƏR17:54Ülviyyə getdi17:33Gəncə səhiyyəsi acınacaqlı durumda... - İTTİHAM16:55"Yerli seriallar gənclərin tərbiyəsini pozur" - MTRŞ sədir16:41Beyləqanda Bələdiyyə sədri Ərşad Hüseynov radikal müxalifəti necə maliyyələşdirir? – İDDİA16:25Bakı Slavyan Universitetinin rektoru erməni əsillidir? - İDDİALARA CAVAB VERİLDİ15:50Sabah hava dəyişəcək15:01Deputat Cavid Osmanovla bağlı şok iddialar... - Gizli FETO üzvü, “priton” biznesi...
BÜTÜN XƏBƏRLƏR
Noyabr 2019 (382)
Oktyabr 2019 (577)
Sentyabr 2019 (617)
Avqust 2019 (631)
İyul 2019 (563)
İyun 2019 (423)

«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Bu dəfə hansı icra başçıları "vurulacaq"? - GƏLİŞMƏ

01 fev 2019, 10:57   
    161
Bu dəfə hansı icra başçıları "vurulacaq"? - GƏLİŞMƏ

Bəzi icra hakimiyyəti başçılarının fəaliyyətindən əhali tez-tez narazılıq edir.

Əksər hallarda el arasında “balaca padşah”lar adlandırılan bu görəv sahibləri qanunlara məhəl qoymur, əhalinin sosial-iqtisadi problemlərinə laqeyd yanaşır, yalnız özləri və yaxın ətraflarının mənafeyi üçün çalışırlar. Dəfələrlə bu cür məmurlara ən yüksək səviyyədə xəbərdarlıq olunsa da, onlar nəticə çıxarmırlar.Bölgələrdə, paytaxtın bəzi rayonlarında “yaşıl soyqırım” adi hala çevrilib, qanunsuz tikililər günü-gündən çoxalır.Kiçik və orta sahibkarlıqla məşğul olanların incidilməsi, vətəndaşların get-gələ salınması, şikayətlərin təmin olunmaması, bürokratik əngəllər də bu qəbildəndir.

Sadalanan faktlara görə, müxtəlif zamanlarda bir neçə icra hakimiyyəti başçısı tutduğu vəzifədən azad olunub.Ancaq görünən odur ki, bu tədbirlər digərlərinin “dərs çıxarması” üçün yetərli olmayıb. Bugünlərdə isə Prezident İlham Əliyev “Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunan konfransda yerli icra orqanlarına ciddi xəbərdarlıq edib.

“Yerli icra orqanları vətəndaşlara daim diqqət və qayğı göstərməlidirlər.Yaddan çıxarmamalıdırlar ki, onlar vətəndaşlar üçün çalışırlar.Unutmamalıdırlar ki, onlar vətəndaşlara xidmət edirlər. Bütün dövlət məmurları - Prezidentdən başlayaraq, lap aşağı səviyyəli məmura qədər, hər kəs bilməlidir ki, bizim əsas vəzifəmiz xalqa xidmət etməkdir”,-deyə ölkə başçısı çıxışında vurğulayıb.

Prezident əlavə edib ki, yerli icra orqanları diqqətli olmalı, yaranan problemləri həll etməlidirlər: “Hansı problemləri özləri həll edə bilmirlərsə, mərkəzi icra orqanlarına, Prezident Administrasiyasına məlumat verməlidirlər ki, biz problemləri operativ qaydada həll edək. Biz problemləri həll edə bilərik və əlbəttə ki, buraxılan nöqsanlar tamamilə aradan qaldırılmalıdır”.

İcra orqanlarının rəhbərləri Prezidentin bu xəbərdarlığından ciddi nəticə çıxarmalıdır.Nəzərə alsaq ki, hazırda ciddi kadr və struktur islahatları həyata keçirir, ölkə başçısının xəbərdarlığından nəticə çıxarmayan qurum rəhbərlərinin da bu prosesdən pay alması real görünür.Bir sıra qurumların ləğvi və paralel qurumların birləşdirilməsi xeyli vaxtdır ki, gündəmdədir.Hökumətin çevik idarəetmə sisteminə keçidi həm də işinin öhdəsindən gələ bilməyən bürokratların kreslosunu laxladır.Məlumdur ki, yeni, çevik idarəetmə sisteminin effektli olması üçün kadr dəyişikliyi, bu postlara bacarıqlı kadrların təyin olunması vacibdir.Artıq ölkədə bu təcrübənin əsası qoyulub.2018-ci ilin aprelində keçirilən Prezident seçkilərindən sonra hökumətin yeni tərkibində ciddi dəyişikliklər edilib. Dəyişiklik olunan sahələrin bir çoxunda dinamika hiss olunur. Kadr və struktur islahatlarının davamlı olacağı isə bir neçə gün öncə ölkənin birinci şəxsi tərəfindən bir daha bəyan olunub.

Xatırladaq ki, Prezident İlham Əliyev cari ilin 11 yanvar tarixində Nazirlər Kabinetinin 2018-ci ilin yekunlarına dair çıxışında da bu məsələyə diqqət çəkib.“Bilirsiniz, mən əldə edilmiş uğurlar haqqında həmişə danışmağa hazıram və fəxr ediləsi məsələlər kifayət qədər çoxdur.Ancaq mən həmişə, necə deyərlər, narazı oluram.Çünki mən istəyirəm ki, daha yaxşı olsun.İstəyirəm ki, bu pozuntular olmasın.Harada ki, mümkündür, biz maksimum dərəcədə öz imkanlarımızdan istifadə edək ki, işlər daha da yaxşı getsin.Ona görə kadr islahatı da bu məqsədi daşıyır.İndi struktur islahatı gözlənilir.Çünki indi idarəetmədə struktur köhnəlib.Yeni idarəetmə strukturu olmalıdır - daha çevik, daha yığcam, daha məqsədyönlü.Çünki illər boyu yeni qurumlar yaranır. Onlar yarananda o qədər də hiss olunmur. Biri orada, biri burada yarandı, bir agentlik, bir xidmət yarandı.Sonra da baxanda görürük ki, bizim idarəetmə strukturumuz böyük dərəcədə şişirdilib. İndi dünyada əks proses gedir - idarəetmə daha yığcam, çevik, daha da məqsədyönlü və az işçi ilə böyük iş görmək üçün.

Amma bizdə idarəetmə sistemi şişir.Buna son qoyulmalıdır.Ona görə struktur islahatı, kadr islahatı aparılmalıdır.Hər bir sahədə o sahəyə rəhbərlik edən şəxslər mütləq maksimum səmərə ilə işləməlidirlər”,-deyə Prezident İlham Əliyev bildirib.Beləliklə, ölkə başçısı hər iki toplantıdakı çıxışında eyni məsələni vurğulayıb və ciddi islahatların keçiriləcəyini bəyan edib.Artıq bu istiqamətdə islahatlar başlayıb və biri nazirlik (Müdafiə Sənayesi Nazirliyi) olmaqla, 10-dan çox qurum ləğv edilib və ya birləşdirilib.Bu, həm də bir sıra məmurların yerdəyişməsi və yaxud da istefaya göndərilməsi prosesinin davamlı olacağını söyləməyə əsas verir.Prezidentin yerli icra hakimiyyəti rəhbərlərinə etdiyi ciddi xəbərdarlığı da nəzərə alsaq, yaxın günlərdə, xüsusilə əhalinin narazı olduğu icra başçılarının yenisi ilə əvəzlənməsinin şahidi olmağımız gözlənilir.
Cebhe.info
OXŞAR MÖVZULAR