Impera

XƏBƏR LENTİ
19:46ABŞ-ı dünyada LİDER edən ƏSAS FAKTOR - Prezidentin çıxışında hansı təkliflər yer almışdı?19:23Azərbaycanda maşın aşdı, azyaşlı öldü19:05Gürcüstan müxalifəti parlamentə girişi bağladı18:50Nə olsun ki Albert yəhudidir? - Azərbaycan üçün canından keçən hər kəsin xatirəsi əzizdir18:39Göygölün "dımbılı cuvar"ı "ÖLÜM İŞİ"ndən necə sıyrılıb? - ŞOK FAKTLAR+Fotolar18:35Qubadlıda başçı dəyişikliyi gözlənilir - İDDİA18:19Əhməd Əhmədzadənin yarıtmazlığına son qoyulur: - “Meliorasiya və Su Təsərrüfatı” ləğv edilir18:03“İcra hakimiyyətindən təklif gəlsə, yolu yenidən qura bilərik” - QALMAQAL17:45İran hökuməti benzinin bahalaşmasına görə təzminat verəcək17:23Rusiyada "Lotu Quli"nin dəstəsinin üzvü saxlanıldı17:02“Vergi ödəməyən müğənnilərin maşınını, evini əlindən alacağıq”16:41Azərbaycan Prezidenti: "Naxçıvan ordusu ən müasir silahlarla təchiz edilib, texnikanın alınması təşkil olunub və bu proses davam etdirilir"16:16Cəlil Məmmədquluzadənin ev-muzeyinin təmirdən sonra açılışı olub15:47Əyləncəyə milyonlar xərcləyən rəhbər... – Bakıda qalmaqal15:24Xəzərdə neftçi batıb - YENİLƏNİB14:53Bu başçılar maraqlı rekorda imza atıblar - İLGİNC SİYAHI14:16"Sığorta şirkətləri ödəniş etməmək üçün o qədər bəhanə gətirirlər ki..." - PROBLEM14:16"Sığorta şirkətləri ödəniş etməmək üçün o qədər bəhanə gətirirlər ki..." - PROBLEM13:31Lerikin icra başçısı narazılıq yaradır... - GİLEY12:56Kərimov sabiq nazirin dayısını işdən qovdu – Səbəb12:39"Rayonda sorğu keçirilərsə, 100 adamdan biri bu deputatı tanımaz" - QALMAQAL10:35Cəlilabadda gənc müəllim evində ölü tapılıb10:16Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 25 dəfə pozub09:57Ət yeməyənlərin ideologiyası — Veqanlıq - REPORTAJ09:42Azərbaycan ilə Belarus arasında ticarət dövriyyəsi 158 milyon dollardan çox olub09:29Tramp Kim Çen Inla görüşəcək17:19Mandatı təhvil ver, İqbal Məmmədov! - DEPUTATA AÇIQ MƏKTUB!17:05"S-400" raketləri Azərbaycanda yerləşdirilə bilərmi? - GƏLİŞMƏ16:55Pulsuzdursa, niyə 210 manat ödəyirik? - “Bu qədər böyük qiymət qoymaq...”16:51Fransada 20-dən çox metro stansiyası bağlandı16:43Məşhur baş məşqçiyə içində güllə olan məktub göndəriblər14:29Ağcabədi rayon 6 saylı qeydiyyat-imtahan şöbəsinin dünəni və bu günü14:17Sabah hava necə olacaq?13:50ADAU-DA DEKANLIQ QALMAQALI - İnam Kərimov bu biabırçılığa nə deyəcək?13:20Əhalinin normal qaz təminatındakı əngəllər13:02“Ərdoğan qəti şəkildə ona dedi ki...” - Putindən sürpriz Türkiyə gedişi12:44Natiq Cəfərli: “Ən ciddi korrupsiya büdcə vəsaitləri ilə bağlıdır”11:49Paltar, qadınlar və siyasət: Sərdar Cəlaloğlu ilə qalmaqallı müsahibə: - “Əli Kərimlinin bir qrupu var, ancaq söyüş söyməklə məşğuldur”11:30Azərbaycanlı milyarderlər: Pul və şöhrətləri çox, elə dərdləri də... - İLGİNC11:14Ağsu rayon İcra hakimiyyəti başçısının 1-ci müavini vəzifəsindən azad edildi10:50İstirahət günlərində gözlənilən HAVA PROQNOZU10:32Bağdadda TERROR: 6 ölü, 30 yaralı23:25Azərbaycanda DƏHŞƏT: oğul atasını qətlə yetirdi23:21Prodüsser omba dikləşdirmə əməliyyatı zamanı öldü - Kosmetoloq silikonu ebaydan gətizdiribmiş - FOTO22:48Azərbaycan xam neft ixracını artırıb21:58“Onlar faşisti müdafiə edirlər” - Prezident İlham Əliyev həqiqəti dedi21:44"Heç kim ləkəsiz, təmiz deyil"18:12Azərbaycan İsraildən iki yeni hərbi gəmi alır? - "SAAR 72" BAKIDA YIĞILACAQ...17:55Paşinyan narkomandır? - Qəribə görüntülər yayıldı - (VİDEO)17:41Prezident İlham Əliyev Sultan Dadaşovu ordenlə təltif edib17:30Şamaxıda baş vermiş təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün 3 milyon manat ayrılıb17:13Bu qədər sərvət, sizdə hardandır, cənab rektor? - ŞÜBHƏ16:57Məmurlar Prezidentdən nümunə götürməlidirlər... - Əsas məsələ vətəndaşın probleminin həllidir16:29Prezident İlham Əliyev Qüds Sefardi ortodoks baş ravvinini qəbul edib - FOTO16:11“Azəriqaz" pul tapmır? - Smart sayğacdan imtinanın ƏSL SƏBƏBİ15:52Könül Xasıyeva: Konsertimə biletlər satılmadı, 20 min manat borca düşdüm15:22Premyer Liqamızda oyunların vaxtı açıqlandı15:04Ölkəmiz Tbilisidə ilk dəfə keçiriləcək “Professional Musiqi Forumu”na dəvət alıb14:40Azərbaycanlılar ən çox nəyə pul xərcləyir?14:16Efirdə "QEYRƏT" QALMAQALI: Siz nəyi reklam edirsiniz?14:02Ağdamda ağaclar belə məhv edilir-VİDEO13:27“1 milyard manata da “uşaq pulu” vermək olar” - Nazirə CAVAB12:56DİN-in iki baş idarəsinə yeni rəis təyinatları olub12:40Gələn ilin büdcəsi: razı və narazı salan məqamlar - TƏHLİL12:30Tikinti şirkətləri ilə bağlı yeni QƏRAR: Evlər bahalaşacaq? - AÇIQLAMA12:16Qida bazarımız kimlərin əlindədir? - REAL TƏHLÜKƏ11:37Ermənistan Rusiya üçün böyük rol oynayan bir subyektdir... - TƏHLİL11:17Ölkədə antikorrupsiya həbsləri başlayır - Prezidentin iradəsi...10:47Kardiologiya İnstitutunda “saxta ürək” əməliyyatları - İTTİHAM10:35Elmira Süleymanova İSTEFA VERDİ?10:17Tərtər, Ağdam, Füzuli rayonlarında mövqelərimiz atəşə tutuldu18:29“Yanmış binanı mənə təmir etdirib pulu vermədilər” - QALMAQAL18:15İstiliklə bağlı unikal sənəd Nazirlər Kabinetində - Əhaliyə şad xəbər18:03Doğuş qiymətlərindən narazılıq: Qadının yerinə həkim özü doğur? - ŞOK QİYMƏTLƏR17:54Ülviyyə getdi17:33Gəncə səhiyyəsi acınacaqlı durumda... - İTTİHAM16:55"Yerli seriallar gənclərin tərbiyəsini pozur" - MTRŞ sədir16:41Beyləqanda Bələdiyyə sədri Ərşad Hüseynov radikal müxalifəti necə maliyyələşdirir? – İDDİA16:25Bakı Slavyan Universitetinin rektoru erməni əsillidir? - İDDİALARA CAVAB VERİLDİ15:50Sabah hava dəyişəcək15:01Deputat Cavid Osmanovla bağlı şok iddialar... - Gizli FETO üzvü, “priton” biznesi...14:59İqtidara Göyçay menyusu: milyonçunu da, yoxsulu da bezdirən başçı kimdir?14:58Deputat oğlu model xanıma 50 min dollar verib foto çəkdirib – FOTOLAR14:54"Ay alçaq, niyə Qurbanın zamanında demirdin ki, ona da vaxt lazımdır?”14:41Deputatlar 162 dəyişikliyə birinci oxunuşda “Hə” dedi14:29Almaniyada tutulan həmyerlilərimiz Azərbaycana təhvil veriləcək? - AÇIQLAMA14:14Deputat müğənniləri hədəf aldı: Bir toya 15 minə gedirlər, 30 manat vergi ödəyirlər13:56"Baku Electronics” yenə də narazılıq yaradır... - GİLEY13:10Ermənistanlı 3 qat dünya çempionu Moskvada güllələnib12:54İlham Əliyev: Dünyada dini dəyərlərə qarşı bir kampaniya aparılır12:43Rektor nazirə necə yalan informasiya ötürür... - İDDİA12:13“Məndən 400-500 manat pul tələb edirlər” - Xaçmaz sakini sosial yardım ala bilmir11:41Qazaxa yeni DYP rəisi təyin olunub11:41Qazaxa yeni DYP rəisi təyin olunub11:11İbrahim Cəfərov haqda ilginc iddialar... - Belə deyirlər...10:53PD&MS-də azərbaycanlılarla qul kimi davranırlar - “Rəhbərlərin heç ali təhsili də yoxdur”10:33Sahibkarların qarşısında yeni sədd: Nağd pula QADAĞA gəlir? - TƏHLİL10:19Sosial evlər niyə baha qiymətə satılır? - HESABLAMA10:17Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 21 dəfə pozub17:28Cənubi Koreyada hərbi laboratoriya partladı: ölən və yaralananlar var
BÜTÜN XƏBƏRLƏR
Noyabr 2019 (363)
Oktyabr 2019 (577)
Sentyabr 2019 (617)
Avqust 2019 (631)
İyul 2019 (563)
İyun 2019 (423)

«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Dünya Xərçəng Gününə həsr olunmuş III Azərbaycan onkologiya və nüvə təbabəti simpoziumu keçirilib -

02 fev 2019, 14:33   
    159
Dünya Xərçəng Gününə həsr olunmuş III Azərbaycan onkologiya və nüvə təbabəti simpoziumu keçirilib -

Bu gün Bakıda Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin (MOM) təşkilatçılığı ilə Ümumdünya Xərçəng Gününə həsr
olunmuş III Azərbaycan onkologiya və nüvə təbabəti simpoziumu keçirilib. AZƏRTAC xəbər verir ki, müasir ümumi onkologiyanın və nüvə təbabəti
problemlərinin müzakirə olunduğu bu mötəbər beynəlxalq səhiyyə forumunda Azərbaycan onkoloqları ilə yanaşı, Avstriya, İsveçrə və Türkiyənin ən nüfuzlu tibbi mərkəzlərinin aparıcı mütəxəssisləri və elmi dairələrin nümayəndələri də iştirak ediblər. III Azərbaycan onkologiya və nüvə təbabəti simpoziumunun əsas müzakirə mövzularından biri də nüvə təbabətinin müasir vəziyyətinə və perspektivlərinə, eləcə də xərçəngin profilaktikası və müalicəsində tətbiq edilən ən son metodlara dair məruzələrin dinlənilməsi və təcrübə mübadiləsi aparılması olub. Simpoziumu giriş sözü ilə Milli Onkologiya Mərkəzinin baş direktoru, akademik Cəmil Əliyev açıb. Xərçəng xəstəliklərinin erkən diaqnostikası və müalicəsi üzrə Azərbaycanın aparıcı tibb müəssisəsi olan Milli Onkologiya Mərkəzinin son illərdə əldə etdiyi yüksək nailiyyətlərdən danışan C.Əliyev müasir dünyada onkoloji xəstəliklərin dinamikasının artması faktını təəssüflə vurğulayıb. Akademik bu sahədə müvafiq beynəlxalq strukturların ümumi
bəlaya qarşı mübarizənin gücləndirilməsinin və birgə səylərin koordinasiyasının zəruriliyini xüsusi vurğulayıb. Akademik C.Əliyev qeyd edib ki, əsrin bəlasına qarşı mübarizə işinə Azərbaycan onkoloqları, Milli Onkologiya Mərkəzinin elmi və tibbi personalı da layiqli töhfə verir. Bildirilib ki, tibbin ən ağır, ən məsuliyyətli sahələrindən biri olan onkologiya problemləri daim dövlətimizin diqqət mərkəzindədir. Son illərdə Milli Onkologiya Mərkəzində xərçəng xəstəliklərinin diaqnostikası və müalicəsi üçün hər cür şərait yaradıldığını bildirən akademik Cəmil Əliyev bu nəcib işdə həmişə əhalinin sağlamlığını və sosial rifahını düşünən Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin müstəsna xidmətlərini xüsusi qeyd edib. O, həmçinin Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın himayəsi ilə Milli Onkologiya Mərkəzində Uşaq Klinikasının inşa edilib istifadəyə verilməsini onkoloji xəstəliklərdən əziyyət çəkən uşaqlara diqqət və qayğının bariz nümunəsi olduğunu bildirib. Simpoziumda rəhbərlik etdiyi Milli Onkologiya Mərkəzinin Azərbaycanda göstərdiyi çoxillik səmərəli fəaliyyətinə və onkologiya sahəsində bütün dünyada qəbul olunmuş yüksək elmi-praktik nailiyyətlərinə görə akademik Cəmil Əliyevə Birləşmiş Millətlər Təşkilatının “Elm və sülh elçisi” fəxri mükafatı təqdim edilib. Fəxri mükafatı akademik C.Əliyevə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının məsul işçisi, BMT Beynəlxalq Mükafatlar Şurasının Cenevrə ofisinin rəhbəri Mehmet Şükrü Güzel təqdim edib, Milli Onkologiya Mərkəzinə və akademik C.Əliyevə yeni nailiyyətlər arzulayıb.
Tədbirdə çıxış edən Milli Onkologiya Mərkəzi baş direktorunun birinci müavini, tibb elmləri doktoru, professor Əziz Əliyev son illər Azərbaycanda
bütün sahələrdə, o cümlədən tibb sahəsində mühüm uğurlar əldə edildiyini diqqətə çatdırıb. Professor öz çıxışında xatırladıb ki, son illər Milli Onkologiya Mərkəzi onkoloji xəstələrin müalicəsi üçün zəruri yeni texnologiyaların istehsalçısı olan dünyanın aparıcı şirkətləri ilə sıx əməkdaşlıq edir. MOM ilə Amerikanın bədxassəli şişlərin radioterapiyası üçün müasir texnologiyaları layihələşdirən və istehsal edən “Varian Medical Systems” şirkəti arasında 2014-cü ilin oktyabrında imzalanmış əməkdaşlıq haqqında saziş buna sübutdur.Bununla da, Milli Onkologiya Mərkəzi rəsmi referens-mərkəz statusunu alıb. Sənəd tərəfdaşlar arasında əməkdaşlığın genişləndirilməsinə, müasir texnologiyaların Azərbaycana daha qısa vaxt ərzində çatdırılmasına, xarici mütəxəssislərlə geniş fikir mübadiləsi aparılmasına şərait yaradır. Bununla yanaşı, imzalanmış saziş Milli Onkologiya Mərkəzində onkoloji xəstələrə göstərilən yüksək səviyyəli xidmətin dünyanın aparıcı klinikaları tərəfindən tanınmasını təsdiq edir.
Tədbirdə qeyd olundu ki, 2008-ci ildə ölkəmizdə radionuklid diaqnostika, dörd il sonra radionuklid terapiya şöbələri, 2014-cü ildə Nüvə Təbabəti İctimai Birliyi yaradılıb. 2015-ci ildə nüvə təbabəti ixtisası təsdiq edilib və 2016-cı ildə Nüvə Təbabəti Mərkəzi fəaliyyətə başlayıb. Nəinki Azərbaycanda, hətta regionda ilk və yeganə tibb müəssisəsi olan Nüvə Təbabəti Mərkəzi xərçəng xəstəliklərinin erkən aşkar edilməsi baxımından böyük əhəmiyyət daşıyır. Mərkəzdə pozitron emissiya tomoqrafiya/kompüter tomoqrafiya (PET/KT) cihazı quraşdırılıb. Bu, orqanizmdə hüceyrə mübadiləsini molekulyar səviyyədə göstərməyə imkan verən müasir tibbi diaqnostik görüntüləmə üsuludur. Nüvə Təbabəti Mərkəzinin fəaliyyətinin əsas prinsipi yüksək səviyyədə xidmət təqdim etməkdir. Mərkəzdə işləyən həkimlər, əczaçılar, fiziklər, mühəndislər, kimyaçılar, hətta kiçik və orta heyət xaricdə təhsil alıb və zəngin praktiki biliklərə malikdirlər. Onların sırasında müvafiq sahədə böyük təcrübəsi olan xarici mütəxəssislər də var.
Diqqətə çatdırılıb ki, 2016-cı ildən Avropa Nüvə Təbabəti Assosiasiyası tərəfindən akkreditasiya olunaraq dünyanın 29 ölkəsinin ən mükəmməl
mərkəzləri sırasına daxil edilib. Bunun nəticəsi olaraq Milli Onkologiya Mərkəzinə dünyanın müxtəlif ölkələrindən müraciətlərin sayı xeyli artıb.
Rusiya, Ukrayna, Qazaxıstan, Gürcüstan, Əfqanıstan, Liviya, Suriyanın, eləcə də bir sıra Avropa və Asiya ölkələrindən olan pasiyentlər Nüvə Təbabəti Mərkəzində uğurla müayinədən keçiblər. 2017-ci ildən etibarən mərkəzdə hədəfə yönəlmiş radionuklid müalicələrə başlanılıb. Bir çox qonşu ölkədən xəstələr bu xüsusi təyinatlı Litesium-177 və Actinium-225 müalicəsini almaq üçün ölkəmizə müraciət ediblər. Simpoziumun sessiyalarında Beynəlxalq Atom Enerjisi Agentliyinin baş inspektoru, professor Françesko Giammarile, MOM-un nüvə təbabəti şöbəsinin
müdiri Fuad Novruzov, Bern Universitetinin nüvə təbabəti bölməsinin rəhbəri professor Aksel Rominger, Ankara Universitetinin nüvə təbabəti bölməsinin professoru Özləm Küçük və başqaları müxtəlif mövzularda məruzələrlə çıxış etmişlər.
Dünya Xərçəng Gününə həsr olunmuş III Azərbaycan onkologiya və nüvə təbabəti simpoziumu keçirilib -
Dünya Xərçəng Gününə həsr olunmuş III Azərbaycan onkologiya və nüvə təbabəti simpoziumu keçirilib -
Dünya Xərçəng Gününə həsr olunmuş III Azərbaycan onkologiya və nüvə təbabəti simpoziumu keçirilib -
Dünya Xərçəng Gününə həsr olunmuş III Azərbaycan onkologiya və nüvə təbabəti simpoziumu keçirilib -
Dünya Xərçəng Gününə həsr olunmuş III Azərbaycan onkologiya və nüvə təbabəti simpoziumu keçirilib -
Dünya Xərçəng Gününə həsr olunmuş III Azərbaycan onkologiya və nüvə təbabəti simpoziumu keçirilib -
Dünya Xərçəng Gününə həsr olunmuş III Azərbaycan onkologiya və nüvə təbabəti simpoziumu keçirilib -
OXŞAR MÖVZULAR